AZƏrbaycan respublikasi əMƏk və ƏhaliNİn sosial müdafiƏSİ naziRLİYİNİn kollegiyasi



Yüklə 1,21 Mb.
səhifə12/17
tarix17.04.2017
ölçüsü1,21 Mb.
#14285
1   ...   9   10   11   12   13   14   15   16   17

Bilməlidir: neft-mədən hidrotexniki qurğularının istismarı, təmiri və korroziya ilə mübarizənin təşkili və texnologiyasına dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər rəhbər materialları; neft-mədən hidrotexniki qurğularının istismarı, təmiri və korroziya ilə mübarizə işlərinin planlaşdırılma metodlarını; tələb olunan avadanlıq, material, ehtiyat hissə və alətlərə sifarişlərin tərtib olunma qaydalarını, onların sərf normalarını; neft-mədən hidrotexniki qurğularının istismar və təmir qaydalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə, ətraf mühitin mühafizəsi qayda və normalarmı, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya 6-cı dərəcəli texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı.



Neft və qaz yataqlarının işlənməsi üzrə geoloq

 

Əmək funksiyası. Neft və qaz hasilatı, laya işçi agentin vurulması, yatağın qazılıb genişləndirilməsi, neft və qaz yataqlarının kəşfiyyatının başa çatdırılması üzrə cari və perspektiv planların işlənməsində iştirak edir. Yataqların işlənməsinin layihələndirilməsi, quyuların təmirinin cari və perspektiv planların, quyuların təmirinə sifarişlərin tərtib olunması üçün materiallar hazırlayır. Neft və qaz yataqlarının işlənmə vəziyyətinə nəzarət edir, yataqların işlənməsinin dövrü təhlilini aparır. Neft və qaz hasilatı, laya işçi agentin vurulması, quyuların qazılması, geofiziki və hidrodinamiki tədqiqatlar üzrə daxil olan məlumatlar əsasında ilkin sənədləşməni aparır. Tədqiqat işlərinin yerinə yetirilmə keyfiyyəti və həcminə, əsaslı təmirə, neft, qaz və vurucu quyularda texnoloji iş rejiminə operativ nəzarəti həyata keçirir. Yeraltı sərvətlərin işlənməsində dağ süxurlarının çıxarılması sənədlərini, geoloji hesabatları, quyuların mədən və geofiziki tədqiqat, kimyəvi təhlil üçün maye nümunələrinin götürülməsi planlarını (qrafiklərini) tərtib edir. Karotaj diaqramlarını işləyir. Quyu fondunun aylıq təhlilini aparır. Məhsuldar və vurucu quyuların texnoloji iş rejimlərinin, neft və qaz ehtiyatlarının tam çıxarılması üzrə tədbirlərin işlənməsində iştirak edir. Yataqların işlənməsinin, onların kəşfiyyatının təkmilləşdirilməsi üzrə təkliflər işləyir. Quyuların qazılmasına geoloji-texniki naryadın geoloji hissəsi üçün ilkin məlumatları hazırlayır. Öyrənilən iş rayonunun geoloji quruluşunu xarakterizə edən qrafik materialları (sxem, xəritə, kəsim, diaqramlar) tərtib edir. Geoloji materialların təyin olunmuş qaydada uçotu, saxlanması və çoxaldılmasını təşkil edir. Geoloji səbəblər üzrə quyuların ləğv edilməsi, konservasiyası və qaytarılması üçün sənədləri tərtib edir. İş təcrübəsinin mübadilə edilməsi və kadrların ixtisasının artırılmasında iştirak edir.



Bilməlidir: təşkilatın geoloji-istehsalat fəaliyyətinə dair qərar, əmr, sərəncam və digər rəhbər materialları; neft və qaz olan rayon və yatağın geologiyasını, neft və qaz yataqlarının işlənmə qaydalarını; hasil edilən xammal növünə sənaye tələblərini; quyuların mövcud mədən və geofiziki tədqiqat metodlarını; yataqların işlənməsinin layihələşdirilməsi və təhlili metodlarını; quyuların qazılması və istismarı üsullarını; layların neftveriminin artırılması prinsip və metodlarını; quyuların qazılması, cari və əsaslı təmiri texnologiyasının əsaslarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; geoloji sənədləşmənin tərtib edilmə qaydalarını; qrafiki, geoloji sənədləşmənin qurulması və karotaj materialının emalının prinsip və metodlarını; yeraltı sərvətlərin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası qaydalarını, geoloji materialların uçotu və saxlanması qaydalarını; əmək qanunvericiliyinin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali ixtisas təhsili və ya 6-cı dərəcəli texnik-geoloq vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali ixtisas təhsili və 7-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali ixtisas təhsili və 8-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali ixtisas təhsili və 9-cu dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali ixtisas təhsili və 10-cu dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali ixtisas təhsili və 11-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali ixtisas təhsili və 12-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı.



Neft və qazçıxarma üzrə texnik

 

Əmək funksiyası. İxtisaslı mütəxəssislərin rəhbərliyi altında neftqazçıxarma üzrə planın yerinə yetirilməsi işlərini həyata keçirir. Layların neftveriminin artırılması, quyularınparafinsizləşdirilməsi, neft hasilatı sahəsində yeni texnika və texnologiyanın tətbiqi üzrə tədbirlərin işlənməsində iştirak edir. Quyuların texnoloji prosesləri və iş rejimlərinin təshih edilməsi ilə bağlı texniki sənədlərdə dəyişiklikləri rəsmiləşdirir və razılaşdırır. Avadanlığın istismar qaydalarına riayət olunmasına nəzarət edir.



Bilməlidir: neft və qaz hasilatı texnologiyasını; neft və qazçıxarmanın texnologiyasına dair əmr, sərəncam və digər rəhbər materialları; avadanlığın təmirə verilməsi və təmirdən qəbul olunması qaydalarını; əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

5-ci dərəcə: I-II qrup müəssisədə iş stajına tələb qoyulmadan orta ixtisas (texniki) təhsili və yaxud digər orta ixtisas təhsilli mütəxəssis vəzifələrində ən azı 2 il iş stajı;

6-cı dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 5-ci dərəcəli texnik vəzifəsində ən azı 2 il iş stajı;

7-ci dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 6-cı dərəcəli texnik vəzifəsində ən azı 2 il iş stajı;

8-ci dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 7-ci dərəcəli texnik vəzifəsində ən azı 2 il iş stajı.

Neft və qazın hazırlanması və nəqli üzrə texnik

 

Əmək funksiyası. İxtisaslı mütəxəssislərin rəhbərliyi altında neft və qazın hazırlanması və nəqli qurğularının fasiləsiz işini təmin etmək, təhvil verilən neft və qazın keyfiyyətini yüksəltmək üzrə işləri yerinə yetirir. Texnoloji proseslərin texniki tapşırıqlara və fəaliyyətdə olan normativ sənədlərə müvafiq olaraq düzgün aparılmasını həyata keçirir. Neft və qazın hazırlanması və nəqli üzrə istehsalat obyektlərinin texnoloji proses və rejimlərinin təshih edilməsi ilə bağlı texniki sənədlərdə dəyişiklikləri rəsmiləşdirir. Kimyəvi reagentlərin saxlanmasına, material və alətlərin səmərəli istifadəsinə nəzarəti həyata keçirir. Texnoloji avadanlığın sınaqdan keçirilməsində iştirak edir.



Bilməlidir: neft və qazın hazırlanması və nəqli texnologiyasını; quyuların texnoloji rejimlərini və onların texniki istismar qaydalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

5-ci dərəcə: I-II qrup müəssisədə iş stajına tələb qoyulmadan orta ixtisas (texniki) təhsili və yaxud digər orta ixtisas təhsilli mütəxəssis vəzifələrində ən azı 2 il iş stajı;

6-cı dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 5-ci dərəcəli texnik vəzifəsində ən azı 2 il iş stajı;

7-ci dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 6-cı dərəcəli texnik vəzifəsində ən azı 2 il iş stajı və yaxud digər orta ixtisas təhsilli mütəxəssis vəzifələrində ən azı 2 il iş stajı;

8-ci dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 7-ci dərəcəli texnik vəzifəsində ən azı 2 il iş stajı.

 

Topoqraf

 

Əmək funksiyası. Fotoplanlarda relyef və konturların çəkilişini, vizual topoqrafik çəkilişi və topoqrafik xəritələrin təzələnməsini, marşrutlar üzrə səhra deşifrələnməsini, relyefin kontur və elementlərinin kameral deşifrələnməsini; taxometrik planların tərtib edilməsini; plan-hündürlük əsaslanmasını yerinə yetirir. Geoloji tədqiqatların bölünməsi, naturaya köçürülməsi və dağ mədənləri, quyu və digər nöqtələrin bağlılığını həyata keçirir. Alətlərin yoxlanmasını və yustirlənməsini aparır. Briqadanın üzvləri tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına əməl olunmasını təmin edir. Relyefin çəkilişini yerinə yetirir və stereofotoqrammetrik metodla xəritənin originalını tərtib edir. Xəritələrin originallarını, məlumatları trapesiya çərçivələri üzrə çəkir və rəsmiləşdirir. Texniki sənədlərin rəsmiləşdirilməsini həyata keçirir.

Bilməlidir: topoqrafik çəkiliş, xəritələrin (planların) təzələnməsi və IV dərəcəli nivelirləmənin həyata keçirilməsi üzrə qüvvədə olan təlimatları; topoqrafik çəkilişin, xəritələrin təzələnməsinin mövcud üsullarının texnologiyasını; topoqrafik xəritələrin originallarının stereofotoqrammetrik çəkiliş və tərtib olunma metodlarını; tətbiq olunan alət və cihazların yoxlanma və yustirlənmə qaydalarını; texniki və maliyyə hesabatlarının tərtib olunması üzrə tələbləri; təhlükəsizlik texnikası, əməyin mühafizəsi qaydalarını, topoqrafik-geodeziya işləri üzrə istehsalatın və əməyin təşkilinin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

5-ci dərəcə: I-II qrup müəssisədə iş stajına tələb qoyulmadan orta ixtisas (texniki) təhsili və yaxud digər orta ixtisas təhsilli mütəxəssis vəzifələrində ən azı 2 il iş stajı;

6-cı dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 5-ci dərəcəli topoqraf vəzifəsində ən azı 2 il iş stajı;

7-ci dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 6-cı dərəcəli topoqraf vəzifəsində ən azı 2 il iş stajı;

8-ci dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 7-ci dərəcəli topoqraf vəzifəsində ən azı 2 il iş stajı.

Texnik-geoloq

 

Əmək funksiyası. İxtisaslı mütəxəssisin rəhbərliyi altında yataqların (sahələrin, obyektlərin) öyrənilməsi işlərini yerinə yetirir. Qazma məlumatlarını, sınaq, kern nəticələrini karotaj diaqramlarına köçürməklə onların işlənilməsini həyata keçirir. Kernlərin və bütün digər növ nümunələrin götürülməsini, neftin və qazın gündəlik hasilatının ölçülməsini təmin edir. Müşahidə olunan obyektlərdə ölçmə və təsvir etmə işlərini aparır. Cihazların göstəricilərini qeyd edir. İlkin geoloji sənədləşdirməni aparır və onların işlənilməsini həyata keçirir. Layihə işləri və geoloji hesabatlara aid olan qrafik materialları, sxemləri, kəsimləri, planları və diaqramları çəkir. Quyuların fəaliyyətə qaytarılması, konservasiyası və ləğvi ilə əlaqədar sənədlərin tərtib olunmasında iştirak edir. Geoloji sənədlərin, nümunələrin, digər materialların saxlanılmasını təşkil edir və onların uçotunu aparır. Quyuların əsaslı təmin, perforasiyasından sonra yoxlama və sınanma işlərinin nəticələrinin təhlilini təşkil edir.



Bilməlidir: yatağın geologiyasını; geoloji-kəşfiyyat, qazma, mədən işlərinin texnologiyasını və onların aparılması üzrə təlimatları; geoloji sənədlərin saxlanılması və uçotu qaydalarını; cihaz və avadanlıqların istismar qaydalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

5-ci dərəcə: I-II qrup müəssisədə iş stajına tələb qoyulmadan orta ixtisas (texniki) təhsili və yaxud digər orta ixtisas təhsilli mütəxəssis vəzifələrində ən azı 2 il iş stajı;

6-cı dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 5-ci dərəcəli texnik-geoloq vəzifəsində ən azı 2 il iş stajı;

7-ci dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 6-cı dərəcəli texnik-geoloq vəzifəsində ən azı 2 il iş stajı;

8-ci dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 7-ci dərəcəli texnik-geoloq vəzifəsində ən azı 2 il iş stajı.

Texnik-energetik

 

Əmək funksiyası. Bütün elektrik avadanlıqları və elektrik alətlərinin pasportlaşdırılmasını həyata keçirir. Mövcud olan və yeni daxil olmuş elektrik avadanlıqlarının, sexə təhkim olunmuş elektrik avadanlıqların, qurğuların texniki vəziyyətinin və istismarının, yararsız vəziyyətə düşmüş avadanlıqların hesabdan silinməsi üçün sənədləşmənin, sex üzrə əlvan və qara metalların təhvil verilməsinin uçotunu aparır. Sexin bütün texniki sənədlərini lazımi qaydada saxlayır. Elektrik avadanlıqlarının pasportunda qeydlər aparmaqla və sənədləri tərtib etməklə, onların təmirə verilməsi və alınması işlərini həyata keçirir. Sex üzrə iş vaxtının tabel uçotunu aparır.



Bilməlidir: elektrik avadanlıqlarının operativ uçotunun aparılma qaydalarını; avadanlıqlar üzrə ilkin texniki sənədlərin formalarını; avadanlıqların təmirə verilməsi və təmirdən qəbul olunması qaydalarını; əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

5-ci dərəcə: I-II qrup müəssisədə iş stajına tələb qoyulmadan orta ixtisas (texniki) təhsili və yaxud digər orta ixtisas təhsilli mütəxəssis vəzifələrində ən azı 2 il iş stajı;

6-cı dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 5-ci dərəcəli texnik-energetik vəzifəsində ən azı 2 il iş stajı;

7-ci dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 6-cı dərəcəli texnik-energetik vəzifəsində ən azı 2 il iş stajı;

8-ci dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 7-ci dərəcəli texnik-energetik vəzifəsində ən azı 2 il iş stajı.

Üzən qazma qurğuları üzrə mühəndis

 

Əmək funksiyası. Üzən qazma qurğularının istismarı və təmiri üzrə tapşırıqların, plan-qrafiklərin tərtib olunmasında iştirak edir. Üzən qazma qurğularının profilaktik və təmir xidmətlərinə dair məlumatlar toplayır, ümumiləşdirir, təhlil edir və müvafiq orqanlara təqdim edir. Yeni üzən qazma qurğularının istifadəsi haqqında təkliflər verir. Hidrometroloji şərait haqqında məlumatları alır. Üzən qazma qurğularının səmərəli istismarı üzrə təşkilati-texniki tədbirlər hazırlayır. Üzən qazma qurğularının tikinti layihələrinin müzakirəsində iştirak edir. Bu qurğuların təkmilləşdirilməsi üzrə təkliflər hazırlayır. Müəssisənin üzən qazma qurğularına olan tələbatı üzrə illik sifarişlərin tərtib edilməsində iştirak edir. Üzən qazma qurğularının istismarı və təmiri üzrə işlərin təhlükəsizlik qayda və normalarına müvafiq olaraq aparılmasına nəzarət edir. Bu işlərin təhlükəsiz aparılması üzrə təlimatların işlənməsində iştirak edir. Üzən qazma qurğularında baş vermiş qəza və bədbəxt hadisələrin səbəblərinin təhqiqində, onların ləğv edilməsi və qarşısının alınması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir. İstehsal tapşırıqları və planların yerinə yetirilmə gedişinə nəzarət edir, onların nəticələrini təhlil edir. Lazım olan uçot və hesabatları aparır.



Bilməlidir: üzən qazma qurğularının istismarı və təmiri məsələlərinə dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər rəhbər materialları; müəssisənin üzən qazmaqurğularının texniki vəziyyətini, onların istehsal gücləri, texniki xarakteristikaları, konstruktiv xüsusiyyətləri və iş rejimlərini, istismar və təmir qaydalarını; üzən qazma qurğuları, onların istismarı və təmiri sahəsində qabaqcıl yerli və xarici təcrübəni; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; texniki sənədlərin tərtib edilməsi üzrə əsasnamə və təlimatları; əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə, ətraf mühitin mühafizəsi qayda və normalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya 6-cı dərəcəli texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı.

 

II. SUALTI TEXNİKİ İŞLƏR

RƏHBƏRLƏR

Baş dalğıc mütəxəssisi

Əmək funksiyası. İdarənin bütün növ sualtı-texniki dalğıc işlərinə, Dərinlik Dalğıc Kompleksinin (DDK) işinə metodiki və texniki rəhbərlik edir. Sualtı-texniki vasitələrin istismara buraxılmasında idarədə müəyyən edilmiş qaydaya və istismar təlimatına riayət edilməsini təmin edir. Sualtı-texniki vasitələrin və texniki sənədlərin (təlimatların) respublikada qüvvədə olan qanunvericiliyə, dünya standartlarına uyğun olaraq hazırlanması, istehsalatda tətbiqi və yoxlanmasını təşkil edir. Sualtı işlərin aparılması zamanı baş verən qəzaların, bədbəxt hadisələrin, peşə xəstəliklərinin araşdırılmasında iştirak edərək, onların səbəblərinin təhlili və aşkar olunmuş nöqsanların ləğvi üzrə operativ tədbirlərin həyata keçirilməsini təmin edir. Dalğıc kadrlarının və mütəxəssislərinin hazırlanmasına rəhbərlik edir. Sualtı-texniki işlərin vəziyyətini və səviyyəsini təhlil edir, nəticələri barədə rəhbərliyə təkliflər verir. Yerinə yetirilən sualtı-texniki işlərin ( eyni zamanda DDK üzrə) həcminin düzgün müəyyən olunmasına və yerinə yetirilməsinə nəzarəti həyata keçirir. DDK-nın dalğıc mütəxəssisləri və mühəndislərinin fəaliyyətinə rəhbərlik edir. Məşq suyaenmələri də daxil olmaqla dalğıc suya enmələri və bütün növ sualtı dalğıc işlərinin yerinə yetirilməsini təşkil edir. Zərurət olduqda xüsusi mürəkkəb dalğıc işlərinin yerinə yetirilməsində iştirak edir. Sualtı-texniki işlərin yerinə yetirilməsi zamanı işçilərin həyatı və sağlamlığının qorunması, təhlükəsiz şəraitin yaradılması üzrə həyata keçirilən tədbirlərin səmərəliliyinə nəzarət edir.

Sualtı-texniki işlərdə istifadə olunan texniki vasitələrin və metodların təkmilləşdirilməsi üzrə elmi nailiyyətlərin işçilər tərəfindən mənimsənilməsi və tətbiqinə, idarədə texniki vasitələrdən istifadə olunmasında qüvvədə olan standartların, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə qayda və normativ aktların tələblərinə, daxili intizam və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə, sənədləşmənin və kargüzarlıq işlərinin müəyyən olunmuş normalara uyğun həyata keçirilməsinə nəzarət edir. Dalğıc məntəqələrində dalğıc mütəxəssisləri və dalğıcların yerləşdirilməsi üzrə idarə rəhbərinə təkliflər verir. Dalğıc işləri ilə məşğul olan işçilərin mükafatlandırılması, eyni zamanda nizam-intizamı pozan işçilərin cəzalandırılması məqsədilə idarə rəhbəri qarşısında məsələ qaldırır. Sualtı-texniki dalğıc işlərini yerinə yetirərkən baş verən qəzaların, bədbəxt hadisələrin, peşə xəstəliklərinin səbəblərini araşdırır və belə hadisələrin baş verməməsi üçün rəhbərliyə təkliflər verir.

Texniki təchizata tələbatı müəyyən edir. Dalğıc işləri üzrə sənədləşmələri və hesabatları yerinə yetirir, dalğıc avadanlıqları, alətləri və ləvazimatlarının uçotunu aparır.

Bilməlidir: böyük dalğıc mütəxəssisinə aid olan vahid tarif-ixtisas xüsusiyyətlərinin tələblərini; Dövlət Neft Şirkətinin sualtı-texniki xidmət və Dərinlik Dalğıc Kompleksinin (DDK) fəaliyyəti üzrə əmr, qərar və göstərişlərini və sualtı-texniki işlər üzrə metodiki, normativ və digər rəhbər materialları; dalğıc avadanlıqlarının texniki istismar qaydalarını və iş prinsiplərini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil, ixtisası üzrə iqtisadiyyatın uyğun sahələrində mühəndis-texniki və rəhbər vəzifələrdə 5 ildən və böyük dalğıc mütəxəssisi vəzifəsində 3 ildən az olmayaraq iş stajı.

15-ci dərəcə: II qrup müəssisədə baş dalğıc mütəxəssisi vəzifəsini icra etdikdə.

16-cı dərəcə: I qrup müəssisədə baş dalğıc mütəxəssisi vəzifəsini icra etdikdə.

MÜTƏXƏSSİSLƏR

Dalğıc mütəxəssisi

Əmək funksiyası. Dalğıc məntəqəsinin fəaliyyətinə rəhbərlik edir, dalğıc personalının dalğıc hazırlığını həyata keçirir. Dalğıc texnikasının işə daim hazırlığını, təmir edilməsini təmin edir, dalğıc avadanlıqları və ləvazimatlarından düzgün istifadə olunmasına və saxlamasına nəzarət edir. Dalğıc texnikasına vaxtlı-vaxtında texniki baxış keçirir və dalğıcların tibbi müayinədən keçməsini təşkil edir. Texniki vasitələrin istismarı üzrə təlimat və qaydalara ciddi əməl olunmaqla, sualtı işlərin yüksək keyfiyyətlə yerinə yetirilməsini təşkil edir. Dalğıc texnikasından istifadə zamanı və dalğıc işləri yerinə yetirilən zaman təhlükəsizlik texnikası qaydalarına əməl olunmasını, istehsalat sahəsində əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi qaydalarına və normativ-hüquqi aktların tələblərinə, texniki vasitələrdən istifadə olunmasında qüvvədə olan standartların tələblərinə riayət olunmasını, sənədləşmələrin və kargüzarlıq işlərinin müəyyən olunmuş normalara uyğun həyata keçirilməsini, daxili intizam qaydalarına əməl olunmasını təmin edir.

Bilməlidir: Dövlət Neft Şirkətinin aidiyyəti üzrə əmr, qərar və göstərişlərini və sualtı-texniki işlər üzrə metodiki, normativ və digər rəhbər materialları; müəssisədə dalğıc xidmətinin strukturunu; dalğıc texnikası və ləvazimatlarının konstruksiyasını; dəniz neft-qaz mədənlərində dalğıclar tərəfindən yerinə yetirilən təmir və xidmət işlərinin təşkilini, növlərini, texnologiyasını və yerinə yetirilmə metodlarını; dalğıc texnikasının texniki istismar və təmir qaydalarını, sualtı aparatların nəzəri əsaslarını; hiperbarik fiziologiyanın və dalğıc təbabətinin əsaslarını; dalğıc əməyinin təhlükəsizliyi üzrə sahə və dövlət standartlarını; sualtı-texniki işlərin yerinə yetirilməsi zamanı texniki təhlükəsizlik qaydalarını; dalğıc işləri sahəsindəölkədaxili və xarici ölkələrin təcrübəsini; iqtisadiyyatın əsaslarını, əməyin elmi təşkilini, istehsalın təşkilini, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil, ixtisası üzrə 3 ildən az olmayaraq iş stajı, dalğıc mütəxəssisi proqramı üzrə tam hazırlıq kursu bitirmiş.

10-11-ci dərəcələr: müvafiq olaraq I-II qrup müəssisədə dalğıc mütəxəssisi vəzifəsini icra etdikdə.



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin