AZƏrbaycan respublikasi əMƏk və ƏhaliNİn sosial müdafiƏSİ naziRLİYİNİn kollegiyasi


Ödəniş dərəcələrinə ixtisas tələbləri



Yüklə 1,21 Mb.
səhifə4/17
tarix17.04.2017
ölçüsü1,21 Mb.
#14285
1   2   3   4   5   6   7   8   9   ...   17

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və istehsalatda ən azı 1 il iş stajı və ya orta ixtisas təhsili və istehsalatda ən azı 3 il iş stajı.

12-ci dərəcə: I-II qrup müəssisədə qazma ustası vəzifəsini icra etdikdə;

13-cü dərəcə: I-II qrup müəssisədə mailliyi 80 dərəcədən az olan maili, çoxxətli, dərinliyi 1500 metrdən artıq olan quyuların üzən qazma vasitələri ilə qazılmasında qazma ustası vəzifəsini icra etdikdə.

 

Qazın hazırlanması üzrə usta



 

Əmək funksiyası. Qazın hazırlanması üzrə işlərə rəhbərliyi həyata keçirir. Briqada tərəfindən plan tapşırıqlarının təyin edilmiş vaxtda yerinə yetirilməsini, istehsal güclərindən səmərəli istifadə edilməsini, xammal və materialların qənaətlə işlədilməsini və əmək məhsuldarlığının sistematik yüksəldilməsini təmin edir. İstehsalatın işini vaxtında təşkil edir, texnoloji reqlamentə əsasən qazın hazırlanması üzrə qurğunun parametrlərinin verilmiş iş rejimində saxlanılmasını təmin edir. Avadanlıq, mexanizm və alətlərin düzgün istismarına, saz vəziyyətdə olmasına daimi nəzarəti həyata keçirir. Avadanlığın işində mümkün olan nasazlıqların qarşısını alır və aradan qaldırır. Növbə heyəti tərəfindən texniki sənədləşmənin düzgün aparılmasına gündəlik nəzarəti təmin edir, nöqsanları aşkar edir, səbəblərini təhlil edir və onların aradan qaldırılması üzrə tədbirlər görür. Hazırlanan qazın keyfiyyətinə şəxsən və daimi nəzarəti həyata keçirir, pozuntuların səbəbini aşkar edir və keyfiyyətini bərpa etmək üçün operativ tədbirlər görür. Mürəkkəb və təhlükəli işlərə rəhbərliyi həyata keçirir. Sənaye kanalizasiyasına axan çirkab sulara və atmosferə buraxılan qazlara nəzarət edir, aparatların texniki yoxlamalarını, qurğuda təmir və alov işlərinin aparılması üçün onların keyfiyyətli hazırlanmasını təmin edir. Yüksək təhlükə ilə bağlı işlərin aparılma keyfiyyətinə nəzarət edir. Qurğu üçün təlimatların və texnoloji reqlamentin işlənib hazırlanmasında iştirak edir. Əməyin qabaqcıl metod və üsullarının, iş yerlərinin attestasiyası və səmərələşdirilməsinin, əməyin elmi təşkilinin perspektiv metodlarının tətbiqini təşkil edir. Briqadaları formalaşdırır. Xidmət briqadalarının fəaliyyətini əlaqələndirir. Briqadada təsərrüfat hesabını tətbiq edir. Təsdiq olunmuş istehsal planına və qrafikinə əsasən istehsal tapşırıqlarını təyin edir və onları vaxtında ayrı-ayrı fəhlələrə, manqalara çatdırır. Fəhlələrə istehsalat təlimi keçir. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi qaydalarının yerinə yetirilməsi üzrə tədbirlər həyata keçirir və onlara riayət olunmasına nəzarət edir. Peşələrin əvəzedilməsinin inkişafına, xidmət zonasının genişləndirilməsi və əməyin təşkilinin digər mütərəqqi formalarının tətbiq edilməsinə kömək edir. Say normativlərinə, qiymətlərə yenidən baxılması, həmçinin fəhlələrə dərəcələrin verilməsi haqqında təkliflər verir. İşlərin tarifləşdirilməsində iştirak edir. İstehsal fəaliyyətinin nəticələrini təhlil edir, briqadaya təyin edilmiş əmək haqqı fondunun istifadəsinə nəzarət edir. İş vaxtı, əmək haqqı, boşdayanmaların uçotu üzrə ilkin sənədlərin düzgün və vaxtında rəsmiləşdirilməsini təmin edir. Qabaqcıl təcrübənin, təşəbbüskarlığın yayılmasına, yaradıcı təşəbbüslərin inkişafına, səmərələşdirici təkliflər və ixtiraların tətbiqinə kömək edir. Əmək haqqı və mükafatlandırma sistemlərinin düzgün və səmərəli tətbiqini təmin edir. İstehsalat ehtiyatlarının aşkar edilməsi üzrə işlərin həyata keçirilməsində, əlverişli əmək şəraitinin yaradılması, istehsalat mədəniyyətinin yüksəldilməsi, iş vaxtından səmərəli istifadə olunması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Fəhlələr tərəfindən istehsalat və əmək intizamına, daxili nizam-intizam qaydalarına riayət olunmasına nəzarət edir. Fəhlələrdə istehsal planlarının yerinə yetirilməsinə görə yüksək məsuliyyət hissinin artmasına, kollektivdə qarşılıqlı yardım və tələbkarlıq şəraitinin yaradılmasına kömək edir. Briqadanın işdə fərqlənən fəhlələrinin mükafatlandırılması və ya istehsalat və əmək intizamını pozanların intizam məsuliyyətinə cəlb edilməsi haqqında təkliflər verir. Fəhlələrin ixtisaslarının və peşə ustalıqlarının artırılması, onların ikinci peşəyə və peşələrin qarşılıqlı əvəzedilməsi, həmçinin təcrübə mübadiləsinin inkişafı üzrə işləri təşkil edir. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: istehsalın təşkili və qazçıxarma texnologiyasına dair qərar, əmr, sərəncam və başqa rəhbər materialları; qurğunun texnoloji reqlamentini; qurğunun avadanlıqlarının konstruktiv xüsusiyyətlərini, texniki istismar qaydalarını və iş rejimlərini; buraxılan məhsul üçün texniki şərtləri; təhlükəsizlik norma və qaydalarını; vəzifə və istehsalat təlimatlarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; təsərrüfat hesabı metodlarını; işlərin norma və qiymətlərini; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, yanğından mühafizə, ətraf mühitin mühafizəsi qaydalarını; əmək qanunvericiliyinin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və istehsalatda ən azı 1 il iş stajı və ya orta ixtisas təhsili və istehsalatda ən azı 3 il iş stajı. İxtisas təhsili olmadıqda istehsalatda ən azı 5 il iş stajı.

11-12-ci dərəcələr: I-II qrup müəssisədə qazın hazırlanması üzrə usta vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq.



 

Quyuların tədqiqi üzrə usta

 

            Əmək funksiyası. Quyuların tədqiqi üzrə briqadaların (manqaların) işini təşkil edir. Quyuların tədqiqi üzrə işlərə rəhbərlik edir və alınmış məlumatların ilkin işlənməsini həyata keçirir. Quyuların tədqiqat üçün hazırlanmasını, tədqiqatların keyfiyyətlə aparılmasını təmin edir və onlara nəzarət edir. İstehsalat qrafiklərinin, operativ planların işlənib hazırlanmasında iştirak edir və onların vaxtında yerinə yetirilməsini təmin edir. Quyuların mürəkkəb mədən və hidrodinamiki tədqiqatlarında iştirak edir. Aparat, cihaz, avadanlıq və mexanizmlərin düzgün istismarını təşkil edir, onları vaxtında hesabdan silir. Tədqiqat aparatları və cihazlarının təmirinə rəhbərlik edir. Zəruri texnika, alət və materiallar üçün vaxtında sifarişlər hazırlayır. İş vaxtı əmək, əmək haqqı, boşdayanmaların uçotu üzrə ilkin sənədlərin düzgün və vaxtında rəsmiləşdirilməsini təmin edir və müəyyən edilmiş sənədləşməni aparır. Materialların, yanacağın, elektrik enerjisinin səmərəli sərfini təmin edir. Brakın qarşısının alınmasını və işin keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlər həyata keçirir. Qurtarmış işlərin qəbulunda iştirak edir. Əməyin qabaqcıl metod və üsullarının, iş yerlərinin attestasiyası və təkmilləşdirilməsinin, əməyin elmi təşkilinin başqa elementlərinin tətbiqini təşkil edir. Fəhlələrin, manqaların müntəzəm və səmərəli işini təmin edir. Briqadaları formalaşdırır. Briqadada təsərrüfat hesabını tətbiq edir. Təsdiq olunmuş istehsal planları və qrafiklərinə uyğun olaraq istehsal tapşırıqlarını müəyyən edir və onları vaxtında fəhlələrə, manqalara çatdırır. Fəhlələrə istehsalat təlimi keçir. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi qaydalarının yerinə yetirilməsi üzrə tədbirlər görür, həmçinin onlara riayət olunmasına nəzarət edir. Peşələrin əvəzedilməsinin inkişafına, xidmət zonasının genişləndirilməsi və əməyin təşkilinin digər mütərəqqi formalarının tətbiq edilməsinə kömək edir. Say normativləri və qiymətlərə yenidən baxılması, həmçinin fəhlələrə dərəcələrin verilməsi haqqında təkliflər verir. Briqada üçün təyin edilmiş əmək haqqı fondunun istifadəsinə nəzarət edir. İstehsal fəaliyyətinin nəticələrini təhlil edir. Qabaqcıl təcrübənin, təşəbbüskarlığın yayılmasına, yaradıcı təşəbbüslərin inkişafına, səmərələşdirici təkliflər və ixtiraların tətbiqinə kömək edir. Əmək haqqı və mükafatlandırma sistemlərinin düzgün və səmərəli tətbiqini təmin edir. İş vaxtından səmərəli istifadə edilməsi, istehsalat mədəniyyətinin yüksəldilməsi, əlverişli əmək şəraitinin yaradılması üzrə tədbirlərin işlənib hazırlanmasında, istehsal ehtiyatlarının aşkar edilməsi üzrə işlərin həyata keçirilməsində iştirak edir. Fəhlələr tərəfindən istehsalat və əmək intizamına, daxili əmək intizam qaydalarına riayət edilməsinə nəzarət edir. Kollektivdə qarşılıqlı yardım və tələbkarlıq şəraitinin yaradılmasına, istehsal planlarının yerinə yetirilməsinə görə fəhlələrdə məsuliyyət hissinin artmasına kömək edir. Briqadanın işdə fərqlənən fəhlələrinin mükafatlandırılması və ya istehsalat və əmək intizamını pozan fəhlələrin intizam məsuliyyətinə cəlb edilməsi haqqında təkliflər verir. Fəhlələrin ixtisaslarının və peşə ustalıqlarının artırılması, onların ikinci peşəyə yiyələnməsi və peşələrin qarşılıqlı əvəzedilməsi, təcrübə mübadiləsinin inkişafı üzrə işləri təşkil edir.

Bilməlidir: quyuların tədqiqi üzrə işlərə dair qərar, əmr, sərəncam, təlimat və başqa rəhbər materialları; quyuların tədqiqinin aparılma texnologiyasını və quyu fondunun xarakteristikalarını; aparat, avadanlıq, mexanizm və cihazların texniki xarakteristikalarını, onların istismar və təmir qaydalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; təsərrüfat hesabı metodlarını; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını; kollektivin sosiologiyası və psixologiyasının əsaslarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üçün qanunvericiliyin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və istehsalatda ən azı 1 il iş stajı və ya orta ixtisas təhsili və istehsalatda ən azı 3 il iş stajı. İxtisas təhsili olmadıqda istehsalatda ən azı 5 il iş stajı.

11-12-ci dərəcələr: I-II qrup müəssisədə quyuların tədqiqi üzrə usta vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq.



 

Quyuların yoxlanması (sınağı) üzrə usta

(böyük usta da daxil olmaqla)

 

            Əmək funksiyası. Quyuların yoxlanması və sınağı üzrə işlərə rəhbərliyi həyata keçirir. Plan tapşırıqlarının yerinə yetirilməsini, əmək məhsuldarlığının yüksəldilməsini, materialların qənaətlə sərfini, quyuların yoxlanması, sement körpülərin qurulması, onların təzyiq altında yoxlanılması, yuyucu məhlulun dəyişdirilməsi üzrə işlərin yerinə yetirilməsini təmin edir, işlərin texnologiyasına və keyfiyyətinə nəzarət edir. Mürəkkəb və təhlükəli işlərə rəhbərlik edir. Quyuların yoxlanması üçün zəruri olan boru, material və alətlərin vaxtında alınmasını təşkil edir və buna nəzarət edir. Zəruri material, alət və avadanlıqlar üçün vaxtında sifarişlər tərtib edir. Materialların dəyərinin uçotunu aparır, onların mühafizəsinin təmin edilməsi, vaxtında və düzgün hesabdan silinməsi üzrə tədbirlər görür. Brakın qarşısının alınması və işin keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlər həyata keçirir. Qurtarmış işlərin qəbulunda iştirak edir. Əməyin qabaqcıl metod və üsullarının, iş yerlərinin attestasiyası və təkmilləşdirilməsinin, əməyin elmi təşkilinin perspektiv metodlarının tətbiqini təşkil edir. İşçilər tərəfindən avadanlıq və alətlərdən düzgün istifadəni, briqadanın, fəhlələrin, manqaların müntəzəm işini təmin edir. Briqadaları formalaşdırır. Briqadada təsərrüfat hesabını tətbiq edir. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə, yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi qaydalarının yerinə yetirilməsi üzrə tədbirlər görür, həmçinin onlara riayət olunmasına nəzarət edir. Peşələrin əvəzedilməsinin inkişafına, xidmət zonasının genişləndirilməsi və əməyin təşkilinin digər mütərəqqi formalarının tətbiqinə kömək edir. Say normativləri və qiymətlərə yenidən baxılması, həmçinin fəhlələrə dərəcələrin verilməsi haqqında təkliflər verir. İşlərin tarifləşdirilməsində iştirak edir. Briqada üçün təyin edilmiş əmək haqqı fondunun istifadəsinə nəzarət edir. İstehsal fəaliyyətinin nəticələrini təhlil edir. İş vaxtı, əmək haqqı, boşdayanmaların uçotu üzrə ilkin sənədlərin güzgün və vaxtında rəsmiləşdirilməsini təmin edir. Qabaqcıl təcrübənin, təşəbbüskarlığın yayılmasına, yaradıcı təşəbbüslərin inkişafına, səmərələşdirici təkliflər və ixtiraların tətbiqinə kömək edir. Əmək haqqı və mükafatlandırma sistemlərinin düzgün və səmərəli tətbiq edilməsini təmin edir. İş vaxtından səmərəli istifadə edilməsi, istehsalat mədəniyyətinin yüksəldilməsi, əlverişli iş şəraitinin yaradılması üzrə tədbirlərin işlənib hazırlanmasında, istehsal ehtiyatlarının aşkar edilməsi üzrə işlərin həyata keçirilməsində iştirak edir. Fəhlələr tərəfindən istehsalat və əmək intizamına, daxili əmək nizam-intizam qaydalarına riayət edilməsinə nəzarət edir. Kollektivdə qarşılıqlı yardım və tələbkarlıq şəraitinin yaradılmasına, istehsal planların yerinə yetirilməsinə görə fəhlələrdə məsuliyyət hissinin artmasına kömək edir. Briqadanın işdə fərqlənən fəhlələrinin mükafatlandırılması və ya istehsalat və əmək intizamını pozan fəhlələrin intizam məsuliyyətinə cəlb edilməsi haqqında təkliflər verir. Fəhlələrin ixtisaslarının və peşə ustalıqların artırılması, onların ikinci peşəyə yiyələnməsi və peşələrin qarşılıqlı əvəzedilməsi, həmçinin təcrübə mübadiləsinin inkişafı üzrə işləri təşkil edir. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: quyuların sınağı (yoxlanması) üzrə işlərə dair qərar, əmr, təlimat və başqa rəhbər materialları; görülən işlərin texnologiyasını; yoxlanılan obyektlərin xarakteristikalarını və işlərin yerinə yetirilməsini çətinləşdirən amilləri;  quyuların möhkəmləndirilmə konstruksiyalarını; avadanlıq, alət və tərtibatların texniki xarakteristikalarını, onların texniki istismar qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, istehsalat sanitariyası qaydalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; təsərrüfat hesabı metodlarını; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını; əmək qanunvericiliyinin əsaslarını; kollektivin sosiologiyası və psixologiyasının əsaslarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üçün qanunvericiliyin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və istehsalatda ən azı 1 il iş stajı və ya orta ixtisas təhsili və istehsalatda ən azı 3 il iş stajı. ixtisas təhsili olmadıqda istehsalatda ən azı 5 ü iş stajı.

11-12-ci dərəcələr: I-II qrup müəssisədə quyuların yoxlanması (sınağı) üzrə usta vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq;

12-13-cü dərəcələr: I-II qrup müəssisədə quyuların yoxlanması (sınağı) üzrə böyük usta vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq.

 

Quyuların əsaslı və yeraltı təmiri üzrə usta



(böyük usta da daxil olmaqla)

 

Əmək funksiyası. İstehsalat briqadasına rəhbərliyi həyata keçirir. Təhkim edilmiş xidmət zonasında quyuların təmiri üzrə plan tapşırıqlarının briqada tərəfindən yerinə yetirilməsini təmin edir. Quyuların əsaslı və yeraltı təmiri üzrə işlərə rəhbərlik edir. İşlərin istehsalat plan-qrafiklərinin işlənib hazırlanmasında iştirak edir. Quyuların təmirini, alətlərin istismarını, avadanlıq və xüsusi texnikanın tam yüklənməsi və səmərəli istifadə olunmasını təmin edir və onlara nəzarət edir. Təmirin keyfiyyətinin və texnologiyanın pozulma səbəblərinin aradan qaldırılmasına operativ təsir göstərir. Təmir işlərini keyfiyyətlə yerinə yetirməklə bərabər onların müddəti və dəyərinin azaldılması, quyuların təmirlərarası işləmə müddətinin artırılması üzrə tədbirlərin tətbiqini həyata keçirir. Quyuya endirmək üçün təyin edilmiş texnoloji və elektrik avadanlıqlarının, alətlərin, texnikanın saz vəziyyətdə olmasını yoxlayır. Mürəkkəb və xüsusi təhlükəli təmir işlərinin aparılmasında iştirak edir. Plana müvafiq olaraq briqadaya və ayrı-ayrı fəhlələrə istehsal tapşırıqlarını təyin edir. Quyuların təmirə qəbulunda və təmir olunmuş quyuların sifarişçiyə təhvil verilməsində iştirak edir. Briqadada əmək məhsuldarlığının yüksəldilməsinə yardım göstərən qabaqcıl texnologiyanı, yeni texnika və qurğuları, əl işlərini və yüksək əmək tutumlu proseslərin mexanikləşdirilməsi və avtomatlaşdırılmasını, təlimat xəritələrini və nümunəvi layihələri tətbiq edir. Alətlərin hazırlanması və seçilib yığılmasını təmin edir. Təmir texnologiyasının tələblərinə uyğun olaraq texnika, avadanlıq, alət və materiallar üçün sifarişlər tərtib edir. Material sərfinin uçotunu aparır, onların mühafizəsinin təmin edilməsi, vaxtında və düzgün hesabdan silinməsi üzrə tədbirlər görür. Fəhlələri iş növbələri üzrə yerləşdirir və onların əməyini təşkil edir. Brakın aradan qaldırılması və işin keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlər həyata keçirir. Əməyin qabaqcıl metod və üsullarını, iş yerlərinin attestasiyası və təkmilləşdirilməsini, əməyin elmi təşkilinin perspektiv metodlarını tətbiq edir. Briqadada fəhlələrin, manqaların müntəzəm işini təmin edir. Briqadaları formalaşdırır. Xidmət briqadalarının fəaliyyətini əlaqələndirir. Briqadada təsərrüfat hesabını tətbiq edir. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi qaydalarının yerinə yetirilməsi üzrə tədbirlər görür, həmçinin onlara riayət edilməsinə nəzarət edir. Peşələrin əvəzedilməsinin inkişafına, xidmət zonasının genişləndirilməsi və əməyin təşkilinin digər mütərəqqi formalarının tətbiqinə kömək edir. Say normativlərinə və qiymətlərə yenidən baxılması, həmçinin fəhlələrə dərəcələrin verilməsi haqqında təkliflər verir. İşlərin tarifləşdirilməsində iştirak edir. Briqada üçün müəyyən olunmuş əmək haqqı fondunun istifadəsinə nəzarət edir. İstehsal fəaliyyətinin nəticələrini təhlil edir. İş vaxtı, əmək haqqı, boşdayanmaların uçotu üzrə ilkin sənədlərin düzgün və vaxtında rəsmiləşdirilməsini təmin edir. Qabaqcıl təcrübənin, təşəbbüskarlığın yayılmasına, yaradıcı təşəbbüslərin inkişafına, səmərələşdirici təkliflər və ixtiraların tətbiqinə kömək edir. Əmək haqqı və mükafatlandırma sistemlərinin düzgün və səmərəli tətbiq edilməsini təmin edir. İş vaxtından səmərəli istifadə edilməsi, istehsalat mədəniyyətinin yüksəldilməsi, əlverişli iş şəraitinin yaradılması üzrə tədbirlərin işlənib hazırlanmasında, istehsalat ehtiyatlarının aşkar edilməsi üzrə işlərin həyata keçirilməsində iştirak edir. Fəhlələr tərəfindən istehsalat və əmək intizamına, daxili əmək nizam-intizam qaydalarına riayət olunmasına nəzarət edir. Kollektivdə qarşılıqlı yardım və tələbkarlıq şəraitinin yaradılmasına, istehsal planlarının yerinə yetirilməsinə görə fəhlələrdə məsuliyyət hissinin artmasına kömək edir. Briqadanın işdə fərqlənən fəhlələrinin mükafatlandırılması və ya istehsalat və əmək intizamı qaydalarını pozanların intizam məsuliyyətinə cəlb edilməsi haqqında təkliflər təqdim edir. Fəhlələrin ixtisaslarının və peşə ustalıqlarının artırılması, onların ikinci peşəyə yiyələnməsi və peşələrin qarşılıqlı əvəzedilməsi, həmçinin təcrübə mübadiləsinin inkişafı üzrə işləri təşkil edir. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: quyuların yeraltı (əsaslı) təmiri işlərinə dair qərar, sərəncam, əmr, təlimat və başqa rəhbər materialları; təmir işlərinin aparılma texnologiyasını; avadanlıq, alət və qurğuların texniki xarakteristikalarını, onların istismarı və təmiri qaydalarını; geoloji və texniki çətinliklərin baş vermə səbəblərini, onların qarşısını alma və ləğv etmə üsullarını; sənədləşmənin aparılma qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə norma və qaydalarını; əməyin və istehsalın təşkilinin əsaslarını; təsərrüfat hesabı metodlarını; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını; əmək qanunvericiliyinin əsaslarını; kollektivin sosiologiyası və psixologiyasının əsaslarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və istehsalatda ən azı 1 il iş stajı və ya orta ixtisas təhsili və istehsalatda ən azı 3 il iş stajı. İxtisas təhsili olmadıqda istehsalatda ən azı 5 il iş stajı.

11-12-ci dərəcələr: I-II qrup müəssisədə quyuların əsaslı (yeraltı) təmiri üzrə usta vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq;

12-13-cü dərəcələr: I-II qrup müəssisədə quyuların əsaslı (yeraltı) təmiri üzrə böyük usta vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq.

 

Qazma ustası köməkçisi

 

      Əmək funksiyası. Yüksək keyfiyyətli quyuların qazılması üzrə normativ planın təyin olunmuş vaxtda yerinə yetirilməsi, əmək məhsuldarlığının yüksəldilməsi, istehsalat xərclərinin azaldılması və qazma texnologiyasına ciddi riayət edilməsinin təmin olunmasında qazma ustasına kömək edir və o olmadıqda briqadaya rəhbərliyi həyata keçirir. Yeni texnoloji proseslərin və istehsal qrafiklərinin işlənib hazırlanması və istehsalatın təkmilləşdirilməsində iştirak edir. Texnoloji proseslərə riayət olunmasına nəzarət edir, onların pozulma səbəblərini aradan qaldırır. İstehsalat işlərini vaxtında hazırlayır, təhlükəsiz və sağlam əmək şəraitini təmin edir. Mürəkkəb və təhlükəli işlərə rəhbərlik edir. Brakın qarşısının alınması və işin keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlər həyata keçirir. Qurtarmış işlərin qəbulunda iştirak edir. Qazma alətləri, kimyəvi reagentlər, yanacaq-sürtgü və digər materialların zəruri ehtiyatlarını təmin edir və mövcud ehtiyatlarını yoxlayır. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə, ətraf mühitin mühafizəsi norma və qaydalarına riayət edilməsinə nəzarəti həyata keçirir. Qazma işçilərinin ixtisaslarının yüksəldilməsi üzrə tədbirlərdə iştirak edir. Yeni fəhlələrin təcrübə keçməsinə daimi nəzarəti həyata keçirir. Əməyin qabaqcıl metod və üsullarının, iş yerlərinin attestasiyası və təkmilləşdirilməsinin tətbiqini həyata keçirir. Fəhlələr tərəfindən istehsalat və əmək intizamına riayət olunmasını təmin edir. Kollektivdə qarşılıqlı yardım və tələbkarlıq şəraiti yaradır, tərbiyəvi iş aparır.



Bilməlidir: qazma briqadasının istehsal-təsərrüfat fəaliyyətinə dair qərar, sərəncam, əmr və başqa rəhbər materialları; qazma işlərinin texnologiyasını; qazma avadanlıqları və alətlərin texniki xarakteristikalarını, onların istismar və təmir qaydalarını; geoloji və texniki çətinliklərin səbəblərini, onların qarşısını alma və ləğv etmə üsullarını, həmçinin sənədlərin rəsmiləşdirilməsi qaydalarını; texniki normalaşdırma və briqadada təsərrüfat hesabı metodlarını; qazma zamanı tətbiq olunan materialları və onların saxlanma qaydalarını; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarını; əmək qanunvericiliyinin əsaslarmı; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üçün qanunvericiliyin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və istehsalatda ən azı 1 il iş stajı və ya orta ixtisas təhsili və qazmada ən azı 3 il iş stajı. İxtisas təhsili olmadıqda qazmaçıköməkçisi və ya qazmaçı peşəsi üzrə ən azı 5 il iş stajı.

11-12-ci dərəcə: I-II qrup müəssisədə qazma ustası köməkçisi vəzifəsini icra etdikdə.



Elmi-tədqiqat və istehsalat işləri sexinin rəisi

 

Əmək funksiyası. Mədən-tədqiqat işlərinin ahəngdar aparılmasının və tədqiqat üzrə mövzular planının yerinə yetirilməsinin təmin edilməsi üzrə sexin fəaliyyətinə rəhbərlik edir. Laylarda və quyularda aparılan hidrodinamik tədqiqatların keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlərin və planların vaxtında yerinə yetirilməsini təmin edir. Quyuların tədqiqi üzrə operativ tapşırıqların yerinə yetirilməsini təmin edir. Tədqiqat işləri aparılması üçün quyuların hazırlanmasına nəzarəti təmin edir. Geoloji-mədən, mədən-geofiziki, fiziki-kimyəvi tədqiqatlar və analitik işlər üzrə illik və aylıq planların işlənib hazırlanmasına rəhbərlik edir. Tədqiqat və analitik işlərin aparılma müddətinin azaldılması və maya dəyərinin aşağı salınması üzrə tədbirlər görür. Dərinlik tədqiqatları, yataqların işlənməsi laboratoriyalarının və geofiziki tədqiqatlar qrupunun işinə nəzarət edir. Zəruri avadanlıq, aparat, cihaz, alət, kimyəvi reagentlərin alınması üçün illik sifarişlər tərtib edir və onların səmərəli istifadəsini və saxlanmasını təmin edir. Laboratoriyaların maddi-texniki vasitə, xüsusi texnika və operativ nəqliyyatla təmin olunmasına nəzarət edir. Yararsız hala düşmüş maşınların, avadanlıqların hesabdan silinməsi üçün vaxtında aktların tərtib olunmasını təmin edir. Sexin təsərrüfat-istehsalat fəaliyyətinin nəticələrini təhlil edir. Əməyin elmi təşkili, istehsalın və idarəetmənin təkmilləşdirilməsi, aparılan tədqiqatların keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında və tətbiq edilməsində iştirak edir. Sexin tədqiqat briqadaları və laboratoriyalarının fəaliyyətini əlaqələndirir. İşlərin düzgün və təhlükəsiz təşkil olunmasını təmin edir, sexin işçiləri tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi norma və qaydalarına riayət olunmasına nəzarət edir. Aparılan tədqiqatlar və analitik işlər haqqında hesabatların vaxtında tərtib və təqdim olunmasını təmin edir. Kadrların seçilməsi, yerləşdirilməsi və onlardan səmərəli istifadə olunmasını həyata keçirir. İşdə fərqlənən işçilərin mükafatlandırılması, istehsalat və əmək intizamını pozanların intizam məsuliyyətinə cəlb edilməsi haqqında təkliflər verir. Yüksək iş nəticələrinin əldə olunmasında işçilərin yaradıcı təşəbbüs və fəallıq göstərməsi üçün şərait yaradır. Yaradıcı təşəbbüs və yenilikçiliyi müdafiə edir və onların yayılmasını təmin edir. Kollektivdə tərbiyəvi iş aparır.



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin