5. Diri balıqların keyfiyyət ekspertizası
Satış üçün bütün növ balıqlardan istifadə etmək olar. Nisbətən dözümlü olanlar uqor, çökə, karp, sazan, karas, naqqa, nalim balıqlarıdır. Leş, süf, forel, alabalıq və s. Az dözümlü balıqlardır. Əsasən şirinsulu sututar balıqları karp, karas, enlialın canlı şəkildə satışa çıxarırlar.
Uzaq məsafələrə diri balıqlar dəmiryol nəqliyyatı vasitəsilə diri balıqlar üçün nəzərdə tutulmuş xüsusi vaqonlarda, eyni zamanda su nəqliyyatında diri balıqlar barjlarda və avianəqliyyatda daşınır. Uzaq olmayan məsafələrə isə balığ daşınma təlimata uyğun olan, eləcə də qutular, konteynerlər, brezant çənlərlə quraşdırılmış adi maşınlarda həyata keçirilir. Bu zaman balıq yüklənmiş konteyner və qutularda su olmamalıdır.
İstehlak yerlərində diri balıqları saxlamaq üçün 1-6 ay müddətində 100-200 ton diri balıq saxlamaq gücündə olan bazalar tikilir. Diri balığı 1-2 sutkadan artıq olmayaraq müxtəlif konstruksiyalar akvariumlarda saxlayırlar. Akvariumun suyu təmiz, axar, kifayət qədər oksigenləşdirilmiş və xlorlaşdırılmamış olmalı suyun temperaturu 10°C-dən artıq olmamalıdır. Balığın hər kiloqramına 5-8 litr su gərəkdir.
Diri balığın keyfiyyətini onun ümumi vəziyyəti xarakterizə edir. O, lazımi qədər kök, sağlam, parlaq və gözəgəlimli olmalıdır. Parazitlər və hər cür xəstəlik əlamətləri olmamalıdır. Sağlam balıq adətən suyun dibində qalır, hərəkətləri kifayət qədər canlı olur. Güclü şəkildə parazitlərə yoluxmuş və yoluxucu xəstəlik əlamətlərinə malik olan balıqlardan yeməkdə istifadə olunmur.
Diri balığın köklüyünü onun belinin eni ilə, ölçüsü isə uzunluğu və kütləsi ilə müəyyənləşir. Diri balığın tədarükü mövsümi xarakter daşıyır və adətən oktyabrdan aprelə kimi davam edir. Tezölən və başıkəsilən balıq tez xarab olan mal hesab olunur. Belə balıqlar istehlakçıya nadir hallarda, o da ov edilən ərazidə satılır. Ovlanan balıqda otaq temperaturunda sonradan onun xarab olması ilə nəticələnən dərin və intensiv fiziki-kimyəvi dəyişikliklər baş verir. Bu dəyişiklikləri şərti olaraq belə qruplaşdırmaq olar: slizin ifrazı, buzlama, avtoliz və çürümə.
Dostları ilə paylaş: |