FÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ азярбайъан шифащи халг ядябиййатына даир тядгигляр 41-ci kitab ÁÀÊÛ – 2013



Yüklə 2,35 Mb.
səhifə12/12
tarix02.12.2016
ölçüsü2,35 Mb.
#671
1   ...   4   5   6   7   8   9   10   11   12

Резюме

В статье анализируется периоды развития человеческого сознания. Работа в целом охватывает такие вопросы, как понятия «миф» и «мифология», современные подходы к понятиям - сознание, структура «сознания» живого мира: животное и человеческое сознание, периоды развития человеческого сознания: мифологическое и историческое созна­ние, процесс перехода от мифологического сознания к историческому, мифология и современное историческое сознание, мифология и религия.



Ключевые слова: сознание, мифологическое сознание, историческое сознание, миф, мифология, религия, фольклор

Aynurə SƏFƏROVA

AMEA Folklor İnstitutu, elmi işçi

aynurasafarova@rambler.ru
QARAÇUXA OBRAZI

(Neftçala-Salyan rayonlarından toplanmış

folklor materialları əsasında)
Məsələnin qoyuluşu: Məqalədə ümumazərbaycan folklorunda mifo­loji obrazlardan biri olan Qaraçuxa obrazı haqqında söhbət açılır. Bu obrazla bağlı Neftçala və Salyan rayonlarından toplanmış materiallar təhlil olunur, digər regionlarda onunla adekvat funksiya daşıyan Naxış, Əyə və Qaraçuxa arasındakı oxşar və fərqli xüsusiyyətlər müzakirə olunur.

İşin məqsədi: Azərbaycan folklorunda, eyni zamanda Neftçala – Salyan bölgəsində Qaraçuxanın yerini, funksiyasını təyin etmək.
Azərbaycan folklorunda ən az araşdırılan mifoloji obrazlardan biri Qaraçuxa obrazıdır. Halbuki bu obraza respublikanın bir çox ərazilərindən toplanmış folklor materialları arasında tez-tez rast gəlmək olur. Qaraçuxa obrazı ilə bağlı toplanmış ilk mətnlər 1995-ci ildə nəşr olunmuş “Bu yurd bayquşa qalmaz” kitabında işıq üzü görmüşdür. Buradakı mətnləri f.e.d. Vəli Nəbioğlu, f.e.n.Muxtar Kazımoğlu və f.e.n. Əfzələddin Əsgər Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarından birlikdə toplayıb tərtib etmişdilər. Kitabda Qaraçuxa obrazı ilə bağlı 6 mətn verilmişdir (5,21-23)

2003-cü ildə nəşr olunmuş Azərbaycan folkloru antologiyasının VIII cildində -“Ağbaba folkloru”nda Qaraçuxalı adlı bir mifoloji mətn yer almışdır (2,55)

Folklorşünas alim C. Bəydilinin “Türk mifoloji sözlüyü” kitabında Qaraçuxa haqqında məlumat verilmiş, onun insan həyatındakı rolu və funksiyası ilə bağlı bilgilər yer almışdır. Müəllif Qaraçuxanın Azərbaycan turkləri arasında yayılaraq gözəgörünməzlərdən biri olduğunu, övliya adı ilə tanınan demonoloji varlıq kimi bilindiyini göstərmiş, onun bəxt və tale anlayışları ilə də bağlı olduğunu qeyd etmişdir (4,215).

AMEA Folklor İnstitutunda 2005-ci ildə nəşr olunmuş Azərbaycan folkloru antologiyasının XII cildində -“Zəngəzur folkloru”nda Qaraçuxa ilə bağlı 7 mifoloji mətn çap edilmişdir. Folklorşünas alim Ə.Əsgərin həmin kitaba yazdığı ön sözdə Qaraçuxanın insan taleyindəki rolundan, eyni zamanda Şirvan bölgəsindəki Qaraçuxa ilə adekvat funksiya daşıyan Naxış adlı obrazdan söhbət açılmışdır. Müəllif göstərmişdir ki, “hər insanın bir Qaraçuxası var. İnsanın işlərinin uğurla getməsi Qaraçuxadan asılıdır. Qaraçuxası oyaq olan adamın işləri uğurla gedir, varlı-dövlətli olur. Qaraçuxası yatan adam kasıb olur, ağır günlər keçirdir” (6,23).

olklorşünas L.Süleymanova “Azərbaycan nağıllarında Naxış obrazı” adlı məqaləsində Qaraçuxa ilə Naxışın eyni funksiyaya malik olmasını göstərmiş, bu obrazın Azərbaycanın bəzi bölgələrində (Balakən, Zaqatala, Qax, Şəki, Ağdaş və s.) Naxış, bəzi bölgələrdə (xüsusilə Zəngəzur bölgə­sində və s.) Qaraçuxa adlandırılmasını qeyd etmişdir. Həm Naxış, həm də Qaraçuxa adları ilə tanınan personajın bəxt, tale məfhumlarını ifadə etdiyini vurğulamışdır. Daha sonra müəllif Naxışın paylanması, insanın öz Naxışı ilə rastlaşması, Naxışın insana xoşbəxtlik gətirməsi, Naxışın sahibini tərk etməsi və s. məsələlərə toxunmuşdur (12,88).

Maraqlı məqamlardan biri L.Süleymanovanın Qaraçuxa və Naxış obrazları arasındakı oxşar və fərqli cəhətləri müqayisə etməsidir. “Hər iki obraz oxşar anlayışları ifadə etsə də, əlimizdə olan mətnlərə əsasən deyə bilərik ki, onlar arasında bəzi fərqli cəhətlər də var:

1. Naxışın konkret hansı formada olması haqqında məlumat verilmir. Ona müxtəlif formalarda rast gəlinir. Qaraçuxa isə demək olar ki, bütün mətnlərdə qara yapıncılı adam, bəzən də qara yapıncılı kölgə şəklində təsvir olunur.

2. Naxış sahibinin yanında ehtiyac yarandığı anda peyda olur. Qaraçuxa isə adətən, sahibinin arxasınca gəzir.

3. Naxışın paylanması ilə bağlı mətnlər də mövcud olduğu halda, Qaraçuxanın verilməsindən heç bir söhbət getmir.

4. Qaraçuxa ilə bağlı mətnlərin birində söyləyici onu həm də övliya adlandırır, həmişə evin astanasında olduğunu və evə girərkən ona salam verilməsinin vacibliyini vurğulayır. Naxışla bağlı belə bir fakt yoxdur (13,91).

Qeyd etmək lazımdır ki, Naxış obrazı ilə bağlı mətnlərə folklorşünas İ.Rüstəmzadənin toplayıb tərtib etdiyi “Azərbaycan folkloru antologiyası” seriyasından nəşr olunan “Ağdaş folkloru” kitabında da rast gəlirik (1,387-389,413-416).

Qaraçuxa obrazı Neftçala və Salyan ərazisindən topladığımız folklor materialları arasında da özunəməxsusluğu ilə seçilir. Bizim də bölgədən əldə etdiyimiz folklor mətnlərindəki informasiyaya görə, hər kəsin öz Qaraçuxası var. Qaraçuxa adından da göründüyü kimi, əyninə qara rəngli, uzun paltar geyinmiş mifoloji obrazdır. O, çox vaxt gözə görünmür, ancaq sahibinin arxasınca gəzir. Dara düşəndə, köməyə ehtiyacı olanda Qaraçuxa öz sahibinə kömək edir, onu dardan qurtarır.

Qaraçuxa obrazı bəzi mətnlərdə insanı qoruyan hami ruh kimi təsvir olunur, bəzi mətnlərdə isə körpə doğulduğu zaman onun taleyini, bəxtini yazan mifoloji varlıq kimi həmin məkanda peyda olur. Neftçaladan topladığımız bir mətndə göstərilir ki, körpə doğulan kimi Qaraçuxa həmin evdə peyda oldu, yeni doğulmuş körpənin taleyini, qismətini gələcəkdə ailə quracağı insana yazdı (11).

Başqa bir mətndə isə Qaraçuxa yenə də yeni doğulmuş körpənin bəxtini, taleyini yazmaqla yanaşı, həm də uşağın doğulması ilə ailəyə ruzi-bərəkət gətirəcəyi, valideynlərini maddi sıxıntıdan qurtaracağı göstə­rilir (11).

Qaraçuxa ilə bağlı bu bölgədə rəvayətlərlə yanaşı inanclar da geniş yayılmışdır.

Burada Qaraçuxası yatan adamın işlərinin tərs gedəcəyinə inanılır. Gərək hər kəsin Qaraçuxası həmişə ayıq olsun. Qaraçuxası yatan adam onun üçün “Yasin” surəsini oxutdurmalıdır. Sonra Qaraçuxanın oyanaca­ğına inanılır. Bölgədə Qaraçuxanın adına qazan asılması, ət xörəyi və ya plov bişirilməsi adəti də mövcud olmuşdur. Neftçalanın Xolqarabucaq kənd sakini Əhədova Adilənin verdiyi məlumata görə, Qaraçuxasının yatdığını hiss edən kəs (işləri düz gətirməyənlər-A.S.) onun adına xörək asır, süfrəyə Qaraçuxa üçün də ayrıca pay çəkib qoyur. Bununla inanılır ki, həmin gün Qaraçuxa gəlib o süfrədə qonaq olur. Qaraçuxanın adına bişirilmiş xörəyi ya qapıya gələn fağır-füqəraya, ya da yaxınlıqda yaşayan kasıb ailəyə verirlər (11).

Folklorşünas L.Süleymanova da öz yazısında bəzi bölgələrdə Qaraçuxa üçün halva bişirərək pəncərəyə quşların yeməsi üçün qoyulması haqda məlumat verir (12,92).

Salyanın Şorsulu kəndində yaşayan Misgərli Səfiyyənin Qaraçuxa ilə bağlı danışdığı mətn də diqqətçəkəndir. Verilən məlumata görə, hadisə söyləyicinin özünün başına gələn əhvalatdır. Gecə uşaqları ilə birlikdə yatan qadın yuxusunda görür ki, evi yanır. Hər tərəfi alov bürüyür. Qonşuluqda yaşayan qaynatası gəlib pəncərəni döyüb deyir ki, Səfiyyə, oyan, oyan, ev yanır. Qadın yuxudan ayılıb görür ki, doğrudan da, evi yanır. Elektrik sobasından başlayan yanğın ətrafa yayılıbmış. Maraqlısı budur ki, həmin qaynata bu hadisə baş verməzdən bir neçə il əvvəl dünyasını dəyişibmiş. Səfiyyə xala mərhum qaynatasının onu və ailəsini bir neçə dəfə belə pis hadisələrdən hifz etdiyini, onun həmişə özü və ailə üzvləri üçün Qaraçuxa funksiyasını yerinə yetirdiyini söylədi (11).

Qeyd edək ki, “Naxçıvan ərazisində də qaynatanı evin Qaraçuxası adlandırır, ona hörmətin vacibliyi vurğulanır” (12,94).

Qaraçuxa ilə bağlı folklorşünas H.İsmayılovun Azərbaycan folkloru antologiyasının XVII cildinə yazdığı Ön sozdə - “Muğan ərazisində yaddaşlaşan folklor” yazısında rast gəlirik. “Əsatirlərdə “əyə”lər insanın sağlamlıq və səadətinin, evin bin-bərəkətinin qoruyucusu, ailənin mifik sahibi, başqa sozlə, ev tanrısıdır. Ona iman gətirdikdə, hörmətlə yanaşdıq­da ailənin səadəti təmin olunur. Yox, əgər evdən kimsə itaət göstərməsə, inamını itirsə, bu hami ruh onlardan üz döndərər, beləliklə, şər qüvvələr ailəyə bədbəxtlik gətirə bilər. Muğan folklorunda bu funksiyanı Qaraçuxa yerinə yetirir. Qaraçuxa mifik inama görə hami ruhdur. İnsanların tale, bəxt tanrısıdır. İnsan öz “tale tanrısı”na iman gətirsə, şər qüvvələrdən uzaq olsa, onda onun Qaraçuxası daim oyaq qalır və onu hər bəladan hifz edir (10,14).

Göründüyü kimi, müəllif Qaraçuxa ilə Əyə arasındakı yaxınlığı, eyniyyəti göstərmiş və hər ikisinin qoruyucu funksiyaya malik olduğunu vurğulamışdır. Folklorşünas A. Acalovun da toplayıb tərtib etdiyi “Azərbay­can mifoloji mətnləri” kitabında 47 və 48 saylı mətnlərdə də əyələr-evin, bağın, həyətin, suyun, yolun, dağın-hər şeyin əyəsi olduğu haqda məlumat verilir. Göstərilir ki, gərək bağa girəndə bağ əyəsinə salam verəsən, bağdan meyvə yığanda gərək bağ əyəsindən icazə alıb sonra bağın meyvəsini dərəsən. Belə olanda bağdan əldə olunan məhsul, gəlir daha çox olar (3).

Apardığımız müşahidələr göstərir ki, Qaraçuxa ilə Əyə arasında ox­şar, eyni zamanda fərqli məqamlar mövcuddur. Oxşar cəhətlərə nəzər salaq:



  1. Hər iki obraz hami ruhdur, qoruyucu funksiyaya malikdir.

  2. Həm Qaraçuxanın, həm də Əyənin sahibinə ruzi-bərəkət vermə funksiyası da vardır.

  3. Hər ikisinə salam vermək vacibdir.

Fərqli cəhətlərinə gəlincə:

  1. Qaraçuxanın yatması ilə bağlı informasiyaya mətnlərdə tez-tez rast gəlinir. Ancaq Əyənin yatması ilə bağlı fikrə rast gəlinmir.

  2. Əyədən bir iş görmək üçün icazə almaq lazımdır (məsələn, bağ­dan meyvə dərmək istəyəndə), ancaq Qaraçuxadan icazə alınması faktını müşahidə etmirik və s.

AMEA Folklor İnstitutunun 2012-ci ildə “Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması” adlı layihə əsasında nəşr olunmuş “Qarabağ: folklor da bir tarixdir” adlı 3 cildlik kitabda da Qaraçuxa ilə bağlı mətnlər geniş yer almışdır. Tanınmış folklorşünaslar Ə. Əsgər, İ.Rüstəmzadə, Z. Fərhadov, T. Orucov tərəfindən toplanılıb tərtib olunan üç cildlik kitabda Qaraçuxadan bəhs edən 12 mifoloji mətn, 5 nağıl vardır (7;8;9).

Buradakı mifoloji mətnlərdə Qaraçuxa daha çox sürünün, naxırın örüşdə olduğu vaxt heyvanları vəhşi yırtıcılardan, oğrulardan qoruyan qara yapıncılı adam formasında təsvir edilir. Söyləyicilərdən bəziləri hə­min qara yapıncılı adamı-Qaraçuxanı öz gözləri ilə gördüklərini, onu əvvəlcə mal-heyvan sahibinin özü olduğunu hesab etdiklərini deyirlər, sonradan məlum olur ki, mal sahibinin özü deyilmiş, Qaraçuxası imiş (7;8;9). Ən maraqlı mə­qam isə Qaraçuxa ilə bağlı həmin üçcildlikdə yer alan nağıllardır. Kitabın 1-ci cildindəki “Qaraçuxasını axtaran kasıb” nağılı ilə 3-cü cilddəki “Qara­çu­xasını axtaran oğlan” nağılları süjet xəttinə görə eynidir. Hər iki nağılda gənc oğlan öz Qaraçuxasını axtarmağa gedir. Yolda o, canavarla, bağbanla və padşahla rastlaşır. Hər üçünə də Qaraçuxasını axtarmağa getdiyini deyir. Canavar, bağban və padşah oğla­na Qaraçuxasını tapanda onların da dərdini deməyi tapşırırlar. Oğlan Qara­çuxasını bir dağın döşündə tapıb yuxudan oyadır, yolda rastlaşdığı canavarın, bağbanın və padşahın əhvalatlarını da ona danışır. Qaraçuxa oğlana padşahın əslində qız olduğunu deyir, bir oğlanla ailə qurmasını tövsiyə edir. Bağbanın bağının kül olduğu yerdə yeddi küp qızıl olduğunu, o qızılı çıxarandan sonra bağının bar verəcəyini vəd edir. Canavarın da başı xarab bir adam tapıb beynini yeyəndən sonra qoturunun sağalacağını deyir. Geri qayıdanda oğlan padşaha, bağbana Qaraçuxasının dediklərini danışır. Padşah qız olduğunu etiraf edir, oğlana evlənməyi təklif edir. Bağban bağdakı 7 küp qızılı onunla yarı bölməyi təklif edir. Qarşısına çıxan belə şansları rədd edən oğlan axırda hər şeyi canavara danışır. Cana­var ona səndən başı xarab adamı hardan taparam deyib, oğlanı ye­yir(7,188-192).

“Qaraçuxa və ağıllı qız” nağılında isə evin gəlini çoz ağıllı qız olur. O, evlərinin Qaraçuxasını qaranlıq vaxtı evə qonaq çağırır. Gəlin Qaraçuxa üçün ortalığa duz və un qoyaraq ona and içdirir ki, gəlmisən, bir də getməyəcəksən. Axırda Qaraçuxa duza və una and içir ki, bir də heç yerə getməyəcək. Ondan sonra Allah bu ailənin başından ruzi-bərəkət tökür, onların günü-güzəranı çox gözəl olur (9,296-298).

“Qaraçuxasını yatıran şəxs” nağılında padşahla dostluq edən, işləri çox yaxşı gedən bir tacirin başına gələn əhvalatdan söhbət açılır. Tacirin malı-mülkü, varı-dövləti çoxdur, özü də hər gün padşahla bir süfrədə oturur, duz-çörək kəsir. Bir gün bu kişinin yolu meşəyə düşür. Görür ki, meşədə bir dəstə adam qumun içində təpik döyür, bir dəstə adam isə qu­mun üstündə yatıb. Bir dəstə isə yaxşı geyinmiş adam göy çəmənlik üstə oturub söhbət edirlər. Tacir yaxşı geyinmiş dəstənin yanına gedib soruşur ki, siz burada uzanıb dincəlirsiniz, o biri dəstə orada yatıb, digər­ləri isə təpik döyürlər. Bunun açıqlamasını istəyəndə onlar tacirə deyir ki, biz varlı adamların-padşahların Qaraçuxasıyıq. Təpik döyənlər orta dola­nan adamların Qaraçuxasıdır, yatan dəstə isə lap kasıbların Qaraçu­xala­rıdır. Tacir öz Qaraçuxasını təpik döyən dəstənin içərisində tapır, onu qı­na­yır ki, tozun-torpağın içərisindən çıxsın, gəlib yatanların dəstəsinə qoşul­sun, yatsın. Qaraçuxası tacirə deyir ki, məni yatırtma, işlərin ağır gedəcək. Tacir əlindəki var-dövlətinə, padşahla olan dostluğuna güvənib Qaraçuxa­sının yatmasını istəyir. Bundan sonra başına dəhşətli hadisələr gəlir. Pad­şah onu öz sərkərdəsinin qətlində günahlandırır, asılması üçün əmr verir. Tacir padşaha yalvarıb qısa müddətə vacib bir iş üçün getməyə icazə alır. Tez meşəyə gedib Qaraçuxasını yuxudan oyadır. Deyir ki, daha yatma, qoşul bu təpik döyənlərə. Sonra tacir padşahın sarayına qayıdıb gəlir. Çox keçmir,məlum olur ki, öldürüldüyü güman olunan sərkərdə sağ-salamat imiş. Bundan sonra padşah taciri azad edir, evinə buraxır (9,269-275 ).

“Taxtım taxt olunca,baxtım baxt olsun” mətnində yenə də Qaraçu­xanın bəxt,tale funksiyasından bəhs edilir. Mətnə görə, çox çirkin bir qızla yaraşıqlı oğlan ailə qururlar. Qız düşünür ki,bu oğlan gec-tez ondan ayrılacaq. Bir gün yoldaşı yatandan sonra gəlin evdən qaçır, yolda çox gözəl bir qızla rastlaşır. Çirkin qız bu qızın gözəlliyinə heyran qalır, düşünür ki, kaş onun gözəlliyinin yarısı məndə olaydı. Gözəl qız çirkin qıza yaxınlaşıb deyir: Mən sənin baxtınam, sən ərinin gözunə mənim donumda (yəni mənim sifətimdə) görünürsən. Mətni danışan söyləyici mətnin əvvəlində də, sonunda da hər kəsin öz bəxti, taleyi, öz Qaraçuxası var deməklə bəxt, tale və Qaraçuxa məfhumlarını eyni anlamda, eyni məqamda işlədir (7,38-39).

“Baxdını gəzənin nağılı”nda da bəxt Qaraçuxaya aid funksiyanı yerinə yetirir. Heç bir işdə bəxti gətirməyən kişi qərara gəlir ki, gedib bəxtini axtarsın. Çox axtarandan sonra bəxtini yatmış halda tapır. Kişi öz bəxtini əsa ilə vurub söyə-söyə ayıldır, yatdığına görə onu qınayır.Geri qayıdarkən yolda yorulub əldən düşən kişi qurumuş ağaca söykənib dincini alır, bu vaxt ağac kökündən qopub yerə yıxılır. Kişi baxıb görür ki,ağacın kökündə qızıl küpəsi varmiş. Qızıl küpəsini götürən kişi varlanır, kasıblara da köməyini əsirgəmir (8,281-282).

Bütün bu nağıllar və mifoloji mətnlər bir daha göstərir ki, Qaraçuxa həm Qarabağ bölgəsində, həm də ümumazərbaycan folklorunda geniş yayılmış obrazdır. Lakin təəssüflə qeyd edirik ki, Neftçala-Salyan bölgə­sin­dən bu obrazla bağlı nağıl mətnlərinə təsadüf etmədik. Bölgədə Qara­çuxa ilə bağlı rəvayətlər, inanclar daha aktiv söylənilir. İnformatorlar Qara­çu­xanın bir çox funksiyalarını sadalamaqla yanaşı, həm də Qara­çuxaya salavat göndərməyin də vacib olduğunu söylədilər. Bölgəyə məxsus alqış və qarğışlarda da Qaraçuxanın adı xatırlanır. Salyan rayonu Şorsulu kənd sakini Miriyeva Sehrayənin dediyinə görə, Qaraçuxanın gül camalına, üzünün nuruna salavat göndərəndən sonra “heç kəsin Qaraçuxası yatmasın inşallah” demək lazımdır.

Sonda biz də yazımızı həmin alqışla tamamlayıb hər vaxt hər kəsin Qaraçuxasının ayıq olmasını arzulayırıq.


İşin elmi yeniliyi: Salyan və Neftçala ərazisindən Qaraçuxa ilə bağlı toplanan mətnlər ilk dəfə təhlil olunur.

İşin nəticəsi: Azərbaycan folklorşünaslığında Qaraçuxa obrazının özünəməxsus yeri və funksiyası vardır.
ƏDƏBİYYAT

  1. Azərbaycan folkloru antologiyası. XVI cild. Ağdaş folkloru ( Toplayıb tərtib edəni: İlkin Rüstəmzadə). Bakı, 2006

  2. Azərbaycan folkloru antologiyası. Ağbaba folkloru (Toplayıb tərtib edənlər: Hüseyn İsmayılov,Tacir Qurbanov).Bakı,2003

  3. Azərbaycan mifoloji mətnləri (Toplayıb tərtib edəni: Acalov A.) Bakı

  4. Bəydili C. Türk mifoloji sözlüyü. Bakı,2003

  5. Bu yurd bayquşa qalmaz (Toplayıb tərtib edənlər:f.e.d.Vəli Nəbioğlu, f.e.n.Muxtar Qaradaşlı,f.e.n.Əfzələddin Əsgər). Bakı,1995

  6. Əsgər Ə. Ön söz. Azərbaycan folkloru antologiyası. Zəngəzur folkloru. Bakı,2005

  7. Qarabağ: folklor da bir tarixdir. I cild ( Toplayıb tərtib edənlər: fil.ü.f.d. İlkin Rüstəmzadə; Zəfər Fərhadov). Bakı, 2012

  8. Qarabağ: folklor da bir tarixdir. II cild ( Toplayıcılar: fil.ü.f.d.Əfzə­ləddin Əsgər; fil.ü.f.d. İlkin Rüstəmzadə; fil.ü.f.d. Tahir Orucov; Zəfər Fərhadov) Bakı,2012

  9. Qarabağ: folklor da bir tarixdir. III cild (Tərtib edəni: İlkin Rüstəm­zadə). Bakı, 2012

  10. İsmayılov H. Muğan ərazisində yaddaşlaşan folklor. Azərbaycan folkloru antologiyası. XVII cild. Muğan folkloru. Bakı,2008

  11. Mənbəyi göstərilməyən folklor nümunələri müəllifdədir.

  12. Süleymanova L. Azərbaycan nağıllarında Naxış obrazı. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. XXXVIII kitab. Bakı,2012

  13. Vaqifqızı Ləman. Şəki folklor mühiti. Bakı,2012



Xülasə

Qaraçuxa obrazı

(Neftçala-Salyan rayonlarından toplanmış

folklor materialları əsasında)

Məqalədə Azərbaycan folklorunda Qaraçuxa obrazının yeri və onun insan ta­­leyindəki funksiyasından bəhs olunur. Neftçala və Salyan bölgəsindən bu obrazla bağ­lı toplanmış folklor mətnləri təhlil olunur. Qaraçuxanın Naxışla, Əyə ilə bağlı oxşar və fərqli cəhətləri müqayisə olunur.



Açar sözlər: Qaraçuxa, Naxış, Əyə, bəxt, tale, Neftçala-Salyan folkloru
Резюме

Образ Гарачухи

(На основе материалов собранных с

Нефтчала-Сальянского региона)

В статье говорится, о занимаемом месте Гарачухи в Азербай­джанском фольк­­лоре и а его функциональной роли в жизни человека. Здесь также ана­ли­­зируются фольклорные тексты собранные с Нефтчала-Сальянского ре­ги­о­на, которые тесно связаны с образом Гарачухи. Здесь сравниваются с об­ра­зом Гарачухи образы: Нахыша и Ая.



Ключевые слова: Гарачуха, Нахыш, Ая, судьба, Нефтчала-Сальянский фольлклор
Summary

Garachukha image

(On the basis of folklore materials gathered

from Neftchala-Salyan region)

In the article talked about place of Garachukha image in the Azerbaijan folklore and function in the man fate. It is analysed folklore texts gathered from Neftchala-Salyan region. Garachukha is compared with Naxish and Aya.



Key words: Garachukha, Naxish, Aya, Neftchala-Salyan folklore.
MЦNDƏRİCAT
Muxtar Kazımoğlu. M.P.Vaqif: Aşıq şeiri və tənha şairin

zövq-səfası 3


Mahmud Allahmanlı. Eposumuz, bədii düşüncəmiz və

Etnopoetikamız 19


Oruc Əliyev. Qarabağ folklorunda nağıl janrının yeri 33
Adil Cəmil. Xalq şeirinin Vaqif mərhələsi 59
İslam Sadıq. Domrul və Duxa adlarının mənşəyi haqqında

(Şumer və türk epik mətnləri əsasında 71


İ.Y.Cəfərsoy. Türk eposlarının alp ərənləri Qədim Misir və

Ön Asiya miflərində tanrı oğulları kimi 81


Şakir Albalıyev. Xalq bayramları ilə bağli inamlar 91
Yeganə İsmayılova. N.Kəsəmənlinin «Dəli Domrul», T.Elçinin

«Oğul Buğac», R.Təhməzoğlunun «Dədəm Qorqut»

poemalarının ideya-məzmun təhlili 124
Atif İslamzadə. Oğuz epik ənənəsində Salur Qazan obrazının

xan statusu 138


Bilal Alarlı (Hüseynov). Azərbaycan əmək nəğmələrində

bədiiliyin fonetik ifadəsi 144


Сейфяддин Рзасой. Шцурун инкишаф мярщяляляри:

мифоложи вя тарихи шцур 168


Aynurə Səfərova. Qaraçuxa obrazı (Neftçala-Salyan

rayonlarından toplanmış folklor materialları sasında) 202


Азярбайъан шифащи халг

ядябиййатына даир тядгигляр

(qыrx birinci китаб),

Áàêû, “Елм вя тящсил”, 2012.


Íÿøðèééàò äèðåêòîðó:



Надир Мяммядли

Êîìïƒòåðäя jû‹äû:



Рущянэиз Ялищцсейнова

Êîррåктору:



Aynurə Səfərova

Êîìïƒòåð òяðòèá÷èñè âя

òåõíèêè ðåäàêòîðó:

Рамин Абдуллайев

Êà‹ûç ôîðìàòû: 60/84 32/1

Ìяòáяя êà‹ûçû: ¹1

Щя‡ìè: ё212 ñяù.

Òèðàæû: 350

Êèòàá Àçяðáàj‡àí ÌÅÀ Ôîëêëîð Èíñòèòóòóíóí

Redaksiya-nəşr şöbəsində jû‹ûëìûø, “Елм вя тящсил” ÍÏÌ-äÿ

hazır diapozitivlərdən îôñåò ƒñóëó èëя ÷àï îëóíìóøäóð.





1 Езотерик мятнляр – ъямиййятин бцтцн цзвляринин дейил, йалныз инисиасийа (юлцб-дирилмя характерли кечид) ритуалларындан кечмиш оланларын билдийи, йайылмасы цзяриндя табу-йасаг олан мцгяддяс вя эизли билэиляр.

2 Екзотерик мятнляр – щамынын билдийи вя данышдыьы, йайылмасы цзяриндя щеч бир табу-йасаг олмайан билэиляр.

3 «Мифолоэем» – мифик мотив мянасында ишлядилир.

4 «Синерэетика» – юзцнцинкишафын мцряккяб когнитив системи (бах: Гурбанов Ф. Синерэетика: хаосун астанасында. Бакы, «Бакы Университети» няшриййаты, 2004, с. 41)

5 «Аутопойезис» – юзцнцйаратма (бах: Гурбанов Ф. Аутопойезис вя синерэетика: сосиал тяшяккцл метафоралары. Бакы, «Адилоьлу», 2007, с. 44)

6 «Космос» – щярфи мянада щям дя низамлы, дцзцмлц, сащманлы дцнйа демякдир.

7 «Хаос» – щярфи мянада щям дя низамсыз, гатмагарышыг дцнйа демякдир.

8 Хейир-бярякят сайылан ундан бурада гарын рянэини йаратмаг мягсядиля истифадя олунур.

9 «Катаклизм» – щярфи мянада «кяскин, даьыдыъы чеврилиш».

10 «Политеизм» – щярфян «чохтанрычылыг» демякдир.

11 «Монотезим» – щярфян «тяктанрычылыг» демякдир.

12 «Макрокосм» – щярфи мянада «бюйцк дцнйа», йяни тябият, инсан да дахил олмагла бцтюв космос.

13 «Микрокосм» – щярфян «кичик дцнйа», йяни инсан.

14 Теосентризм – щяр шейин Аллащда мяркязляшмяси: Онданбашланмасы вя Она консентрасийа олунмасы.

15 Антропоморфлашма – инсани образ, инсани шякил газанма.

16 Трикстер – ъидди гящряманын гейри-ъидди пародийасы, эцлмяли гошасы.


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin