ЛИТЕРАТУРА
1.
Колпинский Ю.Д., Ротенберг Е.И. Всеобщая история искусств. Москва, Искусство, том III,
1962
2.
Всеволожская С.Н, Григорьева И.С., Фомичева Т.Д. Итальянская живопись XIII
‒XVIII
веков в собрании Эрмитажа. Ленинград, Сов. Художник, 1964
3.
Популярная Художественная Энциклопедия. Москва, Сов. Энциклопедия, 1986
4.
Lynton N. Renaissance architecture. London, 1962
5.
Лазарев В.Н. Старые итальянские мастера. Москва, 1972
6.
Ротенберг Е. Искусство Италии. Москва, 1974
7.
Azərbaycan Sovet Ensiklopediyası. II cild, Bakı, 1978
XÜLASƏ
Ləman Məmmədova
İtaliya incəsənəti tarixində Filippo Brunelleskinin rolu
Məqalədə İtaliya intibahının ən görkəmli mühəndis və memarlarından biri Filippo
Brunelleskinin yaradıcılığından bəhs olunur. O, Florensiya kilsəsinin günbəzinin mühəndisi, müəllifi
kimi tanınmış, həmçinin onun nailiyyətləri sırasına digər memarlıq, heykəltəraşlıq, riyaziyyat,
mühəndislik əsərləri və hətta gəmilərin proyektləşdirilməsidə daxildir.
F.Brunelleski intibah dövrü memarlığının banilərindən və perspektiv nəzəriyyəsinin elmi
yaradıcılarından biri olmuşdur. Brunelleskinin yaradıcılığında humanizm və poetiklik, mütənasiblik,
ahəngdarlıq və novatorluq əsas yer tutmuşdur.
ABSTRACT
Leman Mammadova
Role of Filippo Brunelleschi in the artistic culture of Italy
The article says about the creation of famous Filippo Brunelleschi.
Filippo Brunelleschi was one of the foremost architects and engineers of the Italian Renaissace.
He is perhaps most famous for his discovery of perspective and for engineering the dome of the
Florence Cathedral, but his accomplishaments also include other architectural works, sculpture,
mathematics, engineering and even ship design. His principal surviving works are to be found in
Florence, Italy.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли гярары
иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
dosent İ.Məhərrəmova
227
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
MEMARLIQ
QADİR ƏLİYEV
Naxçıvan Dövlət Universiteti
UOT.726
ƏLİNCƏ QALASINDA DAŞ ÜZƏRİNDƏ OLAN BİR HƏNDƏSİ ORNAMENTİN
HARMONİK QURULUŞU VƏ YARANMA TARİXİ HAQQINDA
Açar sözlər: Ornament, harmoniya, şüa qəfəsi, kompozisiya, qrafiki analiz
Keywords: Ornament, Harmony, Composition, Graphical Analyze, Radiant Cage
Ключевые слова: Орнамент, гармония, композиция, графический анализ,
сияющийклетка
İstər böyük səlcuq sultanları, istərsə də Azərbaycan Atabəyləri hər şeydən əvvəl sərkərdə və
hərbiçilər olduqları üçün xalqın əmin-amanlığını saxlamaq və karvan yollarının təhlükəsizliyini
təmin etmək məqsədi ilə müdafiə qurğularının tikintisinə böyük önəm verirdilər. Azərbaycan
müdafiə tikililəri yüzlərlə möhkəm qala kimi istər Azərbaycanın, istərsə də ən Yaxın Şərq
regionunun müxtəlif hakim sülalələrinin təhlükəsizliyini təmin etsə də tarixdə Eldənizlərin iqamət
və xəzinə yeri kimi tanınmş Əlincə qalası müdafiəsi mühüm yer tutur. Şəmsəddin Eldənizin
hakimiyyəti dövründən başlayaraq Atabəylər dövlətinin baş xəzinəsi Əlincə qalasında saxlanmış,
qaladakı saray və yardımçı binaların çoxunu Eldəniz hakimləri ucaltmışlar.
Əlincə qalasında memarlıq nümunələrinin bitkin bir örnəyi bu günə kimi qalmadığından
dağıntılar halında olan memarlıq formalarının quruluşlarını açmaq, inşa tarixi haqqında dəqiq fikir
söyləmək imkansızdır. Bu baxımdan tikinti qalıqları içərisində daş üzərində olan bir həndəsi
ornamentin (şəkil 2) harmonik quruluşu açılması xüsusi əhəmiyyət kəsb edir.
Əlincə qalasında daş üzərində olan həndəsi ornamentin yaranma tarixini müəyyən etmək üçün
Eldəgizlər dövründə inşa tarixi bəlli olan memarlıq nümunələri ilə tutuşdurmaq məqsədəuyğundur.
Biz Eldənizlər dövlətinin böyük memarı Əcəmi Naxçıvaninin ucaltdığı Möminə Xatun türbəsi
üzərində olan naxış nümunəsinin (şəkil 4 ) harmonik qurluşları ilə Əlincə qalasındakı daş üzərində
olan naxışın hamonik quruluşunun müqaisəli təhlilini tədqiq etməklə bir nəticəyə gələ bilərik.
Əvvəlcə tədqiq olunan memarlıq formalarının tarixi haqqında qısa məlumat verək.
Şəkil1. Əlincə Qalası. Ümumi görünüşü
228
Şəkil 2. Əlincə qalası. Daş üzərində naxış fraqmenti
Şəkil 3. Möminə Xatun türbəsi. Şəkil 4. Türbə üzərində olan naxış fraqmenti
1. Əlincə qalası. Əlincə qalası Naxçıvan MR Culfa rayonunda Əlincəçayın sağ sahilində
eyniadlı dağın zirvəsində yerləşir. Qalanın tikilmə tarixi haqqında müxtəlif fikirlər mövcuddur.
Tarixi qaynaqlara əsaslanan bəzi tədqiqatçılar qalanın tikilmə tarixini 2 min il əvvəlki dövrə,
digərləri isə Sasanilər dövrünə aid edirlər (III-VII əsrlər). “Kitabi-Dədə Qorqud” dastanında Əlincə
qalası möhkəm istehkamlı qala kimi təsvir olunur. Qala divarları Əlincə dağının ətəklərindən
başlayaraq pillələr şəklində yuxarı doğru ucalır və onun zirvəsini tamamilə əhatə edir.
Qalanın memarlıq qurğularının inşaat materialı ətraf kəndlərdən gətirilmiş iri daşlardan və bişmiş
kərpiclərdən ibarətdir. Qalanın şimal tərəfində olan yamacda yarımdairəvi bürcləri olan üç divarın, qərb
yamacında isə səkkiz divarın xarabalıqları müasir dövrə kimi qalmışdır. Qalanın möhkəm divarları və
sıldırım qayalar onu sarsılmaz müdafiyə istehkamına çevirmişdir. Kiçik şəhərciyi xatırladan yuxarı
hissəsində bişmiş kərpicdən tikilmiş çoxlu yaşayış və ictimai binaların xarabalıqları və bünövrə daşlar
diqqəti cəlb edir. Qala rəislərinin və iri feodalların yaşamış olduqları bu sahə “şah taxtı” adlanır. Qalada
aparılmış arxeoloji qazıntılar nəticəsində bir sıra maddi mədəniyyət qalıqları - saxsı qab fraqmentləri,
sikkələr, inşaat materialları və s. əldə edilmişdir. Onların üzərində müxtəlif həndəsi və nəbati naxışlara,
heyvan, o cümlədən quş, ceyran, maral, ilan, balıq və s. təsvirlərə təsadüf edilir. Azərbaycan atabəyləri-
Eldənizlərin hakimiyyəti dövründə Əlincə qalasının əhəmiyyəti daha da artmış, möhkəm hərbi
istehkamı olan bu qala Eldəniz hökmdarlarının sığınacaq yerinə çevrilmişdir.
2. Möminə Xatun türbəsi. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi olan Möminə
Xatun türbəsi Orta əsr müsəlman intibahının memarlıq formaları şəklində təzahür edən incilərindən
biridir. 1186-cı ildə Böyük Azərbaycan memarı Əcəmi Naxçıvani tərəfindən Naxçıvan şəhərində inşa
edilmişdir. Əlbəttə bu kiçik məqalədə türbənin ümumi memarlıq quruluşunu tədqiq etmək imkansızdır.
229
Biz yalnız onun xarici səthlərini bəzəyən bir həndəsi ornamentin quruluşunu tədqiq edib onu Əlincə
qalasında olan naxış nümunəsinin harmonik quruluşu ilə müqayisə edəcəyik.
Həm Əlincə qalasında, həm də Möminə Xatun türbəsindəki həndəsi ornamenti diqqətlə nəzərdən
keçirdikdə onların həndəsi quruluşunun eyni olduğunu, hər ikisinin eyni növ mütənasiblik sistemindən-
kvadrat və bu mənbədən yaranan mütənasiblik sistemindən yarandığını görürük (şəkil 5).
Şəkil 5. Kvadrat və Şəkil 6. Hər iki naxışın qrafiki analizi üçün
bu mənbədən mütənasiblik şüa qəfəsinin qurulması
sisteminin yaranması.
Şəkil 7. Əlincə qalası. Daş üzərində həndəsi ornamentin qrafiki analizi
Şəkil 8. Möminə Xatun türbəsi. Həndəsi ornamentin qrafiki analizi
230
Şəkil 5-də kvadrat və bu mənbədən mütənasiblik sisteminin yaranması, şəkil 6-da isə hər iki
naxışın qrafiki analizi üçün eyni olan şüa qəfəsinin qurulması göstərilib. Şəkil 7-də Əlincə qalasında
daş üzərində həndəsi ornamentin qrafik analizi, şəkil 8-də Möminə Xatun türbəsində olan naxışın
nümunəsinin qrafiki analizləri göstərilib. Hər iki abidədə həndəsi ornamentlərin qrafiki analizləri
göstərir ki, onlar üçün qurulan şüa qəfəsləri və beləliklə ornamentlərin quruluşları eynidir. Bu fakt
onu göstərir ki, Əlinsə qalasında bir memarlıq abidəsinin elementi olan daş üzərində həndəsi
ornamentin yaranması Möminə Xatun türbəsinin yarandığı dövrə - XII əsrin dördüncü rübbünə,
Eldənizlərin hakimiyyəti dövrünə düşür. Həmin dövrdə Naxçıvan Atabəylərinin baş memarı Əcəmi
Naxçıvani olduğu üçün Əlincə qalasında yaranan memarlıq formalarının təşəkkülündə Əcəminin
ucaltdığı abidələrin də olması fikrini söyləmək olar. Bu fakt Əlincə qalasında memarlıq
formalarının inkişafının XII əsrdə mühüm mərhələ təşkil etməsi haqqında yuxarıda göstərilən faktın
düzgün olması fikrini bir daha təsdiq edir.
ƏDƏBİYYAT
1. Cəfər Qiyasi. Nizami dövrü memarlıq abidələri. Bakı, 1991, 256 s.
2. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan, 2008, 519s.
4. Булатов М. С. Геометрические гармонизация в архитектуре Средней Азии IX-XV вв.
Mосква, 1988. 354 c.
5. Qadir Əliyev. Memar Əcəmi Naxçıvani yaradılıcığında ahəngdarlıq.Bakı, 2007, 158 s
6. Kadir Aliyev. Başlanğıcların başlanğıcı: Nahçivan-Marağa mimarlık biçimlerinin mahiyeti.
İstanbul, 2015, 482 s.
7. El –Said, Ayşe Parman, Qeometrik koncepts in İslamik Art. London, 1976 153 s.
ABSTRACT
Gadir Aliyev
There are hundreds of castles among the defense buildings in Azerbaijan. Alinca castle has
special place among these fortresses. It is very difficult to determine the exact date of its
construction because of the complete architectural patterns have not reached us. On this context, it
is crucial to analyze harmonic structure of one of the ornaments on the stone among the residues.
Thus, the structure of one ornament from the residual of Alinca castle is examined in this article.
The important scientific result is emerged about the construction date of the researched pattern after
comparing of it with one of the ornaments on the tomb of MumineXatun.
РЕЗЮМЕ
Кадир Алиев
В Азербайджане среди защитных сооружений есть сотни мощных крепостей. Среди
этих сооружений крепость Алынджа занимает особое место. В связи с тем, что сегодня в
крепости не осталось целых архитектурных элементов сказать что-то оточных датах
постройки сооружения невозможно. Таким образом геометрический орнамент на камне
внутри останков постройки имеющий гармоничную форму играет особое значение. В статье
изучается форма геометрического орнамента на камне находящемся внутри крепости
Алынджа, которые будет сравниваться с геометрическими орнаментом узором на Мавзолее
Момине-Хатун. В следствии сравнения будут сделаны научно важные выводы связанные с
датой орнамента.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: Sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent İ.Məhərrəmova
231
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
GÜLNARƏ QƏNBƏROVA
Naxçıvan Dövlət Universiteti
UOT:726
İSLAM TARİXİNDƏ TƏRBİYYƏ VƏ TƏHSİL OCAQLARI-MƏDRƏSƏLƏR
Açar sözlər: İslam tarixi, Mədrəsə, Səcuklu dövrü, Osmanlı dövrü, məscid
Key Words: Islamic history, Madrasah, Seljuk period, Ottoman period, mosque
Ключевые слова: Исламская история, Медресе, Cельджуков период, Османский
период, Мечеть
İslam tarixində tərbiyyə və təhsil ocaqlarının ümumi adı olan mədrəsə, lüğətdə bir mətni
anlamaq, oxumaq, bir mətni öyrənmək və əzbərləmək mənasını verən (dirâse kökündən) məkan
adıdır. (1, s.323). Mədrəsənin fərqli istiqamətləri ilə bir çox tərifi vardır. Bu təriflərdən bəziləri
aşağıdakılardır:
Mədrəsə sözü, “İslam ölkələrində, ənənəvi üsullarla icra edilən təhsil ocağı” mənasında
istifadə edilmişdir. Mədrəsələr ümumiyyətlə, Subyan məktəbi məzunlarının tərbiyə edildiyi təhsil
müəssisəsidir (2, s. 3). Mədrəsə; Ərəbcə dərs oxunacaq yeri ilə birlikdə tələbənin içində oturub dərs
oxuduğu bina mənasına da gəlir (3, s. 436).
XI əsrin ikinci yarısından etibarən Anadoluya yerləşən Türk Cəmiyyətlərinin, əvvəllər bu
torpaqlar üzərində məskun olan digər xalqlarla uzlaşabilmə, eyni zaman- da öz insanını da öyrədib
məhsuldar bir hala çevirərək güclü bir dövlət olmağın yollarını axtarmaq məcburiyyəti var idi. Şübhəsiz
ki, bunu təmin etmənin ən kəsə yolu isə təhsil müəssisələrindən keçirdi. Bu düşüncələrlə xoşbəxt və
müvəffəqiyyətli bir gələcəyə istiqamətli səylər içində olan öndər şəxsiyyətlərin, başlanğıcda
məskunlaşma yerləri ətrafındakı yüksək və kimsəsiz yerlərdə qurduqları təkkə və zaviyələrlə bu
istiqamətdəki fəaliyyətlərinə başlayan əcdadımızın, ardınca Anadoluda inşa etdirdiyini bildiyimiz ən
köhnə mədrəsə, təməlindəki bir kitabədə H.589/M.1193 tarixli Kayseridəki bir mədrəsədir. Bununla
birlikdə, Anadoluda ilk inşa edilən mədrəsənin bu mədrəsə olduğunu söyləyə bilmərik. Nizamiyyə
mədrəsələrinin davamı şəklində daha əvvəllər Anadolunun şərq və cənub-şərq istiqamətindəki
əhəmiyyətli şəhərlərdə birdən çox mədrəsənin olduğu bildirilmişdir (4, s. 679).
İlk Osmanlı mədrəsəsi xüsusundakı ümumi qənaət, H.731-732/M. 1330-1331 ilində İznikdə
inşa edilən və müəllimliyə Davud-i Kayserinin gətirilmiş olduğu mədrəsədir. Tevarih-i Ali-i Osman
və Şekəiku'n-Numəniye kimi tarixi mənbələrdə Orxan Bəyin İznikdə inşa etdirmiş olduğu
mədrəsənin Osmanlı dövlətində inşa edilən ilk mədrəsə olduğunun qeyd edilməsinə baxmayaraq,
(5, s. 27), Arif Bəyi bu mövzuda fərqli bir görüşə sövq edən xüsusun İzmitə fəthi mövzusunda
qaynaqlarda yer alan fərqli tarixlər olduğu deyilə bilər. İznikdəki mədrəsədən başqa, Osmanlılar,
digər şəhərlərdə də mədrəsələr inşa etmişlər. Belə ki, Orxan Qazi Bursanın fəthinin ardınca, sürətlə
abadlıq fəaliyyətlərinə başlamış, bu vaxt qurduğu bir çox sosial-mədəni müəssisələrə iki mədrəsəni
də əlavə edərək şəhərin elm və mədəniyyət həyatına canlılıq qazandırmış. Mədrəsələrin ilkini
Hisarda, digərini isə Orhan Məscidinin yanında inşa etdirmişdir (5, s.15).
İznik, Bursa və Ədirnədən başqa digər Osmanlı şəhərlərində də mədrəsələr inşa edilmişdi.
Bunlardan Tiryəkdə Umur bəy mədrəsəsi, Alaşehirdə Yıldırım mədrəsəsi, Amasiyada I.Bəyazid,
Çelebi Mehmed və II. Murad mədrəsəsi, Yörgüç Paşa Mədrəsəsi, Balıkəsirdə Yıldırım mədrəsəsi,
Bergamada II. Murad zamanında inşa edilmiş Natiq Paşa və Umur bəy mədrəsələri, Boluda
Yıldırım mədrəsəsi, Çorumda II. Murad mədrəsəsi, Dimetokada Oruc Paşa mədrəsəsi, Filibede II.
Murad dövründə Rumeli Bəylərbəyi olan Qula Şahin Paşa tərəfindən inşa etdirilən mədrəsə ilə
ayrıca Gelibolu, İstip, Kütahya, Malkara, Merzifon, Milas, Mudurnu, Sapanca, Tire, Tokat, Skopye,
232
Yenişehir (Bursa) və Yenişehr-i Fenar (Larissa) dakı mədrəsələr sayıla bilər. (6, s. 12, s.
410-413; 7, s.22-23).
İslam tarixində ilk inşa edilən mədrəsələrdən bəziləri bunlardır:
1. 349-960-ci il tarixdə Əbul-Vəlid Həsən b. Məhəmməd Əməvilərin Nişaburda inşa etdirdiyi
mədrəsə;
2. 354-965-ci ildən əvvəl İbn Hibban Teyminin Nişaburda inşa etdirdiyi mədrəsə;
3. 402-1011-ci ildən əvvəl Nişaburda inşa edilən Əs-Saidinin mədrəsəsi;
4. 405-1014-ci ildən əvvəl Nişaburda inşa edilən Əbu Osman Sabuni mədrəsəsi;
5. 405-1015-ci ildən əvvəl Nişaburda inşa edilən İbn Furek mədrəsəsi;
6. 450-1058-ci ildən əvvəl Buşihte inşa edilən İbn Gadıret Əsədi mədrəsəsi (8,s.31).
Gül də yuxarıdakı altı mədrəsənin içində yerləşdiyi on dörd mədrəsəni qeyd etmişdir.
Mədrəsələr sırasıyla belədir:
1.349-960-ci illər Əbul-Vəlid Həsən b. Məhəmməd əl-Ümevinin Nişaburda inşa etdirdiyi
mədrəsə;
2. Nişaburda Şafi Fəqihi əs-Saig ən-Neysaburi (ö. 349-960) üçün inşa etdirilən özəl məktəb:
Bu, fiqh, kəlam, hədis, təfsir, Quran və digər İslami elmlərin oxudulduğu ilk müstəqil mədrəsədədir
(9, s.10).
3. Nişaburda 353-965-ci illərdən əvvəl İbn Hibban ət-Teymînin inşa etdirdiyi mədrəsə;
4.Əbu Xatim əl-Bustnin (ö. 353-965) özəl mədrəsəsi;
5. Əbu Əli əl-Hüseyni (ö. 392-1002) nin hədis məktəbi. Bu mektəbin 1000 şagirdi var idi.
6.402-1011-ci ildən əvvəl Nişaburda inşa edilən əs-Saidiyye mədrəsəsi.
7.405-1014-ci illərdən əvvəl Nişaburda inşa edilən Əbu Osman əs-Sabuni mədrəsəsi;
8.405-1015-ci ildən əvvəl Nişaburda inşa edilən İbn Furek mədrəsəsi;
9. Nişaburda Beyhakiyye mədrəsəsi: Şafi Fəqihi Əbu Bəkr əl-Beyhəqi 441-1050-ci illərdə
inşa etdirdiyi mədrəsə;
10. Qəznəli Mahmud (389-421, 999-1030) un Gaznede, qardaşı Nasir Sebüktekin (ö. 424-
1033) Nişaburda 437-1046-cı illərdə inşa etdirdiyi mədrəsə;
11. Toğrul Bəyin (428-55, 1037-63) Nişaburda 437-1046-ci illərdə inşa etdirdiyi mədrəsə;
12. Buşihdə 450-1058-ci ildən əvvəl inşa edilən İbn Gadiret əl-Əsədi mədrəsəsi;
13. Tabəran və Bağdadda açılan mədrəsələr: Bunlarda daha çox fiqh (İslam Hüququ) tədris
edilirdi.
14.Nişapurda Əbu Əli əl-Hüseyni və Əbul-Noyabr əl-Qureyşi (ö.464-1072) tərəfindən açılan
təhsil müəssisələridir (9, s.10-11).
Həqiqətən, bir elm ocağı olaraq mədrəsələrin geniş mənada dövlət əli ilə qurulub
təşkilatlanması və vəqif yoluyla təhsilin pulsuz olması Səlcuqluların xidmətidir (10, s.48).
Səlcuqlular tərəfindən Bağdadda fəaliyyətə başlayan Nizamiyyə mədrəsələrində (459-1065) bu
mədrəsələrin bir bənzəri olan Mərv, Herat, İsfahan, Bəlx, Bəsrə, Mosul, Amuli, Təberistan kimi
şəhərlərdə də inşa edilən mədrəsələrlə davam etdirilmişdir (11,s.150). İlk olaraq IX- X əsrlərdə
Buxara, Nişapur, Xorasan kimi İslam dünyasının Şərq bölgələrində ortaya çıxan mədrəsələrin,
buradan Bağdad, Suriya, Misir, Tunis və Endülüs kimi digər İslam ölkələrinə yayıldığı görünür.
Anadoluda isə mədrəsələr ilk dəfə XI-XII əsrlərdə Səlcuqlular və Bəylikler dövründə, Suriya və
Bağdad mədrəsəsi nümunə götürülərək müxtəlif yerlərdə inşa edilmişdir (12,s.24). Bu məlumatlar,
mədrəsənin hər İslam ölkəsində fərqli şərtlər altında meydana gəldiyini, ilk mədrəsələrin Türküstan
və Xorasanda qurulduqdan sonra digər İslam ölkələrinə də yayıldığını göstərir (13, s.11-12)
Mədrəsə Anadoludan kənarda ortaya çıxmış bir təhsil müəssisədir. Bunlar, başlanğıcdan etibarən
özünəməxsus bir plan şemasına sahib olan strukturlardır. Anadoluda, türklər tərəfindən inşa edilmiş
ilk mədrəsə nümunələri XII əsrin ortalarına aiddir. Bu tarixdən, Osmanlıların son dövrlərinə qədər
Anadolunun ən kiçik məskunlaşma vahidlərində belə mədrəsələr inşa edilmiş və bunların fəaliyyəti
bir vəqf vasitəsi ilə qaydaya salınmışdır. Anadoluda, istər Osmanlıdan qabaqkı dövrdə, istərsə də
Osmanlı dövründə inşa edilmiş bu mədrəsələrdən çox azı günümüzə olduğu kimi gəlib çata
bilmişdir (14,s.1).
Mədrəsələr İslam aləmində tərbiyyə və təhsil ocağıdır. Mədrəsə, Osmanlı dövlətinin yüksək
233
təhsil ocaqlarıdır. İnternat məktəblər şəklində təşkilatlanmış olan bu mədrəsələrdə müəyyən bir tədris
planı və proqramı içində nizamlı dərs verilirdi. Mədrəsələrin dərshanə, imaret, kitabxana və yataqxana
işçiləri var idi. Müsəlman cəmiyyətlərində təhsil məkanı olaraq, mədrəsə strukturlarının işləməsinə
əvvəl bir ibadət yeri olan məscidlərdən istifadə edilmişdir. Məscidlərdə təhsil fəaliyyətləri müəllimin
tələbələri ətrafına yığaraq dərs öyrətməyi ilə davam etdirilmişdir. Məscidlərdə davam etdirilən bu təhsil
sisteminə “halqa” adı verilmişdir və hədislər bu sistemin Hz. Məhəmməd dövründən gəldiyini izah
etməkdədir. Təhsil üçün istifadə edilmiş olan məscid məkanlarının əsl funksiyalarının ibadət olması
səbəbiylə, kiçik uşaqların bu məkanları təmiz saxlaya biməyəcəkləri düşünülmüşdür. Bu səbəblə, tədris-
təhsil xüsusilə bu funksiyaya əsaslanaraq inşa edilmiş olan müstəqil strukturlarda aparılması zərurəti
ortaya çıxarmışdır. Təlim və təhsil funksiyaları üçün xüsusi olaraq inşa edilmiş olan bu strukturlara
“kuttab” və ya “məktəb”, ali strukturlarına isə “mədrəsə”, “darul-hədis”, “darul-Qurara”, “Daru-t Tibb”
kimi adlar verilmişdir (15, s.3)
Şəkil 1. Qoşa minarəli mədrəsə. Ön fasad və planı. Səlcuklular dövrü (R.H.Ünal)
Bir növ sıbyan məktəbi demək olan küttablar, İslamiyyətin yaranmasından əvvəl də vardı.
Ərəblərdə çox az adam yazı yazmağı bilirdi. Necə ki, İslamiyyətin şərqində Qureyşdən oxumaq-
yazmaq bilənlərin sayının on yeddi rəqəmində qalmağı bunu göstərməkdədir. İlk zamanlarda Quran və
dini məlumatlar uşaqlara, Əli b. Əbu Talib və Abdullah b. Abbasın etdikləri kimi halqalara qatılmaları
surətiylə verilmişdir. Bunlar da yazıdan çox əzbər üsulu ilə edilmişdir. İslamiyyət ilə oxumaq-yazmaq
təbliğ edilmiş və qeyri-müsəlmanlardan istifadə edilmişdir. Quranı öyrənmiş olan uşaqlar, qismən
qrammatika, riyaziyyat, şeir öyrənmək surətiylə ibtidai dərsləri sona çatırdı (16, s. 12).
Mədrəsələrin təsisində əvvəl təhsil halqaları mədrəsələrin yanında üləma evləri, kitabxana
və s. yerlərdə də qurulurdu. Yenə mədrəsə kimi təhsil verən müəsisələr arasında hanga, təkkə və
xəstəxanalar də sayıla bilər.
234
Tikinti etibarilə mədrəsələr, elm təhsil verənlərin yaşamaq üçün otaqları içində olan binalar
olub ümumiyyətlə karvansaralar kimi, ortada bir həyət olmaqla ətrafında otaqları içinə yerləşdirilir.
Daim məscidlərin ətrafında olur. Tələbə burada oturar, yatar və dərslərini məsciddə dinləyər.
Mədrəsələrin həyətlər ortasında bəzən bir şadırvan (fəvvarə), otaqların qarşısında da çox vaxt bir
revak (çardaq) vardır. Bəzi məscidlərə bitişik olan mədrəsələr də görülür. Bunlar daha çox bir
mərtəbəlidir. Otaqların içinə bir qapı aralığı ilə girilir və hər birində bir ocaq var (17, s. 276).
Əvvəllər məscidlərdən eyni zamanda mədrəsə olaraq da istifadə etdikləri halda,
mədrəsələrin müstəqil bir təhsil müəssisəsi olaraq ortaya çıxmasıyla mədrəsə memar- lığı
yaranmışdır (18, s. 25). Başlıca iki mədrəsə memarlığı üslubundan bəhs edilə bilər. Birincisi,
bütünlüklə daxilində olanlar, ikincisi isə müstəqil olaraq inşa edilənlər. Hər iki qrupda iştirak edən
mədrəsələrin təməl quruluş işçiləri isə dərshanə (sinif), tələbə hücrələri və məscid olmaqla birlikdə
vəqfin maddi qaynaqlarına görə həyət, eyvan, kitabxana, türbə, imarət, hovuz, fəvvarə, naxiş və
nərdivanlar da mədrəsə quruluş işçilərini meydana gətirməkdədir (19, s. 476). Şagirdləri gecələri öz
hücrələrində yatar, yeməklərini xeyriyyə hesebına yeyər, dərslərini də yaxındakı məsciddən və ya
mədrəsə dərshanəsində alardılar. Hücrələrdə tələbə əşyalarını qoyacağı basdırma şkaflar da vardı
(20, s. 12-13).
Mədrəsələrdə tədris edilən dərslər üç qrupda aparılırdı. Cüzi hissə ki, bunlar riyaziyyat,
həndəsə, astranomiya və hikmət dərsləri, ikinci qrup dərslər Ulum-i əliyə deyilirdi ki, bunlar kəlam,
məani, gözəl xitabdan ibarət bəlağət, məntiq və Ərəb qramatikası və üçüncü qrup dərslər də təfsir,
hədis və şəriət hüququndan ibarətdir (21, s. 176). XVI əsrin birinci yarısında Qanunı tələbəi Ulum'a
görə hər bir tələbə bir müdderisin qarşısında bir dərsi tamamladıqdan sonra müəllimindən, hər
kitabin nə qədərini oxuduğunu göstərən bir sənəd almalı və bir üst addıma keçdiyində, yeni
müderris bu sənədi araşdırmadan onu dərsinə qəbul etməməlidir (20, s. 16).
1.
2.
Şəkil1.Ərzurum Yakutiye Mədrəsəsi (C.Texiner 1840)
Şəkil2. Ərzurum Yakutiyə Mədrəsəsi Tac Qapı Və Minare.
3.
Şəkil3.Ərzurum Yakutiyə mədrəsəsinin planı .Kənardan Türbə (Yurddaş, 2008)
Osmanlıdan qabaq Anadolu mədrəsələrində tətbiq olunan təhsil və tətil günlərinin
Osmanlılar zamanında da eynilə davam etdirildiyi qəbul edilməkdədir. Həftənin üç günü (çərşənbə
axşamı, cümə axşamı və cümə) ilə bayram günləri tətil edilir, digər günlər isə təhsilə davam edilirdi
235
(18, s.17). Baltacı Osmanlı mədrəsələrində XV əsrdə dörd dərs, XVI əsrdə isə beş dərs oxudulduğu;
dərslər arasında müderris və tələbələr ehtiyaclarını qarşılamaları üçün bir ara verildiyini, (20, s.17)
müdrik isə, Osmanlı mədrəsələrində gündəlik dərs ədədinin dəyişdiyini; gündə bir və ya iki dərs
keçənlərlə bərabər, on dərs keçənlərin də olduğu bildirilir (18, s.17). Mədrəsələrdə sinif bölgüsü,
oxunan kitab və dərslərə görə qurulmuşdur. Fatih dövrünə aid qanunı, tələbəi, ulum adı verilən
təlimatnaməyə görə müderrisi dərəcələrinə görə oxudulacaq dərslərlə əlaqədar bu şərtlər
yaradılmışdır (20, s.17).
Şəkil 4.Ərzurum Kurşunlu Mədrəsəsi (Yurddaş, 2008)
Şəkil5.Ərzurum Kurşunlu Məscidi və Mədrəsəsinin planı (R.H.Ünal)
Ən alt səviyyədə olub, gündəlik iyirmi ilə iyirmi beş axça məvacib alan müder- risi şem-i
metal, şərh-i tavəIi, mutavvel, haşim-i təcrid dərs verəcək, bir üst addımda gündəlik otuz-otuz beş
axça məvacib alan müderrisi; miftəhi dərs verəcək bir üst addımda qırx axça məvacib alan
müderrisi telvihi dərs verəcək, üst səviyyədə tapılıb əlli axça məvacib alan müderrisi; şerh-i adüd,
hidayə, keşşəp, Qazı Beydavi və öz seçdikləri kitabları oxudurdular (22,s.463-467).
Mədrəsə sözü ilk dəfə IX əsrdə istifadə edilməyə başlanmış, bir təşkilat olub, türklərin
islamiyyəti qəbulundan sonra ortaya çıxmışdır (18,s.25). Mədrəsə dərs verilən bina və ya ali məktəb
olaraq qəbul edilə bilər.
Mədrəsələrdə din dərsləri ilə bərabər riyaziyyat, tibb, islam hüququ kimi dərslər
keçirilmişdir. Bununla bərabər, dərslərin tətbiqi üçün şəfaxanalar və rəsədxana kimi müxtəlif
qurumları da bura aiddir. Anadoluda türk sənətinin ilk dövrlərində mədrəsələr açıq və qapalı salon
olmaq üzrə başlıca iki şəkildə inkişaf etmişdir (23,s.11).
Dostları ilə paylaş: |