Hava zərbə dalğası



Yüklə 140,69 Kb.
səhifə1/14
tarix11.12.2022
ölçüsü140,69 Kb.
#73837
  1   2   3   4   5   6   7   8   9   ...   14
mm


Hava zərbə dalğası
Hava zərbə dalğası səs sürətindən yüksək sürətlə yayılan sıxılmış hava kütləsidir. Sıxılmış həcmin ön səthi zərbə dalğasının ön cəbhəsi adlanır.
Zərbə dalğasının əsas parametrləri izafi təzyiq ( ), sürət təzyiqi ( ), dalğanın təsir vaxtı ( ) və zərbə dalğasının ön cəbhəsinin sürətidir (Vf).
Zərbə dalğasının ön cəbhəsində müşahidə olunan təzyiqin maksimal qiyməti ilə atmosfer təzyiqi arasındakı fərq izafi təzyiq adlanır.
Hava zərbə dalğasının Sİ sistemində ölçü vahidi paskal (Pa), sistemdənxaric ölçü vahidi isə kqq/sm2-dir:
1 kqq/sm2 ≈ 100 kPa.
İzafi təzyiqin qiyməti aşağıdakı formullar vasitəsilə hesablanır:

  • yerüstü nüvə partlayışında:

, kPa;

  • hava nüvə partlayışında:

, kPa,
harada - partlayışın gücü, kq; R - partlayışın mərkəzindən (epimərkəzindən) obyektə qədər olan məsafədir, m.
Müəyyən bir qücə malik nüvə part­la­yışının zərbə dalğasının parametrlərini digər bir nüvə partlayışına görə oxşarlıq qanunundan istifadə etməklə təyin etmək olar.
Nüvə partlayışlarının oxşarlıq qanunu: gücləri q1 və q2 olan iki nüvə partlayışı zamanı zərbə dalğasının eyni izafi təzyiqi partlayış güclərinin nisbətinin kub kökü ilə mütənasib olan R1 və R2 məsafələrində (uyğun olaraq I və II partlayış mərkəzlərindən) müşahidə olunur.
,
əgər, q1 = 1Mt qəbul etsək: olar.
Zərbə dalğasında havanın hərəkəti güclü külək təzyiqi kimi hiss olunur ki, bu da sürət təzyiqi adlanır.
Havanın sürət təzyiqi ( ) izafi təzyiqin qiymətindən ( ) asılı olaraq aşağıdakı formulla təyin edilir:
, kPa.

Yüklə 140,69 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin