Temperament haqqında anlayış.
Temperamentin aşağıdakı xüsusiyyətləri var.
Fərdi psixoloji xüsusiyyətlərin məcmuyudur.
Fərdi və irsidir.
Psixi fəaliyyətin dinamik xarakteristikasıdır. (psixi fəaliyyətin gedişatında biruzə verir)
Rəfdar və davranışda təzahür edir.
Temperamentin tərifi: Psixi fəaliyyətin dinamikasını təyin edən insanın davranış və rəfdarında biruzə verən, davamlı və sabit fərdi xüsusiyyətlər məcmuyuna temperament deyilir. Bütün psixi proseslər temperamentin tipinə uyğun adamlarda cərəyan edir. I insanların bəziləri ləng düşünür, asta danışır, hərəkətləri asta gəldir, emosiyaları xaricən zəif biruzə verir və s. II bəzilərində isə əksinə olur. Məs. sürətlə düşünür, hündürdən danışır, hərəkətləri cəltdir, emosiyaları xaricən parlaq biruzə verir və s. Bütün bunlar psixi fəaliyyətin dinamik xarakteristikası kimi temperamentə işarədir.
I halda fleqmatik temperamentin xüsusiyyətləri.
II halda isə xoleriq temperamentin xüsusiyyətləri sadalanmışdır.
Temperament haqqında təlimlər.
Temperament haqqında ilk məlumat qədim şərq (Misir,Hindistan, Çin) filosofların əsərlərində verilir. Onlar insanları davranışına görə tiplərə ayırır və hətta bunun səbəbinidə göstərirdilər. Onlar insanları 3 tipologiyaya ayırırdılar.
Bədənində qanı çox olan adamlar. Məs.pələngə bənzər adamlar.
Bədənində hava çox olan admlar. Məs. meymuna bənzər adamlar(bədənin yüngüllüyünə görə)
Bədənində selik çox olan admlar.
I. Bu filosoflar temperament anlayışından istifadə etmirdilər lakin onun təsvirini verirdilər. Temperament haqqında təlimin ilk yaradıcısı qədim yunan həkimi Hipokratdır.Onun yaratdığı təlim, eləcədə qədim şərq mütəfəkkirlərinin yaratdığı təlim II humoral təlim adlanır. Ona görə ki, onlar temperamentin tipini humoral sistemin (daxili sekresiya vəzilərinin ) ifraz etdiyi mayelərin müxdəlif mütənasibliyinə görə təyin edirlər. Temperament sözü ilk dəfə Yunanlar tərəfindən işlədilmiş və mənası hissələrin müxtəlif mütənasiblik mənası verir.
Hipokrat hesab edirdi ki, orqanizmdə mövcut olan 4 əsas mayenin (qan-sangivus, öd-xole, qara öd-melonexole,selik fleqma)müxtəlif mütənasibliyi temperamentin tipini təyin etməyə imkan verir. Hər bir temperament tipi insanda müxtəlif davranış xüsusiyyəti əmələ gətirir.
III somatik təlim- bu təlim insanın somatik sisteminə(soma-bədən dem) əsaslanır. Təlimin yaradıcıları Alman psixiatrı E.Kreçmer və Amerika alimləri Uidyam Şeldon və S.Stivensdir. Onlar temperamentin tipini insan bədəninin qurluşuna görə təyin edirdilər. Ümumuyyətlə bədən qurluşu 1. zəif –astenik, qismən 2. güclü-atletik (Yunanca döyüşçü dem) 3. Piknik alçaq boy, tosqun. 4.Normostonik dissplasik-həddən artıq uzun, alçaq boy formalarda olur. Müəliflər hesab editdilər ki, bədənin qurluşuna görə temperamentin tipini müəyyənləşdirmək mümkündür. Somatik nəzəriyyəyə konstitusional təlimdə deyilir. Konst qurluş deməkdir.
IV Temperament haqqında ən sonuncu təlim Pavlovun yaratdığı fizioloji təlimdir. İ.Pavlov uzun illər apardığı tədqiqtlar nəticəsində sinir sisteminin 3 xassəsini kəşf edir.
1.Oyanma və ləngimənin gücü qüvvəsi.
2.Oyanma və ləngimənin müvazinətliliyi.(oyanmanın ləngiməyə nə dərəcədə müvafiq olması yaxud onların tarazlılığı)
3.Oyanma və ləngimənin mütəhərikliyi. Onların bir birini əvəz etməsi sürəti. Bu proseslər yəni oyanma və ləngimənin qüvvəsi, müvazinəti və mütəhərikliyi bir birinə özünə məxsus formada uzlaşır və sinir sisteminin yaxud ali sinir fəaliyyətinin tipini müəyyən edir.
Kreçmer bədən qurluşunun 4 tipini ayırırdı.
1.Dissplastik.- (astenik),2. piknik,3. atletik 4. Leptosomatik. Temperament haqqında təlimi sonralar B.M.Teplov, V.M.Rusalov, Y.Striolyan (Polşa psixo) inkişaf etdirmişlər.Sinir sisteminin tipi fizioloji anlayış, temperamentin tipi isə psixoloji anlayışdır. Bunlar bir-biri ilə özünəməxsus tərzdə uzlaşır və sonuncu yəni sinir sisteminin Temperamentinin fizioloji əsasını təşkil edir.
Pavlov sinir sisteminin oyanma və ləngimənin qüvvəsinə görə qüvvətli və zəif tiplərini müvazinətlilik dərəcəsinə görə-1.müvazinətli və 2 müvazinətsiz tiplərini, sinir proseslərinin (oyanma və ləngimənin ) mütəhərrikliyinə görə 1) Cədvəl və 2) asta tiplərini ayırırdı.
Beləliklə Pavlov sinir sisteminin 4 əsas tipini ayırırdı ki, bunlarda Hipokratın təklif etdiyi temperament tiplərinə uyğun gəlir.
1. Zirək tip (sinir sistemi tipi )-sanqivinik (temperament tip)
-Qüvvətli, müvazinətli (tarazlıq)
-Cəld (mütəhərrik)
2. Sakit tip (sin sis. tipi) fleqmatik (temp.tipi)
-Qüvvətli müvazinətli
-Asta (qeyri-mütəhərrik)
3. Coşqun tip (sin. sis.tipi)- xolerik (temp. tipi)
-Qüvvətli müvazinətli
-Cəld (mütəhərrik)
4. Zəif tip (sinir.sis. tipi)-Molenxolik (temperament tipi) Bütün sinir proseslərinin zəif cərəyan edir.
Temperamentin tipləri və psixoloji xarakterləri.
Sanqivinik tipi-Bu temperamentə aid olan insanlar zirəkdir, diribaşdır, bir yerdə qərar tuta bilmir, tez-tez danışır, təsirlərə asan məruz qalır, yeni olan hər şeylə maraqlanır, emosionaldır, maraqları tez oyanır və tez də itir, maraqları qeyri sabitdi və davamlı deyil, çətinliklə rastlaşarkən əli işdən tez soyuyur, mimikaları zəngindir, hərəkətlərdə yüksək reaktivlik (cəldlik) var, çox fəaldır, reaksiyaları yüksək templidir, hərəkətlərdə yüksək plastiklik (bir işdən başqasına tez keçir, asan uyğunlaşır) vardır.
Xolerik tipi-Coşqun tipdir.(həm hərəkətləri, həm də psixi prosesləri ), verilən tapşırıqları səylə yerinə yetirir, haylı-küylüdür, kobuddur, tez özündən çıxır, reaksiyaları cəlddir, tələsdiyi üçün müəyyən səhvlərə yol verir, səbirsizdir, tez-tez və ucadan danışır, adətən yazısı səliqəsiz olur.
Mimikaları ifadələdir. Maraqları sabit və davamlıdır, çətinliklə rastlaşanda özünü itirmir, əzimkardır, reaksiyaları cəltdir, aktivlik və reaktivlik çox yüksəkdir. Onun reaktivliyi aktivliyindən üstündür ona görədə, tez özündən çıxır, hövsələsiz, səbirsizdir, plastiklik azdır, rigitlik(dəyişməzlik)çoxdur. Rigitlik plasrikliyin əksidir. Ona görədə maraqları davamlı və sabitdir.
Fleqmatik tipi- sakitdir, qaradinməzdir, adətən ünsiyyətə girişmir, güldürmək,həyəcanlandırmaq və əsəbləşdirmək çoxda asan deyil. Hərəkətləri ləng və asdagəldir. Mimikası kasıbdır, başqaları ilə çətinliklə dostlaşır, mehriban və istiqanlıdır, vəfalıdır. Yeni şəraitə çətinliklə uyğunluqlaşır. Reaktivlik və aktivlik azdır, ona görədə onu güldürmək və əsəbləşdirmək çətindir, səbirli təmkinlidir, soyuqqanlıdır. Emosiyanallıq azdır, plastiqlik azdır,rigitlik çoxdur. Yüksək işgüzarlığı və məqsədyönü ilə seçilir. Fəaliyyətin fərdi üslubunu elmə Teplov gətirmişdir.
Melonxolik tipi-sakitdir, əhvalı cüzi təsirlər nəticəsində dəyişir. İfrat dərəcədə həssasdır. Tez inciyir, tez küsür, hissləri ləng oyanır, qismən sakitdir, özünü tez itirir. Çətinliklərlə rastlaşarkən onu qorxu bürüyür, tez ruhdan düşür, işi axıra çatdırmır, hərəkətləri süsdür, asta-asta usandırıcı danışır. Deməli yüksək senzitivliyə(həssaslıq)malikdir, küsəyəndir, zəif reaktivlik və aktivlik onun nadir hallarda gülümsəməsinə tez-tez özünü itirməsinə işini axıra çatdıra bilməməsinə gətirib çıxarır. Yuxarıda hər bir temmperament tipinə aid nümunələr təsvir olundu, göründüyü kimi bu tiplərdsə bu tiplərə xas olan əlamətlər biruzə verir. Bunun əsas səbəbi odur ki, hər hansı temperamentin xalis tipinə rast gəlmək mümkün deyildir. Sadəcə olaraq konkret temperament tipinə (xolerikə)xas olan əlamətlər digər temperament tipinə xas olan əlamətlərdən daha çox biruzə verirsə insan həmin temperament tipinə aid edilir. Eyni zamanda qeyd etmək lazımdır ki, temp bu və ya digər əlamətinin biruzə verməsi insanın maraqları, meyilləri və konkret situasiyası ilə sıx bağlıdır. Buna görədə insan müəyyən şəraitlərdə sangivinik kimi digərləri də flegmativ kimi davrana bilər.
Temperamentin tipi yaş xüsusiyyətlərindən də asılıdır. Məs: uşaqlıq dövründəki aktivliklə yaşlılıq dövründəki aktivlik bir-birindən fərqlənir.
Temperamentin xassələri.
Psixologiyada psixi fəaliyyətin məzmunu və dinamikası anlayışları ayrılır. Psixi fəaliyyətin məzmunu dedikdə intellektin, təfəkkürün, təxəyyülün və s. inkişaf səviyyəsi keyfiyyəti başa düşülür. Dinamikası dedikdə isə onun gedişatı, cərəyanı başa düşülür. Bu baxımdan temperamentin xüsusiyyətləri psixi fəaliyyətin ancaq dinamik cəhətdən xarakteristikasıdır.
Temperamentin dinamik xarakteristikası kimi aşağıdakı xassələri ayrılır.
1.Ümumi aktivlik-bunun mahiyyətini xarici aləmi səmərəli surətdə mənimsəmək və dəyişmək meylinin təzahüründən ibarətdir. Ümumi aktivlik özünü psixi fəaliyyətin və hərəkətlərin tempində, ritmində, surətində, plastikliyində, dözümsüzlükdə, süstlükdə, biruzə verir.
2. Hərəki aktivlik-ümumi aktivliyin bir formasıdır və özünü hərəki aparatdakı lənglikdə və cəldlikdə biruzə verir. Hərəki aktivliyi əzələ hərəkətlərinin tezliyi, qüvvəsi, ritmi aid edilir.
3. Emosionallıq-insanı emosiyaların və əhvallarının təzahüründə biruzə verir. Müxtəlif hisslər və emosiyaların əmələ gəlmə, cərəyanetmə və kəsilməsi xüsusiyyətləri özünü emosionallıqda biruzə verir. Emosionallığın 3 cəhəti ayrılır.
1. Mütəhəssirlik (emosional həssaslıq səviyyəsi). Məs: kiminsə halına yanmaq, ürəyi ağrımaq mütəhəssirliyin yüksək səviyyəsidir, halına yanmaqda mütəhəssirliyin səviyyəsidir, o da amma aşağı səviyyədir.
2. İmpulsivlik-emosional münasibətlərin kifayət qədər ölçülüb biçilməməsi. İmpulsivlik dedikdə emosiyaların hansı sürətlə insana təhrikedici qüvvə kimi təsir etməsi başa düşülür.
3. Emosional labillik-dedikdə müvafiq emosional vəziyyətin kəsilməsi və ya bir təsüratın başqası ilə əvəz olunması başa düşülür. Beləliklə temperamentin əsas xassələri dedikdə ümumi aktivlik, emosionallıq, hərəki aktivlik nəzərdə tutulur.
Tərbiyə prosesində temperamentlərin tiplərinin nəzərə alınması və fərdi yanaşma.
Hər bir temperament tiplərinin həm”-“, həm də “+”cəhətləri mövcutdur.
Xolerikin + cəhəti-işgüzarlılığı, qətiyətliliyi, təkitliliyi, enerjililiyi.
Xolerikikn “-”cəhətləri-özünün ələ almağı bacarmamağa, kobudluğu, səbirsiz.
Sanqivinikin “+ “cəhətləri- ünsiyyətçilik, mehribanlığı, sülhə meyililiyi, yüksək enerjili.
Sanqivinikin”-“ cəhətləri- kifayət qədər qətiyətliliyin olmaması, bəzən yalançılıq, hamını razı salmaq istəyi.
Fleqmatikin “+”cəhətləri- təmkinlilik, səbirlilik, dözümlülük və.s.
Fleqmatikin mənfi cəhətləri-astagəllilik, hədsiz soyuqqanlılıq, tənhalığa meyllilik, qapalılıq.
Melonxolikin müsbət cəhətləri-həssaslıq, ürəyiyumşaqlıq və s.
Melonxolikin mənfi cəhətləri-passivlik, özünəqapanmaq, qorxaqlıq və s.
Tərbiyə prosesində bu cəhətləri nəzərə almaq lazımdır və tərbiyəni elə qurmaq lazımdır ki, temperament tipinin mənfi cəhətləri tədricən aradan qaldırılsın. Bu tərbiyə prosesində tərbiyə olunan hər bir şagirdə fərdi yanaşmaq üçün əsas verir.
Xoleriki həddən artıq acılamaq, fleqmatiki tələsdirmək, sanqiviniti ünsiyyətdən məhrum etmək, melonkoliki təqib etmək olmaz. Temperamentin tipi fəaliyyətin fərdi üslubuna uyğun gələ də bilər, gəlməyə də bilər.
Fəaliyyətin fərdi üslubu dedikdə-konkret insan üçün səciyyəvi olan və yaxşı nəticə əldə etməyə əlverişli hesab edilən fərdi əməliyyat priyomları və üsulları sistemi başa düşülür. Fəaliyyət icrası o zaman səmərəli olur ki, temperament tipi ilə fəaliyyətin fərdi üslubu üst-üstə düşür.
Temperamentin bəzi xassələrini yenidən yenidən tərbiyə etməklə onu fəaliyyətin tələblərinə uyğunlaşdırmaq mümkündür. Fəaliyyətin fərdi üslubunu formalaşdırmaq üçün temperamentin xassələri mütləq nəzərə alınmalıdır. Məs: Mücvazinətsiz xolerik yersiz hərəkəti gizlətmək üçün sanqivinikə nisbətən daha tez şüursuz olaraq əks hərəkətlər icra edir. Fərdi üslubun formalarının mühüm şərtlərdən biri də görülən işə şüurlu yaradıcı münasibətin bəslənilməsidir.
Fəaliyyətin fərdi üslubu öz-özünə deyil təlim-tərbiyə və özünütərbiyə prosesində formalaşır.
Mövzu 17. Xarakter.
Xarakter yunanca naxış, iz deməkdir.
Xarakter haqqında anlayış.
Xarakterin spesifik xüsusiyyətləri aşağıdakılardır.
Rəftar və davranışda biruzə verir.
Tipik şəraitdə davranış tərzini müəyyənləşdirir.
Davamlı fərdi xüsusiyyətlərin məcmuyudur.
Xarakter xasiyyət kimi də səciyyələnir. Xarakter insanın ən çox görünən tərəflərindən biridir. O emosiyalarla (xarakterin emosinal əlamətləri), iradə ilə (xarakterin iradi əlamətləri), və templə sıx bağlıdır. Xarakterin əsasında insanın münasibətləri durur. İnsanlar məhz ətraf aləmə insanlara və özlərinə olan münasibətlərə görə bir-birindən fərqlənirlər. Bu baxımdan xarakter fərdidir, xarakter eyni zamanda bütövdür və tipik şəraitdə rəftar və davranışda biruzə verir.
Xarakterin tərifi: Xarakter şəxsiyyət üçün tipik şəraitdə davranış tərzini şərtləndirən fəaliyyət ünsiyyətdə əmələ gələn rəftar və davranışda biruzə verən davamlı, fərdi, psixoloji xüsusiyyətlərin məcmuyudur.
Xarakter insanın motivasiya sahəsi ilə sıx bağlıdır. Belə ki, motivasiya sahəsi xarakterin formalaşmasına əsaslı təsir təsir göstərir. Şəxsiyyətin motivasiya sahəsinin özülünün dünyagörüş və əqidə təşkil edir.
Deməli,xarakter dünyagörüş və əqidədən bilavasitə asılıdır. Xarakter şəxsiyyəti rəftar və davranışa təhrik edir, yaxud çəkindirir.
Xarakter nəzəriyyələri.
Xrakterologiyanın müxtəlif istiqamətləri.
Bu istiqamət ilk dəfə olaraq xarakterin tiplərini xarici təzahürlərə görə müəyyənləşdirməyə cəhd göstərirdi. Bunun əsasında insanların müxtəlif şəraitlərdə davranışı proqnozlaşdırılırdı.
a). Bu istiqamətə aid olan baxışlar sistemindən biri insanın xarakter və davranışını onun doğum vaxtı ilə müəyyənləşdirilməsidir. Bu cəhdi göstərənlərdən biri ulduz falı (qoroskop) istiqamətidir.
b). Bu istiqamətin nümayəndələrindən bəziləri isə xarakteri təzahürünü onun adı ilə əlaqələndirirdi.
c). Xarakterologiya istiqamətinin ən bariz təmsilçilərindən biridə Fiziqnomika (fizik-təbiət, qnomo-bilən) istiqamətidir.
Fizyoqnomiklər hesab edirlər ki, insanın xarakterini onun xarici görkəminə xüsusilədə sifətinin quruluşuna və görkəminə görə müəyyənləşdirmək mümkündür. Deməli insanları xarici görkəminə görə müəyyən tiplərə ayırırdılar. Məs: Saçı cod olan adam tərs, başı yekə olan adam ağıllı, dişi seyrək, göy göz adam çox bilmiş, kələkbaz adamlardır.
Ç). Fizyoqnomikanın ən parlaq nümayəndələrindən biri İ. K. Lafaterdir. O hesab edirdi ki, insanın xarakterini onun başının quruluşunu, kəlləsinin konfiqurasiyasını (fiqurunu) və mimikalarını öyrənməklə müəyyənləşdirmək mümkündür. Hətda bəzi psixoloqlar hesab edirdilər ki, insanların fərdi xüsusiyyətlərini(xarakterini) onların bədənin müxtəlif vəziyyətlərinin pozalarına görə, yaxud yerişinə, oturuşuna hansı pozada yatmasına görə müəyyənləşdirmək mümkündür.
d). Xarakterologiya istiqamətinin təmsilçilərindən biri də Xiromantiya (xir-yunan dilindən əl kimi , manteya isə fala baxmaq deməkdir) tərəfdarlardır. Bu istiqamət əlin içindəki çizgilər vasitəsilə insanın xarakterini taleyini müəyyənləşdirir.
e). Xarici görkəminə görə xarakterin əlamətlərini müəyyənləşdirən istiqamətin nümayəndələrindən biri də E. Kreçmerdir. O 4 ən çox rast gəlinən bədən quruluşunu yaxud da kontitusiyanı ayırırdı.
1. Displastik-çiyinləri düşük. Ellips şəkilli yumutaya bənzər insanlar.
2. Piknik-alçaqboy, enli kürək bədəni və ayaqları qısa, kütənir adm.
3. Atletik-idmançı bədən quruluşlu.
4. Astenik yaxud leptosmetik-arıq,uzun.
2. K. Lenqardın və A. Y. Liçkonun konsepsiyası. Lenqard Alman psixyatırı, Liçko Leonqrad psixyatırı.
Bunların xarakter haqqında konsepsiyası xarakterin aksentuasiyası adlanır. Aksentuasiya-anlayışını psixologiyaya Alman psixyatırı Leonqard tərəfindən gətirilmişdir. O hesab edirdi ki, müəyyən tip insanların xarakterində bu və ya digər əlamətlər daha parlaq biruzə verir. Xarakterində hansı əlamətin daha parlaq biruzə verməsinə uyğun xarakterin aksentuasiyası tipini ayırmaq mümkündür. O hesab edirdi ki, xarakterin aksentuasiyası (o buna şəxsiyyətin aksentuasiyası da deyilir) başqa insanlarla ünsiyyətdə təzahür edir. Buna görə də insanların ünsiyyət stilini qiymətləndirməklə müəyən aksentuasiya tiplərini ayırmaq mümkündür. Tərbiyə düzgün qurulmadıqda, irsiyyət amili ilə əlaqədar xarakterin aksentuasiyasının tipi əmələ gəlir. Leonqardın etdiyi təsnifata aşağıdakı tiplər aid edilir.
Hipertim tip-hipertim artıq kontakta meyllidir, söhbətçildir, pantomimikası ifadəlidir, belələri tez-tez başladığı mövzuda söhbətdən yayınır, məsuliyyətsizlik üzündən onların ətrafdakı adamlarla münaqişələri yaranır. Əksər hallarda münaqişəni özləri başlayır, tənqidlərə dözümsüzdür. Enerjililiyi, fəallığı, optimizmi, ünsiyyəti, təşəbbüskarlığı müsbət, yüngül ağıllılığı, mənəviyyata zidd hərəkətlərə meylliliyi, tez qıcıqlanması mənfi əlamət kimi qiymətləndirirlir.
Distim tip-ünsiyyətə çətin girir, az danışır, pissimist əhvalı üstündür. Evdə oturmağı xoşlayır, nadir hallarda konfliktə girir, qapalı həyat tərzi keçirirlər. Dostluğu onlara olan köməkliyi yüksək qiymətləndirirlər. Tabe olmağa meyllidirlər, müsbət tərəfləri kimi ciddilikləri, vicdanlılıqları, ədalətlikliləri, mənfi keyfiyyətləri kimi isə passivliyi, təfəkkürdəki lənglik, fərdiyyətçilik qeyd olunur.
Tsikloid tip-əhvalları dövrü olaraq onların dəyişir. Buna uyğun olaraq onların ətrafdaklarla münasibəti dəyişir. Əhvalları yüksək olanda belə adamlar ünsiyyətcil, əhvalları mənfi olanda isə qapalı olurlar. Beləliklə əhvalları yüksək hipertimə bənzəyirlər, aşağı olanda isə distim tipə bənzəyirlər.
Oyanıq tip-bu tip ünsiyyət kontaktına çətin girir, verbal reaksiyaları ləngdir. Tez-tez belə adamların əhvalı tutqun olur, kobudluğa münaqişələrə meylli olurlar, əksər hallarda bunların törədicisi kimi çıxış edirlər, kollektivə çətin uyğunlaşırlar, ailədə hakimiyyətə meylli olurlar, emosiyaları sakit olanda özlərini vicdanlı, ədəbli aparırlar, uşaqları və heyvanları sevirlər. Emosional cəhətdən qıcıqlanandasəbirsiz olur, özlərini ələ ala bilmirlər.
Pedantiptik tip-belələri nadir hallarda konfliktə girir, bu zaman passiv olurlar, işdə özünü birokrat (mən deyən olmalıdır) kimi aparırlar. Başqalarına qarşı formal, əsassız, çoxlu tələblər qoyur, eyni zamanda digər liderlərə tabe olurlar. Evdəkilərdən xüsusi səliqə-səhman tələb edir. Müsbət tərəfləri: vicdanlılıq, səliqəlilik, ciddilik işdə etibarlılıq, mənfi tərəfi: formalizmə meyllilik, zəvzək, zəhlətökəndir.
Emotiv tip-belələri dar dairədə ünsiyyətə üstünlük verir,onlarla yaxşı kontakt yaradır, asn anlayır, tez-tez konfliktə girir, lakin, konfliktdə passiv rol oynayırlar. İncikliyini içinə vurur. Müsbət tərəfləri: xeyirxahlıq, başqalarının halına acımaq, məsuliyyətlilik, icraçılıq.
Mənfi tərəfləri: həddən artıq həssaslıq, hisslərə tez qapılmaq, tez küsüb ağlamaq.
Həyəcanlı tip-belələri ünsiyyət kontaktına çətin girir, özünə inamsızdır, tez həyəcanlanırlar, ətrafdakılarla konfliktə nadir hallarda girir, bu zaman ətrafda özlərinə dəstək axtarırlar. Müsbət tərəfləri: dostluğu sevmək, özünə tənqidi yanaşmaq, icraçılıq. Mənfi tərəfləri: köməksizlok, acizlik. Buna görə də tez-tez zarafat obyektinə çevrilir.
Nümayişçi tip-belələri ətrafdakılarla kontaktı asan yaradır, liderliyə can atır, hakimiyyətdən və tərifdən xoşu gəlir. Belələri insanlara yüksək səviyyədə uyuşma nümayiş etdirir, eyni zamanda çəkişmələrə, inteqrallara meyllidirlər. Adətən olduğu kimi görünmür, olmaq istədiyi kimi görünməyə çalışır. Ətrafdakıları mənəm-mənliklə bezdirir, qıcıqlandırır. Müsbət tərəfləri: nəzakətlilik, artistlik. Başqalarını özünə cəlb etmək bacarığı, davranış və təfəkkürdə qeyri adiliyi nümayiş etdirmək. Mənfi cəhətləri: eqaistlik, ikiüzlülük. Lovğalıq, işdən yayınmaq.
Ekzatik tip-belələri kontakta asan girir, çox danışan, tez vurulan, tez alüdə olandır, belələri tez-tez mübahisə edir, lakin konfliktə aparıb çıxarmırlar, konflikt zamanı onlar bəzən aktiv, bəzən də passiv çıxış edirlər. Onlar öz dostlarına və yoldaşlarına qarşı diqqətli olur, onlara çox bağlı olurlar. Onlar alturizmə (başqalarına təmannasız kömək etmək) başqalarının dərdinə şərik olmağa meyllidir, zövqləri yaxşıdır, parlaq təzahür edən və həqiqi hisslərə malikdir. Bu onların müsbət tərəfləridir. Tez panikaya düşən, əhvalları tez-tez dəyişəndir.
Ekstraverd tip- Belələri ünsiyyətə asan girir, yoldaşları çox olur, çox danışandılar, hər şeyi hamıyla bölüşməli olurlar tez-tez ətrafdakılarla konfiliktə girir lakin bu zaman passiv rolda çıxış edirlər. Hər yerdə onlar başqalarının liderliyinə rəvac verirlər, tabe olmağı üstün tutur və kölgədə qalağı sevirlər. Müsbət tərəfləri başqalarını axıra qədər diqqətlə dinləmək onların xahişlərini yerinə yetirməyə cəhd göstərmək, icraçılıq. Mənfi tərəfləri asan təsir altına düşmək, yelbeyinlik, hərəkətlərini kifayət qədər ölçüb biçməmək əyləncələrə meyillilik, qeybətə, söz gəzdirməyə meyillilik.
İntroverd- Başqalarından fərqli olaraq ünsiyyətə çətin girən, qapalılıq, reallıqdan uzaq filosofluğa meyilli olur, tənhalığı sevir, ətrafdakılarla konfilikdə yalnız onların şəxsi həyatına müdaxilə edəndə yaradırlar, emosiyanal cəhətdən soyuq olur, başqa admlara çox zəif uyuşur. Müsbət tərəfləri- özünü ələ almağı bacarmaq, möhkəm əqidəlilik, prinsipallıq. Mənfi tərəfləri- tərslik, öz ideyalarını təkidlə müdafiyə etmək(düz vəya səhv olmasına baxmayaraq) belə adamlar hər şeyə öz nöqteyi nəzərləri olur, adətən bu səhv olur, başqalarının rəyindən fərqli olur. Buna baxmayaraq onlar öz rəylərini dəyişməz saxlayırlar.
E.Frommun xarakterin tiplərinin təsnifatı.
Fromm insanın xarakterini insanın həyata, cəmiyyətə və mənəvi dəyərlərə münasibətə görə tiplərə ayırırdı. Frommun təsnifatı xarakterin sosiyal tipləri təsnifatıda adlanır. O hesab edirdi ki, insanların müxtəlif qruplara və sinifləri cəmiyyətdə öz sosial xarakterləri ilə seçilirlər. Fromm sosiyal xarakteri aşağıdakı tiplərə ayırırdı.
1. Mazoxist- sadist tip-Mozaxizm özünə əzab verən, istirab verən zövq alan, sadist isə başqasına əzab verən və zövq alan deməkdir. Bu tip adamlar öz həyatındakı uğurları və uğursuzluqların səbəblərini şəraitdə deyil, başqa adamlarda axtarırdılar. Bu səbəbləri aradan qaldırmaq üçün öz aqresyalarını şübhələndikləri səbəbkarlara qarşı yönəldirlər. Əgər səbəbkar özlərini görürlərsə aqresivliyi özlərinə qarşı yönəldirlər. Belələri özünü təhsil, özünü təkminləşdirmə ilə meyilli olurlar, başqalarını yaxşı tərəfə dəyişdirməyə cəht gösdərirlər. Belələri ətrafdakılar üçün təhlükə yaradır əlinə hakimiyyət keçəndə. Onlara öz istədiyi istiqamətdə dəyişdirmək məqsədi ilə zülm verir.
2. Təxribatcı(dağıdan) – Belələrinin xarakterində parlaq təzahür edən aqresivlik biruzə verir, onlar frustrasiya yaradan obyektləri məhv etməyə cəhd göstərirlər. Fromm qeyd edirdi ki, təxribatçının aqresivliyi onun zəifliyinin komponsesiyası kimi çıxış edir. Adətən təxribatcı kimi çıxış edənlərdən zəiflik və həyəcanlıq hissi yüksək olur.
3. Konformist-avtomad tip- Belələri özlərinin şəxsi və sosial həyatlarında çətin həll olunan problemlərlə rastlaşarkən özlərini itirirlər, onlar şəraitin digər insanların, sosial qrupların tələblərinə çox asan uyğunlaşır, onların təsiri altına düşürlər. Belələrinin demək olar ki, heç vaxt şəxsi rəyi olmur, öz mövqelərini ortaya qoymurlar. Belələri hər hansı bir tələblərə, hakimiyyətə asanlıqla tabe olurlar və şəxsi fikirlərini bu tələblərə uyğunlaşdırırlar.
4. Karl Yunqun nəzəriyyəsi.Yunq insanların xarakterini 2 əsas təsnifata ayırırdı: təsnifatlardan I ekstravert xarakter tipi, II introvert xarakter tipi adı verirdi.
Ekstravert tip-xarici aləmə, obyektlərə istinadən öz rəftar və davranışını qurur, belələrinin xarakterində impulsiv, təşəbbüskarlıq, ünsiyyətçilik yüksək olur, davranışı elastiki olur.
İntrovert tip-xarakterində isə az ünsiyyətçilik, qapalılıq, özünətəhlilə meyllilik yüksək olur, dəyişən xarici mühitə çətin uyğunlaşırlar. Onlar uğur qazansada yaxud uğursuzluğa məruz qalanda yalnız özlərini günahlandırırlar. İngilis psixoloqu eyni zamanda Ayzinq də bu təsnifatları qeyd etmişdir.
Xarakterlə temperamentin qarşılıqlı əlaqəsi.
Müasir psixologiyada temperamentlə xarakter arasındakı qarşılıqlı əlaqəni izah edən 4 əsas yanaşma mövcuddur.
Bir qisim tədqiqatçılar temperamentlə xarakteri eyniləşdirir. Məs: Kreçmer və Şelden.
Bəzi psixoloji konsepsiyalarda temperamentlə xarakter bir-birinə qarşı qoyulur və onların bir-birini inkar etməsi qeyd olunur. (ontoqenizim-bir-birinə qarşı ontogenezdir. Barışan və barışmayan olur.)
Buraya aid edilən konsepsiyalar hesab edirlər ki, temperament xarakterin bir elementidir, onun nüvəsidir. Bu nöqteyi nəzərin müəlliflərindən biri S. L. Rubinşteyndir.
Bir qrup müəlliflər isə hesab edirlər ki, temperament xarakterin təbii əsalarını təşkil edir. Bu cür baxışların müəllifləri L. S. Vıqotski və B. S. Ananyevdir. IV yanaşma ona əsaslanır ki, insanın təbiəti biososialdır.
Orqanizmin fiziolji xüsusiyyətləri şəxsiyyətdə müəyyən iz qoyur. Hal-hazırda psixoloqlar hesab edirlər ki, temperament və xarakter bir-birinə çox yaxındır, ona görə ki, temperamentin xüsusiyyətləri bu və ya digər formada xarakterdə biruzə verir. Xarakter temperamentin əsasında inkişaf edir. Eyni zamanda qeyd etmək lazımdır ki, eyni temperamentə malik olan insanların xarakterləri müxtəlif ola bilər. Temperament yalnız insanın xarakterinin bu və ya digər xarakter əlamətinin əmələ gəlməsinə ya əlverişli şərait yarada bilər, yada mane ola bilər.
İngilis psixloqu Ayzenq də Yunq kimi ektraversiya və introversiya terminlərindən istifadə edir, lakin Ayzenq bu terminləri temperamentin tiplərinə aid edir və eksperimental nəzəriyyəni yoxlamaq üçün müvafiq metodika (Ayzenq testi) işləyib hazırlamışdır.
Dostları ilə paylaş: |