Mühazirə mövzusu Plan



Yüklə 440,9 Kb.
səhifə1/8
tarix11.12.2022
ölçüsü440,9 Kb.
#73927
növüMühazirə
  1   2   3   4   5   6   7   8


Mühazirə mövzusu 5.
Plan
Elektrolitik dissosiasiya nəzəriyyəsi
Dissosiasiya dərəcəsi və dissosiasiya sabiti
Suyun ion hasili
Bufer sistemləri və onların mexanizmi, bioloji əhəmiyyəti

Elektrolitlərin məhlulda və ya ərintidə ionlara parçalanmasına elektrolitik dissosiasiya deyilir. Arrenius hələ 1887-ci ildə qeyri-elektrolit və elektrolit məhlulların kolliqativ xassələri arasında olan mühüm fərqi izah etmək üçün elektrolitik dissosiasiya nəzəriy-yəsini irəli sürmüşdür. Bu nəzəriyyəyə görə suda həll olanda müsbət və mənfi yüklü ionla-ra parçalanan maddələrə elektrolitlər deyilir.


NaCl → Na⁺ + Cl⁻
Əritdikdə və ya suda həll etdikdə ionlara parçalanan və ona görə də ərintiləri və suda məhlulları elekrtik cərəyanını keçirən maddələrə elektrolitlər, ərinmiş və həll olmuş halda ionlara parçalanmayan və ona görə də elektrik cərəyanını keçirməyən maddələrə, qeyri-elektrolitlər deyilir.
Elektrolitik dissosiasiya nəzəriyyəsi 3 əsas müddəadan ibarətdir:
1.Əritdikdə və suda həll etdikdə elektrolitlər müsbət və mənfi yüklü ionlara parçalanır

Məhlulda ionlar müxtəlif istiqamətdə nizamsız hərəkət edirlər.
2. Elektik cərəyanının təsirindən ionlar istiqamətlənmiş hərəkət edirlər: müsbət yüklü ionlar katoda (kationlar), mənfi yüklü ionlar isə anoda (anionlar) doğru hərəkət edirlər.
3. Dissosiasiya dönər prosesdir: molekulların parçalanması ilə yanaşı, ionların birləşməsi, yəni, assosiasiyası baş verir.
Normal duzlar, 2 qat duzlar, qarışıq duzlar – 1 mərhələli dissosiasiya edirlər. NaCl ⇄ Na+ + Cl
Na2SO4 ⇄ 2Na+ +
Na3PO4 ⇄ 3Na+ +
NaKSO4 ⇄ Na+ + K+ +
Ca(ClO)Cl ⇄ Ca2+ + ClO+ Cl


Turş və əsasi duzlar - 2 mərhələli dissosiasiya edirlər.
I. NaHSO4 ⇄ Na+ + HSO4
II. ⇄ H+ +
I. Ca(OH)Cl ⇄ CaOH+ + Cl-
II.CaOH+ ⇄ Ca2+ + OH

Yüklə 440,9 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin