AZƏrbaycan respublikasi əMƏk və ƏhaliNİn sosial müdafiƏSİ naziRLİYİNİn kollegiyasi



Yüklə 1,21 Mb.
səhifə9/17
tarix17.04.2017
ölçüsü1,21 Mb.
#14285
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

Bilməlidir: avadanlıqların texniki xidməti və təmirinə aid olan qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər rəhbər materialları; müəssisədə təmir xidmətinin təşkilini; neft-mədən avadanlıqlarının texniki xarakteristikaları, konstruktiv xüsusiyyətləri, təyinatları və iş rejimlərini; onların texniki istismar qaydalarını; təmir işlərinin planlaşdırma metodlarını; istehsal texnologiyasının əsaslarını; təmirlərin qabaqcıl sistemlərini və təmir işlərinin texnologiyasını; təmirlərin keçirilməsi smetalarını hazırlamaq üçün avadanlıq, material, ehtiyat hissə, alət və s. vasitələr üzrə sifarişlərin tərtib olunma qaydalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə, ətraf mühitin mühafizəsi qayda və normalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya 6-cı dərəcəli texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı.

 

Avadanlıqların təmiri və xidməti üzrə mexanik

(böyük mexanik də daxil olmaqla)

 

Əmək funksiyası. Qazma, neft-mədən avadanlıqlarının düzgün istismarı və etibarlı işini təmin edir. Qazma, neft-mədən avadanlıqlarının vaxtında və keyfiyyətli profilaktik yoxlanmasını, planlı təmirini təşkil edir. Qazma, neft-mədən avadanlıqlarının texniki istismar qaydalarına əməl olunmasına və təhlükəsizlik qaydalarının tələblərinə uyğunluğuna nəzarəti həyata keçirir və onların təhlükəsiz istismarını təşkil edir. Vaxtından əvvəl aşınma səbəblərini aşkar etmək məqsədilə avadanlığın, ayrı-ayrı hissə və qovşaqların iş şəraitini öyrənir. Aşınmış və mənəvi köhnəlmiş avadanlığın vaxtında dəyişdirilməsi üzrə tədbirlər görür. Qazma, neft-mədən texnikasının yeni nümunələrinin sınağında iştirak edir. Təzyiq altında işləyən yükqaldırma mexanizmləri, yüktutan və çalovlu ləvazimat, aparat və qabların, asetilen, oksigen və kompressor qurğularının qaydalarla nəzərdə tutulmuş sınağının keçirilməsində, texnikanın yoxlanmasında və təftişində iştirak edir. Avadanlıq, alət və ləvazimatların defektoskopiya ilə nəzarətdən keçirilməsində iştirak edir. Avadanlıqların quraşdırılması keyfiyyətinə nəzarət edir. Alınan yeni qurğuların komplektliyinə nəzarət edir. Qazma, neft-mədən avadanlıqlarının qəzası səbəblərinin araşdırılmasında və onların qarşısının alınması üzrə tədbirlərin işlənməsində iştirak edir. Avadanlıqların təmirinin aparılması və modernləşdirilməsinə dair səmərələşdirici təkliflərə və ixtiralara, onlar üzrə rəy verir və qəbul olunmuş təkliflərin tətbiqini təmin edir. Avadanlıqları təmir edən işçilərə rəhbərlik edir. Tabeliyində olan fəhlələr üçün işlərin təhlükəsiz aparılması üzrə təlimat, xüsusilə təhlükəli işlərin yerinə yetirilməsi üzrə xüsusi təlim keçir. Müəssisədə işlərin qabaqcıl metodlarının tətbiqində və təmir işlərinin təşkilinin təkmilləşdirilməsində iştirak edir. Avadanlığın işinin, ehtiyat hissələri və material sərfinin ilkin uçotunu aparır. Mövcud avadanlıqlar və onların texniki vəziyyəti haqqında hesabatların tərtib edilməsini təmin edir. Briqadaların ehtiyat hissələri, materiallarla təmin edilməsinə və avadanlıqlar üçün texniki pasportların mövcudluğuna nəzarəti həyata keçirir. Neft-mədən avadanlığının təmirinin keyfiyyəti üzrə rəy verir. Yanacaq və sürtgü materiallarının sərf normalarına riayət olunmasına nəzarət edir. Yanacaq-energetika ehtiyatlarının qənaəti üzrə tədbirlərin işlənməsində iştirak edir. Təyin olunmuş hesabatları aparır.



Bilməlidir: qazma, neft-mədən avadanlıqlarının texniki xarakteristikalarını, konstruktiv xüsusiyyətləri, təyinat və iş rejimlərini; təmir işlərinin planlaşdırılma metodlarını, təşkili və texnologiyasını; təmir üzrə texniki sənədləşmənin tərtib edilmə qaydalarını; neft və qaz quyuları qazılmasının əsaslarını; müəssisənin texniki inkişaf perspektivlərini; qazma, neft-mədən avadanlıqlarının istismarını; onların təmiri, modernləşdirilməsi zamanı əməyin elmi təşkilinin tələblərini; iqtisadiyyatın əsaslarını, qazma, neft-mədən avadanlıqlarının təmirinin təşkilinin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və mühəndis-texniki vəzifələrdə ixtisası üzrə ən azı 1 il iş stajı və ya orta ixtisas təhsili və mühəndis-texniki vəzifələrdə ixtisası üzrə ən azı 5 il iş stajı.

7-ci dərəcə: I-II qrup müəssisədə mexanik vəzifəsini icra etdikdə;

8-9-cu dərəcələr: I-II qrup müəssisədə 7-ci dərəcəli mexanik vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq;

10-11-ci dərəcələr: I-II qrup müəssisədə müvafiq olaraq 8-9-cu dərəcəli mexanik vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq;

12-13-cü dərəcələr: I-II qrup müəssisədə böyük mexanik vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq.

 

Vışka inşası üzrə mühəndis

 

Əmək funksiyası. Vışka qurğuları və qrup meydançalarının tikintisi üzrə operativ planları işləyib hazırlayır. Avadanlıqların düzgün istismar olunması və təmir qrafikinə düzgün riayət olunmasını təmin edir. Avadanlıqların quraşdırılması üzrə layihə və texniki şərtlərə riayət olunmasına texniki nəzarəti həyata keçirir. Tikinti-quraşdırma işlərinin, texnologiyanın təkmilləşdirilməsi və mexanikləşdirilməsi, quyu tikintisi üzrə tikinti müddətlərinin qısaldılması və onun keyfiyyətinin artırılması işlərini həyata keçirir. Quyuların tikintisində texniki-iqtisadi göstəricilərin yerinə yetirilməsini təhlil edir. Vışka-quraşdırma işlərinin yaxşılaşdırılması üzrə tədbirlərin hazırlanmasında və tətbiqində iştirak edir. Qabaqcıl əmək üsulları və metodlarının ümumiləşdirilməsində və yayılmasında iştirak edir. Briqadalar tərəfindən texnoloji intizama, avadanlıqların istismarı qaydalarına, material sərfi normalarına riayət olunmasına nəzarət edir. Təyin olunmuş uçot və hesabat işləri aparır.

Bilməlidir: vışka inşası, işlərin təşkili, vışka quraşdırılması və sökülməsi texnologiyası üzrə qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər rəhbər materialları; tikilən vışkalara texniki tələbləri; işlərin icrasında istifadə olunan qazma avadanlıqları və xüsusi texnikanın texniki xarakteristikalarını və konstruktiv xüsusiyyətlərini, onların texniki istismar qaydalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; vışka inşası üzrə qabaqcıl yerli və xarici təcrübəni; təsərrüfat hesabı metodlarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya 6-cı dərəcəli texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: alı texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı.

 

Qazma üzrə mühəndis

 

Əmək funksiyası. Quyuların qazma rejimlərini hazırlayır. Texnoloji rejim-xəritələri tərtib edir və onların tətbiqinin dəqiqliyinə nəzarət edir. Quyu tikintisinin aylıq plan-qrafiklərini və qazma briqadalarının işlərinin texniki-iqtisadi göstəricilərini tərtib edir. Ən məsuliyyətli əməliyyatların (qoruyucu kəmərlərin endirilməsi və onların sementlənməsi, lay sınayıcı ilə işləmə və s.) həyata keçirilməsinə operativ planlar tərtib edir. Texniki sənədləri işləyir və quyu qazılmasının texnologiyasının dəyişməsi ilə əlaqədar olaraq onu təshih edir. Qazma briqadalarının iş vaxtından səmərəli istifadə, qazmada qəza, çətinliklərin və brakların qarşısının alınması üzrə tədbirlər işləyir. Onların ləğv edilməsi planlarını tərtib edir. Təsdiq olunmuş tədbir və planların yerinə yetirilməsinə nəzarət edir. Qazmada və buruq tikintisində qabaqcıl təcrübəni öyrənir, ümumiləşdirir və yayır. İstehsalatda yeni texnika və texnologiyaların mənimsənilməsi üzrə təcrübə-eksperimental işlərinin keçirilməsində iştirak edir. Qazma briqadalarının, qazma avadanlıq və alətlərinin işi haqqında məlumatları təhlil edir. Aparılan işlərin keyfiyyətini endirmədən qazmanın kommersiya sürətinin artırılması və quyu tikintisinin dəyərinin azaldılması üzrə tədbirlər işləyir. Avadanlıq və alətlərin texniki istismarı qaydalarına briqadalar tərəfindən riayət olunmasına nəzarət edir. Qazma işlərinin maddi-texniki təchizatı üzrə illik və cari sifarişlərin tərtib edilməsində iştirak edir. Zəruri uçot və hesabatları aparır.



Bilməlidir: qazma işlərinin həyata keçirilməsinin təşkilinə dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər rəhbər materialları; vışkaquraşdırmanın, quyuların qazılması və sınağının texnologiyasını; qazma avadanlıq və alətlərini, onların texniki istismar qaydalarını; quyu tikintisi üzrə qüsur, qəza, çətinləşmə, brakların yaranması səbəblərini, onların qarşısının alınması və ləğv edilməsi üsullarını; texniki sənədlərin tərtib edilmə qaydalarını; quyu tikintisinin texnika və texnologiyası sahəsində qabaqcıl yerli və xarici təcrübəni, qazmaişlərinin layihələndirilməsi və planlaşdırılmasını; geologiyanın əsaslarını və qazma meydançalarının geoloji quruluşunu, quyu tikintisinin texniki qaydalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə, ətraf mühitin mühafizəsi qayda və normalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya 6-cı dərəcəli qazma üzrə texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı.

 

Quyuların möhkəmləndirilməsi üzrə mühəndis

 

Əmək funksiyası. İşlərin təyin olunmuş texnologiyasına müvafiq olaraq quyuların möhkəmləndirilməsi prosesində, istehsalat və texnoloji intizama riayət edilməsində, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi qaydalarının yerinə yetirilməsində iştirak edir və onlara nəzarəti həyata keçirir. Sementləmə üzrə işlərin aparılması üçün maddi vəsaitlərin hazırlanmasını təşkil edir və onların hazırlanmasına nəzarət edir. İşlərin aparılmasında texnoloji avadanlıq və texnikanın səmərəli yerləşməsini təmin edir. İstehsalat tapşırıqlarının yerinə yetirilməsi haqqında məlumat hazırlayır və rəhbərliyə təqdim edir. Lazımi texniki-texnoloji sənədləri işləyir. Sementləmə işlərinin yerinə yetirilməsində avadanlıq və nəqliyyat vasitələrinin səmərəli istismarını təmin edir. Quyuların möhkəmləndirilməsində yeni avadanlıq, material və texniki proseslərin texnoloji sınağını keçirir. Quyuların möhkəmləndirilməsi, qəza və çətinliklərin qarşısının alınması üzrə tədbirlərin tətbiqində iştirak edir. Quyuların möhkəmləndirilməsi sahəsində qabaqcıl təcrübəni öyrənir, ümumiləşdirir və yayır.



Bilməlidir: quyuların möhkəmləndirilməsi üzrə işlərin həyata keçirilməsinin təşkilinə dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər rəhbər materialları; quyuların sementlənməsi, möhkəmləndirilməsi üzrə texniki-texnoloji sənədlərin işlənməsi və tərtibi qaydalarını; quyuların möhkəmləndirilməsi üzrə işlərin aparılması texnologiyasını və onların konstruksiyalarını; quyuların möhkəmləndirilməsi aparılarkən istifadə olunan avadanlıq və texnikanın texniki xarakteristikalarını; quyuların sementlənməsində istifadə olunan sement, tamponaj məhlullarını, kimyəvi reagentlərin fiziki-kimyəvi xassələrini və onlara təsir edən amilləri; istifadə olunan materialların sərf normalarını, onların saxlanması və nəqli qaydalarını; quyuların möhkəmləndirilməsi üzrə yeni texnoloji proseslərin, yeni texnika və texnoloji avadanlığın sınağının keçirilmə metodikasını, quyuların möhkəmləndirilməsi üzrə qabaqcıl yerli və xarici təcrübəni; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə, ətraf mühitin mühafizəsi qayda və normalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya 6-cı dərəcəli texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı.



Quyuların sementlənməsi üzrə mühəndis

 

Əmək funksiyası. Quyuların sementlənməsi üzrə texnoloji prosesə rəhbərlik edir. Quyu xətlərinin sementlənməyə hazırlanmasına nəzarət edir, istismar kəmərləri ləvazimatlarının düzgün yerləşdirilməsini təmin edir. Sementləmə işlərini aparmaq üçün yerüstü kommunikasiyaların sazlığının yoxlanmasını və maddi-texniki vəsaitlərin hazırlanmasını təşkil edir. Texnoloji avadanlıqların səmərəli yerləşdirilməsini təmin edir, sement, sıxıcı maye və kimyəvi reagentlərin lazımi miqdarının hesabatını aparır. Quyuda gözlənilən maksimal təzyiqi və qoruyucu kəmərlərin sementlənməsi və sementləmə üzrə digər işlərin yerinə yetirilməsi üçün zəruri olan vaxtı təyin edir. Müvafiq texniki sənədləri işləyir və texnoloji intizama, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə nəzarəti həyata keçirir. Sementləmə işləri yerinə yetirilərkən nəqliyyat vasitələrinin düzgün istismarını təmin edir. İstismar kolonlarının sementlənməsi prosesində yaranan brakların ləğvində iştirak edir.



Bilməlidir: qazma işlərinin aparılmasına (quyuların möhkəmləndirilməsi) aid olan qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər rəhbər materialları; yatağın geoloji quruluşunu; geofiziki və hidrodinamik tədqiqat metodlarını, sementləmə işlərinin həyata keçirilmə texnologiyasını; qoruyucu kəmərlərin konstruksiyalarını; tətbiq olunan sement və materialları, onların sərf normalarını, saxlanılması və nəqli qaydalarını; quyuların sementlənməsi üzrə qabaqcıl yerli və xarici təcrübəni; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə, ətraf mühitin mühafizəsi qayda və normalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya 6-cı dərəcəli texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı.

 

Quyuların yoxlanması və sınağı üzrə mühəndis

 

Əmək funksiyası. Quyuların yoxlanması və sınağı texnologiyasını işləyir. Quyuların yoxlanması və sınağı üçün texniki vasitələrin hazırlanmasını təşkil edir. Quyuların yoxlanması və sınağı işlərinə illik planları tərtib edir və onların yerinə yetirilməsinə nəzarət edir. Quyuların yoxlanması, sınağı, perforasiyası və sement körpülərinin qoyulması üzrə işlərə bilavasitə rəhbərlik edir. Texniki sənədləri işləyir, təyin olunmuş uçot və hesabatları aparır. Zəruri hallarda quyuların yoxlanması və sınağı üzrə əlavə tədbirlər işləyir. Quyuların yoxlanması, sınağı, perforasiyası və sement körpülərinin qoyulmasında işlədilən nasos-kompressor boru kəmərlərinin hesabatını aparır, quyuların təchizat sxeminə nəzarət edir. Quyuların yoxlanması və sınağı prosesi üzrə qazma briqadalarının təcrübəsini ümumiləşdirir və onlar arasında qabaqcıl təcrübə mübadiləsini təşkil edir. Quyuların yoxlanması və sınağının təşkili və texnologiyasının təkmilləşdirilməsinə dair səmərələşdirici təkliflərin tətbiqi üzrə işlər aparır. Quyuların yoxlanması və sınağında təhlükəsizlik texnikasına riayət olunmasına nəzarət edir.



Bilməlidir: quyuların yoxlanması və sınağına dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər rəhbər materialları; işlərin aparılma texnologiyasını; geoloji-texniki naryadı; işlərin aparılmasını çətinləşdirən amilləri; quyuların möhkəmləndirilməsi konstruksiyalarını; avadanlıq, alət və ləvazimatların texniki xarakteristikalarını; onların istismar qaydalarını; quyuların yoxlanması və sınağı üzrə işlərin təşkilinə dair qabaqcıl yerli və xarici təcrübəni; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə, ətraf mühitin mühafizəsi qayda və normalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya 6-cı dərəcəli texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı.



Quyuların təmiri üzrə mühəndis

 

Əmək funksiyası. Quyuların təmiri üzrə plan tapşırıqlarının yerinə yetirilməsini təmin edir, quyuların yeraltı və əsaslı təmir briqadalarının işlərinin ahəngdarlığına nəzarət edir. Quyuların yeraltı və əsaslı təmirində istehsalat xidməti bazasının texnoloji əlaqədə olan sexlərinin işini təşkil edir və əlaqələndirir. Obyektlərin xüsusi texnika ilə vaxtında təmin olunmasına, onun səmərəli bölüşdürülməsinə və istifadə edilməsinə nəzarət edir. İstehsalat xidməti bazası sexlərinin sifarişlərinin vaxtında yerinə yetirilməsinə, briqadanın iş vaxtına və yerinə yetirilən iş həcminin uçotuna nəzarət edir. Sexlərin təşkilati-texniki, iş vaxtının itkiləri ilə mübarizə və payız-yaz daşqınlarına hazırlıq üzrə kompleks tədbirlər planlarının işlənməsində iştirak edir və onların yerinə yetirilməsinə nəzarət edir. Yeni texnikanın, səmərələşdirici təkliflərin, qabaqcıl təcrübənin tətbiqi üzrə işlər görür. Obyektlərdə qəzaların aradan qaldırılması üzrə işləri təşkil edir. Xüsusi texnikaya olan sifarişləri razılaşdırır. Avadanlıqlarda qəzaların, istehsalat zədələnmələrinin səbəblərinin araşdırılmasında iştirak edir və onların qarşısının alınması üzrə tədbirlər işləyir.



Bilməlidir: quyuların yeraltı və əsaslı təmirinin təşkili və texnologiyasına dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər rəhbər materialları; quyuların yeraltı və əsaslı təmiri üzrə işlərin texnologiyasını; quyuların yeraltı və əsaslı təmiri zamanı istifadə olunan avadanlıqların, alətlərin və texnikanın konstruktiv xüsusiyyətlərini və texniki xarakteristikalarını, təyinatı və iş rejimlərini, texniki istismar qaydalarını; xüsusi texnikaya, avadanlığa və alətlərə sifarişlərin tərtib olunma qaydalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya 6-cı dərəcəli texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı.



Qəza-xilasetmə işləri üzrə mühəndis

 

Əmək funksiyası. Qəza-xilasetmə əməliyyatlarının hazırlanması və keçirilməsinə operativ-texniki rəhbərliyi həyata keçirir. Xilasetmə işlərinin layihə-texniki sənədlərini və təşkili planını işləyir. Hər bir konkret halda xilasetmə əməliyyatlarının həyata keçirilməsi üçün qəza dəstələrinin heyəti və təchizatını müəyyən edir və onların qəza yerlərinə çıxışına hazır olmalarına nəzarət edir. Dəstənin (qrupun) işçiləri və texniki vasitələrinin qəza-xilasetmə işlərinin yerinə yetirilməsinə daimi hazırlığını təmin etmək üçün planlar və təşkilati tədbirlər işləyir, qəza-xilasetmə təlim və məşqlərində iştirak edir, nəzəri məşğələlər keçirir. Qəza-xilasetmə işləri yerinə yetirilərkən əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarət edir. Xilasetmə işinin gedişi haqqında rəhbərliyə məlumat verir, xilasetmə əməliyyatı üzrə işçi jurnalı aparır. Hesabat-texniki və maliyyə sənədlərini tərtib edir. Dəstənin (qrupun) fəaliyyət zonasında qəzaların uçotunu aparır, qəza-xilasetmə əməliyyatları təcrübəsini ümumiləşdirir və qəza-xilasetmə işləri texnologiyasının təkmilləşdirilməsi üzrə təkliflər işləyir. Dəstənin (qrupun) texniki təchizatının perspektiv inkişafı üzrə istehsalat planlarının və təkliflərin işlənməsində iştirak edir.



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin