AZƏrbaycan respublikasi əMƏk və ƏhaliNİn sosial müdafiƏSİ naziRLİYİNİn kollegiyasi



Yüklə 1,21 Mb.
səhifə5/17
tarix17.04.2017
ölçüsü1,21 Mb.
#14285
1   2   3   4   5   6   7   8   9   ...   17

Bilməlidir: neft rayonunda yataqların işlənməsi və tədqiqat işlərinin aparılması məsələlərinə aid qərar, əmr, sərəncam və başqa rəhbər materialları; neft və qaz yataqlarının işlənmə texnologiyasını; tədqiqatlar aparılan zaman tətbiq olunan avadanlıqları, nəzarət-ölçü cihazlarını və onların istismar qaydalarını; yataqların geoloji xarakteristikalarını; neftin, qazın, layın və laya vurulan suların fiziki-kimyəvi xassələrinin təyin olunması metodlarını; elmi-tədqiqat işlərinin aparılmasının təşkili metodlarını; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri, maddi həvəsləndirmə formalarını; tədqiqat işlərinin aparılması üzrə qabaqcıl yerli və xarici təcrübəni; sex sənədlərinin uçotu və saxlanması qaydalarını; neft sənayesində iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; təsərrüfat hesabı metodlarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydaları; əmək qanunvericiliyinin əsaslarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını; kollektivin sosiologiyası və psixologiyasının əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş stajı.

13-cü dərəcə: I-II qrup müəssisədə köməkçi sexdə II qrup sex rəisi vəzifəsini icra etdikdə;

14-cü dərəcə: I-II qrup müəssisədə köməkçi sexdə I qrup sex rəisi vəzifəsini icra etdikdə.

 

İstehsalata xidmət bazasının rəisi



 

Əmək funksiyası. Bazanın istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik edir. Qazma (neft-mədən) avadanlığı və başqa istehsalat obyektlərinin təmiri üzrə planların işlənib hazırlanmasında iştirak edir. Onların yerinə yetirilməsinə nəzarəti həyata keçirir. Sexlərin maddi-texniki və nəqliyyat vasitələri ilə təmin olunmasına rəhbərliyi həyata keçirir. Böyük əmək tutumlu işlərin mexanikləşdirilməsi üçün bazaya verilmiş xüsusi texnika, aqreqat, alət və ləvazimatlardan səmərəli istifadə edilməsini və onların vaxtında yeniləri ilə əvəz edilməsini təşkil edir. Qazma, neft-mədən, energetika avadanlıqlarının, qazma və tutucu alətlərin təmirini, həmçinin təyin edilmiş nomenklatura üzrə yeni məmulatların hazırlanmasını təmin edir. Avadanlığın düzgün texniki istismarına nəzarəti həyata keçirir. Avadanlığın sıradan çıxması nəticəsində baş verən qəzaların qarşısının alınması üzrə zəruri tədbirlər görür. Bazanın əsas istehsalat obyektləri ilə dəqiq və əlaqəli işini təmin edir. İstismar avadanlıqlarının təmiri ilə əlaqədar boşdayanmaların azaldılmasını və qəza-təmir bölmələrinin fəaliyyətini təmin edir. Təmir üzrə texnika və texnologiyanın təkmilləşdirilməsi üçün tədbirlərin işlənib hazırlanmasına nəzarəti həyata keçirir. Yeni texnika, diaqnostika və böyük əmək tutumlu işlərin mexanikləşdirilməsi vasitələrinin tətbiqini təmin edir. Əməyin elmi təşkili və istehsalın təşkilinin təkmilləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanması və tətbiqinə nəzarəti həyata keçirir. İstismar avadanlıqlarının etibarlılığı, keyfiyyəti, konstruktiv qüsurları, təmirə yararlılığı üzrə göstəricilərin təhlilini təmin edir. İstehsalat xidmətinin təşkili sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və yayılmasını həyata keçirir. Bazanın işçiləri tərəfindən bazanın sexlərində və əsas istehsalat obyektlərində əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi norma və qaydalarına riayət edilməsinə nəzarəti həyata keçirir. Maddi-texniki ehtiyatların, yanacaq-sürtgü materiallarının, elektrik enerjisinin və s. qənaəti üzrə tədbirlərin işlənib hazırlanmasına və onların yerinə yetirilməsinə nəzarəti təmin edir. Təkrar ehtiyatların yığılması, saxlanılması və istifadə edilməsi üzrə tədbirlərin işlənib hazırlanması və yerinə yetirilməsini təşkil edir. Bazanın təsərrüfat fəaliyyətinin təhlilini həyata keçirir. Bazanın struktur bölmələrinin fəaliyyətlərini əlaqələndirir. Kadrların seçilməsi, yerləşdirilməsi və səmərəli istifadə edilməsini həyata keçirir. İşdə fərqlənən işçilərin mükafatlandırılması, istehsalat və əmək intizamını pozanların intizam qaydasında cəzalandırılması haqqında təkliflər verir. Yüksək iş nəticələrinə nail olunmasında işçilərin yaradıcı təşəbbüs və fəallıq göstərməsi üçün şərait yaradır. Bazanın işçiləri arasında tərbiyəvi iş aparır, onlara rəhbərlik edir.

Bilməlidir: bazanın istehsalat fəaliyyətinə dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və başqa rəhbər materialları; bazanın sexlərində istehsal olunan məhsullara texniki tələbatı; istehsal texnologiyasını; avadanlıqların texniki istismar qaydalarını; əməyin ödənilməsi üzrə qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; plan işinin təşkilini; təsərrüfat hesabı metodlarını; əmək qanunvericiliyinin əsaslarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını , kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş stajı və ya orta ixtisas təhsili və ixtisası üzrə mühəndis texniki vəzifələrdə ən azı 5 il iş stajı.

15-ci dərəcə: II qrup müəssisədə İXB rəisi vəzifəsini icra etdikdə;

16-cı dərəcə: I qrup müəssisədə İXB rəisi vəzifəsini icra etdikdə.

 

İstehsalın avtomatlaşdırılması sexinin rəisi



 

Əmək funksiyası. Sexin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik edir. Sexin illik, rüblük aylıq iş plan-qrafiklərinin işlənib hazırlanmasında iştirak edir və plan tapşırıqlarının təyin edilmiş müddətdə yerinə yetirilməsini təmin edir. Neft hasilatı obyektlərinin, avtomatika və ölçü vasitələrinin plan üzrə təmirini və texniki xidmətini təşkil edir. Sexə verilən avadanlıq və qurğuların düzgün istismarına nəzarət edir. Ölçü, avtomatika və telemexanika vasitələrinin işinin aylıq təhlilinin aparılmasını təşkil edir və onların iş qabiliyyətinin yaxşılaşdırılması üzrə tədbirlər görür. Nümunəvi və işçi nəzarət-ölçü cihazlarının dövlət kalibrlənməsi və düzgünləşdirilməsi işinin aparılmasını təşkil edir. İstismara verilən yeni və ya əsaslı təmir olunmuş ölçü, avtomatika və telemexanika vasitələrinin qəbulunda iştirak edir. Sexin avadanlıq, alət, materiallarla vaxtında təmin olunmasını və onlardan səmərəli istifadə olunmasını təşkil edir. İstehsalın təchiz edilməsi üçün zəruri olan avadanlıqların, nəzarət-ölçü cihazlarının və maddi-texniki vasitələrinin alınması üçün sifarişlərin tərtib olunmasını təmin edir. Sex briqadalarının əsas istehsalat sexlərinin kompleks briqadaları ilə, həmçinin müqavilə əsasında neftqazçıxarma idarəsinin obyektlərinə xidmət edən digər briqadalarla qarşılıqlı əlaqəni təşkil edir və onların işinə nəzarət edir. Sexin nəqliyyat vasitələrinə olan tələbatı müəyyən edir və onlardan səmərəli istifadə olunmasına nəzarəti təşkil edir. Yeni texnikanın, mütərəqqi texnologiyanın, əməyin elmi təşkilinin tətbiqi üzrə işlərin yerinə yetirilməsini təmin edir və onlara nəzarəti həyata keçirir. Sexdə qabaqcıl təcrübənin yayılması, səmərələşdirmə və ixtiraçılığın inkişaf etdirilməsi üzrə işlər görür. Avadanlıqlar, nəzarət-ölçü cihazları, avtomatika vasitələrinin pasportlaşdırılmasının, onların istismarda olmasının, yerdəyişməsinin və texniki vəziyyətinin uçotunun aparılmasına nəzarət edir. Təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması üzrə iş görür. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, ətraf mühitin mühafizəsi norma və qaydalarına riayət olunmasına nəzarət edir. Sexdə uçot-hesabat və texniki sənədləşmənin aparılmasını təmin edir. Sexin istehsal-təsərrüfat fəaliyyətinin nəticələrini təhlil edir. Ustaların və sex xidmətlərinin işini təşkil edir və onların işinə nəzarəti həyata keçirir. Sexin işçilərinin seçilməsi, yerləşdirilməsi və onların işinin səmərəli qurulmasını təşkil edir. Sexin işçilərinin ixtisasının artırılması üzrə tədbirlər işləyib hazırlayır və tətbiq edir. İşdə fərqlənən işçilərin mükafatlandırılması, istehsalat və əmək intizamını pozanların intizam qaydasında cəzalandırılması haqqında təkliflər verir. Yüksək iş nəticələrinin əldə olunmasında işçilərin yaradıcı təşəbbüs və fəallıq göstərməsi üçün şərait yaradır. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: sexin istehsal-texniki və təsərrüfat fəaliyyətinə aid olan qərar, əmr, sərəncam və başqa rəhbər materialları; ölçü vasitələrinə texniki və metroloji xidmətin, istehsal proseslərinin avtomatlaşdırılması və telemexanikləşdirilməsinin təşkilini; neftqazçıxarmanın əsas və köməkçi istehsalatında tətbiq olunan ölçü, avtomatika, telemexanika və rabitə vasitələrinin texniki xarakteristikalarmı; bu vasitələrin texniki istismar qaydalarını və təlimatlarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsal və idarəetmənin əsaslarını; təsərrüfat hesabı metodlarını; istehsalatın texniki-iqtisadi planlaşdırılmasının əsaslarını; istehsalın avtomatlaşdırılması və telemexanikləşdirilməsi üzrə qabaqcıl yerli və xarici təcrübəni, əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını; kollektivin sosiologiyası və psixologiyasının əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və ixtisası üzrə mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 3 il iş stajı.

13-cü dərəcə: I-II qrup müəssisədə köməkçi sexdə II qrup sex rəisi vəzifəsini icra etdikdə;

14-cü dərəcə: I-II qrup müəssisədə köməkçi sexdə I qrup sex rəisi vəzifəsini icra etdikdə.

 

Yuyucu məhlullar sexinin rəisi

 

Əmək funksiyası. Sexin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik edir. Ayrı-ayrı qazma intervalları üçün yuyucu məhlul reseptinin işlənib hazırlanmasına nəzarəti həyata keçirir. Qazma quyularının vaxtında kimyəvi reagentlərlə təmin olunmasının təşkilinə, yuyucu məhlulların keyfiyyətinə və səmərəli işlədilməsinə, onların uçotuna və düzgün saxlanmasına nəzarət edir. Kimyəvi reagentlərin alınması, aparaturaların hazırlanması və təmiri üçün sifarişlərin tərtib olunmasını təmin edir. Yuyucu məhlulların yeni emal üsullarının axtarılması və tətbiqi üzrə təcrübə və tədqiqat işlərinin aparılmasını həyata keçirir. Yuyucu məhlulların emal texnologiyası üzrə qazma briqadalarının fəhlələrinə təlim keçirilməsini təmin edir. Laboratoriya işçiləri üçün nomenklatura tapşırıqlarını tərtib edir və zəruri hallarda qazmada yuyucu məhlulların parametrlərinin dəyişdirilməsi üzrə tövsiyələrin verilməsinə nəzarət edir. Ustaların işini əlaqələndirir. Sex işçilərinin seçilməsi və səmərəli yerləşdirilməsini təmin edir. İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə qayda və normalarına, istehsalat və əmək intizamına, daxili nizam-intizam qaydalarına, ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir. İşdə fərqlənən işçilərin mükafatlandırılması, istehsalat və əmək intizamını pozanların intizam qaydasında cəzalandırılması haqqında təkliflər verir. Sex üzrə təyin edilmiş hesabatların vaxtında tərtib və təqdim olunmasını təmin edir. Yüksək iş nəticələrinin əldə olunmasında işçilərin yaradıcı təşəbbüs və fəallıq göstərməsi üçün şərait yaradır. Yaradıcı təşəbbüsü və yenilikçiliyi müdafiə edir və onların yayılmasını təmin edir. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: gil təsərrüfatının fəaliyyətinə aid olan qərar, əmr, sərəncam, təlimat və başqa rəhbər materialları; qazma işlərinin, geologiyanın, ümumi, qeyri-üzvi və kolloid kimyanın əsaslarını; işlədilən ağırlaşdırıcı və kimyəvi reagentlərin fiziki-kimyəvi xarakteristikalarını; yuyucu məhlulların bütün parametrlərinin ölçülmə metodlarını və bu zaman işlədilən ölçü cihazlarını, materialların sərf normalarını və saxlanması qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsal və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslanın; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyi; kollektivin sosiologiyası və psixologiyasının əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş stajı və ya orta ixtisas təhsili və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 5 il iş stajı.

13-cü dərəcə: I-II qrup müəssisədə köməkçi sexdə II qrup sex rəisi vəzifəsini icra etdikdə;

14-cü dərəcə: I-II qrup müəssisədə köməkçi sexdə I qrup sex rəisi vəzifəsini icra etdikdə.

 

Kompressor stansiyasının rəisi



 

Əmək funksiyası. Qazın qüvvədə olan keyfiyyət normalarına uyğun hazırlanması və vurulması üzrə planın yerinə yetirilməsini təmin edir. Kompressor stansiyasının texnoloji avadanlığının texnoloji rejim normaları, texnoloji reqlament və istismar üzrə istehsalat təlimatlarına müvafiq olaraq qəzasız, fasiləsiz işini təmin edir, pozulmaları aşkara çıxarır və onların aradan qaldırılması üzrə tədbirlər görür. Kompressor stansiyasının avadanlıqlarından, kimyəvi reagentlərdən, materiallardan, elektrik enerjisindən, eləcə də iş vaxtından keyfiyyətli və səmərəli istifadə edilməsini, qurğuların təhlükəsiz iş şəraitini təmin edir. Növbə heyəti tərəfindən texniki sənədləşmənin (gündəlik rejim vərəqələri, növbə jurnalı) düzgün aparılmasına gündəlik nəzarət edir. Kompressor stansiyasında avadanlıqların texniki yoxlanılmaya, təmir və alov işlərinin aparılmasına keyfiyyətli hazırlığını təmin edir. Təmir heyətinin işinə, əməyin mühafizəsi, təhlükəsizlik texnikası norma və qaydalarına riayət edilməsinə, yüksək təhlükə ilə bağlı işlərin aparılmasına nəzarət edir. Kompressor stansiyasının yenidən texniki təchizatı üzrə təkliflər hazırlayır. Yeni texnikanın, istehsal proseslərinin kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılmasının tətbiqini həyata keçirir. Kadrların seçilməsi, yerləşdirilməsi və onlardan səmərəli istifadə olunmasını həyata keçirir. Ustaların işini əlaqələndirir. Qabaqcıl əmək metod və üsullarının tətbiqini təşkil edir, peşələrin əvəzedilməsinin inkişafına, xidmət zonasının genişləndirilməsinə və əməyin təşkilinin başqa mütərəqqi formalarının tətbiqinə kömək edir. Qəzaların, bədbəxt hadisələrin təhqiq edilməsində iştirak edir. İstehsalat və əmək intizamına nəzarəti həyata keçirir. İşdə fərqlənən işçilərin mükafatlandırılması, istehsalat və əmək intizamını pozanların intizam məsuliyyətinə cəlb edilməsi barədə təkliflər verir. Təyin edilmiş hesabatları vaxtında tərtib edərək müvafiq ünvanlara təqdim edir. Yaradıcı təşəbbüsü və yenilikçiliyi müdafiə edir və onların yayılmasını təmin edir. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: kompressor stansiyasının fəaliyyətinə dair qərar, əmr, sərəncam, təlimat və başqa rəhbər materialları; kompressor stansiyasının texnoloji reqlamentini və sxemini; kompressor stansiyasının avadanlıqlarının konstruktiv xüsusiyyətlərini, texniki istismar qaydalarını və iş rejimlərini; əməyin mühafizəsi və təhlükəsizlik texnikası, yanğından mühafizə norma və qaydalarını; vəzifə və istehsalat təlimatlarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsal və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; kollektivin sosiologiyası və psixologiyasının əsaslarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və ixtisası üzrə mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 5 il iş stajı.

12-13-cü dərəcələr: I-II qrup müəssisədə kompressor stansiyasının rəisi vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq.



Geoloji şöbənin rəisi

 

Əmək funksiyası. Geoloji kəşfiyyat işləri üzrə cari və perspektiv planların, neft və qazın sənaye ehtiyatlarının artırılması, mədən-geofiziki və tədqiqat işləri üzrə plan layihələrinin işlənməsini təşkil edir. Geoloji-kəşfiyyat işləri planının yerinə yetirilməsini, strukturların qazma üçün hazırlığını təmin edir. Kəşfiyyat, istismar və vurucu quyuların qazılması və sınanmasına geoloji nəzarəti təşkil edir. Geoloji axtarış, kəşfiyyat, geofiziki işləri təhlil edir və onlara qiymət verir, bu işlərin gələcək istiqamətləri üzrə tövsiyələr işləyib hazırlayır. Neft yataqlarının axtarış və kəşfiyyatının yeni metodlarını öyrənir və istehsalata tətbiq edir. Geoloji-kəşfiyyat işlərinin həcminin vaxtında uçota alınmasına nəzarəti həyata keçirir. Metodiki-təcrübə, tematik və laboratoriya işlərinin yerinə yetirilməsini təmin edir və əlaqələndirir. Geoloji-kəşfiyyat işlərinin nəticələrini ümumiləşdirir və onların səmərəliliyinin yüksəldilməsi üzrə təkliflər işləyib hazırlayır. Ümumiləşdirilmiş geoloji sənədlərin, geoloji hesabatların, istismar və vurucu quyuların tikintisi üçün texnoloji layihə toplusunun, faydalı qazıntı ehtiyatlarının hesablanması üzrə sənədlərin tərtib olunmasını, həmçinin təyin olunmuş geoloji-istehsalat hesabatlarının tərtib və müvafiq ünvanlara vaxtında təqdim olunmasını təşkil edir və onlara nəzarət edir. Quyuların tikintisi üzrə fərdi və nümunəvi layihələrin müzakirəsində iştirak edir. Geoloji səbəblərə görə quyuların konservasiyası və ləğvi üçün materialların rəsmiləşdirilməsini təşkil edir. İstehsalın idarəetmə proseslərinin təkmilləşdirilməsi və istehsalın elmi təşkili üzrə tədbirlərin tətbiqini təmin edir. Təbii ehtiyatlardan səmərəli istifadə edilməsi və yeraltı sərvətlərin mühafizəsi üzrə tədbirlərin tərtib olunmasında iştirak edir. Geoloji bölmələrin fəaliyyətini əlaqələndirir. Şöbənin işçilərinə rəhbərlik edir.



Bilməlidir: geoloji-kəşfiyyat işlərinin təşkilinə dair əmr, qərar və sərəncamları, metodiki, normativ və başqa rəhbər materialları; tədqiqat aparılan rayonda geoloji-kəşfiyyat işlərinin və mineral-xammal bazasının vəziyyətini və inkişaf perspektivlərini; geoloji-kəşfiyyat rayonunda fəaliyyətdə olan və tikilən neft-qazçıxarma sənayesi müəssisələrinin neft və qaz ehtiyatlan ilə təmin olunma vəziyyətini; mineral xammala sənaye tələblərini; geoloji-kəşfiyyat və neft qazçıxarma işlərinin texnologiyası və onların aparılma keyfiyyətinə olan tələbləri; tətbiq olunan geoloji-kəşfiyyat və neft-mədən avadanlıqlarının növlərini və onların texniki istismar qaydalarını; geoloji hesabatların tərtib olunması və onların müvafiq instansiyalara təqdim olunma qaydalarını; mineral-xammal və geoloji-kəşfiyyat işlərinin iqtisadiyyatını, layihələşdirilmə və maliyyələşdirilmə qaydalarını; təsərrüfat hesabı metodlarını; faydalı qazıntı ehtiyatlarının hesablanması və yataqların qeydə alınması qaydalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; sənədlərin və başqa geoloji materialların qeydə alınması və saxlanması qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyi; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və neft sənayesində ixtisası üzrə mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 7 il iş stajı.

14-cü dərəcə: II qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə;

15-ci dərəcə: I qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə.

 

Lay təzyiqinin saxlanılması sexinin rəisi



 

Əmək funksiyası. İstehsalat obyektlərində fasiləsiz və qəzasız işin təmin olunması, su, buxar, hava, qaz və başqa reagentlərin məhsuldar laylara vurulması üzrə tapşırıqların yerinə yetirilməsində sexin fəaliyyətinə rəhbərlik edir. Vurucu quyular və başqa istehsalat obyektlərinin işini təyin olunmuş texnoloji rejim və texniki istismar qaydalarına müvafiq olaraq təmin edir. Obyektlərin avadanlıqlarının təmir qrafiklərinin yerinə yetirilməsini təmin edir. İstehsalat obyektlərinin vəziyyətinə müntəzəm nəzarəti təşkil edir və vurucu quyu fondundan istifadənin yaxşılaşdırılması üzrə tədbirlər görür. Vurucu quyuların və sexin başqa obyektlərinin abadlaşdırılması və istismara verilməsi üzrə işlərə nəzarəti həyata keçirir. Lay təzyiqinin saxlanılması, avadanlığın etibarlılığının yüksəldilməsi, vurucu quyuların mənimsənilməsi və qəbuletmə qabiliyyətinin yüksəldilməsi üzrə təşkilatı-texniki tədbirlərin işlənib hazırlanmasında iştirak edir. İstehsalın təşkilinin, onun texnologiyasının təkmilləşdirilməsi, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, əmək məhsuldarlığının yüksəldilməsi, məhsulun maya dəyəri və əmək tutumunun azaldılması üzrə işlər görür. Materialların, elektrik enerjisinin, yanacağın sərfinə nəzarəti həyata keçirir. Maddi-texniki təchizat məsələlərini həll edir. Sexin istehsal-təsərrüfat fəaliyyətini təhlil edir. Təhlükəsiz və sağlam əmək şəraitini təmin edir. Briqadaların işini əlaqələndirir. Kadrların seçilməsi, yerləşdirilməsi və onların işinin səmərəli qurulmasını təmin edir. İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə, ətraf mühitin mühafizəsi qayda və normalarına, istehsalat və əmək intizamına, daxili əmək intizamı qaydalarına riayət edilməsinə nəzarət edir. İşdə fərqlənən işçilərin mükafatlandırılması, istehsalat və əmək intizamını pozanların intizam məsuliyyətinə cəlb edilməsi barədə təkliflər verir. Sex üzrə təyin edilmiş hesabatların vaxtında tərtib edilərək müvafiq ünvanlara təqdim olunmasını təmin edir. Yüksək iş nəticələrinin əldə olunmasında işçilərin yaradıcı təşəbbüs və fəallıq göstərməsi üçün şərait yaradır. Yaradıcı təşəbbüs və yenilikçiliyi müdafiə edir və onların yayılmasını təmin edir. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: istehsalın planlaşdırılması və operativ idarə edilməsi üzrə qərar, əmr, sərəncam və başqa rəhbər materialları; sexin istehsal gücünü; istehsal proseslərinin texnika və texnologiyasını; əsas istehsala xidmət edən köməkçi sexlərin və bölmələrin ixtisaslaşdırılmasını və onlar arasındakı istehsal əlaqələrini; istehsalın operativ uçotunun təşkilini; təsərrüfat hesabı metodlarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; neft və qaz sənayesi sahəsində yerli və xarici elmi və texniki nailiyyətləri; əməyin ödənilməsi və maddi həvəsləndirməyə aid qüvvədə olan əsasnamələri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını; ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; kollektivin sosiologiyası və psixologiyasının əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş stajı və ya orta ixtisas təhsili və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 5 il iş stajı.

14-cü dərəcə I-II qrup müəssisədə əsas sexdə II qrup sex rəisi vəzifəsini icra etdikdə;

15-ci dərəcə I-II qrup müəssisədə əsas sexdə I qrup sex rəisi vəzifəsini icra etdikdə.

Mədən geofizika partiyasının rəisi

 

Əmək funksiyası. Quyularda partladıcı-deşici işlərin və tədqiqatların yerinə yetirilməsi üzrə partiyalara rəhbərliyi həyata keçirir. Zəruri sənədlərin (naryad-marşrut, naryad-putyovka, yol vərəqəsi, quyu haqqında geoloji-geofiziki məlumatlar və s.) alınması və rəsmiləşdirilməsini, quyu və yerüstü aparat və avadanlığın texniki vəziyyətinin yoxlanılmasını həyata keçirir. Partiyanı zəruri materiallarla təmin edir. Aparaturanın və avadanlığın düzgün istismarına nəzarət edir. Quyularda işin görülməsini təşkil edir. Sifariş edilmiş iş həcminin yerinə yetirilməsini təmin edir. Geofiziki tədqiqat materiallarının rəsmiləşdirilməsi və təhvil verilməsini təşkil edir. Yeni texnikanın və qabaqcıl texnologiyanın, böyük əmək tutumlu proseslərin mexanikləşdirilməsi və avtomatlaşdırılması üzrə tədbirlərin, əməyin qabaqcıl metod və üsullarının tətbiqini təmin edir. Köhnəlmiş norma və qiymətlərə yenidən baxılması üzrə təkliflər verir. Aparatura və avadanlığın istismarı, partiyanın iş vaxtının uçotu, əmək haqqı fondunun xərclənməsi üçün müəyyən olunmuş sənədləşmənin aparılmasını təşkil edir. Partiya üçün material və alətlər almaq üçün sifarişlərin tərtib olunmasını təşkil edir. Maddi dəyərlərin qeydiyyatının aparılmasını təmin edir, onların qorunması, vaxtında və düzgün hesabdan silinməsi üzrə tədbirlər görür. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, radiasiya təhlükəsizliyi norma və qaydalarına, partlayış işləri zamanı vahid təhlükəsizlik qaydalarına və s. riayət edilməsinə nəzarət edir. İstehsal fəaliyyətinin nəticələrini təhlil edir. İşçilərin yaradıcı təşəbbüslərinin, partiyanın perspektiv vəzifələrinin həll olunmasına, onun texniki-iqtisadi səviyyəsinin yüksəldilməsinə istiqamətlənməsini təmin edir. Partiyanın ixtisaslı kadrlarla təmin edilməsi üzrə tədbirlər görür. Kadrların tərbiyə edilməsi, əmək və istehsalat intizamının möhkəmləndirilməsi üzrə işlər aparır. Kollektivdə qarşılıqlı kömək və tələbkarlıq şəraitinin yaranmasına, geofiziki işlərin yerinə yetirilməsinə görə fəhlələrdə yüksək məsuliyyət hissinin inkişaf etdirilməsinə yardım edir.



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin