ƏDƏBİYYAT
1.
Umumtəhisl məktəblərinin I-III sinifləri üçün fənn kurikulumları. Bakı, “Təhsil”,
2008.
2.
Həmidov S.S. I-IV siniflərdə riyaziyyatının tədrisi metodikası. Bakı, ADPU, 2012.
3.
Paşayev Ə.X., Rüstəmov F.A. Pedaqogika. Bakı, ADPU, 2012.
ABSTRACT
Hajiyeva Fatma
The goal of teaching mathematics
By article describes the following topics:
Problems methodology of teaching mathematics;
The purpose of teaching mathematics and demands placed upon them;
Classification of learning objectives in math;
Criteria for determining the purpose of the lesson of mathematics;
Education, educational and developmental goals of teaching mathematics
РЕЗЮМЕ
Гаджиева Фатма
О цели обучения математике
В статье изложены следующие вопросы:
задачи методики обучения математике;
цели обучения математике и требования предъявляемые к ним;
классификация цели обучения математике;
критерии определения цели урока математики;
образовательные, воспитательные и развивающие цели обучения математике.
NDU-nun Elmi Şurasının 30 may 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 10)
Məqaləni çapa təqdim etdi: Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent
T.Nəcəfov
-
83 -
NAXÇIVAN DÖVLƏT UNİVERSİT ET İ. ELMİ ƏSƏRLƏR, 2015, № 9 (65)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
SC IENTIFIC WO RKS, 2015, № 9 (65)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 9 (65)
FUADA ALLAHVERDİYEVA
Naxçıvan Dövlət Universiteti
UOT:371.64
KOMPÜTER ASILILIĞIN YENİYETMƏ VƏ GƏNCLƏRİN PSİXİKASINA TƏSİRİ
Açar sözlər: kompüter, şəbəkə, kompüter-addiksiya, addiktiv davranış, psixoloji problemlər.
Keywords: computer, network, computer-addiction, addictive behavior and psychological
problems.
Ключевые слова: компьютер, сеть, компьютер-аддикция, аддиктивное поведение,
психологические проблемы.
Kompüter texnologiyalarının sürətlə inkişaf etdiyi bir şəraitdə yeniyetmə və gənclərin
kompüter asılılığı probleminin tədqiqi xüsusi aktuallıq kəsb edir. Son zamanlar kompüter
oyunlarına
aludəçilik
uşaq
və
yeniyetmələrin,
o
cümlədən
gənclərin
şəxsiyyət
kimi
formalaşmasında
dərin
izlər
buraxmaqdadır.
Yeni
informasiyaların
bolluğu,
kompüter
texnologiyalarından aşırı istifadə, yəni kompüter oyunlarının geniş yayılması müasir yeniyetmə və
gənclərin tərbiyə məkanına güclü təsir göstərir.Hal-hazırda müxtəlif kompüter proqramları ilə işlə-
məyi, o cümlədən kompüter oyunları oynamağı bacaran yeniyetmə və gənclərin sayı artmaqdadır.
Kompüterləşmənin şübhəsiz müsbət əhəmiyyəti ilə yanaşı, bu prosesin neqativ cəhətlərini xüsusi
qeyd etmək lazımdır. Neqativ cəhət dedikdə, mövcud təmayülün bütövlükdə insanların sosial-
psixoloji sağlamlığda yarana biləcək təhlükə başa düşülür. Son zamanlar kompüterə ifrat
aludəçiliklə bağlı yeni termin –kompüter asılılığı (və yaxud kompüter-addiksiya) termini
yaranmışdır. Belə zərərli vərdişi psixoloqlar texniki vasitələrdən törəyən emosional “narko-
maniyanın” bir növü kimi izahedirlər.
Kompüter asılılığı –insanın kompüterlə işləməyə və yaxud kompüter arxasında daha çox vaxt
keçirməyə pataloji canatmadır. Xarici ölkə psixoloqlarından M.Şotton, Ş.Tekl, K.Yanq, T.Bolbot və
b. kompüter asılılığı fenomenini tədqiq etmişlər. Bu müəlliflərin tədqiqatları göstərir ki, kompüter
asılılığın formalaşmasına təkcə gerçəklikdən uzaqlaşmağa istək və kəskin zərurət, özünü kompüter
oyunlarının personajları ilə eyniləşdirməyə kəskin tələbat yox, həm də insanın fərdi xüsusiyyətləri
təsir göstərir. Belə xüsusiyyətlərə insanın dayanıqlı davranışını müəyyənləşdirən xarakter aid
edilir.Ən müxtəlif tədqiqatların nəticələrinə görə kompüter asılılığında olanlar bütün dünya üzrə
istifadəçilərin 10%-ni təşkil edir.
Bu sahədə aparılmış tədqiqatların və kompüter asılılığı üzrə proflaktika sahəsində mövcud
olan praktiki təcrübənin təhlili müəyyən ziddiyyətləri üzə çıxarır. Bu ziddiyyətlər özünü yeniyetmə
və gənclərin öz fəaliyyətlərində kompüter texnologiyalarının tətbiq imkanları ilə kompüter
asılılığına qarşı tədbirlər nəzəriyyəsinin qeyri-kafi hazırlanması arasında göstərir.
Bu ziddiyyətin həll olunması ilk növbədə “kompüter asılılığı” anlayışının məzmununun tam
aşkarlanmasını tələb edir.
Kompüter texnologiyaları müasir insanın həyatına çox sürətlə tətbiq olunur. Bu gün insanın
hər yerdə və hər zaman – işdə, evdə, hətta maşında kompüterlə ünsiyyət qurması heç kimi
təcübləndirmir. Kompüter təkcə böyük yaşlı insanların deyil, hətta kiçik yaşlıların belə həyatının
ayrılmaz hissəsinə çevrilmişdir. Hətta övladının evdən kənarda hansı əməllə məşğul olacağı tam
bəlli olmadığını düşünən valideyn, onun evdə, gözləri qarşısında saatlarla kompüter arxasında
vaxt keçirməsinə məmuniyyətlə razı olur.
“Kompüter asılılığı” anlayışı ötən əsrin 90-cı illərində yaranıb. Bu anlayış gündəlik qayğı və
problemlərdən uzaqlaşmaq məqsədi ilə virtual gerçəkliyə inadkar canatma, bununla da öz
-
84 -
emosional əhval-ruhiyyəsini yüksəltmək istəyi ilə səciyyələnir. Məhz bununla da kompüter oyunları
bütün yaş qrupuna daxil olan insanlar üçün əyləncəli məşğələyə çevrilmişdir.
Kompüter oyunlarına hüdudsuz marağın əsasında həzz almağa tələbat yaranır. Hal-hazırda
kompüter oyunlarından asılılığın əmələ gəlməsinin iki pisixoıoji mexanizmini fərqləndirirlər: a)
gerçəklikdən uzaqlaşmağa; b) başqasının rolunu oynamağa tələbat. Hər iki psixoloji mexanizm eyni
zamanda işləkdir. Lakin, onlardan biri kompüter asılılığının formalaşmasına təsirgücünə görə
digərini üstələyə bilər.
Bu sahədə aparılmış tədqiqatların nəticələrinə görə kompüter asılılığının yaranma səbəblərini
aşağıdakı kimi göstərmək olar:
- Özünə nəzarət vərdişlərinin yoxluğu. Potensial addikt (yəni, kompüter asılılığı olan konkret
fərd) öz emosiyalarına müstəqil nəzarət edə bilmir və özünün müəyyən istəklərini cilovlaya bilmir;
- İstirahətin müstəqil təşkilini bacarmamaq;
- Ünsiyyət defisiti;
- Kompüterlə qarşılıqlı təsirdə psixogigiena qaydalarını bilməmək;
- Yaxıninsanlarla ünsiyyətin kompüterlə əvəzləmə cəhdi;
- Real dünyanın çətinliklərindən qaçaraq virtual aləmə (“kompüter dünyasına”) keçmək
istəyi;
- Aşağı səviyyəli özünüdəyərləndirmə və öz gücünə inamsızlıq, ətrafdakıların rəyindən
asılılıq;
- Yamsılama, sadəcə olaraq yaxın insanlar kimi hərəkət edib, virtual aləmə keçmə.(1, 36)
Kompüterdən pisixoloji asılılıq simptomlarını psixoloqlar aşağıdakı kimi göstərirlər:
-Kompüter arxasında yaxşı əhval-ruhiyyə və ya eyforiya;
-Kompüter arxasında işləməkdən və ya oyundan uzaqlaşmaq arzusunun olmaması;
-Kompüterdən məcburi kənarlaşdırıldıqda əsəbləşmək;
-Kompüter arxasında işləmək və ya oyun oynamaq üçün konkret vaxt müəyyən edə
bilməmək;
- Kompüter proqram təminatı üçün böyük pullar xərcləmək;
-Kompüter arxasında işləyərkən və ya oyunlar oynayarkən ev işlərini, xidməti vəzifələri,
təhsil problemlərini, elmi araşdırmaları unutmaq;
-Kompüter arasında vaxt keçirmək üçün öz sağlamlığına, gigiyenasına və yuxusuna biganə
qalmaq;
- Monitor qarşısında nahar etmək;
- Kompüter mövzusunda hər bir şəxslə, hətta bu sahədən o qədər də məlumatı olmayan
insanlarla həvəslə söhbətə can atmaq; (2, 128)
Kompüter arxasında vaxt keçirməyə həddən artıq vaxt ayırmaq həm fiziki, həm də pisixoloji
sağlamlığa ciddi neqativ təsir göstərir. Kompüter asılılığından əziyyət çəkən insanlarda yaranan
fiziki problemlər aşağıdakılardır:
-görmədə problem;
-immunitet çatışmamazlığı;
-baş ağrıları;
-kəskin yorğunluq;
-yuxusuzluq;
-bel ağrıları və s.(3, 52)
“Kompüter asılılığı” termini insanın kompüterlə işləməyə və yaxud kompüter arxasında vaxt
keçirməyə pataloji həvəsini müəyyənləşdirir. Bu haqda ilk dəfə ötən əsrin 80- ci illərində amerikalı
alimlər söhbət açmışlar. Hal-hazırda bu termin bir çox psixoloqlar tərəfindən qəbul edilməsədə,
insan və kompüter arasında pataloji əlaqənin mövcudluğuna heç kim şübhə etmir.
Yeniyetmələrdə kompüter asılılığının formalaşmasının əsas səbəblərindən biri, onların
kompüter oyunlarından aldıqları macəraya tələbatıdır. Digər bir səbəb isə onların nəzarətsiz
qalmasıdır. Yəni valideynlər öz işləri ilə kifayət qədər məşğul olur, lakin uşaqlara vaxt ayıra
bilmirlər. Belə valideynlər uşağın təhsildə uğurları, hiss və həyəcanları ilə maraqlanmır, uşağın nə
-
85 -
ilə yaşadığını, nə istədiyini bilmirlər. Bir çox hallarda valideynlər uşaqlarına kompüter almaqla
işlərini bitirmiş hesab edirlər.
Beləliklə uşaq tam fəaliyyət azadlığı əldə edirlər. Başqa bir səbəb isə valideynlər arasında baş
verən daimi ixtilaflardır. Belə ailələrdə həmişəgərgin emosional-psixoloji mühit hökm sürür.
Valideynlərin boşanması da uşağın, belə halların baş vermədiyi başqa reallığa keçməsinə səbəb
olur. Valideynlərlə, yaşıdlarla, məktəb yoldaşları ilə və ümumiyyətlə əhəmiyyətli bir insanla
ünsiyyət defisiti də mühüm səbəblərdən biridir. Bu səbəblərdən yaranan gərginliyi aradan
qaldırmaq üçün uşaqlar (həmçinin, yeniyetmə və gənclər) virtual reallığı “gedirlər”.
Müəyyən həddə kompüterlə işləmək, İnternetdən istifadə etmək və ya bəzi növdə kompüter
oyunları oynamaq insan üçün faydalı da ola bilər. Bu zaman kompüter məntiqi təfəkkürün
inkişafına, diqqətin artırılmasına yardımçı olacaq vasitəyə çevrilir.
Bir çox kompüter oyunları idrakı mahiyyət daşıya bilər. İnternet isə heç şübhəsiz zəngin və
maraqlı informasiya mənbəyi kimi çıxış edə bilər. Problem o zaman meydana çıxır ki, kompüter
arxasında keçirilən vaxt yuxarıda dediyimiz həddi aşır və kompüter arxasında daha çox vaxt
keçirməyə patoloji istək və zərurət yaranır. Əksər hallarda İnternet və ya oyun asılılığı fərdin ətraf
gerçəklikdən gizli və ya aşkar narazılıqdan və başa düşülməmək qorxusundan irəli gələn
özünüifadənin mümkünsüzlüyündən törəyir.
Öz iradəsi ilə kompüterə bağlı olan insanda gerçəkliklə bağlı problemlər yaranmağa başlayır.
Sosial adaptasiya pozulur, digər insanlarla ümumi mövzu və ümumi dil tapmaq çətinləşir. Bir sıra
sosial əhəmiyyətli məsələlər, məsələn karyera, iş, ailə kompüter asılılığı olan insanı daha narahat
etmir. Fəaliyyətin məişət, təhsil, sosial, iş, ailə sferasına neqativ təsir baş verir.(4, 243)
Kompüter asılılığın insanın dost sevərlik, açıqlıq, ünsiyyət arzusu, şəfqət hissi kimi sosial
keyfiyyətlərinə daha aşkar təsir göstərir. Kəskin kompüter asılılığı zamanı şəxsiyyətin sosial
əlaqələrinin sərt deqradasiyası və yaxud sosial dezadaptasiyası müşahidə olunur. Sosial
dezadaptasiyanın sürətli inkişafı, xüsusilə kompüter arxasında kifayət qədər çox vaxt keçirən uşaq
və yeniyetmələrdə müşahidə olunur. Bu halda sosial əlaqələrin deqradasiyası obyektiv reallığın
kompüterin köməyi ilə yaradılmış virtual reallıq tərəfindən sıxışdırılması nəticəsində inkişaf edir.
Sosial dezadaptasiya və virtual reallıq dünyasına ifrat aludəçilik fonunda izafi aqressivlik və
antisosial davranışın müxtəlif növləri meydana gələ bilir. Kompüter asılılığından əziyyət çəkən
yeniyetmə və gənclər bir qayda olaraq təhsilə və bir sıra sosial funksiyalarının gerçəkləşdirilməsinə
az diqqət yetirirlər.
Kompüter asılılığının təsiri altında yeniyetmələrdə addiktiv davranış formalaşa bilər. Addiktiv
davranışın əsas səciyyəsi fərdin öz psixi halını dəyişdirməsi vasitəsilə gerçəklikdən uzaqlaşmasıdır.
Oxşar prosesin baş verməsi nəticəsində yeniyetmə, təkcə öz şəxsi problemlərinə biganə münasibət
göstərmir, həm də öz şəxsi inkişafında tam durğunluq yaradır. Kompüterə tam aludə olan fərd
özünün gerçək həyatda mövcud olan problemlərinə əhəmiyyət vermir və virtual aləmə qayıtmağa
can atır.
Burada qeyd edək ki, kompüter asılılığı gender səciyyəsinə də malikdir. Belə ki, oğlanlar
qızlara nisbətən daha çox asılılığa meylli olurlar. Bu sahədə tam dəqiq araşdırmalar hələ ki, olmasa
da, bu bəzi səbəblərlə izah oluna bilər. Əsas səbəb kimi oğlanların öz təbiətlərinə görə daha çox
rəqabətə, yarışma həvəsinə, birinci olmağa meylliliyini göstərmək olar.
Aparılmış tədqiqatlar göstərir ki, kompüter asılılığı üçün müəyyən risk qruplarını
müəyyənləşdirmək olar. Kompüter asılılığının inkişaf etməsi üçün əsas risk qrupu 10 -18 yaşında
olan yeniyetmələrdir.
Burada təbii sual yaranır: məhz bu yaşda olan yeniyetmələr üçün kompüter nə ilə
cəlbedicidir? Rus tədqiqatçı-psixoloqu Q.S.Abramova bu amilləri aşağıdakı kimi qruplaşdırır:
- heç kim üçün əlyetərli olmayan, yalnız hər şeyə görə özünün məsuliyyət daşıyacağı məxsusi
dünyanın mövcudluğu;
-yeniyetmənin özü haqqında internetdə yerləşdirdiyi informasiyanın başqası tərəfindən
təftişinin mümkünsüzlüyü;
-gerçək, arzulanan və bütövlükdə uydurma insani keyfiyyətlərin virtual surətdə qovuşdurmaq
imkanları;
-
86 -
-proseslərin tam reallığı və ətraf dünyadan tam mücərrədləşmə (fikri kənarlaşma) imkanları;
-virtual aləmdə buraxılmış səhvlərin asanlıqla təkrarlamaqla aradan qaldırılma imkanları;
-oyun
prosesində nəticəsindən asılı olmayaraq istənilən qərarların qəbul edilməsinin
mümkünlüyü.(5, 119)
Kompüter asılılığı sırf psixoloji problem olmaqla yanaşı yeniyetmə və gənclərin
sosiallaşmasına, onların tam qiymətli şəxsiyyət kimi formalaşmasına da ciddi neqativ təsir göstərir.
Xatırladaq ki, bir sıra pozitiv insani fəzilətlər, o cümlədən xeyir və şər anlayışı, mərhəmət və
qəddarlıq, dostluq və xəyanət, məhəbbət və nifrət haqqında baxışlar məhz yeniyetməlik çağlarında
formalaşır. Belə ki, kompüter asılılığının təsiri altında olan yeniyetmələrdə emosional soyuqluq,
özünəqapanma, ətrafdakıların hiss və həyacanlarına biganəlik, psixoloji infantilizm –yəni öz üzərinə
məsuliyyət götürə bilməmək, hərəkətlərinə nəzarəti ələ almaq bacarığının olmaması –meydana
gəlir. Tam qiymətli, cəmiyyət və ətrafdakılar üçün faydalı olacaq şəxsiyyət yalnız insanlarla canlı
ünsiyyətdə formalaşır. Kompüter oyunlarının təsiri altında olan yeniyetmə tədricən reallıq hissini
itirir və kompüterdəki oyunun süjet və hərəkətlərini gerçək həyata translyasiya etməyə başlayır.
Yeniyetmə və gənclərdə kompüter asılılığının aradan qaldırılması kifayət qədər çətin
prosesdir. Bunun üçün ilk növbədə onlarda kompüter asılılığının olmasını və olduğu halda, hansı
səviyyədə olduğunu müəyyənləşdirmək zəruridir. Bunun üçün ən optimal vasitələrdən biri müəyyən
testlərin hazırlanması və müvafiq risk qrupları arasında sorğuların keçirilməsidir. Bu zaman bəzi
səciyyəvi xüsusiyyətlər mütləq nəzərə alınmalıdır. Belə ki, ilk növbədə sorğu üçün yalnız hər an
İnternetə və kompüterə əlyetərliyi olanlar seçilməlidir. Çünki, sorğuya cəlb olunanlar içərisində
yalnız təhsil aldığı məktəb və ya institutda kompüterlə ünsiyyət quranların olması bütövlükdə
sorğunun nəticələrinin qeyri-dəqiqliyinə, ehtimali səciyyəsinin artmasına səbəb olardı.
Bu sahədə aparılmış tədqiqatlara, tərtib olunmuş testlərə əsaslanmaqla qısa bir testin
aparılmasını məqbul hesab edirik. Burada əsas məqsəd kompüterlə intensiv davranışın
yeniyetmələrdə psixi pozğunluqların baş verməsini, şəxsiyyətin özgələşməsi və ətraf aləmlə
ünsiyyətinin pozulmasını müəyyənləşdirməkdir. Nəhayət, yeniyetmə və gənclər arasında kompüter
asılılığının ilkin mərhələdə hansı səviyyədə olmasını müəyyənləşdirmək üçün 10 sualdan ibarət
olan kiçik sorğu suallarını tövsiyyə edirik. Suallar aşağıdakılardır:
1.
Siz hiss edirsinizmi ki, kompüter arxasında nəzərdə tutduğunuzdan daha çox vaxt
keçirmisiniz?
2.
Gün ərzində kompüter arxasında nə qədər vaxt keçirirsiniz?
3.
Kompüter arxasında nə qədər vaxt keçirdikdə dərslərinizdə geriləmə hiss edirsiniz?
4.
Kompüter arxasında vaxt keçirdiyiniz zaman, kimsə sizi bundan ayırırsa tez-tez
əsəbləşirsinizmi?
5.
Real həyatda insanlarla görüşmək əvəzinə kompüter arxasında və şəbəkədə vaxt
keçirməyənə qədər tez-tez üstünlük verirsiniz?
6.
Şəbəkədə olmadıqda əhval-ruhiyyənin pozulduğunu, əsəbiliyi və şəbəkəyə qoşulan kimi
bu halların aradan qaldırıldığını nə qədər tez-tez hiss edirsiniz?
7.
Şəbəkə və kompüter arxasında çox vaxt keçirdiyiniz hallarda sizdə yuxu pozğunluğunə
qədər tez-tez baş verir?
8.
Sizdən şəbəkədə nə etdiyinizi soruşduqda əsəbləşirsinizmi?
9.
Həyatda üzləşdiyiniz çətinliklər haqqında fikirləri başınızdan çıxarmaq üçün nə qədər tez-
tez şəbəkəyə müraciət edirsiniz?
10.
Kompüter
arxasında və şəbəkədə keçirdiyiniz vaxtı ətrafdakılardan gizlətməyə
çalışırsınızmı?
Hesab edirik ki, sorğunun keçirilməsi və əldə olunan nəticələrin təhlili yeniyetmələrin hansı
dərəcədə kompüter asılılığında olmasını müəyyənləşdirməyə kömək edəcək. Bu isə öz növbəsində
onlarla profilaktik tədbirlərin keçirilməsinə, tam olmasa da, onların qismən kompüter asılılığından
qurtulmasına təsirini göstərmiş olar.
-
87 -
ƏDƏBİYYAT
1.
Шапкин С.А. Компьютерная игра: новая область психологических исследований //
Психологический журнал, 1999, том 20, №1
2.
Эльконин Д.Б. Психология игры. М., 1978.
3.
Антон Платов. Дети, Сеть и родители. Мир компьютеров. - № 3. - 2004.
4.
Фресс А., Пиаже Ж. Экспериментальная психология., М. - 1986.
5.
Абрамова Г.С. Практическая психология. -М.: Академический Проект, 2001.
ABSTRACT
The impact of the computer dependence to adolescentand young people psychology
It was investigated psychological problems of the computer dependence of adolescent and
young people in situation of the rapid development of computer psychology. Here, it is explained
psychological essence of the computer dependence, listed its causes, analyzed impact of this
dependence on the psyche of the young people and indicated physical problems who suffer from
addiction from the computer dependence. It has been recommended a small questionnaire
consisting of 10 questions for determination of level of computer addiction among teenagers at the
end of the article.
РЕЗЮМЕ
Воздействие компьютерной зависимости на психику
подростков и молодежи
В статье были исследованы психологические проблемы компьютерной зависимости у
подростков и молодежи в условиях стремительного развития компьютерной психологии.
Была раскрыта психологическая сущность компьютерной зависимости, названы причины ее
возникновения, проанализировано воздействие ее на психику молодежи, установлены
физические проблемы у лиц страдающих от компьютерной зависимости. В конце статьи
были приведены 10 вопросов относительно того, как определить степень компьютерной
зависимости у подростков и были даны по этому поводу соответствующие рекомендации.
NDU-nun Elmi Şurasının 30 may 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 10)
Məqaləni çapa təqdim etdi: Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent
T.Nəcəfov
NAXÇIVAN DÖVLƏT UNİVERSİT ET İ. ELMİ ƏSƏRLƏR, 2015, № 9 (65)
-
88 -
Dostları ilə paylaş: |