AZƏrbaycan respublikasi əMƏk və ƏhaliNİn sosial müdafiƏSİ naziRLİYİNİn kollegiyasi


Qaz təsərrüfatı sahəsinə aid olan



Yüklə 1,21 Mb.
səhifə16/17
tarix17.04.2017
ölçüsü1,21 Mb.
#14285
1   ...   9   10   11   12   13   14   15   16   17

Qaz təsərrüfatı sahəsinə aid olan

fəhlə peşələrinin adları və ödəniş

dərəcələrinin diapazonu

 

 



Sıra №-si

Peşələrin adları

Ödəniş

dərəcələri diapazonu

Səhifə

1

2

3

4

1

Buxarlandırıcı qurğunun aparatçısı

4

6

2

Elektrik qaz qaynaqçısı – kəsici

4-6

6

3

Qaz paylayıcı stansiyanın maşinisti

4-5

9

4

Qazholder stansiyasının operatoru

2-4

10

5

Qaz təsərrüfatında qəza-bərpa işlərinin çilingəri

4-6

11

6

Qaz avadanlığının istismarı və təmiri üzrə çilingər

3-5

14

7

Qaz təsərrüfatının nəzarətçisi

4

16

8

Soba təsərrüfatının nəzarətçisi

2-4

17

9

Yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə çilingər

2-6

18

 

 

 



TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ

 

1. Buxarlandırıcı qurğunun aparatçısı

 

4-cü dərəcə



            İşin xüsusiyyəti. Qaz tənzimləmə məntəqəsi və buxarlandırıcı qurğuları qazla təchiz etmək üçün ayrılmış avadanlığa xidmət. Qurğuların işə salınması və dayandırılması. Zəruri texnoloji rejimdə maye qazın buxarlanması üçün avadanlığın sazlanması. Qarışdırıcı qurğuya qaz və havanın, buxarlandırıcıya buxar və maye qazın tələb olunan miqdarda verilməsinin təmin edilməsi. Qaz sayğacı və axın-sorucu ventilyasiyanın qoşulması və çıxarılması. Odorlaşdırıcı və quruducu qurğuların işə salınması və qoşulması. Qaz, buxar və hava keçirici armaturların, buxarlandırıcı qurğuların hissələrinin təmirində iştirak. Təzyiq altında işlək boruların təkrar yoxlanışa hazırlanması. Nəzarət uçot işlərinin aparılması.

            Bilməlidir: işin prinsip və mexanizmini, çən qurğularının, qaz tənzimləmə məntəqəsinin avadanlığının və buxarlandırıcıların təyin edilməsini; qaz-hava inyeksiya qarışdırıcı aqreqatların təyinatını və mexanizmini; nəzarət-ölçü cihazlarının və armaturların iş prinsipi və mexanizmini; qazşəkilli vəziyyətdə maye qazın şəkildəyişmə prosesinin texnologiyasını; qazın hava ilə qarışdırılmasının norma və üsullarını; quruducu və odorlaşdırıcı qurğuların mexanizmini; laboratoriyada analiz etmək üçün qaz-hava qarışığı nümunələrini seçən cihazları; təzyiq altında işləyən buxar, hava və qaz borularının təkrar yoxlanılması müddətini; qazdan təhlükəli yerlərdə istehsalat təmirinin aparılması qaydalarını; nəzarət-uçot işlərinin aparılması qaydalarını.

 Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 

2. Elektrik qaz qaynaqçısı-kəsici

 

4-cü dərəcə



            İşin xüsusiyyəti. Fəaliyyətdə olan aşağı və orta təzyiqli qaz kəmərlərində, təzyiq aşağı salındıqda, oyuqların kəsilməsi və açılması. Daha yüksək ixtisaslı elektrik qaz qaynaqçısı-kəsicinin rəhbərliyi altında fəaliyyətdə olan qaz kəmərlərində kəsmə işlərinin yerinə yetirilməsi. Rezin qovuqların, tıxacların və buğumların quraşdırılması. Təzyiq altında olan boruların kəsilməsi, qaynaq üçün detalların və çatqıların hazırlanması, qaz kəmərlərində kəsilmiş pəncərələrin qaynaq edilməsi. Qazdan təhlükəli işlərin yerinə yetirilməsi üçün alət və materialların hazırlanması. Fəaliyyətdə olan qaz kəmərlərində təzyiqin ölçülməsi. Qaz kəmərlərində artıq təzyiq olduqda kipləşdirici qurğuların və qapayıcıların vəziyyətinin yoxlanılması. Bütün hallarda qaz kəmərlərində elektrik və qaz qaynağı. Kondensat yığıcılarının, hidravlik örtgəclərin hazırlanması, qaynağı və sınaqdan çıxarılması. Müvafiq elektrodların və aşqar məftillərin seçilməsi. Aşağı, orta və yüksək təzyiqli qaz kəmərlərində gücləndirici muftaların quraşdırılması və qaz sızmalarının aradan qaldırılması. Qaz kəmərlərinin üfürülüb təmizlənməsində iştirakı. Odluqların və kəsicilərin cari təmiri. Sadə cizgilərin oxunması. Kəsmə zamanı nişan qoyma və uyğunlaşdırma.

Bilməlidir: qaynaq edilən detalların forma və qalınlığından asılı olaraq metalın qaynaq rejimlərinin müəyyən olunması üsullarını; qaz qaynağı və kəsmənin əsas rejim və növlərini; qaz elektrik qaynağı və qaz elektrik kəsici aparatların quraşdırılması və xidmətini, onların istismar və təmir qaydalarını; oksigen və asetilen balonlarının, qaz generatorlarının nəqli və xidməti qaydalarını; mayeləşdirilmiş qazla metalların kəsilməsi qaydalarını; boru və fasonlu hissələrin çeşidlərini; qaz kəmərlərinin sınaqdan çıxarılma qaydalarını; fəaliyyətdə olan qaz kəmərlərində işlərin yerinə yetirilmə qaydalarını.

İlk peşə-ixtisas təhsili tələb olunur.

 

3. Elektrik qaz qaynaqçısı-kəsici

 

5-ci dərəcə



            İşin xüsusiyyəti. Fəaliyyətdə olan aşağı və orta təzyiqli qaz kəmərlərində kəsiklərin yerinə yetirilməsi. Fəaliyyətdə olan qaz kəmərlərində bütün hallarda elektrik və qaz qaynaqlarının yerinə yetirilməsi. Bina daxili qaz kəmərlərində kəsik aparılması. Kondensat yığıcılarının, hidravlik örtgəclərin, qaz kəmərlərində olan içəri əyilmiş və qabarmış qapayıcılarınkəsilməsi. Çarxların qaynaq edilməsi. Yüksək təzyiqli kompensator və siyirtmələrin kəsilməsi. Orta mürəkkəb cizgilərin oxunması.

Bilməlidir: orta təzyiqdə işləyən boru və kəmərlərin qaynaq xüsusiyyətlərini; qaynaq edilən detalın forma və qalınlığından asılı olaraq metalların qaynaq rejimlərinin müəyyən edilməsi üsullarını; qaynaq edilən metalların texnologiyasını; müxtəlif növ elektrik və qaz qaynağı aparatlarının istismarı və təmiri qaydalarını, quraşdırılmasını; polad və çuqun üçün qaynaq işlərinin növ və rejimlərini; təzyiq altında işləyən mühüm əhəmiyyət kəsb edən tikişlərə nəzarət və onların sınaqdan çıxarılması üsullarını; kəsmə və dəyişdirmə variantlarını; qaz kəmərlərinin sınaqdan çıxarılma qaydalarını; fəaliyyətdə olan qaz kəmərlərində işlərin icrasını.

İlk peşə-ixtisas təhsili tələb olunur.

 

4. Elektrik qaz qaynaqçısı-kəsici

 

6-cı dərəcə



            İşin xüsusiyyəti. Fəaliyyətdə olan yüksək təzyiqli qaz kəmərlərində kəsmə işlərinin yerinə yetirilməsi. Fəaliyyətdə olan qaz nizamlayıcı, qaz doldurucu və qaz paylayıcı stansiya binalarının daxilində və təzyiq altında işləyən kompressor hissələrində qaz kəmərlərinin qaynağının yerinə yetirilməsi. Mayeləşdirilmiş və sıxılmış qaz balonlarının, təzyiq altında işləyən mayeləşdirilmiş qaz çənlərinin, qazholderlərin və digər tutumların qaynağı. Müxtəlif qalınlıqlı polad məmulatlarının, fərdi hissələrində kip möhkəm qaynaq tikişlərinin vurulması, dərin qaynaq üsulu ilə qaynaq işlərinin yerinə yetirilməsi. Yüksək təzyiq altında işlər üçün nəzərdə tutulan müxtəlif formalı məmulatların xüsusi məsuliyyətlə elektrik qaynağı. Bina daxilində qaz kəmərləri qovşaqları dəyişdirilərkən qazdan təhlükəli işlər. Əlvan metalların qaynağı. Su altında və qazdan müdafiə zonalarında flüs qatı altında avtomatlarla qaynaq edilməsi. Odluq, kəsici və digər qaz qaynağı avadanlığını açmadan reduktorların təmiri. Əridilib calanmış metallarda və qaynaq birləşmələrində baxış zamanı aşkar edilmiş qüsurların müəyyən edilməsi və düzəldilməsi. Mürəkkəb cizgilərin oxunması. Elektrik qaz qaynaqçısı – kəsicinin işinə rəhbərlik.

Bilməlidir: yüksək təzyiq altında işləyən boru və kəmərlərin qaynaq xüsusiyyətlərini; nazik divarlı detalların qaynaq texnologiyasını; qaz nizamlayıcı, qaz doldurucu stansiyalarda və kompressor hissələrində mayeləşdirilmiş qaz rezervuarları və qazholderlərin təmiri zamanı istismar olunan yüksək təzyiqli qaz kəmərlərində işlərin icrası qaydalarını; qaynaq birləşmələrinin qüsurlarının təsnifatı, onların müəyyən olunması və aradan qaldırılması üsullarını; polad, çuqun və əlvan metallar üçün qaz qaynağı işlərinin növləri və rejimlərini; aşqar materialların dövlət standartlarını; elektrotexnika, metalşünaslıq və metalların texnologiyasının əsaslarını.

İlk peşə-ixtisas təhsili tələb olunur.

 

5. Qaz paylayıcı stansiyanın maşinisti

 

4-cü dərəcə



            İşin xüsusiyyəti. Axın sorucu ventilyasiyaya, durulaşdırılmış və sıxılmış qaz vuran nasos və kompressorlara xidmət, xidmət avadanlığının işə salınması və onun işinə nəzarət. Material xərclərinin və aqreqatların işinin uçotunun aparılması, nasos-kompressor kommunikasiya sisteminin və aqreqatların cari təmiri.

            Bilməlidir: xidmət edilən avadanlığın istifadə qaydalarını və quruluşunu; durulaşdırılmış və sıxılmış qaz kəmərləri ilə qaz ötürücü kommunikasiyalara, qaz paylayıcı və qaz doldurucu stansiyalara nəql edilməsi texnologiyasını; qaz kəmərləri sistemində və kompressorlarda quraşdırılmış nəzarət-ölçü cihazlarını; kompressor, bağlayıcı armatur və aparatların təmir növlərini; hava dəyişmə nasoslarını və axın sorucu ventilyasiyanın işə salınması və söndürülməsini; işə salan, işıqlandırıcı armatur, elektrik şəbəkəsi, söndürən qurğular və boru kəmərlərinə olan texniki tələbatı; yanğın əleyhinə olan inventarların istifadə qaydalarını. 

Ümumi orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 

6. Qazpaylayıcı stansiyanın maşinisti

 

5-ci dərəcə



            İşin xüsusiyyəti. Durulaşdırılmış qazın vurulmasının texnoloji prosesinin aparılması. Nəzarət-ölçü cihazlarının və mühafizə qurğularının yoxlanılması. Qazpaylayıcı stansiya avadanlığının sazlanması və onlara qulluq. İşləyən aqreqatlarda və onların hissələrində olan nöqsanların tapılıb aradan qaldırılması. Kompressorların, nasosların, nasos-kompressor bölməsinin armaturlarının və digər avadanlığın əsaslı təmir edilməsi. Qazpaylayıcı stansiya avadanlığının ehtiyat rejimə keçirilməsi və ya təmirə çıxarılması. Növbədə olan maşinistlərin işinə rəhbərlik edilməsi.

            Bilməlidir: xidmət edilən avadanlığın sazlanma qaydalarını və konstruktiv xüsusiyyətlərini; kompressorlarda, nasoslarda, karusel qurğularında, axın sorucu aqreqatlarda və kompressor-nasos bölməsində quraşdırılan digər avadanlıqda olan bütün nasazlıqların yoxlanılması və aradan qaldırılması üsullarını; xidmət edilən avadanlığın qabaqcadan nəzərdə tutulmuş planlı təmir və təftiş qaydalarını; mühafizə qurğularının və nəzarət-ölçü cihazlarının quruluşunu.

Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 

7. Qazholder stansiyasının operatoru 

 

2-ci dərəcə



            İşin xüsusiyyəti. Qazholderin qazla doldurulması və nizamlayıcı cihazlara xidmət, qazholder stansiyasında həcmi 250 min m3-ə qədər olan qazın yüksək ixtisaslı operatorun nəzarəti altında ölçülməsi və qeydiyyatı. Xidmət edilən avadanlığın sürtülmüş hissələrinin yağlanması.

            Bilməlidir: stansiya avadanlığının işinin texnoloji sxemini; yeraltı qaz kommunikasiya sxemini; nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi qaydalarını; yağlama üsullarını və növlərini.

 

8. Qazholder stansiyasının operatoru 

 

3-cü dərəcə



            İşin xüsusiyyəti. Qazholderin qazla doldurulması və nizamlayıcı cihazların işinə nəzarət, qazholder stansiyasında həcmi 250 min m3-ə qədər olan qazın ölçülməsi və qeydiyyatı. Nizamlayıcı cihazlara xidmət, qazholder stansiyasında həcmi 250 min m3-ə qədər olan qazın yüksək ixtisaslı operatorun nəzarəti altında ölçülməsi və uçotu. Qazholderin, nasosların, qaz kommunikasiyalarının, blokirofka sisteminin və siqnalizasiyanın, qaldırıcı mexanizmlərin işinə, quyu və məşəllərin vəziyyətinə nəzarət. Qazholder stansiyasına qaz verilməsi rejiminə riayət olunmasını təmin etmək. Qazholderdə qazın həcmi və təzyiqinin, temperaturunun, yağ örtgəcində yağın səviyyəsinin, şaybaların, örtgəcdə suyun səviyyəsi və temperaturunun, çənlərin nəzarət-ölçü cihazlarının göstəricilərinə uyğun tənzimlənməsi və onlara nəzarət. Qaz itkisinin aradan qaldırılması və yoxlanması. Qazın qəbulu və sərfi təzyiqinin operativ uçotunun aparılması. Cihazların göstəricilərinin jurnalda operativ qeyd olunmaqla işlənilməsi və məlumatların mərkəzi dispetçerə ötürülməsi.

            Bilməlidir: qazholderin iş rejimini və quruluşunu; stansiya avadanlığının işə salınmasının mümkün olan bütün variantlarını; qazın verilmə rejimini; nəzarət-ölçü cihazlarının tətbiqi mexanizmini; qeydə alan cihazların diaqramının işlənməsi qaydalarını; stansiyanın işlərinin operativ uçotunun aparılması qaydalarını; qazholderin doldurulması və boşaldılmasına icazə verilən həddi; qazholderdə saxlanılan qazın xassələrini.

Ümumi orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 

9. Qazholder stansiyasının operatoru 

 

4-cü dərəcə



            İşin xüsusiyyəti. Qazholderin qazla doldurulması və nizamlayıcı cihazların işinə nəzarət, qazholder stansiyasında həcmi 250 min m3-dən çox  olan qazın ölçülməsi və uçotu. Planimetrlə qeydə alan cihazların göctəricilərinin işlənməsi və lazımi düzəlişlərin aparılması. Qazholder stansiyasında qalıq qazın və faktiki qaz sərfinin təyin edilməsi. İstehsalat yerlərinin və stansiyaların qurulmasında, quyuların qazlılığının yoxlanılması və qazholder stansiyasının mühafizə qurğularının mütəmadi yoxlanılmasında iştirak etmək. Qazholder  stansiyasında daxili yoxlamanın keçirilməsində, çənlərin mütəmadi yoxlanılmasında iştirak etmək. Stansiyanın iş qrafikini və haqq-hesab sənədlərini tərtib etmək. Piroliz qazların ayrılması istehsalında qazholderlərə xidmət.

            Bilməlidir: yeraltı qaz kommunikasiya sxemlərini və onların üstündəki tikililəri; qazholder stansiyası avadanlığının quraşdırılması və yerləşdirilməsini; stansiyanın avadanlıq və cihazlarının qarşılıqlı təsirini; qazholder stansiyasının verilmiş rejimin pozulmasına bais olan səbəbləri, müxtəlif növlü qazanalizator qurğularını; analizin nəticələrinə görə lazımi hesablaşmaların aparılmasını.

Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 

10. Qaz təsərrüfatında qəza-bərpa işlərinin çilingəri

 

4-cü dərəcə



            İşin xüsusiyyəti. Diametri 500 mm-ə qədər olan aşağı və orta təzyiqlə işləyən qaz kəmərlərində qəza-bərpa işlərinin yerinə yetirilməsi. Kondensat yığıcılarından qazkondensatınçıxarılması. Kranların yağlanması, qaz kəmərlərinin hermetikliyinin yoxlanılması, onların üfürülməsi və buxara verilməsi. Qəzaların aradan qaldırılması üçün yeraltı qaz kəmərləri istiqamətində şurfların qazılması. Məişət qaz cihazlarının, yemək bişirən peçlərin, həmçinin qaz avadanlıqlarının, kommunal-məişət və kənd təsərrüfatı müəssisə və idarələrində qurulmuş qazla işləyən sobaların və digər sənaye aqreqatlarının bərpası üçün təmir işlərinin aparılması. Qazın şəbəkəyə buraxılması və qaz avadanlığının şəbəkəyə qoşulması.

            Bilməlidir: mexanizmlərin, məişət qaz cihazlarının, avtomatik mənzil qızdırıcı sobaların, yemək bişirən peçlərin texniki istismar qaydalarını; qazın şəbəkəyə buraxılması, qaz avadanlığının şəbəkəyə qoşulması və montajı qaydalarını; qaz şəbəkələri və kommunikasiyaların yerləşdirilməsi sxemini; onların təhlükəsiz istifadəsi və düzgün quraşdırılmasına nəzarət qaydalarını; diametri 500 mm-ə qədər olan aşağı və orta təzyiqlə işləyən qaz kəmərlərində qəza-təmir işlərinin aparılması qaydalarını; qaz kəmərlərinin hermetikliyə sınağını, üfürülməsi və buxara verilməsi qaydalarını; qəzalı qaz kəmərlərində müvəqqəti baypasların qurulmasını; qaz kəmərlərində bilərziklərin quraşdırılması üsullarını; yeraltı qaz ötürücülərinin istismarı və quraşdırılmasının texniki şərtlərini.

Ümumi orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 

11. Qaz təsərrüfatında qəza-bərpa işlərinin çilingəri

 

5-ci dərəcə



            İşin xüsusiyyəti. Diametri 500 mm-ə qədər olan, aşağı və orta təzyiqlə işləyən və diametri 500 mm-ə qədər olan, yüksək təzyiqlə işləyən qaz kəmərlərində qəza-təmir işlərinin yerinə yetirilməsi. Qaz itkisi olan sahənin məhdudlaşdırılması. Qaz kəmərlərində bandajların və basma bilərziklərin, bərkidicilərin, gücləndiricilərin quraşdırılması. Fəaliyyətdə olan qaz kəmərləri istiqamətində nişanların qoyulması, ayrı-ayrı detalların və model hissələrinin montajı və hazırlanması. Qaz kəmərlərinin hissələrinin onların kəsişmələrinin eskizinin hazırlanması. Yeraltı qaz kəmərlərinin yerinin müəyyən edilməsi, qaz kəmərlərinin vəziyyətinin yoxlanması və onların elektron cihazlarla izolə edilməsi. İşləyən qaz kəmərlərinin oyulub yerləşdirilməsi və sökülməsi işlərində çilingər işlərinin yerinə yetirilməsi. Qazdoldurma stansiyasında (məntəqəsində) qəzaların aradan qaldırılması işlərinin yerinə yetirilməsi və qaz avadanlığının pnevmomexaniki və elektrik avtomatlarının bərpası.

            Bilməlidir: mexanizmlərin, restoranların avtomatik işləyən qaz piltələrinin, qazla işləyən qızdırıcıların və sənaye ocaq aqreqatlarının, durulaşdırılmış qazın rezervuar qurğularının, həyət avadanlığının, buxarlandırıcıların və istilikdəyişdiricilərin, qazholder qurğuları və ocaq avtomatlarının, soba və digər qaz avadanlığının təmiri və texniki istismar qaydalarını; diametri 500 mm-ə qədər olan, yüksək təzyiqlə işləyən qaz kəmərlərində qəza-təmir işlərinin aparılması qaydalarını;  qaz kəmərlərinə qoşulma və başqa xəttə keçirilmə qayda və üsullarını; fəaliyyətdə olan qaz kəmərlərində təzyiqi aşağı salmadan oyma cihazlarının qurulmasını; qaz kəmərlərinin qəzadan sonra istismara verilməsi, onların quraşdırılması və hermetikliyinin yoxlanılması qaydalarını, texniki şərtləri; qaz kəmərləri hissələrinin və kəsişmələrin eskizinin tərtib edilməsi texnikasını; elektrotexnika və metal texnologiyasının əsaslarını; qazpaylayıcı və qazdoldurucu stansiyanın (məntəqənin), qaz kəmərlərinin texniki sxemini; rezervuarların və digər qaz avadanlığının yoxlanılması və sınaqdan keçirilməsi qaydalarını.

Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 

12. Qaz təsərrüfatında qəza-bərpa işlərinin çilingəri

 

6-cı dərəcə



            İşin xüsusiyyəti. Qeyri metal qaz kəmərlərində və diametri 500 mm-dən çox olan, yüksək təzyiqlə işləyən qaz kəmərlərində qəza-təmir işlərinin yerinə yetirilməsi. Qaz kəmərinin keçdiyi yollarda nişanların qoyulması, ayrı-ayrı detalların və xüsusilə mürəkkəb böyük model hissələrin montajı və hazırlanması. Qazholder stansiyasında qəza-bərpa işlərinin aparılması. Qaz kəmərlərinin vəziyyətinin müəyyən edilməsi və onların diaqnostik cihazlarla izolə edilməsi.  Avtomatika və telemexanika avadanlığının işə salınması və sazlanması, qəzaların aradan qaldırılması işlərinə rəhbərlik etmək.

            Bilməlidir: diametri 500 mm-dən çox olan, yüksək təzyiqlə işləyən qaz kəmərlərində qəza-təmir işlərinin aparılması qaydalarını; elektrik mühafizə qurğuları və qaz kəmərlərinin düzgün yerləşdirilməsi sxemini; oyub yerləşdirmə və fəaliyyətdə olan qaz kəmərlərinə keçirmə qayda və üsullarını; yeraltı qaz şəbəkələrində mürəkkəb avadanlıqların konstruktiv xüsusiyyətlərini və onların təmiri qaydalarını; qaz kəmərlərinin çertyojunu (plan, profil, qaynaq sxemi) və qaz kəmərlərinin mürəkkəb hissələrinin və kəsişmələrin eskizinin tərtib edilməsi qaydalarını; avadanlığın sazlanmasını, telemexanika və avtomatika aparatları sistemini; nəzarət-ölçü cihazları və diaqnostik cihazların tənzimlənməsi və sazlanmasını.

Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 

13. Qaz avadanlığının istismarı və təmiri üzrə çilingər

 

 3-cü dərəcə



İşin xüsusiyyəti. Avtomat su qızdırıcılarının dəyişdirilməsi, bütün sistemin məişət qaz piltələrinin, sıxılmış qazın qaz balonları qurğularının, qaz buxarlarının, onlara xidmət və cari təmiri üzrə çilingər işlərinin yerinə yetirilməsi. Reduktorların dəyişdirilməsi, məişət cihazlarına qazın buraxılması. Qazholder stansiyaları və kompressor qurğularının avadanlığının quraşdırılması, sökülməsi və təmiri üzrə işlərdə iştirakı. Qazholderlərin, qaz paylayıcı stansiyaların rezervuarlarının və mayeləşdirilmiş qazın qrup qurğularının daxili yoxlanışa və hidravlik sınağa hazırlanması. Qaz nizamlayıcı məntəqələrin avadanlığının işinin yoxlanılması.

Bilməlidir: yaşayış evlərinin qaz təchizatı qaydalarını; mənzil daxilində qaz avadanlığının istismar qaydalarını; qaz cihazlarının təmir növlərini, qazholder və qazpaylayıcı stansiyaların qaz kəmərlərinin texnoloji sxemlərini; mayeləşdirilmiş və sıxılmış qazın qazholder və qazpaylayıcı stansiyalarının istismar qaydalarını; qazholder və qazpaylayıcı stansiyaların kommunikasiya və avadanlığında cari təmirlərin aparılma qaydalarını; stansiyalarda rezervuarların və digər avadanlığın yoxlanılması, sınaqdan çıxarılması qaydalarını; qaztənzimləyici məntəqələrdə avadanlığın quraşdırılması, iş prinsipi, sazlanması və cari təmirlərini, təzyiq altında işləyən boruların quraşdırılması və təhlükəsizlik istismarı üzrə qazanxana nəzarəti qaydalarını.

Ümumi orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 

14. Qaz avadanlığının istismarı və təmiri üzrə çilingər

 

4-cü dərəcə



İşin xüsusiyyəti. Qazla işləyən tutumlu və axımlı avtomat suqızdırıcılarının dəyişdirilməsi üzrə çilingər işlərinin yerinə yetirilməsi, onların qızdırıcı sobalarının, avtomat mənzil qızdırıcı cihazların odluqlarının, yeməkbişirən peçlərin və restoran plitkalarının,  qrup maye qaz balon qurğularının, qazpaylayıcı məntəqələrin (əsas və qoruyucu qaz kəmərlərinin bağlayıcı-qoruyucu armaturlarının və nizamlayıcılarının müxtəlif növlərinin) təmiri və tənzimlənməsi və onlara sanitar-texniki xidmət. Fəaliyyətdə olan qaz kəmərlərinin kəsilməsi vəkəsilib-quraşdırlması işləri üzrə sadə çilingər işlərinin yerinə yetirilməsi. Mərkəzdənqaçma və porşenli nasosların, kompressorların bütün növlərinin təmiri, buxarlandırıcı qurğuların, balonların ventillərinin özü bağlanan klapanlarının və mayeləşdirilmiş qaz üçün reduktorların təmiri və onlara xidmət edilməsi. Tikintidə işləyən yeni qaz tənzimləyici məntəqə və stansiyaların yenidən qurulması zamanı quraşdırma işlərinin yerinə yetirilməsi. Qrup qaz balonları qurğularının quraşdırılması. Müəssisələrdə, kommunal-məişət idarələrində, habelə avtomatikası olmayan qazanxanalarda quraşdırılmış bütün növ qaz avadanlığının təmiri, qazın buraxılması, onlara xidmət edilməsi.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin