AZƏrbaycan respublikasi əMƏk və ƏhaliNİn sosial müdafiƏSİ naziRLİYİNİn kollegiyasi



Yüklə 1,21 Mb.
səhifə13/17
tarix17.04.2017
ölçüsü1,21 Mb.
#14285
1   ...   9   10   11   12   13   14   15   16   17

Böyük dalğıc mütəxəssisi

 

Əmək funksiyası. Dalğıc məntəqələrinin qəza-xilasetmə, gəmiqaldırma və digər dalğıc işləri zamanı fəaliyyətinə rəhbərlik edir. Zərurət olduqda xüsusi və mürəkkəb dalğıc qəza-xilasetmə işlərinin yerinə yetirilməsində şəxsən iştirak edir. Dərinlik Dalğıc Kompleksinin (DDK) dalğıc hazırlığına rəhbərlik edir. Dalğıcların suyaenmələrini təşkil edir. Tənəffüs üçün qaz qarışıqlarının hazırlanmasını təmin edir.

Dalğıclar tərəfindən görülən işin keyfiyyətinə, təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına əməl edilməsinə, dalğıc avadanlığı və geyimlərindən düzgün istifadə edilməsinə və saxlanmasına nəzarət edir. Dalğıcların texniki bilik səviyyələrinin yüksəldilməsi işində, eləcə də Dalğıc-İxtisas Komissiyalarının işində yaxından iştirak edir. Dalğıc avadanlıqlarına vaxtlı-vaxtında baxış keçirir və dalğıcların tibbi müayinəsini təşkil edir. Dalğıc texnikasının işlək vəziyyətdə olmasını və texniki istismar qaydalarına riayət edilməsini təmin edir. Texniki vasitələrdən istifadə olunmasında bütün rəhbər, normativ-hüquqi sənədlərə və təlimatlara ciddi əməl olunmasına və sualtı işlərin keyfiyyətinə nəzarət edir. Dalğıc avadanlığının texniki təminatına sifarişləri tərtib edir, ehtiyat hissələri, avadanlıq, alətlər və materialların istifadə olunmasına və qeydiyyatına nəzarəti həyata keçirir. Dalğıc işləri üzrə sənədləşmənin, hesabatların aparılmasını təmin edir. İstehsalat sahəsində əməyin mühafizəsi və təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi qaydalarına və normativ aktların tələblərinə, texniki vasitələrdən istifadə olunmasında qüvvədə olan standartların tələblərinə riayət olunmasına, sənədləşmənin və kargüzarlıq işlərinin müəyyən olunmuş normalara uyğun həyata keçirilməsinə, daxili intizam qaydalarına əməl olunmasına nəzarət edir. Mürəkkəb dalğıc işlərinə rəhbərlik edir.

Bilməlidir: dalğıc mütəxəssisinə aid olan vahid tarif-ixtisas xüsusiyyətlərinin tələblərini; DDK-nın bütün sistem və qovşaqlarının quruluşunu; hidrotexniki qurğuların konstruksiyalarını; DDK-nın istismar və texniki sənədləşmələrini; müəssisədə maddi-texniki təchizatın təşkilini; hövzə və ətraf mühitin qorunması üzrə qanunvericiliyin əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və dalğıc mütəxəssisi vəzifəsində 2 ildən az olmayaraq iş stajı.

12-13-cü dərəcələr: müvafiq olaraq I-II qrup müəssisədə böyük dalğıc mütəxəssisi vəzifəsini icra etdikdə.

 

 

 



 

Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyi Kollegiyasının

qərarı № 01

31 yanvar 2012-ci il



Nazir

_____________Fizuli Ələkbərov

 

Topoqrafiya, geodeziya və kartoqrafiya sahəsinə aid olan

fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu

Kitabçası

 

GİRİŞ

 

“Topoqrafiya, geodeziya və kartoqrafiya sahəsinə aid olan fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” (bundan sonra “Kitabça” adlandırılacaqdır) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci və 156-cı maddələrinin 2-ci hissələrinin tələblərinə uyğun olaraq hazırlanmışdır.



Kitabça mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda topoqrafiya, geodeziya və kartoqrafiya sahəsi üzrə çalışan fəhlələrə ixtisas dərəcəsinin verilməsində, yerinə yetirilən işlərin tarifləşdirilməsində, fəhlələrin Vahid Tarif Cədvəli üzrə əməyinin ödəniş dərəcəsinin müəyyənləşdirilməsində, onların konkret əmək funksiyalarını əks etdirən peşə təlimatlarının hazırlanmasında, peşə hazırlığından asılı olaraq onların seçilməsi və yerləşdirilməsində, peşəkarlıq səviyyələrindən asılı olaraq məşğulluğunun səmərəli təmin edilməsində, attestasiyasının keçirilməsində və əmək müqavilələrinin (kontraktlarının) bağlanılmasında əsas normativ-hüquqi akt olaraq tətbiq edilir.

Kitabçada fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətləri əmək şəraiti nəzərə alınmadan işlərin mürəkkəbliyinə əsasən müəyyənləşdirilmiş, peşələrin Vahid Tarif Cədvəli üzrə əməyin ödəniş dərəcələri müəyyən edilmişdir.

Tarif ixtisas xüsusiyyətlərinin “İşin xüsusiyyəti” hissəsi özündə fəhlə peşələri üzrə tez-tez rastlaşan əsas işlərin məzmununu əks etdirir. İşlərin konkret məzmunu, həcmi və yerinə yetirilmə qaydası hər bir müəssisə, idarə və təşkilatda texnoloji xəritələr, işçi təlimatlar və digər sənədlərə uyğun olaraq müəyyənləşdirilir. Bu işlərdən əlavə fəhlə iş növbəsinin qəbulu və təhvili, iş yerinin işə hazırlığı və işin sonunda yığışdırılması, avadanlıq və ləvazimatın lazımi səviyyədə saxlanılması, təyin edilmiş sənədləşdirmənin aparılması ilə əlaqədar işləri də yerinə yetirməlidir. Tarif-ixtisas xüsusiyyətlərinin “Bilməlidir” hissəsində yerinə yetirilən işlər üzrə biliyə olan tələblər nəzərdə tutulur.

Kitabçada bu və ya digər peşə üzrə bir neçə dərəcə nəzərdə tutulduğu hallarda yüksək ixtisaslı fəhlə onun dərəcəsinə aid olan tarif-ixtisas xüsusiyyətlərində sadalanan işlərdən əlavə özündən aşağı ixtisaslı fəhlənin tarif-ixtisas xüsusiyyətlərində verilmiş işləri də yerinə yetirmək qabiliyyətinə malik olmalıdır. Ona görə də aşağı ixtisaslı dərəcələrin tarif-ixtisas xüsusiyyətlərində nəzərdə tutulmuş işlər, yüksək dərəcənin tarif-ixtisas xüsusiyyətlərində öz əksini tapmamışdır.

Aşağı dərəcəli peşələrin tarif-ixtisas xüsusiyyətlərində göstərilir ki, istehsal şəraitindən və ya yerinə yetirilən işlərin xüsusiyyətindən asılı olaraq ayrı-ayrı texnoloji proseslər və ya ayrı-ayrı işlər yüksək ixtisaslı fəhlənin rəhbərliyi altında yerinə yetirilir. Belə olan hallarda yüksək dərəcəli fəhlə daha aşağı dərəcəli fəhlənin işinə rəhbərlik etməyi bacarmalıdır. Texnoloji prosesin aparılması ilə məşğul olan yüksək dərəcəli fəhlə bu prosesdə iştirak edən fəhlələrə rəhbərlik etməlidir.

Bu işlərlə yanaşı fəhlə iş yerində əməyin səmərəli təşkilini, görülən işlərin texnoloji prosesini, avadanlığın texniki istismar və onlara xidmət qaydalarını, istifadə edilən alət və inventarları, yanacağın, enerjinin, xammal və materialların sərf normasını, zay məhsulun növlərini, onun yaranma səbəblərini və aradan qaldırılması yollarını, əməyin təhlükəsizliyi və sanitar-gigiyena normalarını, yanğından mühafizə üçün istifadə edilən vasitələri və yanğının söndürülmə üsullarını, qaldırıcı-nəqletdirici avadanlığın idarə edilməsi qaydasını, istehsalat təlimini və müəssisədaxili intizam qaydalarını da bilməlidir.

Bu tələblərdən əlavə maşın və mexanizmlərin idarə edilməsi ilə məşğul olan fəhlələr yerinə yetirdikləri işlərlə yanaşı çilingər işini də yaxşı bilməli, avadanlıq və maşınların iş prosesində nasazlıqlarının aradan qaldırılması və onun təmirində iştirak etməyi də bacarmalıdırlar.

Avtomaşınların, traktorların idarə edilməsi, həmçinin qazma-partlatma və deşmə-partlatma işlərinə aid peşələr üzrə çalışan fəhlələrin peşə hazırlığı və ya təhsili barədə müvafiq sənədi olmalıdır.

Müəssisə, idarə və təşkilatlarda işlərin tarifləşdirilməsi Kitabçada göstərilən tarif-ixtisas xüsusiyyətləri əsasında aparılır. Bu zaman tarifləşdirilən işin dərəcəsi tarif-ixtisas xüsusiyyətlərində qeyd olunan müvafiq işlərlə müqayisə edilərək müəyyənləşdirilir.

Fəhlə peşəsinin adı Kitabçaya uyğun olaraq istehsalatda konkret faktiki yerinə yetirilən işlər nəzərə alınmaqla təyin edilməlidir. Müxtəlif peşənin işlərini yerinə yetirən fəhləyə peşə adı onun yerinə yetirdiyi işlər içərisində xüsusi çəkisi çox olan işə əsasən müəyyən edilir.

İşlər briqada tərəfindən həyata keçirilən zaman işlərin tarifləşdirilməsi işin tərkibinə daxil olan əməliyyatların həcmi və dərəcəsi nəzərə alınmaqla müəyyənləşdirilir.

Fəhləyə hər hansı bir tarif dərəcəsinin verilməsi və ya artırılması məsələsinə fəhlənin ərizəsi və müvafiq bölmənin rəhbərlərinin təqdimatına əsasən işəgötürən tərəfindən əmək qanunvericiliyinə uyğun olaraq baxılır.

Fəhləyə hər hansı və ya daha yüksək tarif dərəcəsinin verilməsi üçün işəgötürən tərəfindən ixtisas imtahanları təşkil edilir. İxtisas imtahanlarının təşkilinə və keçirilməsinə həmin sahə üzrə ixtisaslaşmış elm, təhsil və istehsalat müəssisələri və ya onların mütəxəssisləri cəlb edilə bilərlər.

İxtisas imtahanlarının keçirilmə müddəti və qaydası işəgötürən tərəfindən müəyyənləşdirilərək fəhlələrə çatdırılır. İxtisas imtahanlarını müvəffəqiyyətlə vermiş işçiyə yüksək ixtisas dərəcəsi verilir.

İxtisas imtahanlarını vermiş fəhlələrə ixtisas dərəcəsinin verilməsi və ya artırılması onun yerinə yetirdiyi işlərin mürəkkəbliyi nəzərə alınmaqla həyata keçirilir.

İxtisas imtahanı zamanı ixtisas dərəcəsi təyin edilən və ya artırılan fəhlə tarif-ixtisas xüsusiyyətlərinin “Bilməlidir” hissəsinə  aid suallara cavab verməli və “İşin xüsusiyyəti” hissəsində göstərilmiş ayrı-ayrı işləri müstəqil olaraq yerinə yetirməyi bacarmalıdır. Bundan əlavə fəhlə müəyyən edilmiş hasilat, vaxt və xidmət normalarını lazımi keyfiyyətlə yerinə yetirməyi bacarmalıdır.

Briqada üzvü olan fəhləyə ixtisas dərəcəsinin təyin edilməsi və ya artırılması yüksək ixtisaslı fəhlənin rəhbərliyi altında görülən işlərin mürəkkəbliyi üzrə yox, onun müstəqil olaraq yerinə yetirə biləcəyi işlərin mürəkkəbliyi üzrə aparılmalıdır.

Əsas işindən əlavə briqadaya rəhbərlik edən fəhləyə ixtisas dərəcəsinin verilməsi ümumi qayda əsasında həyata keçirilir. Briqadaya rəhbərlik həmin fəhlənin dərəcəsinin artırılması üçün əsas sayılmır.

 

Topoqrafiya, geodeziya və kartoqrafiya sahəsinə aid olan fəhlə peşələrinin adları və ödəniş dərəcələrinin diapazonu

 


Sıra №-si

Peşələrin adları

Ödəniş

dərəcələri diapazonu

Kitabça qüvvəyə minənədək qüvvədə olan  peşələrin adları

Səhifə

1

2

3

4

5

1

Dağ süxurlarının cilalayıcısı

2-4

Dağ süxurlarının cilalayıcısı

7

2

Elektrokəşfiyyatstansiyasının motorçusu

4

Elektrokəşfiyyatstansiyasının motorçusu

8

3

Geodeziya nişanlarının quraşdırıcısı

3-5

Geodeziya nişanlarının quraşdırıcısı.

Reperçi


9

4

Geofiziki cihazların sazlayıcısı

6

Geofiziki cihazların sazlayıcısı

11

5

Geoloji nümunələri seçən

4-5

Geoloji nümunələri seçən

11

6

Geoloji nümunələrin yuyucusu

2-5

Geoloji nümunələrin yuyucusu

12

7

Geoloji axtarış və planaalma işlərinin bələdçisi

4

Geoloji axtarış və planaalma işlərinin bələdçisi.

Kirşə sürücüsü



14

8

Geoloji işlər üzrə fəhlə

2-3

Geoloji planaalma və axtarış işləri üzrə fəhlə

14

9

Geofiziki işlər üzrə fəhlə

2-4

Geofiziki işlər üzrə fəhlə. Radiometrist

16

10

Karotajçı

4-6

Karotajçı

21

11

Karotaj stansiyasının maşinisti 

4-5

Qaz karotaj stansiyasının maşinisti

Karotaj stansiyasının qaldırıcısının maşinisti

Özüyeriyən karotaj stansiyasının motorçusu


23

12

Seysmik siqnalları yaradan qurğunun maşinisti

6

Səyyar seysmik qurğunun operatoru

24

13

Şurfqazma qurğusunun maşinisti

4

Şurfqazma aqreqatının maşinisti

24

14

Şlixlərin və mineralların zənginləşdiricisi

4

Şlixlərin zənginləşdiricisi

25

15

Topoqrafik xəritələrin orijinallarının oymaçısı

4-6

Topoqrafik xəritələrin orijinallarının oymaçısı

25

16

Topoqrafiya-geodeziya və markşeyder işlərindəölçügötürən

2-5

Topoqrafiya-geodeziya vəmarkşeyder işlərindəölçügötürən.

Heliotropist



27

 

 

TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ

 

1. Dağ süxurlarının cilalayıcısı

 

2-ci dərəcə



İşin xüsusiyyəti. Fiziki-mexaniki sınaqlar üçün şliflərin və anşliflərin səthinin qoparılması, kobud işlənməsi. Nümunələrin ölçülməsi və onların parçalanması.

Bilməlidir: Dağ süxurlarının əsas fiziki-mexaniki xassələrini və onların işlənmə metodlarını, tətbiq olunan abraziv materialları.

 

2. Dağ süxurlarının cilalayıcısı

 

3-cü dərəcə



İşin xüsusiyyəti.  Tərkibində 50%-ə qədər kvars olan, maqmatik və metamorfik dağ süxurlarından sadə şlif və anşliflərin hazırlanması. Dağ süxurlarının fiziki-mexaniki xassələrini öyrənmək üçün kiçik kubların, lövhələrin, prizmaların, silindrlərin cilalanması. Nümunələrin bintlənməsi və onların yoxlanması. Qoruyucu şüşənin yapışdırılması. Şliflərin yuyulması. Mikroskop altında şliflərin yoxlanması, yapışdırıcı tərkibin hazırlanması. İstifadə olunan avadanlığın profilaktik və cari təmiri. Hazır şliflərin etiketlənməsi və qeydə alınması.

Bilməlidir:  dağ süxurlarının emal xüsusiyyətlərini və fiziki-kimyəvi xassələrini; şliflər (nümunələr) emal olunarkən istifadə olunan tərtibat, alət və avadanlıqların istismar qaydalarını; şlifləyici (abraziv) materialların növünü və təyinatını; yapışdırıcı tərkibin növünü və hazırlanma texnologiyasını, dağ süxurlarının emal texnologiyasını və onlardan şliflərin hazırlanmasını; şliflərin etiketlənməsini və uçotunu, şliflərin keyfiyyət tələblərini;  şliflər hazırlanarkən dağ süxurlarının emal təmizliyinin və dəqiqliyinin əldə olunması üsullarını, onların fərqini; müxtəlif şliflərin qalınlığının ölçüsünü; şliflərin etiketləmə və sənədləşdirmə qaydalarını.

Ümumi orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 

3. Dağ süxurlarının cilalayıcısı

 

4-cü dərəcə



İşin xüsusiyyəti.  Çöküntü, zəif bərkimiş dağ süxurlarından, tərkibində 50%-dən çox kvars olan süxurlardan, çatlı süxurlardan, onların fiziki-mexaniki xassələrini öyrənmək üçün mürəkkəb şlif və nümunələrin  hazırlanması.

Bilməlidir: mineral dağ süxurlarının emalının xüsusiyyətini və xassələrini; şlif və nümunələrin emalı zamanı istifadə olunan avadanlıq və tərtibatların növlərini; yapışdırıcı tərkibin xassələrini və onların hazırlanması texnologiyasını.

Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 

 4. Elektrokəşfiyyat stansiyasının motorçusu



 

4-cü dərəcə



İşin xüsusiyyəti.  Elektrokəşfiyyat stansiyasının generator qurğusuna xidmət göstərilməsi. Ölçmələr aparılan zaman generator qurğusunun işə salınması və dayandırılması, mühərrikin zəruri iş rejiminin təmin edilməsi. Cərəyan xətləri və danışıq qurğuları üçün naqillərin qoşulması və açılması. Mühərrikin əsas hissələrinin nizamlanması və generator qurğusunun rele və kontaktlarının nizamlanması. Meydançanın müşahidə məntəqəsinin seçilməsi və hazırlanması, meydançada generator qurğularının quraşdırılması. Geofiziki tədqiqat işləri zamanı elektrokəşfiyyat və perforasiya stansiyalarının idarə edilməsi. Radio rabitəsi üçün antenaların quraşdırılması, generator qurğusunun yoxlanması, yağlanması, hazırlanması və yerə birləşdirilməsi. Avadanlıqların və aparatların daşınması, yüklənməsi və boşaldılması. Generator qurğusunun cari təmirində növbəli texniki xidmətin yerinə yetirilməsi.

Bilməlidir: istehsalat qaydalarını, quyularda keçirilən geofiziki tədqiqatların ardıcıllığını; karotaj kabelinin, cihazların endirilmə-qaldırılma qaydalarını; karotaj-perforasiya stansiyalarının profilaktik təmirini; generator qurğusunun quraşdırılmasını; generator avadanlıqlarının texniki istismar qaydasını; mühərrik, generator, transmissiyalarda olan nasazlığın aradan qaldırılması yollarını, elektrokəşfiyyat stansiyasının tətbiqində istehsal prosesinin sxemini, elektrotexnikanın və radiotexnikanın əsasını; elektrokəşfiyyat dəstəsinin çöl avadanlıqlarının növlərini və istifadə edilən naqillərin markasını.

Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 

 5. Geodeziya nişanlarının quraşdırıcısı



 

3-cü dərəcə



İşin xüsusiyyəti. Trianqulyasiya və poliqonometriya mərkəz və məntəqələri üçün taxta-geodeziya nişanlarının, dəmir-beton sütunların və beton monolitlərin quraşdırılması, sökülməsi və təmiri.

Özüllərin, torpağa basdırılan reperlərin, markaların nivelirlənəcək məntəqə üçün hazırlanması.

Geodeziya nişanları üçün sahənin təmizlənməsi. Endirici-qaldırıcı əməliyyatlar üçün keçidlərin, qaldırıcı dirəklərin və digər vasitələrin hazırlanması. Elementlərin, qovşaqların (bəndlərin) hazırlanması, torpaq səthində taxta-geodeziya nişanlarının yığılması və nişanların ayrı-ayrı detallarının hazırlanması. Geodeziya nişanlarının yığılmış vəziyyətdə, yaxud ayrı-ayrı hissələrini sonradan bərkitməklə qaldırılması. Mərkəzi təməlinin qoyulması və istiqamətləndirici məntəqələrin qurulması. Dəmir-beton pilonların, beton monolitlərin və reperlərin tökülməsi üçün formaların hazırlanması, yığılması, quraşdırılması və çıxarılması. Çalaların qazılması üçün nişanların qoyulması. Armaturların qurulması. Beton kütləsinin hazırlanması və qoyulması. Reperlərin təmizlənməsi, quraşdırılması, basdırılması və onların xarici tərtibatı. Trianqulyasiya yaxud poliqonometrik mərkəz və məntəqələrin geodeziya nişanlarının və reperlərinin təmiri və quraşdırılması zamanı dülgər, torpaq və betontökmə işlərinin yerinə yetirilməsi. Avadanlıq, alət və materialların yüklənməsi, boşaldılması və daşınması. Geodezik nişanların və reperlərin saxlanması üçün sənədlərin hazırlanması.

Bilməlidir: taxta-geodezik nişanların, trianqulyasiya və poliqonometrik mərkəz və məntəqələrin, uzunmüddətə torpağa basdırılan reperlərin, fərqləndirici nişanların, qaya markalarının və reperlərin təyin edilməsi və quraşdırılmasını; geodezik nişanların quraşdırılması, sökülməsi qaydaları və onların hazırlanması keyfiyyətinə qoyulan tələbləri; detal və konstruksiyaların əsas birləşmə formasını; taxta-geodeziya nişanlarının yığılmış formada və ayrı-ayrı detallarının  qaldırılması üsullarını; taxta-geodezik nişanların, blokların, trosların, kanatların bərkidilməsi üsullarını və qaydalarını; tikinti-quraşdırılma, dülgər, yer və beton işlərinin yerinə yetirilmə texnologiyasını; taxta-geodeziya nişanlarının, reperlərin, trianqulyasiya və ya poliqonometriya mərkəz və məntəqələrinin qurulmasında tikinti materiallarının əsas növ və xassələrini; armatur karkasların quraşdırılma qaydasını; betonun hazırlanma qaydasını; dülgər, çilingər və nəzarət-ölçü alətlərinin növlərini və təyin edilməsini; mərkəzlərin quruluşunu və geodeziya nişanlarının xarici tərtibatını.

 

 6. Geodeziya nişanlarının quraşdırıcısı



 

4-cü dərəcə



İşin xüsusiyyəti.  Hündürlüyü 20 m-ə qədər olan metal-geodeziya nişanlarının və hündürlüyü 20 m-dən 40 m-ə qədər olan taxta-geodeziya nişanlarının quraşdırılması, sökülməsi və təmiri. Ayrı-ayrı detalların yerdə hazırlanması və bərkidilməsi.

Qaldırıcı qurğu və mexanizmlərin quraşdırılması və sökülməsi. Hündürlükdə metal-geodeziya nişanlarının təmiri və tikintisi zamanı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi. Çilingər və qaynaq işlərinin yerinə yetirilməsi. Geodeziya nişanlarının saxlanması üçün sənədlərin hazırlanması.



Bilməlidir: metal-geodeziya nişanlarının konstruksiyasını və detalların elementlərinin təyin edilməsini, metal-geodeziya nişanlarının quraşdırılma və sökülmə qaydalarını və onların hazırlanması keyfiyyətinə qoyulan tələbləri; geodeziya nişanlarının, onların detallarının, blokların, trosların, kanatların bərkidilmə üsul və qaydalarını; tikinti-quraşdırma və qaynaq işlərinin yerinə yetirilmə texnologiyasını; metal-geodeziya nişanlarının tətbiq edilməsində materialların əsas növ və xassələrini; qaynaq avadanlığının, çilingər-dülgər alətinin növünün təyin edilməsini.

Ümumi orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 

5-ci dərəcə



Hündürlüyü 20 m-dən çox olan metal-geodeziya nişanlarının və hündürlüyü 40 m-dən yuxarı olan taxta-geodeziya nişanlarının quraşdırılması və sökülməsi işlərində çalışdıqda.

 

 7. Geofiziki cihazların sazlayıcısı.



 

6-cı dərəcə



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin