AZƏrbaycan respublikasi əMƏk və ƏhaliNİn sosial müdafiƏSİ naziRLİYİNİn kollegiyasi



Yüklə 1,21 Mb.
səhifə14/17
tarix17.04.2017
ölçüsü1,21 Mb.
#14285
1   ...   9   10   11   12   13   14   15   16   17

İşin xüsusiyyəti. Seysmik, elektrokəşfiyyat, karotaj, qaz karotajı və digər geofiziki stansiyaların, qravimetrik, qravitasiya variometri və qradiyentometr, maqnitometr, potensiometr, seysmik qəbul və ona aid avadanlıqlar və digər geofiziki cihazların, aparat və qurğuların sazlanması, nizamlanması, yoxlanılması, təmiri və etalonlaşdırılması. Geofiziki avadanlıqların, aparatların və cihazların quraşdırılması, sökülməsi, sazlanması, nizamlanması, yoxlanılması və etalonlaşdırılması.

Bilməlidir: elektrotexnikanın və radiotexnikanın əsaslarını; elektrik və radio sxemlərini; geofiziki stansiyanın, cihazların, aparatların və digər qurğuların növünü, quraşdırılmasını, sökülmə üsullarını, nizamlanmasını; geofiziki alətlərin, aparatların, qurğuların və onların komplektlərinin təmirini, etalonlaşdırılmasının, nizamlanmasının, sazlanmasının qaydasını və texnologiyasını; elektroquraşdırma və radioquraşdırma işlərinin texnologiyasını; ölçü cihazlarının təmiri və quraşdırılmasını, saxlanma və istifadə qaydasını; təmir işlərində işlədilən texniki vasitələr və materialları, radioaktiv mənbələrlə davranış qaydalarını.

İlk peşə-ixtisas təhsili tələb olunur.

 

  8. Geoloji nümunələri seçən



4-cü dərəcə

İşin xüsusiyyəti.  Faydalı elementlərin kəmiyyət və keyfiyyətinin müəyyən edilməsi üçün dağ mədənlərində açılmış şırımlardan, parçalanmış, deşilmiş yerlərdən nümunələrin seçilib götürülməsi və yerin təkində onların ehtiyatının hesablanması. Dağ  süxurlarının konturlanması, onların çəkic, perforator, əl, pnevmatik və elektrik nümunəseçən vasitəsilə dəqiq qoparılıb çıxarılması. Ehtiyac olduqda dəliklərin qazılması, şırımların mişarlanması, deşilmiş dəliklərin sahəsinin, nümunələrin həcminin və kütləsinin ölçülməsi. Nümunələrin qablaşdırılması, markalanması, rəflərdə yerinin dəyişdirilməsi və bərkidilməsi. Çapıcı çəkiclərin, perforatorların və nümunəseçənlərin işə hazırlanması və onların elektrik şəbəkəsinə (və ya hava naqillərinə) qoşulması. İstifadə olunan avadanlıqlara texniki xidmət və onların işində kiçik nasazlıqların aradan qaldırılması. Texniki sənədləşmənin aparılması.

Bilməlidir: mikrotektonikanın əsaslarını, süxurların xarici əlamətlərini, filizlərin strukturunu, dağ süxurlarının fiziki xassələrini və xətt üzrə parçalanmanı; yarma xəttindən istifadə metodlarını, konstruksiyaları, perforatorların, çapıcı çəkiclərin, elektrik burğularının, pnevmatik burğu və linglərin, nümunəseçənlərin istismar qaydalarını, dəliklərin hazırlanmış sxemini və onların dərinliyini, işlədilən alətlərin növlərini; geoloji nümunələrin seçim standartlarını, texniki şərtləri, süxurların əl və mexanikləşdirilmiş üsulla işlənilməsini, quraşdırılmış siqnalizasiyadan istifadə qaydalarını. Texniki vasitələrin quraşdırılmasını və nümunəseçmə texnologiyasını.

Ümumi orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 

5-ci dərəcə



Eyni işlər dəniz şəraitində yerinə yetirildikdə.

 

9. Geoloji nümunələrin yuyucusu

 

2-ci dərəcə



İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı geoloji nümunələr yuyucusunun rəhbərliyi altında şlix nümunələrinin yuyulması. Qumun qanovlara (lotoklara), təknələrə, yuyucu cihazlara və qurğulara yüklənməsində, onların süzgəcdən keçirilməsində, dənəvər materialların yuyulmasında, ağır fraksiyaların çökdürülməsində iştirak etmək. Şlixlərin boşaldılması, qurudulması və qablaşdırılması.

Bilməlidir: geoloji nümunələrin yuyulması və qatılaşdırılmasının əsas qaydalarını; şlixlərdə tez-tez rast gəlinən mineralların tərkibini; metaltərkibli və boş süxurların xarici əlamətlərini.

 

10. Geoloji nümunələrin yuyucusu

 

3-cü dərəcə



İşin xüsusiyyəti. Ölçüsü 1 mm və daha artıq olan dənələrdən faydalı şlix minerallarının 70% -dən az olmadan çıxışını təmin etməklə kütləvi şlix nümunələrinin qanovlarda, təknələrdə, yuma və hazırlama cihaz və qurğularında yuyulması və hazır vəziyyətə gətirilməsi. Qumun yüklənməsi, süzgəcdən keçirilməsi, dənəvər materialların yuyulub, gilli maddələrdən təmizlənməsi (çökdürülməsi), ağır fraksiyaların qatılaşdırılması, nümunənin “rəngsiz” şlix vəziyyətinə gətirilənə qədər  yuyulması, nümunədən yuyulan metalın nömrəsini göstərməklə qablaşdırılması və uçotunun aparılması.

Bilməlidir: şlix nümunələrinin yuyulma və hazırlanmasının təyinatını, qayda və üsullarını; qumun material tərkibindən asılı olaraq yuma və hazırlama cihaz və qurğularının texnoloji iş rejimini;  yuyulmuş nümunələrin markalanması, qablaşdırması və uçot qaydalarını.

 

  11. Geoloji nümunələrin yuyucusu



 

4-cü dərəcə



İşin xüsusiyyəti.  Ölçüsü 0,5 mm -dən 1mm-ə qədər olan dənələrdən faydalı şlix minerallarının 90% -dən az olmayan çıxışını təmin etməklə kütləvi şlix nümunələrinin qanovlarda, təknələrdə, yuma və hazırlama cihaz və qurğularında yuyulması və hazır vəziyyətə gətirilməsi.

Bilməlidir: dağ süxurlarındakı yumşaq çöküntülərin yuyulma səviyyəsini və onların suda çökdürülmə qaydalarını; şlixlərdəki faydalı və əlavə mineralların növlərini;  şlixlərinqumdan ayrılması zamanı suyun hərəkət sürətinin təsirini; şlix nümunələrinin işlənmə qaydalarını.

Ümumi orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 

12. Geoloji nümunələrin yuyucusu

5-ci dərəcə



İşin xüsusiyyəti.  Kontrol şlix nümunələrinin qanovlarda, təknələrdə, yuyub-qatılaşdırma qurğusunda yuyulması və hazır vəziyyətə gətirilməsi. Ölçüsü 0,5 mm -dən kiçik olan dənələrdən faydalı şlix minerallarının 95%-dən az olmayan çıxışını təmin etməklə kütləvi şlix nümunələrinin qanovlarda, təknələrdə, yuma və hazırlama cihaz və ya qurğularında yuyulması və hazır vəziyyətə gətirilməsi. Yuyulmuş kontrol nümunələrinin işlənməsi, markalanması və uçotu.

Bilməlidir: yuma və qatılaşdırma cihaz və ya qurğularının quruluşunu, tənzimlənmə qaydalarını; şlixlərdə faydalı və əlavə mineralların xüsusiyyət və makro əlamətlərini; kontrol nümunələrin işlənmə, markalama və uçot qaydalarını.

Ümumi orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 

13. Geoloji axtarış və planaalma işlərinin bələdçisi

 

4-cü dərəcə



İşin xüsusiyyəti. Geoloji partiya işçilərinin, səyyar  və məskunlaşmış dəstələrin dağlıq, qalın meşə, bataqlıqlaşmış və boş sahələrdə müşayiət edilməsi. Nəzərdə tutulmuş məntəqəyə getmək və düşərgənin salınması üçün daha rahat və təhlükəsiz yerin seçilməsi. Arabaların təmiri və yüklərin daşınmaya hazırlanması. Heyvanlara qulluq və onların yemlənməsi. Düşərgəni su ilə təchiz etmək üçün su mənbələrinin tapılması. Yüklərin qablaşdırılması, yüklənməsi, onların yük heyvanları və su nəqliyyatı ilə daşınması.

Bilməlidir: yerləşdiyi yerin adını, iş gedən sahənin relyefinin əsas elementlərini, quyu yataqlarını, yaşayış məntəqələrini, obaları, qışlaqları, köçəriləri, məskunlaşdığı yerdə keçilməsi mümkün olan aşırımları, cığırları, bərələri, nəzərdə tutulmuş məntəqəyə daha rahat və təhlükəsiz yolla getməyi, məskunlaşmaq üçün təhlükəsiz yer seçməyi; yüklərin qablaşdırılması, daşınması və yerləşdirilməsi qaydalarını; yük daşıyan heyvanlara qulluq edilməsi və onların yemlənməsi qaydalarını.

 

14. Geoloji işlər üzrə fəhlə

 

2-ci dərəcə



İşin xüsusiyyəti. Köhnə mədən yerlərinin (xəndəklərin, quyuların və şurfların) təmizlənməsi, yenilərinin qazılması, kiçik səthlərin işlənməsi. Marşrutda mütəxəssisin-geoloqun müşayiət olunması. Nümunələrin dublikatlarının seçilməsi və onların yoxlanmağa hazırlanması. Su mənbələrindən istifadə rejiminə riayət olunması və suyun səviyyəsinin ölçülməsi. Hidrometrik işlər zamanı suyun tədqiq olunduğu yerin təmizlənməsi. Yumşaq süxurların litogeokimyəvi nümunələrinin qurudulması, xırdalanması və ələnməsi. Nümunələrin seçilməsi üçün paketlərin hazırlanması, maye üçün qabların və torbaların yuyulması. Çöl ləvazimatlarının, cihazların, avadanlıqların, alətlərin qablaşdırılması, yüklənməsi və boşadılması. Yüklərin daşınması. Çöl ləvazimatlarına, cihazlara, avadanlıq və alətlərə qulluq göstərilməsi və onların işə hazır vəziyyətdə saxlanması. Düşərgənin salınması üçün yer seçimində iştirak edilməsi, çadırların qurulub-sökülməsi. Əmlakın qorunması, düşərgənin ərazisində təmizliyə və sanitar-gigiyena qaydalarına riayət edilməsi. Yaşayış və iş yerlərinin təmizlənməsi və onların dövri olaraq dezinfeksiyası. Torpaq işlərinin aparılması. Odun və su tədarükünün görülməsi, yeməyin hazırlanması. Çöl işlərinin təşkilində və aparılmasında iştirak edilməsi.

 Bilməlidir: çöl ləvazimatlarının, cihazların, avadanlıq və alətlərin istifadə olunması, qorunması və geoloji partiyanın köçürülməsi zamanı onların qablaşdırılma və daşınma qaydalarını; cihaz, avadanlıq, ləvazimat və materiallardan istifadə qaydalarını; ərzağın qəbul edilmə, saxlanma və sərf olunma uçotunun aparılması və yararlılıq müddətinə nəzarət olunmasını; aşpazlıq və kulinariya işlərinin əsaslarını.

 

15. Geoloji işlər üzrə fəhlə

 

3-cü dərəcə



İşin xüsusiyyəti.  Təbii yolla yerin səthinə çıxmış süxurlardan, fərdi ştuflardan nümunələrin, litogeokimyəvi, geobotaniki, su, qaz və şlix nümunələrinin seçilməsi, qablaşdırılması və etiketlənməsi, yumşaq süxurlardan monolitlərin seçilməsi. Şlix nümunələrinin yuyulması üçün seçilmiş yerin avadanlıqla təchiz olunması. Şlix nümunələrinin verilmiş xüsusi çəkiyə və ya göstərilən rəng alınana qədər qanov və təknələrdə yuyulması. Şlix nümunələrinin qurudulması. Qızıl, kasiterit, volframit və digər komponentlərdən müxtəlif mineral və metal dənələrinin sovrulması yolu ilə şlixlərin işlənməsi. Çöl cihazlarındakı göstəricilərin jurnala qeyd edilməsi. Yeraltı və yerüstü su mənbələrinin ölçülməsi. Hidrometriya işlərinin aparıldığı yerin təmizlənməsi. İş gedən dağ yollarında keçidlərin töküntülərdən təmizlənməsi. Zəif nümunələrin ələnməsi, biogeokimyəvi nümunələrin küllənməsi, quyudan çıxarılan kernlərinyoxlanması və hazırlanması, yerüstü dağ hasilatı nümunələrinin surətinin götürülməsi və yararlığının aşkar edilməsi, seçilmiş nümunələrin daşınması. Məsafənin ölçülməsi. Çalalarda reperlərin quraşdırılması və onların xarici görünüşünün tərtibatı. Göllərdə və su qəbuledicilərdə işlərin ölçülməsi. Mineral təbəqələrin və dəlillərin seçilməsi, qablaşdırılması, yarlıqların yapışdırılması və laboratoriyada tədqiq edilməsi üçün ayrılması. Xırda quyuların əl ilə və motoburla qazılması, torpaq işlərinin görülməsi. Yol nişanlamalarının təmizlənməsi. Çöl tədarükünün, avadanlıqların, alətlərin yüklənməsi, boşaldılması və daşınması.

Bilməlidir: geoloji planaalma və axtarış işlərinin aparılması haqqında əsas bilikləri; nümunələrin və süxur nümunələrinin seçilməsi, qablaşdırılması, yarlıq vurulması və daşınması qaydalarını; şlix nümunələrinin seçilməsi, yuyulması, sovrulması yollarını və qaydalarını; şlixlərin  daha çox olduğu yeri; şlixlərdə rast gəlinən mineral və metalları, çöl cihazlarına qulluq və onların istismar qaydalarını; dağ süxurlarının fiziki-mexaniki xassələri haqqında adi məlumatları və onların geoloji şəraitini; topoqrafiya – geodeziya işlərində zondla tədqiqat aparan vənümunəseçən alətlərin müəyyən edilməsini, onlardan istifadə qaydalarını, onların mühafizəsini və daşınmasını; geodeziya nişanlarının müəyyən edilməsini; çalaların qazılması, yol və nişanların təmizlənməsi qaydalarını; lesotaksasion işlər haqqında əsas anlayışları; motoburların quraşdırılması və qazma alətlərinin istifadə qaydalarını, quyuların əl ilə və motoburlaqazılması texnologiyasını.

Ümumi orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 

16. Geofiziki işlər üzrə fəhlə

 

2-ci dərəcə



İşin xüsusiyyəti. Elektrodların, seysmik qəbuledicilərin yerlərdə quraşdırılması və onların seysmik  və ya elektrik kəşfiyyat xətlərinə birləşdirilməsində iştirak edilməsi. İş prosesində seysmik qəbuledicilərin, elektrodların və qoşulma məftillərinin daşınması. Yardımçı xətlərin, elektrik kəşfiyyatı və seysmik məftillərin açılması. Birləşmələrdəki nasazlıqların aradan qaldırılması, izolyasiya və bandajların bərpa edilməsi. İş üçün radiometrik cihaz və avadanlıqların yoxlanması və hazırlanması, onların müşahidə məntəqəsində quraşdırılması. Radiometr və etanometr göstəricilərinin çöl jurnalına qeyd olunması. Seysmik hörüklərin qidalanma xətlərinin hazırlanmasında iştirak. Blok-balans, karotaj avadanlıqları və qravimetrlərin quraşdırılmasında iştirak etmək və bunun üçün iş sahəsinin hazırlanması. Əl ilə endirmə-qaldırma əməliyyatlarında iştirak. Radiometrik  tədqiqatlar aparılarkən kernin hazırlanması. Aparat və avadanlıqların quraşdırılması vaxtı yükləmə-boşaltma işlərinin yerinə yetirilməsi.

Quyularda geofiziki işlərin yerinə yetirilməsi, çəpərləmə və torpaqlama işlərinin qaydaya salınması. Quyularda karotaj işlərinin görülməsi, karotaj kabelinin üst zirehinin yoxlanması, karotaj kabelinin calaşdırılması işinin görülməsi, cihazların kabelə birləşdirilməsi, cihazların, kabelin birləşmə yerinin saxlanması, karotaj kabelinin və digər avadanlığın yüngül təmir işləri; karotaj avadanlığının yüklənməsi, boşaldılması, və daşınması işlərinin görülməsi, cihazların quyudakı əməliyyatlarına baxılması, karotaj zondlarının və yüklərinin daşınması.



Bilməlidir:  geofiziki cihazların, avadanlığın və iş sxemlərinin quraşdırılması və sökülməsini; endirmə-qaldırma əməliyyatlarını, karotaj-perforasiya mexanizminin, aparatların və birləşmələrin işlək vəziyyətdə olmasını; avadanlıqda, alətlərdə olan nöqsanların aradan qaldırılmasını, kabellərin zirehliliyini və örtüklərin izolə edilməsini; quyularda aparılan geofiziki işlərin ardıcıllığını, karotaj və perforasiya avadanlığının sxemlərini, quruluşunu, iş prinsipini və istismar qaydalarını; quyularda aparılan geofiziki işlər zamanı cərəyan mənbələrinin tiplərini, onlar ilə aparılan işi; partlayıcı maddələr ilə  bağlı bütün informasiyanı və onların istismar qaydalarını; yüngül karotaj avadanlığı ilə iş qaydasını, zondların hazırlanma yollarını və kabellərin calaşdırılmasını; qazma quyularının əsas anlayışını, onların quruluşunu, quyularda mövcud olan geofiziki avadanlıqların növlərini, perforasiya aparatlarının, avadanlığın və torpedaların quruluşunu, aparatların və avadanlığın daşınma qaydalarını, əsas istifadə olunan partlayıcı maddələrin tiplərini, cərəyan mənbələrinin növlərini və onlar ilə rəftarı, quyularda geofiziki ölçmələr zamanı istifadə olunan radioaktiv maddələrin iş prinsipi və onlar ilə rəftar etməyi; geofiziki araşdırmaların keçirilməsi zamanı quyularda karotaj, perforasiya və partlama işlərinin görülməsini; aparat, cihaz və avadanlıqların köçürülməsini, mühafizəsini, istismarını və yerləşdirilməsi qaydalarını;  quraşdırma alətləri ilə işləməyin əsas üsullarını; radiometrik işlərin təyin olunması ilə bağlı elementar məlumatları; radiometrik aparatların müşahidə məntəqəsinə köçürülməsi və quraşdırılması zamanı ondan istifadə qaydasını; radiometrik preparatlar və filizlərlə iş zamanı onlardan düzgün istifadəni və texniki təhlükəsizlik qaydalarını.

 

17. Geofiziki işlər üzrə fəhlə

 

3-cü dərəcə



İşin xüsusiyyəti. Seysmik stansiyalarda geofiziki işlərin yerinə yetirilməsində, seysmik hörüklərin qoşulmasında (ayrılmasında), çəpərləmə və torpaqlamanın qaydaya salınmasında iştirak edilməsi. Enerji təchizatı sisteminə (benzinlə işləyən aqreqatlara, enerji təchizatı qurğularına, akkumulyator batareyasına) texniki qulluq. Elektrik kəşfiyyatı və partlayış məntəqələri stansiyalarında geofiziki işlərin yerinə yetirilməsində iştirak edilməsi. Partlayıcı maddələrin yüklənməsi, boşaldılması və daşınması. Partlayıcı maddələr üzrə mütəxəssisin iştirakı ilə qeyri fəal partlayıcı maddələrin hazırlanması. Partladılmış quyuların şablonlaşdırılması vəziyyətinin yoxlanması. Partlayıcı maddə üzrə mütəxəssislə birlikdə şurflarda partlayıcı maddələrin yerləşdirilməsi və onların quyuya buraxılması, detonlaşmış şnur xəttinin qaydaya salınması. Qazma-partlatma işlərinin nəticələrinin aradan qaldırılmasında iştirak edilməsi. Elektrik kəşfiyyat stansiyalarındakı birləşmələrdə olan nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması. Elektrik dövrəsinin torpağa birləşdirilməsinin sahmana salınması və onun keyfiyyətinin yoxlanması. Elektrik təchizatı sisteminə (benzinlə işləyən aqreqatların və akkumulyator batareyalarının daşınması və s.) qulluq edilməsi. Cihaz və avadanlıqların müşahidə məntəqəsində quraşdırılması. Qravimetrlərin daşınması və onlara qulluq.

Quyularda geofiziki işlərin yerinə yetirilməsi, çəpərləmə və torpaqlama işlərinin qaydaya salınması. Quyuların karotaj işlərinin görülməsi, karotaj kabelinin üst zirehinin yoxlanması, karotaj kabelinin calaşdırılması işinin görülməsi, cihazların kabelə birləşdirilməsi, cihazların, kabelin birləşmə yerinin saxlanması, karotaj kabelinin və digər avadanlığın yüngül təmiri, karotaj avadanlığının yüklənməsi, boşaldılması və daşınması işlərinin görülməsi, cihazların quyudakı əməliyyatlarına baxılması, karotaj zondlarının və yüklərinin daşınması.



Bilməlidir: geofiziki cihazların, avadanlığın və iş sxemlərinin quraşdırılması və sökülməsini; endirmə-qaldırma əməliyyatlarını, karotaj-perforasiya mexanizminin, aparatların və birləşmələrin işlək vəziyyətdə olmasını; avadanlıqda, alətlərdə olan nöqsanların aradan qaldırılmasını, kabellərin zirehliliyini və örtüklərin izolə edilməsini; quyularda aparılan geofiziki araşdırmaların ardıcıllığını, karotaj və perforasiya avadanlığının sxemlərini, quruluşunu, iş prinsipini və istismar qaydalarını; quyularda aparılan geofiziki araşdırmalar zamanı cərəyan mənbələrinin tiplərini, onlar ilə aparılan işi; partlayıcı maddələr ilə bağlı bütün informasiyanı və onların istismar qaydalarını; yüngül karotaj avadanlığı ilə iş qaydasını; zondların hazırlanma yollarını və kabellərin calaşdırılmasını; qazma quyularının əsas anlayışını, onların quruluşunu, quyularda mövcud olan geofiziki avadanlıqların növlərini;  perforasiya aparatlarının, avadanlığın və torpedaların quruluşunu; aparatların və avadanlığın daşınma qaydalarını; əsas istifadə olunan partlayıcı maddələrin tiplərini; cərəyan mənbələrinin növlərini və onlar ilə rəftarı; quyularda geofiziki ölçmələr zamanı istifadə olunan radioaktiv maddələrin iş prinsipini və onlar ilə rəftar qaydalarını; geofiziki araşdırmaların keçirilməsi zamanı quyularda karotaj, perforasiya və partlama işlərinin görülməsini; seysmik və elektrik kəşfiyyat xətlərinin qaydaya salınmasını, onların stansiyalara qoşulma və birləşdirilməsi sistemini; nəzarət-ölçü cihazları vasitəsilə iş üsullarını; mühərrik, generator və nəzarət cihazlarının düzəldilməsi və onlarla davranış qaydalarını; benzinlə işləyən aqreqatların daşınması üsulunu; turşu və qələvi akkumulyatorlarının enerji ilə doldurulması, daşınması, onlara qulluq və mühafizə olunması tələblərini; geofizika işlərində avadanlıq və materialların işlədilməsi haqqında təlimatları və normativ sənədləri; partladıcı materialların əsas xassə və xüsusiyyətlərini, onların yerinin dəyişdirilməsi və mühafizəsi tələblərini; qeyri-aktiv partlayıcı maddələrin quraşdırılma üsullarını və onların daşınmasını; izolyasiya materialları və quraşdırılma alətləri ilə davranış qaydalarını, partlatma işlərinin tətbiqinin fərdi qaydalarını.

Ümumi orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 

18. Geofiziki işlər üzrə fəhlə

 

4-cü dərəcə



İşin xüsusiyyəti. Seysmik, elektrik kəşfiyyatı və yardımçı xətlərin hazırlanması. Seysmik hörüyün və elektrik kəşfiyyatı qurğularının (keçiricilik qabiliyyəti və s.) qoşulması, yerləşdirilməsi, keyfiyyətinin yoxlanılması, onların işində yaranan nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Avadanlığın və radiometrik cihazların yoxlanması və iş üçün hazırlanması. Cihazların müşahidə məntəqəsində quraşdırılması və qaydaya salınması. Cihazın stabil iş qabiliyyətinin yoxlanması. Cihaz göstəricilərinin çöl jurnalına qeyd olunması. Cihazın həssaslığının yoxlanması. Meydana çıxan anomaliyalar üçün fərqləndirici nişanların qurulması. Cihazların kiçik təmiri. Elektrik kəşfiyyatı xətti və seysmik  hörüyün bölmələrinin hazırlanmasında iştirak etmək; seysmik qəbuledici qrupların montajı. Müxtəlif növ torpağa bərkidilmə və çəpərləmənin təşkil edilməsi. Yerlərdə müşahidə məntəqələri üçün lazımi nöqtələrin axtarılması. Qravimetr və maqnitometrin xətt boyu daşınması və yerləşdirilməsi. Radiometrik cihazların köməyi ilə işçi müşahidələrinin yerinə yetirilməsi işinin yoxlanması. Çöl jurnalında qravimetr və radiometr göstəricilərinin qeydiyyatı. Tanıma işarələrinin qoyulması. Radiometrin etalonunun və həssaslığının yoxlanması. Geofiziki avadanlıqların vəziyyətinə nəzarət, profilaktik  qulluq və onların cari təmirində iştirak edilməsi. Dənizdə üzən vasitələrlə müvafiq  geofiziki tədqiqatların aparılması. 

Quyularda geofiziki işlərin yerinə yetirilməsi, çəpərləmə və torpaqlama işlərinin qaydaya salınması. Quyuların karotaj işlərinin görülməsi, karotaj kabelinin üst zirehinin yoxlanması, karotaj kabelinin calaşdırılması işinin görülməsi, cihazların kabelə birləşdirilməsi, cihazların, kabelin birləşmə yerinin saxlanması, karotaj kabelinin və digər avadanlığın yüngül təmiri, karotaj avadanlığının yüklənməsi, boşaldılması və daşınması işlərinin görülməsi, cihazların quyudakı əməliyyatlarına baxılması, karotaj zondlarının və yüklərinin daşınması.



Bilməlidir:  geofiziki cihazların, avadanlığın və iş sxemlərinin quraşdırılması və sökülməsini; endirmə-qaldırma əməliyyatlarını, karotaj-perforasiya mexanizminin, aparatların və birləşmələrin işlək vəziyyətdə olmasını; avadanlıqda, alətlərdə olan nöqsanların aradan qaldırılmasını, kabellərin zirehliliyini və örtüklərin izolə edilməsini; quyularda aparılan geofiziki araşdırmaların ardıcıllığını, karotaj və perforasiya avadanlığının sxemlərini, quruluşunu, iş prinsipini və istismar qaydalarını, quyularda aparılan geofiziki araşdırmalar zamanı cərəyan mənbələrinin tiplərini, onlar ilə aparılan işi, partlayıcı maddələr ilə bağlı bütün informasiyanı və onların istismar qaydalarını, yüngül karotaj avadanlığı ilə iş qaydasını, zondların hazırlanma yollarını və kabellərin calaşdırılmasını; qazma quyularının əsas anlayışını, onların quruluşunu, quyularda mövcud olan geofiziki avadanlıqların növlərini,  perforasiya aparatlarının, avadanlığın və torpedaların quruluşunu, aparatların və avadanlığın daşınma qaydalarını, əsas istifadə olunan partlayıcı maddələrin tiplərini, cərəyan mənbələrinin növlərini və onlar ilə rəftarı, quyularda geofiziki ölçmələr zamanı istifadə olunan radioaktiv maddələrin iş prinsipini və onlar ilə rəftar qaydalarını; geofiziki işlər zamanı quyularda karotaj, perforasiya və partlama işlərinin görülməsini; geofiziki işlərin uyğun növlərinin metodikasını və tapşırılmış iş haqqında əsas bilikləri; istehsalat prosesində çöl geofiziki işlərin yerinə yetirilməsinin texnologiyasını və təşkil edilməsini; yerlərdə, müşahidə nöqtələrində nişanlama sistemini və geofiziki cihazların quraşdırılmasını; geofiziki cihazların və avadanlıqların mühafizəsi və yerinin dəyişdirilməsi, onlara qulluq və onların istismarı qaydalarını; elektrik zəncirlərinin quraşdırılmasının əsas yollarını; nəzarət-ölçü cihazları və quraşdırma  alətləri ilə iş qaydalarını; uyğun metodla yerinə yetirilən işin (partlatma işləri, yüksək gərginlikli cərəyanla  iş, ionlaşmış şüalarla iş) təlimatını; çöl jurnalında qeydlərin aparılmasını;  cihazların sazlanmasını və onların etalonlaşdırılmasını; radiotexnika və elektrotexnika ilə bağlı elementar məlumatları.

Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 

19. Karotajçı

 

4-cü dərəcə



İşin xüsusiyyəti.  quyularda karotaj işlərinin yerinə yetirilməsi. Karotaj kabelinin üst zirehinin yoxlanması. Karotaj kabelinin calaşdırılması işinin görülməsi, cihazların kabelə birləşdirilməsi,  cihazların, kabelin birləşmə yerlərinin təmiz saxlanması, karotaj kabelinin və digər avadanlığın yüngül təmir edilməsi. Quyuda karotaj ləvazimatlarının təmirində, quraşdırılma və sökülmə işlərində iştirak edilməsi. Geofiziki cihaz və avadanlıqların düzgün yoxlanılması. Cərəyan keçən yerlərin müəyyən edilməsi və ölçülməsi. İzolyasiya məftilləri və karotaj kabellərində zədələnmələrin aradan qaldırılması. Cihaz və aparatların quyuların ağzında quraşdırılması və quyuya endirilməsində iştirak edilməsi. Geofiziki cihaz və avadanlıqlara texniki xidmətin göstərilməsində iştirak edilməsi. Quyulardan cihaz və avadanlıqların çıxardılması və digər yerə daşınması.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin