Mövzu 7: Kütləvi qırğın silahları haqqında anlayış. Nüvə silahı və onun zədələyici amilləri.
Kütləvi qırğın silahları haqqında anlayış
Müasir qırğın vasitələri zədələyici təsirinin xarakterinə görə şərti olaraq 2 qrupa ayrılır:
adiqırğınsilahları
kütləviqırğınsilahları.
Adi qırğın vasitələrinə – artilleriya, aviasiya silah və sursatları, raket qurğuları, gəmi silahları, partalyıcı və yandırıcı vasitələr və s. döyüş sursatları aiddir.
Kütləvi qırğın silahlarına - nüvə silahı, kimyəvi silah və bioloji silah aid edilir. Bu silahlar ona görə belə adlanır ki, onlar bir anda insanları kütləvi şəkildə zədələyə və məhv edə bilir.
Müasir dövrdə bütün inkişaf etmiş ölkələr öz hərbi potensialını saxlamaq və inkişaf etdirmək üçün kütləvi qırğın silahları ilə təminata mühüm yer ayırırlar. Düşmən tərəfindən tətbiq edilən kütləvi qırğın vasitələrindən obyektlərin müdafiəsi və nəticələrin aradan qaldırılması üzrə tədbirləri təşkil etmək və həyata keçirmək üçün nüvə, kimyəvi, bakterioloji (bioloji) silahların və digər vasitələrin təsir prinsipini bilmək lazımdır.
Tətbiq olunan kütləvi qırğın vasitələrinin növündən asılı olaraq nüvə, kimyəvi, bakterioloji (bioloji) zərbə ocağı və radioaktiv, kimyəvi, bakterioloji (bioloji) yoluxma zonası yarana bilər. İki və daha çox kütləvi qırğın vasitələrinin tətbiqi zamanı ikili kombinə edilmiş zərbə ocağı yaranır.
Nüvə silahı və onun zədələyici amilləri.
Kütləvi qırğın silahlarının ən güclüsü nüvə silahıdır. Nüvə silahı - partlayıcı vasitə olub, onun enerji mənbəyi – (atom nüvəsinin parçalanması və ya sintezi)—zəncirvari nüvə reaksiyalarıdır.
Nüvə partlayışlarının güclü dağıdıcılıq xüsusiyyətlərini nəzərə alaraq onu döyüş əməliyyatlarında strateji və taktiki məsələlərin həlli üçün tətbiq edirlər. Nüvə silahlarını qısa bir zamanda, böyük ərazilərdə, ilin bütün fəsillərində, gecə və gündüz istifadə etmək mümkündür.
İlk dəfə nüvə silahından 1945-ci ilin avqust ayında ABŞ Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə təyyarədən atom bombası atmaqla istifadə etmişdir. O zaman əhali, yeni silahdan qorunmağın üsullarını bilmədiyi üçün çox böyük təlafata düçar oldu. Nəticədə 300.000 nəfərdən artıq dinc sakin həlak oldu, 200.000 nəfərdən artıq xəsarət aldı (yanıq yarası, zərərli şüalanmalara məruz qalma).
Nüvə silahlarının dağıdıcı təsir qüvvəsi nüvədaxili enerjinin ayrılması hesabına baş verir.
Nüvə yükündən asılı olaraq 2 növü ayırd edilir:
-ağır kimyəvi elementlərin (235U, 239Pu) atom nüvələrinin zəvcirvari parçalanması reaksiyasına əsaslanan nüvə bombaları (əvvəllər «atom bombası» adlandırılırdı) və
-yüngül elementlərin (məs., hidrogen izotoplarının) atom nüvələrinin sintez reaksiyasına əsaslanan hidrogen (istilik-nüvə) bombaları.
Atom silahlarının istifadəsində nüvədaxili ağır kimyəvi element atomları bölünərək daha yüngül atom və nüvələrə çevrilir və bölünmə reaksiyası adlanır. Hidrogen silahlarının istifadəsində yüngül kimyəvi element atomları birləşərək daha ağır atomlar əmələ gətirir və buna sintez üsulu deyilir.