AZƏrbaycan respublikasi əMƏk və ƏhaliNİn sosial müdafiƏSİ naziRLİYİNİn kollegiyasi



Yüklə 1,21 Mb.
səhifə10/17
tarix17.04.2017
ölçüsü1,21 Mb.
#14285
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

Bilməlidir: dənizdə fəlakətə uğramış insanların və gəmilərin xilası zamanı qaza-xilasetmə işlərinin keçirilməsi məsələlərinə dair qərar, əmr, sərəncam, beynəlxalq konvensiya və sazişləri; Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin aidiyyəti hissəsini; qəza-xilasetmə işlərinin təşkilini və aparılmasını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; gəmi nəzəriyyəsi və quruluşunun əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; qəza-xilasetmə işlərinin aparılmasında əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya 6-cı dərəcəli texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı.

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı.

 

Qazma üzrə geoloq

 

Əmək funksiyası. Geoloji-kəşfiyyat işləri üzrə materialların ümumiləşdirilməsində, işlər aparılan rayonun geoloji quruluşunu dəqiqləşdirmək məqsədilə tədqiqatların nəticələrinin işlənməsində iştirak edir. Quyular üzrə geofiziki tədqiqatların aparılmasını təşkil edir və onlara nəzarət edir. Karotaj işlərinin keyfiyyətinə  və yerinə yetirilmiş işlərin həcminə nəzarəti həyata keçirir. Borularda lay sınayıcını tətbiq etməklə qazma prosesində quyuların sınanmasını təşkil edir və onlara nəzarət edir, görülən işlərdə iştirak edir, müvafiq sənədləşməni aparır. Neft-qaz sızması ilə əlaqədar çətinliklərin ləğvində iştirak edir. Kern nümunəsinin götürülməsini təşkil edir, çətinliklərin mümkün variantının proqnozunu verir. Qazma prosesində götürülmüş kern və şlamı təsvir edir. Qoruyucu kəmərlərin enmə dərinliyinə və sementlənməsinə nəzarət edir. Kəmərlərin germetikliyinin sınanmasında iştirak edir. Tikintisi başa çatmış quyular üzrə geoloji sənədlərin hazırlanması və neftqazçıxarma müəssisəsinə təhvil verilməsində iştirak edir. Ləğv olunmuş quyunun quyuağzı avadanlıqlarının vəziyyətinə nəzarət edir. Qazma prosesində geoloji çətinləşmələrin xarakterini və səbəblərini aşkar edir və onların aradan qaldırılması üçün tədbirlərin işlənməsində iştirak edir. Geoloji hesabatları tərtib edir.



Bilməlidir: geologiya xidmətinin fəaliyyətinə dair qərar, sərəncam, əmr və digər rəhbər materialları; neft və qaz olan rayon və yatağın geologiyasını; neft və qaz yataqlarının işlənməsi (qazılması) qaydalarını; quyuların mövcud hidrogeoloji və geofiziki tədqiqat metodlarını; quyuların qazılma üsullarını və tədqiq olunan avadanlıqların xarakteristikasını; quyuların qazılması, sınanması texnologiyasının əsaslarını; qrafik sənədləşmənin qurulması və karotaj materialının emalı prinsiplərini və metodlarını; qoruyucu kəmərlərin endirilmə və sementləmə texnologiyasını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; mədən-geofiziki tədqiqatlar və deşmə-partlayış işlərinin aparılması zamanı əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali ixtisas təhsili və ya 6-cı dərəcəli texnik-geoloq vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali ixtisas təhsili və 7-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali ixtisas təhsili və 8-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali ixtisas təhsili və 9-cu dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali ixtisas təhsili və 10-cu dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali ixtisas təhsili və 11-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali ixtisas təhsili və 12-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı.



Quyuların təmiri üzrə geoloq

 

Əmək funksiyası. Quyuların təmiri zamanı bütün növ mədən-geofiziki və digər tədqiqat işlərinin düzgün təşkilinə və təhlükəsiz aparılmasına nəzarəti həyata keçirir. Quyularda görülmüş işlər haqqında sənədləşməni vaxtında tərtib edir. Quyuların yeraltı və əsaslı təmiri üzrə planların (qrafiklərin) tərtib olunmasında iştirak edir. Geoloji materialların və mədən-geofiziki tədqiqatların, quyularda görülmüş işlərin nəticələrini ümumiləşdirir və təhlil edir. Quyu dibi zonasının işlənməsində tətbiq olunan yeni texnika və texnologiyanın səmərəliliyini təhlil edir. Müəyyən olunmuş statistik hesabatları aparır. Geoloji sənədlərin müəyyən olunmuş qaydada saxlanmasını təmin edir. Quyuların tədqiqi və təmir olunması zamanı təhlükəsizlik tədbirlərinin hazırlanmasında iştirak edir. Quyuların yeraltı və əsaslı təmir briqadalarının işinə nəzarət edir.



Bilməlidir: quyuların təmir işlərinin təşkili və texnologiyasına dair sərəncam, əmr və digər rəhbər materialları; neft yatağı və rayonunun geologiyasını; neft yataqlarının işlənməsi qaydalarını; quyuların mədən və geofiziki tədqiqinin mövcud metodlarını; layın parametrlərinin müəyyən olunma metodikasını; tətbiq olunan avadanlıqların xarakteristikası və quyuların istismar üsullarını; qazma, quyuların yeraltı və əsaslı təmiri texnologiyasının əsaslarını; geoloji-qrafiki sənədlərin qurulması, karotaj materiallarının işlənməsinin metod və prinsiplərini; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; mədən-geofiziki tədqiqatlar və deşmə-partlayış işlərinin aparılması zamanı əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını; ətraf mühit və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali ixtisas təhsili və ya 6-cı dərəcəli texnik-geoloq vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali ixtisas təhsili və 7-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali ixtisas təhsili və 8-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali ixtisas təhsili və 9-cu dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali ixtisas təhsili və 10-cu dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali ixtisas təhsili və 11-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali ixtisas təhsili və 12-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı.



Qazma üzrə texnik

 

Əmək funksiyası. Qazmada və buruq tikintisində qabaqcıl təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və yayılmasında iştirak edir. Yeni texnika və texnologiyanın mənimsənilməsi üzrə təcrübə-eksperimental işlərin keçirilməsində iştirak edir. Avadanlıq və alətlərin işləməsi haqqında məlumatları toplayır və təhlil edir. Şöbənin işçiləri tərəfindən əmr, sərəncam və s. göstərişlərin vaxtında yerinə yetirilməsinə nəzarəti həyata keçirir. Qazma işləri, buruqquraşdırma, tamponaj idarələrindən məlumatlar alır və onları mütəxəssislərə çatdırır. Həmin idarələr tərəfindən yuxarı təşkilatların əmr və sərəncamlarının yerinə yetirilmə müddətlərinə nəzarət edir. Təyin olunmuş uçot və hesabatları aparır. Kargüzarlıqla əlaqədar olan bütün işləri yerinə yetirir.



Bilməlidir: əsas texnoloji avadanlıqları və onların iş prinsiplərini; istehsalın nümunəvi texnoloji proses və rejimlərini; istehsalatda qüvvədə olan standartları, texniki şərtləri və normaları; texniki sənədlərin hazırlanması və tərtib edilməsi üzrə rəhbər materialları; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

5-ci dərəcə: I-II qrup müəssisədə iş stajına tələb qoyulmadan orta ixtisas (texniki) təhsili və yaxud digər orta ixtisas təhsilli mütəxəssis vəzifələrində ən azı 2 il iş stajı;

6-cı dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 5-ci dərəcəli texnik vəzifəsində ən azı 2 il iş stajı;

7-ci dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 6-cı dərəcəli texnik vəzifəsində ən azı 2 il iş stajı;

8-ci dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 7-ci dərəcəli texnik vəzifəsində ən azı 2 il iş stajı.

 

Elektrik təchizatı üzrə mühəndis

 

Əmək funksiyası. Elektrik qurğularının quraşdırma, texniki istismar və təhlükəsizlik qaydalarına tam müvafiq olaraq, onların istismarı üzrə işlərin aparılmasına texniki nəzarəti həyata keçirir. Elektrik avadanlıqları və kabel məmulatlarına tələbatı öyrənir, illik sifarişləri hazırlayır. Plan təmirləri qrafiklərinin yerinə yetirilməsinə nəzarət edir. Yeni tikilən obyektlərin işə salınması üçün texniki şərtlərin alınması ilə əlaqədar məsələlərin uçotunu aparır və onların həllində iştirak edir. Elektrik enerjisinin istehlakı, elektrik qurğularının əsaslı təmiri və sazlanması üzrə müqavilələr hazırlayır və onların yerinə yetirilməsinə nəzarət edir. Elektrik və texnoloji avadanlıqların sazlığının vaxtında yoxlanmasını təmin edir və statik enerjinin götürülməsi üzrə tədbirləri həyata keçirir. Enerji obyektlərinin işinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərin işlənməsində və onlara nəzarət edilməsində iştirak edir. Elektrotexniki heyətin texniki istismar, təhlükəsizlik texnikası qaydaları haqqında biliklərini qiymətləndirən komissiyaların işində iştirak edir. Elektrik avadanlıqlarının işində qəzaların, elektrik zədələnmələri ilə əlaqədar baş verən bədbəxt hadisələrin təhqiqində iştirak edir. Elektrik enerjisinin təyin olunmuş istehlak limitləri üzrə sərfinə nəzarət edir.

Bilməlidir: müəssisənin enerji xidmətinin təşkilini; elektrik təchizatı sxemini; elektrik avadanlıqlarının iş rejimlərini; elektrik qurğularının texniki istismar qaydalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə, ətraf mühitin mühafizəsi qayda və normalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya 6-cı dərəcəli texnik-energetik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı.

 

Ətraf mühitin mühafizəsi üzrə mühəndis

 

Əmək funksiyası. Təbii ehtiyatların mühafizəsi üzrə təşkilati-texniki tədbirlərin perspektiv və cari planlarının, kompleks proqramların ümumiləşdirilmiş layihələrinin işlənib hazırlanmasında iştirak edir. Müəssisədə tətbiq olunan texnika və texnologiyanın təbiətin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində elm və texnikanın müasir səviyyəsinə uyğunluğunu təyin edir. Ətraf mühitin naməlum çirklənmə mənbələrini aşkar edir və onların ləğv olunması üzrə tədbirlər hazırlayır. Bütün müəssisələrdə su qoruyucu obyektlərin tikintisinin gedişinə nəzarət edir. Ətraf mühitin mühafizəsi məsələləri üzrə layihə-konstruktor və elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə nəzarət edir. Qəza və açıq fontanlar zamanı sahələrə axmış neftin yığılması, onun yayılmasının məhdudlaşdırılması üzrə tövsiyələrin hazırlanması və verilməsində iştirak edir. Su və hava hövzələrinin çirklənməsinin qarşısının alınması, torpağın rekultivasiya edilməsi və əvvəlki istifadəçisinə vaxtında verilməsi üzrə tədbirlərin hazırlanmasında iştirak edir və onların yerinə yetirilməsinə nəzarət edir. İstehsal mədəniyyətinin yüksəldilməsi, ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə müəssisələrin və ölkənin başqa neft rayonlarının qabaqcıl təcrübəsini öyrənir, ümumiləşdirir və yayır. Atmosferə zəhərli maddələrin atılmasının qarşısının alınması, texniki neft itkilərinin azaldılması və kanalizasiya şəbəkələrinin təmizləyici qurğuların çöküntüləri ilə çirklənməsinin qarşısının alınması üzrə ən yaxşı təkliflər üçün baxış-müsabiqəsinin təşkilində iştirak edir. Ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə statistik hesabatı hazırlayır.



Bilməlidir: ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması üzrə qərar, sərəncam, əmr, metodiki, normativ və başqa rəhbər materialları; kompleks proqramların, perspektiv və cari planların işlənib hazırlanması qaydalarını; istehsalın texnologiyasının əsaslarını; texnoloji sənədləri; yeni texnoloji proseslər, texniki vasitələr və preparatların layihələrini; texnoloji proseslərin, texniki vasitələrin təkmilləşdirilməsi layihələrini; təbiətin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması qaydalarına riayət olunması üzrə müəssisə və təşkilatların fəaliyyətinə planlı və seçmə nəzarət metodlarını; ətraf mühitin, yeraltı sərvətlərin mühafizəsi üzrə tədbirlərdə material, maliyyə və insan ehtiyatlarından səmərəli istifadə olunmasına nəzarət metodlarını; ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası qayda və normalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya 6-cı dərəcəli texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı.

 

Gilli məhlullar üzrə mühəndis

 

Əmək funksiyası. Geoloji-texniki naryadın tələblərini nəzərə almaqla yuyucu mayenin resepturasını seçir. Yuyucu mayenin hazırlanması və işlənməsi texnologiyasının dəyişməsi ilə əlaqədar texniki sənədlərə dəyişikliklər edir. Yuyucu məhlulun parametrlərinin yoxlama ölçmələrini aparır və quyu qazılmasında geoloji-texniki şərtlərə müvafiq olaraq ölçmələrin aparılma müddətlərini təyin edir. Qazma prosesində yuyucu məhlulun vəziyyəti və keyfiyyətinə, yuyucu məhlulun düzgün və vaxtında emal olunmasına nəzarət edir. Hazırlama metodunun təkmilləşdirilməsi, məhlulun emalı və ağırlaşdırılması üzrə tədbirləri işləyir və tətbiq edir. Qazma intervalları üzrə ağırlaşdırıcı və kimyəvi reagentlərin sərfini təhlil edir. Qazmada nəzarət-ölçü cihazları və təmizləmə qurğularının vəziyyətinə nəzarət edir. Yuyucu məhlulları emal edərkən qazma briqadaları fəhlələrini təlimatlandırır. Gil təsərrüfatı xidmətində təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına, laborant-kollektorların işinə nəzarət edir. Müəyyən olunmuş uçot və hesabatları aparır.



Bilməlidir: gil təsərrüfatının aparılması ilə əlaqədar qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər rəhbər materialları; qazılan yataqların geoloji quruluşunu və qazmaişlərinin əsaslarını; ümumi, qeyri-üzvi və kolloid kimyanın əsaslarını; tətbiq olunan ağırlaşdırıcı və kimyəvi reagentlərin fiziki-kimyəvi xüsusiyyətlərini; yuyucu məhlulların bütün parametrlərinin ölçülməsi metodlarını və bu vaxt istifadə olunan ölçü cihazlarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə, ətraf mühitin mühafizəsi qayda və normalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya 6-cı dərəcəli texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı.

 

Geofizik

 

Əmək funksiyası. Səhra briqadalarının işinə rəhbərlik edir və partiyanın səhra işlərinin və interpretasiyalarmı həyata keçirməsi üçün zəruri olan geoloji-geofiziki, kartoqrafik və digər materiallarla, həmçinin aparat və avadanlıqlarla komplektləşməsini təmin edir. Partiyanın qarşısında qoyulmuş geoloji məsələlərin, plan və hasilat normalarının yerinə yetirilməsini, səhra işlərinin yüksək keyfiyyətini təmin edir. Aparat və avadanlıqların qorunması və düzgün istifadə olunmasını təmin edir. Əməyin qabaqcıl metodlarının tətbiqini, səmərələşdiricilik və ixtiraçılığın inkişafını təşkil edir. Aparatların vaxtında yoxlanması və təmirini, seysmik qeydlərin aparılmasını və onların əyani formada əks olunmasını həyata keçirir. İlkin texniki sənədləşməni və yerinə yetirilmiş işlərin uçotunu aparır. Səhra işləri başa çatdıqdan sonra aparat və avadanlıqların saxlanmağa təhvil verilməsi üçün hazırlanması işlərini təşkil edir. Səhra materiallarının qəbulu və qiymətləndirilməsini, seysmik materialların emalını və interpretasiyasını həyata keçirir. Materialların EHM-lə emal mərkəzinə ötürülmək üçün hazırlanmasına rəhbərlik edir. Materialların EHM-də emalı metodikasının seçilməsində iştirak edir, maşında emaldan sonra materialları qəbul edir. Səhra işləri və kameral tədqiqatlar zamanı işçilərin yüksək əmək məhsuldarlığını və səhra materiallarının vaxtında emalını təmin edir. Geoloji interpretasiyada və yekun texniki hesabatın tərtib olunmasında iştirak edir. İstehsalat üzrə metodiki əsasnamə, təlimat və tələblərə riayət olunmasını təmin edir. İstehsalat və əmək intizamına, təhlükəsizlik texnikasına, əməyin mühafizəsi və istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət edir. Kadrların ixtisasının artırılmasında və iş təcrübəsinin mübadiləsində iştirak edir.



Bilməlidir: təşkilatın istehsal-geofiziki fəaliyyətinə dair qərar, sərəncam, əmr və digər rəhbər materialları; tədqiq olunan rayonun geofiziki öyrənilmə dərəcəsi və geologiyası haqqında müasir təcrübəni; seysmokəşfiyyat və digər növ geofiziki işlərin həyata keçirilmə texnologiyasını və onların yerinə yetirilmə keyfiyyətinə qoyulan tələbləri; sənədlərin və digər geoloji-geofiziki materialların uçotu və saxlanması qaydalarını; geofiziki işlərin layihələşdirilməsi, planlaşdırılması və maliyyələşdirilməsi qaydalarını; tətbiq olunan geofiziki avadanlıq, cihaz və aparatların növlərini, onların texniki istismar qaydalarını; geofiziki materialın hesabat sənədlərinin tərtib edilmə qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası istehsalat sanitariyası qaydalarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali ixtisas təhsili və ya 6-cı dərəcəli texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali ixtisas təhsili və 7-ci dərəcəli geofizik vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali ixtisas təhsili və 8-ci dərəcəli geofizik vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali ixtisas təhsili və 9-cu dərəcəli geofizik vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali ixtisas təhsili və 10-cu dərəcəli geofizik vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali ixtisas təhsili və 11-ci dərəcəli geofizik vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali ixtisas təhsili və 12-ci dərəcəli geofizik vəzifəsində ən azı 2 il iş stajı.



Geoloq

Əmək funksiyası. Neft və qaz yataqlarının işlənməsi, neftverimi konturlarının və su-neft kontaktının qalxma vəziyyətinə nəzarət edir. Neft və qazçıxarma, quyu qazılması, geofiziki və hidrogeoloji tədqiqatlar üzrə daxil olan məlumatlar əsasında ilkin sənədləşməni aparır. Qazmanın, yoxlamanın gedişinə, yerinə yetirilən tədqiqat işlərinin keyfiyyət və həcminə, əsaslı təmirə, neft və qaz quyularında texnoloji iş rejiminə operativ geoloji nəzarəti həyata keçirir. Yeraltı sərvətlərin işlənməsi üzrə sənədləri, geoloji hesabatları, quyuların mədən və geofiziki tədqiqi, kimyəvi təhlil üçün nümunələrin götürülməsi üzrə planlar (qrafiklər) tərtib edir. Karotaj diaqramlarını işləyir. Quyu fondunun işinin aylıq təhlilini aparır. Quyuların istismarının texnoloji iş rejimlərinin işlənməsi və tətbiqində, geoloji-texniki tədbirlərin işlənməsində iştirak edir. Quyu qazılması üçün geoloji-texniki naryadın geoloji hissəsini hazırlayır. Öyrənilən işlər rayonunun geoloji quruluşunu xarakterizə edən qrafik materialları (sxem, kəsim, xəritə, diaqramlar) tərtib edir. Geoloji materialların təyin olunmuş qaydada uçotunu, saxlanılması və çoxaldılmasını təşkil edir. Quyuların ləğv edilməsi, konservasiyası və qaytarılması üzrə sənədləri tərtib edir. Kadrların ixtisasının artırılmasında və iş təcrübəsinin mübadiləsində iştirak edir. Təyin edilmiş statistik hesabatları aparır.

Bilməlidir: təşkilatın geoloji-istehsalat fəaliyyətinə dair qərar, əmr, sərəncam və digər rəhbər materialları; neft və qaz olan rayon və yatağın geologiyasını; neft və qaz yataqlarının işlənmə qaydalarını; hasil olunan xammal növünə sənaye tələblərini; quyuların mövcud mədən və geofiziki tədqiqat metodlarını; quyuların qazılması və istismarı üsullarını və tətbiq olunan avadanlıqların xarakteristikalarını; quyuların qazılması, cari və əsaslı təmiri texnologiyasının əsaslarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; geoloji sənədlərin tərtib olunma qaydalarını; qrafiki, geoloji sənədlərin quruluşunu, karotaj materiallarının işlənməsi prinsip və metodlarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası qaydalarını; geoloji materialların uçotunu və saxlanma qaydalarını; əmək qanunvericiliyinin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin