AZƏrbaycan respublikasi əMƏk və ƏhaliNİn sosial müdafiƏSİ naziRLİYİNİn kollegiyasi



Yüklə 1,21 Mb.
səhifə6/17
tarix17.04.2017
ölçüsü1,21 Mb.
#14285
1   2   3   4   5   6   7   8   9   ...   17

Bilməlidir: partiyanın istehsal-təsərrüfat fəaliyyətinə dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və başqa rəhbər materialları; quyularda geofiziki tədqiqatların və deşmə-partlayış işlərinin aparılması texnikasını və metodlarını; geofiziki tədqiqat materiallarının qəbulu və keyfiyyətinin qiymətləndirilməsi üzrə təlimatları; tətbiq olunan geofiziki tədqiqat materiallarının qəbulu və keyfiyyətinin qiymətləndirilməsi üzrə təlimatları; tətbiq olunan geofiziki, deşmə-partladıcı aparatura və avadanlığın texniki xarakteristikalarını və onların istismar qaydalarını, sənədlərin (işlərin yerinə yetirilməsi haqqında aktlar, naryad-putyovka, iş vaxtı balansı və s.) rəsmiləşdirilməsi qaydalarını; briqadada təsərrüfat hesabı metodlarını; işlərin yerinə yetirilməsi zamanı tətbiq olunan materialları və onların saxlanma qaydalarını; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə norma və qaydalarını; deşmə-partlayış işləri görülən, radioaktiv maddələrlə işləyən zaman təhlükəsizlik qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş stajı və ya orta ixtisas təhsili və ixtisası üzrə ən azı 5 il iş stajı.

12-13-cü dərəcələr: I-II qrup müəssisədə mədən geofizika partiyasının rəisi vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq.

 

Mərkəzi mühəndis-texnoloji xidmətinin (MMTX) rəisi

 

Əmək funksiyası. Neft və qazçıxarma üzrə istehsal planının verilmiş texnologiyaya müvafiq olaraq quyuların tikintisinin plan-qrafikinin yerinə yetirilməsini təmin edir. İşçi agentin məhsuldar laylara vurulması, neftin və qazın hazırlanması və verilməsi üzrə istehsalat tapşırıqlarının bölmələr tərəfindən yerinə yetirilməsinə operativ nəzarəti həyata keçirir. Rayon mühəndis-texnoloji xidmətlərin işlərini təhlil edir. Əsas istehsalın gedişinə, istehsal prosesinin müəyyən olunmuş rejim və qrafiklərdən kənara çıxması, qəza və çətinliklərin baş verməsi səbəblərinin aydınlaşdırılmasına operativ nəzarət edir və onların aradan qaldırılması üçün zəruri tədbirlər görür. Neft və qaz quyuları fondunun vəziyyətinə və istifadə edilməsinə nəzarət edir. Quyuların boşdayanmadan vaxtında istismara verilməsi üzrə tədbirlərin işlənib hazırlanmasına və tətbiqinə rəhbərliyi həyata keçirir. Mühəndis-texnoloji xidmətlərin, həmçinin əsas və köməkçi istehsal sexlərinin əlaqəli işini təmin edir. Birliyin müəssisələrinin funksional şöbələri və xidmətləri ilə birlikdə istehsal obyektlərinin texnoloji iş rejimlərini, plan və tapşırıqların operativ təshih edilməsini həyata keçirir. Operativ planların, plan tapşırıqlarının yerinə yetirilməsinin təmin edilməsi üzrə texniki-təşkilati tədbirlərin işlənib hazırlanmasında iştirak edir və onların yerinə yetirilməsinə nəzarət edir. İdarə rəhbərliyini təşkilati-texniki tədbirlərin və iş planının yerinə yetirilmə nəticələri haqqında gündəlik məlumatlarla təmin edir. Qəza obyektlərinə işçi qüvvəsi, mexanizm və nəqliyyatın göndərilməsi məsələlərini həll edir. Qəzaların və çətinliklərin tədqiq edilməsində iştirak edir. Qazılmış və mənimsənilmiş quyuların istismara verilməsi üzrə işləri təşkil edir, onların yerinə yetirilməsinə nəzarət edir. Qazma və buruqquraşdırma briqadaları üçün normal istehsalat-məişət şəraitinin yaradılmasını təşkil edir və ona nəzarət edir. Əsas istehsalatın material, avadanlıq, alət və nəqliyyatın bütün növləri ilə vaxtında təmin olunmasını təşkil edir. Payız-qış və daşqın dövrlərinə hazırlıq işləri üzrə tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir. Əməyin, istehsalın və idarəetmənin elmi təşkili üzrə planların işlənib hazırlanmasında iştirak edir. Mühəndis-texnoloji xidmət işçilərinin seçilməsi və səmərəli yerləşdirilməsini həyata keçirir. Xidmətin işçilərinə rəhbərlik edir.



Bilməlidir: istehsalın planlaşdırılması və operativ idarə edilməsi məsələlərinə dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və başqa rəhbər materialları, müəssisədə istehsalın planlaşdırılmasının təşkilini və istehsalın inkişaf perspektivlərini; müəssisənin istehsal gücünü; sexlərin və bölmələrin ixtisaslaşmasını və onlar arasındakı istehsal əlaqələrini; istehsal proseslərinin texnologiyasını; istehsalın operativ uçotunun təşkilini; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını, neft və qaz sənayesi sahəsində yerli və xarici elmi və texniki nailiyyətləri və qabaqcıl təcrübəni, ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və istehsalın operativ idarə edilməsi üzrə mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 5 il iş stajı.

15-ci dərəcə: II qrup müəssisədə MMTX rəisi vəzifəsini icra etdikdə;

16-cı dərəcə: I qrup müəssisədə MMTX rəisi vəzifəsini icra etdikdə.

 

Mühəndis-texnoloji xidmətin növbə rəisi

 

Əmək funksiyası. İşlərin istehsal prosesinin təyin edilmiş texnologiyasına müvafiq yerinə yetirilməsini təmin edir. Əsas istehsalatın ahəngdar işinin və quyuların tikintisi plan-qrafikinin yerinə yetirilməsi üzrə istehsalat briqadalarının, neft və qazçıxarma, lay təzyiqinin saxlanılması, neftin hazırlanması və vurulması sexlərinin, istehsalat xidməti bazasının fəaliyyətinə rəhbərlik edir. İstehsalat xidməti bazası, lay təzyiqinin saxlanılması sexlərinin iş həcmlərinin operativ planlaşdırılmasını həyata keçirir, onların yerinə yetirilməsinə nəzarət edir. Köməkçi bölmə və xidmətlərin əlaqəli fəaliyyətini təşkil etməklə, neft və qazçıxarma, quyuların mənimsənilməsi (sınanması), qazmada istehsal prosesləri gedişinin pozulmasının qarşısını almaq üçün tədbirlər görür. Quyu fondunun vəziyyətinə daimi nəzarəti həyata keçirir və onların vaxtında istismara verilməsi üzrə tədbirlər görür. İstehsalat obyektlərinin avadanlıq, material, alət, ehtiyat hissələri və nəqliyyatın bütün növləri ilə təmin olunmasına nəzarət edir. Quyunun sınaqdan keçirilməsi üzrə işləri təşkil edir. Nəqliyyatın birinci növbədə hara ayrılmasını operativ qaydada təyin edir. Müəssisənin sexlərində xüsusi texnikadan və nəqliyyatdan səmərəli istifadə edilməsinə və istehsal briqadalarının vaxtında obyektlərə göndərilməsinə nəzarət edir. Quyuların tikinti plan-qrafikinin və hasilat planının yerinə yetirilmə nəticələri haqqında gündəlik məlumatların tərtib edilməsini təşkil edir. Qəza və maneələrin ləğv edilməsi üzrə operativ tədbirlər görür. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, ətraf mühitin mühafizəsi norma və qaydalarına riayət edilməsinə nəzarəti həyata keçirir. Pozuntular aşkara çıxarıldıqda işi dayandırır və onların aradan qaldırılması üzrə tədbirlər görür.

Bilməlidir: istehsalın operativ idarə edilməsinə aid qərar, sərəncam və əmrləri, metodiki, normativ və başqa rəhbər materialları, müəssisədə istehsalın planlaşdırılmasının təşkilini; istehsal prosesinin texnologiyasını; istehsalat obyektlərinin avadanlıqlarını və onların texniki istismar qaydalarını; istehsalın operativ uçotunun təşkilini; iqtisadiyyatın, istehsalın, əməyin və idarəetmənin təşkilini, əmək qanunvericiliyinin əsaslarını; ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyi; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və istehsalın operativ idarə olunması üzrə mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 3 il iş stajı.

11-12-ci dərəcələr: II qrup müəssisədə MTX-nin növbə rəisi vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq;

12-13-cü dərəcələr: I qrup müəssisədə MTX-nin növbə rəisi vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq.

 

Mürəkkəb işlər üzrə usta



 

Əmək funksiyası. Qəzaların və mürəkkəbləşmələrin qarşısının alınması məqsədi ilə verilmiş texnologiyaya riayət olunmasına nəzarəti həyata keçirir. Mürəkkəb, təhlükəli işlərin aparılmasında, qəzaların və çətinliklərin aradan qaldırılmasında bilavasitə iştirak edir, işlərə rəhbərlik edir. Dərin qoruyucu kəmərlərin endirilməsi üzrə işlərdə iştirak edir. Buruqların və alətlərin texniki vəziyyətinə nəzarət edir. Quyuların əsaslı təmiri üçün planların, qəza və çətinliklərin aradan qaldırılması planlarının tərtib olunmasında, onların baş vermə səbəblərinin öyrənilməsi və təhlilində iştirak edir. Atmosferə buraxılan tullantıların və açıq fontanların ləğv edilməsində bilavasitə iştirak edir. Qeyri-standart tutucu alətlər və qurğular hazırlayır. Qəzaların və mürəkkəbləşmələrin qarşısının alınması üzrə təlimatların və tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Quyuların tikintisi və istismarı zamanı qəzaların qarşısının alınması üçün profilaktiki iş aparır və profilaktiki xəritələr hazırlayır. Tutucu alətlərin və qurğuların düzgün saxlanması və istismarına, yükqaldırma mexanizmlərinin işinə və məhsulların parametrlərinə nəzarəti həyata keçirir. Sıradan çıxmış tutucu alət və qurğuların hesabdan silinməsi və təzələrinin alınması üçün sənədləri rəsmiləşdirir. Briqadaların fəhlələrinə neft-qaz-sutəzahürlərinin xəbərdarlığı üzrə qəzasız quyu qazılmasını öyrədir. İstehsalat obyektlərində əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və ətraf mühitin mühafizəsi norma və qaydalarına riayət edilməsinə nəzarəti həyata keçirir. Əməyin qabaqcıl metod və üsullarını tətbiq edir. Zəruri sənədləşdirməni aparır. Fəhlələrin işini səmərəli təşkil edir. Fəhlələr tərəfindən istehsalat və əmək intizamına riayət edilməsinə nəzarət edir. İşdə fərqlənən fəhlələrin mükafatlandırılması və ya istehsalat və əmək intizamını pozanların intizam məsuliyyətinə cəlb edilməsi haqqında təkliflər verir. Fəhlələrin texniki bilik səviyyəsinin yüksəldilməsi üzrə işlər aparır.

Bilməlidir: avadanlıq, alət və qurğuların texniki xarakteristikalarını, konstruktiv xüsusiyyətlərini və iş rejimlərini, onların texniki istismar qaydalarını; istehsal proseslərinin, mürəkkəb qazma və udulma işlərinin aparılması texnologiyasını; atmosferə buraxılan tullantılar, açıq fontanlar və başqa çətinliklərlə mübarizə metodlarını; qəzaların və çətinliklərin baş vermə səbəblərini və onların ləğv etmə metodlarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarını; udulmalarla mübarizə metodlarını, udulma zonasının izolə edilməsi üçün qatışıqların tərkibini və tətbiq edilmə üsullarını; texniki hesablamaların aparılma metodlarını və konstruktiv əsaslarını; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; təsərrüfat hesabı metodlarını, əmək qanunvericiliyinin əsaslarını; kollektivin sosiologiyası və psixologiyasının əsaslarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və istehsalatda ən azı 1 il iş stajı və ya orta ixtisas təhsili və istehsalatda ən azı 3 il iş stajı. İxtisas təhsili olmadıqda istehsalatda ən azı 5 il iş stajı.

12-13-cü dərəcələr: I-II qrup müəssisədə mürəkkəb işlər üzrə usta vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq.

 

Neft və qazçıxarma üzrə istehsalat şöbəsinin rəisi

 

Əmək funksiyası. Müəssisənin ahəngdar işləməsini, istehsalın operativ tənzimlənməsini təmin edir. Hasilat, neft və qazın mədəndaxili yığılması sahəsində istehsal bölmələrinin (sexlərin) fəaliyyətini əlaqələndirir. Operativ istehsal planlarının işlənib hazırlanmasına və onların hər bir istehsal bölməsinə çatdırılmasına rəhbərlik edir. Neft və qazçıxarma üzrə plan tapşırıqlarının yerinə yetirilməsinə yönəldilmiş texniki-təşkilati tədbirlərin, layların neft veriminin artırılması üzrə tədbirlərin işlənib hazırlanmasını təşkil edir, onların yerinə yetirilməsinə nəzarəti həyata keçirir. Quyuların yeraltı və əsaslı təmiri planlarının işlənib hazırlanmasına rəhbərlik edir və onların yerinə yetirilməsinə nəzarəti həyata keçirir. Quyuların yeraltı və əsaslı təmir briqadalarının hərəkət planına nəzarəti həyata keçirir. Fəaliyyətsiz və dayanan quyuların sayının azaldılması, hasilatda, neft və mayenin, laya vurulan suyun qeydə alınmasında avtomatlaşdırmanın yüksəldilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Əmək məsrəflərinin azaldılmasını, təhlükəsizlik qaydalarının tələblərini və istehsalat sanitariyası normalarını nəzərə almaqla istehsalın hazırlanması, inkişafı və yenidən qurulması üzrə perspektiv və illik planların işlənib hazırlanmasında iştirak edir. Təhvil verilən neftin keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlərin işlənib hazırlanmasına nəzarət edir. Materialların sərfi və avadanlığa tələbat normalarının işlənib hazırlanmasında, həmçinin ehtiyat fondun sexlər arasında bölüşdürülməsində iştirak edir və onlardan istifadəyə nəzarət edir. Neftçıxarma obyektlərinin lahiyələndirilməsi tapşırıqlarının tərtib edilməsində və layihə-axtarış işləri planlarının formalaşdırılmasında iştirak edir. Neftçıxarma sexləri işlərinin istehsal göstəricilərini və quyuların istismar fondundan istifadə vəziyyətini təhlil edir. Texnoloji sənədlərin konkret şəraitə, texniki normativlərə, təhlükəsizlik və istehsal sanitariyası qayda və normalarının tələblərinə uyğunlaşdırılması üzrə işlərin aparılmasına nəzarəti həyata keçirir. İstehsalatın texniki sənədlər, materiallar, avadanlıqlar, alətlər və s. ilə təmin olunmasına operativ nəzarəti təşkil edir. İstehsalın texnologiyasının yaxşılaşmasına və əmək məhsuldarlığının yüksəldilməsinə imkan verən elmi tapıntı, ixtira və qabaqcıl təcrübənin öyrənilməsi və mənimsənilməsi üzrə işlər aparır. Zəruri statistik hesabatların vaxtında keyfiyyətlə tərtib olunmasını təşkil edir. Bədbəxt hadisələrin təhqiqatı üzrə komissiyanın işində iştirak edir. Şöbənin işçilərinə rəhbərlik edir.



Bilməlidir: istehsalın operativ idarə edilməsi və planlaşdırılması məsələlərinə dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və başqa rəhbər materialları; müəssisənin inkişaf perspektivlərini; müəssisənin istehsal gücünü; sexlərin, sahələrin ixtisaslaşmasını, onlar arasındakı istehsal əlaqələrini; yerinə yetirilən işlərin növlərini, neft və qaz hasilatının texnologiyasını; istehsalın gedişinin operativ uçotunun təşkilini; neft və qazın hazırlanması, saxlanması və nəqli texnologiyasını; quyuların cari (yeraltı) və əsaslı təmiri texnologiyasını; neft-mədən avadanlıqlarının texniki istismar qaydalarını; neftçıxarma sənayesi sahəsində ən yeni yerli və xarici texniki nailiyyətləri; iqtisadiyyatın, əməyin təşkilini, istehsalın və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyi; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və neft sənayesində ixtisası üzrə mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 7 il iş stajı.

14-cü dərəcə: II qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə;

15-ci dərəcə: I qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə.

 

Neftin hazırlanması üzrə istehsalat şöbəsinin rəisi

 

Əmək funksiyası. Neftin hazırlanması və tədarük edilməsi, qazın hasilatı və istifadə edilməsi planlarının yerinə yetirilməsinə, hazırlanan neftin keyfiyyətinin yaxşılaşdırılmasına, yüngül karbohidrogenlərin geniş fraksiyasının işlənməsinə, yönəldilmiş təşkilati-texniki tədbirlərin vaxtında işlənib hazırlanmasını təmin edir. Neftin kompleks hazırlanması, qazın çıxarılması, texnoloji avadanlığın korroziyadan mühafizə sahəsində elmi-tədqiqat işlərinin əlaqələndirilməsi və onların həcminin təyin edilməsində iştirak edir. Neftin çıxarılması və hazırlanması, qazın çıxarılması, məhsulun realizə olunması üzrə perspektiv və cari planların işlənib hazırlanmasına rəhbərliyi həyata keçirir. Ətraf mühitin mühafizəsinə, neftin hazırlanması və qazın çıxarılması sahəsində təbii ehtiyatlardan səmərəli istifadəyə, neft və qazın hazırlanması, nəqli və saxlanılması obyektlərində hava mühitinin sağlamlaşdırılmasına yönəldilmiş tədbirlərin işlənib hazırlanmasında iştirak edir və onların yerinə yetirilməsinə nəzarəti həyata keçirir. İstehsalın texnologiyasının, təşkilinin yaxşılaşdırılması və əmək məhsuldarlığının yüksəldilməsinə imkan yaradan qabaqcıl təcrübə, elmi kəşf və ixtiraların aşkar edilməsi və mənimsənilməsi üzrə işlər aparır. Fəaliyyətdə olan istehsalın yenidən qurulması, istehsalın təşkili, texnologiyasının mexanikləşdirilməsi və avtomatlaşdırılması üzrə texniki sənədlərin təhlükəsizlik norma və qaydalarının tələblərinə uyğun işlənib hazırlanmasını təmin edir. Daxili ehtiyaclar üçün neftin və səmt qazının qənaətlə sərfi, neft və qaz itkisinin, demulqatorların sərfinin azaldılması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir və onların yerinə yetirilməsinə nəzarət edir. Neftin hazırlanması, sadə karbohidrogenlərin geniş fraksiyalarının istehsalı, qazın hasilatı və istifadə edilməsi, bitumun istehsalı məsələləri üzrə bölmələrin fəaliyyətlərini əlaqələndirir. Zəruri statistik hesabatların vaxtında tərtib olunmasını təşkil edir. Şöbənin işçilərinə rəhbərlik edir.

Bilməlidir: istehsalın planlaşdırılması və operativ idarə edilməsi məsələlərinə dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və başqa rəhbər materialları; neftin hazırlanması, yüngül karbohidrogenlərin geniş fraksiyalarının istehsalı, lay sularının təmizlənməsi, səmt qazının yığılması, neft əsaslı bitumların istehsalı üzrə texnika və texnologiyanı; bölmələrin ixtisaslaşmasını və onlar arasındakı istehsal əlaqələrini; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyi; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, və yanğından mühafizə norma və qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və neft sənayesində ixtisası üzrə mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 7 il iş stajı.

14-cü dərəcə: II qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə;

15-ci dərəcə: I qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə.

 

Neft və qaz yataqlarının işlənməsi üzrə texnoloji şöbənin rəisi



 

Əmək funksiyası. Neft yataqlarının işlənilməsinin tənzimlənməsi və nəzarəti, neft ehtiyatlarının səmərəli işlənməsi və tam çıxarılması üzrə perspektiv və cari tədbirlərin işlənib hazırlanmasını təşkil edir və onların tətbiqinə nəzarəti həyata keçirir. İstismar obyektləri üzrə neft çıxarmanın perspektiv və cari planlarının işlənib hazırlanmasında iştirak edir. Yataqların işlənməsi sahəsində tədbirlərin həyata keçirilməsinə, yeni sahələrin sınaq istismarı və onların sənaye üsulu ilə hazırlanması üzrə işlərə nəzarət edir. Yataqların işlənməsi üçün layihə-texnoloji sənədləri nəzərdən keçirir və onların yerinə yetirilməsinə, istismar və vurucu quyuların texnoloji iş rejimlərinin vaxtında tərtib edilməsinə və onlardan istifadəyə sistematik nəzarəti təşkil edir. Hasilatın intensivləşdirilməsi və layların neftveriminin artırılması üzrə geoloji-texniki tədbirlərin işlənib hazırlanmasını təşkil edir. Quyuların əsaslı təmirinin planlaşdırılmasında istismar və vurucu quyular fondu ilə əlaqəli işlərə, quyuların əsaslı təmirinin aparılması işlərinə, neft və qaz yataqlarının işlədilməsində yeni metodların tətbiqinə nəzarəti təşkil edir. Qazılmış quyuların hidrodinamik tədqiqinin planlaşdırılmasını həyata keçirir, dövrülüyünü təyin edir, dərinlik tədqiqatlarını təşkil edir. Təmir işləri aparılarkən geoloji nəzarəti təmin edir. Neft yataqlarının işlənilməsinə, yeni geofiziki metodlarının sınağı üzrə təcrübə işlərinin aparılmasına, quyuların başqa obyektlərə qaytarılması zərurətini təyin edir, qaytarılmanı rəsmiləşdirir və bu işlərin aparılmasına, quyuların ləğvinə, konservasiyaya hazırlanmasına nəzarəti həyata keçirir. Fond materiallarından və geoloji-mədən sənədlərindən düzgün istifadəni və mühafizəni təmin edir. Neft yataqlarının istismarı zamanı yeraltı sərvətlərin mühafizəsi tədbirlərinin planlaşdırılmasında iştirak və onların icrasına nəzarət edir. Neft yataqlarının səmərəli işlənməsi məsələləri üzrə struktur bölmələrinin fəaliyyətinə gündəlik metodiki rəhbərliyi həyata keçirir. Şöbənin işçilərinə rəhbərlik edir.

Bilməlidir: neft yataqlarının işlənməsi sahəsində qərar, sərəncam və əmrləri, metodiki, normativ və başqa rəhbər materialları; tədqiq olunan rayonda mineral-xammal bazasının vəziyyətini və inkişaf perspektivlərini, istehsalın texnologiyasını; yataqların işlənməsi obyektləri üzrə neft və qaz hasilatının uçotu qaydalarını; fond materialları və geoloji-mədən sənədlərin uçotu və saxlanılması qaydalarını; neftçıxarma sənayesi sahəsində yerli və xarici elmi, texniki, texnoloji nailiyyətləri; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyi; əməyin mühafizəsi; təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və neft sənayesində neft-qaz yataqlarının işlənməsi üzrə mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 7 il iş stajı.

14-cü dərəcə: II qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə;

15-ci dərəcə: I qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə.

 

Neft-mədən hidrotexniki qurğularının istismarı, təmiri və korroziyaya qarşı mübarizə üzrə istehsalat şöbəsinin rəisi



 

Əmək funksiyası. Neft-mədən hidrotexniki qurğularının əsaslı təmiri üzrə cari və perspektiv planların hazırlanmasında iştirak edir. Neft-mədən hidrotexniki qurğularının əsaslı təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanmasına nəzarət edir. Müvafiq istehsal bölmələrinə əsaslı təmirin texniki məsələlərinin həllində köməklik göstərir, lazım gəldikdə səlahiyyətli təşkilatların dəvət edilməsi üçün tədbirlər görür. Neft-mədən hidrotexniki qurğularının əsaslı təmir layihələrinə baxır və onlara rəy verir. Neft-mədən hidrotexniki qurğularının tikintisi, istismarı, təmiri və korroziyaya qarşı mübarizə üzrə işlərin gedişinə, keyfiyyət və kəmiyyət göstəricilərinə nəzarət edir. Neft-mədən hidrotexniki qurğuları üzrə tikintini istismara qəbul edən komissiyaların işində iştirak edir. Yüksək əmək tutumlu işlərin avtomatlaşdırılması və mexanikləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasını təşkil edir və onların istehsalata tətbiqini təmin edir. Neft-mədən hidrotexniki qurğularının korroziyaya qarşı mübarizə və təmir işlərinin illik planlarının tərtib olunmasında iştirak və onların yerinə yetirilməsinə nəzarət edir. Neft-mədən hidrotexniki qurğularının texniki vəziyyətinin müayinə edilməsi üzrə tədbirlər işləyir, qəza təhlükəli obyektləri aşkar edir, onlarda qəzanın qarşısının alınması və təbii fəlakətlərə qarşı mübarizə üzrə tədbirlərin hazırlanmasında iştirak edir. Təmir və korroziyaya qarşı mübarizə işlərində qabaqcıl texnologiyanın, texniki yeniliklərin, mütərəqqi metodların tətbiqi üzrə təşkilati-texniki işlər görür. İş şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə yeni texnoloji proseslərin işlənməsi və həyata keçirilməsini təmin edir. Neft-mədən hidrotexniki qurğularının işini təhlil edir, onlardan istifadənin səmərəliliyinin artırılması, etibarlı və uzunmüddətli istismarı üzrə tədbirlər işləyib hazırlayır. Yeni növ neft-mədən hidrotexniki qurğuların yoxlanması və sınanması üzrə işlərdə iştirak edir. Neft-mədən hidrotexniki qurğularının istismarı və təmiri, korroziyaya qarşı mübarizə məsələləri ilə bağlı elmi-tədqiqat və layihə institutları ilə əlaqə saxlayır. Neft-mədən hidrotexniki qurğularının istismarı və təmiri, korroziyaya qarşı mübarizə işləri, bu işlərin təhlükəsiz aparılması üzrə təlimatların işlənməsində iştirak edir. Qurğuların payız-qış dövründə işə hazırlanması üzrə tədbirlərin işlənməsinə və yerinə yetirilməsinə nəzarət edir. Neft-mədən hidrotexniki qurğularının istismarı və təmiri, korroziyaya qarşı mübarizə üzrə elmi-texniki nailiyyətləri, qabaqcıl təcrübəni öyrənir. Neft-mədən hidrotexniki qurğularının texniki istismarı və təmiri, korroziyaya qarşı mübarizə üzrə qaydalara və texniki şərtlərə riayət olunmasına nəzarət edir. Şöbənin səlahiyyətləri üzrə hesabatların vaxtında və keyfiyyətlə tərtib olunması və müvafiq ünvanlara göndərilməsini təşkil edir. Şöbənin işçilərinə rəhbərlik edir.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin