5. Riyaziyyatın tədrisi metodikasının metodoloji əsasları.
Hər bir elmin mahiyyətini, onun başlıca xüsusiyyətini, onun əsas və fərqləndirici olan
əlamətlərini həmin elmin predmeti və öyrənmə, araşdırma metodları müəyyənləşdirir. Buradan
aydın olur ki, elmlər biri-birindən məhz özünəməxsus olan predmetləri və metodları ilə fərqlənirlər.
Riyaziyyatın tədrisi metodikası riyaziyyat elminin bu və ya digər anlayışlarını, qanun və
qanunauyğunluqlarını və s. şagirdlərə öyrədir. Elmi riyaziyyat da obyektiv aləmin gerçəkliklərini
öyrənir, tədqiq edir və s.. Yəni, riyaziyyatın metodları elə fəlsəfənin metodlarıdır. Və tam olaraq
söyləmək olar ki, fəlsəfə riyaziyyatın, o cümlədən də riyaziyyatın tədrisi metodikasının metodoloji
əsasını təşkil edir. Həmçinin elmi riyaziyyatın ayrı-ayrı sahələri, pedaqogika, psixologiya da
riyaziyyatın tədrisi metodikasının metodoloji əsasını təşkil edirlər.
Riyaziyyatın tədrisi metodikası bir çox elmi sahələrlə əlaqədardır ki, onlardan aşağıdakıları
qeyd etmək olar:
dilçiliklə, fizika ilə, biologiya ilə və s..
Metodologiya -- metodlar haqqında təlim deməkdir. Buradan da aydın olur ki, riyaziyyatın
tədrisi prosesində hansı elmi sahələrlə bağlı olan metodlardan istifadə olunursa, deməli həmin elmin
metodları da (təbiidir ki, məhz özlri) elə riyaziyyatın
tədrisi metodikasının da metodlarıdır. Başqa sözlə, həmin sahələr elə riyaziyyatın
tədrisi metodikasının da metodoloji əsasını rəşkil edir.
Aydındır ki, metodoloji əsaslarla bərabər RTM - in obyekti və subyektindən də bəhs etmək
lazımdır.
RTM - in obyekti olaraq: --- məktəb , təlim prosesi, proqram və dərsliklər və
s. nəzərdə tutulur.
RTM - in subyekti qlaraq: --- konkret olaraq götürülənlər, yəni şagird, müəllim və s.
nəzərdə tutulur.
6. Riyaziyyatın tədrisi metodikasının məqsədi.
Konkret olaraq riyazi təlimin məqsədi dedikdə bunlar aşağıdakılar olaraq nəzərdə tutulur ki,
onların özləri də riyazi təlimin ümumu məqsədlərindən çıxır:
1. Məktəb riyaziyyatı kursunun əsas məqsədini müəyyən etmək və məktəb riyaziyyatı
kursunun məzmununu aşkar etmək.
2. Daha geniş və əhatəli rasional üsulların işlənib hazırlanması, təlimin qarşıya qoyulmuş
məqsədinə müvafiq olan təlimin təşkilat formalarının əhatəliliyinin artırılmasına, genişlənməsinə
nail olmaq.
Təlim
qarşısında qoyulmuş ümumi məqsədə müvafiq olaraq riyaziyyatın tədrisi
metodikasının qarşısında duran məqsədlərə əsas məqsəd olaraq aşağıdakılar daxildir:
1) Riyazi təlimin ümumtəhsil məqsədi.
2) Riyazi təlimin tərbiyəedici məqsədi.
3) Riyazi təlimin praktiki məqsədi.
1) Riyazi təlimin ümumtəhsil məqsədi.
a) Şagirdlərə müəyyən riyazi bilik, bacarıq və vərdişlər vermək.
b) Obyektiv gerçəkliləri dərk etmələri məqsədi ilə çagirdlərə riyazi metodlara
yiyələnmələrində müəyyən işlər görmək, köməkliklər göstərmək.
c) Şagirdlərin riyaziyyatın yazılı və şifahi dilinə yiyələnmələrinə nail olmaq.
d) Fəal təlim prosesində tətbiq etmələri məqsədi ilə şagirdlərin minimum riyazi
keyfiyyətlərə malik olmalarına nail olmaq.
2) Riyazi təlimin tərbiyəedici məqsədi.
a) Şagirdlərdə fəlsəfi-dialektik dünyagörüş tərbiyə etmək. Məsələn, canlı
seyrdən mücərrəd təfəkkürə və buradan da praktikaya, obyektiv reallıqları dərk etməyin dialektik
yolu belədir. Və yaxud astranomiya ilə bağlı olan fərziyyələr yürüdə bilmək və s. kimi qabiliyyət və
bacarıqlara yiyələnmə xüsusiyyətləri formalaşdırmaq, tərbiyə etmək.
b) Milli tərbiyə.
c) Mənəvi və estetik tərbiyə.
-
69 -
d) Təfəkkürün inkişafınin tərbiyəsi.
e) Riyazi mədəniyyətin (məsələn, mükəmməllik, qrafiklərlə işləmə mədəniyyəti və bü kimi
xüsusiyyətlər) tərbiyəsi.
3) Riyazi təlimin praktiki məqsədi.
a) Qazanılmış bilikləri həyati fəaliyyətdə fəaliyyət prosesinə tətbiq etmək və ya elmi
fəaliyyəti davam etdirmə prosesində tətbiq etmə məqsədi.
b) Riyazi vasitələrlə, riyazi aparatura ilə işləmə qabiliyyətləri formalaşdırmaq məqsədi.
c) Müstəqil olaraq biliklərə yiyələnmə qabiliyyətləri formalaşdırma məqsədi.
7. Riyaziyyatın tədrisi metodikasının predmeti.
Məktəb riyaziyyatı kursunun predmetini əsasən aşağıdakılar təşkil edir:
1. Məktəb riyaziyyat təliminin əsaslandırılmış məqsədi.
2. Riyazi təlimin məzmununun elmi şıkildə işlənib hazırlanması.
3. Riyazi təlim üsullarının (metodlarının) elmi əsaslara uyğun şəkildə işlənilib hazırlanması.
4. Təlim vasitələrinin elmi əsaslara uyğun şəkildə işlənilməsi.
5. Riyazi təlimin elmi əsaslara uyğun təşkili.
Təbiidir ki, bu yuxarıdakılara uyğun olaraq, qeyd edə bilərik ki, məqsəd, vasitələr, təlim
formaları, təlimin məzmunu və s. bu kimilər metodiki sistemin əsas kompanentlərini təşkil edir.
8. Riyaziyyatın tədrisi metodikasının məzmunu.
M
əktəb riyaziyyatı kursunun məzmunu təhsilin məqsədinin denişlənməsi ilə bağlı olaraq
zaman-zaman d
əyişmişdir ki, bu da yeni-yeni akrual və perspektivli məsələlərin riyazi kursa daxil
olunmas
ı ilə bağlı olan məsələdir. Və
b
əhs olunan məsələ təhsil standartlarının dəyişməsi ilə xarakterizə olunur.
Riyaziyyatın tədrisi metodikasının məzmununu ilə bağlı olaraq söylənilmiş belə bir
müddəanı qeyd etmək yerinə düşərdi ki, "Riyaziyyat kəmiyyətlər və çoxluqlar üzərində qurulmuş
elm sahəsidir".
Müəyyən ümumuləşmələr apardıqdan sonra belə bir ümumiləşmə aparmaq olar
ki, riyaziyyatın tədrisi metodikasının məsmununu aşağıdakılar təşkil edir:
1. Kəmiyyətlər.
2. Ədədi sistemlər.
3. Tənlikər və bərabərsizliklər.
4. Eynilik çevirmələri.
5. Koordinat sistemləri. Fəza təsəvvürləri.
6. Uyğunluq və funksiya.
7. Həndəsi fiqurlar və onların xassələri. Həndəsi çevirmələr, ölçü və s..
8. Vektorlar.
9. Analizin başlanğıcı ilə bağlı anlayışlar.
10. Çoxluqlar nəzəriyyəsi və müddəalar məntiqi elementləri.
11. Elektron hesablama maşınları, informasiya və kommunikasiya texnologiyaları ilə bağlı
informasiyalar.
Riyaziyyatın tədrisi metodikası ilə bağlı olaraq bir daha qeyd edək ki, ilkin riyazi təlimlərlə
bağlı məsələlərə sadə hesab əməllərinin kiçik yaşlı uşaqlara öyrədilməsi kimi formada tarixən şərq
ölkələrində başlanılmışdır. Hələ b.e.ə. V əsrdə Qədim Yunanstanda dənizçiliyin, ticarətin və eləcə
də sənətkarlığın inkişafı ilə bağlı məsələlər riyazi mədəniyyətin təşkili və inkişafına da bğyük təsir
göstərmişdir. Elə bu baxımdan da hələ kiçik yaşlardan başlayaraq uşaqlara hesablamalar (hesab
əməlləri) və praktiki həndəsə elementlər öyrədilirdi.
Riyaziyyatın tədrisi metodikası elmi riyaziyyatdan fərqli olaraq, öyrənilən məsələlərin
tətbiqiliyi ilə özünəməxsus xüsusiyyətə malikdir.
Riyaziyyatın tədrisi metodikası -- pedaqogikanın bölməsi, sahəsi olub, ayrı-
ayrı yaş dövrlərində riyazi təlimin qanun və qanunauyğunluqlarından bəhs edir.
Riyaziyyatın tədrisi metodikası bir elmi sahə kimi aşağıdakı məsələlərin
tadqiqatı ilə məşğul olur:
1. Riyazi təhsilin problemləri;
-
70 -
2. Riyazi tələmin öyrədilməsi problemləri;
3.Riyazi mahiyyətə malik olan tərbiyəvi məsələlərin formalaşdırılması problemləri.
Riyaziyyatın tədrisi metodikası öz xüsusi mürəkkəbliyi ilə fərqlənir. Riyaziyyatın tədrisi
metodikasının predmetini riyazi təlimin məqsəd və məzmunundan, təlim metodları, təlimin üsul və
vasitələri, formasından ibarət olan riyazi təlim təşkil edir. Bu fonda riyazi təlimin üsulları ilə bağlı
olaraq müəyyən məsələlərin verilməsi ümumiyyətlə, faənnin özünün öyrənilməsinə güclü təsir etmə
xüsusiyyətinə malikdir ki, bu xüsusda bəzi qeydləri verməyi məqsədəuyğun hesab etmək olar.
Təlim metodları müxtəlif əsaslara görə təsnif oluna bilər:
Dərketmə fəaliyyətinin xarakterinə görə (M.N.Skatkin, M.İ.Maxmutov, İ.Y.Larner):
1. izahlı -təsviri formada (nəqletmə, mühazirə, söhbət, nümayişetdirmə və s.);
2. repreduktiv formada (məsələ həlli, biliklərin təkrarlanması formasında);
3. problemli formada ( problemli məsələlər, idrakı məsələlər və s.);
4. qismən araşdırıcı-- evristik;
5. tədqiqat xarakterli.
Fəaliyyət kompanentlərinə görə (Y.К. Babanski):
1. təşkilati-fəaliyyət --- təşkil forması və təlim-dərketmə fəaliyyətinin tətbiqi;
2. situmullaşdırıcı --- situmullaşdırma metodu və təlimin səmərəliliyinin özünü yoxlama
forması;
3. yoxlama forması.
Didaktik məqsədlərə görə
Yeni biliklərin öyrənilməsi metodları, biliklərin möhkəmləndirilməsi metodu, yoxlama
metodu.
Təlim materialının şərhi, verilməsi formalarına görə:
1. monoloq-informasiya-məlumatlandırıcı ( nəqletmə, mühazirə, izahetmə);
2. dialoq şəklində (problemli şərh, söhbət, disput).
Təlimin təşkilat formasınına görə.
Şagirdlərin müstəqil fəallığının səviyyəsinə görə.
Mənbələrə əsasən biliklərin verimə səviyyəsinə görə (А.А,Vaqin, P.V.
Qora):
1. sözlü izahlı: nəqletmə, mühazirə, söhbət, təlimatlandırma, diskusiya və s.;
2. əyani: demonstrasiya, illüstrasiya, sxem, qrafik, təlim materialının nümayişi;
3. praktiki: tapşırıqlar, labarator işləri, misallar və s..
Şəxsiyyətin nəzərə alınmasına görə ( şüurlu yanaşma, özünüaparma, hissetmə):
1. Şüurlu yanaşma, dərketmə (nəqletmə, söhbət, məlumatı çatdıra bilmə, təsviretmə və s.);
2. Özünüaparma (tapşırıqlar, məşq və s.);
3. Hissetmə - situmullaşdırma (yoxlama, rəğbətləndirmə, tərifləmə və s.).
Qeyd edək ki, təhsilin yeniləşən məzmunu riyaziyyatda da yeni-yeni metodların ortaya
çıxmasına səbəb olur. Məsələn: çeviklik, dinamiklik və s..
Təlim metodları --dedikdə bura vasitə və üsullar, məlumatın verilmə xüsusiyyətləri, şagird
fəaliyyətinin idarə edilməsi və yoxlanılması kimi masələlər aiddir.
Öyrənmə metodları -- təlim materialının mənimsənilmə formaları, öyrənmədə produktiv və
reproduktiv üsullar.
Riyazi tədqiqatın (araşdırmaların) əsas metodları : müşahidə və təcrübə, müqayisə,
oxşarlıq və analogiya, analiz və sintez, ümumiləşdirmə və konkretləşdirmə, mücərrədləşdirmə,
xüsusiləşdirmə və digər üsullar nəzərdə tutulur.
Təlimin
müasir üsulları: ənənəvi təlim üsulları və əlavə olaraq problemli,
proqramlaşdırılmış, elektron hesablama maşınlarının tətbiqi ilə aparılan üsullar, xüsusi təlim
üsulları (riyazi modellər və aksiomatik) kimi üsullar nəzərdə tutulur.
Məlumatlandırıcı-inkişafetdirici metodlar iki sinfə ayrılır:
1. Məlumatların hazır formada verilmısi (mühazirə, təlim xarakterli video filmlərin
göstərilməsi, audio materialların dinlənilməsi vasitəsi ilə).
2. Müstəqil olaraq biliklərə yiyələnmə.
-
71 -
Repreduktiv metodlar: şagirdin dərsi danışması, nümunə əsasında tapşırıqların yerinə
yetirilməsi, təlimata uyğun olaraq tapşırıqların aparılması.
Yaradıcı-repreduktiv metodlar: variantlar üzrə iş və s..
Xüsusi təlim üsulları: modelləşdirmə və aksiomatik üsul.
Təlim-tərbiyə prosesində əsas diqqət şəxsiyyətin hərtərəfli və harmonik inkişafı
məsələsinə yönəlmişdir ki, riyaziyyatın tədrisi metodikası da bu məsələni əldə rəhbər tutur.
ƏDƏBİYYAT
1. Акперов М.С. Философские проблемы математики. Баку. Элм,1992, 201 с.
2. Александров А.Д. Проблемы науки и позиции учёного. Учебное пособие –
М.:Мысыль,1988,384 с.
3. Алексеев П.В., Панин А.В. Теория познания и диалектика: Учеб. пособие для вузов. —
М.; Высш.
шк., 1991. --- 383 ст.
4.
Бурбаки Н. Алгебра. Алгебрические структуры, линейная и полилинейная
алгебра.М.,1962,с.60.
5. Бакирова А.Ю. Методика преподавания математики. Учебное пособие. – Т., 2007.
6. Рузавин Г.И. Концепсия современного естествознания. М., Гарда-рики, 2005, 240 с.
7. Кудрявцев Л.Д. Мысли о современной математике и ее изучении. М., Наука, 1977.
8. Современные основы школьного курса математики: Пособие для студ. Пед. ин -тов./
Н.Я.Виленкин, К.И.Дуничев, Л.А.Калужнин, А.А.Столяр.--- М.; Просвещение, 1980. 240
ст.
9. Философия: учебник / под. ред. А.Ф.Зотова, В.В.Миронова, А.В.Разина. – 4-е изд. – М.;
Академический Проект ; Трикста, 2007. – 688 ст.
10. Философия : учебник / под. общей ред. Л.Н. Москвичева. – М.; Изд-во. РАГС, 2003. –
688 ст.
ABSTRACT
M.Hajiyev
It is/are proved, that mathematical scientific methods not only is capable he (she,it)
penetrates to your inside a problem{task} of other sciences, but also she{it} is capable he (she,it)
speaks (takes part) the same as creative the factor of new problems{tasks} in areas understanding.
РЕЗЮМЕ
М. Гаджиев
Oписывается характеристические черты научного понимание через математики.
Подтверждается, что математические научные методы не только способна вмешивается
внутреннюю задачу других наук, но и она способна вступать так же, как творящего фактора
новых задач в областей понимании.
NDU-nun Elmi Şurasının 30 may 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 10)
Məqaləni çapa təqdim etdi: Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent
T.Nəcəfov
NAXÇIVAN DÖVLƏT UNİVERSİT ET İ. ELMİ ƏSƏRLƏR, 2015, № 9 (65)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
SC IENTIFIC WO RKS, 2015, № 9 (65)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 9 (65)
-
72 -
BEKTAŞİ M.H.
CƏFƏROV S.A.
UOT: 371.64
FİZİKADAN ELEKTRON DƏRSLİK ƏSASINDA “HARMONİK RƏQSİ HƏRƏKƏTDƏ
ENERJİ ÇEVRİLMƏSİ” MÖVZUSUNUN “SIRALAMA” METODU İLƏ TƏDRİSİ
METODİKASI
Keywords: Physics, methodology of teaching
Ключевые слова: Физика, методологие обучения
Fəal təlim metodlarından biri olan “sıralama” metodunun təşkili zamanı aşağıdakılara diqqət
yetirmək məqsədə uyğundur (3, 5):
-
sinifdəki şagirdlər təsadüfi seçim əsasında (kublaşdırma, zər atma, rəqəmli və ya problem
mövzusuna uyğun şəkil sxem kartlarının çıxarılışı və s.) hər birində 4-5 nəfər olmaqla qruplaşdırılır;
-
şagirdlər arasında qarşılıqlı əməkdaşlığa şəraitin yaradılması, qrupdaxili müzakirələrin
təşkili (şagirdlərin diqqətinə çatdırılır ki, veriləcək tapşırıqlar qruplarda birgə müzakirə edilərək
yerinə yetirilməli, lazım gəldikdə bir-birinə yardım göstərməli və ümumi yekdil qərar
çıxarılmalıdır);
-
elektron dərslik vasitəsilə mənimsəmənin təşkili (elektron dərslikdən müəllimin tapşırdığı
tədris materialı oxunur, dinlənilir və ya nümayiş təcrübəsinin animasiyası müşahidə edilir);
-
sinifdə şagirdlər üçün öyrənmə prosesində məsuliyyət daşımalarına inandıran şəraitin
yaradılması;
-
tədris prosesində müəllimin təşkilatçı, idarəedici və istiqamətləndirici funksiyalar
daşıması;
-
tədris probleminin həllində əsas ideya və fəaliyyətlərin yalnız şagirdlərə məxsus
olmasının vurğulanması;
-
tədris probleminin həllində şagird fəaliyyəti, bacarıq və nailiyyətlərin dəyərləndirilməsi;
-
şagirdlərə özünü tərbiyələndirmə keyfiyyətinin aşılanmasının təşkili;
-
şagirdlərə bilik və ideya daşıyıcıları kimi baxılması və buna onların inandırılması;
-
tədris prosesində şagirdlərin fəal iştirakının təşkili;
-
tədris prosesində müxtəlif interaktiv dərs üsullarından istifadə edilməsi;
Beləliklə, elektron dərs vəsaitlərindən istifadə etməklə innovativ təlim yalnız müəyyən
şərtləri yerinə yetirdikdə baş verir. Bu şərtlər aşağıdakılardır:
Müəllim fəal təlimə aşağıdakı fəaliyyət nəticəsində nail ola bilər:
-
şagird qrupları elektron dərsliyi və şəbəkə kompüter sistemi (fərdi kompüter də ola bilər)
ilə təchiz edildikdə;
-
şagirdləri
öyrənmə
məsuliyyətinin
öz
üzərilərinə
götürmələrinə
həvəsləndirdikdə
(məqsədli və məntiqli sorğulama üsulu ilə);
-
şagirdləri aktiv düşünməyə cəlb etdikdə;
-
müxtəlif öyrənmə imkanları, metod və strategiyalar təklif etdikdə;
-
şagirdlərin ideya və fərziyyələrini dəyərləndirdikdə, rəğbətləndirdikdə və obyektiv
qiymətləndirdikdə;
-
şagirdlərə digər qrupların fəaliyyətini dəyərləndirmək və obyektiv qiymətləndirmək üçün
şərait yaratdıqda (5).
Şagirdlər fəal təlim nəticəsində lazımi nəticəyə nail ola bilər:
-
şagird qrupları elektron dərsliyi və şəbəkə kompüter sistemi (fərdi kompüter də ola bilər)
ilə təchiz olunduqda;
-
elektron dərsliklərindəki mətni sərbəst oxumaq, nümayiş təcrübəsinin animasiyasını
müşahidə etmək və laboratoriya işini fərdi icra etmək şəraitinə malik olduqda;
-
qrupdaxili öyrənmə prosesində şəxsən iştirak etdikdə;
-
73 -
-
görülən işlər və ideyalar şagirdlərin özlərinə mənsub olduqda;
-
ideyaların sınaqdan çıxarılmasına nail olduqda;
-
öz təcrübələrini planlaşdırdıqda və hazırladıqda;
-
qrupda görülən işlər barəsində sinif qarşısında çıxış etdikdə, təqdimat keçirdikdə;
-
öz fəaliyyətlərini və digər qrupların təqdimatlarını qiymətləndirdikdə;
-
tədris problemini irəli sürdükdə və onu həll etdikdə;
-
qrupdaxili məqsədli müzakirələrdə aktiv iştirak etdikdə və yoldaşları ilə fəal ünsiyyət
yaratdıqda;
-
işlərin yekununa və nəticələrinə aid öz fikirlərini sərbəst ifadə etdikdə və şəxsi ideyalarını
formalaşdırdıqda;
-
digər qrup şagirdlər üçün suallar hazırladıqda (qruplar bir-birlərinə suallar verir, cavablar
qutuya atılır və daha sonra müəllim tərəfindən oxunur) (5).
Sıralama metodu aşağıdakı ardıcıllıqla icra edilir (3):
Şagirdlər ixtiyari seçimlə qruplaşdırılır. Qruplar kompüter və fizikadan elektron dərsliklə
(CD-ROM) təchiz edilir, öyrənilən mövzu kompüterdə açılır, şagirdlər qrupda müəllimin göstərişi
əsasında elektron dərsliyin uyğun paraqrafını diqqətlə oxuyur, diktor mətni ilə müşayiət olunan
animasiyaları başa düşənə qədər müşahidə edirlər.
Müəllim elektron dərsliklərində verilən tədris materialının mətnini qabaqcadan hissələrə
bölür və onları qrupların kompüterlərinə göndərir. Şagirdlər mətn hissələrini düzgün ardıcıllıqla
sıralayır və müəllimə qaytarır. Müəllim sıralamanın düzgün variantını və qrupların cavablarını
şagirdlərin diqqətinə çatdırır. Şagirdlər həm öz fəaliyyətlərini, həm də digər qrupların fəaliyyətlərini
müqayisə edir və qiymətləndirirlər.
Nümunə olaraq X sinif fizika kursundan “Harmonik rəqsi hərəkətin enerjisi” mövzusunun
sıralama metodu ilə tədrisini nəzərdən keçirək.
Dostları ilə paylaş: |