İNAMLAR
ADQOYMALAR
Mənim anamın qızı durmurmuş. Xalam deyif, gətir bunun adını Dursun qoyax. Seyitdərə də nəzir eliyəh, verəh olara. Xalam gətiriv adımı qoyuf Dursun. Məni də nəzir eliyillər ojağa.
Qalmıyan uşaxlara, oğlan uşaxlarına Dayandur adı da qoyardılar.
TƏK SƏBİR
I mətn
Təh səbir gələndə elə adam var ki, düşür. Elə adam var, düşmür. Ümmiyətcə, təh səbir gələndə mən heç hara çıxmıram. Məsələn, buyün dördüncü günüdü, mən şəhərə çıxmıram. İşim düz gəlmir. Heç bir işim düz gəlmir e. Nənəm də elə-belə deyirdi. Ollar da keşmişin adamıdı. O işdər hamısı sınammış işdərdi.
II mətn
Təh səbir gələndə bir azcana ləngi, sora get, uğur tapassan. Tək Allahın adıdı. Ziyan tapbazsan. Amma ləngi, get. Cüt səbir gəlirsə, əlindəki işdəri tez elə, tez get, yüyür.
UŞAĞIN CİNSİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ
Gəvəni ki toxuyuf yerə ki qoyurdular, qoyanda bir oğlan uşağı səhər, gün çıxar-çıxmaz dar ağajını minir, çıxır. Birinci kişi xeylağı görürdüsə, hamilə qadının oğlu olacax deməh. Yox, gözünə birinci qadın dəyirsə, qızı olacax. Deyir:
Sübh açılar, gün çıxar,
Ürəhlərə nur axar.
Nənə, arzım çin oldu,
Gəlnimiz oğlan doğar.
FƏSİLLƏR HAQQINDA
I mətn
Eşitdiyimə görə, meyvə çox olanda qış bərk olur. Bir də deyillər, palıdın qozası çox olanda, ya da bənööşə tez bitəndə qış bərk gəlir. Əgər payızda qarrasa, qış yaxşı keçir.
II mətn
Axşamnan bulut qızaranda səhər ertə gün olur. Ama səhər ertə vaxdı dursan ki, gün çıxmamış bulut qızarıp, onda bilirsən ki, yağajax, ya küləy olajax. Hava qaralanda, görsən qapqara oldu bulut, onda bilirsən ki, dolu var.
Martın iyirmi ikisi Nooruz bayramı olur. Elə bil onnan yaz olur da, bax. Martın iyirmi ikisinnən soora. Fəsil də iyirim birinnən iyirim birinə dəyşılır. Bax elə bilginən, sentiyabirin iyirim biri yay qutardı.
Fəsil dəyişməyin quşdarın da uşmağınnan bilməy olur. Bax bı qaranquş var e, gəlir bax bıralarda yazda balalıyır, çıxır, onnan sora göörsən köşdü, çıxdı getdi. Yaxut da o biri quşdar hamsı köçür gedir isdi ölkələrə.
Hə, quyrux doğanda, ona kimi deyir ki, quyrux dondu. Qoyunun quyruğu donur onda. Ama məəm atam deyirdi, özü də gösdərirdi maa. Elə bil o quyrux doğanda bir sarı yekə ildız doğur, belə baxırsan ki, quyruxlu ildızdı. Yayın yarsında olur. Yayın yarsında quyrux donur, həə.
MÜQƏDDƏS AĞAC VƏ QUŞLAR
I mətn
Ağaşdarın da möcüzəsi var. Birincisi, bar ağaşdarına balta vırmağ olmaz. Çiçəhli, bar üsdündə olan... Ona balta vırmax günahdı. İkinci də, söyüd ağacı deyillər, müqəddəsdi. Söyüd ağacını ölülərin qoltuğuna da qoyullar. Ölü düşəndə söyüt ağajınnan tajdı, kəsillər belə, qoyullar qoltuğuna ki, qoy gora getsin. Həə, çünkü o bar vermir.
Göyərçini, bir də dağ kəhliyin deyillər. Göyərçin sülh üçündü. Sülhü yaradır. O sülh quşu elə binövrədən peyğumbərrərimizin vaxdında da olup. Sülh quşu var. O sülh quşu da indiki göyərçinnərdi. İndi gülləliyillər onu, səf eliyillər. Sülh quşunu güllələməzdilər. Sülhə ziyannıx vıranın özü yönnü adam dəyil.
II mətn
Qaraağaş möcüzəli ağaşdı. Ağdam rayonunun Qarapirim kəndi var. Bu ağaşdan orda da bitir. Çox yerrərdə bitir. Meşədə də bitir. Amma bu ağac elə bir ağaşdı ki, guya kim nə niyət eliyərsə, nəzir eliyirsə gətirir, ora yaylıx bağlıyır, dəsmal bağlıyır. Niyyəti hasil olur. Gətiriv onun dibində qurban kəsillər. Qaraağaş bax elə bir ağaşdı. Qaraağaş müqəddəsdi, əl vurmağ (kəsməh) olmaz.
İncil ağacı müqəddəsdi. İncil çox qorxulu ağaşdı. Yanı onu kəsməh, qurdalamax günahdı. Deellər, guya əvliyalarımızın, peyğəmbərrərimizin – incil ağacının bitməsində, onun tamında, dadında onların ruhu var, əli var.
III mətn
Dakqu quşunu öldürməy olmaz. Çünki o, insan kimi dil açıf danışa bilir. Onu bizə nənəm keşmişdə belə söylüyərdi ki, bı, insan kimi danışır. “Tut bit” deyir, “Tut, p..x” deyir. Nəysə də. Belə sözdər işdətdiyinə görə ona güllə atmağ olmaz.
Sora tutuquşu deyirih. Biz o quşa güllə atmırıx.
Göyərçin quşunu öldürməy olmaz. Deyirdilər ki, göyərçin quşunun əyağı imamnarın qanına dəyif.
Bizdərdə deyiflər ki, durna quşunu öldürməy olmaz. Fakdı, indi durnanı vırıllar, neyniyillər. Amma düzgün döyül. Çünki o, ən gözəl meyvəni – xurmanı yeyir. Xurma da ki imamnarın meyvəsi sayılır.
IV mətn
İncil ağacını kim yandırsa, o, xeyir tapbaz. Elə bil ki, tutyə kimi də.
AYLA GÜNÜN TUTULMASI
Ay tutulanda, Gün tutulanda deyillər, paççah ölür. Biz Cəbrayılda olanda mən bir dəfə görmüşəm. Kəndin aşağısındakı dəyirmana getmişih (uzaxdı ora). Suyün bu tərəfində mən durmuşam, o tərəfində də qaynənəmnən uşax duruflar. Bala, orda Gün tutuldu, qarannıxladı, gejə oldu. Qışqırdım, uy, ay xala (qaynənəmə xala deyirdim). Aaz, dedi, qorxma, qorxma, gəlirəm sənın yanına. Ay xala, dedim, uşağı da gəti, uşağ ağlıyar. Dedi, aaz, şəlləmişəm, qorxma. Gördüm, şəllənif nəvəsin belə, zirəy arvadıdı. Ama gəldiyi yerdə yarğan uşmuşdu, suyun qavağın kəsmişdi. Bu da qarannıxdı, görmür, düşdü bir gölə. Bitəər çıxdı, gəldi. Ay Hajı Qasım Çələvi, heey! Qab dınqıldadırdıx, Hajı Qasım Çələbi, sən saxla. Belə vannıya vururdux, vedrə vururdux, teşt çalırdıx. Deyirdilər ki, paççax ölüf. Ay tutulanda qazanın dalına döyürdülər. Güllə atırdılar.
ÖLÜNÜN YUXUDAN QOVULMASI
Məəm də başıma gəlif, ölmüş bir adam yuxuma girmişdi. Durdum dedim ki, nənə, filankəs yuxuma girir hər gejə (anamıza nənə deerdih), yuxumnan çıxmır. Daa bezmişəm. Dedi, get, bir əl dəyməz bir yerdə daşı çevir deginən: “Bu daşı çevirirəm, filankəs, sənin adın olsun, sənin adına çevirirəm, bir də mənim yuxuma girmə”. Dedi, heylə deginən, çevir. Həqiqətən də, o adam onnan soora məəm yuxuma girmədi. Əl dəymiyən yerdə – belə küçədə, dam-zad yanında yox. Getdih bir qayanın yanında (insan onu çevirməzdi, götürməzdi) bir daşı çevirdim. Dedim, bı sənin daşın olsun, bir də mənim yuxuma girmə. Belə mən onu elədim, bir də mənim yuxuma girmədi.
ÖLÜ PAYI
Mənim nənəmin babası bir günnəri hardansa gəlirmiş. Görüf gejədi, özünə sığınacağ axtarıf. Qabaxda qəbirsannıx, deef, var. Deyir, bir az da tez gedim qəvirsannığa sığınım, səhəri açım. Gedir, bir başdaşına söykənir, beləcə yatır. Görür biri çağırır ki, Hürü. O birisi deer, nədi, Pəri? Deer, Hürü, qonağım gəlif. Babam danışırmış ki, qonağ da mən olmuşam. Deer, qonağım gəlifdi, maa bir bişi göndər. Qara bayram günü keçmişdə camahat bişi bişirif paylıyırdı. Deer, maa bir bişi göndər, qonağımı yola salım, mənimki hələ gəlmiyif. Gələndə mən verəjəm. Babam duruf gəlif evdə deyifdi ki, hər dördüncü gün ölənnərin adın anın, anılmalıdı. Bax onun qonağı oldum, o borc aldı. Deef, bax maa hələ gəlmiyif, gəlsə, verərəm. Əyər getmədisə, o, ona deməh boşdu qaldı.
XALIN KÜSMƏSİ
I mətn
Birinin xalınnan kiminsə xoşu gələndə onu götürüb üzünə, əlinə, qoluna – hara isdiyir, ora qoyup, deyir: “Bu xal mənə yaraşır. Xalın mənim olsun”. Bunnan sora o xal yiyəsinnən ya təmiz küsüp buna gəlir, ya da elə həmən xala oxşuyan xal əmələ gəlir xal isdiyənin bədənində.
II mətn
Xala dəyməy olmaz. Xala toxunub onu qopartmağ, ona xətər yetirməy olmaz. Xala xətər yetirəndə, ya xal küsür gedir, ya da sahabına pis şey olur.
MÜXTƏLİF MÖVZULU İNAMLAR
1. Səhər bir iş dalınca gedirsənsə, yaxut bir adamnan qohum olmağ isdiyirsənsə, ya da bir işi bilmirsənsə yaxşı olacax, ya pis olacax, onda niyyət tutursan ürəyində. Çıxırsan deyirsən ki, ay ağac, sənnən qohum olmağ isdiyirəm. O ağaca tərəf on addım atırsan. Əgər o on addımda ayağın nəyəsə ilişməsə, büdrəməsə, onda, deməli, onnan qohumluğun uğurrudu.
2. Keçəllərin dilin, sirrin bilməy olmaz.
3. Dırnağı bir-birinə sürtməzdər. Onda dava düşər.
4. Deyillər, süpürgə dəydi, şər atallar. Gərəh dəyən kimi süpürgənin üsdünə “tfu-tfu” eliyəsən ki, şərə düşmüyəsən.
5.İki qadın duranda arasınnan keşməzdər. Onda şərə düşəllər.
6. Evi aşağıdan yuxarı süpürməzdər, onda ölü düşər. Gərəh yuxarıdan aşağı süpürəsən.
7. Adamın üsdünnən hörümçəh sallamması yaxşıdı.
8. Üsdümə iynə-sancax sancıram ki, məni qara basmasın. Axşam təh yatıram. Həm bədnazar dəymir onda.
9. Göy qurşağı çıxanda deyirdih: “Ağı mənim, qırmızısı mənim.” Mən heylə bilirəm. Göy qurşağına Ələm dolağı deyirih biz.
10. Bu Fatma nənə, həmənki bax su var e. O, suyu kəlmeyi-şəhadətnən götürüf, deer. Onçun bütün suvaf Fatma ananındı. Hamamnan çıxırsan, deyirsən, Allah saa doyunca rəhmət eləsin, Fatma ana! Cənnətdə ol həmişə. Hə...
11. Hüzür düşdü, ölü basırıldı. Ölünü yağış, qar yağa-yağa basırırsansa, səkgiz-dokquz ölü öləjəh, dalbadal.
Gejə qabrın açıx da qalması pisdi. Bəzən adam axşama düşür, qəbir qazılır, basırılmır. O gejə qabrı açıx qalmax, deyir, pisdi də.
12. Kişniş satılır e, bazarda. Biz yanınnan eləcə keçirıx. Onnar (Şamaxılıları nəzərdə tutur – top.) beləcə qırıv ağzına qoymasa, keşmir, bax, bı yekəlıxda (barmağını göstərir – top.). Deyirəm, onu niyə qırırsız? Deer, qırmasax, kişniş qarğış eliyir ki, qardaşın ölsün. Alsan da, bir yarpax qırmalısan, almasan da.
TÖRKДЗARДLДR
-
Bağayarpağı, deyillər, mədə xorasına, mədə yarasına xeyirdi. Dəmliyif içəndə mədə yarasına, mədə xorasına xeyri var. Bağayarpağını barmaxda çivan olanda, yara olanda suynan isdadıf qoyursan üsdünə, sorur, içindəki çirki-zadı çıxardır.
-
Qırxbığım böyrəyin daşını, duzunu əridir tökür. Dəmliyirsən, içirsən. Çay dəmliyən kimi dəmliyirsən, qaynatmırsan də, dəmə qoyursan. Qalır, bir sahatdan sora, para saatdan sora içirsən. O, təyziqə də xeyirdi.
-
Qantəpər ciyər xəsdəliyinin dərmanıdı. Ağciyərin dərmanıdı, soyuxlamasın çəkir.
-
Baldırğan da deyillər, yelə dərmandı. İsdadıp, qoyullar ağrıyan yerə. Bax heylə ağrısın alır.
-
Yemişan qanın tənzimlənməsinə xeyirdi, ürəyə xeyirdi. Çiçəyini dəmlə, iç, özünü ye. Mən həmişə onnan mürəbbə bişirirəm.
-
Tutun, deer, xeyri çoxdu. Onun bəhməzi qaraciyara dərmandı. Onnan soora, mürəbbəsin də bişiririh. Tutun şirəsin çəkirih, qaynıyan vaxdı tutu yuyuf, təmizdiyif tökürdüh içinə. Bir az qaynadırdıx, ta mürəbbə kimi olana qədər.
-
Çovanyasdığı dərmandı soyuxdəymiyə. Dəliboy dediyimiz ot var ha, o, mədə-bağırsağa xeyirdi.
-
Qaraqınıx deyirih, o dərmandı, xeyirdi. O, elə bütün iç üzvülərin hamsına xeyirdi.
-
Baldırğan çiçəyi öksürəyə dərmandı.
-
İtburnu deyirih, həmərsin deyirih, o, böyrəyə xeyirdi.
-
Böyürkgənin kökü böyrəyə xeyirdi.
-
Üzərriyin dənəsin qəbul eləsə, o, adicə başağrı dərmanıdı.
-
Yaraotu – tühlü ot derdih, ovxalıyıf qoyurdux yaranın üsdünə, onnan bağlanırdı. Onu qırardıx. Barmaxda yara olurdu, deerdilər, dolama çıxıf. Dolamanın da dərmanı deerdilər, o tühlü otdu. O tühlü otu götürüf bir balaca yumşaldıf, portdədən fason eliyif yarıya bağlıyırdılar.
-
Yamanotu deyilən bir ot var. Kəlvəjərdə, əsasən, bı yaman atdarnan adamnara düşür. Yaman ən qüvvəli şiş deməhdi. Şiş xəsdəliyi. Bizdə türkəçarə həkimlər varıdı – Ağalar kişi. O mənim atamın əmsi oğluydu. Qoja kişiydi. Yüz om beş il yaş yaşadı. Mən də covanıdım. Atdar yamannadı. Atdara yaman xəsdəliyi düşdü. Dedi, get, Qumludan, dağdan, fılan yerdə yamanotu var, onu kökünnən qaz, gətir. Getdim elə dedığı kimi də tafdım, qazdım, gətdim. O, yamanotunu gətdi, o vaxdı güzdüh deyirdilər, güzdüh xamırı deyirdilər. Bı payız əkilirdi, draqan, biri var, buğdalar sort-sortdu da. İndi qara çörəhdi o. Onun ununa qatdı, yoğurdu, onu yamanına çəhdi – şişə. İki günə o atdar sağaldı, getdi işə. İndi o yamanotunu heş bir kitafda oxumamışam. Nə şəkili görühmür, nə özü görühmür. Yamanotu karandaş yoğunnuxda baldırı var. Bircə zoğ qalxır. Başında da göy çiçəy olur. Göy çiçəh. İndi onu taniyən yoxdu. Ləmbəraninin bir kitavı çıxıf, ona baxmışam. Pereparat kitaflarına çox baxmışam. O bitgi yoxdu.
-
Uşaxlarda kəpənəh qurdu olur. O qurdu tulğa yarpağı tökür. Tulğa ağajı belə kol qalxır, onnan süpürgə-zad da düzəldillər. Ağaşdı, çoxillih bitgidi də, deməh. Otuz il, qırx il yaşıyır. Onun yarpağı həmən qurdu tökür. Daa üzür isdiyirəm, şəxsən məndə də oluf. O yarpağı ovurdular, səər ertə ajqarına verirdilər uşağa. O, bədənnən onu silif tökürdü.
-
Pendir mayası deyillər e. Ovurdux, iki damcı suyu üsdünə tökəndə bəs elyirdi. Maya, otu deerdi. Hə, bir də biz çobannar qoyun camı götürurdux. Çöldə qoyun sağıv içırdıx. Südün içirdıx. Həmən o otu belə ovurdux, bir damcı salırdıx südə, qarışdırırdıx. Orda tökürdü torbuya. Daşdıyırdığ, olurdu pendir. Hə.
-
Bir ot var, əl yaralananda onu belə ovursan. O, yoddu. Tam yoddu a. Tökürsən o yaranın üsdünə. O sahatı qanı kəsir, onu qovuşdurur. O otu da buralarda görməmişəm. Qan kəsiji otu.
-
Rəhmətdiy Əliş əmi varıydı e. Deyirdi, mən bu yaşa gəlmişəm. Töyuxda azar görməmişəm. Töyuğ ağaşda yatardı. Bu töyuğ azarı təzə çıxıf, bilmirəm nədi. Qalan hər şeyi bilərdi. Hə. Qalan hamsını bilirdi. Hələ mənim ağlıma gəlməz, tetrasqilin verəm, dava-dərman verəm. Heş zad. Unnan umac eliyif tökürdüh. Buğda ununnan umac eliyif tökürdüh. Birinin də burnu da qanamazdı. Üş günnən sora da buraxırdıx çölə.
-
Dəmrovu sağaltmaxçün qaratikanı qoydum ojağa. Suyu çəkilmiş qaratikanı. Onu yandırıf belə tutursan. Onun özünün yağı süzülür qava. Götürüv onuca vurursan dəmrovun qıraxlarına. Ötür gedir. Soora dəmrova sarımsax da sürtüllər.
-
Gözə itdirsəyi çıxanda onu da, bir loxma çörəy götür, sürt gözünə. Apar, tulla itə, qoy cəhənnəm olsun getsin. “Gözümə çıxan saa çıxsın, yeri”, – deyir, tulluyursan.
-
Gözün pıçalaxlanması düyünü və yaxut da düyü olmasa, naələcdən24 yeddi buğdanı oxuyuf salırsan. Gözə, deyillər, qonax düşüf. Batırdı gözə. Duası vardı. Onu düyüynən verirdi molla. Mollası vardı, duası vardı, oxuyurdu, tökülüf gedirdi. Molla baxanda bilirdi ki, gözə qonax gəlif. Dəyirmi, ağappağ uçuxluyurdu göz. Yeddi dənə düyü oxuyuf burdan (həmən gözün qaşının üsdünnən) salırdı balaca ləyənə – suya, o duanı oxuduxca. Soora onun suyunu pambıxnan silirdin, gözə üfürürdün, olurdu anadangəlmə sağ. Həmən dua oxunmuş düyünün suyuynan (Duanı soruşduqda bilmədi, mollalar oxuyardı dedi – top.) gözünü silirdin, çıxıf gedirdi.
-
Ürəh xəsdəliynin dərmanı qara incildi. Bayağı mer-meyvə çox olardı. Elə həyət tapbazdın ki, orda incil olmasın. Başda təzyiq olanda incilin yarpağnı əyağın altına qoyuf, bağlıyıf əyakqavı da geyinsən, o təzyiqə köməhliy eliyir.
-
Soora adicə bu ziyillərin duası var. Əldə ziyil olur, uşaxda ziyil olur, heyvanda ziyil olur. Bunnarın özünün də duaları var. O dua Ay təzələnəndə oxunur.
Duanı oxumasını xahiş etdiyimizdə “Qurannan oxunan duadı, amma yaxşı bilmirəm, gərəh onu yaxşı öyrənif deyən ola. Hansı surə olduğunu da bilmirəm”, – dedi – top.
-
Ziyilə əl də çəkilir. Nar ağacının şüylərinnən eşir, qartdıyıf qoyursan. Ya o narın çubuğu qurumalıdı, ya da ziyil qurumalıdı.
-
Mənim nənəm, yadıma gəlir, ziyil olmuşdu, götürdü çihli süpürgəni, çəhdi, dedi: “Ayım, səni xoş gördüh, ziyilin yerini boş gördüh”. Ay təzələnəndə bu oxummalıdı. Da başqa vaxd oxusan, o alımmır.
-
Ziyil düşəndə qəşəh dərmanı var. Əl vurma, tərpətmə, day ayıv olmasın, dəvə işiyəndə əlini altına tut, belə yu, tökülüp gedəjəh.
-
Toyuğu kəsəndə bının pötənəsini yuyursan. Onun içində birinci dərisi yoxdu, qavığı? Onu quruduf, döyüf saxlıyıllar, böyrəh daşınnan əziyyət çəkən adama bını yedirdillər. O salır böyrəh daşını.
-
May, iyun ayında yonca, göy otdar heyvanı köpürdür. Lap elə ölüm əyağına düşsə, şöyüd çubuğunu kəsif, qoyursan heyvanın ağzına. Heyvan isdiyir ki, onu qıra, dişdəriynən çeyniyir. Şöyüd çubuğu qoymur onu ölməyə, onu qutarır.
-
Bir də heyvanın dərialtı qurtdarı olur ey. Vaksin-zad vurulur heyvana onnan ötəri. İndi onnar olmuyan yerdə, şöyüdün nəzih çubuxlarını, şivyələrini doğruyuf tökürsən heyvannara, onnar ajqarına yeyir. Onnan soora, heyvannarda bir dənə də olsun dərialtı qurtdar olmur, ciyərrəri tərtəmiz olur. İndi o dərialtı qurtdarın əsas dərmanı odu.
-
Cöhər nanəsi təyziqi salır. Dəmniyiv içirsən, təyziqi salır.
-
Qarellədi, meşədə bitir, ağaşdı. O da təyziqə xeyirdi, ürəyə xeyirdi.
-
Bir də lumudu. Lumunun bir dilimini kəsif, əgər xəsdənin alnına, gijgahınnan tutmuş, qulağının divinə qədər sürtsən, o da təyziqi salar.
-
Çiban çıxdı, məsələn, baxırsan qızarıf, tam yetişmiyif. Soğan pörtdədif qoyurux qətnən. Tüpürcəh xamırı deerih. Qəndi alırsan ağzına, bir qabda unu götürürsən. Tüpürürsən onun içinə, irağ üzünüzdən. O xamırı düzəldirsən, o tüpürcəh xamırı elə bil çibanın içində nə var, çəkif çıxardır. Yağ-qatıxnan quymağ eliyif qoyullar. O, onun qızartısın alır.
-
Sora dalağ çapbalar olufdu. Məsələn, bizdə bir Məhəmmət kişi varıdı. O, dalax çapırdı. Baltanı alırdı əlinə. Otururmuş, qəfil baltanı götürüf belə çaxırmış. Guya vurajax da, bu mamentdə saxlıyırmış. Onun qorxusunnan, nədənsə, o dalax sağalırdı. Ağrısı kəsirdi. Deyəh ki, bax onda heylə şeylər varıdı. Heş həkimə-zada getmirdi. Onnan da sağalırdı.
ETNOQRAFİK MДTNLДR
QƏDİM NEHRƏLƏR
Tulum ağacı – üçlü çatma demillər, üç qanad, onu asırdılar keçi dərisinnən, onu da tərsinə çəviriv onu boyuyurdular biyan kötüyüynən. Qıpqırmızı olurdu, təbii rənk, rəngi getmirdi. Sora qatığı tökürdülər içərisinə. Onun iki başınnan deşihləri olurdu. Belə də bir ağac olurdu (əliynən göstərir – top.). Uşax yüyrüyü kimi ağacın o başın o deşiyə sancırdın, birin də bu deşiyə, tarım saxlıyırdı da. Soora çalxıyırdın. Yağ çıxırdı. Yağı belə-belə əlini salıb, lomba-lomba çıxardıf qoyurdular qırağa. Onun ayranınnan da hər şey qayırırdılar. Soora nehrə çıxdı. Nehrənin ibtidai formasıdı da.
AXTARMA MOTAL VƏ DƏLƏMƏ
Axdarma motal üzdü olur, onun nə ciyəsin alıllar, nə maşına verillər. Həylə qoyunnan sağıllar, mayalıyıf töküllər, motal eliyillər.
Axdarma pendir qışdan tutulur, qış yatağında tuturdular, onu aparırdılar dağa. O pendiri bir də ordan qaytarıp gətirirdilər. O motala əl vurulmurdu, o elə bil xeyir-şər üçün, qonax-qara üçün saxlanılırdı.
Dələməni torbuya töhmürsən. Onu qavda eliyirsən, qatıx kimi. Kəsirsən. Kəsənnən sora qaytarıf tökürsən motalın içinə. Pendir halında olmur o.
İnəhdən südü sağıf gətiririh, süzürüh, elə öz ilmində bişiririh. Qabax biz mayanı tuturdux qursaxdan. Heyvanın qursağın kəsiləndə duzduyurdux, qoyurdux bankıya. Buğda, noxut, qənt salırdıx bankaya. Saxlıyırdıx qəşəh. Hindi hökümət mayasıynan mayalıyırıx. İnəyi sağdıx, gətdih içinə elə bil ki, bir xörəh qaşığı o su mayası (qurusu da var) atırıx qəşəh. Ona dələmə deyirih. O pendir ki, yığılır o dəriyə ha, görürsən ki, o quru halda olur. Onu qaytarıp tökürsən ora, qolunu da salırsan dərinin içinə hərriyirsən. Bax belə çıxardanda yağ qolunda gəlir bəri.
YEMƏYİN BİŞİRİLMƏSİ VƏ SAXLANMASI
I mətn
Heyvanı kəsirdilər bir dənə, iki dənə. Qovurup quru yeməh – xalodnı yeməh kimi da belə. Qonax gəldi, naxadı ordan bir qazan çıxart. Basdırırdılar da yerə. Yaylaxda xaladinih nə gəzir? Qupquru da, yanı orda uje çox vaxdı öz yağıynan bişir, quyrux yağıynan. Basdırıllar yerə, qonax gəldi, naxadı onu çıxar ordan, qızdır, ye. Da onun nə tamı-zadı dəyişmir a. Öz yerində, qaydasında qalır.
II mətn
Balaca heyvanın birin (qoyunu) kəsillər. Təmiz doğruyullar, qarnın da təmiz yuyullar. Onnan sora doğruyuf təmiz yığıllar qarına. Ət üzünə, qarına. Ağzın da kəndirnən-zadnan bağlıyıllar. Əvvəldən də yerdə qazıb ojax qalıyıllar orda. Ora o qədir qızır ki, olur qıfqırmızı torpax. Onnan sora oranı təmizdiyif qarını qoyullar ora. Orda, rəhmətdih dədəm bir yol mənim yanımda bişirif, görmüşəm. Təzədən bir ojax da üsdə qalıyır. Qaynıyır o qarın. Altdan əvvəl yandırdıxları ocağın isdisi (da ocax sönüf, amma torpaxda isdi qalıf hələ), üsdən də bu biri ocağın isdisi vurur. O qədir orda pişir ki, ət hamı sümühdən cıxır. Daa onun duzun, soğanın – hər şeyin içinə atırsan dayna. Amma qarın yanmır, yağ qoymaz ki, (içinin o yağı var ha) çölü qupquru quruyur, içinin o yağı qoymaz ki, o orda yana. O qədir o ətin şirəsini o qarın şəkir ki, nejə aş qazmağı ola. Elə qazmax kimi tutuf. Rəhmətdih dədəm deerdi ki, camahat bişirəndə qayıdıb o əti tərgidir, o qarını yeyir. Hə, bax onu həylə görmüşəm bişirillər.
SÜD DİŞİ
I mətn
Uşax süd dişini tökəndə, tüşmüş süd dişini əlinə alıp siçanın yuvasının yanına gəlir. Əlindəki tişi uzadıb deyir:
Ay siçan,
Gəl siçan,
Balta tişimi verim saa,
İnci tişini ver maa.
Əyər uşax belə eliyərdisə, gələcəkdə onun tişdəri, incə, gözəl, düzümlü olardı.
Söyləyici mətni qayınanası Xeyransa Qədimovadan eşidib.
II mətn
Uşax diş çıxardan vaxdı deyillər ki, hədih pişirin, filankəsin uşağının dişi çıxıf. Uşax deyir ki, anam bilsə, mən nə cür diş çıxardıram, nə əziyət çəkirəm, duvağnı gətirif qoyar buğdanın altda ki, tez partdasın, uşağın dişi də partdasın. Deyir, bir uşağın dişi çətin çıxırmış. Anası başa düşür kü, bunun yeri dombalıf dana. Gətirif buğdanı qoyur ocağın üsdünə, amma huşunnan çıxır, altını qalamır. Uşax da başdıyır ağlmağa ki, tez qala. İndi onu qandırıf ki, yanı altını tez qala, partdadım, dişim tez çıxsın.
TAS QURMA
I mətn
Mənim anamın bavası tas qururmuş. Molla Mirzə. O, deyir, cinnəri tutuf qamışa yığırdı. Oxuya-oxuya eliyirdi. Güllər adda bir arvad otururmuş tasda da. Tasda gərəh ürəhli adam otura. Cini görür o. Nə iş görüllər, onu görür o. Hə, o otururmuş, deyir deerdi, Molla Mirzə, Vallah, məni döyüllər, məni incidillər. Güllər arvat deyirmiş. Cinnər məni döyür, məni incidir. Molla Mirzə də yığırmış qamışa hamısın, deyir, basdırırmış yükün altına. Deyir, deyirdilər ki, savaxa qədər bınnarın elə həylə səsi gəlir, çığırışıllar.
Onun, elə bil ki, Molla Mirzə bavamın oğlu dəəsən, gedirmişdər, bir nəfərnən gedirmiş. Deyir ki, ə, gözdə. Görüllər ki, bir gəlin, dağda gəlin sənəynən suya gedir. Deyir ki, gözdə, bı sahatca o gəlini dəli eliyejəm. Bı oxuyur, üfürür, bir də gəlinin gözünə elə görükür kü, bütün dünyanı su alıfdı, bircə təpə görükür. Bınnarı təpə hesav eliyir, bir dağ hesav eliyir. Deməli, tumanı sivirir yığır bırıya (əli ilə dizdən yuxarısını göstərir – top.), yüyürür. Bınnarın yanna gələndə bı oxuyur üfürür, bı dayna... Bı arvat düzəlir. Bı gəlin düzəlir. Qaydır kı, uy, ay qardaş, sən Allah, məni bağışda. Elə bildim dünyanın üzün su alıfdı, eləjə bıra quru görükür. Gəlirdim bırıya, onçun tumanımı-zadı yığmışdım yuxarı. Cadı olufdu, cadı eliyənnər var, bı sahat da var cadı eliyənnər. Bı dəyqədə də var. İntaası da adam... Allah heş bəndəni o cadıya salmasın.
Dostları ilə paylaş: |