- 3 -
İSSN 2223-5124
ELMİ ƏSƏRLƏR
TƏBİƏT ELMLƏRİ VƏ TİBB SERİYASI
SERIES OF NATURAL SCİENCES AND MEDİCİNE
SCIENCES
СЕРИЯ ЕСТЕСТВЕННЫХ НАУК МЕДИЦИНЫ
№3(68)
NAXÇIVAN, NDU, “QEYRƏT”-2015
НАУЧНЫЕ ТРУДЫ
SCIENTIFIC WORKS
- 4 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 3 (68)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 3 (68)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 3 (68)
BİOLOGİYA
SALEH MƏHƏRRƏMOV
AMEA-nın müxbir üzvü
Naxçıvan Dövlət Universiteti
salehmaharramov@mail.ru
UOT: 581.1
YOVŞAN ÜZƏRLİK QARIŞIĞININ SELİKLİ QİŞALARA YERLİ TƏSİRİ
Aparılan tədqiqat işində antihelmint səmərəyə malik yovşan-üzərlik qarışığının selikli
qişalara təsirini öyrəndik. Təcrübədə qarışıqdan hazırlanan bişirmənin dəri səthində, ağız boşluğu,
udlaq, qida borusu, mədə-bağırsaq selikli qişalarında iltihab xarakterli reaksiya yaratmadığını
müşahidə etdik.
Açar sözlər: yovşan, üzərlik, toksiki təsir, yerli təsir, selikli qişalar
Key words: wormwood, rue,, toxic affect, local affect, mucous membrance.
Ключевые слова: полынь, гармала, токсическая действия, местная действия,
слизистые оболочки
Preparatın müalicə və toksiki təsiri onun hansı miqdarda orqanizmə daxil edilməsindən də
asılıdır. Hətta müalicə əhəmiyyətli bitki və kimyəvi mənşəlli preparatlarla zəhərlənmələr zamanı
heyvanların ürək-damar, tənəffüs, həzm, sinir sistemində, maddələr mübadiləsində, humoral
sistemdə disfunksiyalar əmələ gəlməklə, temperatur aşağı enir, ümumi halsızlıq yaranır, immunitet
zəifləyir, diri çəkiləri azalır. Qanın formalı elementlərinin sayında, fiziki-kimyəvi xassələrində
leykositlər formulunda normadan kənara çıxmalar müşahidə edilir [11, s. 191-194]. Daxili
orqanlarda histopatoloji dəyişikliklər qeydə alınır [2, s. 1-5].
Otlaqlarda yayılan bəzi zəhərli bitkilər həm də müalicəvi əhəmiyyətə malikdir. Buna görədə
hətta yüksək səmərəliliyə malik bitkilər praktik olaraq tətbiq edilməmişdən əvvəl toksikoloji
cəhətdən qiymətləndirilməlidir. Az miqdarda müalicəvi əhəmiyyətə malik bitkilər heyvan
tərəfindən artıq yeyildikdə toksiki təsir göstərir. Zəhərli bitkilər heyvanlar üçün toksiki maddələri
həyat fəaliyyətləri dövründə hazırlayaraq yarpaqlarında, köklərində və b. vegetativ, generativ
orqanlarında saxlayırlar. Bitkiləri tərkibindəki zəhərli maddələrin təbiətinə görə 4 qrupa ayırırlar:
1) alkaloidləri sintez edən bitkilər;
2) tərkibində qlikozidlər çox olan bitkilər;
3) efir yağları və fitonsidlərin üstünlük təşkil etdiyi bitkilər;
4) fotosensibilizasiya edici maddələrə malik bitkilər [3, s. 221-223].
Heyvanların zəhərli bitkiləri yemə səviyyəsi eyni olmur. Gövşəyənlər qlikozid tərkibli
maddələri daha çox yeyir. Bitkilərlə zəhərlənmiş keçilərin südünü başqa heyvanlara içirtdikdə də
toksikoz yaranır. Zəhərli bitkilərin hətta yemlə heyvan orqanizminə düşməsi hallarında da
toksikozlara təsadüf edilir. Bitkilərin toksikliyi vegetasiya dövründən, yaşından, qidalanma
şəraitindən, onların inkişafını sürətləndirmək üçün səpilən kimyəvi gübrələrin verilmə miqdarından
və b. amillərdən asılıdır [4].
Baldırğanın ağ siçanlar üzərində çiçəkləmə və meyvələrin yetişmə fazasında maksimal keçid
həddi müvafiq olaraq 5200, 5050 mq/kq, orta öldürücü dozası hər iki fazada 7390 mq/kq, 100%
öldürücü dozası isə 10030 və 10050 mq/kq-dır. Onun çiçəkləmə və meyvələrin yetişmə
mərhələsində Kaqan və Stankoviç metodu ilə müxtəlif dozalarda uzun müddət verilməsinə
baxmayaraq heyvanların 50%-i ölmədiyindən kumulyasiya əmsalını təyin etmək mümkün
- 5 -
olmamışdır. Baldırğanın boğaz siçovullara müalicə, müalicə dozasının 3, 5 dəfə artırılmış
miqdarları verilən tədqiqatlarda embriotoksik, teratogen təsir qeydə alınmamışdır [7, s. 96].
Baldırğanın müalicə (0,9 q/kq), müalicə dozasının 3 və 5 dəfə artırılmış miqdarları
yedizdirilmiş qoyunların bədən temperaturu normal dərəcədə olmuşdur. Heyvanların hərəkət
koordinasiyasında, davranışında, selikli qişaların rəngində patoloji dəyişikliklər görünməmiş, ürək
vurğularının taxikardiya və bradikardiyasına, tənəffüs hərəkətlərinin, işgənbənin peristaltikasının
sayında tezləşmə və seyrəkləşmə hallarına təsadüf edilməmişdir. Təcrübədə olan heyvanların
qanında
eritrositlərin, leykositlərin, trombositlərin sayı, hemoqlobinin miqdarı, eritrositlərin
hemoqlobinlə doyma dərəcəsi normal ölçüdə olmuşdur. Həmin heyvanlardan götürülən sidiyin
fiziki-kimyəvi xassələrində patoloji dəyişiklik əmələ gəlmir. Baldırğan qəbul edən heyvanların
ürək, dalaq, qara ciyər və böyrəklərindən götürülən nümunələrin mikroskopiyasında histopatoloji
dəyişiklik görünməyib. Buna görə də baldırğan praktik olaraq həzm sistemi strongilyatlarına qarşı
yüksək antihelmint səmərəyə malik, lakin toksiki təsiri olmayan bitki kimi qəbul edilməlidir [6, s.
51-52; 8, s. 168-171].
Orlyak ayı döşəyinin dəmləməsini 4 ay ada dovşanlarına verdikdə qanda eritrositlərin,
hemoqlobinin, leykositlərin, trombositlərin miqdarı azalır, eritrositlərin çökmə sürəti artır,
eritrositlər sidiklə ixrac olunur. Mədə-bağırsaqda hemorargik kataral iltihab, sidik kisəsinin selikli
qişasında hemorargiyalı şişkinlik, eroziya və papillomatoz əmələ gəlir [10, s. 121-125].
Andız, propolisdən hazırlanan dəmləmə, sarımsağın şirəsi, şirin biyanın kökündən
hazırlanan ekstrakt yüksək dərəcədə bioloji fəal maddələrə malik olmaqla bakteiosid, bakteriostatik,
sidik qovucu və b. istiqamətlərdə orqanizmə stimuledici təsir göstərir [9].
Antihelmint təsirləri müəyyənləşdirilən bitkilərin qarışıq formada heyvanlara verilməsi
zamanı yüksək səmərənin alınması onların toksikoloji xüsusiyyətlərinin araşdırma zərurətini
yaradır.
Apardığımız tədqiqatlarda yovşan-üzərlik qarışığının nematodlara qarşı səmərəli
antihelmint təsirə malik olduğunu sübut etmişdik. İki bitki qarışığının verilməsi sinergizm zamanı
bir- birinin təsirini qüvvətləndirir. Bitkilərin tərkibindəki maddələrin antaqonist olması onların
helmintosid təsirini azaltmaqla yanaşı heyvan orqanizmində toksiki əlamətlərin yaranmasına səbəb
olur.
Həzm sistemi strongilyatları ilə yoluxmuş heyvanlarda yovşanın və üzərliyin yerüstü yaşıl
kütləsindən hazırlanmış bişirmələrin antihelmint təsirini öyrəndikdən sonra onları müxtəlif
formalarda yedizdirməklə səmərəliliyini yoxlamışdıq. Yüksək antihelmint təsir göstərən yovşan-
üzərlik qarışığının heyvanlara qüvvəli yemlə verilməsi təcrübəsində ən yüksək səmərəlilik
hemonxuslara qarşı alınmışdır [1, s. 10-25]. Yovşanın heyvanlar tərəfindən sərbəst şəkildə
yeyilməsi onun toksikologiyasının öyrənmək zərurətini bir daha artırır. Toksiki təsir göstərən
bitkilər olan otlaq sahələrində heyvanların fasiləsiz otarılması kütləvi zəhərlənmələrə səbəb olur.
Yovşan-üzərlik qarışığının təcrübə heyvanları üzərində dəri və selikli qişalara toksiki
xüsusiyyətlərini bitkilərin topladığımız yaşıl yerüstü kütləsindən hazırladığımız bişirmə formasında
öyrəndik.
Preparatın yerli təsiri onun sürtüldüyü bədən hissəsində yerli olaraq dəyişikliyin əmələ
gəlməsi ilə ölçülür. Bu zaman həmin nahiyyədə qızartı, infiltrasiya, şişkinlik, yerli temperatura kimi
iltihab tipli reaksiyaların yaranmasına diqqət edilir.
Helmintosid təsirə malik yovşan-üzərlik qarışığının yerli təsirini həm bədən səthinə
sürtməklə, həm də həzm sisteminə yeritməklə öyrəndik. Təcrübəni ağ siçovullar üzərində apardıq.
Bişirmənin təsirini hər qrupda 6 baş təcrübə heyvanı olmaqla V qrupda öyrəndik. Yovşan-üzərlik
qarışığından hazırlanmış bişirmənin dəri səthinə təsirini öyrənmək üçün təcrübədə olan I qrup
siçovulların qarın nahiyyəsinin tükünü təmizləyib 1:5 nisbətində hazırlanmış məhluldan gündə bir
neçə dəfə olmaqla həmin nahiyəyə sürtürdük. II qrup siçovullara bişirmənin müalicə (6 q/kq), III
qrupa isə onun 3 dəfə artırılmış miqdarını (18 q/kq) qida borusuna, ağız selikli qişasına
toxundurmaqla mədəsinə yeritdik. IV və V qrupda olan siçovullar isə nəzarətdə olmaqla həmin
proseslərdə adi distillə sudan istifadə etdik [5].
Müayinə etdiyimiz məhlulun dəri səthinə təsirini adi gözlə həmin gün və 24 saat sonra
nəzarət etməklə izləyirdik. Yerli təsirini öyrəndiyimiz preparatın sürtüldüyü dəri nahiyəsində iltihab
- 6 -
xarakterli reaksiya görünməyərək onun rəngi adi vəziyyətdə olduğu kimi qalaraq nəzarət qrupundan
fərqlənmirdi. Məhlulun müxtəlif dozada həzm sisteminin selikli qişalarına yerli təsirini
müəyyənləşdirmək üçün həmin qrupda olan siçovulların bir hissəsini 3, bir hissəsini 6 saat, digər
hissəsini isə 1 gündən sonra öldürüb müayinə etdik. Müayinəni siçovulları öldürdükdən sonra ağız,
udlaq, qida borusu, mədə, nazik və yoğun bağırsaqları yarıb daxili selikli qişalarını yoxlamaqla
apardıq. Müayinədə yovşan-üzərlik qarışığından hazırlanmış bişirmənin müalicə dozasının verildiyi
bütün siçovulların ağız, udlaq, qida borusu və mədə-bağırsaq traktının selikli qişasında qızartıya,
iltihab reaksiyasına təsadüf etmədik. Yovşan-üzərlik qarışığının müalicə dozasının 3 dəfə artırılmış
miqdarı verilən və 3 saat sonra öldürülən siçovulların ağız boşluğunun, qida borusunun və mədənin
selikli qişasında qızartı görünürdü. 6 saat, 1 gün sonra öldürülən heyvanlarda isə həmin dəyişikliyə
təsadüf etmədik.
Təcrübələrin nəticəsi göstərir ki, antihelmint təsirə malik yovşan-üzərlik qarışığından
hazırlanmış bişirmə dəri səthinə, həmçinin ağız boşluğu, udlaq, qida borusu və mədə-bağırsağın
selikli qişalarına toksik təsir etmir.
ƏDƏBİYYAT
1. Müalicə profilaktika məqsədilə qoyunların mədə-bağırsaq nematodozlarına qarşı anthelmint
bitkilərin və onların kimyəvi preparatla qarışığının işlədilməsinə dair təkliflər. Bakı, Mütərcim,
2010, 27 s.
2. Sarsılmaz M, Özen OA. Subkronik dönem boyunca formaldehit soluyan sıçanların leydig
hücrelerindeki histopatolojik değişiklikler // Fırat Tıp Dergisi, 2000, c.2, s.1-5
3. Şener S., Yıldırım M. Veteriner Toksikoloji / Teknik Yayıncılık, 2000, s.221-223
4. Tuna A., Özer Ö., Muğla Ü. Farkli kalsiyum bileşiklerinin karpuz (citrullus lanatus) bitkisinde
verim, beslenme ve bazi kalite özellikleri üzerine etkisi // Erciyes Üniversitesi Ziraat Fakültesi
dergisi, 2005, 42/1,
http://firattipdergisi.com/pdf. php3?id=429
5. Кравченко И.А. Токсикологическая и фармакологическая оценка новых нематодоцидных
антгельминтиков бифена и кубифена: Автореф. дис. ... канд. вет. наук. М., ВИГИС, 1990, 21
с.
6. Магеррамов С.Г. Влияние лекарственного антигельминтного растения борщевика на
общее клиническое состояние и физико-химические свойства мочи овец / Материалы
конференции Роль науки в интенсификации сельского хозяйства. Новосибирск, Сибирское
отделение ВАСХНИЛ, 1990, ст. 51-52
7. Магеррамов С.Г. Токсикологическая оценка лекарственного растения борщевика // Бюл.
ВИГИС, 1990, № 54, с. 96
8. Магеррамов С.Г. Гистологические изменения внутренних органов овец под влиянием
борщевика // Актуальные вопросы профилактики и ликвидации заразных и незаразных
болезней животных. Тематический сборник трудов АзНИВИ, 1991, s. 168-171
9. Фитопрепараты. 13 mart 2008. http://
www.fito.biz.ua/
product
10. Эюбов И.З., Шириев Ф., Алишзаде С.Д. Влияние папоротника орлянка на организм
кроликов // Актуальные вопросы профилактики и ликвидации заразных и незаразных
болезней животных. Тематический сборник трудов АзНИВИ, Баку, 1991, s. 121-125
11. Kısmalı G. Effects of coenzyme Q10 on blood biochemistry in rats // Kafkas Üniversitesi
veteriner fakültesi dergisi, 2009, c. 15, № 2, s. 191-194
ABSTRACT
Saleh Maharramov
The local effect of the rue-wormwood of mixture to the mucous membrane
Our research in the anthelmintic effect of high local impact of wormwood, rue learned a
mixture of bakng. To investigate the effect of distilled water to the baking surface of the skin with a
1:5 ratio of 1 settled solution several times a day with the skin of experimental animals have been
- 7 -
cleaned. Inflammation of the skin reaction to the area of application of the solution of their stay, as
well as its color control group did not differ from the normal position. To determine the effect of
different doses of the solution to the mucous membrances of the digestive system, the drug treated
rats in the experiment (6kg/kg) increased the amount of 3 times and treatment dose (18kg/kg)
pursued. Wormwood, rue examination treated by a mixture of baking all the rats given doses of the
mouth, pharynx, esophagus and gastrointestinal tract mucosa redness, inflammation reaction was
not found. The treatment dose was increases to 3 times the amount of the rats were killed 3 hours
after the oral cavity, esophagus and stomach mucosa seemed redness. After 6 hours, 1 day after the
animals were killed, the change did not occur.
РЕЗЮМЕ
Салех Магеррамов
Местное действие смеси из полыни и гармалы на слизистые оболочки
В проведенных опытах изучали местное действие отвара, приготовленного из смеси
полыни и гармалы, обладающих высоким антигельминтным действием. Для выяснения
действия на поверхности кожи подопытных животных несколько раз в день смазывали
очищенные части отваром, разведенным дистиллированной водой 1:5. В области смазанной
раствором кожи не выявлена реакция воспалительного характера, ее цвет продолжал
оставаться прежним, не отличаясь от цвета кожи животных контрольной группы.
Для выяснения местного действия раствора в разных дозах на слизистые оболочки
вводили в пищеварительную систему подопытных крыс препарат в терапевтических (6г/кг) и
трехкратно увеличенных (18г/кг) дозах. При обследовании у слизистых оболочек рта, глотки,
пищевода и желудочно-кишечного тракта крыс, введенных терапевтической дозы отвар,
приготовленный из смеси полыни и гармалы, красноты, воспалительной реакции не
наблюдалось. У слизистых оболочек рта, пищевода и желудка крыс, введенных трехкратной
дозы отвар и убитых через 3 часа, появилась краснота. У крыс, убитых через 6 часов, одни
сутки, подобных изменений не обнаружено.
NDU-nun Elmi Şurasının 28 aprel 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 09)
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 3 (68)
- 8 -
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 3 (68)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 3 (68)
AKİF MƏRDANLI
akifmerdanli@mail.ru
FƏRMAN XUDAVERDİYEV
fermanxudaverdiyev@mail.ru
TOFİQ ƏLİYEV
tofiqeliyev@mail.ru
Naxçıvan Dövlət Universiteti
UOT: 631,8
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ ŞƏRUR RAYONUNDA MEYVƏ
AĞACLARINA ZƏRƏRVERƏN BAŞLICA KƏPƏNƏKLƏR VƏ
ONLARIN TƏBİİ DÜŞMƏNLƏRİ
Açar sözləri: Meyvə güvəsi,kəpənək zərərverici, tırtıl
Key words: Butterfly, vermin, larva, fruit, moth, insects
Ключевые слова: бабочка,вредитель, личинка, моль, насекомы
Azərbaycan respublikası prezidentinin 2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq
məhsulları ilə etibarlı təminatına və ərzaq məhsullarının təhlükəsizliyinə dair dövlət
proqramının həyata keçirilməsi sahəsində keyfiyyətli meyvə məhsullarının yetişdirilməsi, yeni
bağların yaradılması işləri gün-gündən genişlənir. Haqlı olaraq bu ili prezident İ.Əliyev
Azərbaycanda kənd təsərrüfatı ili elan etmişdir.
Azərbaycanda o cümlədən Naxçıvan MR-in Şərur rayonunda qiymətli yerli meyvə
ağacları becərilir. Son 3-4 ildə Şərur rayonunda 100 hektardan çox meyvə bağı əkilmişdir. Buna
əsasən Türkiyə dövlətindən gətirilmiş alma, armud, ərik, şaftalı və bəzi çəyirdəkli meyvə
bitkilərini göstərmək olar. Onların bərpasına və məhsuldarlığına xüsusi diqqət yetirilir.
Yüksək meyvə məhsulu götürmək üçün geniş tədbirlər planı hazırlanıb həyata keçirilir.
Müasir dövrün əsas tələbləri kimi ətraf mühütün çirklənməsinə qarşı ekoloji təmiz
məhsul əldə etmək üçün insan və heyvan orqanizmlərində toplanaraq müəyyən fəsadlar törədə
bilən kimyəvi insektisidlərdən zərərverici həşəratlara qarşı mübarizədə az səmərəli istifadə
etməklə, inteqrir və bioloji mübarizə tədbirlərinə daha böyük üstünlük verilmişdir.
Şərur bölgəsində meyvə bağları hər il canlı zərərverici həşəratlar tərəfindən 20-30%,
ziyana uğrayan zərərvericilərin kütləvi artıb çoxalan dövrü isə 60-75%-ə qədər çatır. Belə
zərərvericilər içərisində kəpənəklər dəstəsi bioekoloji xüsusiyyətlərinə, yayılmasına təsərrüfat
əhəmiyyətinə və entomofoqlar tərəfindən tənzimlənməsinə görə əsas yerlərdən birini tutur.
Aparılan çoxillik tədqiqatlara əsasən Şərur bölgəsində bağ sahələrində ağaclara zərər
verən 5 növ kəpənək və onların təbii düşmənləri haqda məlumat verək.
1.Meyvə güvəsi-Yponomenta-padellus h. meyvə güvəsi kəpənəklər (hepidoptera)
dəstəsinin sincabaoxşar güvələr (yponomentidae) fəsiləsinə aiddir. Kəpənəyin qanadlarının
açılmış vəziyyətdə ölçüsü 18-22 mm-dir. Ön qanadlarında 3 cərgədə düzülmüş 16-19 qara
nöqtələr vardır. Arxa qanadlar boz kül rəngdədir. Tırtılları 14-16 mm uzunluqda olmaqla sarımtıl
göy rəngdədir. Pup tünd sarı rəngdə olmaqla ölçüsü 7-11 mm –dir.
Meyvə bağlarında geniş yayılaraq yalnız çəyirdəkli meyvə bitkilərinə, ərik, şaftalı, gavalı,
badam, alça və s. zərər verir. Şaftalı və əriyin ciddi zərərvericisi hesab edilir. Bu bitkilərə 35-45%
zərər verir.
Ərik ağacı üzərində aparılan müşahidələrə əsasən meyvə güvəsinin kəpənəklərinin
bağlarda görünməsi iyun ayının birinci ongünlüyündən başlayaraq avqust ayının axırlarına
qədər davam edir. Bu müddətdə havanın orta gündəlik temperaturu 30-38
0
C olur. Dişi
- 9 -
kəpənəklər yumurtalarını tək-tək halda 1-2 illik zoğların tumurcuq yanlığına qoyurlar.
Yumurtaların embrional inkişafı 25-26 gün çəkir. Yumurtalıqdan çıxan kiçik yaşlı tırtıllar
kəpənəyin ifraz etdiyi maye ilə düzəldilmiş qalxancıq altında qışlayırlar. Yazda qışlama
yerlərindən çıxan tırtıllar zoğların üzəri ilə hərəkət edərək təzəcə açılmış yarpaqlarla
qidalanmağa başlayırlar. Yarpağın damarlanmış hissəsinə toxunmurlar. Belə zədələnmiş
yarpaqlar inkişafdan tədricən qalır və sonra quruyub yerə tökülür. Tırtıllar 4 yaş dövrü
keçirirlər. Yaş dövrü 35-38 gün çəkir. Axırıncı yaşda onlar yarpaqlar üzərində ayrı-ayrılıqda
pup mərhələsinə keçirlər. Puplar ipək baramacıqlar içərisində yerləşirlər. Pup mərhələsi Şərur
rayonu şəraitində 15-18 gün çəkir. Meyvə güvəsi kütləvi çoxaldığı dövrdə ağaclara 60-65%
zərər verir. Nəticədə ağaclar quruyub sıradan çıxırlar.
2. Zolaqlı meyvə güvəsi
Kəpənəyin qanadlarının açılmış halda ölçüsü 11-14 mm-dir. Onun qanadları açıq boz
rəngdədir. Yumurtaları oval formada olub sarıdır. Yaşlı tırtılların uzunluğu 8-12 mm, oxlav
formasında olub çəhrayı rəngdə, pupun uzunluğu 6-7 mm olub, qəhvəyi sarı rəngdədir.
Zolaqlı meyvə güvəsi Azərbaycanda ilk dəfə Z.M. Məmmədov tərəfindən qeydə alınmışdır
(2004). Müəllifin Ordubad rayonunun meyvə bağlarında apardığı tədqiqatlarına əsasən, zolaqlı
meyvə güvəsi ərik meyvəsinin 60 – 65 %-ni yoluxdurur. Ərik meyvəsindən başqa heyva və
şaftalıya da zərər verdiyi qeyd edilmişdir.
Zolaqlı meyvə güvəsi ikinci yay tırtılı mərhələsində cavan zoğların qabığı altında qışlayır.
Yazda aprel – may ayında zərərvericinin ikinci mərhələsinin tırtılları qışlama yerlərindən çıxırlar,
tumurcuq, çiçək və təzəcə açılmış yarpaqlarla qidalanırlar. Tırtılların inkişafı mayın 25 – dək çəkir.
Puplaşma əsasən yetişmiş meyvələrin içərisində gedir. Pup mərhələsi 8-10 gün çəkir. Birinci nəslin
kəpənəkləri iyun ayının axırlarına təsadüf edir.
Birinci nəsil kəpənəklərin uçuşu Şərur, Kəngərli və Ordubad rayonlarında iyunun 8 – dən
başlayaraq 20 – 28 gün çəkir. Kütləvi uçuş isə iyunun 15 – 25 – nə təsadüf edir. Ikinci nəslin
kəpənəklərinin uçuşu isə iyulun 5 – 10 arasında başlayaraq avqustun 5 – 15 arasında başa çatır.
Kütləvi uçuş dövrü iyulun 20 – dən avqustun 10 – dək davam etməklə 15 – 20 gün çəkir.
Kəpənəklər uçuşdan 6 – 8 gün sonra yumurta qoymağa başlayır. Onlar yumurtalarını cavan zoğlar,
tumurcuq və meyvənin saplaq hissəsinə qoyurlar. Yumurta mərhələsinin inkişafı 20 – 24
0
S
temperaturda 5 – 6 gün çəkir. Yumurtadan çıxan tırtılların inkişaf dövrü meyvənin içərisində
keçməklə 45 – 50 gün davam edir və nəticədə bir ildə iki nəsil verir.
Ədəbiyyat məlumatlarına əsasən zolaqlı meyvə güvəsinin Tacikistanda badam meyvəsinə,
Qafqazda alça, gavalı və xurmaya, Moldovada gilas, ərik və şaftalıya ciddi zərər verməsi, hətta
alma və armud meyvəsinə də zərər verməsi qeyd edilmişdir. (Savkovskiy 1976)
Zərərvericilərin növ tərkibini, morfoloji əlamətlərini müəyyən etmək üçün MBS – 1 və
MBS – 9 mikroskop – lupadan, “Biolam” mikroskopundan, “Canon” digital fotoaparatından,
yoluxmuş tırtılların bəslənməsi üçün “İSO – 9001” markalı termostatdan, termometrdən,
psixrometrdən istifadə edilmişdir.
Dostları ilə paylaş: |