Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/23
tarix18.04.2017
ölçüsü5,01 Kb.
#14448
1   2   3   4   5   6   7   8   9   ...   23

 
 
HİLAL QASIMOV 
e-mail: hilal_1964@mail.ru 
Naxçıvan Dövlət Universiteti 
UOT  616.2:615.5  
 
NAXÇIVAN MUXTAR RESPUBLİKASI FLORASINDA QIRMIZI 
VƏ QƏHVƏYİ RƏNG VERƏN BOYAQ BİTKİLƏRİ 
 
Açar sözlər: boyaqçılıq, boyaq bitkiləri, qırmızı rəng, qəhvəyi rəng 
Key words: dyer, plants of dye, red
 color, brown color
 
Ключевые слова: красильщик, красильных растений, красный цвет, кофейный цвет 
 
“Şərqin qapısı” adlanan Naxçıvan
 
Muxtar Respublikası etnoqrafik və etnobotaniki baxımdan 
dünyanın ən zəngin, çoxcəhətli və maraqlı guşələrindən biridir. Xalqımız minilliklər boyu Qafqaz 
və  qədim  Şərq  xalqları  ilə  iqtisadi  və  mədəni  əlaqədə  olmuşdur.  Yaranan  bu  qarşılıqlı  təmasdan 
xalqımız  çox  şey  əxz  etmiş  və  faydalanmış,  öz  növbəsində  həmin  xalqların  tükənməz  təsərrüfat 
həyatına, maddi və mənəvi mədəniyyətinə çox şeylər bəxş etmiş, onu daha da zənginləşdirmişdir. 
Qədim  insanlar  bitkilərdən  öz  həyat  tərzlərində  geniş  istifadə  edərək  xalq  təbabəti,  qida 
bitkilərindən  istifadə  edilmə  yolları,  tikinti,  geyim,  boyaq  və  məişət  işlərində  milli  etnobioloji  
xüsusiyyətlərə  malik  tarixi  sərvət  yaratmışlar.  Həmçinin  boyaqçılıq  sahəsində  mühüm  tarixi 
təcrübələr, adət-ənənələr qazanmışlar [1] . 
   Yaşlı  toxucuların  məlumatına  görə  Naxçıvan  Muxtar  Respublikasında  yaşayanlar  hələ 
qədim  zamanlardan  bitkilərdən  boyaq  maddəsi  əldə  etməyin  sirlərinə  bələd  olmuşlar.  Naxçıvan 
xalçaları üçün səciyyəvi olan qırmızı rəng, əsasən, “qızıl boya” adlanan boyaq bitkisindən alınırdı. 
Burada həm yabanı, həm də mədəni boyaq bitkiləri geniş yayılmışdır. Boyaq bitkisinin hündürlüyü 
bir metrə qədər olur, müxtəlif çalarlı çiçəklər açır. Torpaq altında qalan hissəsi isə iki metrdən uzun 
kök  atır  ki,  boyaq  maddəsi  məhz  bu  köklərdən  alınır.  Xalça  ustaları  və  küp  boyaqçıları  ondan 
qırmızı  rəngin  müxtəlif  çalarlarını  əldə  edirdi.  Sarı  rəng  baldırğan,  alma  qabığı,  əncir  və  ağ  tut 
yarpağından alınırdı. Yaşıl rəng isə əncir və tut yarpaqlarından alınan sarı rəngdən sonra “indiqo” 
adlanan boyağa salma üsulu ilə alınırdı [3].  
Naxçıvan  Muxtar  Respublikası  florasında  yayılan  boyaq  bitkiləri  demək  olar  ki,  öyrənil-
məmişdir.  Bunu səbəblərdən muxtar respublika florasında yayılan boyaq bitkilərini öyrənməsi ak-
tual problemlər sırasındadır. Biz bu bitkilərin  etnobotaniki isiqamətdə tədqiqi sahəsində elmi-təd-
qiqat işləri aparırıq. Araşdırmalar və tədqiqatlar nəticəsində müxtəlif növ bitkilərdən sarı, qırmızı, 
göy, bənövşəyi, qara, qəhvəyi, yaşıl və digər
 
rənglərin alındığı müəyyənləşdirilmişdir [2, 6].  
 
Qırmızı rəng verən bitkilər 
Qırmızı rəng, xüsusilə tünd qırmızı çalar tez-tez xalçaların əsas fonunda işləndiyindən xalça  
işlərində çox vacibdir. Aşağıda göstərilən bitkilər qırmızı rəng mənbələridir [5, 7]. 
1.  Rubia  tinctorum  L.  –  Boyaq  boyaqotu.  Boyaqotukimilər  (Rubiaceae  Juss.)  fəsiləsinin 
boyaqotu (Rubia L.) cinsinə daxildir. Çoxillk ot bitkisi olub, az və ya çox dərəcədə tüklü, güclü kök 
sisteminə malik, torpağın dərinliyinə qədər üfüqi xətt boyunca gedə bilən kökümsovlardan ibarətdir. 
Gövdəsi  budaqlanan,  zəncir  halqasına  bənzər,  dördtilli,  kənar  hüdudu  boyunca  tikanlı  nahamar 
olub, uzunluğu 2 m-ə qədərdir. Buğumarası qısa yarpaqlar arasında yerləşir. Çiçək köbəsində olan 
yarpaqları  4-6  ədəd,  neştərşəkilli,  ellipsvari  və  ya  yumurtavari  olub,  əsasından  daralmış  qısa, 
saplaqlı,  kənarları  boyunca  damarlı  və  tikanlıdır.  Çiçəkləri  kiçik,  yaşılımtıl-sarı,  5  dişcikli,  çiçək 
tacı düzgün,  yarpaqla örtülmüş çoxlu çiçəkləri süpürgəvari çiçək qrupunda toplanmışdır. Meyvəsi 
şirəli, bir və ya ikitoxumlu, qara rəngli olub, soku qırmızı rənglidir. İyun-iyul aylarında çiçəkləyir, 

34 
avqust-oktyabr  aylarında  meyvələri  yetişir.  Gürcü  boyaqotunda  boyayıcı  maddələrın  miqdarı 
nisbətən  azdır.  Cavan  gövdə  üzərindəki  yarpaqları  oturaq,  yaşlı  yarpaqları  isə  saplaqlı  olur. 
Yarpaqlarının  aşağı  hissələri  bozumtul  tükcüklü,  damarlı,  kənarları  isə  qarmaqşəkilli  dişciklidir. 
Boyayıcı boyaqotunun vətəni Aralıq dənizi ölkələridir. Yabanı halda Orta Asiyada (Türkmənistan) 
Rusiyanın  Avropa  hissəsinin  cənub,  cənub-şərq  ölkələrində  və  Azərbaycanda  rast  gəlinir.  Muxtar 
respublika  ərazisində  geniş  yayılmışdır.  Çay  sahillərində,  kanalların  kənarlarında,  rütublətli 
sahillərdə və kolluqlarda bitir.  
Toplanılan  xammal  erkən  yazda  (mart-aprel)  və  ya  vegetasiyanın  sonunda  (avqust  ayından 
şaxta  düşənə  qədər)  əllə  20-30  sm  dərinlikdə  olan  kökümsov  və  kökləri  toplanılır.  Bütün  bu 
xammalların  ən  üstünü  kökümsovları  hesab  edilir.  Mədəni  halda  əkilən  zaman  üçillik 
kökümsovlarından  istifadə  edilir.  Toplanılan  xammalı  torpaqdan  çıxararaq  hissəcilərə  bölmək, 
nazik  qatlarla  yaxşı  havası  dəyişilən  yerlərdə  qurudulmalıdır.  Quruducu  şkafda  45°С-ə  qədər 
temperaturda qurudulmalıdır. Xammal qurutma zamanı tez-tez çevrilməlidir. 
Boyaqotunun kökümsov və köklərində 5-6% antrasen qrupu törəmələri alizarin, əsas olaraq 2-
ksiloqlükozid-rubetitrin turşusundan ibarətdir. Bundan başqa tərkibində flavonoidlər, iridoid və üzvi 
turşular vardır.   
Xalçalar üçün qırmızı rəng verən əsas bitki boyaqotudur. Boyaqotunun kök və kökümsovunun 
boyaq maddəsi  müxtəlif piqmentlərin mürəkkəb qarışığından ibarətdir. Müəyyən olunmuş qırmızı 
çalar bu piqmentlərin qarşılıqlı təsirindən alınır. Tünd qırmızıdan çəhrayı qırmızıya qədər müxtəlif 
çalarların  və  narıncı  qırmızı  çaların  alınması  belə  mümkündür.  Boyaqotu  ilə  boyama  alüminium 
rəngabla aparılır və sonra boyanmış yun, mineral su ilə tez-tez yuyulur.  
2  -  3.  Galium  aparine  L.  -  İlişən  dilqanadan.  Galium  odoratum  (L.)  Scor.  –  İyli  dilqanadan 
Dilqanadan (Qatıqotu, Ətgətirən) – Galium L. cinsinə daxildir.  Hər iki bitki kökü qırnızı rəng verir. 
4.  Galium  verum  L.  Həqiqi  dilqanadan.  Gövdəsi  30-120  sm  hündürlükdə,  4  tilli,  yarpaqları 
buğumda 6-10-15 ədəd olub, xətti və ya sapşəkilli, kənarları sıx burulmuşdur. Sıx süpürgəvari çiçək 
qrupu çoxçiçəklidir. Tacı açıq sarıdır. Orta dağlıq və subalp qurşağın çəmənlərində yayılmışdır. Ç. 
və m. VI-IX. Mezofit bitki olub, coğrafi  tipi Aralıq dənizi-Turandır. Kökləri alüminium rəngabla 
yun üçün istifadə olunur. 
 
  
 
 

35 
5.  Aeluropus  repens  (Desfl)  Parl.  (Poaceae  Barnhart.-Qırtıckimilər)  -  Sürünən  qaçançayır. 
A.X.Rollov göstərir ki, Ararat hövzəsində bu bitkilərin kökündə xüsusi bir həşərat olur ki, bir çox 
xüsusiyyətləri Polşa koşelininə oxşayır. Bu bitkidən müxtəlif məmulatların və həmçinin kilsələrin 
köhnə kitab miniatürlərinin rənglənməsində istifadə olunan qırmızı hazırlanırdı. 
6.  Anchusa  azurea  Mill.-  İtaliya  anxuzası  (Boraginaceae  Juss.  –  Sumurgənçiçəklikimilər.) 
Çoxillik, gövdəsi 20-80 sm hündürlüyündə, gövdə və yarpaqları sərt tükcüklü bitkidir.Alt yarpaqları 
uzunsov  yumurtavari  və  ya    neştərari  üst  yarpaqları  neştərvaridir.Tac  qımızımtıl-göy  və  ya  ağdır. 
Orta qurşağın yol  kənarları və quru daşlı yamaclarında yayılmıddır. Ç.və m.V,VIII-VI,IX. Kserofit 
bitkidir.  Coğr.  tipi:  Aralıq  dənizi-İran-Turan  bütün  Azərbaycanda  yayılmışdır.  Köklərində  gözəl 
qırmızı  rəngli  alkannin  boyaq  maddəsi  vardır.Güman  ki,  əvvəllər  bu  bitki  istifadə  olunub  və 
sonradan boyaqotu ilə əvəzlənibdir. 
7. Echium russicum J.F.Gmel – Qırmızı göyək. Çoxillik, gövdəsi 30-100 sm uzunluqda olan 
bitki  sərt  tükcüklüdür.Yarpaqları  dar  neştərvari,  iti  və  yumşaq  tükcüklüdür.  Sünbüləbənzər  çiçək 
qrupu  çoxçiçəklidir.Çiçək  qrupu  sıx  çiçəkli  və  sünbülvaridir.  Tac  kasacıqdan  iki  dəfə  uzun  və 
qıfvari-boruvari olub  qırmızıdır.  Orta və subalp qurşağın  otlu  yamaclarında  yayılmışdır. Ç.və m. 
VI-IX. Mezokserofitdir. Qabığı yun üçün al qırmızı, iki qat boyamada  əvvəlcə Cephalaria gigantea 
sonra Echium russicum ilə boyayanda parlaq alovu qırmızı rəng alınır. 
 8.  Echium  vulqare  L.  -  Adi  göyək.  Çoxillik,  gövdəsi  30-90  sm,  sıx  tükcüklüdür.  Alt 
yarpaqları 120-11 mm ölçüdə, küt,  qısa saplaqlı, lansetvari yarpaqları saplaqsızdır. Boruşəkilli, qısa 
tükcüklü,  üst  damarların  kənarları  qılşəkilli  tükcüklü  olan  tac  əvvəlcə  qırmızımtıl  sonra  isə  açıq- 
mavi rəng alır. D.s.-dən 2450 m hündürlüyə qədər otlu yamac və meşə talalarında bitir. Ç.və m. V-
IX. Mezokserofit bitkidir. Naxçıvan düzənlik və dağlıqda yayılmışdır. Çiçəkləri qırmızı rəng almaq 
üçün istifadə olunur.  
9.  Bryonia  dioica  Jack.  -  (Cucurbitaceae  Juss.  –  Balqabaqkimilər)  İkievli  küstümşah. 
Meyvələrindən qırmızı rəng almaq üçün istifadə olunur. 
10. Chenopodium foliosum Aschers (Chenopodiaceae Vent. – Tərəkimilər ) - Yarpaqlı tərə. 
Çılpaq, bəzi hallarda  qırmızımtıl bitkidir.  Gövdə 14-50 sm hündürlüyündə olub, adətən düz, bəzi 
hallarda  yana  əyilmiş  və  ya  yerəyatan,  dağınıq  budaqlıdır.  Yarpaqları  çoxsaylı,  zirvəyə  doğru 
tədricən  azalan,  kökyanı  və  aşağı  gövdə  yarpaqları  uzun  saplaqlar  üzərindədir.  Gövdənin  orta 
yarpaqları  xeyli qısa saplaqlar üzərindədir, uzunlaşmış üçbucaq  şəkilli olub, nizə şəkilli çiçək topa-
ları yarpaqların qoltuğunda, gövdənin uzun budaqları üzərində yerləşmişlər. Çiçəkləri ikicinsli olub, 
tədricən qızaran şirəli çiçəkyanlığına malikdir, belə ki, topalar barverən dövrdə çiyələyin meyvəsinə 
oxşayırlar.  Erkəkciyi  birdir.  Toxumlar  1mm  diametrində,  yanlardan  sıxılmış,  qara-qonur,  demək 
olar ki, tutqundurlar. Ç. VI-VII və m. VI-VIII (IX).  
 

36 
 
 
Düzənlikdən  yuxarı  dağlıq  qurşağa  qədər  (d.s.h.  2800  m-  dək),  Batabat,  Çəpər  obası, 
Ləkətağ,  Bayəhməd    ərazilərində,  çayların  quruyan  sahillərində,  alaqlı  yerlərdə,  otluq  və  yol 
kənarlarında  yayılmışdır.  Bitkinin  yerüstü  orqanlarının  tərkibində  flavonoidlərdən  kversetin, 
kempferol, vitaminlərdən A və C vitamini,  karotinoidlərdən α-karotin və β-karotin, steroidlər, üzvi 
turşular  və  digər  birləşmələrə  rast  gəlinir.  Yun  ipləri  boyamaq  üçün.yarpaq  və  gövdəsi    istifadə 
olunur. 
10. Comarum palustre L. (Rosaceae Adans.) – Bataqlıq gordavəri. Yun ipləri qırmızı rəngə 
boyamaq üçün yarpaq və gövdəsi istifadə olunur.. 
11.  Crataegus  curvisepala  Lindm.  –  Əyriyumurtalıqlı  yemişan.  Hündürlüyündə  6-8m  olan 
kiçik  ağac  və  ya  koldur.  Budaqlarının  qabığı  bozdur.  Zoğları  albalı  rəngində  olub,  qısa  qoltuq 
tikancıqları vardır. Bəzən meyvəsiz zoğların bir qismi yarpaq tikancıqlarına çevrilmişdir. Yarpaqları 
üst  tərəfdən  parlaq  açıq  yaşıldır,  azacıq  işıq  saçır,  adətən  çılpaqdır  və  ya  seyrək  tükcüklə 
örtülmüşdür. Alt səthi isə azca mum təbəqəsi ilə örtülmüşdür. Meyvə verən zoğların alt yarpaqları 
tərsyumurtaşəkili,  yaxud  uzunsov-oval,  təpə  hissədəki  yarpaqları  dişcikli  və  ya  üçpərlidir.  Üst 
hissədəkilər  isə  3-4,5  sm  uzunluğunda  olub,  dəyirmi,  yaxud  tərsyumurtaşəkilidir.  Əsasından  enli 
bizvaridir,  3,  bəzi  hallarda  isə  5  pərlidir.  Meyvə  verməyən  zoğların  yarpaqları  5-7  bölümlü  olub, 
kənarları  bitişik  iti  dişcikli  qanadlarla  əhatə  olunmuşdur.  Çiçək  qrupları  8-15  sayda  çiçəklərdən 
təşkil  olunub,  çılpaqdır.  Kasayarpaqları  uzunsov-üçbucaqvari-ovaldır.  Meyvələri  geniş 
yumurtaşəkillidir, qəhvəyi-qırmızıdır, adətən 3-4 və ya 1-2 sayda olur. İyunda çiçək açir, sentyabrda 
meyvə  verir.  Şərur  rayonunun  Qaraquş,  Şahbuz  rayonunun  Batabat,  Ağbulaq,  Culfa  rayonunun 
Xəzinədərə  sahəsində,  Ordubad  rayonunun  Nəsirvaz,  Nürgüt,  Bist  kəndəri  ətrafında  olan  daşlı-
qayalı yamaclarda meşə və kolluqlarda yayılmışdır. Mezofitdir. Avropa coğrafi areal tipinə daxildir. 
Qabıq, yarpaq və zoğlarının həlimi yun ipləri boyamaq üçün  istifadə olunur. 
12.  Geum  rivale  L.  –  Çay  çınqılotu.  Çoxillik,  yoğun  və  qonur  köklü,  kökətrafı  yarpaqları 
uzun saplaqlı, liraşəkilli lələkvari bölümlü, 2-3 cüt tərs yumurtavari, dişcikli yan paylı və iri girdə, 
əsası çəlləkşəkilli yuxarı paylıdır. Gövdə  yarpaqları üç bölümlü, qısa saplaqlı və bütün  yarpaqları 
tükcüklüdür.  Çiçəkləri  zəngşəkilli,  əyiləndir.  Kasacıq  düz  qonur  qırmızı  paylı,  ləçəkləri  uzun 
dırnaqcıqlı, xarici narıncı, daxili sarıdır. Meyvələri şarşəkilli başcıqda, sərttəhər tükcüklüdür. Ç.V-
VI,  m.VI-VII.
 
Orta  və  yuxarı  dağ  qurşağının  çəmən  və  su  sahillərində  yayılmışdır.  Bitkinin 
kökümsovunda  karbohidratlardan  qlükoza,  arabinoza,  ketoşəkər,  aldehidoşəkər,  pektinlər,  6,46% 
üzvi turşular, efir yağları, saponinlər, alkaloidlər, C vitamini, karotin, 45% aşı maddələri və fenollar 
vardır. Kökləri qırmızı - qəhvəyi rəng verir. 

37 
13. Hypericum perforatum L. (Hypericaceae Juss. - Dazıkimilər) - Yırtıq dazı. Dazı cinsinin 
mülayim subtropik və tropik ölkələrin dağlıq yerlərində, xüsusilə Aralıq dənizi vilayətində yayılmış 
200 növündən Qafqazda 27, Azərbaycanda isə 13-15  növü vardır.  
Çoxillik ot bitkisi olub, gövdəsinin hündürlüyü 30-80 sm, ikitərəfli qabağa çıxan qabırğalı, 
yuxarı  tərəfində  qarşı-qarşıya  düzülmüş  yarpaqları  vardır.  Qarşı-qarşıya  düzülmüş  yarpaqlarının 
uzunluğu 1-3 sm, eni 2-8 mm olub, çoxsaylıdır. Çoxsaylı çiçəkləri gövdənin zirvəsində süpürgəvari 
və ya qalxanşəkilli çiçəkqupunda toplanmışdır. Səbətciyi 5 bölümlü, tacı 5-ləçəkli olub, uzunluğu 
12-15  mm,  qızılı-sarı  olmaqla,  kənarları  qara  nöqtəlidir.  Meyvəsi  çoxtoxumlu,  3-yuvalı 
qutucuqludur.  Bütün  Azərbaycanda  yayılmışdır.  Subasar  çəmənliklərdə,  meşə,  meşə  kənarlarında 
və pöhrəliklərdə  rast  gəlinir. Yabanı  və mədəni  çoxillik ot  bitkisi  olan adi  dazıotu tam çiçəkləmə 
dövründə  (iyul-avqust)  xammal  olaraq  toplanılır  və  keyfiyyətli  bitki  xammalı  kimi  istifadə  edilir. 
Topladıqda zirvəsindən 25-30 sm aşağı kəsmək lazımdır. Xammal kölgəli yerlərdə çadır üzərində 5-
7  sm  qalınlığında  sərilməli,  yaxşı  ventiliyasiyalı  çardaxda  40-60
о
С-də  quruducu  şkafda 
qurudulmalıdır. 
Tərkibində  aşı  maddələr  10-12%,  qatran  10%,  katexin,  leykoantosianidin,  karotinoidlər 
55mq%, antrasen 0,4%, hiperisin, psevdohiperisin, protopsevdohiperisin), efir yağları, flavonoidlər, 
hiperozid  (otda  0,7%,  çiçəkdə1,1%),  rutin,  kversitrin,  izokversitrin,  kversetin),  vitaminlər  (C,  PP, 
karotin,  nikotin  turşusu),  antosian,  alkaloid,  qatran  və  piqmentlər  vardır.  Gövdə,yarpaq  və  çiçək 
qrupu yun,ipək və kağız parça üçün istifadə olunur. 
14.  Ligustrum  vulgare  L.  (Oleaceae  Hoffmgg.  et  Link  –  Zeytunkimilər)  –  Adi  birgöz. 
Becərilən bitkidir. Meyvəsi qlauber duzu ilə al qırmızı, sidiklə qırmızı rəng verir. 
15.  Paeonia  tenuifolia  L.  (Paeoniaceae  Raf.  –  Pionkimilər))-  Nazikyarpaq  pion.  Çiçəkləri 
yun və kağız parça üçün qırmızı,kətan və ipək üçün solğun qırmızı rəng verir. 
16.  Rhamnus  cathartica  L.  (Phamnaceae  Juss.  –  Murdarçakimilər)  -  İşlətmə  murdarça. 
Böyük olmayan bir və ya ikievli ağac və ya kol bitkisi olub, hündürlüyü 1,5-5 m (bəzən 8 m qədər) 
qırmızımtıl-qonur və ya tünd qəhvəyi köklərə malikdir. Qarşı-qarşıya yerləşməklə budaqlanan olub, 
sonluğu  sancağa  bənzəyir.  Yarpaqları  saplaqlı,  yumurtavari  və  ya  ellipsşəkilli,  kənarları  kiçlk 
dişciklidir.  Meyvələri  dördkünclü  yaşılımtıl,  şarşəkilli,  qara,  zəyirəyəbənzər  üçkünclü  olub, 
uzunsov-yumurtayabənzər formalıdır. 
Avropanın,  Qafqaz,  Qərbi  Sibir,  Qazaxıstan  və  Orta  Asiyanın  meşə-çöl  zonalarında 
yayılmışdır.  Azərbaycanda  Kiçik  Qafqazın  şimalı,  mərkəzi,  Böyük  Qafqazın  qərbi  və  Naxçıvan 
dağlıq  ərazilərində  yayılmışdır.  Yarpaqlı  və  qarışıq  meşələrdə,  pöhrəliklərdə,  kolluqlarda,  işıqlı 
daşlı yerlərdə, quru çəmənliklərdə, kolluq və cəngəlliklərdə yaşayır. Kvasda isladılmış quru qabığı 
istifadə olunur. 
17. Rhus coriaria L. (Anacardiaceae Lindl. – Sumaxkimilər) – Aşı sumağı. Kol və ya böyük 
olmayan,  budaqlanan  ağac  bitkisi  olub,  hündürlüyü  1-3  m-ə  bərabərdir.  Yarpaqları  növbəli,  cüt 
olmayan  lələkli,  8  oturaq  yarpaqcıqdan  ibarətdir.  Yarpaqları  uzunsov-yumurtavari,  əsası  enli 
tiyəvari, zirvəsi itiuclu və kənarları isə iri çəpərli-dişciklidir. Çiçəkləri bircinsli, kiçik, yaşılımtıl-ağ, 
yaraşıqsız, tutqun olmaqla, zirvə budaqlarında erkək və dişi süpürgəvari çiçəklərə malikdir. Erkək 
süpürgəvari çiçəkləri qollu-budaqlı, dişi süpürgəvari çiçəkləri isə sıx, və qalın olur. Çiçək yatağı 5 
bölümlü  kasaşəkilli,  dairəvi-yumurtavari,  yaşıl,  tükcüklü,  ləçəkləri  isə  yumurtavari-uzunsov  və 
ağımtıldır. 
Azərbaycanda  Böyük  Qafqaz  (Quba  dağlıq),  Böyük  Qafqazın  şərqi,  qərbi,  Qobustan,  Kür-
Araz  düzənliyi,  Kiçik  Qafqazın  şimalı,  mərkəzi,  cənubu,  Naxçıvan  və  Lənkəran  düzənlik  və 
dağlıqlarında  yayılmışdır.  Cənub  ekspozisiyaların  quru  qayalarında  rast  gəlinir.  Meyvələrindən 
istifadə olunur. 
18 - 20. Rumex euxinus Klok. – Kökuyumrulu əvəlik, R.pulcher L. – Gözəl əvəlik, R.alpinus 
L.-  Alp  əvəliyi.  Qırxbuğumkimilər  (Polygonaceae  Juss.)  fəsiləsinə  daxil  olan  bitkilərdir.  Kökləri 
rəngabsız qəhvəyi və ya tutqun qəhvəyi ləkəli qırmızı rəng verir. 
21. Berberis vulgaris  L. (Berberidaceae Juss. - Zirinckimilər) - Adi zirinc. Yarımkol bitkisi 
olub, budaqlı, düzqalxan gövdəli hündürlüyü 1,5-3m-ə qədərdir. Nazik qol-budaqlı, dördtilli, üzəri 
tükcüklü, sarımtıl-boz, yarpaqları yumutaşəkilli və ya uzunsov-neştərvari olub, demək olar ki, bütün 

38 
tərəfləri efiryağlı vəziciklərlə örtülmüşdür. Yarpaqları tərsyumurtaşəkilli, kənarları kəskin dişcikli, 
qısa  saplaqlı,  6  kasa  yarpağı,  6  ləçək  və  6  erkəkcikdən  ibarətdir.  Meyvələri  qırmızı  və  3 
toxumludur.  Gövdə  və  budaqlarının  zirvəsində  yumşaq,  kiçik  salxımşəkilli  çiçəkqrupları  vardır. 
Çiçək  tacı  ikidodaqlı,  çəhrayı  və  ya  bənövşəyi  rənglidir.May-iyunda  çiçəkləyir,  avqust-sentyabr 
aylarında  isə  meyvələri  yetişir.  Qafqaz,  Krim,  Moldaviya,  Ukrayna,  Krasnodar,  Cənub  və  Qərbi 
Avropa  ölkələrində  və  bütün  Azərbaycanda  yayılmışdır.  Daş,  qaya,  çınqıllı  yerlərdə,  çay  və 
sututarların  sahillərində,  iynəyarpaqlı  meşələrdə,  kolluqlarda  və  meşə  çəmənliklərində  bitir. 
Meyvələrindən qırmızı rəngalmaq üçün istifadə olunur. 
 22.  Mentha  aguatica  L.  (Lamiaceae  Lindl.  -  Dalamazkimilər)  –  Su  yarpızı  +  Hypericum 
perforatum qarışığı narıncı-qırmızı rəng verir. 
Qəhvəyi rəng verən bitkilər 
Xalça toxumada böyük rol oynamasa da tez-tez rast gəlinir. Xalçalar üçün əsas qəhvəyi rəng 
mənbəyi aşağıdakı bitkilər hesab olunur. 
1. Juglans regia L. (Juglandaceae DC. Ex Perleb – Qozkimilər) – Yunan qozu. Meyvələrin 
qabığı  bu  rəngin  mənbəyi  olub,  qəhvəyi  boz  və  s  müxtəlif  çalarla  ralınır.Yarpaq  və  qabığı  ipək 
ixüsusi  olaraq  boz  rəngə  boyayır.  Qədimdən  meyvə  qabıqlarından  saçların  boyanmasında  və  saç 
tökülməyə qarşı istifadə edilmişdir. 
2. Punica granatum L. – Adi nar. Yabanı narın qabığı qəhvəyi rəng verir. Açıq qəhvəyi rəng 
üçün təkrar boyama lazımdır.  
3. Rhus coriaria L. – Aşı sumağı. Kök qabığından qəhvəyi rəng alınır.  
4. Rhamnus cathartica L. - İşlətmə murdarça. Quru qabığı qəhvəyi rəng verir. Daxili qabığı 
qırmızı-sarı rəng verir, qələvilərin təsirindən qəhvəyi rəngə çevrilir.  
5. Ligustrum vulgare L. – Adi birgöz. Meyvələri dəmir kuporosu ilə qəhvəyi rəng verir. 
6.  Cotinus  coggygria  Scop.–  Dəricikli  sarağan  (Vəlgə).  Anacardiaceae  Lindl.  – 
Sumaxkimilər  fəsiləsinə  daxildir.  Budaqlanan  kol  bitkisi  olub,  hündürlüyü  2-5  m  sarımtıl-qonur 
rəngli kökləri olub, sarımtıl gövdəyə malikdir. Yarpaqları 3-8 (10) sm, eni isə 3-4 (7) sm, növbəli, 
bütövkənarlı,  saplaqlı,  zirvəsi  dairəvi  və  ya  oval,  yuxarı  hissəsi  tünd-yaşıl,  aşağı  tərəfi  isə  açıq 
rəngli olub, qısa tükcüklüdür. Yayın sonunda al-qırmızı rəngdə olur. Çiçəkləri kiçik, yaraşıqsız və 
çoxçiçəkli  olmaqla,  süpürgə  çiçək  qrupunda  formalaşmışdır.  Çiçəkləri  ikicinsli,  erkəkcikli, 
yaşılımtıl-ağ, iri və yumşaq olur. Çiçəklədikdən sonra çiçəkləri böyüdükcə sıxlaşır qırmızımtıl və ya 
yaşılımtıl  tükcüklərdən  ibarət  olan  örtük  əmələ  gətirir.  Erkəkcikli  çiçəklərinin  çoxu  inkişaf 
etməmişdir.  Normal  inkişaf  edən  çiçəkləri  beşüzvlü,  beşyarpaqlı  yaşıl  kasacıqlı,  meyvələri  qalan, 
beşləçəkli,  diametri  3  mm-ə  qədər  olan  yaşılımtıl-ağ  taclı  və  üst  yumurtalıqlıdır.  Meyvələri 
yumurtavari və ya böyrəkvari çəyirdəkli, uzunluğu 5 mm, lətli, yetişən dövrdə qaralan olub, uzun 
saplaqlıdır. İyun-iyul aylarında çiçəkləyir və avqust-sentyabr aylarında isə meyvələri yetişir. Yabanı 
bitki olan bu növ Şimali Qafqaz, Gürcüstan, Krım, və Ukraynada yayılmışdır. Bütün Azərbaycanda 
becərilir. Yarpaqlarının tərkibində 15-40% aşı maddələri, qal turşusu, flavonoidlər, efir  yağları və 
digər maddələr vardır. Oduncağı xrom rəngabla yun, ipək və dərini qəhvəyi boyayır. 
7. Fraxinus excelsior L. - Adi göyrüş (Oleaceae Hoffmgg. et Link – Zeytunkimilər). Qabığı 
qəhvəyi rəng verir. 
8.  Glycyrrhiza  glabra  L.  -  Tüksüz  biyan  (Fabaceae  Lindl.  -  Paxlalıkimilər).  Çoxillik  ot 
bitkisi  olub,  hündürlüyü  50-200  sm-dir.  Gövdəsi  çılpaq,  çoxsaylı,  düzqalxan,  sadə  və 
budaqlanandır. Yarpaqları cüt olmayan  mürəkkəb lələyəbənzər olub, hündürlüyü 5-20 sm-dir. Yar-
paqları parlaq, möhkəm, uzunsov-yumurtaşəkilli və ya neştərşəkilli olub, yapışqanlıdır. Çiçəklərinin 
uzunluğu  12  mm,  çiçək  tacı  ağımtıl-çəhrayı,  kasacığı  itidişciklidir.  Meyvəsi  uzunsov  düz  və  ya 
azacıq əyilmiş formalı olur. Yeraltı sistemi ana kökdən, üfüqi və şaquli kökümsovlardan (stolonlar) 
çox yaruslu sistemdən ibarət olmaqla, kökləri ilə torpağa möhkəmlənir. Kökləri ilə torpağın 8 m də-
rinliyinə qədər gedə bilir. Yerüstü gövdəsi ana kökdən inkişaf edir. Çiçəkləmə may-iyun aylarında, 
meyvələrin  yetişməsi  isə  sentyabrda  olur.  Azərbaycanda  Böyük  Qafqaz  (Qubanın  dağ  massivi), 
Samur-Şabran düzənliyi, Kür-Araz düzənliyi, Alazan-Əyriçay vadisi, Lənkəran, Naxçıvan düzənlik 
və  Muğan-Lənkəran  düzənliyində    yayılmışdır.  Çayın  kənarlarında,  dərin  olmayan  kiçik  yar-
ğanlarda, əkin sahələrində rast gəlinir.  

39 
Köklərində 23% qliçirrianin, 4% flavonoidlər, steroidlər, efir  yağları, askorbin turşusu, acı 
maddələr,  piqmentlər  və  qatran  vardır.  Şirin  dadlı  biyan  köklərndə  saponinlər  -  qliçirrazin  (23%, 
şəkərdən  dəfələrlə  şirin),  flavonoidlər  (4%-ə  qədər)  (likviratin,  likviritigenin,  izolikviritin), 
qliserritin  turşusu, askorbin turşusu, steroidlər, efir  yağı,  şəkər, piqment, qatran, aspargin  və selik 
maddələri  vardır.  Bitkinin  yerüstü  hissəsi  aşı  maddələri,  flavonoidlər,  efir  yağı,  şəkər, 
piqmentlərdən  ibarətdir.  Kök  və  kökümsovlarında  triterpenli  saponinlər,  qatran,  üzvi  turşular  və 
piyli yağlar vardır [4]. Yeraltı hissələri ipəyi qəhvəyi boyayır.  
9.  Lagonychium  cabulicus  Benth.  -  Kabil  dovşandodağı  (Lamiaceae  Lindl.  - 
Dalamazkimilər). Çiçəkləri soda və amonyakla ipəyi qəhvəyi rəngə boyayır. 
10.  Peganum  harmala  L.  –  Adi  üzərrik.  Peganaceae  Tiegh.  ex  Takht.  –  Üzərrikkimilər 
fəsiləsinə  daxildir.  Toxumlarının  ekstratı  açıq  qırmızı  moruğu  ton,sarımtıl-qəhvəyi  və  çəhrayımtıl 
ləkəli ton verir. Orta Asiyada araqçınları boyayırlar. 
                                                  
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin