Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)


The spectral features of plant complexes of Nakhchivan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/23
tarix18.04.2017
ölçüsü5,01 Kb.
#14448
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

The spectral features of plant complexes of Nakhchivan  
Autonomous Republic highlands 
 
In  the  article,  fundamental  factors  which  have  an  influence  on  the  coefficient  of  the  spectral 
brightness of the mountain landscape of the Nakhchivan Autonomous Republic are characterized in the 
paper. With helping of spectral shooting in different diapasons and getting charts are shown the research 
technique  of  one  of  the  fundamental  landscape-forming  components  such  as  ground-vegetable 
complexes. Reflection absorption and transmissible properties, temperature and radiation characteristics 
of  the  leaves  of  plants  and  plant  communities  and  the  impact  of  external  factors  on  the  spectral 
characteristics are identified. Eventually registogrammes and the spectral brightness coefficient table of 
some plant complexes were compiled. 
      
РЕЗЮМЕ 
Назим Бабабейли  
Сеадет Алиева 
Изучение спектральных характеристики растительного  
Покрова высокогорье Нахчыванской Автономной Республики 
 
В  статье  характеризуются  основные  природные  факторы,  влиящие  на  коэффициент 
спектральной  яркости  растительного  покрова  высокогорье  Нахчыванской  Автономной 
Республики.  С  помощью  спектральных  съемок  в  разных  диапозонах  и  полученных  диаграмм 
указывается  методика  исследования  одного  из  основных  ландшафтообразующих  компонентов, 
таких  как  растительные  комплексы.  Определены  отражательные,  поглотительные  и 
пропускающие  свойства,  тепературные  и  излучательные  характеристики  листвы  растений  и 
растительных  сообществ  также  влияние  внешних  факторов  на  спектралные  характеристики.  В 
итоге  составлены  регистрограммы  и  таблица  коэффицента  спектральной  яркости    некоторых 
растительных комплексов. 
 
NDU-nun  Elmi  Şurasının  26  aprel  2016-cı  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyə olunmuşdur (protokol № 09) 
       
   
 
 
 
 

63 
   
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 6 (76) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 6 (76) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 6 (76) 
 
KİMYA 
           TOFİQ ƏLİYEV 
                                                                                          tofiq_aliyev@yahoo.com                                                                                                          
                                                                                          Naxçıvan Dövlət Universiteti              
                                                                                                  YAŞAR HASANOĞLU                                                                                        
                                                                                          Ağrı-İbrahim Çeçen Universiteti,                   
                                                                                                                                 Türkiyə 
UOT 620.197.3 
 
ALİFATİK MONOAMİNOMONOKARBON TURŞULARININ (ALMAMKT) BƏZİ 
NÜMAYƏNDƏLƏRİNİN 0,1 N HCL MƏHLULU MÜHİTİNDƏ C
T
-3 MARKALI POLADIN 
KORROZİYASINA QARŞI İNHİBİTOR TƏSİRİNİN ELEKTROKİMYƏVİ  İMPEDANS 
SPEKTROSKOPİYASI ( EİS ) ÜSULU ILƏ  TƏDQİQİ 
 
Açar sözlərAlifatik monoaminomonokarbon turşuları (ALMAMKT); korroziya inhibitorları; 
elektrokimyəvi impedans spektroskopiyası  ( EİS ); Nyquist diaqramı 
Key  words  :Monoaminemonocarbon  acids  (MAMCA),korrosion  inhibition  ;electrochemical 
impedance spectroscopy ( EIS ) ;Nyquist plot 
Ключевые слова : Алифатические моноаминомонокарбоновые кислоты ( АМАМКК ); 
ингибиторы  коррозии;электрохимическая  импедансная  спектроскопия(  ЭИС  );  диаграмма 
Найквиста                                    
 
1.Ümumi hissə  
      Müasir dövrdə sənaye və texnikanın elə bir sahəsini göstərmək mümkün  deyil ki , orada 
bu  və  ya  digər  dərəcədə  müxtəlif  metallardan,  eləcə  də  onların  çoxsaylı  ərintilərindən  istifadə 
edilməsin .Bu hal hər şeydən öncə metalların və metal ərintilərinin konstruksiya materiallarına qarşı 
qoyulan  tələblərə  daha  dolğun  cavab  verməsi  ilə  bağlıdır.  Bununla  belə,  əksər  metallar  müxtəlif 
texnoloji  şəraitlərdə  termodinamik  baxımdan  davamsız  olduqlarından  onlardan  hazırlanmış 
konstruksiya  materialları  korroziya  prosesi  nəticəsində  vaxtından  əvvəl  dağılaraq  sıradan  çıxır  ki, 
bu da sonda külli miqdarda dövlət vəsaitinin itirilməsinə gətirib çıxarır.                                                                   
           Korroziya  problemləri  ilə  məşğul  olan  əksər  mütəxəsislərin  fikrinə  görə  bu  arzuolunmaz 
prosesə qarşı  mövcud mübarizə üsulları içərisində inhibitorların tətbiqinə əsaslanan üsul texnoloji 
baxımdan sadə olduğundan digər üsullarla müqayisədə daha əlverişli üsul sayılır. Təsadüfi deyil  ki, 
bu sahəyə ayrılan diqqət ildən  –ilə daha da artmaqdadır. Bununla belə, xüsusi  olaraq qeyd  etmək 
lazımdır  ki,  bugünədək  edilmiş  çoxsaylı  təşəbbüslərə  baxmayaraq  bütün  aqressiv  sistemlər  üçün 
keçərli olan ümumi bir nəzəriyyənin yaradılması mümkün olmamışdır. Digər tərəfdən “Birləşmənin 
quruluşu – mühafizə effekti” asılılığı ilə bağlı məsələnin elmi ədəbiyyatda uzun illərdən bəri təhlil 
edilməsinə  və  bu  sahədə  bir  çox  uğurlara  [  1-6  ]  imza  atılmasına  baxmayaraq,  hələ  də  qaranlıq, 
bəzən  də  ziddiyətli  məqamlara  rast  gəlmək  mümkündür.  Bu  səbəbdən  daha  effektli  korroziya 
inhibitorlarının  axtarışı  və  mövcud  qanunauyğunluqların  üzə  çıxarılması  sahəsində  aparılan 
tədqiqatlar bu gün də yüksək aktuallıq kəsb edir. Digər tərəfdən, məlum inhibitorların xeyli hissəsi 
korroziya inhibitorlarına qarşı qoyulan tələblərdən biri olan toksiki təsirə malik olmamaq və ətraf 
mühitə  ziyanlı  təsir  göstərməmək  kimi  tələbə  ya  cavab  vermir,  yaxud  da  az  cavab  verirlər.  Bu 
baxımdan  müasir  dövrdə  toksiki  və  zərərli  təsirə  malik  olmayan  inhibitorların  axtarışı    sahəsində 
aparılan tədqiqatlar daha yüksək aktuallıq kəsb edir. Təqdim edilən məqalə məhz belə bir tədqiqatın 
nəticələrinə  -  alifatik  monoaminomonokaron  turşularının  (  ALMAMKT  )  bəzi  nümayəndələrinin  
0,1 N HCl məhlulu mühitində C
t
-3 markalı poladın korroziyasına qarşı inhibitor təsirinin tədqiqi və 

64 
birləşmənin quruluşu ilə effektivliyi  arasında mövcud olan qanunauyğunluqların  aşkar  edilməsinə 
həsr edilmişdir. Tədqiqat üçün ALMAMAKT –nın  R-CH( NH 

)-COOH ümumi formuluna uyğun 
gələn  nümayəndələrindən  qlisin  (  CH 
2
(NH
2
)-COOH    ),  alanın  (  CH
3
-CH  (  NH 
2
)-COOH  )    və  
leysin ( CH
3
-CH( CH

)-CH
2
-CH( NH

)-COOH ) götürülmüşdür. 
 
2.Tədqiqatların metodikası 
     Tədqiqatlar  Türkiyə  Respublikası  Ağrı  İbrahim  Çeçen  Universitetinin  “Mərkəzi  Araşdırma 
laboratoriyasında”,  “İVİUMSTAT”  cihazında  dəyişən  cərəyan  impedansı  və  ya  Elektrokimyəvi 
İmpedans Spektroskopiyası ( EİS ) üsulu ilə həyata keçirilmişdir. Aparılan təcrübələr üçelektrodlu 
elektrokimyəvi  özəkdə  icra  edilmişdir.Bu  zaman  işçi  elektrod  olaraq  C
t
-3  markalı  poladdan 
hazırlanmış elektroddan, köməkçi elektrod olaraq platin elektrodundan, müqayisə elektrodu kimi isə 
doymuş  gümüş  xlorid  elektrodundan    (Ag  /AgCl  ,KCl  )  istifadə  edilmişdir.  Tədqiqat  üçün 
götürülmüş  reaktivlər  yüksək  təmizlik  dərəcəsinə  malik  olmuşdur  (E.Merk  ).  İmpedans  ölçmələri 
açıq cərəyan dövrəsi potensialında ( E
acdp 
) həyata keçirilmişdir. Bu zaman dəyişən cərəyanın tezliyi 
10
4
- dən 1 Hz-ə qədər dəyişdirilmişdir. Gərginlik amplitudu 5-10 mV aralığında olmuşdur. 
            Elektrokimyəvi prosesə və ya elektrik yükünün ötürülməsinə (transferinə) qarşı müqavimə-
tin  ( Rp ) qiyməti Elkadi L.  və başqaları [ 7-13 ] tərəfindən təklif edilmiş üsulla – aşağı və yüksək 
tezlikli  cərəyana  uyğun  gələn  müqavimətin  qiymətindəki  müxtəlifliyə  əsasən  hesablanmışdır. 
Metal-məhlul sərhəddində  yaranan ikiqat  elektrik təbəqəsinin elektrik tutumunun qiymətini  ( C
it 

almaq üçün cərəyanın maksimal qiymətindəki müqavimətə uyğun tezliyin qiyməti f ( -Z
imax
 ) təyin 
edilmiş və onun qiymətləri aşağıdakı tənliyin köməkliyi ilə    ( kompyuterdə xüsusi proqramın kö-
məkliyi ilə avtomatik olaraq ) hesablanmışdır [ 7-13 ]: 
f (-Z
imax
 ) =1/2
??????CR 
                                                    
Burada f( -Z
imax
 ) –cərəyanın maksimal qiymətindəki müqavimətə uyğun tezliyin 
qiyməti ; C
it
-ikiqat elektrik təbəqəsinin elektrik tutumunun qiymətidir. 
            Tədqiq edilən maddələrin korroziya inhibitoru kimi effektivliyi  
η
c
=
c
it,0−??????
????????????,??????
c
it,0
∙ 100% 
  
      tənliyinin köməkliyi ilə hesablanmışdır. Burada C
it,0
-inhibitorsuz  hala , C
it,i 
–inhibitorun iştirak 
etdiyi hala uyğun ikiqat elektrik təbəqəsinin elektrik tutumunu göstərir. Təcrübələrin metodikası və 
alınmış məlumatların işlənməsi daha ətraflı ədəbiyyatda verilir[ 7-13 ]. 
3.Təcrübə nəticələri və onların təhlili 
     Şəkil  1-6  da  0,1  N  HCl  məhlulundan  ibarət  sistemdə  tədqiq  edilən  birləşmələrin  iştirakında  və 
iştirakı olmadan  EİS üsulu ilə C
t
  -3 markalı polad üçün alınmış  Nyquist
   
diaqramları verilmişdir. 
Cədvəldə  isə  həmin  diaqramların  kompyuterlə  xüsusi  proqramın  köməkliyi  ilə  işlənməsindən 
alınmış nəticələr verilmişdir. 
      
Bu  diaqramlardan,  eləcə  də  cədvəldə  verilən  rəqəmlərdən  göründüyü  kimi  tədqiq  edilən 
ALMAMAKT  –nın  təsirindən  metal-məhlul  sərhəddində  yük  transferinə  qarşı  göstərilən 
müqavimət ( R 
t
)  müəyyən dərəcədə yüksəlir.
 
 

65 
 
Şəkil  1.  0,1  N  HCl  məhlulundan  ibarət  sistemdə  qlisinin  iştirakında  (  100  mq.l
-1
    )  və  iştirakı 
olmadan ( 0 ) C
t
  -3 markalı polad üçün Nyuqist  diaqramları 
 
 Şəkil  2.  0,1  N  HCl  məhlulundan  ibarət  sistemdə  qlisinin  iştirakında  (  200  mq.l
-1  )
  və  iştirakı 
olmadan ( 0 ) C

-3 markalı polad üçün Nyquist diaqramları 
 

66 
 
Şəkil  3.  0,1  N  HCl  məhlulundan  ibarət  sistemdə  alanının  iştirakında  (  100  mq.l
-1
  )  və  iştirakı 
olmadan ( 0 ) C
t
-3 markalı polad üçün Nyuqist diaqramları 
 
 
 
Şəkil 4. 0,1 N HCl məhlulundan ibarət sistəmdə alaninin iştirakı ( 200 mq.l
-1 
) və iştirakı olmadan ( 
0 ) C
t
-3 markalı polad üçün Nyuqist diaqramları 
 

67 
 
Şəkil  5.  0,1  N  HCl  məhlundan  ibarət  sistemdə  leysinin  iştirakı  (  100  mq.l
-1
  )  və  iştirakı 
olmadan ( 0 ) C
t
-3 markalı polad üçün Nyuqist diaqramları 
 
Şəkil 6 .0,1 N HCl məhlulundan ibarət sistemdə leysinin iştirakı ( 200 mq.l
-1
) və iştirakı olmadan ( 
0  )  C
t
-3  markalı  polad  üçün  Nyuqist  diaqramları  məsələn,  birləşmələrin  100  mq.  l 
-1 
qatılığında 
həmin  kəmiyyətin  qiyməti  178  Om-dan  I  birləşmənin  təsirindən    420  Om-a  (2,36  dəfə),II 
birləşmənin təsirindən 386.6 Om-a (2.17 dəfə), III birləşmənin təsirindən isə 375 Om-a (2.11 dəfə) 
yüksəlir.  Birləşmələrin  200  mq.l
-1   
qatılığında  isə  R
t
-  nin  qiyməti  178  Om  –dan  I  birləşmənin 
təsirindən  399  Om-a  (  2,24  dəfə  ),  II  birləşmənin  təsirindən  389,5  Om-a  (  2,19  dəfə  ),  III 
birləşmənin təsirindən isə 385,03 Om-a ( 2,16 dəfə ) yüksəlir. Həmçinin görünür ki, metal-məhlul 
sərhəddində  yaranan  ikiqat  elektrik  təbəqəsinin  elektrik  tutumunun  qiyməti  C
it 
isə  müəyyən 
dərəcədə azalır. Məsələn, tədqiq edilən birləşmələrin 100 mq.l
-1 
qatılığında həmin kəmiyyət 4,22 ˑ 
10
-4 
F-dan I birləşmənin təsirindən 1,22 ˑ 10
-4 
 F-a ( 3,44 dəfə ) , II birləşmənin təsirindən 1,32  ˑ 
10
-4 
  F-a  (  3,2  dəfə  ),  III  birləşmənin  təsirindən  isə  1,26ˑ  10
-4 
F-  dək  (3,35  dəfə)  azalır.  Həmin 

68 
kəmiyyətlərə əsasən hesablanmış mühafizə effektinin qiymətləri müvafiq olaraq 75,60 % , 68,72%  
və 70 , 14% təşkil edir. Birləşmələrin 200 mq.l
-1
 qatılığında isə C
it 
–nin qiymətləri 4,22 ˑ 10
-4 
F-dan  
I birləşmənin təsirindən 1,21ˑ10
-4  
F –a ( 3,49  dəfə ), II birləşmənin təsirindən 1,25 ˑ10
-4
 F-a ( 3,38 
dəfə ) , III birləşmənin təsirindən isə 1,27ˑ 10
-4
  F-a qədər azalır ( 3,32 dəfə ). Yuxarıda göstərilən 
təcrübə nəticələrindən aydın olur ki, tədqiq edilən maddələrin molekulları metal səthində adsorbsiya 
olunaraq    mühafizə  pərdəsi  (çox  da  davamlı  olmayan)  əmələ  gətirir  və  bununla  da  metalı  ətraf 
mühitin aqressiv təsirindən qismən mühafizə edir. Göründüyü kimi birləşmələrin molekulunda eyni 
zamanda  –NH

və  -COOH  funksional  qruplarının  iştirakı  onların  metal  səthində  adsorbsiya 
prosesinə  səbəb olur. Effektivliyin çox da yüksək olmaması qeyd edilən funksional qrupların bir-
birinə yaxın yerləşməsi ilə izah edilə bilər. Belə ki, bu hal metal səthində molekulların adsorbsiyası 
zamanı  fəza  çətinliyinin  yaranmasına  səbəb  olur  ki,  bu  da  sonda  bütöv  mühafizə  pərdəsinin 
yaranmasına  maneçilik  törədir.  Çox  güman  ki,  göstərilən  birləşmələrin  effektivliyinin  yüksək 
olmaması bu amillə bağlıdır. Cədvəldəki rəqəmlərin müqayisəsindən  o da görünür ki, tədqiq edilən 
hər üç birləşmənin korroziya inhibitoru kimi 0,1 N HCl məhlulundan ibarət sistemdə C
t
-3 markalı 
poladın  ALMAMKT-nın  iştirakında  (  100  və  200  mq.l
-1
  )  və  iştirakı  olmadan  impedans 
ölçmələrinin xüsusi proqramla təhlilindən alınmış elektrokimyəvi parametrlər  
Cədvəl 
 
İnhibitor 
Qatılıq mq.l
-1
  R
t1 
Om 
C
it1

η
c

İnhibitorsuz 
000 
178 
4,22 ˑ 10
-4
 
 
IQlisin  CH
2- 
(NH
2
)-
COOH 
100 
420 
1,22 ˑ 10
-4
 
75,60 
IQlisin  CH
2  -
(NH
2
)-
COOH 
200 
399 
1,21 ˑ 10
-4
 
71,37 
IIAlanin 
CH
3-
CH(NH
2
)-
COOH 
100 
386,6 
1,32  ˑ 10
-4
 
68,72 
IIAlanin 
CH
3-
CH(NH
2
)-
COOH 
200 
389,5 
1,25 ˑ10
-4
 
70 ,42 
III 
Leysin 
CH
3
-CH 
(CH
3
)-
CH(NH
2
)-
COOH 
100 
375 
1,26ˑ 10
-4
 
70,14 
III 
Leysin 
CH
3
-CH 
(CH
3
)-
CH(NH
2
)-
COOH 
200 
385,03 
1,27ˑ 10
-4
 
69,90 
 
effektivliyi  bir-birindən  kəskin  fərqlənmir.  Çox  güman  ki  ,  bu  hal  həmin  birləşmələrin 
molekullarının quruluşunun da bir-birindən kəskin fərqlənməməsi ilə bağlıdır. 
     Beləliklə,  ALMAMAKT-nın  üç  nümayəndəsinin    0,1  N  HCl  məhlulundan  ibarət  sistemdə  EİS 
üsulu  ilə  C
t
-3  markalı  poladın  korroziya  prosesinə  təsiri  tədqiq  edilmiş  və  onların  inhibitor 
xassəsinə malik olduğu aşkar edilmişdir. Göstərilmişdir ki , birləşmələrin tərkibi və quruluşundakı 
yaxınlıq  onların  mühafizə  effektinin  də  bir  –birinə  yaxın  olmasına  səbəb  olur.  Həmçinin 

69 
göstərilmişdir ki, -NH
2  
və -COOH funksional qruplarının bir-birinə yaxın yerləşməsi birləşmələrin 
metal  səthində  adsorbsiyası  zamanı  fəza  çətinliyinin  yaranmasına  və  bununla  da  bütöv  mühafizə 
pərdəsinin  əmələ  gəlməsinə  əngəl  törədir.  Bu  isə  sonda  effektivliyin  çox  da  yüksək  olmamasına 
gətirib çıxarır. 
ƏDƏBİYYAT 
 
1.Антропов Л.И. //Защита металлов.1977.т.13.№4, с.387-399 
2.Rozenfeld I.L.Corrosion inhibitors .1981.Mcfrow. Hill ,Newyork ,USA-360 p 
3.Григорьев  В.П.  ,  Экилик  В.В.Химическая  структура  и  защитное  действие  ингибиторов 
коррозии, -Ростов –на –Дон, :Росгосуниверситет, 1978, -184с 
4.Решетников С.М.Ингибиторы кислотной коррозии металлов :Химия , 1986,-144с 
5.Иванов Е.С.Ингибиторы коррозии металлов в кислых средах .-М.:Металлургия.1986.-175с 
6.Erbil M. Korozyon inhibitörleri ve inhibitör etkinliklerinin saptanması .-Ankara .Seqam.-184c 
7.Elkadi L,Merkari B, Traisnel M, Bentiss F, Lagrenee M. // Corros.sci.2000 , № 42.p.703 
8.Ashassi-  Sorkhabi  H,  Aliyev  T.A,  Nasiri  S,  Zareipoor,  Seifzadeh  D.//Elsevier,  Electrochimica  Acta, 
2007, №52.p.5238 
9.Алиев  Т.А,  Ashassi-Sorkhabi  H,  Гусейнов  К.З,  Seifzadeh  D.//  Практика  противокоррозионной 
защита , №2 ( 52 ) , 2009.с.50 
10.Əliyev T.A. Kimya elmləri doktoru …dissertasiya, Bakı, 2011, BDU, 290 s 
11.Süleyman Yalçınkaya .Doktora tezi. ( kimya anabilim dalı ) , -Adana , Çukurova Üniversitesi , Fen 
bilimleri Enstitüsü.2008.-146 s  
12.Yalçınkaya S, Tüken T, Yazıcı B, Erbil E . Electrochemical synthesis and corrosion performance of 
poly ( pyrrole –co –anisidine ) ./ 2008 Progress in organic coatings . 62: 236-244 
13.Erbil M.Alternativ Akım (A.C ) yöntemiyle korozyon hızı belirlenmesi .-Doğa.1987.3: s.100-111 
 
ABSTRACT 
 
 
 
 
 
 
 
 
            Tofig Aliyev 
 
 
 
 
 
 
 
Yashar Hassanoghlu 
The study of inhibiting effect of some derivatives of relevant monoamine monocarbon acids ( 
MAMCA ) on the corrosion of St3 steel in 0,1 N HCI aqueous solution system through the 
way of electrochemical impedance spectroscopy (EIS) 
 
The  article  has  studied  the  effect  of  three  derivatives  of  monoamine  monocarbon  acids  ( 
MAMCA  ) on the corrosion of St3 steel in 0,1 N HCI aqueous solution system through the way of 
electrochemical  impedance  spectroscopy  (EIS).  It  has  been  defined  that  all  of  these  compounds 
possess  inhibiting  influence  in  the  shown  system.  It  has  been  found  out  that  the  effectiveness  of 
these substances which are close in a chemical composition are closer to one another. 
 
РЕЗЮМЕ 
                                                                                                                       Тофик Алиев 
                                                                                                                       Яшар Гасаноглы 
Исследования  ингибирующего действия некоторых образцов алифатицеского 
моноаминомонокарбоновой кислоты ( АЛМАМКК ) на коррозию С
т
 -3  в системе  0,1 N 
HCl методом Электрохимической Импедансной Спектроскопии  ( ЭИС ) 
     Методом  ЭИС  исследовано  влияние  трех  образцов  АЛМАМКК  на  коррозионное 
поведение  С
т
  -3    в  системе    0,1  N  HCl  .Установлено  ,  что  оба  этих  соединений  обладают 
ингибируюшего  действия  в  указонной  системе.Выявлено  ,  что  эффективностъ  ,  близкие  по 
химическому составу этих соединений также близки. 
 
NDU-nun  Elmi  Şurasının  26  aprel  2016-cı  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyə olunmuşdur (protokol № 09) 
       
 
 

70 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 6 (76) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 6 (76) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 6 (76) 
 
                                                                                                                  
HƏDİYYƏ XƏLİLOVA 
                                                               Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu 
                                                                                                                  khalilova@rambler.ru 
UOT: 504.5. 574 
 
ABŞERON  YARIMADASININ ANTROPOGEN TƏSİRƏ MƏRUZ QALAN 
ƏRAZİLƏRİNDƏ SU HÖVZƏLƏRİNİN EKOLOJİ VƏZİYYƏTİNİN  
QİYMƏTLƏNDİRİLMƏSİ 
 
 
Açar sözlər: Abşeron gölləri, ekosistem, antropogen təsir,ağır metallar, ekoloji risk  
Keywords: Absheron lakes, ecosystem, anthropogenic impact, heavy metals, ecological risk 
Ключевые  слова:  Абшеронскте  озера,  экосистем,  антпогенное  воздействие, 
тяжелые металлы, экологический риск 
 
Abşeron  yarımadası  respublikanın  göllərlə  ən  zəngin  olan  bölgəsidir.  Burada  yay 
mövsümündə  arid  iqlim  səbəbindən  quruyan  çoxlu  sayda  duzlu  göllər  mövcuddur  (şəkil  1)  [1].  
Duzlu göllər əsasən palçıq çöküntülərinin olduğu ərazilərdə yerləşir. Göl sularının qidalanmasında 
qrunt sularının rolu azdır. Əvvəllər atmosfer yağıntıları göllərin əsas qida mənbəyi hesab olunurdu. 
Lakin,  zaman  keçdikcə  Abşeron  ərazisi,  və  o  cümlədən,  buradakı  göllərin  müəyyən  hissəsi 
antropogen yüklənməyə məruz qalmışdır. 
XIX əsrin ikinci  yarısından başlayaraq neft sənayesi və onunla əlaqəli  təsərrüfatların, XX 
əsrin  ortalarından  aqrosənayenin  və  urbanlaşma  prosesinin  sürətli  inkişafı  Abşeron  göllərinin 
kəmiyyət  və  keyfiyyət  göstəricilərini  kəskin  dəyişmişdir.  Uzun  illər  məişət-kommunal,  sənaye  və 
kənd  təsərrüfatı  müəssisələrinin  tullantı  suları  təmizlənmədən  göllərə  axıdıldığından  onların  bir 
çoxunun sahəsi və su həcmləri artmış, minerallaşma dərəcələri isə azalmışdır. Bəzi göllərin sahələri 
yaşayış və müxtəlif infrastruktur ərazilərin  genişlənməsi  nətəcəsində kiçilmişdir. Su həcmi artmış 
göllərin əsas qidalanma mənbələri atmosfer yağıntıları deyil çirkab axıntıları olduğundan onlar artıq 
yay fəslində qurumurlar. 
 
Abşeronun  təbii  vəziyyəti  texnogenezlə  pozulmuş  göllərə  Böyükşor,  Bülbülə,  Kürdəxanı, 
Məhəmmədli,  Zabrat,  Hocahəsən,  Qala,  Lökbatan,  Qanlıgöl,  Binəqədi,  Ramana,  Qırmızıgöllər 
sistemi, Zığ, Pirallahı, Puta, Daşgil və s. aiddir.  
 
Göllərin  çirklənmə  şəraiti,  müxtəlif  çirkləndiricilərlə  çirklənmə  dərəcəsi  və  onların  ətraf 
mühitə təsirinin qiymətləndirilməsi və ekosistemin sağlamlaşdırılması istiqamətində müəyyən işlər 
yerinə  yetirilmişdir.  Aparılmış  tədqiqatların  nəticəsi  göstərir  ki,  uzun  illər  davamlı  antropogen 
təsirin  nəticəsində  Abşeron  göllərinin  morfoloji,  hidro-geoloji  və  bioloji  xassələrində  ciddi  
dəyişikliklər baş verib. Göllərin faunası kimyəvi maddələrin mənfi təsirinə məruz qalıb. Bir çox su 
hövzələrinin öz-özünü təmizləmək qabiliyyəti və reproduktivliyi xeyli aşağı düşüb. Makrobentos və 
zooplanktonların  sayında  nəzərə  çarpacaq  azalmalar  müşahidə  olunur.  Tərkibində  müxtəlif 
çirkləndiricilər  olan  külli  miqdarda  çirkab  sularının  göllərə  axıdılması  onların  hidrokimyəvi 
xassələrini dəyişməklə yanaşı, eyni zamanda səviyyəsinin qalxmasına səbəb olmuşdir [1-4]. 
Yuxarıda qeyd olunanları nəzərə alaraq, təqdim olunan məqalənin əsas məqsədi Absheronun 
uzun illər müxtəlif antropogen mənbələrin təsirinə məruz qalan iki təbii su hövzəsinin - Böyükşor 
və  Bülbülə  göllərinin  zərərli  maddələrlə  çirklənmə  səviyyəsinin  müəyyən  olunması  və  dib 
çöküntülərinin  ağır  metallarla  çirklənməsi  nəticəsində  göl  ekosistemləri  üçün  yaranmış  potensial 
ekoloji riskin qiymətləndirilməsidir. 

71 
  
                         Şəkil1. Abşeron yarımadasında xarakterik göllərin yerləşmə sxemi  
                                                                        
1. Qırmızı-qərbi; 2. Qırmızı-şərqi; 3. Lökbatan; 4. Hocahəsən; 5. Qanlıgöl; 6. Şorçala-qərbi: 
7. Daşgil; 8. Qumyataq; 9. Masazır; 10. Binəqədi; 11.Mirzələdi; 
12. Qızılnohur-böyük; 13. Kürdəxana; 14. Məhəmmədli; 15. Böyükşor;  
16. Ramana; 17. Adsız; 18. Bülbülə; 19. Zığ; 20. Qala. 
 
Böyükşor gölü  Abşeron yarımadasının mərkəzində dəniz səviyyəsindən 12 m yüksəklikdə 
Bakının  Binəqədi,  Sabunçu  və  Nərimanov  rayonlarının  sərhəddində    yerləşir.  O  yarımadanın  ən 
böyük və ən çox çirklənmiş gölü olub 45 milyon m
3
 həcmə malikdir. Gölün səthinin sahəsi  15 m
2

maksimum  dərinliyi  4,2  m,  uzunluğu  10  km,  maksimum  eni  isə  1,5-2,0  km  –dir.  Böyükşor  onu 
əhatə  edən  ərazilərdən  bütün  yeraltı  axınların  daxil  olduğu  qapalı  hövzədir.  Keçmiş  dövrlərdə 
Böyükşor  gölünün  dib  çöküntüləri  təbabətdə  istifadə  olunurdu.  Lakin,  uzun  illər  sənaye,  məişət-
kommunal və kənd təsərrüfatı obyektlərinin təmizlənməmiş tullantı sularının axıdılması nəticəsində 
göl  tədricən  öz  müalicəvi  əhəmiyyətini  itirmişdir.  Keçən  əsrin  30-cu  illərindən  bu  gölə  küllü 
miqdarda  neft  sənayesi  suları  axıdılmağa  başladı.  Son  illərdə  gölə  49  sayda  sənaye  və  məişət-
təsərrüfat obyektindən tullantı suları daxil olurdu. Mütəxəssilərin tədqiqatları zamanı gölün dibində 
külli miqdarda neft məhsullarının olması və bəzi yerlərində mazut qatının qalınlığının 1 metrə qədər 
olduğu qeydə alınmışdır. Isti yay günlərində Böyükşor gölündə tez-tez  yanğınlar baş verir.  Bülbülə 
gölü  Abşeron  yarımadasının  mərkəzi  hissəsində,  okean  səviyyəsindən  8  m  aşağıda  yerləşir.  O, 
səthinin  sahəsi  2  km
2
  olan  qapalı  duzlu  hövzədir.  Maksimum  dərinliyi  3-4  m-dir.  Göl  yasayış 
məntəqəsinə yaxın ərazidə yerləşdiyindən uzun illər antropogen təsirə məruz qalmışdır [3,4]. 
Böyükşor  və  Bülbülə  göllərinin  ekoloji  durumunun  qiymətləndirilməsi  üçün  hər  gölün  3 
müxtəlif  hissəsindən nümunələr götürülmüş, su sistemlərinin keyfiyyətini  və çirklənmə dərəcəsini 
xarakterizə  edən    əsas  parametrlər,  o  cümlədən  pH,  elektrik  keçiriciliyi,  oksigenə  bioloji  tələbat 
(OBT),  oksigenə  kimyəvi  tələbat  (OBT),  həmçinin    həll  olmuş  oksigenin  (h∕o  O
2
),  ümumi  neft 
karbohidrogenlərinin (UNK), səthi  aktiv maddələrin (SSAM),  fenolların, ağır metalların (AM) və 

72 
digər  çirkləndiricilərin  miqdarı  təyin  edilmişdir.  Su  və  dib  çöküntülərinin  analizində  beynəlxalq 
səviyyədə qəbul olunmuş standart üsullardan istifadə edilmişdir [5,6]. 
 Bundan  əlavə  göllərin  dib  çöküntülərinin  Cd,  Cr,  Hg,  Cu,  Pb  və  Zn-lə  çirklənmə  dərəcəsi 
öyrənilmiş və onların hər birinin ekosistem üçün yaratdığı potensial ekoloji risk qiymətləndirilmiş-
dir.  
AM-la çirklənmənin qiymətləndirilməsi üçün aşağıdakı hesablamalar aparılmışdır:  
1. Çirklənmə indeksi (PI
i
). AM-ın çirklənmə indeksi metalın nümunədəki koncentrasiyasının 
(C
i
 ) yol verilən həddinə ( S
i
) nisbəti ilə hesablanır:   
                                                    PI
i

??????
??????
??????
??????
         (1) 
 
Hesablamalar zamanı AM-ın Azərbaycan qanunvericiliyi ilə müəyyən olunmuşdur YVH-nin 
qiymətlərindən istifadə olunmuşdur. 
2.  Ekoloji  risk  faktoru.  Torpaq  və  dib  çöküntülərində  AM-la  çirklənmənin  yaratdığı 
potensial ekoloji risk (RI) ekoloji risk indeksinin hesablanması ilə müəyyən olunur [7,8].  
O  bioloji  sistemin  toksik  maddəyə  qarşı  həssaslığını  göstərməklə,  eyni  zamanda  ümumi 
çirklənmənin  yaratdığı  potensial  ekoloji  riski  müəyyən  edir.  RI  tədqiq  olunan  metalların  ekoloji 
risklərinin (Ei) cəmini ifadə edır: 
                                                 RI= ∑
??????
??????
             
burada, E
i
 – hər hansı ağır metalın risk faktorudur, aşağıdakı tənliklə hesablanır: 
                                                         E
i
 = T
i
f

= T
i
 
??????
??????
??????
??????
          (4) 
burada, T
i
  metalın toksiklik dərəcəsini ifadə edən faktordur,  f
i  
metalın nümunədəki konsentrasiyası  
C

ilə  onun torpaqdakı fon səviyyəsi  B
i  
arasındakı nisbətdir. Cədvəl 2-də ekosistem üçün torpaq və 
dib çöküntülərində daha çox toplanan təhlükəli metallar üçün YVH və Ti qiymətləri verilir. 
                                                                                                                                        Cədvəl 1.  
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin