Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14. 12. 2011- ci il tarixli, 2062 №-li əmri ilə təsdiq edilmişdir



Yüklə 3.72 Mb.
səhifə21/47
tarix28.11.2016
ölçüsü3.72 Mb.
1   ...   17   18   19   20   21   22   23   24   ...   47

8.9. Təhsil subyektlərinin hüquqları, vəzifələri

və sosial müdafiəsi
8.9.1. Təhsil sahəsində dövlətin vəzifələri
Təhsil sahəsində dövlətin vəzifələri “Təhsil haqqında Azər­bay­­­can Respublikasının Qanunu”nda aşağıdakı kimi müəyənləş­di­ril­­mişdir:

  • təhsil sahəsində vahid dövlət siyasətini müəyyənləşdirmək və onun həyata keçirilməsini təmin etmək;

  • milli təhsil sisteminin inkişaf konsepsiyasını və əsas pri­oritetlərini müəyyən etmək;

  • milli təhsil sisteminin inkişafı üçün müxtəlif istiqamətli döv­lət proqramlarını təsdiq etmək və onların icrasına nəzarəti həyata ke­çirmək;

  • kadr hazırlığının prioritetlərini və istiqamətlərini, yüksək də­rə­cəli elmi-pedaqoji kadr hazırlığı proqramlarını müəyyən etmək;

  • təhsil sahəsində dövlət siyasətinin və dövlət proqramlarının hə­yata keçirilməsinin monitorinqini aparmaq;

  • milli təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasını, bey­nəlxalq standartlara cavab verən təhsil şəraitinin və mühitinin ya­radılmasını təmin etmək;

  • təhsil sahəsinin inkişafına ayrılan dövlət büdcəsi vəsa­it­lə­ri­nin həcmini və dövlət təhsil qrantlarının məbləğini müəyyən et­mək və dövlət təhsil müəssisələrinin müəyyənləşdirilməsini həyata ke­çir­mək;

  • hər büdcə ili üzrə dövlət təhsil sisteminin maliyyələşdi­ril­mə­si məqsədilə hər bir təhsilalana (şagirdə, tələbəyə, doktoranta və s.) düşən təhsil xərclərinin miqdarını və maliyyə normativlərini mü­əy­yən etmək;

  • ilk peşə-ixtisas, ali və orta ixtisas təhsili müəssisələrinə tələ­bə qəbulu planını müəyyənləşdirmək;

  • müəyyən edilmiş qaydada abituriyentlərin biliyinin qiy­mət­lən­dirilməsini həyata keçirmək;

  • “tələbə-məzun” dövlət elektron məlumat sistemini yaratmaq və ondan istifadəni təmin etmək;

  • təhsil pillələri üzrə dövlət təhsil standartlarını və proq­ram­la­rını (kurikulumları) təsdiq etmək və təhsilin müvafiq dövlət stan­dart­larına uyğun təşkilinə nəzarəti həyata keçirmək;

  • dövlət təhsil müəssisələrinin rəhbərlərini qanunvericiliklə mü­əy­yən edilmiş qaydada vəzifəyə təyin etmək və vəzifədən azad et­mək;

  • dövlət təhsil müəssisəsində çalışan professor-müəllim heyəti üçün akademik və inzibati vəzifə tutmanın yaş həddini müəyyən et­mə­k;

  • təhsil səviyyəsinə uyğun olaraq təhsil müəssisələrinin nü­mu­nə­vi nizamnamələrini təsdiq etmək;

  • dövlət təhsil müəssisələrinin nizamnaməsini təsdiq etmək, bə­lə­diyyə və özəl təhsil müəssisələrinin nizamnamələrinə rəy ver­mək;

  • təhsil prosesinin təşkilinə dair ümumi tələbləri müəyyən et­mək;

  • təhsil sahəsində dövlətlərarası, regional və beynəlxalq in­ki­şaf proqramlarının həyata keçirilməsini təmin etmək;

  • təhsil sahəsində vahid statistik məlumat sisteminin yara­dıl­ma­sını təmin etmək;

  • təhsil haqqında dövlət sənədlərinin nümunələrini və onların ve­rilməsi qaydalarını təsdiq etmək;

  • xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını mü­əyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata ke­çirmək;

  • təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü nor­ma­la­rını müəyyən etmək;

  • təhsil müəssisələrinin tikintisinə,maddi-texniki təchizatına dair vahid normaları təsdiq etmək, ümumi sanitariya-gigiyena tələb­lə­­rini, şagird yerləri ilə təminat normativlərini müəyyənləşdirmək;

  • təhsil müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) ver­mək və onu ləğv etmək;

  • ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil üzrə ixtisasların təs­ni­fatını təsdiq etmək;

  • təhsil müəssisələrinə elmi-metodik rəhbərliyi və nəzarəti hə­ya­ta keçirmək;

  • təhsil müəssisələrində təhsilin keyfiyyətinə dövlət nəzarətini hə­yata keçirmək;

  • təhsil müəssisələrinin akkreditasiyası qaydalarını müəyyən et­mək və akkreditasiyanı həyata keçirmək;

  • təhsil müəssisələrində təhsilverənlərin və təhsilalanların at­tes­tasiyasının, o cümlədən yekun attestasiyanın aparılması qaydala­rı­nı müəyyən etmək və attestasiyanı həyata keçirmək;

  • təhsili idarəetmə orqanlarının, təhsil müəssisələrinin təhsillə bağ­lı ictimai birliklərin və qeyri-hökumət təşkilatlarının fəaliyyə­ti­nin əlaqələndirilməsini təşkil etmək;

  • təhsil müəssisələrində aparılan elmi araşdırmaları əla­qələn­dir­mək;

  • təhsil sisteminin fəaliyyətini tənzimləyən normativ hüquqi akt­l­ar qəbul etmək, onları dəyişdirmək və ləğv etmək;

  • təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və di­gər tədris vəsaitlərinin hazırlanmasını, təsdiqlənməsini və nəşrini tə­min etmək;

  • elmi dərəcələrin və elmi adların verilməsi qaydalarını və şərt­lə­rini müəyyən etmək;

  • dövlət təhsil müəssisələri işçilərinin əməyinin stimullaşdırıl­ma­­sını, o cümlədən mükafatlandırılmasını həyata keçirmək, xüsusi is­­te­dadı ilə fərqlənən təhsilalanlar üçün adlı və məqsədli təqaüdlər tə­­sis etmək;

  • dövlət təhsil müəssisələrinin tədris, elmi, elmi-metodik, in­for­masiya-kommunikasiya texnologiyaları və digər texniki va­si­tə­lər­l­ə təminatını həyata keçirmək;

  • baza tədris planlarını və proqramlarını təsdiq etmək;

  • mütəxəssis-kadrlara, o cümlədən pedaqoji kadrlara olan real tələbatı müəyyənləşdirmək və onların iş yerləri ilə təmin olunmasını tən­­zimləmək;

  • icbari ümumi orta təhsilin həyata keçirilməsinə nəzarət et­mək;

  • dövlət təhsil müəssisələrində pulsuz tibbi xidməti təmin et­mək;

  • valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum ol­muş yetkinlik yaşına çatmayan uşaqların qəyyumluğa (himayəyə) gö­türülməsini, internat tipli dövlət müəssisələrinə göndərilməsini təş­kil etmək, qəyyumların və himayəçilərin öz funksiyalarını yerinə ye­­tir­məsinə nəzarət etmək, sağlamlıq imkanları məhdud uşaqların mü­­vafiq olaraq xüsusi təhsil və sosial müdafiə müəssisələrinə gön­də­­rilməsini təmin etmək;

  • təhsil sahəsində planlaşdırma, proqnozlaşdırma, əla­qələn­dir­mə, təminat, təchizat və qiymətləndirməni təmin etmək;


8.9.2. Təhsil prosesinin iştirakçıları
Təhsil prosesinin iştirakçıları aşağıdakılardır:

- təhsilalanlar – uşaqlar, şagirdlər, tələbələr, kursantlar, müda­vim­lər, magistrantlar, doktorantlar və başqaları;



- təhsilverənlər (pedaqoji işçilər) – müəllimlər, assistentlər, məs­ləhətçilər, tyutorlar, tərbiyəçilər, müəllim koməkçiləri, tərbiyəçi kö­məkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, lo­qo­ped­lər, istehsalat təlimi ustaları, praktik psixoloqlar, sosioloq-peda­qoq­lar, məktəb uşaq birliklərinin rəhbərləri, metodistlər, təhsil mü­əs­sisəsinin dərnək və musiqi rəhbərləri, təhsil müəssisəsinin elmi iş­çi­ləri, bilavasitə pedaqoji proseslə məşğul olan mühəndis-texniki , təd­ris-köməkçi işçilər, dayələr, təlimatçılar, təhsil müəssisəsinin ki­tab­xanaçıları, nəşriyyat-redaksiya işçiləri, təhsili idarəetmə or­qan­la­rı­nın aparıcı struktur bölmələrinin əməkdaşları, təhsil müəssisə­lə­ri­nin və orqanlarının təlim-tərbiyə işi ilə məşğul olan rəhbərləri, təhsil mü­əssisəsində çalışan konsertmeystrlər və məşqçilər, sosial mü­dafiə, səhiyyə və digər orqanların bilavasitə pedaqoji fəaliyyətlə məş­ğul olan işçiləri;

- valideynlər və ya digər qanuni nümayəndələr;

- təhsili idarəetmə orqanları və bələdiyyələr;

- təlim-tərbiyə prosesində iştirak edən fiziki və hüquqi şəxslər.
8.9.3. Təhsilalanların hüquq və vəzifələri
Təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikası­nın Konstitusiyasına, “Təhsil haqqında Azərbaycan Respublika­sı­nın Qanunu”na və digər normativ hüquqi aktlara, Azərbaycan Res­pub­likasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun mü­əy­yən edilir. Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bə­ra­bər hüquqlara malikdirlər.

Təhsilalanların hüquqları aşağıdakılardır:

  • qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil mü­əssisə­si­nə qəbul olunmaq; təhsil müəssisəsini, təhsilin istiqamətini, ixti­sa­sı, təhsilalma formasını və təhsil dilini sərbəst seçmək;

  • dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq; mü­va­fiq qaydada təhsilin təmayülünü, təhsil proqramlarını və sinif­d­ən­kənar məşğuliyyəti seçmək;

  • ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq tədris fən­lərini, semestrlər üzrə kreditlərin miqdarını, təhsilverənləri və tyü­torları sərbəst seçmək;

  • təhsil müəssisəsinin mövcud infrastrukturundan (tədris-is­teh­salat, elmi-tədqiqat, informasiya, mədəni-məişət, idman, sağ­lam­lıq mərkəzlərindən, kitabxanalardan və s.) istifadə etmək;

  • müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını də­yişmək;

  • elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmaq; fasiləsiz təhsil al­maq; sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olun­maq; insan ləyaqətini, şərəfini alçaldan, insan hüquqlarına zidd hə­r­əkətlərdən müdafiə olunmaq;

  • müəyyən edilmiş qaydada təhsil müəssisəsində təhsilini mü­­­vəq­qəti dayandırmaq; müvafiq icra hakimiyyəti orqanının müəy­yən et­diyi qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;

  • dövlət orta-peşə ixtisas təhsili pilləsində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq yalnız bir dəfə pulsuz təh­sil almaq;

  • dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində dərsl­ik­lər­lə pulsuz təmin olunmaq;

  • təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak et­mək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;

  • təhsil müəssisəsinin elmi, ictimai, sosial və mədəni hə­ya­tın­da, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və di­­gər təşkilatların yaradılmasnda iştirak etmək, eləcə də ölkə və bey­nəlxalq səviyyəli belə təşkilatlara üzv olmaq;

Təhsilalanların vəzifələri aşağıdakılardır:

  • dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vər­diş­lərə yi­yə­lənmək;

  • pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

  • təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət et­mək;

  • dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk et­mək;

  • təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik norma­lara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək.


8.9.4. Təhsilverənlərin hüquq və vəzifələri
Təhsilverənlərin hüquq və vəzifələri Azərbaycan Respublika­sı­nın Konstitusiyası, “Təhsil haqqında Azərbaycan Respublikasının Qa­­nunu” və digər normativ hüquqi aktlar, Azərbaycan Respublika­sı­­nın tərəfdar çıxdığı beynəlxalq müqavilələr, təhsil müəssisəsinin ni­­zam­naməsi və daxili intizam qaydaları, eləcə də işə götürənlərlə təh­­silverənlər arasında bağlanan əmək müqavilələri ilə tənzimlənir.

Təhsilverənlərin hüquqları bunlardır:

  • normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir stan­dart­­lara cavab verən texnologiyalarla təmin olunmaq;

  • təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil pro­se­­sinin təşkilində və idarə olunmasında fəal iştirak etmək;

  • tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seç-mə­k;

  • şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;

  • təhsil müəssisəsində vəzifə tutmaq və müvafiq hallarda seç­­ki­­li vəzifələrə seçmək və seçilmək;

  • ixtisasını artırmaq, yeni ixtisas almaq, staj keçmək, ixtisas və elmi dərəcəsini yüksəltmək;

  • müəyyən edilmiş hallarda və qaydada mükafatlandırılmaq və təltif olunmaq;

  • təhsil müəssisələrində uzun müddət qüsursuz çalışan və onun elmi-pedaqoji həyatında mühüm xidmətləri olan professorlara ay­­­lıq əmək haqqı və əlavələr, digər güzəştlər və imtiyazlar saxla­nıl­maq­­­la, akademik və inzibati vəzifədən azad olunmaq şərti ilə mə­slə­hət­­çi-professor vəzifəsini tutmaq;

Təhsilverənlərin vəzifələri aşağıdakılardır:

- təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində işti­rak etmək;

- təhsil proqramlarının mənimsənilməsini təmin etmək;

- təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, on­la­rı və­­tən­pərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müs­tə­qil hə­­yata və əmək fəaliyyətinə hazırlamaq;

- şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublika­sı­nın müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlə­ri­­­nə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənə­­­nələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hör­­­mət və qayğı hissləri aşılamaq;

- pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nü­­­f­u­zunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;

- təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək;

- uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formal­ar­ın­dan qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək;

- ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araş­dır­­­malar aparmaq, əlavə məşğələlər, sinifdənkənar və məktəbdən­kə­nar tədbirlər keçirmək;

- qanunvericilikdə müəyyən olunmuş qaydada attestasiyadan keç­­­mək;



- qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə ye­tir­­mək.
8.9.5. Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri
Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sa­hə­sin­də hüquqlarına daxildir:

  • yetkinlik yaşına çatmayan övladları (qəyyumluğunda və ya hi­ma­yəsində olan şəxslər) üçün təlim-tərbiyə müəssisəsini seçmək;

  • təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının (qəy­yumluğunda və ya himayəsində olan şəxslərin) dərsə dava­miy­yə­ti, təhsilə marağı və davranışı haqqında məlumat almaq;

  • təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəs­sisə­si­nin idarə olunmasında iştirak etmək;

  • təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin tək­mil­ləş­dirilməsi və maddi-texniki bazasının yaradılması üçün tək­lif­lər irəli sürmək və könüllü yardımlar etmək;

  • qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata ke­çir­mək.

Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sah­ə­sin­də vəzifələrinə daxildir:

  • övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxs­lə­r­in) erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait ya­rat­maq, onların icbari orta təhsil almasının təmin olunması və mə­nəvi yetkinliyi üçün məsuliyyət daşımaq;

  • övladlarını (qəyyumluğunda və ya həmayəsində olan şəxslə­ri) humanistlik, vətənpərvərlik, azərbaycançılıq, əməksevər­lik, öz di­linə, ədəbiyyatına və tarixinə, milli-mənəvi və ümumbəşəri dəyər­lə­rə hörmət ruhunda tərbiyə etmək;

  • qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə ye­tir­mək.



8.9.6. Təhsilalanların və təhsilverənlərin sosial müdafiəsi
Aşağıdakılar “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu” ilə rəsmiləşdirilmişdir.

  • dövlət ümumtəhsil müəssisələrində təhsilalanlar dərsliklərlə mü­əyyən edilmiş qaydada dövlət hesabına təmin olunurlar;

  • dövlət ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil mü­əs­sisə­lə­rin­də təhsilalanların fəaliyyətini stimullaşdırmaq məqsədi ilə onlara qa­nunvericiliklə müəyyən edilmiş qaydada təqaüdlər, o cümlədən adlı təqaüdlər verir və yardımlar göstərir;

  • təhsilalanlar üçün qanunvericiliyə uyğun olaraq digər sosial mü­dafiə tədbirləri də tətbiq edilə bilər.

  • özəl təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi mü­əssisənin nizamnaməsi ilə tənzimlənir.

  • dövlət təhsilverənlərin sosial müdafiəsinə təminat verir. Təh­­sil işçilərinin əmək haqqı və vəzifə (tarif) maaşları işçilərin funk­­sional öhdəlikləri, peşə xüsusiyyətləri, ixtisas dərəcəsi və iş sta­jı nəzərə alınaraq təyin olunur.

  • dövlət və bələdiyyə təhsil müəssisəsi öz sərəncamında olan büd­cədənkənar vəsaitlər hesabına işçilərin əmək haqqına əlavələr və di­gər stimullaşdırıcı ödənişlər təyin edə bilər.

  • dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pe­da­qoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara gö­rə əlavələrin həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən mü­əyyən edilir.

  • sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və ya va­li­deyn himayəsindən məhrum, ciddi tərbiyə şəraitinə ehtiyacı olan uşaq­lar üçün xüsusi təhsil müəssisələrinin , istedadlı uşaqlar üçün təh­sil müəssisələrinin, eləcə də yüksək dağlıq və sərhədyanı ərazi­lər­də, ucqar yaşayış məntəqələrində çalışan təhsil işçilərinin əmək haq­larına və vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş qay­dada əlavələr olunur.

  • ­pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili mü­əs­si­sələrini bitirmiş və ümumtəhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər mü­vafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

  • təhsilverənlərə qanunvericilikdə müəyyən edilmiş qaydada təh­sil və yaradıcılıq məzuniyyətləri verilir.


Suallar və tapşırıqlar


  1. “Təhsil” anlayışına tərif verin və fikrinizi əsaslandırın.

  2. Azərbaycan respublikasında təhsilin əsas məqsədi nədir?

  3. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərini səciy­yə­ləndi­rin­.

  4. “Təhsil sistemi” dedikdə nə başa düşülür?

  5. Təhsilin məzmununa və təşkilinə hansı tələblər verilir.

  6. Təhsilin və təhsilalmanın hansı formaları vardır?

  7. Təhsil müəssisələrinin tipləri və növlərinin xüsusiyyət­lə­ri­ni açıqlayın.

  8. Ümumi təhsil və ixtisas təhsili arasındakı fərqləri göstərin.

  9. Ümumi orta təhsilin xüsusiyyətləri hansılardır?

  10. “Təhsil subyektləri” dedikdə kimlər nəzərdə tutulur, on­la­rın hü­quq və vəzifələrini göstərin.

  11. Təhsil sahəsində dövlətin vəzifələri barədə nə bilirsiniz?


Ədəbiyyat


  1. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu. Ba­kı: Qa­­nun, 2010.

  2. Mərdanov M.C. Azərbaycan təhsili yeni inkişaf mərhələsində. Bakı:Çaşıoğlu, 2009.

  3. Mərdanov M.C. Azərbaycan təhsil tarixi. Bakı: Təhsil, 2011.

  4. Mehrabov A.O. Müasir təhsilin konseptual problemləri. Bakı: Mütərcim, 2010.

  5. Abdullayev B.A., Zülfüqarova Ş.V. Didaktika. Bakı: ADPU-nun mət­bəəsi, 2005, səh.50-65.

  6. Əhmədov B.A., Rzayev A.Q.. Pedaqogikadan mühazirə kons­pekt­lə­ri. Bakı: Maarif, 1983, səh. 94-134.

  7. Əhmədov H.H. Azərbaycan təhsilinin strategiyası. Bakı: Elm, 2010.

  8. Xəlilov S.S.. Təhsil, təlim, tərbiyə. Bakı: Azərbaycan Uni­versiteti, 2005, səh. 43-51.

  9. İbrahimov F.N.. Ümumi pedaqogikadan mühazirələr. Bakı: Mü­tər­cim, 2010, səh.374-381.

  10. Məktəb pedaqogikası (Q.İ.Şukinanın redaktəsi ilə). Bakı: Maarif, 1982, səh. 245-252.

  11. Əhmədov H.H.Azərbaycan təhsilinin inkişaf strategiyası. Bakı: Elm, 2010.

  12. Hüseynzadə R.L. Magistr dissertasiyası. (Metodik vəsait) Bakı: Nurlar, 2010.

  13. Paşayev Ə.X., Rüstəmov F.A.. Pedaqogika. Bakı: Nur­lan, 2007, səh. 122-130.

  14. Pedaqogika (M.Muradxanovun redaktəsi ilə) Bakı, Azər­təd­risnəşr, 1964, səh.6.

  15. Sadıqov F.B.. Pedaqogika. Bakı: Adiloğlu, 2009. səh.94-108.

  16. Введение в педагогику. М.: Просвещение, 1975, стр.22.

  17. Леднев В.С.. Содержание образования. М.: Высшая шко­ла, 1989, стр.52.

  18. Педагогика. М.: Просвещение, 1956, стр.15.

  19. Куписевич Ч.. Основы обшей дидактики. М.: Высшая шко­ла, 1986, стр.25-27.


IX fəsil

XÜSUSİ TƏHSİL VƏ ƏLAVƏ TƏHSİL

Əhatə olunan məsələlər:
9.1.Sağlamlıq imkanları məhdud şəxslərin təhsili

9.2. Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi

(de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı barədə.

9.3. Əlavə təhsil.


9.1. Sağlamlıq imkanları məhdud şəxslərin təhsili

(xüsusi təhsil)
1. Xüsusi təhsil haqqında anlayış.

Xüsusi şərait yaradılmadan təhsil almasında çətinliklər ya­ra­nan fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olan şəxs sağ­lamlıq imkanları məhdud şəxs, xüsusi şərait yaratmaqla sağ­lam­lıq imkanları məhdud şəxslərin məktəbəqədər, ümumi və peşə-ix­tisas təhsili isə xüsusi təhsil adlanır. Xüsusi şərait dedikdə, sağ­lamlıq im­kanları məhdud şəxslərin pedaqoji-psixoloji, tibbi, so­si­al və digər xid­mətləri alması üçün yaradılmış şərait başa düşülür. Xü­su­si təh­silin məqsədi sağlamlıq imkanları məhdud şəxslərə zəruri bi­lik, ba­ca­rıq və vərdişlər aşılamaqla onların cəmiyyətə uyğunlaş­ma­­­sını, o cüm­lədən özünəxidmət vərdişlərinin yaradılmasını, əmək fəa­liy­yə­ti­nə və ailə həyatına hazırlanmasını təmin etməkdən iba­rətdir.



1.1. Xüsusi təhsil sahəsində dövlətin vəzifələrinə daxildir:

- sağlamlıq imkanları məhdud şəxslərin bacarıq və imkanları nə­zərə alınmaqla dövlət hesabına təhsil almalarına təminat veril­mə­s­i;

- xüsusi təhsil sahəsində məqsədli dövlət proqramlarının ha­zır­lanması və həyata keçirilməsi;

- xüsusi təhsilin dövlət standartlarının müəyyən olunması;

- xüsusi təhsilin dövlət vəsaiti hesabına maliyyələşdirilməsi;

- sağlamlıq imkanları məhdud şəxslərin bacarıq və imkan­la­rı­na uyğun peşələr üzrə hazırlıq almalarına şərait yaradılması;

- sağlamlıq imkanları məhdud şəxslərin peşə-ixtisas təhsili al­ma­larına təminat verilməsi;

- xüsusi təhsil sahəsində kadrların hazırlanması, yenidən ha­zır­lan­ması və ixtisaslarının artırılmasına təminat verilməsi;



- xüsusi təhsili həyata keçirən müəssisələrin maddi-texniki ba­za­­sının möhkəmləndirilməsi.

1.2. Sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsil sahəsində hüquqları aşağıdakılardır:

  • psixoloji-tibbi-pedaqoji komissiyada və tibbi-sosial komis­si­ya­da pulsuz müayinə olunmaq;

  • psixoloji-tibbi-pedaqoji komissiyanın rəyinə uyğun olaraq fi­ziki çatışmazlığı (insanın fiziki inkişafında və (və ya) bədən üz­vü­nün (üzvlərinin) fəaliyyətində çatışmazlıqlar, xroniki somatik və yol­xucu xəstəliklər nəticəsində yaranmış müvəqqəti, yaxud daimi ça­tış­mazlıq), əqli və (vəya) psixi ləngimələri (əqli çatışmazlıq mər­kə­zi sinir sisteminin zədələnməsi nəticəsində təfəkkürdə və yaddaş­da olan çatışmazlıqdır; psixi ləngimə psixi inkişafın ləngiməsi, o cüm­lədən nitq qüsurları, emosional-iradi mühitin pozuntuları və au­tizm başa düşülür) olanların pulsuz psixoloji- tibbi- pedaqoji kor­rek­­siyası;

  • psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən xü­su­si təhsilin müvafiq tədris proqramları üzrə məktəbəqədər və ümumi təh­sil almaq;

  • müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qay­­da­da xüsusi təhsil almaq;

  • təhsil və peşə hazırlığı başa çatdıqda müvafiq işlə təmin olun­maq.

1.3. Sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinin və ya digər qanuni nümayəndələrinin xüsusi təhsil sahəsində hü­­quq və vəzifələri aşağıdakılardır:

    • psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən aparılan mü­a­yi­nədə, müayinə nəticələrinin müzakirəsində və xüsusi təhsil müəs­si­­sə­sinin tipinin müəyyənləşdirilməsində iştirak etmək;

    • psixoloji-tibbi-pedaqoji komissiyanın qərarından qa­nunve­ri­ci­liklə müəyyən olunmuş qaydada şikayət etmək;

    • fərdi tədris proqramları ilə tanış olmaq və onların həyata ke­çi­rilməsində iştirak etmək;

    • xüsusi təhsil müəssisələri ilə bağlı məsləhətlər almaq;

    • sağlamlıq imkanları məhdud şəxslərin valideynləri və ya di­gər qanuni nümayəndələri onların ümumi təyinatlı təhsil müəssisə­lə­rində təhsil almaları üçün qanunvericiliklə müəyyən olunmuş qay­da­da müvafiq icra hakimiyyəti orqanlarına və təhsil müəssisələrinə mü­raciət etməyə borcludurlar.
1   ...   17   18   19   20   21   22   23   24   ...   47


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə