AZƏrbaycan respublikasi əMƏk və ƏhaliNİn sosial müdafiƏSİ naziRLİYİNİn kollegiyasi



Yüklə 1,21 Mb.
səhifə8/17
tarix17.04.2017
ölçüsü1,21 Mb.
#14285
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

Bilməlidir: istehsalın planlaşdırılması və operativ idarə edilməsi məsələlərinə dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və başqa rəhbər materialları; neft rayonunun istehsal ehtiyatlarını; istehsal prosesinin texnika və texnologiyasını; əsas istehsala xidmət edən köməkçi sexlərin və bölmələrin ixtisaslaşmasını; istehsalın operativ uçotunun təşkilini; mühəndis-texniki işlərin mexanikləşdirilmə vasitələrini; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; neft və qaz sənayesi sahəsində yerli və xarici elmi-texniki nailiyyətləri və qabaqcıl müəssisələrin təcrübələrini; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnaməni və maddi həvəsləndirmə formalarını; əmək qanunvericiliyinin əsaslarını; ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyi; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və istehsalın operativ idarə edilməsi üzrə mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 5 il iş stajı.

14-cü dərəcə: II qrup müəssisədə PMTX rəisi vəzifəsini icra etdikdə ;

15-ci dərəcə: I qrup müəssisədə PMTX rəisi vəzifəsini icra etdikdə.

 

Rezervuar parkının rəisi



 

Əmək funksiyası. Rezervuar parkının istehsalat fəaliyyətinə rəhbərlik edir. Rezervuar parkı üzrə istehsal planının yerinə yetirilməsini təmin edir. Texnoloji prosesin düzgün aparılmasına nəzarəti həyata keçirir. Neft itkisinin azaldılması, reagentlərin, elektrik enerjisinin, materialların qənaətlə sərf edilməsi üzrə tədbirlərin yerinə yetirilməsini təşkil edir. Rezervuar, nasos, kommunikasiyaların düzgün texniki istismarını təmin edir. Cari və əsaslı təmir qrafiklərinin tərtib olunmasında iştirak edir və onların yerinə yetirilməsinə nəzarəti həyata keçirir. Qəza və istehsalat zədələnmələrinin qarşısının alınması üzrə tədbirlər işləyib hazırlayır və onların yerinə yetirilməsini təşkil edir. Parkın yanğından mühafizəsini təmin edir. Mürəkkəb və təhlükəli işlərə rəhbərlik edir. Avadanlıqların, mexanizmlərin vəziyyətinə və obyektlərdə əmək şəraitinə gündəlik nəzarəti həyata keçirir. Təhlükəsiz və sağlam əmək şəraitini təmin edir. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə, ətraf mühitin mühafizəsi norma və qaydalarına riayət edilməsinə nəzarəti həyata keçirir. İşlərin təhlükəsiz aparılması üzrə təlimatların işlənib hazırlanmasında və yenidən baxılmasında iştirak edir. Neftin qəbulu və tədarükü üzrə uçot və hesabatların tərtibini təşkil edir. Lazımi sənədlərin düzgün və vaxtında rəsmiləşdirilməsinə nəzarət edir. Ustaların, briqadaların işini əlaqələndirir. Parkın işçilərinin seçilməsi və səmərəli yerləşdirilməsini həyata keçirir. İşdə fərqlənən işçilərin mükafatlandırılması, istehsalat və əmək intizamını pozanların intizam məsuliyyətinə cəlb edilməsi barədə təkliflər verir. Yüksək iş nəticələrinin əldə olunmasında işçilərin yaradıcı təşəbbüs və fəallıq göstərməsi üçün şərait yaradır. Yaradıcı təşəbbüs və yenilikçiliyi müdafiə edir və onların yayılmasını təmin edir. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: rezervuar parkının istehsal-təsərrüfat fəaliyyətinə dair qərar, əmr, sərəncam və başqa rəhbər materialları; neftin hazırlanması və vurulması texnologiyasını; boru kəmərlərinin texnoloji sxemini, rezervuar parkının avadanlığını və onun istismar qaydalarını; rezervuar parkının texnoloji iş rejimini; nasos təsərrüfatını; xam və hazır neft üzrə standartları və texniki şərtləri; məhsulun qəbulu, saxlanması və tədarükü üzrə uçotu və nəzarəti; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri, maddi həvəsləndirmə formalarını; təsərrüfat hesabı metodlarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından və qazdan mühafizə norma və qaydalarını; əmək qanunvericiliyinin əsaslarını, yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını; kollektivin sosiologiyası və psixologiyasının əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 1 il iş stajı və ya orta ixtisas təhsili və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş stajı.

11-12-ci dərəcələr: I-II qrup müəssisədə rezervuar parkının rəisi vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq.

 

Təbiətin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə şöbəsinin rəisi

 

            Əmək funksiyası. Təbiətin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi üzrə tələblərin yerinə yetirilməsini təmin edir. Ətraf mühitin mühafizəsi sahəsində bütün plan tapşırıqlarının yerinə yetirilməsi üzrə işləri təşkil edir. Təbii sərvətlərdən səmərəli və qayğı ilə istifadə edilməsinə yönəldilmiş təşkilati-texniki tədbirlərin, müəssisənin texniki-iqtisadi inkişafı üzrə perspektiv və cari planların işlənib hazırlanmasında, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin planlaşdırılmasında iştirak edir və onların yerinə yetirilməsinə nəzarət edir. Təbiətin mühafizəsi üzrə işlərin təşkili və neft-mədən çirkab sularının təmizlənməsi sahəsində texniki tərəqqi məsələlərini müzakirə edir və müvafiq qərarlar qəbul edir. Yataqların işlənməsi, sahələrin abadlaşdırılması layihələrini təbii ehtiyatlardan səmərəli istifadə üzrə ekspertiza edir, təbii sərvətlərdən səmərəli istifadə edilməsində və təbiətin mühafizəsi sahəsində mütəxəssislərin, fəhlələrin öyrədilməsində və onların hazırlanmasında iştirak edir. Neft-mədən çirkab sularının təmizlənməsi və təbiətin mühafizəsi sahəsi üzrə struktur bölmələrin fəaliyyətini əlaqələndirir. Ətraf mühitin mühafizəsi sahəsində zəruri uçot və hesabatların tərtibini təşkil edir. Şöbənin işçilərinə rəhbərlik edir.



Bilməlidir: təbii sərvətlərdən səmərəli istifadə və təbiətin mühafizəsinə dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və başqa rəhbər materialları; müəssisənin inkişaf perspektivlərini; istehsal texnologiyasının əsaslarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; neft-mədən çirkab sularının təmizlənməsi və təbiətin mühafizəsi sahəsində yerli və xarici müəssisələrin qabaqcıl təcrübələrini, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını, əmək qanunvericiliyinin əsaslarını; ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyi, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və ixtisası üzrə mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 5 il iş stajı

13-cü dərəcə: II qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə;

14-cü dərəcə: I qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə.

 

Kirayə-təmir sexinin rəisi



 

Əmək funksiyası. Avadanlıqların təmiri və texniki xidmət üzrə sexin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik edir. Sexin istehsal fəaliyyətinə dair aylıq operativ planın işlənib hazırlanmasında iştirak edir. Sexin plan tapşırıqlarının təyin olunmuş müddətdə yerinə yetirilməsini təmin edir. Sexin ahəngdar işini, təmir işlərinin yüksək keyfiyyətini saxlamaqla onların dəyərinin azaldılmasını, əsas və dövriyyə fondlarından səmərəli istifadə olunmasını təmin edir. Avadanlıqların düzgün istismarına və fasiləsiz işinə, istismar avadanlıqlarının təmir-plan qrafiklərinin yerinə yetirilməsinə nəzarət edir. İstehsalat obyektlərinin vaxtında saz avadanlıqlarla komplektləşdirilməsini, işəsalma-sazlama işlərinin aparılmasını təşkil edir. Avadanlığın istismar tələblərinə uyğunluğu üzrə təhlilin aparılmasını təşkil edir. Quraşdırılmamış avadanlıqların və ehtiyat hissələrinin konservasiyası və saxlanılmasının düzgünlüyünə nəzarət edir. Keyfiyyətsiz avadanlıq və ehtiyat hissələrinin tədarükü ilə əlaqədar olaraq reklamasiyaların təqdim edilməsi üçün hazırlıq işləri görür. Brakın seçilib ayrılmasında və yararsız hala düşmüş avadanlıqların hesabdan silinməsi üçün aktların hazırlanmasında iştirak edir. Avadanlıqlarla əlaqədar qəzaların vaxtında təhqiq və ləğv edilməsini təmin edir, onların qarşısının alınması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Sexin avadanlıq, alət, material və xüsusi texnika ilə vaxtında təmin olunmasını təşkil edir və onlardan səmərəli istifadə olunmasını təmin edir. Maddi-texniki ehtiyatların qənaətlə işlədilməsi üzrə tədbirlərin işlənib hazırlanması və yerinə yetirilməsini təşkil edir. Yeni texnikanın və böyük əmək tutumlu proseslərin mexanikləşdirilməsi üzrə tədbirlərin yerinə yetirilməsini təşkil edir və yeni texniki vasitələrin sınağı üzrə rəylərin hazırlanmasında iştirak edir. Sexdə əməyin təşkilinin tətbiqi, təmir texnologiyasının təkmilləşdirilməsi, istehsal proseslərinin mexanikləşdirilməsi, qabaqcıl təcrübənin yayılması, səmərələşdiriciliyin və ixtiraçılığın inkişaf etdirilməsi, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması üzrə iş aparır. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə, ətraf mühitin mühafizəsi norma və qaydalarına riayət edilməsinə nəzarət edir. Ustaların işini əlaqələndirir. Sexin istehsal-təsərrüfat fəaliyyətinin nəticələrini təhlil edir. Təkrar ehtiyatların yığılması, saxlanması və təhvilini təmin edir. Sexə təhkim edilmiş avadanlıqların pasportlaşdırılmasını həyata keçirir. Sexdə uçot-hesabat və texniki sənədləşmənin aparılmasını təmin edir. Sexdə işçilərin seçilməsi və səmərəli yerləşdirilməsini həyata keçirir. Sex işçilərinin ixtisaslarının artırılması üzrə tədbirlər işləyib hazırlayır və tətbiq edir. İşdə fərqlənən işçilərin mükafatlandırılması, istehsalat və əmək intizamını pozanların intizam məsuliyyətinə cəlb edilməsi haqqında təkliflər verir. Yüksək iş nəticələrinin əldə olunmasında işçilərin yaradıcı təşəbbüs və fəallıq göstərməsi üçün şərait yaradır. Yaradıcı təşəbbüs və yenilikçiliyi müdafiə edir və onların yayılmasını təmin edir. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: sexin fəaliyyətinə aid olan qərar, əmr, sərəncam və başqa rəhbər sənədləri; təmir xidmətinin təşkilini; avadanlığın planlı təmiri haqqında əsasnaməni; təmir işlərinin texnologiyasını; xidmət olunan avadanlıqların texniki xarakteristikalarını, konstruktiv xüsusiyyətlərini və istismar göstəricilərini; avadanlığın təmiri, quraşdırılması və sınağı üzrə texniki şərtlər, normalar, standart və təlimatları; neft sənayesində iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; təsərrüfat hesabı metodlarını; texniki-iqtisadi və istehsal planlaşdırılmasının əsaslarını; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri, maddi həvəsləndirmə formalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını, əmək qanunvericiliyinin əsaslarını, yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını; kollektivin sosiologiyası və psixologiyasının əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş stajı və ya orta ixtisas təhsili və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 5 il iş stajı.

13-cü dərəcə: I - II qrup müəssisədə köməkçi sexdə II qrup sexin rəisi vəzifəsini icra etdikdə;

14-cü dərəcə: I - II qrup müəssisədə köməkçi sexdə I qrup sexin rəisi vəzifəsini icra etdikdə.

 

Üzən qazma qurğuları üzrə istehsalat şöbəsinin rəisi



 

Əmək funksiyası. Üzən qazma qurğularının perspektiv tikintisi üzrə tələbnamələr işləyir və baxılmaq üçün birliyin rəhbərliyinə təqdim edir. Üzən qazma qurğularına aid yerli və xarici avadanlıq və ehtiyat hissələri üçün sifarişlərin vaxtında tərtib edilməsinə nəzarət edir. Üzən qazma qurğuları və onların təchizatı üçün avadanlıqların layihələndirilməsi və hazırlanması üzrə texniki şərtlər və tapşırıqların işlənməsində iştirak edir, onların təhlükəsizlik standartları, qaydaları və normalarına uyğun olmasına nəzarət edir. Eskiz-texniki layihə işlərini nəzərdən keçirir və təhlil edir, layihə və işçi sənədləri razılaşdırır, layihə təşkilatlarına üzən qazma qurğularının istismar keyfiyyətlərinin yaxşılaşdırılması üzrə tövsiyələr verir. Üzən qazma qurğularının tikintisi üzrə müşahidə qrupu ilə qarşılıqlı fəaliyyət göstərir, müşahidə qrupu ilə üzən qazma qurğuları hazırlayan zavod arasında yaranan məsələləri həll edir. Üzən qazma qurğularının təhlükəsizlik standartları, qaydaları və normalarına uyğunluğuna diqqət yetirilməklə tikintidən istismara qəbul edilməsi üzrə dövlət komissiyalarının işində iştirak edir. Üzən qazma qurğularının istismarı üzrə xarici təcrübəni təhlil edir və ümumiləşdirir. Özüqalxan və yarımdalan qazma qurğularının təhlükəsizlik texnikası üzrə məqsədli yoxlanılmasını həyata keçirir. Avadanlıq və alətlərin yeni növlərinin sınağında iştirak edir, təhlükəsizliyin təmin olunmasını nəzərə almaqla onlara rəy verir. Əməyin təhlükəsizliyi üzrə daimi komissiyanın işində iştirak edir, əmək şəraitinin vəziyyətini yoxlayır və aşkar olunmuş nöqsanları aradan qaldırmaq üçün zəruri tədbirlər görür. Ağır və ya ölümlə nəticələnən qrup halında bədbəxt hadisələrin, I və II dərəcəli qəzaların araşdırılmasında (zəruri hallarda), onların qarşısının alınması üzrə tədbirlərin işlənilməsində iştirak edir. Üzən qazma qurğularının istismarı və təmir üzrə işlərin təhlükəsiz aparılması üçün təlimatların işlənib hazırlanmasını təşkil edir və bu işlərə rəhbərlik edir. Üzən qazma qurğularının istismarı və təmiri məsələlərinə dair yeni texnika və texnologiyanı, qabaqcıl təcrübəni öyrənir, onların tətbiqi üçün tədbirlər görür. Üzən qazma qurğularının etibarlı və uzunmüddətli işini təmin etmək məqsədilə əlaqədar istehsal bölmələrinin fəaliyyətlərini əlaqələndirir və istiqamətləndirir. Şöbənin işçilərinə rəhbərlik edir.

Bilməlidir: üzən qazma qurğularının istismarı və təmiri məsələlərinə dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər rəhbər materialları; müəssisənin inkişaf perspektivlərini; üzən qazma qurğularının növləri, istehsal gücləri, texniki xarakteristikaları və konstruktiv xüsusiyyətlərini; onların istismar və təmir qaydalarını; üzən qazma qurğularının istismarı və təmiri üzrə işlərin planlaşdırılma qayda və metodlarını; istehsalın texnologiyasının əsaslarını; üzən qazma qurğuları, onların istismarı və təmiri sahəsində yerli və xarici qabaqcıl təcrübəni; texniki sənədlərin tərtib edilməsi və rəsmiləşdirilməsi üzrə təlimat və başqa rəhbər materialları; əmək və idarəetmənin elmi təşkilinin, iqtisadiyyatın əsaslarını; təsərrüfat hesabı metodlarını; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, istehsalat sanitariyası və ətraf mühitin mühafizəsi üzrə qayda və normaları, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və ixtisası üzrə mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 5 il iş stajı.

14-cü dərəcə: II qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə;

15-ci dərəcə: I qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə.

 

Şəbəkə rayonunun rəisi



 

Əmək funksiyası. Elektrik qurğuları, yarımstansiyalar və elektrik ötürücü xətlərin etibarlı, təhlükəsiz və qənaətli işini təmin edir. Yarımstansiya avadanlıqları, bölüşdürücü qurğular və elektrik ötürücü xətlərin texniki vəziyyətinə nəzarəti, onların planlı təmirlərini və profilaktik sınaqlarını təmin edir. Şəbəkə rayonunun bütün fəaliyyət növləri üzrə təşkilati-texniki tədbirləri, cari və perspektiv planların hazırlanmasında iştirak edir. Şəbəkə rayonu hüdudlarında enerji obyektlərinin tikintisinə və onların vaxtında istismara verilməsinə nəzarəti həyata keçirir. Şəbəkə rayonunun ustaları üçün istehsal tapşırıqlarını müəyyən edir, onların işini əlaqələndirir və tapşırıqların yerinə yetirilməsinin uçotunu aparır. Elektrik avadanlıqları və elektrik şəbəkələrinin əsaslı təmiri üzrə illik planları işləyib hazırlayır. Mürəkkəb və təhlükəli işlərə bilavasitə rəhbərlik edir. Mühafizə vasitələrinin vaxtında sınaqdan keçirilməsinə və elektrik qurğularının onlarla komplektləşdirilməsinə nəzarəti həyata keçirir. Şəbəkə rayonu elektrik təsərrüfatının istismar ehtiyacları üçün zəruri olan materiallar, ehtiyat hissələri, alət və tərtibatlara sifarişləri hazırlayır. Elektrik avadanlıqlarının istismarı sahəsində yeni texnika və texnologiyanın tətbiqi üzrə tədbirlər yerinə yetirir. Avadanlıq, mexanizm, tərtibat və alətlərin saz vəziyyətdə olmasına və düzgün istismarına nəzarəti həyata keçirir. Ventilyasiya qurğuları və sistemlərinin fasiləsiz işinə, iş yerlərinin normal işıqlandırılması, çəpərləyici və qoruyucu qurğuların olmasına və saz vəziyyətdə saxlanılmasına nəzarəti həyata keçirir. Texnoloji rejim və reqlamentlərə, işlərin təhlükəsiz aparılması üzrə təlimat və qaydalara riayət edilməsinə nəzarəti həyata keçirir. Əmək şəraitinin yaxşılaşdırılması, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması, istehsal sanitariyası, və yanğına qarşı təhlükəsizlik tədbirlərini təyin olunmuş müddətdə yerinə yetirir. Elektrik qurğuları elektrik xəttinə qoşulan zaman istehlakçılar tərəfindən texniki şərtlərin yerinə yetirilməsinə nəzarəti həyata keçirir. İşlərin təhlükəsiz aparılması üzrə işçilərə təlim və xüsusilə təhlükəli işlərin yerinə yetirilməsi üçün tapşırıqlar verilərkən xüsusi təlimlər keçir. İşə yeni qəbul edilmiş fəhlələrin təcrübə keçməsinə daima nəzarət edir. İşlərin təhlükəsiz aparılması üzrə təlimatların işlənib hazırlanmasında və yenidən baxılmasında iştirak edir. Zərərçəkənlərə ilk tibbi yardım göstərilməsini, qəzaların, bədbəxt hadisələrin təhqiq edilməsini təşkil edir və onların təhqiqində iştirak edir, uçotunu aparır, qarşısının alınması üzrə tədbirlər işləyib hazırlayır. Elektrik təchizatı, rayona təhkim olunmuş avadanlıq və enerji obyektlərinin istismarı üzrə texniki sənədləşmənin aparılması və saxlanılmasını təmin edir. Kadrların seçilməsi, yerləşdirilməsi və onlardan səmərəli istifadə edilməsini həyata keçirir. İstehsalat və əmək intizamına, daxili əmək intizamı qaydalarına riayət olunmasına nəzarət edir. İşdə fərqlənən işçilərin mükafatlandırılması, istehsalat və əmək intizamını pozanların intizam məsuliyyətinə cəlb olunması barədə təkliflər verir. Müəyyən olunmuş hesabatları vaxtında tərtib edərək müvafiq ünvanlara təqdim edir. Yaradıcı təşəbbüs vəyenilikçiliyi müdafiə edir və onların yayılmasının təmin edir. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: müəssisədə enerji xidmətinin fəaliyyətinə dair qərar, sərəncam və əmrləri, digər rəhbər, metodiki və normativ materialları; sənaye müəssisələrində elektrik qurğularına təhlükəsiz xidmət və texniki istismar qaydalarını; elektrotexniki qurğuların quraşdırılması qaydalarını; neft sənayesində əməyin mühafizəsinin vahid idarəetmə sistemini, təhlükəsizlik texnikasının istismarı üzrə yerli təlimatları; NQÇİ-nin baş energetiki tərəfindən təsdiq olunmuş elektrik ötürücü xətlərinin və yarımstansiyaların planlı xəbərdarlıq təmiri qrafiklərini; elektrotexniki qurğuların həddən artıq gərginlikdən müdafiəsi üzrə rəhbər göstərişləri; sənaye energetikası və enerji nəzarəti üzrə dövlət müfəttişliyinin materiallarını; əsas və köməkçi avadanlıqların istismar xüsusiyyətlərini; avtomatik tənzimləmə qurğuları, texnoloji qoruyucular və nəzarət-ölçü cihazlarının rele müdafiələrinin prinsipial sxemlərini və iş prinsiplərini, həmçinin idarəetmə, xəbərdaretmə, daimi cərəyan xətlərinin əsas qidalanma sxemlərini; əsas və köməkçi avadanlıqların və kommunikasiya aparatlarının şəbəkə rayonu üzrə, eləcə də şəbəkə rayonuna mənsub olan avadanlıqların və tikililərin ərazi yerləşməsini; iqtisadiyyatın, əməyin təşkilinin və energetikanın əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; kollektivin sosiologiyası və psixologiyasının əsaslarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və ixtisası üzrə mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 5 il iş stajı.

12-13-cü dərəcələr: I-II qrup müəssisədə şəbəkə rayonunun rəisi vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq.

 

MÜTƏXƏSSİSLƏR

 

Arxiv işləri üzrə mütəxəssis

 

            Əmək funksiyası. Müəyyən olunmuş qaydada arxiv sənədlərinin istifadəsinin, saxlanmasının, mühafizə edilməsinin təminatı üzrə təşkilati funksiyaları yerinə yetirir. Müəyyən edilmiş qəbul qaydalarına riayət etməklə kargüzarlıq işləri başa çatmış arxiv sənədlərinin saxlanması üçün tədbir görür. Sənədlərin arxivə qəbul edilməsi zamanı onların düzgün formalaşdırılmasını və hazırlanmasını həyata keçirir. Sənədlərin nomenklaturasını işləyib hazırlayır. Mühafizə müddəti keçmiş arxiv sənədlərinin silinməsi və məhv edilməsi üzrə tərtib edilmiş aktların düzgünlüyünü yoxlayır. Daxili normativ və sərəncamverici sənədləri tərtib edir. Arxivin işi haqqında zəruri hesabatları hazırlayır və tərtib edir. Müəssisənin, təşkilatın arxiv bazası göstəricilərinin, qeydiyyat kartoçkalarının tərtibi və tətbiqini həyata keçirir. Dövlət orqanları və digər arxivlərlə qarşılıqlı əlaqə yaradır. Müəssisənin arxivində sənədlərin saxlanmasını təmin edir. Yazılı və şifahi müraciətlərə cavab hazırlayır. Arxiv xidmətinin kompüter təminatını həyata keçirir. Daxili əmək intizamı qaydalarına riayət edir.



Bilməlidir: arxiv işlərinin aparılması üzrə normativ hüquqi aktları, əsasnamələri, təlimatları və digər rəhbər materialları və sənədləri; arxivə verilən sənədlərin qəbulu və təhvili, onların istifadəsi və saxlanması  qaydalarını; arxiv işlərinin aparılmasının əsaslarını; arxiv xidmətinin vəzifə və funksiyalarını; arxivlərin iş qaydasını; arxivin fəaliyyət xüsusiyyətlərini; arxiv sənədlərinin təsnifatını; kargüzarlığı; arxiv işləri və kargüzarlıq üzrə qüvvədə olan normativ sənədləri; arxivə qəbul edilən sənədlərin saxlanması və istifadəsi qaydalarını; kompüter proqramlarının standart paketini; xidməti etiket qaydalarını; daxili əmək intizamı qaydalarını, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qoyulmadan orta ixtisas təhsili;

8-ci dərəcə: iş stajına tələb qoyulmadan ali təhsil; 

9-cu dərəcə: ali təhsil və 8-ci dərəcəli mütəxəssis vəzifəsində 2 ildən az olmayaraq iş stajı;

10-cu dərəcə: ali təhsil və 9-cu dərəcəli arxiv işləri üzrə mütəxəssis vəzifəsində 2 ildən az olmayaraq iş stajı;

11-ci dərəcə: ali təhsil və 10-cu dərəcəli arxiv işləri üzrə mütəxəssis vəzifəsində 2 ildən az olmayaraq iş stajı;

         12-ci dərəcə: ali təhsil və 11-ci dərəcəli arxiv işləri üzrə mütəxəssis vəzifəsində 2 ildən az olmayaraq iş stajı.

 

Avadanlıqların istismarı və təmiri üzrə mühəndis



 

Əmək funksiyası. Avadanlıq, mexanizm, nəqliyyat vasitələrini səmərəli yükləmək və düzgün istismar etməklə onların qəzasız, etibarlı işini təmin edir. Avadanlıqların təmiri və sınağının cari planlarının (qrafiklərinin) tərtib edilməsində iştirak edir. Təmir işlərinin keyfiyyətinin artırılması, avadanlıqların istismarının, onlara cari xidmətin yaxşılaşdırılması və təmirlərarası xidmət müddətinin uzadılması üzrə tədbirlərin işlənməsində iştirak edir. Təmir işlərinin keyfiyyətini yoxlayır, təmir müddətlərinin ixtisarı və onların dəyərinin azaldılması, hissə və qovşaqların dözümlülüyünün artırılması, brakın qarşısının alınması və avadanlığın təmir keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirlər işləyir. Mövcud avadanlıqların uçotunu aparır və onların təmiri və modernləşdirilməsindən sonra pasportlarda dəyişikliklər edir. Avadanlıqların əsaslı təmiri üçün podrat təşkilatları ilə müqavilələrin bağlanması üzrə materialları hazırlayır. Avadanlıqla əlaqəli qəzanın səbəblərinin təhqiqində iştirak edir və onların qarşısının alınması üzrə tədbirlər işləyir. Avadanlıqlardan istifadə göstəricilərini təhlil edir, onların istismar şərtlərini, həmçinin vaxtından əvvəl aşınma səbəblərini aşkar etmək məqsədilə ayrı-ayrı qovşaq və hissələri öyrənir, tez aşman hissələrin eskizlər albomunu aparır. Təmirlərin aparılması və avadanlıqların sınağı, istismar, texniki qulluq, üzrə təlimatlara riayət olunmasına nəzarəti həyata keçirir. Avadanlıqların təmiri üzrə normativ materialları (ehtiyat hissələrinin xidmət müddəti, növbəli və tezalışan hissələrin nomenklaturası, sürtgü materialları sərfinin normaları və s.) işləyir. Avadanlıqların plan təmirlərinin həyata keçirilməsinə, yükqaldırıcı mexanizmlərin yoxlanmasına və defektoskopiyaya daimi nəzarəti həyata keçirir. Təmir-istismar ehtiyacları üçün avadanlıq, ehtiyat hissə, sürtgü-yanacaq materialları, alət və digər materiallara tələbatı əsaslandırmaqla illik sifarişlərin tərtib olunmasında iştirak edir. Avadanlıqların təmiri və quraşdırılması üzrə yeni standart və texniki şərtlərin tətbiqi ilə əlaqədar tədbirlərin hazırlanmasında iştirak edir. Avadanlığın texniki vəziyyətinin yoxlanmasında və onun təmirdən qəbul olunmasında, həmçinin yeni alınmış avadanlığın qəbulunda iştirak edir, avadanlığın hesabdan silinməsi və ya başqa müəssisəyə verilməsi üçün müvafiq sənədləri tərtib edir. İstehsalın səmərəliliyinin artırılması üzrə tədbirlər işləyir və onların həyata keçirilməsində iştirak edir. Avadanlığın sıradan çıxmasına, hissələrin davamlılığına və onların aşınmasına nəzarət etməyə imkan verən texniki və uçot sənədləri sistemini tətbiq edir. Müəyyən olunmuş hesabatları tərtib edir.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin