ƏDƏBİYYAT
1.
Konyalı İ.H. (1960). Abideleri ve Kitabeleri İle Erzurum Tarihi, İstanbul, 1960
2.
Beygu A. Ş. Erzurum Tarihi, Anıtları, Kitabeleri, İstanbul, 1936
3.
Karamağaralı H. Erzurumdakı Hatuniye Medresesinin Tarih ve Banisi Hakkında
Mülahazaralar. //Selçuklu Araştırmalar Dergisi: III, 1971
4.
Yurttaş H., Özkan H., Köşklü Z., Tali Ş., Okuyucu D., Geyik G., Kındığılı M., Yolların,
Suların ve Sanatın Buluştuğu Şehir Erzurum, Ərzurum, 2008
5.
Ünal R. H. Les Monuments İslâmiques Anciens de la Ville d’Erzurum et de sa Region, Paris,
1968
6.
Ünal R.H. (1989). Çifte Minareli Medrese (I.Baskı).Ankara: Kültür Bakanlığı, 1989
245
7.
Zeren E.Ş. Erzurum Çifte Minareli ve Yakutiye Medreselerinin Bazı Çağdaş ve Benzer
Anadolu Yapılarında Ön Yüz Taç Kapı Süslemeleri İle Karşılaştırılması (Yayınlanmamış
Doktura Tezi). Atatürk Üniversitesi, Sanat Tarihi Anabilim Dalı, 1996
8.
Sözen M. Anadolu Medreseleri. İstanbul, 1970
9.
Tuncer O. C. (1986). Anadolu Selçuklu Mimarisi ve Moğollar, Ankara, 1986
10.
Aslanapa O. Orta Çağın En Eski Yatılı İlim ve Kültür Messeseleri. Ankara, Türk Kültürü,
1963
11.
Bayburtoğlu Z. Anadolu Selçuklu Devri Büyük Pogramlı Yapılarında Ön Yüz Düzeni,
Vakıflar Dergisi , S. XI, Ankara, 1976
12.
Karpuz H. Erzurum’da Türk İslam Yapıları. İstanbul, 1976
13.
Özkan H. XI-XIII. Yüzyılda Anadolu Türk Mimarisinin Oluşumunda Doğu Anadolunun
Rolü Atatürk Üniversitesi Sosyal Bilimler Enstitüsü Sanat Tarihi Anabilim Dalı Doktura
Tezi, Erzurum, 2000
ABSTRACT
Chelik Chengiz
Madrasa two minarets of Erzurum
The first medresa samples built by turks in Anatolia belong to the middle period of the XII
century. The word medresa has been used in the meaning of “education hearth ruled with the
traditional methods in Islamic countries”. Being the science hearth the mesresas’ forming and
organizing by the help of state and being the education free with the help of foundation are the labor
of Saljuks. Being analogues of Nizamiyye medresas (459-1065) begun working in Baghdat by
Saljuks we can also denote the medresas built in the cities of Marv, Herat, Isfahan, Balkh, Basra,
Mosul, Amuli, Tarebistan. First of all in the IV-X centuries the medresas occured in Eastern
territories of Islamic territoies as Bukhara, Nishapur, Khorasan are confered to be spresd to the
other Islamic countries as Baghdat, Syria, Egypt, Tunis and Endulus. But in Anatolia medresas have
been built in different places in XII century for the first time in Saljuks and Beyliks period being
taken as a sample from Syria and Baghdat medresa.
РЕЗЮМЕ
Челик Чингиз
Медресе два минарета Эрзурума
В Анадолу первые медресе, построенное турками, относится к XII веку. Слово
медресе в исламских странах использовалось как учебное заведение, испольняющее
традиционные методы. Будучи очагом науки, медресе, в широком смысле, построены и
организованы со стороны государства и были бесплатными, благодаря Сельджукам.
Начавшая свою деятельность в Багдаде со стророны Сельджуков Низамие медресе (459-
1065), имела подобные медресе, построенные в городах: Марва, Герат, Исфахан, Балх, Басра,
Мосул, Амули, Таберистан. Начало выхода медресе в Исламском мире на Востоке в Бухаре,
в Нишапуре, в Хорасане приходится к IV-X векам. Отсюда медресе распространились в
другие исламские страны как Багдад (Ирак), Сирия, Египет, Тунис и Эндулус. В Анадолу
медресе в первый раз построены во времена Сельджуков и Княжеств и примером для таких
медресе брались Сирийские и Багдадские, которые строились в разных местах.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: Sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent İ.Məhərrəmova
246
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
NACİ EDİ
Naxçıvan Dövlət Universiteti
UOT:726
SƏLCUQİLƏR DÖVLƏTİ DÖVRÜNDƏ ŞƏRQİ ANADOLU
VƏ NAXÇIVAN MİNARƏLƏRİ
Açar sözlər: Səlcuqlar, minarə, silindrik forma, oktaqonal bünövrə, kərpic hörmə və
haşiyələmə, şərəfə
Keywords: Seljuk minaret, cylindrical shape, octagonal base, brickwork and decoration,
sherefe
İslam memarlığında binaların əsas əlaməti və ayrılmaz hissəsi olan minarələrin inkişafını
öyrənərək və təhlil edərək, onların şəklini dəyişməsini və fərqləndirilməsini izləyə bilərik. Bunun
sayəsində səlcuq memarlığında onların xüsusi üslub inkişafını və ümumiyyətlə islamaqədərki
memarlığın bir çox elementlərinin gözəl uyğunlaşmasını görürük. Minarənin səciyyəvi tikili növü
kimi formalaşması ilə bağlı çoxsaylı tarixi tədqiqatlarda Faros mayakı haqqında əfsanələr və
“minarə” sözünün etimologiyası qeyd olunur. Bu söz ərəb dilində “manar” - “mayak” sözündən
yaranaraq, şübhəsiz, memarlıq tikilisinin ilkin funksiyasının tarixi təfsirinə ziddiyyət təşkil etmir.
Belə ki, məscidlərdə, mədrəsələrdə və müqəddəs ocaqların yanında yüksək və mütənasib formalı
tikililər təkcə ibadətə çağırış məqsədinə xidmət etmirdi, bunlar həmçinin işıq və od mənbəyi idi və
gecə vaxtlarında səyahət edənlərə istiqaməti və dayanacaq yerini nişan verirdi.
Minarələrin “mayak” vəzifəsi daşımasının başlanğıcı islamaqədərki dövrdə İranda müşahidə
olunur və Zərdüştilikdəki memarlıq və ayin abidələri ilə bağlıdır. Yuxarıda deyilən fikirlərin sübutu
kimi, Mehdi Makvandinin “İran minarələrinin fonunda erkən İslamdan Səlcuqlar dövrünə qədər
minarələrin təkamülünün tədqiqi” [1] məqaləsində göstərilən faktlara əsaslana bilərik. Müəllif öz
məqaləsində göstərir ki, minarə və ya minarədən əvvəlki tikili, əgər belə demək olarsa, yeganə
“dayaq” idi ki, səyyahlar üçün keçid (yol göstəricisi, nişan) əhəmiyyəti daşıyırdı. Nümunə olaraq,
qədim alov qüllələrini göstərə bilərik: məsələn, Nurabadda, Mamasani əyalətində Əjdaha qülləsi
(Mil-e Ezhdeha) Parfiya dövrünə aid olub, dördbucaqlı planda, 7 metr hündürlükdə və özülünün 4
metrə yaxın enində daşdan tikilmiş məbəddir; Firuzabadda, Fars əyalətində Sasanilər dövrünə aid
Zərdüşti qülləsi, 33 metr yüksəklikdə, xarici divarı boyu qüllənin zirvəsinə doğru yüksələn
spiralvari pilləkənə malikdir (şəkil 1).
Şəkil 1. Nurabadda Əjdaha qülləsi, İran, Parfiya dövrü; Firuzabadın mərkəzində Zərdüşti qülləsi,
Sasani dövrü, yüksəklikdən görünüşü və qüllənin özü.
Bu qədim abidələrdən aydın olur ki, islamaqədərki İran ərazisində minarələrin sələfi
dördbucaqlı planlı qüllələr olmuşdur, onların inşasında daş, gips, bəzən qaya mənşəli və gil kərpic
istifadə olunurdu, həmçinin qülləni xarici divarı boyu onu çevrələyən, sanki binanın mərkəzi
oxunun ətrafında dolanan, yuxarıya doğru spiralşəkilli pilləkənə malik idi [1]. Sonralar bu pilləkən
minarələrin daxilində yerləşdirilir, həmçinin simmetriyanın oxu üzrə spiral şəklində yuxarıya doğru
qalxaraq, eyvana və ya dama aparır. Eyni zamanda, onların formasını göylərə doğru yönələn şaquli,
247
uzadılmış və darlaşdırılmış şəkillərinə görə xarakterizə etmək olar ki, bu da hər bir minarənin əsas
əlamətinə çevrilmişdir.
Sonrakı dövrlərdə İranda islamın bərqərar olmasından sonra, bu cür tikililərin ilkin
funksiyaları saxlanılmaqla, onlar minarələrə çevrilməyə başladı. Əlbəttə ki, İslam memarlığı
tarixində minarələrin - formasına, həcminə və yüksəkliyinə, xarici və daxili işləmələrinə görə
fərqlənən çox sayda müxtəlif növləri mövcuddur. Şərqi Anadolunun və Naxçıvanın Səlcuq
memarlığına aid minarələri özünəməxsus fərqli xarakteristikalara malikdir. Təsadüfi deyil ki,
verilmiş material coğrafi baxımdan İrandan başlayır, belə ki, Səlcuq tipli minarələrin inkişafı və
transformasiyası məhz buradan qaynaqlanır.
Baxmayaraq ki, İranın minarə - qüllələri başlanğıcda şaquli paralelepiped formasında
dördbucaqlı planlı idi (bu da müəyyən dərəcədə bir çox minarələrin postamentində öz əksini tapmışdır,
məsələn, Siirtdə Came məscidinin minarəsinin bünövrəsində olduğu kimi), sonradan onlar ellin - Aralıq
dənizi tipini qəbul etmişdir ki, bu özü də, şübhəsiz, İslam memarlığının təsiri altında olub, silindrik və
dairəvi planlı idi [1]. Həmçinin, onlarda bir eyvan - şərəfə vardır ki, bu da minarənin ümumi həcmini və
dekorativ kərpic naxışlarını vizual olaraq “bölürdü”. İranda minarələrin bu tipi səlcuq türklərinin
gəlişinə qədər qorunub saxlanılmışdı, daha sonra isə onlar tərəfindən uyğunlaşdırılaraq, Müsəlman
Asiyasının böyük hissəsində yayılmışdı, bu da Məğrib dövlətlərindəki minarələrdən köklü surətdə
fərqlənirdi.
Öz növbəsində, Şərqi Anadoluda Səlcuq minarələri tədricən, regional ənənələrdən asılı
olaraq, öz həcminin xarici səthinin təmtəraqlı bəzəkləri ilə zənginləşdi, bu da səlcuqların fəth
etdikləri xalqların memarlığındakı bədii üsullara demokratik münasibətini bir daha təsdiq edir.
Həmçinin məlumdur ki, müəyyən əsrlərə qədər ibadət yerlərində - məscid və ya mədrəsələrdə bir
minarə inşa olunmuşdur. Lakin məhz səlcuqlar simmetrik qoşa minarələr tikməyə başlamışlar, XII
əsrdə [2] isə bu, inkişaf etdirilmişdir, bu cür minarələr binaların girişində də inşa olunmuşdur.
Hətta, portalların əsas bədii xüsusiyyəti kimi qeyd olunaraq, portalların və piştağların (“çiyinlərə
qoyulmuş minarələr”) bir hissəsinə çevrilmişdir. Minarələr, həmçinin, məscidlərin damında da
tikilirdi, buna çox sayda misallar göstərə bilərik, məsələn, Harputda Came məscidinin damındakı
minarə bu qəbildəndir. Eyni zamanda, bünövrənin planı, dekorlaşdırma və naxış işləmələrinin
metodları dəyişilə bilərdi.
Şərqi Anadoluda bir neçə minarə nümunəsini nəzərdən keçirək. Ani şəhəri ərazisində,
Arpaçayın sahilindəki dağın ətəklərində inşa olunmuş, Şəddadilər sülaləsinə aid Əmir Əbül
Mənüçöhr məscidinin minarəsi, hər şeydən əvvəl, özünün memarlıq həllinə görə maraq doğurur.
Məlumdur ki, bu, 1072-ci ildə, səlcuq türkləri tərəfindən Şərqi Anadoluda tikilmiş ilk məsciddir.
Binanın şimal-qərb küncündə hündür, səkkizguşəli minarə ucalır ki, şimal tərəfdən yüksəkdə onun
üzərində kufi hərfləri ilə ərəbcə “Bismillah” sözü həkk olunmuşdur (şəkil 2).
Şəkil 2. Anidə Əbül Mənüçöhr
məscidinin minarəsi (1072); minarənin
həcminin üzərində “Bismillah” yazısı
görünən hissəsi və daş sürahinin
mukarnas qalıqları.
Dairəvi vintşəkilli pilləkən saat
əqrəbinə əks istiqamətdə mərkəzi ox
ətrafında minarənin zirvəsinə qədər
burulur.
Yuxarıya
doğru getdikcə,
interyer bir böyük pəncərə ilə, daha sonra
bir neçə kiçik pəncərələrlə işıqlandırılır.
Ola bilər ki, böyük pəncərə ikiqat idi, məscidin eyvanına çıxış kimi, buna doğru 99 pilləkən yerləşirdi,
indi 93 pilləkən qalmışdır. Hazırda üst hissə tam açıqdır, əvvəllər burada eyvanı səkkizguşəli çardaqla
haşiyələyən daş sürahi olmuşdur və onun qalıqlarından görünür ki, o, mukarnaslarla bəzənmişdir [3].
Minarənin mövqeyi məscidin digər hissələrinə nisbətən pis uyğunlaşdırılmışdır və qapı yerinin
konstruksiyası göstərir ki, o, başlanğıcda ayrıca qoyulmuş vəziyyətdə olmuşdur və binanın digər
hissələrinin tamamlanmasından daha əvvəl tikilmişdir. Yalnız polixrom daşlardan ibarət hörgü (bu
248
regionun əksər binalarında olduğu kimi) Anidəki Əbül Mənüçöhr məscidinin minarəsini Şərqi
Anadolunun başqa regionlarında inşa olunmuş digər tikililərdən fərqləndirir. Lakin oktaqonal plan və
uzadılmış oktaedr forması İran və Anadolu minarələrinin oktaqonal bünövrəsi ilə (İsfahanda Qar
minarəsi, Battalqazıda Xal Fetih minarəsi), sonrakı dövrlərdə minarələrin silindrik forması ilə və çox
zaman minarələrin zirvəsinin səkkizguşəli dam örtüyü ilə tamamlanması ilə (Malatyada Came
məscidinin minarəsi), həmçinin mukarnaslarla “dayaq verilməsi” ilə analogiya əmələ gətirir.
Elazığ əyalətində, Harputda Came məscidinin minarəsi 1156-cı ildə, Artuqlu sülaləsindən
olan Fəxrəddin Qaraaslan tərəfindən inşa olunmuşdur. Bu tikili simmetriyanın mərkəzi oxundan
yana əyildiyi üçün çox zaman Pizan qülləsi adlandırılır və məhz Səlcuqilər tərəfindən ibadət
binalarının inşasına və memarlığına daxil edilmiş “damda qoyulan minarələr” qrupuna aiddir.
Minarənin silindrik forması öz ölçülərinə görə, o qədər də hündür olmayan, konusşəkilli günbəzə
malik qüllənin əsas həcmindən fərqlənir və buna nisbətən daha qabarıq görünən şərəfə ilə
tamamlanır. Bu da Şərqi Anadoludakı minarələr üçün nadir hadisə hesab olunur, çünki, əksər
hallarda burada şərəfə minarələrin lap zirvəsində quraşdırılır, göründüyü kimi, ibadətə minarələrin
damından çağırış olunurdu. Lakin ən əhəmiyyətli cəhət dekorativ kərpic hörgüdür ki, bu da
minarənin silindrini üfqi halda, bir neçə qurşağa bölür və bunlardan hər biri kərpic hörgünün
səciyyəvi şəkilləri ilə fərqlənir və İrandakı səlcuqi minarələrinin hörgüsünü xatırladır (şəkil 3).
Şəkil 3. Elazığ əyalətində Came məscidinin minarəsi və onun dekorları (1156).
Yuxarıda göstərildiyi kimi, səlcuqlar İran tipli minarələrdən tez bir zamanda uzaqlaşsalar da,
kərpic hörməni və müəyyən qədər kərpiclə naxış işləmələrini saxlamışlar. Daha sonrakı dövrün
səlcuqi minarələri adətən, formasına görə sadə və lakonik olsa da, bununla belə, dekorlarının
möhtəşəmliyi ilə heyran edir.
Buna aid bir neçə nümunələri qeyd edə bilərik: Şərqi Anadoluda, Ərzurumda Çift Minarəli
Mədrəsə (1253/91-ci illər) və Yakutiye Mədrəsəsi (1310-cu il). Çift Minarəli Mədrəsədə hər biri 26
metr hündürlükdə olan qoşa kərpic minarələr mədrəsənin özünün piştağının üzərində yüksəlir və
“çiyinlər üzərində minarə” tipinə aiddir. Onların silindrik forması on altı kannelürdən təşkil
olunmuşdur (Naxçıvandakı Qarabağlar kəndindəki türbənin qülləsinə analoji olaraq), bu da
qofreolunma effekti yaradır, kannelürlər isə mozaika və kərpic naxışlarla bəzənmişdir, onların
üzərində “Allah”, “Məhəmməd” və Səlcuq imperiyasının dörd məşhur xəlifəsinin adları həkk
olunmuşdur. Minarələrin bünövrəsi özünün formalarına görə diqqətəlayiqdir və İranda, Naxçıvanda
və Şərqi Anadoluda Səlcuqilər dövrünün bir çox ibadət və memorial memarlıq abidələrinin
bünövrəsini xatırladır, bunların planında qüllənin bünövrəsi kvadrat quruluşlu olub, iki düz səthin
bucaqlarında klinşəkilli kəsiklər özünü göstərir (şəkil 4).
Şəkil 4. Çift Minarəli Mədrəsənin minarələri, minarənin kannelüru və onun bünövrəsi.
249
Ərzurumda Yakutiye Mədrəsəsinin minarəsi səlcuq üslubunda minarələr üçün səciyyəvi
olan silindrik formadadır. Minarənin yuxarısı konus şəklində “papaq”la tamamlanır ki, bunu da
Səlcuq üslubunun Osmanlı üslubu ilə əvəz olunmasının müjdəçisi sayılır. Mədrəsə 1310-cu ildə,
İlhanilər sülaləsindən olan əmir Xoca Cəmaləddin tərəfindən inşa olunmuşdur və iki cüt minarəsi
vardı ki, bu da binanın piştağı üzərində duran Çift Minarəli Mədrəsənin minarələrindən fərqli
olaraq, müstəqil şəkildə yerdə dayanaraq, fasadın künclərini tamamlayır.
Burada qeyd etmək istərdik ki, Yakutiye Mədrəsəsinin minarələrinin bünövrəsi planına görə
bucaqları klinşəkilli kəsilmiş kvadrat kimi görünür ki, bunu yuxarıda haqqında danışdığımız Çift
Minarəli Mədrəsədə də müşahidə edirik. Lakin onlardan biri XVIII əsrdə baş vermiş zəlzələ zamanı
dağılmışdır və onun yerində silindrşəkilli qüllə ucaldılmışdır. Silindr formasının bütün səthi boyu
firuzəli və badımcanı rəngli minalanmış və minalanmamış kərpic plitələrdən ibarət həndəsi rapport
verilir ki, bu da dekorativ həllinin gözəlliyi ilə heyran edir (şəkil 5).
Şəkil 5. Ərzurumda Yakutiyə Mədrəsəsinin minarəsi (1310); bünövrəsi və dekorativ
işləməsi.
Naxçıvanda minarə inşasının nümunəsi kimi yalnız Qarabağlar kəndindəki memorial
kompleksində qalmış cüt minarələri qeyd edə bilərik. Tağla birləşmiş iki minarənin bünövrəsini
gərilmiş düzbucaqlı prizmalar təşkil edir. Bünövrənin fasadı naxışlı hörgü ilə işlənmiş, üçqatlı
çatma tağlarla haşiyələnmişdir. Hündür olmayan səkkizguşəli həcm minarələrin əyri, lekal
kərpiclərdən yığılmış silindrşəkilli gövdəsinə keçid əmələ gətirir. Hörgünün şaquli bəndlərinə kiçik
firuzə rəngli şirələnmiş kərpiclər qoyulmuşdur. Hörgünün şəkli ərəbdilli yazıların geniş kəmərinə
keçir ki, bu da bir minarənin gövdəsindən başlayaraq, digərində bitir. Divarın üstündəki yazı dəqiq
kufi yazı üslubunda yerinə yetirilmişdir, Möminə Xatun türbəsinin divarlarındakı haşiyə yazılarına
uyğundur. Bişirilmiş gildən hazırlanan hərflər firuzəyi rəngli fonda yerləşdirilmişdir. Bu üsula Orta
əsrlər dövrünün Azərbaycan memarlığında nisbətən az rast gəlinir. Minarələrin üstü çox
dağılmışdır. Minarələrin daxilində dar dolama pilləkənlər var ki, bunlar da adi plitkaşəkillli
kərpicdən hazırlanmışdır (20x20x5 sm). Minarələrin hörgüsünün müxtəlif səviyyələrində beş
bürcün qalıqları qorunmuşdur, həmçinin, çoxsaylı divar qalıqları üzə çıxarılmışdır. Hazırda mövcud
olan portalın yerində əvvəllər daha böyüyü olmuşdur, minarələrin arasındakı yerdə özünü göstərən
hörgünün fraqmentləri bunu təsdiq edir. 1940-cı illərə aid qazıntılar nəticəsində minarələrlə türbə
arasında üzə çıxmış zolaq binanın divarlarının hörgüsü ilə minarələrin hörgüsünün eyni vaxtda
aparıldığı haqqında danışmağa imkan verir [4].
Şəkil 6. Naxçıvanda, Qarabağlar kəndində Qoday Xatun türbəsinin minarələri
250
Bütün təqdim olunan minarələr Şərqi Anadolu və Naxçıvan ərazisində geniş yayılmış
minarə növlərinə aid nümunələrdir. Regiondan və dövrdən asılı olaraq, onlar forma, ölçü, dekor və
kəmiyyət baxımından dəyişikliyə uğramışdır, lakin formalaşma prinsipi həmişə eyni qalmışdır. Bu
cəhətlər Osmanlı imperiyasında minarələrin standart şəkillərinin meydana gəlməsinə qədər davam
etmişdir, yəni minarələr daha hündür olmuş, nazikləşmiş, yüksək konusşəkilli günbəzə malik olmuş
və tikilinin həcmi boyu mütləq olaraq şərəfə ilə əhatə olunmuşdur. Azərbaycanın ərazisində,
regiondan asılı olaraq, minarələr müxtəlif yollarla inkişafını davam etdirmiş, Azərbaycanın çox
üslublu memarlığını zənginləşdirmişdir.
ƏDƏBİYYAT
1.
Mehdi Makvandi and others. Research on the evolution of minaret from early Islam to
Seljuk period looking at background of minaret in Iran. Cumhuriyet U niversitesi Fen
Fakültesi Fen Bilimleri Dergisi (CFD), Cilt:36, No: 3 Ozel Sayı (2015) ISSN: 1300-1949
2.
Fatema Al Sulaiti.The Style and Regional Differences of Seljuk Minarets in Persia. Ancient
History Encyclopedia. 2013
3.
Beyhan Karamağarlı, Ani excavation report in Kazı Sunucları Toplantısı, volume XIV,
p.509-538, Ankara, 1992. Beyhan Karamağarlı, Ani Ulu Cami (Manucehr Camii), in 9th
International Congress of Turkish Art, Summary of Contributions, p323-338, Ankara, 1995.
4.
Усейнов М., Бретаницкий Л., Саламзаде А. История архитектуры Азербайджана.
ГИЛС, Москва, 1963 г.
ABSTRACT
Naci Edi
The article traces the initial functional meaning and form building of the minarets of the
Zoroastrian era before the rise of the Ottoman style in Asia Minor. There are specific examples of
architectural monuments on the territory of Eastern Anatolia and Nakhchivan, which demonstrate
the unity of the building traditions and decorative finishing, which were subjected to some changes
depending on the region or time period.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: Sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent İ.Məhərrəmova
251
MÜNDƏRİCAT
ƏDƏBİYYATŞÜNASLIQ
1.
Hüseyn Həşimli. İzzəddin Həsənoğlunun bir qəzəli haqqında..........................................3
2.
Nəzakət İsmayılova. Tofiq Mütəllibovun uşaq əsərlərinin ideya-bədii
xüsusiyyətləri..................................................................................................................... 10
3.
İman Cəfərov Akademik İsa Həbibbəylinin Naxçıvan sevgisində hüdudsuzluğun
monumental təsdiqi.............................................................................................................15
4.
Fariz Əhmədov. Cəlaləddin Rumi yaradıcılığında Şəms Təbrizi nümunəsi.....................19
5.
Gülmira Hacıyeva. Əliqulu Qəmküsar yaradıcılığında maarifçilik
məsələləri............................................................................................................................25
6.
Mehparə Əhmədova. Yeniyetmələrin vətənə məhəbbət ruhunda tərbiyə edilməsində
Məmməd Araz şeirlərinin rolu............................................................................................28
7.
Dostları ilə paylaş: |