AZƏrbaycan respublikasi əMƏk və ƏhaliNİn sosial müdafiƏSİ naziRLİYİNİn kollegiyasi



Yüklə 1,21 Mb.
səhifə17/17
tarix17.04.2017
ölçüsü1,21 Mb.
#14285
1   ...   9   10   11   12   13   14   15   16   17

Bilməlidir: yaşayış və kommunal-məişət idarələrinin, qazanxanaların qaz təchizatı qaydalarını, məişət və avtomatikası olan  kommunal-məişət qaz cihazlarının iş prinsipi və quraşdırılmasını; yaşayış evlərində, kommunal-məişət müəssisələrində və qazanxanalarda qaz avadanlığının quraşdırılması və qazın buraxılması qaydalarını; qaz cihazlarının növləri və təmir üsullarını; qaz tənzimləyici məntəqələrin texniki-sanitar qurğularının yığılması, quraşdırılması, iş prinsipi və təmir qaydalarını; mayeləşdirilmiş qazın qazpaylayıcı stansiyalarında buxarlandırıcı qurğular, kompressorlar, mərkəzdənqaçan və porşenli nasosların quraşdırılması, yığılması və təmirini.

Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 

15. Qaz avadanlığının istismarı və təmiri üzrə çilingər

 

5-ci dərəcə



            İşin xüsusiyyəti. Qaz nizamlayıcı məntəqə və stansiyaların təmirdən sonra avadanlıq və avtomatikasının nizamlanması və sazlanması üzrə çilingər işlərinin yerinə yetirilməsi. Qazla işləyən yemək bişirən qazanların və avtomat restoran pilətələrin cari təmiri və onlara xidmət. Fəaliyyətdə olan qaz kəmərlərinin kəsilməsi və kəsilib-quraşdırılması üzrə orta mürəkkəb və mürəkkəb çilingər işlərinin yerinə yetirilməsi. Qazholder və qazpaylayıcı stansiyalarda müfəttiş yoxlanışında olan avadanlığın təhvil verilməyə hazırlanması və bu prosesdə iştirak edilməsi. Qazholder, qazpaylayıcı və qaz tənzimləyici stansiyaların (məntəqələrin) avadanlığın və yeraltı kommunikasiyalarının quraşdırılması, sökülməsi və təmiri işlərini yerinə yetirərkən çilingərlər briqadasına rəhbərlik. Qazın buraxılması, qaz avadanlığı, yaşayış binalarının qazanxanalarının pnevmatik və elektrik avtomatikasının, elektrik stansiyalarının, kommunal-məişət və sənaye müəssisələrinin təmiri və onlara xidmət, qazanların avtomatikasının, qazanxanalarının qaz odluğu qurğularının və nizamlayıcı mexanizmlərin verilmiş iş rejimində (buraxılma və istismarda) sınaqdan çıxarılması və sazlanması. Nəzarət-ölçü cihazlarının sazlanması. Təsərrüfat çənləri qurğularının mayeləşdirilmiş qazla ilkin doldurulması, onlardan buxarlanmayan qalıqların təmizlənməsi, bu qurğuların mütəmadi yoxlanışa hazırlanması. Buxarlandırıcı qurğuların işə buraxılması və qazlanması. Qazanxana, çən və təmizləyici qurğuların qaz avadanlığının təmiri üçün qüsur siyahısının tərtib olunması.

Bilməlidir: elektrotexnika və metalların texnologiyasının əsaslarını; nasazlıqların aşkar olunması və aradan qaldırılması qayda və üsullarını; qazholder, qaz paylayıcı və qaz tənzimləyici stansiyaların (məntəqələrin) avadanlığının sınaqdan çıxarılması və sazlanması işlərinin yerinə yetirilməsi, quraşdırılması və iş prinsipi; qaz yanacağı ilə işləyən stansiya və qazanxanaların nəzarət-ölçü cihazlarının quraşdırılması, təmiri və dövlət yoxlanışına verilməsi qaydalarını; qazla işləyən qazanxanaların quraşdırılması, istismar, təmir və avtomatikasının sazlanması qaydalarını; mayeləşdirilmiş qazın təsərrüfat qurğularının, buxarlandırıcılarının, istilikdəyişdiricilərinin avadanlığının quraşdırılması və istismar qaydalarını.

Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 

16. Qaz təsərrüfatının nəzarətçisi

 

4-cü dərəcə



            İşin xüsusiyyəti. Qaz şəbəkəsində avadanlığın işi zamanı sərf ölçən qaz sayğacının göstəricilərinin götürülməsi və nəzarəti. Siyirtmənin əllə tənzimlənməsi. Qaz ölçü qovşağında qazın miqdarının ölçülməsi, siyirtməsinin plomblanması. Xidmət olunan nəzarət-ölçü cihazlarında qarşıya çıxan xırda nasazlıqların aradan qaldırılması. Yeni qoyulmuş obyektlərin qeydiyyatının aparılması, qaz istifadəçilərinin şəxsi hesablarının sənədləşdirilməsinin aparılması, abonent  kitabçasının verilməsi. Qüvvədə olan müəyyən edilmiş qaydada qazdan istifadə edən abunəçilərin qaz hesabının aparılması. Qaz ödənişinin vaxtında və düzgün aparılmasına nəzarət edilməsi. Qazdan istifadə zamanı qaz istehlakçılarının eləcə də, güzəştli istehlakçıların sayının, o cümlədən qızdırılan sahənin ölçüsünün sayğacsız sistem zamanı hesablanması. İstehlakçıların qazla fasiləsiz təchiz olunmasına, qaz sərfinin hesabatının və nəzarət-ölçü cihazlarının texniki vəziyyəti haqqında aktın tərtibinə nəzarət edilməsi. Qaz sayğaclarına müdaxilə edilməsi, onların yararsız hala salınması haqqında, həmçinin oğurluq hallarının baş verməsi haqqında dərhal sahə rəhbərliyinə məlumat verilməsi. Abonentlərə mülayim, səmimi rəftar edilməklə xidmət göstərilməsi.

            Bilməlidir: sərf ölçən qaz sayğacının iş prinsipini, quruluşunu və texniki xüsusiyyətlərini; qüvvədə olan tarifləri və abunəçilərlə hesablaşma qaydasını; qaz sərfinin qeydə alınması cihazlarına xidmət zamanı texniki-təhlükəsizlik qaydalarını.

Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 

17. Soba təsərrüfatının nəzarətçisi

 

2-ci dərəcə



            İşin xüsusiyyəti. Bərk, maye və qazşəkilli yanacaqla işləyən qızdırıcı soba və pilətələrin bacalarının vaxtlı-vaxtında təmizlənməsinə nəzarət edilməsi. Bərk yanacağın qazşəkilli yanacağa çevrilməsi üçün sobaların hazırlığının yoxlanılması. Baca başlıqlarının damın konkasına uyğun olaraq düzgün yerləşdirilməsinin yoxlanılması və külək dirəklərinin yerinin müəyyən edilməsi, təlimatdan kənara çıxmaların və nasazlıqların aşkar edilməsi və onların aradan qaldırılması.

            Bilməlidir: ventilyasiya və bacaların yoxlanılması və təmizlənməsi qaydalarını; qaz cihazlarından  yanmış məhsulun çəkilməsi üçün bacaların quruluşunu; ocaqların qazşəkilli yanacaqla yenidən təchiz edilməsinə qoyulan tələbatı.

 

18. Soba təsərrüfatının nəzarətçisi

 

3-cü dərəcə



            İşin xüsusiyyəti. Sobanın yanacaq  hissəsinin odadavamlı kərpiclə hörülməsinə nəzarət. Bacalarda və xüsusi sobalarda dudanın yandırılması. İstehsalat ventilyasiyasının alovla təmizlənməsi. Qaz odluğunu quraşdırmaq üçün tez alışan odunların istifadəsi. Başlıqların hündürlüyünün boru-soba işləri üzrə göstərişə və qaz təsərrüfatında təhlükəsizlik qaydalarına uyğunluğunun yoxlanılması. Soba və bacaların texniki vəziyyəti haqqında qəbul edilmiş formaya əsasən akt tərtib edilməsi.

            Bilməlidir: soba işlərinin növlərini və onların aparılması qaydalarını; qızdırıcı cihazların konstruksiyasının tətbiqini və sobalarda bərk yanacağın qazşəkilli yanacağa çevrilməsində baca və ventilyasiya kanallarına olan tələbatı; bərk yanacağın qaz şəkilinə çevrilməsi üçün sobaların və bacaların texniki vəziyyəti haqqında aktın rəsmiləşdirilməsi qaydalarını.

Ümumi orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 

19. Soba təsərrüfatının nəzarətçisi

 

4-cü dərəcə



            İşin xüsusiyyəti. Bütün sistemdən olan sobaların qazşəkilli yanacaqla yenidən təchiz edilməsinin  texniki şərtlərinə və cizgilərinə nəzarət, soba və bacaların yenidən qurulması işlərinin aparılmasına nəzarət. Bacalarda, ventilyasiya  kanallarında əmələ gələn çətin tıxacların yerinin müəyyən edilməsi və onların aradan qaldırılması. Qazla qızdırılan təsərrüfat-məişət cihazlarının və su qızdırıcı sobaların bacalarının sıxlığının və seyrəkliyinin təyin edilməsi. Sobaların qazşəkilli yanacaqla yenidən təchiz edilməsi və istifadəyə verilməsi vaxtı texniki sənədləşdirmənin rəsmiləşdirilməsi.

            Bilməlidir: müxtəlif sistemli sobaların quruluşunu, boru-soba işləri üzrə göstərişi, qaz təsərrüfatında təhlükəsizlik qaydalarını, soba işləri yerinə yetirilərkən yanğın əleyhinə tədbirləri, işlərin qanuniləşdirilmiş zəruri texniki sənədlərlə təhvil verilməsini və rəsmiləşdirmə qaydalarını.

Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 

20. Yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə çilingər

 

2-ci dərəcə



            İşin xüsusiyyəti. Yeraltı qaz kəmərləri və onların qurğularına, örtüklər, quyular, hidroörtgəclər və kondensat yığıcılarına xidmət edilməsi. Quyularda, anbarlarda və nəzarət borularında qazın mövcudluğunun qaz-analizatorları vasitəsilə təyin olunmasında iştirakı. Quyuların havasının dəyişdirilməsi. Ehtiyat nişanlarının və divar işarələrinin vurulması. Təmir aparılarkən köməkçi və çilingər işlərinin yerinə yetirilməsi, fəaliyyətdə olan qaz kəmərlərinin kəsilib quraşdırılması və dəyişdirilməsi, zədələnmiş izolyasiya yerlərinin bərpa edilməsi. Qaz kəmərlərində qaz sızmalarının yoxlanması.

            Bilməlidir: yolun xidmət sahələrində qaz kəmərlərinin kommunikasiyalarını və digər yeraltı qurğuları; qaz kəmərlərində qaz sızmalarının təyin olunması qaydalarını; örtüklərin quraşdırılmasının texniki tələblərini; qaz ilə çirklənmiş quyularda havanın dəyişdirilməsini; qaz analizatorlarının quraşdırılması və onlardan istifadə qaydalarını; fərdi mühafizə vasitələrindən istifadə qaydalarını.

 

21. Yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə çilingər

 

3-cü dərəcə



            İşin xüsusiyyəti. Aşağı təzyiqlərdə fəaliyyətdə olan qaz kəmərlərinin təmiri zamanı çilingər işlərinin yerinə yetirilməsi. Qaz kəmərləri yollarına və qurğularına xidmət göstərilməsi. Qaz quyularının, kondensat yığıcılarının və armaturların saz vəziyyətdə olmasına nəzarət. Qaz kəmərləri yollarının yoxlanışı haqqında yazılı qeydlərin aparılması. Təzyiq altında olan linza kompensatorlarının və aşağı təzyiqli qaz kəmərlərində olan siyirtmələrin quraşdırılması və sökülməsi. Aşağı təzyiqli qaz kəmərlərində olan armaturlarda xırda sızmaların aradan qaldırılması. Qaz kəmərlərindən qaz-hava qarışıqlarının çıxarılması, qaz kəmərlərinin təmizlənməsi və izolyasiyanın aşınmasının müəyyən edilməsi. Yeraltı qaz kəmərlərində izolyasiyanın bərpası. Nəzarət yoxlanışı üçün bina və quyularda qaz-hava qarışıqlarından nümunələrin götürülməsi. Manometrlərin göstəricilərinin düzgünlüyünün yoxlanılması. Qaz quyularının təmiri. Qaz kəmərlərinin və qurğularının profilaktik və cari təmirləri. Qaz kəmərləri keçən dərinliklərdə quyuların qazılması. Qaz kəmərlərinin izolyasiyasına və vəziyyətinə baxış. Qaz kəmərlərində qaz təzyiqinin ölçülməsi.

            Bilməlidir: qaz kəmərlərində və qurğularında işlərin aparılma qaydalarını; yeraltı qaz kəmərlərində armaturların təyinatı və quraşdırılması qaydalarını; qaz kəmərləri qurğularında nasazlıqların aşkar olunması və aradan qaldırılması qaydalarını; sərf-reduksiya başlıqlarının kipləşdirici armaturları və qoruyucu klapanlarının təzyiq nizamlayıcılarının, manometrlərin quraşdırılmasını; kondensat yığıcılarından kondensatın çıxarılması qayda və üsullarını; nəzarət yoxlanışı üçün bina və quyularda qaz-hava qarışıqlarından nümunələrin götürülməsi qaydalarını; fəaliyyətdə olan aşağı təzyiqli qaz kəmərlərinin  quraşdırılması və dəyişdirilməsi növlərini və qaz kəmərləri qovşaqlarının sıxlığının yoxlanılması üsullarını; korroziya əleyhinə izolyasiyanın növlərini onun qaz kəmərlərinin üzərinə çəkilməsi və istismara qəbulu qaydalarını, quyuların qazılması qaydalarını; qaz kəmərlərində tıxacların aşkar olunması və aradan qaldırılması üsullarını; tıxacların aradan qaldırılması üçün həlledici xassələri, onların saxlanılması və tətbiqi qaydalarını.

 

22. Yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə çilingər

 

4-cü dərəcə



            İşin xüsusiyyəti. Fəaliyyətdə olan orta və yüksək təzyiqlərdə qaz kəmərlərinin kəsilib quraşdırılması, dəyişdirilməsi və təmiri işlərində çilingər işlərinin yerinə yetirilməsi. Orta və yüksək təzyiqli qaz kəmərlərinin yolunda kondensat yığıcılarının quraşdırılması, dəyişdirilməsi, yoxlanılması və onlara baxış keçirilməsi və kondensatın çıxarılması. Kondensat yığıcılarının dirəklərində aşkar olunan nasazlıqların aradan qaldırılması. Qaz kəmərləri keçən marşrut xəritənin və qrafiklərin tərtib olunması. Qaz kəmərlərinin sıxlıq, buxara verilmə və hava ilə təmizlənmə sınaqlarının həyata keçirilməsi. Yeraltı qaz kəmərləri təmir edilərkən, mürəkkəb çilingər işlərinin yerinə yetirilməsi və qaz sızmalarının, tıxacların aradan qaldırılması. Orta və yüksək qaz təzyiqi altında işləyən linza kompensatorlarının, kondensat-yığıcılarının, hidroörtgəclərin və siyirtmələrin quraşdırılması və sökülməsinin həyata keçirilməsi. Yeraltı qaz kəmərlərinin coğrafi mövqeyinin müəyyən edilməsi, onların izolyasiya vəziyyətinin elektron cihazlarla yoxlanılması. Açılmış sahəni izolyasiya etməklə qaz kəmərlərinin yolu boyunca şurf vasitəsilə kəşfiyyat aparılması. Qaynaq üçün boruların hazırlanması və mərkəzi nöqtəyə uyğunlaşdırılması. Qaz kəmərlərində kranların yağlanması. Kənar təşkilatlar qaz kəmərləri yollarının yaxınlığında iş apararkən qaz kəmərlərinin mühafizəsini təmin edən tədbirlərin görülməsi.

            Bilməlidir: qaz kəmərləri yollarında işin düzgün aparılmasını; orta və yüksək təzyiqli kondensat yığıcılarından kondensatın çıxarılması qayda və üsullarını; yeraltı qaz kəmərlərində işlər yerinə yetirilərkən istifadə olunan, bütün sistemin qazanalizatorlarının quraşdırılması və işinin yoxlanılmasını; qaz kəmərlərinin sınaqdan çıxarılması və buxara verilməsi, hava ilə təmizlənməsi işlərinin yerinə yetirilməsi qayda və üsullarını; yeraltı qaz kəmərlərinin quraşdırılması, sınaqdan çıxarılması və istismara verilməsinin texniki qaydalarını; əsaslı təmir aparılan qaz kəmərlərində müvəqqəti baypasların quraşdırılması qayda və üsullarını; qaz kəmərlərində boru ağzı birləşmələrin təmirinin qayda və üsullarını; orta və yüksək təzyiqli qaz kəmərlərinin kəsilib quraşdırılması və dəyişdirilməsi qaydalarını; qaz kəmərlərinin izolyasiyasının vəziyyətinə nəzarət edən elektron cihazlarının quraşdırılmasını və işini; fəaliyyətdə olan orta və yüksək təzyiqli qaz kəmərlərində təmirlərin növlərini; bütün diametrli olan orta və yüksək təzyiqli qaz kəmərlərində kipləşdirici bilərziklərin qurulması üsullarını; orta və yüksək təzyiqli qaz kəmərlərində linza kompensatorlarının və bağlayıcı armaturların quraşdırılması və sökülməsi qaydalarını.

Ümumi orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 

23. Yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə çilingər

 

5-ci dərəcə



            İşin xüsusiyyəti. Fəaliyyətdə olan orta və yüksək təzyiqli qaz kəmərlərində  kəsilib quraşdırılma, dəyişdirilmə zamanı çilingər işlərinin yerinə yetirilməsi. Qaz kəmərlərində kipləşdirici, gücləndirici, taxma bilərziklərin və bandajların quraşdırılması. Yeraltı qaz kəmərlərinin izolyasiyası. Bilavasitə yol üstündə yerləşən qaz kəmərlərinin böyük fasonlu hissələrinin və detallarının nişanlanması, hazırlanması və quraşdırılması. Qaz kəmərlərinin ayrı-ayrı mürəkkəb qovşaqlarının və kəsişmə nöqtələrinin eskizlərinin tərtib olunması. Yeraltı qaz kəmərlərinin hermetikliyinin elektron cihazlarla yoxlanılması və izolyasiyanın vəziyyətinin müəyyən edilməsi. Qaz sızan yerlərin lokallaşdırılması. Qaz kəmərlərinin sıxlığa, buxaraverilmə və hava ilə təmizlənmə sınaqlarının həyata keçirilməsi. Aşağı  təzyiqli  kondensat  yığıcılarının  suyu kənara axıdan borularının, nəzarət borularının və keçiricilərin uzunluğu artırılarkən xüsusi mürəkkəb hesab edilən çilingər işlərinin yerinə yetirilməsi. Orta və yüksək təzyiqli kondensat yığıcılarının sökülməsi, dəyişdirilməsi və quraşdırılması. Daha aşağı ixtisaslı çilingərlərin işinə rəhbərlik edilməsi.

            Bilməlidir: fəaliyyətdə olan orta və yüksək təzyiqli qaz kəmərlərində kəsilib-quraşdırma, izolyasiya və dəyişdirmə işlərinin qayda və üsullarını; qaz kəmərlərinin hava ilə təmizlənməsi, sınaqdan çıxarılması və buxara verilməsi işlərinin yerinə yetirilmə qayda və üsullarını, qaz kəmərlərinin germetiklik vəziyyətinə nəzarət edən elektron cihazların quraşdırılma və işini; kondensat yığıcılarının, siyirtmələrin, avtomatik yağlayıcı kranların, kompensatorların quraşdırılması və sökülməsi qaydalarını; qaz kəmərlərində təzyiqi aşağı salmadan kəsib-quraşdırma işlərini aparmaq üçün tərtibatların quraşdırılması və belə qaz kəmərlərində təmir işlərinin yerinə yetirilməsi qaydalarını; mürəkkəb və böyük fasonlu hissələrin və qaynaq üçün hazırlanan detalların nişanlanması, emal və yığılmasının texniki şəraitini; qaz kəmərləri və qurğularının quraşdırılması, sınaqdan çıxarılması və istismara verilməsinin texniki şəraitini; yeraltı qaz kəmərlərinə quraşdırılmış xüsusi mürəkkəb avadanlığın konstruktiv xüsusiyyətlərini və onun təmir qaydalarını; qaz kəmərlərinin (plan və profil) cizgilərin oxunmasını; qaz kəmərlərinin kəsişməsi və mürəkkəb qovşaqların eskizlərinin tərtib olunma qaydalarını.

Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 

24. Yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə çilingər

 

6-cı dərəcə



            İşin xüsusiyyəti. Mürəkkəb və avtomat qurğularla təchiz olunmayan məişət qaz pilətələrin dəyişdirilməsi üzrə çilingər işlərinin yerinə yetirilməsi, bu  pilətələrin və mənzil daxilində armaturlu qaz kəmərlərinin cari təmiri və onlara xidmət edilməsi. Sonradan təsirsiz qazla üfürməklə mayeləşdirilmiş qaz üçün balonların daxili səthinin buxara verilməsi. Sonradan qaynaq üçün balonların tikişlərinin hazırlanması. Balonlarda tikişlərin qaynaq edilməsində və onlara başmaqların, bobinlərin qaynaqla yapışdırılmasında iştirak etməsi. Rəngləmədən əvvəl balonların təmizlənməsi, balonların başmaqlarının düzəldilməsi və təmir edilməsi. Kipləşdirici muftalarda metal qırıntılarının kənar edilməsi. Qaz qaynağı üçün aşqar məftillərin tədarükü. Balonlarda ventillərin quraşdırılması və balonların ölçülməsi. Qaz cihazlarının istifadə qaydaları üzrə abunəçilərlə təlimatların və profilaktik təmirlərin aparılması və balonların dəyişdirilməsi. Damğaların vurulması.

            Bilməlidir: məişət qaz pilətələrinin, mənzil daxilində qaz kəmərlərinin və onların armaturlarının texniki istismarı və təmirinin qayda və üsullarını; balonların və onların ventillərinin növləri və quraşdırılmasını; balonların təmirində tətbiq olunan nəzarət-ölçü cihazları, mexanizmlər və tərtibatlardan istifadə qaydalarını və təyinatını, bilərzik və balonlardan metal qırıntıların kənar edilməsi qaydalarını; qaz qaynağı üçün istifadə olunan məftillərin təyinatını.

Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 


 

Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyi Kollegiyasının

qərarı № 01

31 yanvar 2012-ci il



Nazir

_____________Fizuli Ələkbərov

 

 

Şəhər, qəsəbə və əhali yaşayan ərazilərdə qaz, su təchizatı və tullantı sularının axıdılması və yaşıllaşdırma təsərrüfatlarına aid olan qulluqçu vəzifələrinin  Vahid Tarif-İxtisas Sorğu Kitabçası

 

                      Bölmə: Qaz təsərrüfatı 



 

 

 G İ R İ Ş



 

"Şəhər, qəsəbə və əhali yaşayan ərazilərdə qaz, su təchizatı və tullantı sularının axıdılması və yaşıllaşdırma təsərrüfatlarına aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası Bölmə: Qaz təsərrüfatı (bundan sonra “Kitabça” adlandırılacaqdır) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci və 156-cı maddələrinin 2-ci hissələrinin tələblərinə uyğun olaraq hazırlanmışdır.

Kitabçada mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın şəhər, qəsəbə və əhali yaşayan ərazilərində qaz təsərrüfatı müəssisə, idarə və təşkilatlarının bu sahəyə aid edilən səciyyəvi qulluqçu vəzifələrinin tarif-ixtisas xüsusiyyətləri öz əksini tapmışdır. Tarif-ixtisas xüsusiyyətlərində göstərilən əməyin ödəniş dərəcələri respublikada tətbiq edilən Vahid Tarif Cədvəlinə uyğun olaraq müəyyənləşdirilmişdir.

Kitabçada rəhbər və mütəxəssislərin əməyinin ödəniş dərəcələri onların təhsili, əmək stajı və işinin xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilmişdir.

Hər bir vəzifənin tarif ixtisas xüsusiyyətləri üç bölmədən ibarətdir:

- "Əmək funksiyası" bölməsində bu vəzifəni tutan işçinin görməli olduğu işlərin həcmi və məzmunu;

- "Bilməlidir" bölməsində işçinin qanunvericilik aktları və digər normativ hüquqi sənədləri, eləcə də yerinə yetirilən işin üsul və vasitələrini bilməsi kimi tələblər;

- "Ödəniş dərəcələrinə ixtisas tələbləri" bölməsində işçinin ixtisas və əmək stajına, eləcə də işin xüsusiyyətləri ilə bağlı tələblər öz əksini tapmışdır.

Kitabça qaz təsərrüfatı sahəsinə aid edilən qulluqçu vəzifələrini tutan işçilərin əsas əmək funksiyalarını, onların hüquq və məsuliyyətini əks etdirən vəzifə təlimatlarının hazırlanmasında, əməyin ödəniş dərəcələrinin müəyyənləşdirilməsində, kadrların seçilməsi və yerdəyişməsində, ixtisaslarından asılı olaraq onların məşğulluğunun səmərəli təmin edilməsinə nəzarətin həyata keçirilməsində, işçilərin attestasiyasının keçirilməsində və əmək müqavilələrinin (kontraktlarının) bağlanılmasında əsas normativ hüquqi akt olaraq tətbiq edilir.

İstehsalın idarə edilməsində Kitabçada göstərilən əsas əmək funksiyaları nəzərə alınmaqla hər bir işçinin əmək müqaviləsində (kontraktında) əmək funksiyasının—  yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsi dəqiq və birmənalı müəyyən edilməlidir.

 Əmək müqaviləsinin (kontraktının) şərtlərində müəyyən edildikdə və ya işçilərin attestasiya komissiyasının təklifi ilə ixtisas tələblərində müəyyən edilmiş xüsusi hazırlığı və ya əmək stajı olmayan, lakin üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımı praktiki təcrübəsi olan işçilər attestasiya komissiyasının təklifi ilə xüsusi hazırlığı və əmək stajı olan işçilər kimi tutduqları vəzifəyə təyin edilirlər.

 

 



 

Qaz təsərrüfatı sahəsinə aid olan

qulluqçu vəzifələrinin adı və əməyinin

ödəniş dərəcələri diapazonu

 

 



Sıra

-si



Vəzifələrin adları

Ödəniş dərəcələri diapazonu

Səhifə

1

2

3

4

 

 

1. RƏHBƏRLƏR

 


 

 

 

1


 

Qaz istismar sahəsinin  sahə rəisi 

 


 

15-16


 

4


 

 

2. MÜTƏXƏSSİSLƏR

 


 

 

2

 

Qaz kəmərlərinin istismarı üzrə mühəndis

 


 

7-13


 

5


 

 

 



 

 

TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ

 

1. RƏHBƏRLƏR

 

  Qaz istismar sahəsinin sahə rəisi



 

Əmək funksiyası. Qaz istismar sahəsinin sahə rəisi tabeçiliyində olan qaz istismarı sahəsinin işinə rəhbərlik edir, onun fəaliyyət və iş proqramlarını müəyyənləşdirir və formalaşdırır. Sahənin ümumi fəaliyyətini istiqamətləndirir və əlaqələndirir. İstehsalat sahələrinin və digər struktur bölmələrinin işini və onların bir-biri ilə qarşılıqlı istehsalat münasibətlərini təşkil edir. Onların istehsalın yüksək inkişafı və təkmilləşdirilməsi sahəsində məqsədəuyğun fəaliyyətlərini istiqamətləndirir.  Sahənin ixtisaslı kadrlarla təmin edilməsini, işçilərin bilik və təcrübəsindən səmərəli istifadə edilməsini, onların əməyi üçün təhlükəsiz və əlverişli şərait yaradılmasını, ətraf mühitin qorunması üzrə təlimatların tələblərinə riayət olunmasını təmin edir. Sahəni təşkilatlarda, digər dövlət və ictimai orqanlarda təmsil edir. Ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq uçotunun aparılmasına, maddi sərvətlərin inventarizasiyasının aparılması işlərinə rəhbərlik edir. Hesabat dövründə qazın həcminə, normadan artıq itkisiz, fasiləsiz və təhlükəsiz istehlakçılara çatdırılmasına, normadan artıq itkilərin vaxtında araşdırılaraq hesabatda  düzgün əks olunmasına nəzarət edir və bu işlərə birbaşa cavabdehlik edərək məsuliyyət daşıyır.  İstehlak olunmuş qazın dəyərinin ödənilməsi üçün tələb olunan bütün tədbirləri vaxtında görür. Qaz kəmərlərinin və onun üzərində quraşdırılmış avadanlıqların, nəzarət ölçü cihazlarının və başqa əsas vəsaitlərin texniki istismarının və təmir qrafiklərinin düzgün yerinə yetirilməsini təmin edir. İstehsalat və əmək intizamı qaydalarına riayət edilməsinə nəzarət edir. Sahə üzrə müəyyən olunmuş hesabatların tərtib edilərək vaxtında təqdim olunmasını təmin edir.

Bilməlidir: sahənin iqtisadi və sosial inkişafına yönəldilən əsas istiqamətləri müəyyən edən dövlət proqramlarını və normativ hüquqi aktları; aidiyyəti dövlət orqanlarının və səlahiyyətli qurumların sahənin fəaliyyəti ilə əlaqədar fərman, sərəncam, əmr və göstərişlərini; sahənin texniki, iqtisadi və sosial inkişaf perspektivlərini; təsərrüfatçılıq və idarəetmə metodlarını; təsərrüfat müqavilələrinin bağlanması və yerinə yetirilməsi qaydalarını; sahə üzrə elm və texnikanın nailiyyətlərini və qabaqcıl müəssisə və təşkilatların iş təcrübəsini; iqtisadiyyatın, istehsalın və əməyin təşkilini və idarə olunmasını; qanunvericiliyin əsaslarını; kompüterdə işləməyi, rayon qaz istismarı sahəsində istifadə olunan kompüter proqramlarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və sahənin fəaliyyətinə uyğun olan rəhbər vəzifələrdə 5 ildən az olmayaraq əmək stajı.

15-ci dərəcə:  abonentlərin sayı 8 minədək olduqda;

16-cı dərəcə:  abonentlərin sayı 8 mindən artıq olduqda.

 

2. MÜTƏXƏSSİSLƏR

 

 Qaz kəmərlərinin istismarı üzrə mühəndis



 

Əmək funksiyası. Qaz kəməri xətlərinin, əsas və köməkçi texnoloji avadanlıqların texniki normalara uyğun olaraq istismarını təmin edir. Qaz kəmərlərinin sahələr üzrə istismarı, şəbəkələrin və qaz kəmərlərinin zədələnməsi və qəzaların qarşısının alınması üzrə texniki tədbirləri, texnoloji xəritə və təlimatları işləyib hazırlayır və tətbiq edir. Təhlükəsizlik texnikası və yanğına qarşı mühafizə tədbirlərinin həyata keçirilməsinə nəzarət edir. Tədbirlərin işlənib hazırlanmasında və tətbiq edilməsində, texnoloji avadanlıqların və qaz kəmərlərinin texniki istismar səviyyəsinin qaldırılmasında iştirak edir. Hesabat və uçot işlərinin aparılmasını müəyyən edir. Təmir-istismar ehtiyacları üçün avadanlıq, ehtiyat hissə, alət və materiallar üzrə tələbatı əsaslandırmaqla illik sifarişlərin tərtib olunmasında iştirak edir. Avadanlıqların, cihazların texniki vəziyyətinin yoxlanmasında, həmçinin yeni alınmış avadanlıq və cihazların qəbul olunmasında iştirak edir. Avadanlıq və cihazların sıradan çıxması səbəblərini araşdırır.   

Bilməlidir: qaz kəmərlərinin istismarı üzrə təlimatı, texniki qaydaları və digər aidiyyəti rəhbər materialları; qaz kəmərlərinin istismarı ilə bağlı  mövcud vəziyyəti; qaz kəmərlərinin, əsas və köməkçi avadanlıqların texnoloji sxemini və texniki xüsusiyyətlərini; qaz doldurma stansiyalarının mühəndis şəbəkəsini və doldurma şəraitini; qaz kəmərləri layihəsində nəzərdə tutulan əsas tədbirləri;  istehsalın və əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

 Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil

7-ci dərəcə: əmək stajına tələb qoyulmadan və ya 6-cı dərəcəli texnik vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;

8-ci dərəcə: 7-ci dərəcəli qaz kəmərlərinin istismarı üzrə mühəndis vəzifəsində 2 ildən az olmayaraq əmək stajı;

9-cu dərəcə: 8-ci dərəcəli qaz kəmərlərinin istismarı üzrə mühəndis  vəzifəsində 2 ildən az olmayaraq əmək stajı;

10-cu dərəcə: 9-cu dərəcəli qaz kəmərlərinin istismarı üzrə mühəndis vəzifəsində 2 ildən az olmayaraq əmək stajı;

11-ci dərəcə: 10-cu dərəcəli qaz kəmərlərinin istismarı üzrə mühəndis vəzifəsində 2 ildən az olmayaraq əmək stajı;

 12-ci dərəcə: 11-ci dərəcəli qaz kəmərlərinin istismarı üzrə mühəndis vəzifəsində 2 ildən az olmayaraq əmək stajı;

13-cü dərəcə: 12-ci dərəcəli qaz kəmərlərinin istismarı üzrə mühəndis vəzifəsində 2 ildən az olmayaraq əmək stajı.

 

 



 

 

 
Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin