AZƏrbaycan respublikasi əMƏk və ƏhaliNİn sosial müdafiƏSİ naziRLİYİNİn kollegiyasi



Yüklə 1,21 Mb.
səhifə2/17
tarix17.04.2017
ölçüsü1,21 Mb.
#14285
1   2   3   4   5   6   7   8   9   ...   17

II. Sualtı texniki işlər

 

Rəhbərlər

 


77

Baş dalğıc mütəxəssisi

15-16

115

 

Mütəxəssislər

78

Dalğıc mütəxəssisi

10-11

116

79

Böyük dalğıc mütəxəssisi

12-13

117

 

TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ

 

I. QUYULARIN QAZILMASI, NEFT VƏ QAZ HASİLATI



RƏHBƏRLƏR

 

Anbar təsərrüfatının müdiri

 

Əmək funksiyası. Müəssisə və təşkilatların və ya onun bölmələrinin anbar təsərrüfatına rəhbərlik edir. Maddi sərvətlərin anbara qəbulu, onların yerləşdirilməsi, saxlanılması, qorunması, mədaxil-məxaric və sair sənədlərin tərtib edilməsi, anbar əməliyyatları, rəsmiləşdirmə qaydalarının aparılmasına riayət edilməsini təmin edir. Müəyyən olunmuş hesabat-uçot və alınmış maddi sərvətlər haqqında məlumatları şirkətdə tətbiq olunan SAP ERP kompüter proqramı sisteminə daxil edir. Anbarda olan yanğına  qarşı vasitələrin alınıb lazımi yerdə quraşdırılmasına, köhnələrinin təmir olunmasına, anbar ərazisində olan avadanlıq və inventarların işlək vəziyyətdə saxlanılmasına nəzarət edir. Anbar ərazisində iş proseslərinin aparılması zamanı əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğına qarşı mühafizə, mülki müdafiə normaları və qaydalarına əməl edilməsini təmin edir. Maddi sərvətlərin inventarlaşdırılmasının aparılmasında iştirak edir. Anbar ərazisində işləyən işçilərin təhlükəsizlik deyimləri ilə təchiz edilməsini təmin edir. Anbarın qapalı otaqlarının, qapalı sahələrinin müasir siqnalizasiya sistemi ilə təchiz edilməsini təmin edir. İş vaxtının sonunda anbarın qapılarının möhürlənməsinə, siqnalizasiya sisteminin qoşulmasına nəzarət edir.

           Bilməlidir: anbar təsərrüfatının təşkilində əsasnamə, təlimat və digər normativ sənədləri; əmtəə-maddi sərvətlərə aid olan standart və texniki şərtləri; əmtəə-maddi sərvətlərin ölçüsünü, növünü, çeşidini və başqa keyfiyyət xüsusiyyətlərini, onların istifadəyə yararlılıq müddətini; yükləmə və boşaltma işlərinin təşkilini; əmtəə-maddi sərvətlərinin yerləşdirilməsi qaydalarını; kompüter avadanlıqları əsaslarını və şirkətdə tətbiq olunan SAP ERP kompüter proqramı sistemində işləməyi; əməyin mühafizəsi və təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.



Ödəniş dərəcələrinə ixtisas tələbləri:

12-ci dərəcə: əmək stajına tələb qoyulmadan ali təhsil;

13-cü dərəcə: ali təhsil və 12-ci dərəcəli mühəndis və ya anbar təsərrüfatının müdiri vəzifələrində  2 ildən az olmayaraq iş stajı;   

14-cü dərəcə:  ali təhsil və 13-cü dərəcəli anbar təsərrüfatının müdiri  vəzifəsində 2 ildən az olmayaraq iş stajı.



 

Avadanlıqların təmiri üzrə usta

(böyük usta da daxil olmaqla)

            Əmək funksiyası. Briqadaya avadanlıqların plan və plandan kənar təmiri, təmirlərarası xidməti üzrə rəhbərliyi həyata keçirir, operativ iş planlarının işlənib hazırlanmasında iştirak edir. Briqadalara və ayrı-ayrı fəhlələrə plana müvafiq olaraq istehsal tapşırıqlarını təyin edir. Briqadanın işini təşkil edir, təmirin qabaqcıl sistem və metodlarını tətbiq edir. Plan tapşırıqlarının yerinə yetirilməsini, istehsal güclərindən maksimal istifadə olunmasını, xammalın, materialların qənaətlə sərfini, fəhlələrin əmək məhsuldarlığının, yerinə yetirilən işlərin keyfiyyətinin sistematik olaraq yüksəldilməsini təmin edir. Avadanlıqların düzgün istismarına nəzarəti həyata keçirir. Briqadanın nəqliyyat vasitələri, qaldırıcı mexanizmlər, materiallar və alətlərə olan tələbatını müəyyən edir və onların səmərəli istifadə olunmasını təmin edir. Mürəkkəb və xüsusi təhlükəli təmir işlərinin yerinə yetirilməsində iştirak edir. Təkrar ehtiyatların yığılması, saxlanılması üzrə tədbirlərin yerinə yetirilməsini təmin edir. Fəhlələrə istehsalat təlimi keçirilməsini həyata keçirir. Vaxt (istehsal) normalarına, qiymətlərə yenidən baxılması haqqında təkliflər verir. Təmir işlərinin keyfiyyətini yoxlayır, təmir müddətinin və onların dəyərinin azaldılması, qovşaq və hissələrin davamlılığının yüksəldilməsi, brakların qarşısının alınması və təmirin keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirləri həyata keçirir. Əməyin qabaqcıl metod və üsullarının, iş yerlərinin attestasiyası və təkmilləşdirilməsinin, əməyin elmi təşkilinin başqa elementlərinin tətbiqini təşkil edir. Yeni növ avadanlıqların, diaqnostika vasitələrinin, qurğuların və yüksək əmək tutumlu proseslərin mexanikləşdirilməsi üçün vasitələrin tətbiqini təşkil edir. Qabaqcıl təcrübənin, təşəbbüskarlığın yayılmasına, yaradıcı təşəbbüslərin inkişafına, səmərələşdirici təklif və ixtiraların tətbiqinə kömək edir. İstehsalat ehtiyatlarının aşkar edilməsi, əlverişli iş şəraitinin yaradılması üzrə işlərin həyata keçirilməsində iştirak edir. Briqadada təsərrüfat hesabını tətbiq edir. İstehsal-təsərrüfat fəaliyyətinin nəticələrini təhlil edir. Əmək haqqı və mükafatlandırma sistemlərinin düzgün və səmərəli tətbiqini təmin edir. İş vaxtı, əmək haqqı, boşdayanmaların uçotu üzrə ilkin sənədlərin düzgün və vaxtında rəsmiləşdirilməsini təmin edir. Maddi-texniki ehtiyatların sərfinin, istismar avadanlıqlarının işinin uçotunu təşkil edir. Fəhlələrin işlə səmərəli yüklənməsini təşkil edir. Briqadaların formalaşdırılmasını həyata keçirir. Fəhlələr tərəfindən istehsalat və əmək intizamına, daxili əmək nizam-intizam qaydalarına, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, istehsalat sanitariyası norma və qaydalarına riayət olunmasına ciddi nəzarət edir. İşdə fərqlənən fəhlələrin mükafatlandırılması və ya istehsalat və əmək intizamını pozanların intizam məsuliyyətinə cəlb edilməsi, həmçinin tarif-ixtisas sorğu kitabçasına əsasən fəhlələrə dərəcələrin verilməsi haqqında təkliflər verir. Fəhlələrin peşə ustalıqlarının və ixtisaslarının artırılması, onlara ikinci və bir-birini əvəz edən bir neçə peşələrin öyrədilməsi, himayəçiliyin inkişafı üzrə işləri təşkil edir. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: sahələrin istehsal-texniki və təsərrüfat fəaliyyətinə dair qərar, əmr, sərəncam və başqa rəhbər materialları; müəssisədə təmir xidmətinin təşkilini; müəssisənin və sahənin avadanlıqlarının texniki xarakteristikaları, konstruktiv xüsusiyyətləri, təyinatları və iş rejimlərini; təmir işlərinin texnologiyasını; avadanlıqların təmiri, quraşdırılması və sınağı üzrə texniki şərtləri, norma, standart və təlimatları; iqtisadiyyatın, istehsalın və əməyin təşkilinin, texniki-iqtisadi və istehsal planlaşdırılmasının əsaslarını; təsərrüfat hesabı metodlarını; əməyin ödənilməsi və maddi həvəsləndirmə haqqında qüvvədə olan əsasnamələri; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası norma və qaydalarını; kollektivin sosiologiya və psixologiyasının əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və istehsalatda ən azı 1 il iş stajı və ya orta ixtisas təhsili və istehsalatda ən azı 3 il iş stajı. İxtisas təhsili olmadıqda - istehsalatda ən azı 5 il iş stajı,

8-10-cu dərəcələr: I-II qrup müəssisədə avadanlıqların təmiri üzrə usta vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq;

11-12-ci dərəcələr: I-II qrup müəssisədə avadanlıqların təmiri üzrə böyük usta vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq.

Vışkaquraşdırma sexinin rəisi

 

Əmək funksiyası. Sexin istehsalat-təsərrüfat fəaliyyətinə rəhbərliyi həyata keçirir. Vışka inşası və quraşdırılması üzrə plan tapşırıqlarının yerinə yetirilməsini və vışkaquraşdırma briqadalarının ahəngdar işini təmin edir. Avadanlıqların düzgün texniki istismarını və onların təmir qrafiklərinin yerinə yetirilməsini təmin edir. Əməyin elmi təşkilinin tətbiqi, istehsalın təşkilinin, onun texnologiyasının təkmilləşdirilməsi, tikinti-quraşdırma işlərinin mexanikləşdirilməsi, buruqların tikilmə müddətlərinin azaldılması və keyfiyyətinin yüksəldilməsi üzrə işlər görür. Vışka inşası üzrə istehsal planlarının yerinə yetirilməsini təmin edən təşkilati-texniki tədbirlərin işlənib hazırlanması və tətbiqini təşkil edir. Payız-qış və daşqın dövrlərində işlərə hazırlıq üzrə tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir. Təsərrüfat hesabının inkişafı və möhkəmləndirilməsi üzrə işləri həyata keçirir. Təhlükəsiz və sağlam əmək şəraitini təmin edir. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə, ətraf mühitin mühafizəsi norma qaydalarına riayət edilməsinə nəzarəti həyata keçirir. Əməyin normalaşdırılmasının təkmilləşdirilməsi üzrə işləri təşkil edir. Sexin təsərrüfat fəaliyyətinin nəticələrini təhlil edir. İş icraçıları, mexaniklər, ustalar və sex xidmətlərinin işlərini əlaqələndirir. İşçilər tərəfindən istehsalat və əmək intizamına, daxili əmək nizam-intizam qaydalarına riayət edilməsinə nəzarət edir. İşdə fərqlənən işçilərin mükafatlandırılması, istehsalat və əmək intizamını pozanların intizam qaydasında cəzalandırılması haqqında təkliflər verir. Sex üzrə təyin edilmiş hesabatların vaxtında tərtib və təqdim olunmasını təmin edir. Yüksək iş nəticələrinə nail olunmasında işçilərin yaradıcı təşəbbüs və fəallıq göstərməsi üçün şərait yaradır. Yaradıcılığı, təşəbbüskarlığı və yenilikçiliyi müdafiə edir və onların yayılmasını təmin edir. Kollektivdə tərbiyəvi iş aparır.



Bilməlidir: sexin fəaliyyətinə dair yuxarı orqanların qərar, sərəncam və əmrlərini, metodiki, normativ və başqa rəhbər materialları; vışkaların inşası və sökülməsi işinin təşkilini və texnologiyasını; tikilən vışkalara qoyulan texniki tələbləri; iş görülən zaman istifadə olunan qazma avadanlıqları və xüsusi texnikanın texniki xarakteristikalarını və konstruktiv xüsusiyyətlərini; neft sənayesi iqtisadiyyatının, istehsalın, əməyin və idarəetmənin əsaslarını; istehsalın planlaşdırılması əsaslarını, təsərrüfat hesabı metodlarını; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını; kollektivin sosiologiya və psixologiyasının əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş stajı və ya orta ixtisas təhsili və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 5 il iş stajı.

13-cü dərəcə: I-II qrup müəssisədə köməkçi sexdə II qrup sex rəisi vəzifəsini icra etdikdə;

14-cü dərəcə: I-II qrup müəssisədə köməkçi sexdə I qrup sex rəisi vəzifəsini icra etdikdə.

Buxar-su təchizatı sexinin rəisi

 

            Əmək funksiyası. Bütün istehsalat obyektlərinin buxar və texniki su ilə fasiləsiz təchiz edilməsi üzrə sexin dəqiq işini təmin edir. Sexin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik edir. Plan tapşırıqlarının təyin olunmuş müddətdə yerinə yetirilməsini təmin edir. İstehsal planlarının yerinə yetirilməsini təmin edən təşkilati-texniki tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Bina, qurğu, avadanlıq və kommunikasiyaların qüvvədə olan qayda və təlimatlara müvafiq istismarını və onların təmir qrafikinin yerinə yetirilməsini təmin edir. İşəsalma-sazlama işlərinin aparılması və istismara verilən istilik enerjisi avadanlıqları və kommunikasiyalarının sınanması keyfiyyətinə, istilik enerjisi, yanacaq, elektrik enerjisi və materialların sərfinə nəzarəti həyata keçirir. İstehsalın təmin edilməsi üçün zəruri olan alət, avadanlıq və maddi-texniki vasitələrin alınması üçün sifarişlərin tərtib olunmasında iştirak edir. Sexin avadanlıqlarla, yanacaqla təmin olunmasını və onlardan səmərəli istifadə edilməsini təşkil edir. İstehsal fondlarından istifadənin səmərəliliyinin yüksəldilməsi üzrə tədbirlər görür. Sexin istehsal-təsərrüfat fəaliyyətinin nəticələrini təhlil edir. Avadanlıqların pasportlaşdırılmasını, istismarda olmasının, hərəkətinin və texniki vəziyyətinin uçotunun aparılmasını təşkil edir. İstehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, təmir texnologiyasının təkmilləşdirilməsi üzrə iş aparır. Təhlükəsiz və sağlam iş şəraitini təmin edir. Briqadaların işini əlaqələndirir. Kadrların seçilməsi, yerləşdirilməsi və onlardan səmərəli istifadə olunmasını həyata keçirir. İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə qayda və normalarına, istehsalat və əmək intizamına, daxili əmək intizamı qaydalarına riayət olunmasına nəzarət edir. İşdə fərqlənən işçilərin mükafatlandırılması, istehsalat və əmək intizamını pozanların intizam qaydasında cəzalandırılması haqqında təkliflər verir. Sex üzrə təyin edilmiş hesabatların vaxtında tərtib və təqdim olunmasını təmin edir. Yüksək iş nəticələrinin əldə olunmasında işçilərin yaradıcı təşəbbüs və fəallıq göstərməsi üçün şərait yaradır. Yaradıcı təşəbbüs və yenilikçiliyi müdafiə edir və onların yayılmasını təmin edir. Kollektivdə tərbiyəvi iş aparır.



Bilməlidir: müəssisədə istilik və su təchizatının təşkili qaydalarını, tətbiq olunan istilik texnikası və su-nasos avadanlıqlarının texniki xarakteristikalarını; sexin fəaliyyətinə aid olan təşkilati sərəncamverici sənədləri; qazanxana nəzarətinə aid rəhbər materialları; texniki istismar qaydalarını; sexin bina, qurğu və avadanlıqlarının istismarında təhlükəsizlik texnikası qaydalarını; təsərrüfat hesabı metodlarını; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri, maddi həvəsləndirmə formalarını; iqtisadiyyatın, istehsalın və əməyin təşkilinin əsaslarını; ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; kollektivin sosiologiya və psixologiyasının əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş stajı və ya orta ixtisas təhsili və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 5 il iş stajı.

13-cü dərəcə: I-II qrup müəssisədə köməkçi sexdə II qrup sex rəisi vəzifəsini icra etdikdə;

14-cü dərəcə: I-II qrup müəssisədə köməkçi sexdə I qrup sex rəisi vəzifəsini icra etdikdə.

Boru-alət meydançasının rəisi

 

            Əmək funksiyası. Meydançanın istehsal-təsərrüfat fəaliyyətinə rəhbərliyi həyata keçirir. Təyin edilmiş tapşırıqların yerinə yetirilməsinə nəzarət edir. Yükqaldırma mexanizmləri və nəqliyyat vasitələrinə gündəlik tələbatı planlaşdırır və onlar üçün sifarişlər tərtib edir. Yüklərin əsas istehsalat obyektlərinə çatdırılmasına nəzarət edir. Əsas istehsalat briqadalarının material, alət və ehtiyat hissələri ilə təmin olunmasını təşkil edir və onlara nəzarət edir. Endirmə-qaldırma alətləri, ləvazimatlar, bərkidici məmulatların və s. vaxtında təmiri və hazırlanmasını təşkil edir. Mürəkkəb və təhlükəli işlərə bilavasitə rəhbərlik edir. Avadanlıq, mexanizm, ləvazimat və alətlərin vəziyyətinə, onların düzgün saxlanmasına və istismarına nəzarəti həyata keçirir. Alətlər meydançasında əməyin elmi təşkilinin tətbiqi, yükləmə-boşaltma işlərinin mexanikləşdirilməsi, kollektivdə səmərələşdiriciliyin və ixtiraçılığın inkişaf etdirilməsi üzrə iş aparır. Meydançanın işçiləri tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə, ətraf mühitin mühafizəsi norma və qaydalarına riayət edilməsinə nəzarəti həyata keçirir. Bədbəxt hadisələrin təhqiq edilməsində və onların qarşısının alınması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Ehtiyat hissələri, alət və materiallar üzrə qüvvədə olan sərf normalarına yenidən baxılmasında, daha mütərəqqi normaların işlənib hazırlanmasında iştirak edir. Alət meydançasının təsərrüfat fəaliyyətini təhlil edir. Qara və əlvan metal tullantılarının yığılması və təhvil verilməsini təmin edir. Quyuların təmiri və mənimsənilməsi üçün zəruri olan endirmə-qaldırma və başqa alətlərin, onların hərəkəti və texniki vəziyyətinin uçota alınmasını təmin edir. Yararsız hala düşmüş alətlərin və avadanlıqların çıxdaş edilməsi və hesabdan silinməsini təşkil edir. Meydançada işçilərin seçilməsini və səmərəli yerləşdirilməsini, yeni işçilərin təcrübə keçməsini həyata keçirir. İşçilərin istehsalat və əmək intizamına nəzarət edir. İşdə fərqlənən işçilərin mükafatlandırılması, istehsalat və əmək intizamını pozanların intizam qaydasında cəzalandırılması haqqında təkliflər verir. Meydança üzrə təyin olunmuş hesabatların vaxtında tərtib və təqdim olunmasını təmin edir. Yüksək iş nəticələrinin əldə olunmasında işçilərin yaradıcı təşəbbüs və fəallıq göstərməsi üçün şərait yaradır. Kollektivdə tərbiyəvi iş aparır.



Bilməlidir: alət meydançasının fəaliyyətinə dair qərar, əmr, sərəncam, təlimat və başqa rəhbər materialları; alət meydançasının istehsal güclərini, meydançanın avadanlıqlarını və onların istismar qaydalarını; əsas istehsalın təşkili, iqtisadiyyatı, texnologiyasının əsaslarını; qüvvədə olan əməyin ödənilməsi haqqında əsasnamələri və maddi həvəsləndirmə formalarını; təsərrüfat hesabı metodlarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və mühəndis-texniki vəzifələrdə ən azı 1 il iş stajı və ya orta ixtisas təhsili və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş stajı.

11-12-ci dərəcələr: I-II qrup müəssisədə boru-alət meydançasının rəisi vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq.



Qazma üzrə texnoloji şöbənin rəisi

 

Əmək funksiyası. Qazma rejiminin optimal parametrlərinin və səmərəli qazma üsullarının təyin edilməsi üzrə texnoloji tövsiyələrin işlənib hazırlanmasına rəhbərlik edir. İstehsalatın inkişafı üzrə cari və perspektiv planların işlənib hazırlanmasında iştirak edir. Qazmanın texnoloji proseslərinin təkmilləşdirilməsi üzrə ən perspektiv istiqamətləri təyin edir. Quyuların qazma texnologiyasına riayət edilməsinə, qazma üzrə işlərin keyfiyyətlə aparılmasına nəzarəti, quyuların möhkəmləndirilməsi və mənimsənilməsi üzrə işləri təşkil edir. Bəzi mürəkkəb və yeni texnoloji proseslərə bilavasitə obyektlərdə rəhbərlik edir. Texnoloji sənədlərin işlənib hazırlanmasına və istehsalatın onlarla təmin edilməsinə nəzarəti və rəhbərliyi həyata keçirir. Texnoloji proseslərin təshih edilməsi ilə əlaqədar olaraq texniki sənədlərdə edilən dəyişiklikləri gözdən keçirir. Qazma göstəricilərinin yüksəldilməsi, qəzaların və çətinliklərin qarşısının alınması və onların ləğv edilməsinə sərf olunan vaxtın azaldılması üzrə texnoloji tədbirlərin işlənib hazırlanmasına rəhbərlik edir, onların yerinə yetirilməsinə nəzarət edir. Qazma sahələri və qazma intervalları üzrə ən səmərəli quyu dibi mühərrik növlərinin tətbiqi üzrə tövsiyələrin işlənib hazırlanmasını təşkil edir. Yeni qazma texnologiyası və texnikasının tətbiqi üzrə cari və perspektiv planların işlənib hazırlanmasında iştirak edir. Yuyucu mayelərin hazırlanması, emalı və ağırlaşdırılmasının təkmilləşdirilməsi üzrə parametrlərin və resepturaların işlənib hazırlanmasına rəhbərlik edir. Yeni texnikanın, materialın və texnoloji proseslərin sənaye sınağını təşkil edir. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, təbiətin və ətraf mühitin mühafizəsi üzrə norma və qaydalara riayət edilməsinə nəzarəti həyata keçirir. Ağır bədbəxt hadisələrin təhqiq edilməsi üzrə komissiyanın işində iştirak edir. istehsalatın texniki hazırlığını təmin edən bölmələrin fəaliyyətini əlaqələndirir. Şöbənin işçilərinə rəhbərlik edir.



Bilməlidir: neft yataqlarının işlədilməsi sahəsində yuxarı orqanların əmr, qərar və sərəncamlarını, metodiki, normativ və başqa rəhbər materialları; istehsalatın texniki inkişaf perspektivlərini; quyuların qazma texnologiyasını; qazmada istehsalın texnoloji hazırlığının təşkilini; avadanlıqların iş rejimini və istehsal gücünü; texnoloji proseslərin layihələndirilməsində əməyin elmi təşkili tələblərini; texniki sənədlərin tərtib edilməsi və rəsmiləşdirilməsi üzrə təlimatları və başqa rəhbər materialları; qazma texnikası və texnologiyası sahəsində yerli və xarici müəssisələrin qabaqcıl təcrübəsini; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyi, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və neft sənayesində ixtisası üzrə mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 7 il iş stajı.

14-cü dərəcə: II qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə;

15-ci dərəcə: I qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə.

Qazma üzrə texniki-istehsalat şöbəsinin rəisi

 

            Əmək funksiyası. Qazma üzrə təyin olunmuş planın yerinə yetirilməsinə rəhbərliyi həyata keçirir. Qazma proseslərinin daha da təkmilləşdirilməsi üzrə tapşırıqların və qazmaişlərinin aparılması üzrə cari və perspektiv planların işlənib hazırlanmasında iştirak edir. Müəssisənin material-texniki təchizat planlarının işlənib hazırlanmasına rəhbərlik edir. Qazma dəzgahlarının səmərəli hərəkəti və quyuların tikilmə qrafiklərinin işlənib hazırlanmasına rəhbərlik edir. Briqada, sahə, sexlər üzrə istehsalat proqramlarının və təqvim qrafiklərinin işlənib hazırlanmasına rəhbərlik edir. Bu planların və operativ qrafiklərin yerinə yetirilməsinə müntəzəm nəzarəti təşkil edir. Başa çatmamış tikinti həcminin azaldılması, quyuların sifarişçiyə təhvili üzrə işlərə rəhbərliyi həyata keçirir. Müəssisənin payız-qış, daşqın dövrlərində işə hazırlanması və ətraf mühitin çirklənməsinin qarşısının alınması üzrə texniki-təşkilati tədbirlərin işlənib hazırlanmasına rəhbərlik edir.



Yataqların işlənməsi və onların abadlaşdırılması plan qrafiklərinin tərtib olunmasında, neft və qazın sənaye işlənməsi üçün kəşfiyyat sahələri və yataqlarının qəbulunda iştirak edir. Müəssisənin torpaqların təmizlənməsi, rekultivasiyası və onların kənd təsərrüfatı müəssisələrinə təhvil verilməsi işlərinə nəzarət edir. Neft və qaz quyularının qazılması işləri üzrə istehsalat göstəricilərini təhlil edir. İstehsalatın texniki sənəd, material, avadanlıq, alət və s. ilə vaxtında təmin edilməsinə operativ nəzarəti təşkil edir.

Material-texniki ehtiyatların qənaəti üzrə texniki-təşkilati tədbirlər işləyib hazırlayır; materialların qənaətlə işlədilməsinə nəzarəti təşkil edir. İstehsalın texnologiyasının, təşkilinin yaxşılaşdırılması və əmək məhsuldarlığının yüksəlməsinə imkan yaradan elmi tapıntı, ixtira, qabaqcıl təcrübənin aşkar edilməsi və mənimsənilməsi üzrə işlər aparır. Ağır və qrup halında olan bədbəxt hadisələrin təhqiq edilməsi üzrə işlərdə iştirak edir. Qazma işlərinin idarə edilməsi və əməyin elmi təşkili üzrə planların işlənib hazırlanmasında iştirak edir. Quyuların qazılması sahəsində istehsalat vahidlərinin fəaliyyətini uyğunlaşdırır. Zəruri statistik hesabatların vaxtında və keyfiyyətlə tərtib olunmasını təşkil edir. Şöbənin işçilərinə rəhbərlik edir.



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin