Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov


Şagird qarşılaşdığı yeni sözlərin



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə2/24
tarix24.04.2017
ölçüsü4,58 Kb.
#15709
1   2   3   4   5   6   7   8   9   ...   24

2.1. Şagird qarşılaşdığı yeni sözlərin
mənasını başa düşdüyünü nümayiş etdirir.
2.1.1. Rast gəldiyi yeni əşya və hadisələrin
adlarını  müəyyən edir. 
2.1.2. Öyrəndiyi yeni sözlərin mənasını izah
edir.
2.1.3. Öyrəndiyi yeni sözlərdən nitqində
istifadə edir.
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
2.2. Şagird oxu bacarıqlarına yiyələn 
-
diyini nümayiş etdirir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu, ifadəli
oxu yur.
2.2.2. Bədii mətnləri janrlara  görə (şeir,
hekayə, təmsil, nağıl) fərqləndirir.
2.2.3. Mətnin hissələrinə başlıqlar verməklə
məzmununa aid sadə plan  tutur.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
2.2.5. Mətnin məzmununu tərtib etdiyi
plana uyğun  nəql edir.
(Ana dili kurikulumu, səh.9)
Çap üçün deyil

oxu, yəni mütaliə vərdişinin formalaşdırılmasıdır. Buna uşaqların yaş dövrünə uyğun
kiçik bədii və elmi-kütləvi mətnləri oxutmaq və birgə müzakirə etmək yolu ilə nail
olmaq mümkündür. Oxumaq həvəsi son nəticədə uşaqların a) dünyagörüşünü
genişləndirir, b) nitq qabiliyyətini inkişaf etdirir, c) mənəviyyatını formalaşdırır.
Müşahidələr göstərir ki, çox mütaliə edən uşaqların intellekti daha sürətlə inkişaf edir
və onlar təhsilin bütün sahələrində uğurlar qazana bilirlər. İbtidai təhsildə, o cümlədən
2-ci sinifdə mütaliə vərdişinin formalaşdırılması aşağıdakı bilik və bacarıqların
inkişafına xidmət edir:
söz ehtiyatının zənginləşdirilməsi;
nitq mədəniyyətinin formalaşdırılması və inkişafı (orfoqrafik normalarla
tanışlıq, sözlərin məna çalarlarını anlamaq və yerli-yerində işlətmək və s.);
əldə edilən bilik və məlumatların sistemləşdirilməsi və analitik təfəkkürün
inkişafı (hekayə xəritəsinin tərtibi);
tənqidi təfəkkürün inkişafı, şəxsi və sosial dəyərləri qiymətləndirmə (hadisə
və qəhrəmanlara münasibətin bildirilməsi);
yaradıcı təfəkkürün inkişafı (“Mən qəhrəmanın yerinə olsa idim, nə edərdim?”
“Mən hekayəni necə bitirərdim?”);
məlumat mənbələrindən istifadə;
müqayisəli təhlil.
Göründüyü kimi, mütaliə vərdişindən danışarkən “Oxu” məzmun xətti, sadəcə, oxu
texnikasının nümayişi ilə məhdudlaşmamalıdır. Şagirdləri oxuduqları mətnlərlə bağlı
araşdırmalar aparmağa, mövzu üzrə daha çox məlumat toplamağa, bildiklərini başqaları
ilə bölüşməyə, ətrafdakıların bu haqda fikirlərini öyrənməyə sövq etmək lazımdır. Mütaliə
edən sinif üçün daim diskussiya mühiti yaratmaq, ona düşün dük   lərini müzakirəyə
çıxarmaq imkanı ver mək lazımdır. 
2-ci sinif  Azərbaycan dili dərslik  komplektinə daxil olan  "Müəllim üçün metodik
vəsait”də “Dərslərin saatlar üzrə bölgüsü” cədvəlində sinifdənxaric oxu dərsləri üçün
ayrıca saat ayrılmamışdır. Lakin bu o demək deyil ki, şagirdlər əlavə bədii kitablar-
dan klassiklərin,  yazıçı və şairlərimizin yazdığı əsərləri, şifahi xalq ədəbiyyatı
nümunələrini  oxumamalıdırlar. Yaxşı olar ki, müəllim hər həftəsonu şagirdlərə hər
hansı bir əsəri oxumağı tapşırsın. Növbəti həftə həmin əsərin müzakirəsi keçirilir.
Əsərin məzmununa uyğun ideyası müəyyənləşdirilir, nəticə çıxarılır, hekayə xəritəsi
tərtib olunur, məzmunla bağlı şagirdlər bir-birinə suallar verir və s.  
Əsərlərin oxunması və sinif şəraitində müzakirəsi şagirdlərin intellektinin for ma -
laşmasına, dünyagörüşünün genişlənməsinə gətirib çıxarır. Bununla yanaşı, söz eh -
tiyatının zənginləşməsində, nitq mədəniyyətinin inkişafında mühüm rol oynayır. Şəxsi
bacarıqları üzə çıxarır, məntiqi təfəkkürü inkişaf etdirir. Bütün bunlar isə kurikulum
konsepsiyasına uyğundur və onun tələbidir.
n
n
n
n
n
n
n
13
Çap üçün deyil

Müəllim şagirdlərə aşağıdakı əsərləri oxumağı tövsiyə edə bilər:
1. “Əlibaba və qırx quldur” 
2. Mikayıl Müşfiq: “Şəngül, Şüngül, Məngül”
3. “Qırmızıpapaq”
4. “Tıq-tıq xanım”
5. “Düyməcik”
6. Cəlil Məmmədquluzadə: “Saqqallı uşaq”
7. Lev Tolstoy: “Çəyirdək”
Yazı
İbtidai sinif şagirdlərində yazı ba ca -
rıqlarının inkişafını iki mərhələyə böl mək
olar:
1) yazı texnikasına yiyələnmək;
2) düşündüyünü yazılı şəkildə ifa -
də etmək.
1-ci sinifdə şagirdlərdə yazı texni ka -
sına yiyələnmək bacarığı forma 
laş dı -
rılmış və 2-ci mərhələyə keçidin əsası
qoyulmuşdur. 2-ci sinifdə şagird 
lərdə
yazı texnikası təkmilləş dirilməklə dü şün -
düyünü yazılı şəkildə ifadə etmək
bacarığı formalaş dırıl malıdır. ADK-da 2-
ci sinif üçün təsbit olunmuş 3.1.1-3.1.3
alt-standartları 1-ci mərhələyə, 3.1.4-
3.1.6 alt-standart ları isə 2-ci mərhələyə
aiddir. 
MMV-də verilən ifadə mətnləri
şagirdlərdə dinləmə bacarığını, eləcə də
mətn qurmaq bacarığını formalaşdırır və
ikinci mərhələyə şamil edilir. Buna görə də ifadə mətnləri ikinci sinif şagirdləri üçün
vacib amillərdən biridir. İfadə yazmağa aid birbaşa alt-standart olmasa da, 3.1.5
(“Əzbər bildiyi nəzm nümunələrinin qısa məzmununu yazır”) standartından çıxış
edərək  “Əzbər bildiyi nəzm nümunəsini nəsrə çevirərək yazır” bacarığı bir çox
dərslərdə təlim nəticəsi kimi qoyulmuşdur.
İnşa və ya essenin yazılması motivasiya tələb edir. Ona görə də şagirdlər
yazmağa başlamazdan əvvəl müəllim verilmiş mövzu üzrə müzakirə açmalı,
şagirdlərin fikirlərini dinləməli, əlavə suallar verməlidir. Məsələn, şagirdlər “Vətən”
haqqında esse yazmağa hazırlaşırlarsa, müəllim onlara aşağıdakı sualla müraciət
edə bilər: “Hər bir insanın vətən qarşısında borcu var. Siz bunu necə başa
düşürsünüz? Əsgər, həkim, şair vətən qarşısında borcunu necə yerinə yetirir?” Daha
14
GİRİŞ
3.1. Şagird yazı  bacarıqlarına yiyə lən -
di  yini  nümayiş  etdirir.
3.1.1. Yazısında sadə hüsnxət norma la -
rına   riayət edir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
3.1.3. Marağına uyğun seçdiyi nəzm
nümunəsini əzbərdən yazır.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır. 
3.1.5. Əzbər bildiyi nəzm nümunələrinin
qısa məzmununu yazır.
3.1.6. Sinif səviyyəsinə uyğun olaraq
müəyyən edilən sadə  əməli yazılar
(məktub, açıqca, elan, ərizə) yazır.
(Ana dili kurikulumu, səh.9)
Çap üçün deyil

sonra bəzi sözlərin yazılışı, cümlələrin qurulması, məzmunun təqdimatı üzərində iş
aparılmalıdır. Yalnız bundan sonra şagirdlərə müstəqil şəkildə inşa yazmaq tapşırılır. 
Qeyd etmək lazımdır ki, düşün düyünü yazılı şəkildə ifadə etmək bacarığı ümumi
təhsilin sonuna qədər davam edəcək. Ona görə də bu bacarığa ibtidai siniflərdən
başlayaraq xüsusi diqqət ayırmaq lazımdır. Bununla bağlı iş dəftərində müxtəlif növ
tapşırıqlar verilmişdir:
1) dinlənilmiş və ya oxunmuş şeiri nəsrə çevirərək yazmaq;
2) mətnin məzmununu yazılı şəkildə bir neçə cümlədə ifadə etmək;
3) mətni müəyyən məqamdan başlayaraq müəllifdən fərqli şəkildə davam et dir mək
və bitirmək;
4) əsərin qəhrəmanına (və ya müəllifinə) məktub yazmaq.
3.1.6 (“Sinif səviyyəsinə uyğun olaraq müəyyən edilən sadə əməli yazılar (mək -
tub, açıqca, elan, ərizə) yazır”) alt-standartı dərslərdə bir neçə dəfə reallaş dırıl mışdır.
Lakin ərizə forması ikinci sinif şagirdləri üçün çətin və anlaşılmaz olduğu üçün dərs -
liyə salınmamışdır. Dərs prosesi zamanı müəllim özü ərizə haqqında qısa mə lumat
verə bilər.
Dil qaydaları
Vəsaitin əvvəlində deyildiyi kimi,
linqvistik qaydalar nitq vərdişlərinin
inkişafına kömək edən vasitədir.
Bununla yanaşı, dilçilik özü də
inkişafda olan bir elmdir və digər
elmlər kimi, onun da əsasları orta
məktəbdə tədris olunmalıdır. Lakin
sovet dönəmindən bəri əvvəlki tədris
proqramları ana dilinin tədrisində
dilçiliyi əsas məqsəd kimi götürərək
nitq vərdişlərini arxa plana çəkirdi.
Milli Kurikulumun isə bu məsələyə
yanaşması tamamilə fərqli 
dir. Bu
yanaşmaya görə, dilçilik qayda 
ları
real nitqdən təcrid olunmuş şəkildə
əzbərlənməməli, şifahi və yazılı
nitqdə müvafiq situasiyalarda tətbiq
olunmaq üçün öyrənilməlidir.  
Qeyd etmək lazımdır ki, “Dil
 qaydaları” məzmun xətti üzrə şagird -
lər 1-ci sinifdə bir sıra linqvistik
anlayışları mənimsəməlidirlər: səs, hərf, heca, əlifba sırası, cümlə. 2-ci sinifdə
şagirdlərin bu bilikləri inkişaf etdirilir və dərin ləşdirilir.
15
4.1. Şagird  zəruri dil qaydalarını mə -
nim sədiyini nümayiş etdirir. 
4.1.1. Sait və samit səsləri  fərqləndirir.
4.1.2. Sözlərin böyük hərflə  yazılışına dair
qaydaları məqamına uyğun  istifadə edir. 
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir. 
4.1.4. Cəm şəkilçisinin düzgün yazılış və
tələffüz variantlarını fərqləndirir. 
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
4.1.6. Cümləni digər nitq vahidlərindən
fərqləndirir. 
4.1.7. Tələb olunan məqsəd  və in-
tonasiyaya görə cümlə qurur  və müvafiq
işarələrlə tamamlayır. 
(Ana dili kurikulumu, səh.10)
Çap üçün deyil

3.1.2, 3.1.4, 3.1.5, 3.1.6 alt-standartlarına və onların təlim məqsədlərinə uyğun
olaraq şagirdlər üzündən mətn köçürərkən, imla, ifadə mətnləri, məktub yazarkən
və s. zaman sözün sətirdən-sətrə keçirilməsi halları ilə qarşılaşırlar. Bunu nəzərə
alaraq ikinci sinif dərsliyində sözün sətirdən-sətrə keçirilməsi  və heca ilə bağlı
məlumat verilib. Bu, eynu zamanda I sinif Azərbaycan dili üzrə 4.1.3 alt-standartı ilə
fəndaxili inteqrasiyadir.
Ədəbi dil normalarına uyğun nitq bacarıqlarının formalaşması və inkişafı üçün dil
qaydaları məzmun xəttinin praktik əhəmiy yəti var. Bununla yanaşı, bu standartlar
gələcəkdə dilçiliyin əsaslarını daha dərindən mənimsəməyə kömək edir. 
Nitq bacarıqlarının inkişafinda imla mətnləri vacib amillərdən biridir. Şagirdlər imla
mətnləri yazarkən söz ehtiyatının artırılmasına nail olur, sözlərin düzgün yazılış və
tələffüzü qaydalarına daha da dərindən yiyələnirlər. Bu məqsədlə müəllif qrupu
qərara almışdır ki, imla mətnləri üçün alt-standart nəzərdə tutulmasa da, 4.1.3 (“Rast
gəldiyi yeni sözlərin yazılış və tələffüz qaydalarını müəyyənləşdirmək üçün lüğətdən
istifadə edir”) standartından çıxış edərək dərslərdə “Dinlədiyi imla mətnlərini orfo-
qrafik normalara uyğun yazır. İmla yazısındakı deyilişi və yazılışı fərqlənən sözlərin
düzgün yazılışını lüğətin köməyi ilə müəyyənləşdirir” təlim nəticəsini reallaşdırsınlar.
Bu təlim məqsədinə görə, şagird imla mətnini yazdıqdan sonra yazılışı və tələffüzü
fərqlənən sözləri lüğətin vasitəsilə araşdırır və səhvlərini müəyyən edir. Bu həm də
lüğətdən düzgün istifadəni də formalaşdırır.
1-ci və 2-ci siniflərdə dil qaydalarının tədrisi konsepsiyasının məqsədi
terminlərdən mümkün qədər az istifadə etməklə şagirdlərdə bir sıra dilçilik
anlayışlarının mahiyyəti haqqında ilkin təsəvvür yaratmaqdır.
Dərslikdə dil qaydaları ilə bağlı məlumatlar xüsusi dizaynla ayrılmış “Qaydalar
rubrikasında verilir. 
Termin
2-ci sinifdə təqdimat forması
Sait
Sait
Samit
Samit
Heca
Heca
Sinonimlər
Yaxınmənalı sözlər
Antonimlər
Əksmənalı sözlər
İsim
Ad bildirən sözlər
Sifət
Əlamət bildirən sözlər
Say
Say bildirən sözlər
Feil
Hərəkət bildirən sözlər
Şəkilçi
Hissəcik
Mürəkkəb söz
Mürəkkəb söz
Söz birləşməsi
Söz birləşməsi
Cümlə
Cümlə
2-ci sinifdə öyrədilən dilçilik anlayışları
16
GİRİŞ
Çap üçün deyil

Fəal təlim 
Fəal təlim nədir?
Məktəblərdə tədrisin əsas məqsədi şagirdlərə hazır bilik və ehkamlar vermək deyil,
onların faktlar və mənbələrlə sərbəst işləmək, təhlil etmək, müstəqil nəticələr
çıxarmaq bacarıqlarını inkişaf etdirməkdir. Bu cür təlimdə yoxlama və qiymətləndirmə
sistemi də fərqlidir. Burada yalnız mənimsənilmiş biliklərin aşkarlanması deyil,
şagirdlərin sərbəst işləmək bacarıq və vərdişləri əsas qiymətləndirmə meyarı kimi
götürülür. 
Ana dilinin tədrisi zamanı müəllim elə bir metodikaya üstünlük verməlidir ki, onun
tət biqi, sadəcə, şagirdlərin linqvistik biliklər qazanmasına deyil, eləcə də onlarda yük -
sək nitq mədəniyyətinin formalaşmasına, müəyyən sosial və intellektual vərdişlə rin
in kişafına kömək etsin. 
"İnteraktiv" termini "qarşılıqlı fəaliyyətə əsaslanan" deməkdir. İnteraktiv təlim
müəllim qarşısında yüksək tələblər qoyur. Şagirdləri tədqiqata, diskussiyaya cəlb
etmək, müstəqil fikir yürütməyi öyrətmək onlara müəyyən biliklər toplusunu
mənimsətməkdən daha çətindir. Müəllim sinifdəki işə həmişə özü rəhbərlik etməyə
də bilər. O, bütün qərarları özü qəbul etməyib müəyyən məsələləri şagirdlərin mü ha -
kiməsinə verə bilər. Bu yolla qazanılan biliklər şagirdlərin yaddaşında uzun müddət
qalır və onlar həmin bilikləri praktikada tətbiq etmək bacarığına malik olurlar. Bu
yanaşmadan danışarkən pedaqoqlar tez-tez Konfusinin kəlamını yada salırlar:
"Qulaq asıram – unuduram, görürəm – yadda saxlayıram, özüm edirəm – anlayıram".
Müasir pedaqoji və sosial araşdırmalar da göstərir ki, ənənəvi dərs-mühazirələrin
passiv dinlənilməsi faktların tez bir zamanda unudulmasına gətirib çıxarır. Bu
araşdırmalara əsasən, şagird oxuduğunun, gördüyünün və eşitdiyinin çox az
hissəsini qısa müddətdə yadda saxlayır. Lakin o, cəlb olunduğu fəaliyyət prosesində
öyrəndiklərinin böyük bir qismini qavrayır və uzun müddət unutmur.
Bütün bunlarla yanaşı, demək lazımdır ki, interaktiv metod məqsəd deyil, vasitədir.
Dünya təcrübəsi sübut edir ki, bu, çox yaxşı vasitədir. Lakin sadəcə, interaktivlik
xatirinə bu üsuldan istifadə etmək uğursuzluqla nəticələnə bilər. İnteraktiv təlim
metodlarının seçimi zamanı bir çox amilləri, ilk növbədə, sinfin hazırlıq səviyyəsini
nəzərə almaq lazımdır. Əsas məsələ isə budur ki, müəllim özü psixoloji və intellektual
baxımdan seçdiyi üsulu tətbiq etməyə hazır olsun.
17
Çap üçün deyil

İnteraktiv dərs modeli
“Ümumtəhsil məktəblərinin I–IV sinifləri üçün fənn kurikulumları”nda fəal dərsin
mərhələləri göstərilmişdir (səh. 284-286). MMV-də bir çox dərslərin şərhi bu model
üzərində qurulmuşdur.
Bu model yeni bilik və bacarığın mənimsədilməsi zamanı tətbiq olunur. Çünki
məhz informasiya qəbuletmə və ona münasibət bildirmə prosesində şagirdin tənqidi
təfəkkürünün inkişafına geniş imkanlar açılır. 
Nəzərə almaq lazımdır ki, bir çox dərslərdə oxunan mətnlə bağlı fəaliyyət və yeni
dil qaydasının mənimsədilməsi prosesləri bir-biri ilə inteqrasiya olunsa da, fərqli bilik
və bacarıqların mənimsədilməsini nəzərdə tutur. Məhz buna görə də fəal təlimin
mərhələləri hər bir proses üçün ayrı-ayrılıqda tətbiq və şərh olunur. Bu proseslərdən
18
GİRİŞ
MOTİVASİYA
PROBLEMİN QOYULMASI
TƏDQİQATIN APARILMASI
İNFORMASİYA MÜBADİLƏSİ
İNFORMASİYANIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ
NƏTİCƏ VƏ ÜMUMİLƏŞDİRMƏ
YARADICI TƏTBİQETMƏ
EV TAPŞIRIĞI
QİYMƏTLƏNDİRMƏ
Çap üçün deyil

hər birinə nə qədər vaxt ayrılması müəllimin öhdəsinə buraxılır. Dərslərin şərhini
yazarkən müəlliflərin əsas vəzifəsi müəllimlərə dərsin maraqlı və səmərəli
təşkili üçün ideyalar (motivasiyanın təşkili, suallar, inşa, esse mövzuları və s.)
və materiallar (dinləmə, imla, ifadə mətnləri və s.) təqdim etməkdir. Bütün bunlar
nümunə və tövsiyə xarakteri daşıyır. Yaradıcı müəllimlər məzmun standartlarını və
onlardan doğan təlim məqsədlərini reallaşdırmaq üçün fərqli material, texnika və
üsullardan da istifadə edə bilərlər. Bir daha qeyd edirik ki, əsas məqsəd məzmun
standartlarında nəzərdə tutulan bacarıqları şagirdlərə mənimsətməkdir.
Fəal təlim modeli əsasında dərsi uğurlu qurmaq üçün müəllimlər bir sıra qaydalara
riayət etməlidirlər.
1. Motivasiya (buzun sındırılması) çox önəmli mərhələdir. Bu, dərsin mövzusunun
şagirdlər üçün “doğmalaşmasına” gətirib çıxarır. Motivasiya mərhələsini keç -
mədən dərsə başlayan müəllim dəmiri qızdırmamış döyən dəmirçiyə bənzəyir.
2. Qoyulan tədqiqat sualı dərslikdəki mətnin məzmunu ilə birbaşa bağlı olmalıdır.
3.  Tədqiqatın aparılması zamanı sinfi qruplara bölməmək, ümumi diskussiya,
cütlərlə iş, səhnəcik kimi formalardan da istifadə etmək olar. Lakin əgər kiçik
qruplarla iş forması seçilibsə, onlara verilən tapşırıqlar tədqiqat sualının müxtəlif
yönümlərdən işıqlandırılmasına xidmət etməlidir. Əks halda bu mərhələ xaotik
prosesə çevriləcək.
4. Məlumat mübadiləsi və müzakirə zamanı mümkün qədər çox şagirdin iştirakını
təmin etmək lazımdır.
5. Əldə edilən nəticə tədqiqatın nəticəsini və tədqiqat sualına cavabı əks etdirməlidir.
6. Bütün mərhələlərdə Azərbaycan dili üzrə məzmun standartlarının tələbləri –
şagirdlərdə nitq bacarıqlarının inkişafı daim müəllimin diqqət mərkəzində
olmalıdır.
Qeyd etmək lazımdır ki, bəzi dərslərin strukturu fəal dərs modelində nəzərdə
tutulmuş mərhələlər üzrə qurulmaya da bilər. Kurikulumda qeyd olunduğu kimi,
müəllimlər qeyri-standart dərslərin tətbiqinə geniş yer verməlidirlər. MMV-də şərh
olunan bu cür dərslər anlama (oxu, dinləmə) 
özünüifadə (danışma, yazı)
modeli üzərində qurulmuşdur. Bu dərslərin mərhələlərini kurikulumda təsbit olunmuş
məzmun xətləri – dörd nitq bacarığı təşkil edir. 
19
Çap üçün deyil

Dilin tədrisində mətnin rolu
Dilin öyrədilməsində mətn əsas material rolunu oynayır. Ana dili kurikulumunda
təsbit olunmuş məzmun standartları, ilk növbədə, mətn vasitəsilə reallaşır. Mətn
istənilən nitq vahidi  (səs, hərf, söz, cümlə) ilə bağlı fəaliyyət qurmağa imkan verir. 
Mətn şagirdin analitik, məntiqi, tənqidi, yaradıcı təfəkkürünün inkişafı üçün də
əvəzolunmaz material rolunu oynayır. Lakin nəzərə almaq lazımdır ki, dil tədrisində
mətnlə bağlı çalışmalar, ilk növbədə, kurikulumda təsbit olunmuş nitq bacarıqlarının
inkişafına xidmət etməlidir. Mətnin məzmunu ilə bağlı qazanılan biliklər, əslində,
Azərbaycan dili fənninin predmeti deyil. Bu biliklər, sadəcə, fənlərarası inteqrasiyaya,
şagird təfəkkürünün inkişafına, dünyagörüşünün genişlənməsinə xidmət edir. Ona
görə də Azərbaycan dili dərsinin əsas məqsədi heç də mətndə ehtiva olunan biliklərin
mənimsənilməsi deyil, mətni dinləyib və ya oxuyub anladığını danışmaq və ya
yazmaq yolu ilə nümayiş etdirməkdir. Əgər şagird bunu edə bilirsə, deməli, o, biliyi
də mənimsəyir.
Mətndən çıxış edərək nitq bacarıqlarını inkişaf etdirmək üçün bir sıra çalışma
modelləri var ki, müəllimlər onlardan istifadə etməklə özləri mətn hazırlaya və əlavə
dərslər keçə bilərlər.
Müəllim üçün vəsaitin “Dərslərin planlaşdırılması” bölməsində imla, ifadə, üzündən
kö çürmə və dinləmə üçün bir çox mətnlər verilmişdir. Vəsaitin həcmi bu mətnlərlə bağlı
dərs lərin təfərrüatlı təsvirinə imkan vermir. Odur ki aşağıda mətnlə bağlı çalışma mo -
delləri verilmişdir. Həmin dərslərin təşkilində müəllim bu modellərdən istifadə edə bilər.
MƏTNLƏ BAĞLI ÇALIŞMA MODELLƏRİ
Oxuyub (və ya dinləyib) anlama
1.  Mətndə 2-3 cümlənin yeri boş saxlanılır (nöqtələr və ya rəngli zolaq verilir).
Çalışmada həmin cümlələr qeyri-ardıcıl verilir və şagirddən tələb olunur ki,
cümlələri müvafiq boşluqlarda işlətsin (yazsın və ya oxusun).
2. Mətnin abzasları qeyri-ardıcıl şəkildə verilir. Onları məzmuna uyğun olaraq ardıcıl
düzmək (yazmaq və ya oxumaq) tələb olunur.
3. Çalışmada mətnin məzmununu ifadə edən 3-4 cümlə qeyri-ardıcıl verilir. Şa gird dən
tələb olunur ki, mətnin məzmununa uyğun olaraq cümlələrin ardıcıllığını tapsın.
4. Çalışmada mətnin məzmununu ifadə edən 4-5 şəkil qeyri-ardıcıl verilir. Şa girddən
tələb olunur ki, mətnin məzmununa uyğun olaraq şəkillərin ardıcıllığını tapsın.
5. Bir neçə atalar sözü verilir. Onlardan mətnin ideyasını daha dəqiq ifadə edənini
tapmaq tələb olunur.
6. Mətndən bir neçə cümlə çıxarılır. Şagird bu cümlələr arasında mətnin məzmunu
üçün daha əhəmiyyətli olanını seçməlidir (daha çox elmi-kütləvi və publisistik
mətnlərə aiddir).
7. Doğru, yoxsa yanlış. Çalışmada bir neçə cümlə verilir. Bunlardan bəziləri mətnin
məzmununa uyğun, digərləri isə məzmuna ziddir.  
Dərslikdə şagirdlərin mətni oxuduqdan sonra nə dərəcədə anladıqlarını yoxlamaq
məqsədilə kifayət qədər “Doğru, yoxsa yanlış” başlıqlı tapşırıqlar var.  Bu tip
20
GİRİŞ
Çap üçün deyil

tapşırıqlar mətnin şüurlu oxusunu yoxlamaq məqsədilə verilir. Bütün şagirdlərin tez
və qısa zaman kəsiyində bu bacarığını müşahidə etmək üçün yaxşı olar ki, hər bir
şagirdin stolunun üzərində  kartondan kəsilib hazırlanmış smayliklər olsun. Bu
smayliklərin bir tərəfində gülən, bir  tərəfində isə kədərli smaylik rəsmi təsvir
olunmuşdur.  Şagirdlər tapşırığı dinləyərkən doğru fikirlər səslənəndə gülən smayliki,
yanlış fikirlər səslənərkən kədərli smayliki göstərsinlər.  
8. Hansı suala cavab var? Çalışmada mətnin məzmunu ilə bağlı bir neçə sual verilir.
Bu suallardan yalnız birinə mətndə cavab var. Şagird həmin sualı tapmalıdır.
9. Hansı suala cavab yoxdur? Çalışmada mətnin məzmunu ilə bağlı bir neçə sual
verilir. Bu suallardan birinə mətndə cavab yoxdur. Şagird həmin sualı tapmalıdır.
10. Analiz. Mətndən sonra bir neçə əlamət (keyfiyyət) bildirən söz verilir. Onlardan
han sıların baş qəhrəmanın xarakterinə uyğun gəldiyi soruşulur.
11. Lüğət ehtiyatının zənginləşdirilməsi. Mətndə müəyyən sözlərin altından xətt çə -
kilir. Çalışmada həmin sözləri yaxınmənalı sözlərlə əvəz etmək tələb olunur.
Danışma
12. Mətn verildikdən sonra şagirddən tələb olunur ki, mətnin məzmununu bir neçə
cüm lədə ifadə etsin.
13. Mətn kulminasiya nöqtəsində yarımçıq saxlanılır. Şagirdlərdən tələb olunur ki,
mətni özləri davam etdirsinlər.
14. Mətndə dialoqlar çoxluq təşkil edirsə, mətn səhnələşdirilir.
15. Mətndəki məsələlərin fərqli həllini tapmaq üçün sinifdə müzakirələr  təşkil olunur.
Yazı
16. Şeir verilir. Şeirin məzmununu nəsrlə yazmaq tələb olunur.
17. Şagirdlərdən əsərin baş qəhrəmanına məktub yazmaq tələb olunur.
18. Mətndə göy rəngdə verilmiş bir neçə söz deyiliş formasında yazılır. Şa gird dən
həmin sözləri orfoqrafik cəhətdən düzgün yazmaq tələb edilir.
Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin