Топлу Азярбайъан Республикасы Президенти йанында



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə13/45
tarix06.05.2017
ölçüsü3,76 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   45

ƏDƏBİYYAT 

1..M.Mahmudov “Respublika “qəzeti .”Baloniya prosesi və Azərbaycan “.26 yanvar 

2008 .s.5-6. 

2 .. AzTU “Ziya “qəzeti.N 4.(1016) dekabr 2006.Məqalə: “Azərbaycan Texniki 

Unveristetində kredit sistemi ilə tədrisin təşkili barədə muvəqqəti “Əsasnamə” s.3. 

3..R.Ağamaliyev, İ.Pirmmədov.Avropa ali təhsil sisteminin inkişaf 

tendensiyalrı:”Baloniya prosesi və Azərbaycan konteksti”, Azərbaycan müallimi” 

qəzeti, 08.10.2004 ,s.3-4 

4..H.Hüseyinov.Coxpilləli təhsildə yeni tədris texnalogiyaları.AzTU.2005. 



 

 

 

Filologiya  məsələləri – №02, 2015 

 

105



Ч.БАДАЛОВА 

 

ПРИНСИПЫ ПРЕПОДОВАНИЯ ИНОСТРАННЫЕ ЯЗЫКИ ПО 

КРЕДИТНОМУ СИСТЕМАМ БОЛОНСКИМ УЧЕБНОМ 

ПРОЦЕССЕ 

 

РЕЗЮМЕ 

      В  статье  рассматривается  Болонский  процесс  образования  в  соответствии  с 

Европейскими  стандартами  и  нормами,  усовершенствование  законо  дательства, 

проведение реформ на базе кредитной системы образования и их реалии в системе 

образования Азербайджана.  

       Балонский процесс образования также рассматривает нижеследующие 

принципы: 

-Автономия университетов; 

-Суверитет университетов; 

-Зашита и сохранение Европейские ценности; 

-Распространение и пропоганда успехи и принципы  

 Балонский систем образования  

 

CICEK BEDELOVA 

 

BOLOGNA EDUCATION PROCESS THE TEACHING OF THE PRINCIPLES 

OF CONDUCT  FOREIGN LANGUAGE 

 

SUMMARY 

Ln this article is shown the educaion system of the Bolonga process according to the 

European standart and nrms about the reforming on base of the credit system in the 

education system and its reality according education system Azerbaijan/ 

                   

 

The article is about the methodies of teaching of the English 



Language on spesyality in national higt schools of the Republic  

And different principles of text translation are  taught. 

    Student havi to work individucelly on the themes while translating 

Scientific-technical literature and each theme must be on the spesiality. 

 

 



      Rəyçi:    Adilə Zeynalova 

                     filologiya üzrə fəlsəfə doktoru, dosent. 

  

Filologiya  məsələləri – №02, 2016 

 

106



 

GÜLNAR NAĞIYEVA 

 

H.Əliyev ad. AAHM 



aida-gülnar.@.mail.ru. 

 

MÜASİR İNGİLİS DİLİNDƏ LEKSİK VƏ GRAMMATİK YOLLA 



SÖZ YARADICILIĞI VƏ ONUN AZƏRBAYCAN DİLİNDƏ İFADƏ ÜSULLARI 

 

Açar sözlərzaman yaratma, qrammatik xüsusiyyətlər, məsdər formaları, əvəzedicilər, 



modullaşdırmaq, mübtəda, ismi ifadələr, bağlayıcı, funksiya, cümlənin hissəsi.  

Key words:  formation of tense, grammatical peculiarities, forms of the infinitive, 

sbustitutes, modify, subject, noun phrase, conjunction, function, part of a sentence. 

Ключевые  слова:  образование  времен,  грамматические  особенности,  формы 

инфинитива,  заменители,  модифицировать,  подлежащее,  фразы  имени, 

связывание, функция, часть предложение. 

 

Hər bir sözün yaranması müəyyən ehtiyacdan doğur. Ünsiyyətin müəyyən şəraitə 

bağlı ehtiyacından yaranan söz sonra bütün dil daşıyıcıları üçün zərurətə çevrilir. 

Əslində dilin lüğət fonduna daxil olmuş sözün hər birinin etimologiyasına gedib çıxmaq 

olar, amma bu xüsusi elm sahəsi olan etimologiyanın mövzusudur. 

Adətən etimon axtarışı ulu dilə cedib çıxır, bəzən də başqa dillərlə qarşılıqlı tarixi 

əlaqənin aşkarn olunmasını tələb edir. German dillərinəd söüzn strukturu, onun morfem 

quruluşu çox mürəkkəb və müxtəlifdir. 

Düzəltmə sözlər bir leksik morfemdən və bir və ya biri neçə sözdüzəldici 

morfemdən ibarət ola bilər. Araya sözdüzəldici morfem də girə bilər. Leksik morfem 

həm də morfoloji funksiya yerinə yetirə bilər, yəni bir sözdən başqa söz düzəldə bilər. 

Bu sözdüzəldici mofremləri affiks adı altında birləşdirirlər və buraya prefiks və suffiks 

daxildir. İngilis dilində söh heç bir şəkilçi qəbul etmədən bir nitq hissəsindən başqasına 

keçə bilir. Buna konversiya deyilir. Məsələn, to bridge – abridge; to look – a look; to 

drop – a brop; to work – a work və s. Son dövr elmi-nəzəri  ədəbiy1yatda mürəkkəb 

sözlərlə bağlı diqqəti çəkən  məsələlərdən biri də yaranan sözlərin dilin lüğət tərkibinə 

möhkəm daxil olması və digər başqa sözlərlə tam hüquqda işlənə bilməsidir. 

Dilin lüğət tərkibinin zənginləşməsinin birinci və  əsas mənbəyini dilin daxili 

vəsaiti təşkil edir. Bu mənbədən danışarkən biz aşağıdakıları nəzərə almalıyıq. Bunlar 

əsasən: 


- leksik yolla; 

- morfoloji yolla; 

- sintaktik yolla; 

- kalka (yamsılama) yolu ilə yaranan sözlərdir. 

Biz  əsasən leksik və morfoloji yollara nəzər salacaq və onları izah etməyə 

çalışacağıq. 

1. Leksik yolla yaranan sözlər ümumxalq danışıq dili və onun müxtəlif 

sözdüzəltmə vəsaiti (sözdüzəldici şəkilçi və sözlərin birləşməsi) istər dilin tarixi inkişafı 

prosesində  və sözlərin yaranmasında  əsas olmuşdur. Ümumxalq danışıq dilindən 

qidalanmayan və onun hesabına zənginləşməyən hər hansı bir ədəbi dil nəticədə məhv 

ola bilər. Dilin söz ehtiyatından istifadə etməklə yeni hadisə, anlayış  və  dəyişmələri 


Filologiya  məsələləri – №02, 2015 

 

107



ifadə etmək üçün başlıca yol dildə tarixən mövcud olan sözdülətmə formalarına uyğun 

surətdə yeni sözlər yaratmaqdır. 

Sözyaradıcılığında süniliyə yol vermək olmaz, çünki belə düzəltmə sözlərin ömrü 

az olur. 

Dildə onun öz materialı  zəminində yaranan üğət tərkibinin zəngin¬ləşmə-si¬nə 

səbəb olan sözdüzəltmə qaydaları dilin daxili inkişaf qaydaları ilə bağlıdır. Belə 

sözdüzəltmə qaydalarını müxtəlif istiqamətlərdə öyrənmək olar. hər bir nitq hissəsinə 

daxil olan söz qruplarının konkret məzmunu, qrammatik forması, sintaktik quruluşu və 

bunların hər biri ilə əlaqədar olan sözdüzəltmə qaydaları da vardır. 

II. Morfoloji yolla yaranan sözlər Dünya dillərində sözdüzəldici şəkilçilər ön, orta 

və son olmaqla üç yerə bölünün. Azərbaycan dilinin özünəməxsus sözdüzəldici 

şəkilçiləri yalnız son şəkilçilərdən ibarətdirsə, ingilis dilində sözdüzəldici şəkilçilər həm 

ön, hm də son şəkilçilərdən ibarətdir. Yuxarıda qeyd etdyimiz kimi dünya dilləri bir-

birilə əlaqədar inkişaf etmiş və etməkdədir. Həmin əlaqə nəticəsində bu dillər arasında 

qarşılıqlı surətdə bir-birinin lüğət tərkibinin zənginləşdirdiyi kimi, bu və ya başqa 

qrammatik formalarda bir dildən başqa bir dilə keçə bilər. 

Dilin lüğət tərkibinin zənginləşməsində sözdüzəldici  şəkilçilərin rolu çox 

böyükdür. Çünki şəkilçilər vasitəsilə bir sözdən bir çox yeni sözlərə  mələ  gətirmək 

mümkündür. bu da öz növbəsində dilin lüğət tərkibini zənginləşdirir. Sözdüzəldici 

şəkilçilər bu və ya digər nitq hissəsinin sonuna artırıla bilər. Bu şəkilçilər qoşulduğu  

sözlərə təsir edərək, bir nitq hissəsindən başqa bir nitq hissəsi də əmələ gətirir. Məsələn, 

short-to shorter; deep-to deepen; bright-to brighten, etc. 

III. Sintaktik yola yaranan sözlər dilin lüğət tərkibinin zənginləşməsində sözlərin 

yanaşdırılması  və birləşdirilməsinin də rolu az deyildir. Bu üsulla yaradılan müxtəlif 

mənşədən ola bilər. Dilin tarixi inkişafında sadə  və ya düzəltmə sözlər müxtəlif 

üs3ullarla birləşərək bir çox mürəkkəb sözlər əmələ gətirmişdir. Deməli, birləşən hər iki 

söz mənalarına görə qaynayıb-qarışır, qovuşma və ya birləşmə halında işləndiyi zaman 

hər iki sözün əvvəlki mənaları əsasında onlardan fərqli olaraq ümumiləşmiş, vahid yeni 

anlayış ifadə edir. 

Belə qovuşma və ya birləşmələrdə yalnız formanı nəzərə azıb, məna və məzmunu 

yaddan çıxarmaq,  əlbəttdə dili təfəkkürlə bilavasitə  əlaqədardır.  İnsanın idral 

fəaliyyətinin müvəffəqiyyətlər sözlər  şəklində  və söz birləşmələri vasitəsilə cümlələr 

şəklində dildə qeyd və təsbit olunur. 

Dil öz inkişafında sadəcə olaraq məhdud bir çərçivə dairəsində deyil, aşağıdan 

uxarıya, sadədən mürəkkəbə doğru inkişaf edir. məhz belə bir inkişafında nəticəsidir ki, 

dilimizdə mürəkkəö sözlərin və söz birləşmələrinin miqdarı artmışdır. 

Beləliklə, yuxarıda deyilənlərdən aydın olur ki, dilin lüğət tərkibinin 

zənginləşməsinin mənbə və üsullarının öyrənilməsinin dilçilik nöqteyi-nəzərdən xüsusi 

əhəmiyyəti vardır. 

IV. Kalka (yamsılama) yolu ilə yaradılan sözlər. Yeni söz və terminlərin 

yaradılmasında kalka üsulunun da müəyyən rolu vardır. Bu üsulla əmələ  gələn yeni 

sözlər dilimizin öz daxili materialı əsasında yaradılır. buna görə də burada dilin daxili 

inkişaf qanunları həlledici rol oynayır. Kalka yolu ilə yeni sözlərin yaradılmasında həm 

sözlərin, həm də dilin sözdüzəldici şəkilçilərindən geniş surətdə istifadə olunur. 

Kalka yolu ilə yaradılan yeni söz və terminlər hərdən tərcümə vasitəsilə dilə 

gətirilir. Bu proses zamanı tərcümə olunan söz həmin dildə (tərcümə edilən dildə) eyni 



Filologiya  məsələləri – №02, 2016 

 

108



mənanı verən sözlərlə yaxud söz və sözdüzəldici  şəkilçilərlə ifadə olunmalıdır. Buna 

görə  də burada tərcümə edilən sözün tam qarşılığı verilməlidir, yoxsa onu kalka 

adlandırmaq olmaz. Bu kimi tərcümələr eyni zamanda sərbəst tərcümə adlanır. 

Bu və ya başqa bir dildə kalka yolu ilə yaradılan hər hansı bir sözün kök və 

şəkilçilərinə uyğun gəlməlidir. Kalka üsulu ilə yaradılan söz və terminlər həm 

morfoloji, həm də leksik yolla əmələ gəlir. 

a) morfoloji yolla yaradılan yeni sözlər həm dilin öz sözləri, həm də başqa 

dillərdən keçərək həmin dilin sözdüzəldici şəkilçilərinin əlavə edilməsi ilə əmələ gəlir; 

b) kalka üsulu ilə yaradılan sözlərin bir qismi də sintaktik yolla əmələ gəlir. İstər 

morfoloji və istərsə  də sintaktik yolla yaradılan yeni söz və terminlər dilin 

zənginləşməsinə xidmət edir. 

Sintaktik yolla yaradılan yeni sözlər iki və daha artıq sözün birləşməsi və ya 

yanaşması ilə əmələ gəlir. Bunların bir qismi bitişik və bir qismi də ayrı yazılır. Sözlərin 

birləşməsi və yanaşması üsulu ilə bir çox söz və terminlərin yaranmasını kalka 

adlandırmaq olar. 

Bu və ya başqa dildə kalka yolu ilə yaradılan hər hansı bir sözün kök və şəkilçiləri 

həmin sözün alındığı dilin kök və  şəkilçilərinə uyğun gəlməlidir. Kalka üsvulu ilə 

yaradılan sözlər həm morfoloji, həm də leksik yolla əmələ gəlir. İstər morfoloji, istərsə 

də sintaktik yolla yaradılan yeni söz və terminlər dildə yeni anlayışları ifadə etməyə 

xidmət edir. düzəltmə sözlərin içərisində şəkilçilərlə düzələn sifətlər xüsusi əhəmiyyət 

kəsb edir. Sözdə dəyişmə, əsasən, məna ilə əlaqədardır. Sözün fonetik tərkibi dəyişməz 

qalır, mənası  təzələnir, yenidən yarana bilir. Fonetik tərkibi də modifikasiya yolu ilə 

yeni struktur əmələ gətirir, mənaya təsir edir, yeni məna yaranır. 

Struktura sözün ünsürləri ilə əlaqədarlır. Sözün məna Strukturu onun ifadə etdiyi 

əşya və ya məfhumla bağlıdır. Sözün məna strukturu sabi deyildir. Onun dəyişməsi 

əsasən üç planda olur: 

1. sözlərin məentiqi-əşyavi məzmununun dəyişməsi; 

2. sözlərin leksik-qrammatik əlaqələrinin dəyişməsi; 

3. leksik-semantik 

sistemdə sözlərin məna əlaqələrinin dəyişməsi. 

Buların strukturlarında bir-birinə yaxınlıq olsa da, onlar mənalarına görə fərqlənir. 

Söz öz daxili formasına görə üç struktur elementdən ibarətdir: fonoloji, morfoloji və 

semantik. 

Hər hansı bir söz yeni məfhum ifadə etdiyi zaman öz əvvəlki mənasını  da 

saxlayır. Əvvəlki forma yeni məfhumu ifadə edən formaya çevrilir. 

Söz yaradıcılığı, göründüyü kimi, dilin iki sahəsi – qrammatika və leksika ilə 

yaxından bağlıdır. 

Söz yaradıcılığının nəticəsi leksikaya aid olub, dilin luğət tərkibinə yeni-yeni 

leksik vahidlər verir. 

Söz yaradıcılığı prosesi ilə qrammatikaya aid olub, onun maddi imkanları əsasında 

fəaliyyət göstərir. Bu baxımdan, söz yaradıcılığını qrammatika və leksika ilə həmhüdud 

dilçilik sahələrindən hesab etmək olar. 

Söz yaradıcılığının  əsas vəzifəsi dilin inkişafı prosesində meydana gələn 

qanunauyğunluqlarını və xüsusiyyətlərini öyrənməkdən ibarətdir. 

Sözsüz ki, yeni sözlərin yaradılması – söz yaradıcılığının  əsas funksiyası¬dır. 

Buna görə də ümumi dil sistemində söz yaradıcılığının böyük rolu vardır. 



Filologiya  məsələləri – №02, 2015 

 

109



Məlumdur ki, ingilis dilində sözün sintaktik funksiyası morfoloji əlaməti üstələyir. 

Sözün qrammatik təbiəti tam şəkilədə mətndə müəyyənləşir. Beləlik¬lə, germanistikada 

yeganə vahid prinsip əsasında nitq hissələrini təsnif etmək üçün göstərilən bütün 

təşəbbüslər nəticəsiz qalmışdır.  Ənənəvi bölgü isə pis deyildir, sözün üç əlamətini 

nəzərə almaq lazımdır. 

 

İngilis dilində sözdüzəltmədə üç əsas vasitədən istifadə olunur: köklər, ön 



şəkilçilər və suffikslər. Azərbaycan dilindən fərqli olaraq burada köklərin morfoloji 

üsulla sözdüzəltmədə  iştirak etməsi bir qədər qəribə  səslənir və morfoloji üsulla söz 

yaradıcılığının  ənənəvi  şərhindən kənara çıxır. Belə ki, ingilis dilində müəyyən sayda 

kök vardır ki, onlar dilin lüğət fondunun tərkibinə daxil olan öütün sözlərin böyük bir 

hissəsinin yaranmasında iştirak edir. İngilis dilində sözdüzəltmə prosesində  fəal olan 

əsas köklər çoxdur. Məs.: agr, ad, agr, alte, anima, anthro, aqua, ann, carn və s. Belə 

köklərin  əvvəlinə ön şəkilçisi, sonuna suffiks artırılması ilə yeni sözlər düzəlir. Qeyd 

olunan köklər termin yaradıcılığında də  fəaldır. Semantik üsulla termin yaradıcılığı 

terminoloji sistemin inkişafının müxtəlif mərhələlərində özünü fərqli  şəkildə göstərir. 

Ümumişlək sözlərin semantikasında baş verən dəyişmələr  əsasında onların, yəni 

ümumişlək sözlərin terminə çevrilməsinin ən məhsuldar dövrü yeni terminoloji sistemin 

yaranması dövrünə təsadüf edir. 

S.Sadıqova yazır: «Azərbaycan dilinin daxili imkanları  əsasında bu dilin söz 

yaradıcılığı üsulları ilə müəyyən anlayışın ifadəsi üçün müvafiq ifadəsi termin yaratmaq 

mümkün olmadıqda başqa dildən həmin anlayışı ifadə edən termin hazır şəkildə alınıb 

işlədilir». 

Alınma terminlər bütün dillərdə vardır. Belə alınmaların bir qismi mənşəyindən 

asılı olmayaraq bütün dillərin sahə terminologiyalarında eyni şəkildə  işlənir. Belə 

terminlər internasional və ya beynəlmiləl terminlər kimi qruplaşdırılır.  İngilis dilinin 

lüğət tərkibi rəngarəngliyi ilə seçilir. Bu dildə müxtəlif dillərdən alınmaları dilin 

ümumişlək sözləri səviyyəsində də çoxdur. Terminlərdə qeyd olunan cəhət daha yüksək 

səviyyədədir. Bunun nəticəsidir ki, ingilis dilində birbaşa alınmalara daha çox rast 

gəlinir. 

Beynəlmiləl terminlərin böyük bir qismi heç bir müasir dillə bağlı deyildir, əsasın 

yunan və latın dillərinə məxsus elementlərin birləşməsindən əmələ gəlmişdir. Hər hansı 

bir sözün geniş şəkildə işlədilməsi, bir dildən başqasına keçməsi və nəhayət beynəlmiləl 

terminə çevrilməsi onun ifadə etdiyi anlayışla, hadisə  və proseslə  əlaqədardır. Elmi-

texniki nailiyyətlər artdıqca zərurətdən doğan məfhumlar və anlayışları ifadə edən 

sözlərin beynəlmiləl terminlərə çevrilməsi prosesi də sürətlənir. 

İngilis və Azərbaycan dillərinə daxil olan terminlərin sayı getdikcə artır, bu 

sahənin terminoloji bazası sürətlə  zənginləşir. Vaxtıilə dildə ümumişlək xarakter 

daşyıan yüzlərlə ümmişlək söz terminləşməyə doğru inkişaf etmiş, ən qədim dövrlərdən 

bəri termin yaratmaq xüsusiyyətlərini qoruyub saxlamışdır. 

müasir dövrdə terminologiyada gedən proseslər səciyyələndirən  əsas cəhətlərdən 

biri beynəlmiləl terminlərin sayının sürətlə artmasıdır. 

Beləliklə, nəticə etibarı ilə istər ingilis, istərsə  də Azərbaycan dillərində termin 

yaradıcılığı həm dilin daxidi imkanları, həm də alınmalar hesabına yaranır. 

 

                                         



             

Filologiya  məsələləri – №02, 2016 

 

110



Г.НАГИЕВА 

СЛОВАОБРОЗАВАНИЯ В АНГЛИЙСКОМ ЯЗЫКЕ ЛЕКСИЧЕСКИМ 

И ГРАММАТИЧЕСКИМИ СПОСОБАМИ 

 

РЕЗЮМЕ 

.   В статье рассматривается словаобразования в современном английском языке и 

его способы и методы выражения в Азербайджанском языке.Словаобразование в 

английском языке происходит нижеследующим  способами: 

-Словаобразования морфологическими способами; 

-Словаобразования грамматическими путями; 

-Словаобразования лексическими способами; 

-Словаобразования с помощью калки. 

 

            G.NAGIYEVA 



WORD FORMATION IN MODERN  ENGLISH 

 

SUMMARY 

The article deals with the word formation of modern English distinguished by its 

urgensy. Words in the English language are formed in different ways, as well as lexical, 

semantic and morphological ways have been explained in the article. 

Belonging to grammar word formation process operates on the basis of its material 

resources. The main duty of word formation process is to study objective laws and 

peculiarities appeared in the development of a language. 

 

ƏDƏBİYYAT 

1.  Yespersen O.A. Modernq English Grammar on Historical Princples 

Copenhagen, 1972 part VI; Marchand H. The Categories and Types of Present 

Day English Word Formation. Wisbade, 1972. 

2.  Stein, Gabriel. English Word Formation Over Two Centures. Tubingen, 1978, p. 

27-32. 

3.  Soudek Lev. Structure of Subsiandard Words in Britich American English 



Bratislava, 1988. p. 52-58. 

4.  Hornby A.S. Oxford Advanced Learner Dictionary I edition, Coie A.P. Oxford 

University press, 1994. 

5.  Axundov A. Ümumi dilçilik. Maarif, Bakı, 1988, səh. 20-28. 

6.  Musayev O. Azərbaycanca-ingiliscə lüğət. B 

 

Rəyçi:     Rəfiq Cəfərov 



                Filologiya elmlərinamizədi,dosent. 

 

  



Filologiya  məsələləri – №02, 2015 

 

111



AYTƏN  HÜSEYNOVA 

H.Əliyev ad.AAHM 

aytən.@.mail.ru. 

 

İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ MƏTNDAXİLİ CÜMLƏLƏR 



ARASINDA  ƏVƏZLİYİN ROLU VƏ ƏHƏMİYYƏTİ 

 

Açar sözlər: mətn, əvəzlik, əlaqə, məlumat 



Key words: text, pronom, connection, information 

Ключевые слова: текст, местоимение, связь, информация 

 

Mətn yaradan dilçilik faktorlarından biri də  mətndaxili  əlaqə vasitələridir. Bu 



vasitələr hər bir dildə çoxsaylı olduğu kimi, dünya dillərində də həm çoxsaylı, həm də 

çoxcəhətlidir. 

Müstəqil cümlələrin özləri cümlədaxili əlaqələrinə malik olduğu kimi, mətni təşkil 

edən cümlələr arasında da müxtəlif əlaqə vasitələri mövcud olur. Bu əlaqə vasitələri hər 

bir dilin konkret qrammatik quruluşundan asılıdır. 

Tipoloji cəhətdən flektiv dillər qrupuna daxil olan ingilis dilinin də özünəməxsus 

mətnyaradan vasitələri vardır.  

Azərbaycan dilində  mətnə daxil olan cümlələr arasında  əlaqə yaratmaq üçün bir 

sıra başqa vasitələrdən də istifadə edilir. Bu vasitələr arasında əsas nitq hissələri mühüm 

yer tutur. 

İngilis dilində  əvəzliklərin mətnlərin yaranmasında rolunu aşağıdakı kimi 

qruplaşdırmaq olar: 

1. Əvəzlik semantik kateqoriyanı təmsil edir və o, sözlər arasında deyil, cümlələr 

arasında əlaqələri şərtləndirir; 

2. Əvəzlik məlum olanı bildirir; 

3.  Əvəzlik həm anaforik (əvvəlki cümləyə bağlılıq), həm də kataforik (sonrakı 

cümləyə bağlılıq) funksiyalarını yerinə yetirir; 

4. Əvəzlik yalnız statik (donuq) deyil, həmçinin dinamik (dəyişkən) funksiyanı da 

yerinə yetirir. 

Qeyd olunduğu kimi əvəzliklər müəyyən olanı bildirir, çünki o artıq müəyyən 

olanı  əvəz edir. Buna görə  də, dinləyənin (oxucunun) işarə edilən predmet haqqında 

artıq müəyyən məlumatı var.  

Məsələn: The gong sounded, and putting her white arm within his, Irene took him 

into the dining-room. She seated him in Soame



s usual place, round the comer on her 



left

Normal  şəraitdə birinci və ikinci şəxs  əvəzlikləri (I, You), yalnız proqmatik 

nöqteyi-nəzərindən işlədilir, qayıdış  əvəzlikləri isə yalnız anaforik funksiyanı yerinə 

yetirir. Üçüncü şəxs əvəzliklərini (he, she, it), həm proqratik, həm də anaforik şəkildə 

işlətmək mümkündür.  

Məsələn: He ran across the soft Moorish carpets, and opened the door. No! Shen was 



not here either. Having reached the door he turned the key, and opened it

Əvəzliklərin yığcamlığı istən ingilis, istərsə  də Azərbaycan mətnlərində onların 

tez-tez işlənməsini şərtlən dirir. Doğrudan da hər dəfə əvəzliklər təkrarlanldıqca onların 


Filologiya  məsələləri – №02, 2016 

 

112



göstərdikləri hadisə, proses irəliləyir, inkişaf edir. Bu da onu göstərir ki, əvəzlik mətn 

daxilində əlaqəyaradıcı funksiyanı yerinə yetirir. 

 Belə bir cəhəti də yaddan çıxartmaq olmaz ki, mətnin məzmun cəhəti ilə əvəzliyin 

mətndaxili fəaliyyəti arasında qırılmaz «zəncir» olur. yəni onlar bir-biri ilə sıx əlaqədə 

olurlar. Belə ki, mətninməzmunu onun semantikasını müəyyənləşdirirsə,  əvəzlik işarə 

etmə forması hesab olunur ki, bu da semantik bütövlüyü ifadə edir.  

İngilis dilində əvəzlyin mətndaxili fəaliyyətini şərtləndirən müxtəlif vasitələr var. 

Bunlardan «It is … who (that) …» birləşməsidir.  

Məsələn: The girl, she is playing the piano. It is the girl who is playing the piano

Digər isə «it» əvəzliyinin ixtisar olunan mübtəda kimi çıxış etməsidir. Yəni «it» 

əvəzliyinin formal mübtəda vəzifəsini yerinə yetirməsidir. Belə bir misala diqqət 

yetirək:  The pianter stated in amazement. It was so unlike. Dorian to speak like that. 



What had happened? He seemed quite angry. His face was flushed and his cheeks 

burning

 Bu misalda da «it» əvəzliyi mübtədanı əvəzləyir və mətnin sonrakı cümlələrində 

mənanın genişlənməsinə xidmət edir. Bundan əvvəlki misallarda da göründüyü kimi, 

əvəzlik ya özündən sonra, ya da özündən əvvəl ümumiləşmiş şəkildə olsa da, hər hansı 

bir sözlə, cümlə və yaxud ifadə ilə bağlı olub həmin vahidi izah edir. 

Mətndə əvəzliklər vahidi dil vasitəsi kimi öyrənilir. Burada birinci cümlə müstəqil 

olur, tərkib hissələri isə bir-birinə bağlı olur. Ümumilikdə isə  əvəzlik mətnin 

formalaşmasında böyük rol oynayır. O, mətn daxilində birbaşa özündən əvvəlki, yaxud 

sonrakı fikrə  işarə edir, nəinki sadə  hətta mürəkkəb mətnlərin formalaşmasında 

yaxından iştirak edir. əvəzliyin daxil olduğu cümlələr bir-biri ilə sıx surətdə bağlı olur.  

Mətndən kənarda heç bir sərbəst yəni ayrıca cümlə mümkün deyildir, onlar mütləq 

mətn daxilində yaranır, öz dolğun mənasını  kəsb edir. mətndəki cümlələr bəzən də 

abstrakt yüklü olur, müəyyən bir mətnaltı  məna ilə,  əlavə informasiya bloku ilə 

silahlanır, oxunan kimi müəllif söhbətindən başqa, ikinci bir səsi də «eşidirik». Müəllif 

bu cür əlavə yüklü cümlələri özü nizamlayır, müəyyən bir istiqamətə yönəldir. 

Doğrudur, mətnə daxil olan cümlələr arasında əlaqə yaratmaq üçün bir sıra başqa 

vasitələrdən də istifadə edilir. Bu vasitələr arasında sözsüz ki, əsas nitq hissələri mühüm 

yer tutur. 

 Bunu da qeyd etmək lazımdır ki, mətnin qurulmasında  əsas nitq hissələrindən 

bəziləri daha mühüm rol oynayır, lakin mətnin elementləri olan ayrı-ayrı müstəqil 

cümlələrin sintaktik tam daxilində birləşib  əlaqələnməsində onlar yeganə vasitə ola 

bilmir. Bunun üçün müxtəlif morfoloji göstəricilərdən, o cümlədən bir sıra nitq 

hissələrindən, həmçinin sintaktik elementlərdən istifadə etmək lazımdır. 

Morfoloji vasitələr mətnin hüdudlarının müəyyən olunmasında  əhəmiyyətli rol 

oynayır. Bu cəhətləri nəzərdə tutan Ə.Xəlilov yazır ki, sintaktik bütövə daxil olan 

cümlələr ya bu vahidin daxilindəki morfoloji elementlərin, və yaxud da sintaktik 

vahidlərin (söz birləşməsinin, cümlənin) mənasının, orada ifadə olunmuş fikrin tam  

açılmasına xidmət edir. 

 Ona  görə  də sintaktik bütövün sərhədləri həmin vəzifəni ödəmək üçün mətnin 

lazım olan hissəsinin haradan başlayıb harada qurtarması ilə müəyyənləşir. Müvafiq 

mətnlərin düzəldilməsində isə əvəzliklər ən mühüm rol oynayır. 

Əlaqəli mətn müxtəlif elementlərlə hağlanmış  zənciri xatırladır.  Əlaqəli  mətn 

təkcə sözlərin cümlə daxilində, birləşməsi ilə məhdudlaşmır, ayrı-ayrı cümlə qrupları da 


Filologiya  məsələləri – №02, 2015 

 

113



öz aralarında müxtəlif vasitələrlə əlaqələnir və bir-biri ilə müəyyən münasibətlərdə olur. 

Biz artıq qeyd etmişik ki, mətni təşkil edən, onu formalaşdıran cümlələr arasında 

zaman, məkan, səbəb-nəticə, müqayisə, qarşılaşdırma və s. kimi semantik münasibətlər 

mövcud olur.  

Mətnin  əsasında həmişə bir bazis cümlə mövcud olur. həmin bazis cümlənin 

tərkibində konkret mənadan məhrum olan söz və ya ifadə yerləşir. Mətnin bu və ya 

digər cümləsi konkret mənası olmayan sözü və ya ifadəni müəyyənləşdirir. Bu, ya bazis 

cümlədən  əvvəlki, ya sonrakı, ya da bazis cümlənin hər iki hissəsindəki mətnlərin 

məzmunu ilə mümkün ola bilir. Müstəqil cümlələr arasındakı əlaqələri öyrənmək üçün 

lazım olan tələblərə  əlaqəli nitqin hansı hissəsi cavab verirsə, mətnin da hüdudları 

ondan asılı olaraq müəyyən olunur. 

 Bizə görə, mətnlərin həcmindən asılı olmayaraq, başlanğıc və sonu olmalıdır. 

Belə  mətnlərin tərkibində  işlənən  əvəzliyin mənası  nə vaxt açılarsa, həmin mətn də 

bitmiş hesab edilir. Yəni mətnin həcmi bazis cümlənin tərkibindəki əvəzlyin mənasının 

açılmasından asılıdır. Mənası açılmış  əvəzliklər,  şəxs  əvəzliklərindən  əlavə, işarə 

əvəzlikləri də Azərbaycan dilində mətn düzəltmə faktoru kimi fəaliyyət göstərir. Həmin 

əvəzliklər bunlardır: o, bu, həmin (haman). Aşağıdakı misala diqqət yetirək: 

Bu sözlərdən zavallı Gülzarın ciyrələri parçalanır, amma artq bir şey düşünmür; 

bir şey hiss etmir, köhnə qabıqlı quranı batrına basıb, başqalarının zövqü ilə yeriyirdi.  

Buradan da göründüyü kimi, işarə  əvəzliklərinin mətnin tərkibində  işlənməsi bir 

tərəfdən vəhdətdə olan avtonom cümlələrin təşkilində, onlar arasında struktur-

qrammatik  əlaqələrin  əmələ  gəlməsində, başqa bir tərəfdən isə  mənanın 

aydınlaşmasında, konkretləşməsində aparıcı rol oynayıp. 

Dilimizdə mətndaxili cümlələr arasında əlaqə yaradan vasitələrin biri də «budur» 

işarə  əvəzliymdir. Bu işarə  əvəzliyinin də  mətnin formalaşmasında çox böyük rolu 

olduğunu qeyd etmək vacibdir. Budur işarə əvəzliyi daha çox xəbər budaq cümlələrində 

işlənir.  

Xəbər budaq cümlələrində bu işarə  əvəzliyinin məzmunu açıldığı kimi, mətni 

təşkil edən müstəqil cümlələri də  həmin  əvəzlik məna cəhətdən bir-birinə bağlayır ki, 

əvvəlinci cümlədə  işlədilən  budur  əvəzliyinin ümumi şəkildə ifadə oluqmuş  səbəb 

mənası sonra gələn sözlər vasitəsilə interpretasiya olunur.  

Beləliklə də, dolğun bir mətn yaranır. Məsələn belə elə bir mətnə diqqət yetirək: 



Qənirə anasını kiçik oğlunun kiçik toyuna çağrımamışdı, yaddan çıxarmışdı.  

Doğrudur, mətnin qurulmasında  əsas nitq hissələrindən bəziləri daha mühüm rol 

oynayır, lakin mətnin elementləri olan ayrı-ayrı müstəqil cümlələrin sintaktik tam 

daxilində birləşib  əlaqələnməsində onlar yeganə ola bilmir. Bunun üçün müxtəlif 

morfoloji göstəricilərdən, bir sıra nitq hissələrindən, həmçinin sintaktik elementlərdən 

istifadə etmək lazımdır. 

 Bu  cəhətdən nəzərə alaraq qeyd etmək lazımdır ki, nitq hissələri, xüsusi ilə  də 

əvəzlik mətndaxili cümlələr arasında əlaqə yaratmaqda mühüm rol oynayır. 

Müstəqil cümlələrin özləri cümlədaxili  əlaqə vasitələrinə malik olduğu kimi, 

mətni təşkil edən cümlələr arasında da müxtəlif əlaqə vasitəlri mövcud olur. Bu əlaqə 

vasitələri hər  bir dilin konkret qrammatik quruluşundan asılıdır. 

Mətn yaradan vasitələr bizim auditoriyamıza sistemli şəkildə çatdırılması da 

unutmamalıyıq ki, bu sahədə görkəmli tədqiqatçılarımızın, məsələn,  Ə.Xəlilovun, 

K.Abdullayevin, Ə.Abdullayevin və başqalarının dəyərli tədqiqat əsərləri mövcuddur 



Filologiya  məsələləri – №02, 2016 

 

114



Hər hansı rabitəli nitqdə, yazılı  əsərlərin dilində cümlələr bir-birindən təcrid 

olunmuş şəkildə deyil, yaxın məna əlaqəsində fəaliyyət göstərirlər. Mətndəki cümlələr 

istər mənaca, istərsə də quruluşca, və yaxud da qrammatik cəhətdən bir-biri ilə qırılmaz 

surətdə bağlı olur. Əlaqəli nitq müxtəlif vasitələrlə bağlanmış zənciri xatırladır.  

Bu zəncir biri digərindən asılı fikirlərin vəhdətidir. Odur ki, cümlədə fikirin 

bitkinliyi nisbi mənadə qəbul edilməlidir. Fikri daha əhatəli və bitkin vermək üçün bir-

biri ilə həm qurulşca, həm də mənaca bağlı olan cümlələr qrupundan istifadə edilir.  

Hər iki dildə əvəzliliyin işlənməsi mətndaxili cümlələr arasında əlaqə yaratmaqda 

çox mühüm rol oynayır. Mətn mənanın açılması prosesində formalaşır. Məna açımı 

işarə  əvəzliyinin mətndə  təkrarlanması ilə  də baş verir. Mətn daxilində  işarə  əvəzliyi 

daha çox təkrar olunur. Həm də elə  mətnlər var ki, burada əvəzlik aid olduğu sözlə 

birlikdə işlənir. Məsələn: 



O bilirdi ki, bütün millətlər arasında zavallı  vətəndaşları  ən geri qalmış bir 

xalqdır. O, bilirdi ki, vətənində zəhmətkeş xalq, onun biliyinə, iki ildə aldığı təcrübələrə, 

onun qüvvətinə  və çalışqanlığına möhtacdır. Bütün qüvvətini, biliyini bu zavallı xalıq 

yolunda işlətmək arzusu onu həmişə vətəninə doğru sürükləyirdi. 

Bu misalda göründüyü kimi, «o, onun» əvəzliyi cümlədə  təkrarlanaraq mətnin 

mənasını daha da rəngarəng edir. bu növ mətnlərə ingilis dilində də tez-tez rast gəlinir. 

Məsələn: 



When he came out of the king



s room, he saw his wife. «I have done it», he said. 



Did you hear anything? Did you speak? I thought I heard a voice. Machkth has 

murdered sleep it said. 

He will never sleep again. 

Burada da Azərbaycan dilində olduğu kmi, o  və  onun  əvəzliyi təkrarlanaraq 

mətnin mənasını daha da dolğunlaşdırır, onu daha da qabarıq  şəkildə oxucuya təqdim 

edir. 


Mətnin qurulmsında qrammatik vasitələr də böyük rol oynayır. Bu qrammatik 

morfoloji göstəricilər ilə oxucu və dinləyicinin nəzəri müəyyən sözə, və ya bütövlükdə 

hər hansı bir ifadəyə cəlb olunur. 

 Mətndüzəltmədə formal-qrammatik vasitələrin rolunu nəzərə alaraq demək olar 

ki, indi  mətn dilçiliyinin əsas problemi leksik, morfoloji və sintaktik münasibətlər vasi-

təsi ilə fəaliyyət göstərən və onları idarə edən mətndüzəldən faktorların axtarılmasıdır. 

Mətndüzəltmədə formal-qrammatik faktorlar cümlənin tərkibində  əlaqə yarat-

maqla çıxış edir. Həmin vasitələrdən müxtəlif sistemli dillərin müvafiq mətnlərinin 

düzəldilməsində müvəffəqiyyətlə istifadə edilir. 

Yuxarıda qeyd etdiyimiz kimi, mətn düzəldən formal-qrammatik elementlərdən ən 

mütəhərriki  əvəzliklərdir.  Əvəzliklər mətnin tərkibindəki söz və cümlələri bir-birinə 

bağlayaraq bütöv sintaktik tama çevrilə bilir. Söz və söz birləşmələri eləcə də cümlələr 

arasında işlədilən  əvəzliklərin demək olar ki, hamısı  mətnin yaranmasında, onun 

formalaşmasında iştirak edir. Bunlardan ən fəalı və ən lazımlısı bizim fikrimizcə, «o» və 

digər şəxs əvəzlikləridir. 

Bu  əvəzliklər həmçinin böyük mətnlərin də bir-birinə bağlanmasında  ən çevik 

elementlərdəndir. Fikrimizcə bu əvəzliklər sadə, sürəkkəb cümlələr, cümlənin həmcins 

üzvləri, tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında, ikinci, üçüncü növ təyini 

söz birləşməsinin həmcins tərəfləri arasında, feli sifət və feli bağlama tərkiblərinin 

daxilindəki həmcins üzvlər arasında  əlaqə yaradır, komponentlər arasında məna 

münasibətləri ilə müvafiq işlənərək mürəkkəb tam, birləşmiş cümlə daxilində  sərhəd 


Filologiya  məsələləri – №02, 2015 

 

115



rolunu oynayır. «O» əvəzliyi mətnin  əvvəlində  və ortasında işlənərək nəticənin 

açılmasında fəallıq göstərir. 

Beləliklə, tədqiqat göstərir ki, mətn başlanğıc və sonludur, bağlama daxilində 

bütöbvləşir. Bağlılıq mətni yaradır, onun məzmununu ortaya çıxarır. Bu bağlılıq çox 

zaman isə  əvəzliklərlə  həyata keçirilir. Həmin bağlılığın itirilməsi isə  mətni dağıdır, 

məhv edir. 

 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə