ƏDƏBİYYAT
1.Суворов Ю.Б. Судебная дорожно –транспортная экспертиза. Предмет, объект, состави
возможности. Роль и место в процессе доказывания по деламо ДТП: Учеб.
Пособие/ МАДИ ГТУ. – М., 2003-27 с.: ил.
2.R.P. Bayramov, İ.M. Çobanzadə Yol-nəqliyyat-hadisələrinin tədqiqi və avtotexniki
ekspertizası. Bakı, 2005, 350səh.
ABSTRACT
A.Aliyev
Speeds of the movement of the vehicle before braking
In the article are studied the speed of the movement of the vehicle before braking. The auto
technician-experts choose the report of respondents of value of parameters of row from literature. It
leads to increase in price parameters of speed of conclusion. In this case, possibility of technical
measures for prevention incident of driver the expert makes the wrong conclusions. At calculation
-
61 -
of initial speed of braking of the vehicle before estimated parameters, and receiving exact data
about the main regularities quality, it is necessary to gather experimental materials.
РЕЗЮМЕ
А.Алиев
Скорости движения транспортного средства передторможением
В статье изучены скорость движения транспортного средства перед торможением.
Отчет опрошенных значения параметров ряда автотехник-экспертов выбирает от
литературы. Это приводит к увеличению ценовых параметров скорости вывода. В этом
случае, возможность технических мер по предотвращению инцидента водителья эксперт
принимает неправильные выводы. При расчете начальной скорости перед торможения
транспортного средства оценочных параметров, и получиние точные данные об основные
закономерности качестве, надо набрать экспериментальных материалов.
NDU-nun Elmi Şurasının 30 may 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 10)
Məqaləni çapa təqdim etdi: Fizika üzrə fəlsəfə doktoru, dosent F.Mirişli
NAXÇIVAN DÖVLƏT UNİVERSİT ET İ. ELMİ ƏSƏRLƏR, 2015, № 9 (65)
-
62 -
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
SC IENTIFIC WO RKS, 2015, № 9 (65)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 9 (65)
QULU BAĞIROV
HƏSƏN HƏSƏNLI
Naxçıvan Dövlət Universiteti
UOT. 621.371.39.64
MÜASİR ELEKTRON SAAT QURĞUSUNUN YENİ VARİANTI
Ключевая слова: Регистр, тактовый генератор, дешифратор.
Elektron sənayesinin sürətlə inkişaf etməsi özündən əvvəlki xalq təsərrüfatında, məişətdə
və bir çox sənaye müəssisələrində istehsalı baha başa gələn, artıq elektrik enerjisi sərf edən, çəkisi
və qabariti böyük olan, uzun müddət işlədikdən sonra qızaraq istiliyə dözməyən, etibarlılığı az,
böyük xəta ilə işləyən və s. istifadə olunan mexaniki, elektromexaniki, yarımelektron cihazların çox
hissəsi artıq həmin funksiyaları yerinə yetirən yuxarıda qeyd etdiyimiz nöqsanları arxada qoyan
müasir yarımkeçirici elementlər üzərində yığılan cihazlarla əvəz edilmişdir. Hətta yeni yaranmış
elektron
cihazlar
üzərində
çoxlu
sayda
tədqiqat
işləri
aparmaqla
onları
yenidən
müasirləşdirmişdilər. Belə cihazlardan biri də haqqında danışdığımız elektron saatıdır. İndi
dünyanın bir çox inkişaf etmiş ölkələrində müxtəlif növ və məqsədlər üçün elektron saatlar istehsal
olunur. Bu saatlar həm qol saatları, həm məişət, həm sənaye, həm idarə, mədəniyyət və təhsil
müəssisələri, həm küçə və xiyabanlar üçün və s. istehsal olunur.
Haqqında danışdığımız elektron saatı yalnız küçə və xiyabanlar, mədəniyyət parkları,
böyük mədəniyyət müəssisələrinin foyeləri və təhsil müəssisələri üçün iri ölçüdə nəzərdə
tutulmuşdur.
Qeyd etmək lazımdır ki, bu məqsəd üçün və bizim təklif etdiyimiz saatın alternativi olaraq
və artıq özünün tətbiq sahələrini tapmış saatlar istehsal olunur. Lakin bu saatların saniyə, dəqiqə və
və saatların indikasiyası metaldan və plastik materiallardan hazırlanmış əqrəblərin və yaxud çoxlu
sayda (yüzlərlə) işıq diodlarının köməyi ilə “fırlanan” fotodiod əqrəbi ilə həyata keçirilir. Lakin
belə saatların istehsalı baha başa gəlir, daha doğrusu maya dəyəri yuxarı olur.
Təklif etdiyimiz elektron saatında az miqdarda işıq diodlardan istifadə etməklə lazımi
nəticəni əldə etmək olur. Saat üç müxtəlif radiusları ilə fərqlənən dairəvi - çevrə şəklində təsvir
olunur. Saat, kiçik saniyə, orta dəqiqə və böyük saat dairəsindən ibarətdir. Saatın ümumi görünüşü
şəkil 1-də verilmişdir. Saatın 3 paralel düz xətt üzərində saat, dəqiqə və saniyə vaxtlarını göstərən
variantını da vermək mümkündür. Bu halda elekton sxemasında heç bir dəyişiklik edilmir (şəkil
2).
-
63 -
Kiçik və orta çevrəsinin üzəri bir-birindən bərabər məsafədə 60 və böyük saat çevrəsinin
üzərində 12 ədəd işıq diod yerləşdirilir.
Şəkildən göründüyü kimi kiçik və orta dairədə uyğun olaraq hər saniyədən və dəqiqədən
bir-birinin ardınca işıq diodlar işıqlanır. “Fırlanan” saat əqrəbi hərəkət edir. Böyük saat dairəsində
isə 12 işıq diod hər saatdan bir işıqlanaraq saat vaxtını göstərir. Bələliklə saniyə, dəqiqə və saat
dairəsində işıqlanan diodlara görə vaxtı təyin etmək olur.
Saatın dəqiq və qüsursuz işləməsi üçün verici saniyə siqnalı olaraq kvars generatorundan
istifadə olunur. Belə generatoru adi divar və stolüstü elekton saatlarından əldə etmək olar. Kvars
generatorunun saniyə tezliyi yüksək dərəcədə sabit olduğu üçün onu təklif etdiyimiz elektron
saatına tətbiq etmək olar. Saatı işə salmaq üçün kiçik əl ilə idarə olunan pultu vardır. Pult vasitəsilə
saatın saat və dəqiqə vaxtı qurularaq işə salınır(şəkil 5).
Saat -220 V elektrik şəbəkəsindən alınan stabilləşdirilimiş sabit 12 V gərginliklə işləyir.
Gərginlik şəbəkədən kəsilən zaman saat 12 V akmulyator batereyasından qidalanır(şəkil 6). Kvars
generatoru 1,5 V gərginliklə işlədiyinə görə həmin gərginliyi aktiv müqavimətlə kiçik gərginlik
bölgüsü sxeması yaratmaqla 12 V gərginlik batereyasından əldə etmək olar. Elektron saatının
prinsipial elektrik (şəkil 5) və funksional sxemasından görünür ki, sxema əsas elektron sayğacından,
3 dekoderdən (deşifrator) işıq tablosundan, saniyə impluslarını verən kvars generatorundan və idarə
edici pultdan ibarətdir. Saniyə və dəqiqə sayğacların hər biri elektrostatik 2-li 6 dərəcəli kodları
(kombinasiyaları) yaradan triggerlər üzərində qurulan sayğaclardır. Saat sayğacı ə 2-li 4dərəcəli
-
64 -
registr
yaradan
sayğacdır.
Hər bir sayğacın özünün deşifratoru vardır. 4-cü funksional sxemasına əsasən kvars
generatorundan 1-ci saniyə sayğacına daxil olan hər bir saniyə siqnalı 2-li 6 dərəcəli kombinasiya
ilə kodlaşdırılaraq ona birləşdirilən dekoderə ötürülür. Dekoderin 1-ci çıxışındakı fotodiod işıqlanır.
2-ci implusda 1-ci işıq diod sönərək 2-ci işıq diod, 3-cü də 2-ci işıq diod sönərək 2-ci işıq diod
işıqlanmaqla bütün çevrə boyunca saat əqrəbi istiqamətində sanki fırlanma hərəkəti alır. 1-ci
sayğaca 60 siqnal daxil olduqdan sonra 2-ci sayğacın girişinə bir dəqiqə siqnalı daxil olur. Daha
doğrusu birinci sayğacın hər 60 saniyədən bir 2-ci sayğacın girişinə dəqiqə implusları verilir. Hər
daxil olan dəqiqə implusları da saniyə implusları kimi kodlaşdırılaraq özünün dekoderinə buraxır və
növbə ilə 2-ci dairədə işıq diodları işıqlandırır. 3-cü saat sayğacının girişinə isə hər 60 dəqiqədən
bir 2-ci sayğacdan saat implusları daxil olur. 3-cu sayğacda 2-li 4 dərəcəli kombinasiyalar
kodlaşdırılaraq özünün dekoderinə ötürür. Növbə ilə 12 saat işıq diodları işıqlanmağa
başlamayacaqdır. Bu vəziyyətdə işıq tablosunda saat vaxtının necə olmasını müşahidə edəcəyik.
Bütün saatlarda olduğu kimi buradada ilkin saatın necə olmasını əl pultu vasitəsilə təyin edirik.
Əvvəl dəqiqə sonra saat göstəricisini qururuq. Bunun üçün 1-ci arada kvars generatorundan saniyə
sayğacına daxil olan siqnalları dayandırıb həmin siqnalları 2-ci və 3-cü knopkalarla saat və dəqiqə
tablosunda vaxtı təyin edirik. Lakin bu əməliyyatları yerinə yetirənə qədər hər üç sayğac “0”
vəziyyətinə gətirməlidir. Bunu etmək üçün 4-cü knopkanı bir dəfə basıb ötürmək kifayətdir (1-ci
açar açıq şəkildə olan vaxt). Bu alqoritmi yerinə yetirdikdən sonra 1-ci açarı girişə bağlamaqla saat
işə düşəcəkdir. Qeyd etmək lazımdır ki, saat əlçatmaz yerə qoyumalıdır. Pult hissəsi 6 damarlı
kabellə birləşərək əl çatan yerdə ağzı bağlanmış karopkada olmalıdır. İxtira bilavasitə saat qayırma
texnikası sahəsinə aiddir.
Çertiyojların siyahısı:
1.
Saatın müstəvi üzərində dairəvi işıq tablosu I variant ümumi görünüşdə.
2.
Saatın müstəvi üzərində paralel düz xətt üzrə yerləşdirilməsi işıq tablosu II variant.
3.
Saniyə, dəqiqə və saat sayğacının prinsipial elektrik sxeması.
4.
Saatın ümumi funksional blok sxeması.
5.
İdarə edici pultun sxeması.
6.
Elektrik qidalandırıcı mənbənin sxeması.
Müəllif: Q.B.Bağırov
ABSTRACT
-
65 -
At the Industri of clokmakinq there are too nany features of the usinq of invention. So all
the elements need for the clock can be founded easily. For example, it is possible to find. Diods in
the state of mikrosxem in the shops which are used in the meters that formed the base off
electrostatic triggers and decodres.
There is no difficulty to find photodiods and rezisstors.
РЕЗЮМЕ
В статье отмечается что, данное совеременное часовое устройства предусмотронно
для многих обьектов народного хозяйства как, промыщленных, культурных,
учрежденческих и. д. обьектов.
Часовое устройство полностъю разработано на полупровдниковых приборах, и были
пояснены приципиалъные работы его отделъных узлов, как регистров сдвиг,
дешифраторов, задаюющих тактовых генераторов и др.
Примущество данного часевого устройства от других современных электронных часов,
заключастя отсуствие стрелочных указателей.
NDU-nun Elmi Şurasının 30 may 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 10)
Məqaləni çapa təqdim etdi: Fizika üzrə fəlsəfə doktoru, dosent F.Mirişli
NAXÇIVAN DÖVLƏT UNİVERSİT ET İ. ELMİ ƏSƏRLƏR, 2015, № 9 (65)
-
66 -
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
SC IENTIFIC WO RKS, 2015, № 9 (65)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 9 (65)
METODİKA
MƏHƏMMƏD HACIYEV
Naxçıvan Dövlət Universiteti
mamedhaciyev@yahoo.com
UOT:37(094)
RİYAZİYYATIN TƏDRİSİ METODİKASININ MƏQSƏDİ, MƏZMUNU, TƏLİM
METODLARI VƏ METODOLOJİ ƏSASLARI HAQQINDA
Açar söz: riyaziyyat, metodika, məqsəd, təlim, produktiv, məzmun.
Key words: mathematics, methods, goals, training, productive, content.
Ключевые слова:математика, методика, цель, обучение, продуктивное, содержа-
ние.
Adından da göründüyü kimi, "Riyaziyyatın tədrisi metodikası" elmi riyaziyyatın müəyyən
inkişafı prosesində əmələ gəlmiş və formalaşmış bir təlim xüsusiyyətli, öyrədici xüsusiyyətə malik
olan sahə olub, pedaqoji elmlər sırasına daxil olan fəndir.
Müəyyən əlamət və xüsusiyyətlərinə görə onu aşağıdakı kimi təsnif etmək olar:
1. Riyaziyyatın tədrisi metodikasının inkişaf tarixi.
I. İlkin yaranma tarixi.
II. Sabit kəmiyyətlərin riyaziyyatı dövrü b.e.ə. VІ-V əsr).
III. Dəyişən kəmiyyətlərin riyaziyyatı dövrü (XVІІ-XІX əsrlər).
IV. Dəyişən münasibətlərin riyaziyyatı dövrü (Müasir dövr).
Qeyd edək ki, XVІІ əsrə qədərki dövr xüsusilə fərqləndirilməlidir. Belə ki, bu dövrün
görkəmli mütəfəkkiri Nəsirəddin Tusi və eləcə də digər görkəmli riyaziyyatçı-filosofların elmin
inkişafı və formalaşmasında xüsusi eolları olmuşdur ki, onlar haqqında, xüsusilə də Nəsirəddin Tusi
ilə bağlı olaraq məlumatların verilməsi milli tərbiyə baxımından da əhəmiyyətlidir.
Həmçinin 1970-cü idən sonrakı dövrlərdə aparılmış islahatlar haqqında da ətraflı
məlumatlar verilməlidir, belə ki, riyazi təlimin müasir inkişaf səviyyəsi və kursun tədrisində baş
verən və baş verəcək yeniliklər İKT - nin bilavasitə tətbiqi ilə əlaqəli olduğu qeyd olunmalıdır.
2.Riyaziyyatın tədrisi metodikasının riyazi təlimdə yeri, rolu və əhəmiyyəti
1. Təlimin məqsədinə müvafiq olaraq RTM - in təhsildə yeri.
2. Elmi riyaziyyatın təhsillə əlaqələndirilməsi.
3. Məktəb riyaziyyatı kursunun əhəmiyyəti.
4. Elmi-texniki tərəqqidə məktəb riyaziyyatı kursunun əhəmiyyəti.
5. Digər fənnlərin tədrisi ilə bağlı RTM - in sinxron əlaqə xüsusiyyəti.
6. Peşəseçmədəi RTM - in rolu.
7. Sagirdlərin məntiqi təfəkkürə yiyələnməsində RTM - in rolu.
8. Riyazi təfəkkür və məktəb riyaziyyatı.
Məktəblilərin gəncləri həyata hazırlaması tələb edir ki:
a) Şagirdlər müəyyən olunmuş bilik, bacarıq və vərdişlərə yiyələnsinlər.
b) Fənnin öyrənilməsi prosesində elmi dünyagörüşün formalaşması, yüksək əxlaqi
keyfiyyətlərin formalaşması, intellektual bacarıqların və qabiliyyətlərin formalaşması, əməyə
hazırlanması kimi məsələlər əsas məqsəd kimi nəzərdə tutulsun. Məhz ümumtəhsil məqsədinə
müvafiq olaraq riyazi təlimin mahiyyəti və eləcə də məqsədi RTM kursu vasitəsi ilə aydınlaşır.
3. Riyaziyyatın tədrisi metodikası bir tədris fənni kimi.
Gənc nəsli tərbiyə edilib, fərmalaşdırılması məsələsi ümumtəhsil məktəbləri qarşısında
duran əsas tələblərdəndir və bu məsələ ilə bağlı olaraq təlim qarşısında, o cümlədən riyazi təlim
qarşısında, gənc nəslə bilik, bacarıqlar və vərdişlər vermək tələbi qoyulmuşdur.
-
67 -
Məktəb riyaziyyatı bir fənn olmaqla elə qurulmalıdır ki, gənc nəslə ümumi şəkildə olmaqla,
riyaziyyat elminin əsasları iə bağlı olaraq, müəyyən olunmuş səviyyədə biliklər verilsin və bu
əsasda da təsəvvürlər formalaşdırılsın. Qeyd olunan bu məsələni Riyaziyyatın Tədrisi Metodikasına
verilən tərifdən də görmək olar:
Tərif: Riyaziyyatın tədrisi metorikası ayrı - ayrı yaş dövrlərində riyazi təlimin prosesinin
qanun və aqnunauyğunluqlarından bəhs edən elmi sahədir.
Təbiidir ki, getdikcə riyazi təlimin məzmunu da dəyişir, və dəyişdirilməlidir ki, bu məsələ
özünü aşağıdakı xüsusiyyətlərinə görə göstərir:
1) Cəmiyyətin və eləcə də İKT-nin inkişafından irəli gələn məsələlərlə bağlı olaraq, məktəb
riyaziyyatı qarşısında da elə tələblər qoyulur ki, məhz həmin rələblərin yerinə yetirilməsi
məsələsinin özü riyazi təlimin məzmununun dəyişməsini tələb edir ki, bu dəyişmə şagirdlərin bilik,
bacarıq və vərdişlərin həcmi ilə müəyyənləşir.
2) Fənnin özünün dəyişməsi, onun ayrı - ayrı sahələrinin inkişafı, yeni sahələrin yaranması,
şagirdlərə verilən biliklər sisteminin həcmində müəyyənliklərin aparılmasını bir zərurətə çevirir.
Dərketmə baxımından öz mahiyyətini itirmiş, anlayışların əvəzinə məntiqi mahiyyət kəsb edən,
bilavasitə təfəkkürün inkişafına səbəb olan, tətbiqi xarakterli tətiqi xarakterli anlayışların verilməsi
səciyyəvi xüsu-
siyyətə çevrilir.
3) Şagirdlərin idraki qabiliyyətlərinin yenilənməsi şagirdlərin müəyyən riyazi anlayışların
daha tez və məqsədəmüvafiq olaraq öyrənmə meyllərini sürətləndirir.
Pedaqoji elmlərin inkişafı, riyaziyyatın tədrisi metodikasının inkişafı, qabaqcıl təcrübələrin
tətbiqi məhz məktəb riyaziyyat kursunun məzmununun da yenilənməsini, dəyişməsini, daha
doğrusu riyazi təlimin yenilənməsini tələb edir.
4. Bir fənn kimi riyaziyyatın tədrisi metodikasının xarakteristikası.
Riyaziyyatın tədrisi metodikası fənni 3 bəlməni (sahəni) özündə birləşdirir ki, onlar
aşağıdakılardır:
1) Ümumi metodoka -- bütün riyaziyyat müəllimləri üçün zəruri olan məsələlər, məsələn,
dərsin planlaşdırılması, təlim üsullarının tətbiqi və s..
2) Xüsusi metodika -- məsələn, məktəb riyaziyyatı kursundan kəsrlər bəhsinin öyrənilməsi.
3) Konkret metodika -- məsələn, "Dördbucaqlılar mıvzusu" - nun icmalının tərtibi və
mövzunun tədrisi.
"Metodika" -- yunan sözü olub yol deməkdir, yol göstərməkdir.
Riyaziyyatın tədrisi metodikası cəmiyyətin qarşıya qoyduğu tələblərdən irəli gələn təlim
məqsədinə müvafiq olaraq müəyyən inkişaf səviyyəsinə uyğun qanunauyğunluqları öyrənən
pedaqoji elmi sahədir.
Riyaziyyatın tədrisi metodikası təlimlə bağlı olaraq üç suala cavab verməyə çalışır, cavab
axtarır:
1. Riyaziyyatı niyə öyrənməli?
2. Riyaziyyatdan nəyi öyrənməli?
3. Riyaziyyatı necə öyrənməli?
Qeyd edək ki, yuxarıda bəhs etdiyimiz suallarla yanaşı bəzən riyaziyyatın
tədris metodikası qarşısında aşağıdakı kimi suallar da qoyulur:
1. Riyaziyyatı kimə öyrətməli (burada yaş xüsusiyyətləri nəzərdə tutulur)?
2. Riyaziyyatdan nəyi öyrənməli (ümumi məqsədə müvafiq olaraq)?
3. Riyaziyyatı necə öyrənməli (burada ənənəvi təlim, fəal təlim və s. kimi təlim
məsələlərindən bəhs olunur)?
İlk dəfə riyaziyyatın tədrisi metodikası Şvetsar pedaqoqu Q. Pestalotsinin (1746- 1827)
yaradıcılığında əks olunmuşdur ki, mvafiq əsər "Ədəd haqqında əyani təlim"dir. Deməli,
riyaziyyatın tədrisi metodikası bir fənn olaraq XIX əsrin əvvəllərindən başlayaraq formalaşmışdır.
Riyaziyyatın tədrisi metodikası elmi riyaziyyatla məktəb riyaziyyatı arasındakı böyük və
ciddi fərqi müəyyən şəkildə əlaqələndirmək kimi bir məsələni həll etmək baxımından bir çox
-
68 -
çətinliklərlə qarşılaşaraq, riyazi təlimin qanunauyğunluqlarını açmaq məcburiyyətində olan bir təlim
fənnidir.
Dostları ilə paylaş: |