AZƏrbaycan respublikasi əMƏk və ƏhaliNİn sosial müdafiƏSİ naziRLİYİNİn kollegiyasi


Ödəniş dərəcələrinə ixtisas tələbləri



Yüklə 1,21 Mb.
səhifə11/17
tarix17.04.2017
ölçüsü1,21 Mb.
#14285
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali ixtisas təhsili və ya 6-cı dərəcəli texnik geoloq vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali ixtisas təhsili və 7-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali ixtisas təhsili və 8-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali ixtisas təhsili və 9-cu dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali ixtisas təhsili və 10-cu dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali ixtisas təhsili və 11-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali ixtisas təhsili və 12-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı.



Lay təzyiqinin saxlanılması üzrə mühəndis

 

Əmək funksiyası. Lay təzyiqinin saxlanılması üzrə perspektiv illik və operativ planların işlənib hazırlanmasında iştirak edir. Vurucu quyuların işinin səmərəliliyinin yüksəldilməsi yollarını müəyyən edir. Avadanlıqların işinin dayandırılmasının və vurucu quyular fondunun texniki vəziyyətinin təhlilini aparır. Laya su vurulması üzrə plan tapşırıqlarının yerinə yetirilməsi və istehsal obyektlərinin vəziyyətinə nəzarəti həyata keçirir. Vurucu quyuların əsaslı təmiri üzrə planı (naryad-tapşırığı) tərtib edir və onun keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir. Quraşdırılmamış avadanlıq, ehtiyat hissələrinin düzgün saxlanılması və konservasiya olunmasını təmin edir. Qəzaların baş vermə və avadanlıqların sıradan çıxma səbəblərinin təhqiq olunmasını təşkil edir. Yeni texnikanın sınaqdan çıxarılması, onun tətbiqi və əmək tutumlu proseslərin mexanikləşdirilməsi üzrə işlərin yerinə yetirilməsini təşkil edir və bu işlərə nəzarət edir. Tətbiq olunan avadanlıqların konstruksiyasının təkmilləşdirilməsinə dair səmərələşdirici təklif və ixtiralara rəy verir. Səmərələşdiricilərə və ixtiraçılara əməli kömək göstərir və qəbul olunmuş təkliflərin tətbiq olunmasını təşkil edir. Avadanlıqların pasportlaşdırılmasını, onların texniki vəziyyəti üzrə lazımi sənədləşməni və onların uçotunu aparır. İstehsal mədəniyyətinin yüksəldilməsi və ətraf mühitin mühafizəsi üzrə işləri həyata keçirir.



Bilməlidir: laylara işçi agentlərin vurulması işlərinin aparılmasına dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər rəhbər materialları; neft və qaz yataqlarının işlənməsi texnologiyasını; laylara işçi agentlərin vurulması üzrə işlərin planlaşdırılması və layihələndirilməsi qaydalarını; laylara işçi agentlərin vurulması üzrə avadanlıqları, onların texniki istismarı və təmiri üzrə işlərin təşkil olunma qaydalarını; geoloji çətinləşmələr, texniki qüsurlar, avadanlıqlarda qəzaların əmələ gəlmə səbəblərini, onların qarşısının alınması və ləğv olunması üsullarını; hesabat sənədlərinin tərtib olunması qaydalarını; materialların sərfi normalarını və onların düzgün saxlanması qaydalarını; layların neftveriminin artırılması üzrə texnika və texnologiya sahəsində yerli və xarici təcrübəni; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya 6-cı dərəcəli texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı.

 

Lay təzyiqinin saxlanılması üzrə geoloq

 

Əmək funksiyası. Vurucu quyuların iş rejimlərinə operativ nəzarəti həyata keçirir. Geofiziki və tədqiqat işlərinin, vurucu quyuların tədqiqi planının yerinə yetirilməsinə nəzarət edir və sifarişlər tərtib edir. Obyektlər üzrə vurmanın operativ uçotunu (nasos-kompressor stansiyalarında sərf ölçənlərin kartoqramlarının yığılması və şifrələnməsi) aparır. Vurulan su nümunələrinin yığılmasına və onların təhlilinin aparılması gedişinə nəzarət edir. Boru kəmərlərinin və sementləmənin təzyiqlə yoxlanılması işləri üzrə aktların tərtib edilməsində iştirak edir. Yeraltı sərvətlərin mühafizəsi məsələlərinə nəzarət edir. Su sərfinin uçotu üzrə cihazların təmiri və dəyişdirilməsinə sifariş verir. Quyuların iş rejimi, yaxud ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi qaydaları pozularsa, quyuların işini dayandırır. Təyin olunmuş hesabatları vaxtında tərtib edərək təqdim edir. Quyu fondunun aylıq təhlilini aparır. Geoloji materialların qəbul edilmiş qayda üzrə artırılması və qorunmasını təmin edir. Quyuların ləğv edilməsi, konservasiya edilməsi və qaytarılması haqqında sənədləri rəsmiləşdirir.



Bilməlidir: geoloji işlərin aparılmasına dair əmr, sərəncam və digər rəhbər materialları; neft-qaz rayonlarının geologiyasını; neft yataqlarının düzgün işlənməsi qaydalarını; quyuların mövcud mədən və geofiziki tədqiqat metodlarını; layların parametrlərinin təyin edilməsi metodikasını; tətbiq edilən avadanlığın xarakteristikasını və quyuların istismar üsullarını; quyuların qazılması; yeraltı və əsaslı təmirin texnologiyasının əsaslarını; geoloji-qrafiki sənədlərin tərtib edilməsi, karotaj materialının işlənməsi prinsip və metodlarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; mədən-geofiziki tədqiqat və deşmə-partlayış işləri zamanı əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını; ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali ixtisas təhsili və ya 6-cı dərəcəli texnik-geoloq vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali ixtisas təhsili və 7-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali ixtisas təhsili və 8-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali ixtisas təhsili və 9-cu dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali ixtisas təhsili və 10-cu dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali ixtisas təhsili və 11-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali ixtisas təhsili və 12-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı.



Markşeyder

 

Əmək funksiyası. Müəssisənin fəaliyyəti ərazisində geodezi gərginləşmə və geodezi çəkiliş şəbəkələrinin qurulmasını və inkişafını, topoqrafik və markşeyder çəkilişlərinin yerinə yetirilməsini təmin edir. Quyu ağızları, bina və qurğuların layihədən naturaya köçürülməsini həyata keçirir. Maili istiqamətlənmiş quyuların istiqamətini verir və qazma prosesində quyu xəttinin layihə istiqamətinə riayət olunmasına nəzarət edir. Yerlərdə sənaye obyektləri və mühəndis kommunikasiyaların tikintisi üçün meydança və yol istiqamətlərinin seçilməsində iştirak edir. Tikinti konstruksiyaları elementlərinin fəza-həndəsi nisbətlərinə riayət olunmasına və onların layihəyə uyğunluğuna geodezi və markşeyder nəzarətini həyata keçirir. Podrat təşkilatları tərəfindən yerinə yetirilən markşeyder və topoqrafik işləri qəbul edir. Dağ süxurlarının horizontal yerdəyişmə prosesinə, dağ təzyiqinin təzahürlərinə, yer səthi, bina və qurğuların deformasiyasına cihazlarla müşahidə aparılmasını təmin edir. Dağ işlərinin inkişaf layihə və planlarında, neft, qaz və yeraltı su yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi layihə və sxemlərində olan tələbləri, yeraltı sərvətlərin səmərəli istifadəsi və mühafizəsi üzrə tələblərin yerinə yetirilməsinə markşeyder nəzarətini həyata keçirir. Dağ işləri görülərkən işçilərin, əhalinin həyatı və sağlamlığı üçün təhlükəsizliyi, ətraf mühit, bina və qurğuların mühafizəsini təmin edən tədbirlərin vaxtında yerinə yetirilməsinə və onların səmərəliliyinə nəzarəti həyata keçirir. Neft və qaz yataqlarının həndəsi hesablamalarının aparılması ilə bağlı işlərin yerinə yetirilməsini həyata keçirir. Yataq və sənaye obyektlərinin markşeyderplanlarını tərtib edir, geoloji struktur xəritələri və digər dağ-qrafiki sənədlər üçün markşeyder əsaslarının hazırlanmasını həyata keçirir. Torpaq ayırmalarının alınması üçün zəruri olan materialları rəsmiləşdirir. Ayrılmış və qaytarılmış torpaqların, yerinə yetirilmiş rekultivasiya işlərinin uçotunu aparır. Markşeyder və topoqrafik-geodeziya işləri üzrə perspektiv və cari planların işlənməsində iştirak edir. Markşeyder işləri üzrə hesabat sənədlərini tərtib edir.



Bilməlidir: markşeyder işlərinin aparılması texnologiyasını, markşeyder avadanlıqları və cihazlarının konstruksiyasını, onların istismar qaydalarını; markşeyder işlərinin aparılmasına dair təlimat, əsasnamə və normativ materialları; yer səthinin hərəkətinə və mühafizə olunan obyektlərin vəziyyətinə müşahidə metodlarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; markşeyder işlərinin yerinə yetirilməsi üzrə yerli və xarici müəssisələrin qabaqcıl təcrübəsini; əmək qanunvericiliyinin əsaslarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyi; əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya 6-cı dərəcəli texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli markşeyder vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli markşeyder vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli markşeyder vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli markşeyder vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli markşeyder vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli markşeyder vəzifəsində ən azı 2 il iş stajı.



Neft və qazçıxarma üzrə mühəndis-texnoloq

 

Əmək funksiyası. Neft-mədən obyektlərində qoyulmuş texnoloji iş rejimlərinə riayət edilməsini, istehsalın texnoloji hazırlığını təmin edir. Quyuların və başqa istehsal obyektlərinin texnoloji iş rejimlərinin tərtib edilməsində iştirak edir. Obyektlərin müəyyən olunmuş texnoloji iş rejimlərinə uyğun olaraq istismar edilməsini təmin edir. Neft və qaz hasilatı və məhsuldar laylara işçi agentin vurulmasında texnoloji prosesin pozuntularının qarşısının alınması və aradan qaldırılması üzrə tədbirlər görür. Laya vurulan işçi agentin həcminə və keyfiyyətinə nəzarət edir. Neft və qaz hasilatı üzrə müəyyən olunmuş tapşırıqların yerinə yetirilməsinə istiqamətlənmiş geoloji-texniki tədbirlər işləyib hazırlayır. Neft və qazçıxarma briqadalarının texniki, texnoloji və başqa sənədlərlə vaxtında təmin olunmasını təşkil edir. İstehsalın texnoloji rejimlərinin dəyişməsi və təshihi ilə əlaqədar olaraq texniki sənədlərdə düzəlişlər edir. Başqa bölmələr tərəfindən neft və qazçıxarma sexinə xidmət göstərilməsi üçün sifarişlər tərtib edir. Parafinsizləşdirmə qrafiklərini və quyularda, boru kəmərlərində duz çöküntüləri (korroziya) ilə mübarizə üzrə tədbirlər işləyib hazırlayır və onların yerinə yetirilməsini təmin edir. Neft-mədən obyektlərinin vaxtında təmirə hazırlanmasını təşkil edir. Quyuların yeraltı və əsaslı təmiri, quyudibi zonaya təsir etmə əməliyyatlarının aparılması üçün plan-qrafiklərin (naryad-tapşırıqların) tərtib edilməsində iştirak edir. Neft-mədən obyektlərində yerinə yetirilmiş təmir işlərinin keyfiyyətinə nəzarət edir. Neft və qazın hasilatı, yığılmasının texnoloji proseslərini təhlil edir və onların təkmilləşdirilməsi üzrə təkliflər işləyib hazırlayır. Neft və qazın hasilatı və yığılmasında yeni texnoloji proseslərin mənimsənilməsi üçün eksperimental işlərin keçirilməsində və onların istehsalata tətbiqində, neft-mədən obyektlərinin tikinti layihələrinin müzakirəsində iştirak edir. Texnoloji qurğularda və istismar quyularında baş vermiş qəzaların qeydiyyatını aparır. Qəzaların səbəblərini təhlil edir, onların qarşısının alınması və aradan qaldırılması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir. İstehsal mədəniyyəti və səmərəliliyinin yüksəldilməsi, təhlükəsiz əmək şəraitinin yaradılması, ətraf mühitin mühafizəsi üzrə tədbirlərin, material, yanacaq, enerji məsrəflərinin texniki əsaslanmış normalarının işlənib hazırlanmasında və tətbiq olunmasında iştirak edir. Material-texniki vəsaitlərdən və nəqliyyatdan səmərəli istifadə olunmasına nəzarət edir. Yeni texnikanın sınaqdan çıxarılması və tətbiq edilməsi, istehsal proseslərinin kompleks avtomatlaşdırılması və mexanikləşdirilməsi, neft və qazın hasilatı, yığılması texnologiyasının təkmilləşdirilməsinə dair səmərələşdirici təkliflərin müzakirəsində iştirak edir, onların yararlılığı haqqında rəy verir.



Bilməlidir: neft və qaz hasilatı və yığılmasına dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər rəhbər materialları; neft və qaz yataqlarının işlənməsinin əsaslarını; quyuların yeraltı və əsaslı təmiri, neft və qaz hasilatı, yığılması üzrə texnika və texnologiyanı; quyu tikintisi texnologiyasının əsaslarını; neft-mədən obyektlərində texniki nasazlıq, qəza və mürəkkəbləşmələrin yaranma səbəblərini, onların qarşısının alınması və ləğv edilməsi üsullarını; neft mədənlərinə xidmət edən bölmələrin ixtisaslaşmasını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; neft və qaz hasilatı sahəsində yerli və xarici təcrübəni; neft və qaz yataqlarının işlənmə qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya 6-cı dərəcəli texnik-texnoloq vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis-texnoloq vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis-texnoloq vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis-texnoloq vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis-texnoloq vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis-texnoloq vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis-texnoloq vəzifəsində ən azı 2 il iş stajı.

 

Neft və qazçıxarma üzrə mühəndis

 

Əmək funksiyası. Obyektlərdə istismar quyularının işini müəyyən edilmiş texniki rejimlərə müvafiq olaraq təşkil edir. Təsdiq olunmuş texnoloji rejimlərdən kənarlaşmaların səbəblərinin aradan qaldırılması üçün operativ tədbirlər görür. Neft və qaz hasilatı üzrə perspektiv, cari və operativ planların işlənib hazırlanmasında iştirak edir. İstismar quyuları və digər istehsal obyektləri üçün texnoloji iş rejiminin hazırlanmasında iştirak edir. Neft və qaz hasilatı briqadalarının zəruri texniki, texnoloji və digər sənədlərlə vaxtında təmin olunmasını təşkil edir. İstehsalın texnoloji rejiminin dəyişməsi və təshihi ilə əlaqədar olaraq texniki sənədlərdə dəyişikliklər edir. Obyektlərin pasportlaşdırılması işini aparır. İstismar quyulan üzrə qəzaların uçotunu aparır. Qəzaların baş vermə səbəblərinin araşdırılması, onların qarşısının alınması və aradan qaldırılması üzrə tədbirlərin işlənməsində iştirak edir. Quyularda cari təmir işlərinin keyfiyyətlə aparılmasına nəzarət edir. Yeni texnikanın sınağı və tətbiqi, neft yığımı sistemlərinin neft-çıxarma və parafinsizləşdirmə texnologiyasının təkmilləşdirilməsi üzrə işlərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə nəzarəti həyata keçirir. Tətbiq olunan avadanlıqların konstruksiyasının təkmilləşdirilməsinə dair səmərələşdirici təklif və ixtiralara rəy verir. Qəbul olunmuş səmərələşdirici təkliflərin tətbiqinə əməli kömək göstərir. İstehsal mədəniyyəti və səmərəliliyinin yüksəldilməsi, təhlükəsiz əmək şəraitinin yaradılması, ətraf mühitin mühafizəsi üzrə tədbirlərin işlənib hazırlanması və tətbiq olunmasında iştirak edir. Material, yanacaq və enerji məsrəfləri üzrə texniki əsaslandırılmış normaların işlənib hazırlanmasında iştirak edir. Materiallardan səmərəli istifadə olunmasına nəzarət edir.



Bilməlidir: neft və qaz hasilatı və yığılmasının texnika və texnologiyasına dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və başqa rəhbər materialları; neft və qaz yataqlarının istismar olunma qaydalarını; quyuların yeraltı və əsaslı təmirinin texnika və texnologiyasını; quyu tikintisi texnologiyasının əsaslarını; neft-mədən obyektlərində texniki nasazlığın, qəzaların və çətinliklərin əmələ gəlmə səbəblərini, onların qarşısının alınması və aradan qaldırılması üsullarını; neft mədənlərinə xidmət edən bölmələrin ixtisaslaşdırılmasını; neft və qaz hasilatı sahəsində yerli və xarici təcrübəni; istehsalın operativ uçotunun təşkilini; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, istehsalat sanitariyası qayda və normalarını; ətraf mühit və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya 6-cı dərəcəli neft və qazçıxarma üzrə texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı.



Neftin hazırlanması və nəqli üzrə mühəndis

 

Əmək funksiyası. Neftin keyfiyyətlə hazırlanmasını təmin edir. Neftin hazırlanması və nəqli üçün perspektiv, carı və operativ planların işlənib hazırlanmasında iştirak edir. Neftin hazırlanması və nəqli üzrə obyektlərin işinin səmərəliliyinin yüksəldilməsi yollarını müəyyən edir. Təhvil verilən neftin keyfiyyətinin yüksəldilməsi və itkilərin azaldılması üzrə tədbirlər işləyib hazırlayır və tətbiq edir. Sexin texnoloji avadanlığının təhlükəsiz və texniki cəhətdən düzgün istismar olunmasını təmin edir, neftin hazırlanması və nəqli texnologiyasına riayət edilməsinə daimi nəzarəti həyata keçirir. Avadanlığın əsaslı təmiri üçün plan-sifarişlərin tərtib olunmasında, avadanlığın sıradan çıxması və qəzaların səbəblərinin təhqiq edilməsində iştirak edir. Neftin hazırlanması və nəqli texnologiyasının təkmilləşdirilməsi üzrə səmərələşdirici təkliflərə baxır, müəssisə şəraitində onların istifadə olunmasını təşkil edir. Müəssisənin payız-qış dövrünə hazırlığı üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Neftin hazırlanması və ötürülməsində tətbiq edilən kimyəvi reagent, material, yanacaq, elektrik enerjisinin sərfi normalarının təhlilini aparır. Kimyəvi reagentlərin saxlanmasına nəzarət edir. İstehsal mədəniyyətinin yüksəldilməsi üzrə işləri həyata keçirir və ətraf mühitin mühafizəsi üzrə tədbirlər görür.



Bilməlidir: neft və qazın hazırlanması və nəqlinin təşkilinə, texnika və texnologiyasına dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər rəhbər materialları; müəssisənin inkişaf perspektivini; neftin hazırlanması və nəqli texnologiyasını və təşkilini; qurğuların texnoloji rejimlərini və texniki istismar qaydalarını; hazır məhsula qoyulan texniki tələbləri; texnoloji proseslərin layihələndirilməsi zamanı əməyin elmi təşkilinin əsas tələblərini; neftin hazırlanması və nəqli texnologiyası sahəsində yerli və xarici müəssisələrin qabaqcıl təcrübələrini; ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya 6-cı dərəcəli neft və qazın hazırlanması və nəqli üzrə texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı.

 

Neft-mədən hidrotexniki qurğularının istismarı, təmiri və

korroziya ilə mübarizə üzrə mühəndis

 

Əmək funksiyası. Neft-mədən hidrotexniki qurğularının əsaslı təmiri üzrə cari və perspektiv plan-layihələrini hazırlayır. Neft-mədən hidrotexniki qurğularının əsaslı təmir layihələrinin müzakirəsində iştirak edir. Qüvvədə olan təlimatlara müvafiq olaraq neft-mədən hidrotexniki qurğularının istismarı, təmiri və korroziya ilə mübarizə üzrə yerinə yetirilən bütün iş həcmlərinin dəyişməsi, həmçinin əlavə iş həcmləri (işin icrasından asılı olmayan səbəblərdən texniki layihələrdə nəzərdə tutulmayan) üçün smeta, smeta-maliyyə hesablarını və kalkulyasiyaları hazırlayır, neft-mədən hidrotexniki qurğularının istismarı, təmiri və korroziya ilə mübarizə üzrə metodik göstərişlər işləyir. Briqadalar tərəfindən işlənmiş vaxtın və yerinə yetirilmiş iş həcminin uçotuna nəzarət edir. Əlaqədar sexlərdə iş vaxtı itkilərinin azaldılması üzrə kompleks təşkilati-texniki tədbirlər planlarının işlənməsində iştirak edir. Yeni texnikanın, səmərələşdirici təkliflərin və ixtiraların, qabaqcıl təcrübənin tətbiqi üzrə işlər görür. Obyektlərdə qəzaların ləğv edilməsi və onların qarşısının alınması üzrə işləri təşkil edir. Xüsusi texnikaya olan sifarişləri razılaşdırır. Avadanlıqlarda qəzaların, istehsalat zədələnmələrinin səbəblərinin araşdırılmasında iştirak edir və onların qarşısının alınması üzrə tədbirlər işləyir. Hidrotexniki qurğuların təmiri və istismarı üzrə tələb olunan avadanlıq, alət, material, ehtiyat hissələri və digər vəsaitlər üçün illik sifarişlər tərtib edir. Hidrotexniki qurğuların əsaslı tikintisi üzrə müvafiq tikinti təşkilatlarına sifarişlər tərtib edir. Müvafiq texniki sənədləri işləyir və texnoloji intizama, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir. Zəruri uçot və hesabatları aparır.



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin