AZƏrbaycan respublikasi əMƏk və ƏhaliNİn sosial müdafiƏSİ naziRLİYİNİn kollegiyasi



Yüklə 1,21 Mb.
səhifə7/17
tarix17.04.2017
ölçüsü1,21 Mb.
#14285
1   2   3   4   5   6   7   8   9   10   ...   17

Bilməlidir: neft-mədən hidrotexniki qurğularının istismarı və təmiri, korroziyaya qarşı mübarizə məsələlərinə dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər rəhbər materialları; müəssisənin inkişaf perspektivlərini; neft-mədən hidrotexniki qurğularının təmiri, korroziyaya qarşı mübarizə üzrə istehsal planlaşdırılmasının təşkilini; bu işlərin aparılma texnologiyasını; neft-mədən hidrotexniki qurğuların növlərini, texniki xarakteristikaları, konstruktiv xüsusiyyətlərini və təyinatlarını, onların texniki istismarı və təmiri qaydalarını; korroziyaya qarşı mübarizə metodlarını; neft-mədən hidrotexniki qurğularının istismarı və təmiri, korroziya ilə mübarizə məsələləri üzrə yerli və xarici qabaqcıl təcrübəni; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını, təsərrüfat hesabı metodlarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını; ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və neft sənayesində ixtisası üzrə mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 7 il iş stajı.

14-cü dərəcə: II qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə;

15-ci dərəcə: I qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə.

 

Neft və qazçıxarma sexinin rəisi



(neftçıxarmada stasionar platforma rəisi)

 

Əmək funksiyası. Sexin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərliyi həyata keçirir. Bütün istehsal sahələrinin fasiləsiz işini təşkil edir və istehsal tapşırıqlarının yerinə yetirilməsinə operativ nəzarət edir. Texniki istismar qaydalarına və təyin edilmiş texnoloji rejimlərə ciddi riayət etməklə quyuların və başqa istehsalat obyektlərinin istismarını təmin edir. Quyu fondundan istifadənin yaxşılaşdırılması üzrə tədbirlər görür. Qazılması və mənimsənilməsi başa çatmış quyuların istismara verilməsi üzrə işlərin yerinə yetirilməsinə nəzarəti həyata keçirir. İstehsalat obyektlərinin zəruri material, avadanlıq, alətlər və nəqliyyatla vaxtında təmin olunmasına nəzarət edir. Neft və qazçıxarma texnologiyasının təkmilləşdirilməsi, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, əmək məhsuldarlığının yüksəldilməsi ehtiyatlarından istifadə edilməsi, çıxarılan neftin əmək tutumunun və maya dəyərinin azaldılması üzrə işləri təşkil edir. Neft və qazçıxarma sahə və briqadaların, quyuların yeraltı təmiri briqadalarının və digər bölmələrin işini əlaqələndirir. Materialların, elektrik enerjisinin, yanacağın sərfinə nəzarət edir. Avadanlıq və başqa əsas vasitələrin düzgün texniki istismarını təmin edir. Neft-mədən avadanlıqlarının təmir plan-qrafiklərinin tərtib olunmasında və onların yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsində iştirak edir. Təhlükəsiz və sağlam əmək şəraitini təmin edir. Kadrların seçilməsi, yerləşdirilməsi və onlardan səmərəli istifadə edilməsini həyata keçirir. İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, ətraf mühitin mühafizəsi qayda və normalarına, istehsal və əmək intizamına, daxili nizam-intizam qaydalarına riayət edilməsinə nəzarət edir. Fərqlənən işçilərin mükafatlandırılması, istehsalat və əmək intizamını pozan işçilərin intizam qaydasında cəzalandırılması haqqında təkliflər verir. Sex üzrə təyin edilmiş hesabatların vaxtında tərtib edilərək təqdim olunmasını təmin edir. Yüksək iş nəticələrinin əldə olunmasında işçilərin yaradıcı təşəbbüs və fəallıq göstərməsi üçün şərait yaradır. Yaradıcı təşəbbüs və yenilikçiliyi müdafiə edir və onların yayılmasını təmin edir. Kollektivdə tərbiyəvi iş aparır.



Bilməlidir: sexin istehsal-təsərrüfat fəaliyyətinə aid olan qərar, sərəncam, əmr və başqa rəhbər materialları; neft və qazçıxarma üzrə istehsal prosesinin texnologiyasını; neft-mədən avadanlıqlarını və onların texniki istismar qaydalarını; sexlərin və bölmələrin ixtisaslaşmasını və onlar arasındakı istehsal əlaqələrini; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; istehsalın planlaşdırılmasını; təsərrüfat hesabı metodlarını; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını; neft və qaz sənayesi sahəsində yerli və xarici elmi-texniki nailiyyətləri, qabaqcıl müəssisələrin təcrübələrini; istehsalın operativ uçotunun təşkilini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə qayda və normalarını; əmək qanunvericiliyinin əsaslarını; ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını; kollektivin sosiologiyası və psixologiyasının əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş stajı və ya orta ixtisas təhsili və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 5 il iş stajı.

14-cü dərəcə: I-II qrup müəssisədə əsas sexdə II qrup sexin rəisi vəzifəsini icra etdikdə;

15-ci dərəcə: I-II qrup müəssisədə əsas sexdə I qrup sexin rəisi vəzifəsini icra etdikdə.

Neftçıxarmada stasionar platforma rəisi üçün:

14-cü dərəcə: II qrup müəssisədə neftçıxarmada stasionar platforma rəisi vəzifəsini icra etdikdə;

15-ci dərəcə: I qrup müəssisədə neftçıxarmada stasionar platforma rəisi vəzifəsini icra etdikdə.

 

Neftin hazırlanması və nəqli sexinin rəisi

 

Əmək funksiyası. Sexin istehsal təsərrüfat fəaliyyətinə rəhbərliyi həyata keçirir. Neftin qəbulu, hazırlanması və təhvili üzrə istehsal tapşırıqlarının yerinə yetirilməsində istehsalat obyektlərinin fasiləsiz işini təşkil edir. Neftin hazırlanması, mədən sularından və səmt qazından istifadə texnologiyasına düzgün riayət edilməsinə nəzarəti həyata keçirir, kondisiya olunmuş neftin təhvil verilməsi üzrə planın dövlət standartlarına müvafiq yerinə yetirilməsini təmin edir. Neftin qəbulu, saxlanması, emalı və vurulması zamanı itkilərin azaldılması üçün tədbirlər həyata keçirir. Neftin hazırlanma texnologiyasının təkmilləşdirilməsi, istehsal proseslərinin avtomatlaşdırılması, məhsulun keyfiyyətinin yüksəldilməsi üzrə işlər aparır. Sexin lazım olan material, alət və avadanlıqlarla təmin olunmasına nəzarət edir. Zərərli, aşındırıcı, partlayıcı-tezalışan maddələrin təhlükəsizlik qaydalarının tələblərinə müvafiq olaraqzərərsizləşdirilməsi, saxlanması, nəql edilməsi və tətbiqini təşkil edir. Əməyin normalaşdırılmasının yaxşılaşdırılması, istehsalın təşkilinin daha mütərəqqi formalarının tətbiqi üzrə işləri təşkil edir. Usta və fəhlələrə təhlükəsiz iş metodlarının vaxtında və keyfiyyətlə öyrədilməsini təşkil edir və həyata keçirir. Avadanlıqların və başqa əsas vəsaitlərin düzgün texniki istismarın və onların təmir qrafiklərinin yerinə yetirilməsini təmin edir. Usta, briqada və əlaqəçilərin işlərini əlaqələndirir. Kadrların seçilməsi, yerləşdirilməsi və onlardan səmərəli istifadə olunmasını həyata keçirir. İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, ətraf mühitin mühafizəsi qayda və normalarına, istehsalat və əmək intizamına, daxili əmək intizamı qaydalarına riayət edilməsinə nəzarət edir. İşdə fərqlənən işçilərin mükafatlandırılması, istehsalat və əmək intizamını pozan işçilərin intizam qaydasında cəzalandırılması haqqında təkliflər verir. Sex üzrə təyin edilmiş hesabatların vaxtında tərtib edilərək təqdim olunmasını təmin edir. Yüksək iş nəticələrinin əldə olunmasında işçilərin yaradıcı təşəbbüs və fəallıq göstərməsinə şərait yaradır. Yaradıcı təşəbbüsü və yenilikçiliyi müdafiə edir və onların yayılmasını təmin edir. Kollektivdə tərbiyəvi iş aparır.



Bilməlidir: sexin istehsal-təsərrüfat fəaliyyətinə aid olan qərar, sərəncam, əmr və başqa rəhbər materialları; sex tərəfindən buraxılan məhsullara qoyulan texniki tələbləri; istehsalın texnologiyasını; sex avadanlığını və onun texniki istismar qaydalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; təsərrüfat hesabı metodlarını; əməyin ödənilməsi və maddi həvəsləndirmə haqqında qüvvədə olan əsasnamələri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını; əmək qanunvericiliyinin əsaslarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını; kollektivin sosiologiyası və psixologiyasının əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş stajı və ya orta ixtisas təhsili və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 5 il iş stajı.

14-cü dərəcə: I-II qrup müəssisədə əsas sexdə II qrup sexin rəisi vəzifəsini icra etdikdə;

15-ci dərəcə: I-II qrup müəssisədə əsas sexdə I qrup sexin rəisi vəzifəsini icra etdikdə.

 

Neft və qazın hazırlanması üzrə qurğunun rəisi

 

Əmək funksiyası. Neftin hazırlanması üzrə qurğunun istehsal-təsərrüfat fəaliyyətinə rəhbərliyi həyata keçirir. Neftin hazırlanması üzrə plan tapşırıqlarının yerinə yetirilməsini, işin təhlükəsiz təşkilini və texnoloji avadanlığın düzgün texniki istismarını təmin edir. İstehsal güclərindən səmərəli istifadəni, enerji ehtiyatlarının, xammal və materialların qənaətlə sərf olunmasını təşkil edir. Mürəkkəb və təhlükəli işlərə bilavasitə rəhbərlik edir. Texnoloji proseslərə riayət edilməsinə nəzarət edir, verilmiş rejimdən kənara çıxmanı aşkar edir və vaxtında onları aradan qaldırır. Hazırlanan neftin keyfiyyətli olmasını təmin edir. İşçilər tərəfindən təhlükəsizlik texnikası, yanğından mühafizə, ətraf mühitin mühafizəsi üzrə təlimat və qaydalara riayət edilməsini, təhlükəsiz və sağlam əmək şəraitini təmin edir. İşçilərin həyatı və sağlamlığı təhlükə qarşısında olduqda işin dayandırılması üçün tədbirlər görür. İşlərin təhlükəsiz aparılması üçün vaxtlı-vaxtında fəhlələrlə təlimlər keçir və xüsusilə təhlükəli işlər yerinə yetirilən zaman onlara xüsusi təlimlər keçir. Yeni fəhlələrin təcrübə keçməsinə daima nəzarət edir. İşlərin təhlükəsiz aparılması üzrə təlimatların işlənib hazırlanmasında və onlara yenidən baxılmasında iştirak edir. Qurğunun işçilərinin seçilməsini və səmərəli yerləşdirilməsini həyata keçirir. İşdə fərqlənən işçilərin mükafatlandırılması, istehsalat və əmək intizamını pozan işçilərin intizam məsuliyyətinə cəlb edilməsi barədə təkliflər verir. Yüksək iş nəticələrinin əldə olunmasında işçilərin yaradıcı təşəbbüs və fəallıq göstərməsi üçün şərait yaradır. Yaradıcı təşəbbüsü və yenilikçiliyi müdafiə edir və onların yayılmasını təmin edir. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: qurğunun istehsal-təsərrüfat fəaliyyətinə dair qərar, əmr, sərəncam və başqa rəhbər materialları; nəzarət-ölçü cihazlarını; qurğunun texnoloji sxemini; boru kəmərlərinin texnoloji sistemini; su, elektrik enerjisi, buxarla təchiz olunma sxemini; sənaye kanalizasiyasının sxemini; avadanlıqları və onların texniki istismar qaydalarını; neftin hazırlanma texnologiyasını; qurğunun texnoloji rejimini və texnoloji xəritəsini; qüvvədə olan əməyin ödənilməsi haqqında əsasnaməni və maddi həvəsləndirmə formalarını; təsərrüfat hesabı metodlarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını; əmək qanunvericiliyinin əsaslarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyi; kollektivin sosiologiyası və psixologiyasının əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 1 il iş stajı və ya orta ixtisas təhsili və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş stajı.

12-13-cü dərəcələr: I-II qrup müəssisədə neft və qazın hazırlanması üzrə qurğunun rəisi vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq.



 

Neft və qazçıxarma üzrə usta

 

Əmək funksiyası. Neft və qazçıxarma üzrə briqadanın istehsal fəaliyyətinə və vahid naryad üzrə işləyən əlaqəli briqadalara rəhbərliyi həyata keçirir. Əmək məhsuldarlığının yüksəldilməsi, neft və qazçıxarma üzrə plan tapşırıqlarının yerinə yetirilməsini təmin edir. Obyektlərin və quyuların texnoloji iş rejimlərinə riayət olunmasını təmin edir və onlara nəzarət edir, kənarlaşmaların səbəblərini operativ surətdə aşkar edir və onları aradan qaldırır. Quyulara və başqa istehsalat obyektlərinə və kommunikasiyalara xidməti təşkil edir. Quyu fondunun boşdayanmasının azaldılması üzrə tədbirlər görür. Quyuları təmirə verən zaman onlarda hazırlıq işləri görür və quyuların qəbul və təhvil aktlarını rəsmiləşdirir. Quyuların təmirdən qəbul edilməsinə nəzarəti həyata keçirir. Mürəkkəb və təhlükəli işlərin yerinə yetirilməsində iştirak edir. İstehsal planları və qrafiklərinə müvafiq olaraq istehsal tapşırıqlarını təyin edir və onları, həmçinin materialların, yanacağın, elektrik enerjisinin istifadəsi üzrə göstəriciləri və onlara qənaət edilməsinə görə mükafatların məbləğlərini manqalara və ayrı-ayrı fəhlələrə çatdırır. Neft və qazçıxarma briqadası və vahid naryad üzrə işləyən əlaqəli briqadaların üzvlərinin yerinə yetirdikləri işlərin keyfiyyətinə, elektrik enerjisi, yanacaq, material və alətlərdən qənaətlə istifadə edilməsinə nəzarəti təmin edir. Tələb olunan texnika, materiallar, alətlər üçün sifarişləri vaxtında tərtib edərək təqdim edir. Yeni texnoloji proseslərin yaradılmasında və fəaliyyətdə olanların təkmilləşdirilməsində iştirak edir. Brakın qarşısının alınması və işlərin keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlər həyata keçirir. Qabaqcıl əmək metod və üsullarının, iş yerlərinin attestasiyası və səmərələşdirilməsinin, əməyin elmi təşkilinin perspektiv üsullarının tətbiqini təşkil edir. Fəhlələrin avadanlıq və alətlərdən düzgün istifadə etməsini təmin edir. Briqadaların formalaşdırılmasını həyata keçirir. Briqada təsərrüfat hesabını tətbiq edir. Fəhlələrə istehsalat təlimi keçir. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası, yanğından mühafizə, ətraf mühitin mühafizəsi, avadanlıqların və alətlərin texniki istismar qaydalarının yerinə yetirilməsi üzrə tədbirlər keçirir, həmçinin onlara riayət edilməsinə nəzarət edir. Peşələrin əvəzedilməsinin inkişafına, xidmət zonasının genişləndirilməsinə və əməyin təşkilinin digər mütərəqqi formalarının tətbiq edilməsinə kömək edir. Say normativlərinə, qiymətlərə yenidən baxılması, həmçinin fəhlələrə dərəcə verilməsi haqqında təkliflər verir. İşlərin tarifləşdirilməsində iştirak edir. İstehsal fəaliyyətinin nəticələrini təhlil edir. Briqadaya təyin edilmiş əmək haqqı fondunun sərfinə nəzarət edir. İş vaxtı, əmək haqqı, boşdayanmaların uçotu üzrə ilkin sənədlərin düzgün və vaxtında rəsmiləşdirilməsini təmin edir. Qabaqcıl təcrübənin, təşəbbüskarlığın yayılmasına, yaradıcı təşəbbüslərin inkişafına, səmərələşdirici təkliflər və ixtiraların tətbiqinə kömək edir. Əmək haqqı və mükafatlandırma sistemlərinin düzgün və səmərəli tətbiq edilməsini təşkil edir. İstehsal ehtiyatlarının aşkar edilməsi üzrə işlərin həyata keçirilməsində, əlverişli əmək şəraitinin yaradılması, istehsalat fəaliyyətinin yüksəldilməsi, iş vaxtından səmərəli istifadə olunması tədbirlərinin işlənməsində iştirak edir. Fəhlələr tərəfindən istehsalat və əmək intizamına, daxili əmək intizamı qaydalarına riayət olunmasına nəzarət edir. Fəhlələrdə istehsal planlarının yerinə yetirilməsinə görə yüksək məsuliyyət hissinin aşılanmasına, kollektivdə qarşılıqlı yardım və tələbkarlıq şəraitinin yaradılmasına kömək edir. Briqadanın işində fərqlənən fəhlələrin mükafatlandırılması və ya istehsalat və əmək intizamını pozan işçilərin intizam məsuliyyətinə cəlb edilməsi haqqında təkliflər verir. Fəhlələrin ixtisaslarının və peşə ustalıqlarının artırılması, onların ikinci peşəyə və peşələrin qarşılıqlı əvəzedilməsinə öyrədilməsi, təcrübə mübadiləsinin inkişafı üzrə işləri təşkil edir. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: neft və qazçıxarma işlərinə dair qərar, sərəncam, əmr, təlimat və başqa rəhbər materialları; quyu, yerüstü avadanlıq, qurğu və kommunikasiyaların istismarı üzrə qaydaları; işlərin aparılma texnologiyasını; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını; iqtisadiyyatın, istehsalın və əməyin təşkilinin əsaslarını; təsərrüfat hesabı metodlarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; kollektivin sosiologiyası və psixologiyasının əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və istehsalatda ən azı 1 il iş stajı və ya orta ixtisas təhsili və istehsalatda ən azı 3 il iş stajı. İxtisas təhsili olmadıqda istehsalatda ən azı 5 il iş stajı.

11-12-ci dərəcələr: I-II qrup müəssisədə neft və qazçıxarma üzrə usta vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq.



 

Neftin hazırlanması və sabitləşdirilməsi üzrə usta

 

Əmək funksiyası. Neftin hazırlanması və sabitləşdirilməsi üzrə briqadaya rəhbərliyi həyata keçirir. Neftin hazırlanması üzrə plan tapşırıqlarının yerinə yetirilməsini təmin edir. İş planlarının həyata keçirilməsində iştirak edir. Tədarükçülərdən neftin qəbulunu, neftin hazırlanması üzrə qurğuda neftin hazırlanmasını və istehlakçılara təhvil verilməsini təşkil edir. Texnoloji avadanlıq və aparatların iş və istismar rejimlərinə riayət edilməsini təmin edir. Hazırlanan neftin standart və texniki şərtlərin tələblərinə uyğun olmasına nəzarət edir. Neftin keyfiyyət qrupları üzrə hazırlanmasının uçotunu aparır. Neftin hazırlanması zamanı neft itkisinin azaldılması üzrə tədbirlərin tətbiqini təmin edir. Avadanlıqların təmir qrafiklərinin tərtib edilməsində iştirak edir. Təmir işlərinin hazırlanması və aparılmasına rəhbərliyi həyata keçirir. Mürəkkəb və təhlükəli işlərə rəhbərlik edir. Tələb olunan texnika, material və alətlər üçün sifarişləri vaxtında tərtib edərək təqdim edir. Avadanlıq və aparatların işinin uçotunu aparır. Əmək məhsuldarlığının yüksəldilməsini, hazırlanan neftin yüksək keyfiyyətli olmasını, xammal, material, yanacaq və enerjidən səmərəli istifadəni, istehsalatın işini fəhlələrin səmərəli yerləşdirilməsini təmin edir. Texnoloji proseslərə riayət olunmasına nəzarət edir, nöqsanları operativ surətdə aşkar edir və onları aradan qaldırır. Yeni texnoloji proseslərin işlənib hazırlanmasında və fəaliyyətdə olanların təkmilləşdirilməsində iştirak edir. Görülən işlərin keyfiyyətini yoxlayır. Brakın qarşısının alınması və hazırlanan neftin keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlər həyata keçirir. Qurtarmış işlərin qəbulunda iştirak edir. Briqadada yeni texnika və texnologiyanın tətbiqində, yüksək əmək tutumlu və əl işlərinin mexanikləşdirilməsi və avtomatlaşdırılmasında iştirak edir. Əməyin qabaqcıl metod və üsullarının, iş yerlərinin attestasiyası və səmərələşdirilməsinin, əməyin elmi təşkilinin başqa perspektiv üsullarının tətbiqini təşkil edir. Fəhlələr tərəfindən avadanlıq və alətlərdən düzgün istifadə olunmasını həyata keçirir. Briqadada təsərrüfat hesabını tətbiq edir. Təsdiq olunmuş istehsal planları və qrafiklərinə əsasən istehsal tapşırıqlarını müəyyən edir və onları vaxtında ayrı-ayrı fəhlələrə çatdırır. Fəhlələri istehsalatda təlimatlandırır. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi, avadanlıqların və alətlərin texniki istismar qaydalarının yerinə yetirilməsi üzrə tədbirlər görür, onlara riayət edilməsinə nəzarət edir. Peşələrin əvəzedilməsinin inkişafına, xidmət zonasının genişləndirilməsinə və əməyin təşkilinin digər mütərəqqi formalarının tətbiq edilməsinə kömək edir. Say normativlərinə, qiymətlərə yenidən baxılması, həmçinin fəhlələrə dərəcə verilməsi haqqında təkliflər verir. İşlərin tarifləşdirilməsində iştirak edir. İstehsal fəaliyyətinin nəticələrini təhlil edir. Briqadaya ayrılmış əmək haqqı fondunun sərfinə nəzarət edir. İş vaxtı, əmək haqqı,  boşdayanmaların uçotu üzrə ilkin sənədlərin düzgün və vaxtında rəsmiləşdirilməsini təmin edir. Qabaqcıl təcrübənin, təşəbbüskarlığın yayılmasına, yaradıcı təşəbbüslərin inkişafına, səmərələşdirici təkliflər və ixtiraların tətbiqinə kömək edir. Əmək haqqı və mükafatlandırma sistemlərinin düzgün və səmərəli tətbiq edilməsini təmin edir. İstehsal ehtiyatlarının aşkar edilməsi üzrə işlərin həyata keçirilməsində, əlverişli əmək şəraitinin yaradılması, istehsalat mədəniyyətinin yüksəldilməsi, iş vaxtından səmərəli istifadə olunması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Fəhlələr tərəfindən istehsalat və əmək intizamına, daxili əmək intizamı qaydalarına riayət olunmasına nəzarət edir. Fəhlələrdə istehsal planlarının yerinə yetirilməsinə görə məsuliyyət hissinin artmasına, kollektivdə qarşılıqlı yardım və tələbkarlıq şəraitinin yaradılmasına kömək edir. Briqadanın işdə fərqlənən fəhlələrinin mükafatlandırılması və ya istehsalat və əmək intizamını pozanların intizam məsuliyyətinə cəlb edilməsi haqqında təkliflər verir. Fəhlələrin ixtisaslarının və peşə ustalıqlarının artırılması, onların ikinci peşəyə və peşələrin qarşılıqlı əvəzedilməsinə öyrədilməsi, təcrübə mübadiləsinin inkişafı üzrə işləri təşkil edir. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: neftin hazırlanması və vurulması üzrə qərar, əmr, sərəncam, təlimat və başqa rəhbər materialları; boru kəmərlərinin texnoloji sxemini; avadanlıqları və onların texniki istismar qaydalarını; neftin hazırlanmasının və vurulmasının texnoloji rejimini, neftin hazırlanması və təhvil verilməsi üzrə standartları və texniki şərtləri; təmir işlərinin təşkili qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını; təsərrüfat hesabı metodların; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını; əmək qanunvericiliyinin əsaslarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və istehsalatda ən azı 1 il iş stajı və ya orta ixtisas təhsili və istehsalatda ən azı 3 il iş stajı. İxtisas təhsili olmadıqda istehsalatda ən azı 5 il iş stajı.

11-12-ci dərəcələr: I-II qrup müəssisədə neftin hazırlanması və sabitləşdirilməsi üzrə usta vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq.

 

Rayon mühəndis-texnoloji xidmətinin (RMTX) rəisi

 

Əmək funksiyası. Quyuların tikintisində plan-qrafiklə verilmiş texnologiyaya və avadanlığın texniki istismar qaydalarına müvafiq olaraq bütün işlərə operativ rəhbərliyi həyata keçirir. Qazma işləri və quyu təhvili üzrə plan-qrafikin yerinə yetirilməsini təmin edir. Quyuların qazılması, mənimsənilməsi (sınanması) üzrə texnika və texnologiyanın tələblərinə, təhlükəsizlik texnikası qaydalarına, materialların sərfi normalarına, istehsal mədəniyyətinə briqada üzvlərinin riayət etməsini təmin edir. İstehsal obyektlərinin tələb olunan materiallara, avadanlıqlara, alətlərə və nəqliyyata olan tələbatını müəyyən edir və onlarla vaxtında təmin olunmasına nəzarət edir. Qazma işçilərinin növbə ərzində iş yerinə aparılması və geri gətirilməsini təşkil edir. Quyuların rejim-texnoloji xəritələr və geoloji-texniki naryadlar üzrə qazılması və mənimsənilməsi texnologiyasına riayət edilməsinə daimi mühəndis nəzarətini təmin edir. Qəza və çətinliklərin aradan qaldırılmasında iştirak edir. Qazma və mənimsəmə (sınaq) briqadalarına işin aparılma texnikası və texnologiyası məsələləri üzrə operativ göstərişlər verir. Quyuların qazılması və mənimsənilməsinin (sınanmasının) müxtəlif texnoloji əməliyyatları üzrə iş planlarının tərtib olunmasında iştirak edir. Buruqquraşdırma idarəsinə təhvil verilmək üçün qazma qurğularının hazırlanması üzrə işlər aparır. İstehsalat-xidmət bazasının qazmada apardığı profilaktiki işlərə nəzarəti həyata keçirir. Quyuların neftçıxarma idarəsinə təhvil verilməsinə görə məsuliyyət daşıyır. Payız-qış və daşqın dövrləri üçün hazırlıq tədbirlərinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir. İstehsalın, əməyin və idarəetmənin elmi təşkili üzrə planların işlənib hazırlanmasında və tətbiq olunmasında iştirak edir. Daha əlverişli iş şəraitinin yaradılması və istehsalat mədəniyyətinin yüksəldilməsi üzrə tədbirlər görür. Tabeliyində olan istehsalat obyektlərində operativ sənədləşmənin aparılmasını və onların fəaliyyətinin nəticələri haqqında gündəlik məlumatın vaxtında mərkəzi mühəndis-texnoloji xidmətinə təqdim edilməsini təşkil edir. Rayon mühəndis-texnoloji xidməti işçilərinin seçilməsi və səmərəli yerləşdirilməsini həyata keçirir. Xidmətin işçilərinə rəhbərlik edir.



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin