ƏDƏBİYYAT SİYAHISI
Azərbaycan dilində
1.
Kərimov V.K., V.I.Lenin və müasir fizikanın bəzi fəlsəfi məsələləri.,
Bakı,1983, səh.252.
2.
Kərimov V.M., Məmmədov Ə.B. Fəlsəfə və təbiətşünaslıqda varlıq və
materiya problemi. Bakı, 2001.səh.486.
3.
R.M.Səmədova, Ə.B.Məmmədov “Sistemli yanaşma və sinergetik
paradiqma” Bakı, 2012, səh.279.
Rus dilində
4.
Блохинцев Д.И. Пространство, время, движение. М., 1971, стр. 623.
5.
Истархов В. Что такое время, пространство, материя, (статья),
03.04.2013, www.svecha-vremeni.ru. стр. 9.
6.
Костицын В.И. Теория многомерных пространств. М., Ком Книга, 2007, 72 с.
7.
Маутский М. Квантовая философия. Система общих законов развития.
http: // filosofia.ru/76599, обновлено 12.09.2012, с. 29.
8.
Молчанов Ю.Б. Философские проблемы физики элементарных частиц.
М., 1994, 217 с.
9.
Пакулин В. Структура материи // «Истра», Санкт-Петербург, 2010, с. 64.
10.
Тимошин Н.И. «Материя и сознание» монография, Самара, 2007, 351 с.
Самар. гос. акад. културы и искусств.
İngilis dilində
11.
“Synergetics”, J.Villard Jibbs (Jinzburg-Landau Theory), Wikimedia
Toundation, 2010, (article), p.2.
12.
The concept of self-organized synergetic, (East-Siberian State Academy),
Ulan-Ude, 2001, p.8.
Rzayeva Xalidə İsrafil qızı
178
XÜLASƏ
Bu məqalədə materiya haqqında fəlsəfi ideyaların yaranması tarixinə nəzər
salınmışdı. Materiya haqqında ilkin təsəvvürlər ilk növbədə mifologiya və dinlə
həmçinin kosmosentrik baxışlarla bağlı olmuşdur. Materiya haqqındakı sonrakı
təsəvvürlər təbiət və sosial-humanitar elmlərin daxilində formalaşmağa başlamışdır.
Burada qeyd olunur ki, kortəbii varlıq kimi materiyanın mahiyyətinin formulu bütöv
bir varlıq haqqında təbii-elmi təsəvvürlərlə sıx bağlıdır. Materiya haqqında bugünkü
təsəvvürləri nəzərdən keçirsək həmçinin “qaranlıq materiya”, “qara dəlik”
haqqındakı və sahə kimi digər təsəvvürlər haqqında daha çox söhbət açılır.
Materiyanın fiziki halı haqqındakı müasir tədqiqatlar onu sübut edir ki, materiya
struktur baxımından sonsuzdur.
SUMMARY
In this paper the history of formation of philosophical ideas about matter. The
initial idea of the geometry were more concerned with mythology and religion, and
are based on сosmosentriс repose. Further understanding of the matter began to be
formed on the basis of the development of the natural and social sciences and
humanities. It is noted here that the wording of the essence of matter as a
fundamental principle of being closely associated with the rise of natural science
concepts of existence in general. In addition to the selection in the matter of its
properties and forms of expression, to date, also speak of the "dark matter," the
"black holes" and other manifestations of both the field and matter. Modern studies
of the physical state of matter studies support the view that the structural and
substantial relation is infinite.
Fəlsəfədə materiya haqqında təsəvvürlərin təkamülü
179
РЕЗЮМЕ
В статье рассматривается история становления философских идей о
материи. Первоначальные представления о метрии были больше связаны с
мифологией и религией и основаны на космоцентристских преставлениях. В
дальнейшем представления о материи стали формироваться на основе развития
естественных и социально-гуманитарных наук. Здесь отмечается, что
формулировка сущности материи как первоосновы бытия, тесно связана с
ростом естественнонаучных представлений о бытии в целом. Помимо
выделения в материи ее свойств и форм проявления, на сегодняшний день
говорят также о «темной материи», о «черных дырах» и прочих проявлениях
как поля, так и вещества. Современные исследования физического состояния
материи подтверждают мнение исследований о том, что в структурном и
содержательном отношении она бесконечна.
Klassik Azərbaycan tarixçisi Hacı Şeyx Həsən Mollazadə Gəncəvi
181
KLASSİK AZƏRBAYCAN TARİXÇİSİ
HACI ŞEYX HƏSƏN MOLLAZADƏ GƏNCƏVİ
Elçin Kamal oğlu QASIMOV,
AMEA Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunun doktorantı,
Açar sözlər: Hacı Şeyx Həsən Mollazadə Gəncəvi, tarıxçı, azadlıq,
Məhəmmədhəsən Mövlazadə, mənbə, Azərbaycan, İslam
Keywords: Haji Sheikh Hasan Mollazadeh Ganjavi, historian, freedom,
Mahammadhasan Movlazadeh, source, Azerbaijan, Islamic
Ключевые слова: Гаджи Шейх Гасан Моллазаде Гянджави, историк,
свобода, Мамедгасан Мовлазаде, источник, Азербайджан, Ислам
Zamanın müxtəlif dövrlərində yadellilərin, işğalçı imperialist qüvvələrin
hücumlarına məruz qalmış doğma yurdumuz bu təcavüzlərin nəticəsində maddi
itkilər verməklə yanaşı, mənəvi irsimizin tədqiqi və öyrənilməsində də bir çox
problemlərlə üzləşmişdir. Bütün bunların nəticəsi olaraq görkəmli şəxsiyyətlərimizin
həyat və yaradıcılığını araşdırmaq yolunda yaradılan maneələr, bəzi hallarda milli
kimliyin, mənəvi dəyərlərin aradan qaldırılmasına unudulmasına, üləmanın, onların
yaradıcılığının gizli qalmasına gətirib çıxarmışdır. Şükürlər olsun ki, bu gün
Azərbaycanın müstəqilliyi onun görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığını
araşdırıb öyrənmək ücün elm əhlinə sərhədsiz imkanlar yaradır. Həqiqətən də
azadlıq, istiqlaliyyət çox böyük bir nemətdir. İnsanın azad təfəkkürü, azad və
müstəqil həyatı, bu yolda azad mühitin olması onun üçün əvəzolunmazdır. Necə ki,
Həzrət Əli (ə) buyurur: “Ey insanlar! Adəmdən nə bir qul törənib, nə də bir kəniz.
Bütün insanlar azaddır. Heç kimin qulu olma, çünki Allah səni azad yaradıb!”
Azadlığın bizə bəxş etdiyi fürsətdən istifadə edərək bildirirəm ki, hələdə həyatı və
əsərləri tam şəkildə araşdırılmayan, Azərbaycanın mənəvi həyatında görkəmli rol
oynamış alımlərdən biridə Hacı Şeyx Həsən Mollazadə Gəncəvidir.
Hacı Şeyx Həsən Molla İmamqulu oğlu Mollazadə Gəncəvi 1848-ci ildə indiki
Daşkəsən rayonunun Qabaqtəpə kəndində dünyaya gəlib. O, Qazaxlar tayfasından
idi. Bu tayfa XVIII əsrin 40-cı illərində Nadir şahın ölümündən və Azərbaycanda
Elçin Kamal oğlu QASIMOV
182
xanlıqların yaranmasından sonra indiki Qazax rayonu ərazisindən Daşkəsənə və bir
sıra başqa yerlərə köçmüşdü. Məsələn, Molla Pənah Vaqifin ailəsi Qarabağ xanlığına
pənah aparmışdısa, Hacı Şeyx Həsənin ailəsi də Cavad xanın dövründə Gəncə
xanlığına sığınmışdı. Bu üzdəndir ki, indi Azərbaycanın bir çox yerlərində “Qazax”
toponiminə rast gəlinir. Qazaxlar maldar tərəkəmə tayfası idi, yəni onlar tam
köçərilərdən fərqli olaraq daimi qışlaq və yaylaq yerlərinə malikdilər, həm də az da
olsa əkinçiliklə məşğul idilər. ( 3, 9, 10 )
Hacı Şeyx Həsən uşaqlıqda çobanlıq edib. Ona atası Molla İmamqulu oxumağı
və yazmağı öyrədib. Kəndlərini tərk edərək Gəncəyə gələndə Həsənin 12 yaşı vardı.
O, burada Şah Abbas mədrəsəsində oxuyaraq savadını artırıb, daha sonra isə 5 il
Təbrizdə Hacı Səfərəli mədrəsəsində təhsil alaraq (Abdulla Şaiq’in atası Mustafa ilə
birlikdə) ərəb və fars dillərini də mükəmməl öyrənib. Burada təhsilini bitirdikdən
sonra o, Nəcəf şəhərinə gedərək 5 il də burada dini elmlərin incəliklərinə yiyələnib
və müctəhid rütbəsinə çatıb. ( 3 )
Deyilənlərə görə, Həsən təhsilini başa vurduqdan sonra müqəddəs Həcc
ziyarətinə gedib və bundan sonra “hacı” titulu qazanıb .Qeyd edək ki, Hacı Şeyx
Həsən Mollazadə Gəncəvi haqqında olunan bilgilərin demək olar ki, əksəriyyətini
prof. Ədalət Tahirzadə Hacının nəticəsi Rasim bəydən əldə etmişdir.
Artıq ali savadlı ruhani kimi özünü təsdiqləmiş Hacı Şeyx Həsən Mollazadə
Gəncəvi doğma yurduna qayıdır və Naxçıvanın Nehrəm kəndində yaşamağa
başlayır. Burada o, dostunun qızı Məşədi Xədicə xanımla ailə qurur. Xədicə xanım
Cəlil Məhəmmədquluzadənin məşhur “Usta Zeynal” hekayəsinin baş qəhrəmanı Usta
Zeynalın qardaşı qızıdır. ( 9 )
Nehrəmin kənd abu havası, mühiti, təbii ki, onun daxili potensialının tam
gerçəkləşməsinə, fəaliyyətini genişləndirməsinə imkan vermirdi, buna görə də
Gəncəyə qayıdaraq burada ruhani kimi fəaliyyətini davam etdirir. ( 3 ) Yerli camaat
Molla Hacı Həsənə onun üçün Gəncədə Səbzikar qəbiristanlığının yanında indiki
İsmət Qayıbov küçəsi ərazisində torpaq sahəsi alıb. Hacı Şeyx Həsən ömrünün
sonunadək burada yaşayıb. Məlumat üçüm onuda deyək ki, Hacı Həsən Mollazadə
Gəncəyə gəldikdən 2 il sonra Naxçıvandakı ailəsini ora gətirir. Həmin müddətdə isə
Gəncə Müctehidinin qızı Həbibə xanımla yeni ailə həyatı qurur. ( 3 )
XX əsrin başlanğıcında Cənubi Qafqazın mərkəzi sayılan Tiflisə gedərək
şeyxülislamın yanında imtahan verən Hacı Şeyx Həsən Gəncə Şiə məzhəb Ruhani
Məclisinin üzvü və Gəncə şəhərinin axundu təyin edilib. O, Şah Abbas məscidindəki
ruhani seminariyasında ilahiyyatdan dərs deyirdi. ( 3 ) Mollazadə Şeyx Baəddin
tərəfindən tikildiyini bildirilən XVII əsr Azərbaycan memarlığı üçün səciyyəvi olan
Klassik Azərbaycan tarixçisi Hacı Şeyx Həsən Mollazadə Gəncəvi
183
qiymətli abidələrdən sayılan Şah Abbas məscidinin axundu da ( 1905-1918 )
olmuşdur.
Hacı Şeyx Həsən Mollazadə Gəncə şəhərinin mədəni-maarif həyatında da
yaxından iştirak edirdi. “Gəncə quberniyasının 1903-cü il üçün yaddaş kitabı”nda
Mollazadənin adını şəhər Dumasının üzvləri arasında görürük. O, buraya müsəlman
din xadimləri zümrəsindən seçilmişdi. 1919-cu ildə vəfat etmiş Hacı Şeyx Həsən
Gəncədə Səbzikar məzarlığında dəfn edilib. ( 3, 9, 10 )
Hacının ikisi qız olmaqla 8 övladı olmuşdur. Hüseyn, Cəfər, Həmid, Məcid,
İsrafil, Həsən, Səriyyə və Sürəyya. Övladlarından ikincisi Cəfər Axundov kimi
tanıdığımız Zaqafqazıya seyminin üzvü gənc yaşlarından siyasətə böyük maraq
göstərmişdir. Sonradan 28 may 1918-ci ildə Tiflisdə Azərbaycanın İstiqlal
Bəyannaməsi qəbul edildikdə həm də Azərbaycan Milli Şurasının üzvü olan Cəfər
Axundov səsvermədə bitərəf qalıb (müstəqilliyə səs verməyən ikinci deputat isə
“İttihad” partiyasının rəhbərlərindən biri Sultanməcid Qənizadə idi). Cəfər Axundov
təhsilini Gəncə gimnaziyasında alıb. O, erkən yaşlarından siyasətlə maraqlanmağa
başlayıb. 1903-cü ildən RSDFP-yə daxil olan “Hümmət” partiyasının menşevik üzvü
və Azərbaycanda ilk marksist dərnəklərini quranlardan biri olaraq gizli fəaliyyət
göstərib. Qardaşı nəvəsi Rasim Axundovun bildirdiyinə görə, Leninin ona yazdığı
məktub onların ailəsində saxlanılırmış və sonralar DTK-dan gələnlər o məktubu
aparıblar.
1905-ci ildə Gəncə sənət məktəbi şagirdlərinin nümayişini təşkil etdiyinə görə
həbs edilən C.Axundov Gəncədə və Bakıda zindanda yatıb və az sonra Krasnodar
(Yekaterinodar) quberniyasına 5 illik sürgünə göndərilib. Atası Hacı Şeyx Həsəni
jandarm idarəsinə çağıraraq deyiblər ki, sənin oğlun kafirdir (sosialistləri kafir kimi
qələmə verirdilər), halbuki sən axundsan. Cəfər Axundov 1913-cü ildə Romanovlar
sülaləsinin 300 illiyi münasibətiylə Rusiyada verilmiş amnistiyadan sonra ana
vətəninə qayıda bilib. 1917-ci ilin fevralında Rusiyada burjua inqilabı baş verdikdən
sonra Gəncədə də Kerenskinin Müvəqqəti hökumətini təmsil edən hakimiyyət
qurumları fəaliyyətə başlayıb. C.Axundov Gəncə Şəhər Fəhlə və Əsgər Deputatları
Şurası sədrinin müavini seçilib. Cəfər Axundov Azərbaycan Cümhuriyyəti
dönəmində müstəqil dövlətimizə gəlməyərək Gürcüstanda yaşayıb və bir müddət
Borçalı torpaq şöbəsində çalışıb. ( 3 ) Məlumat üçün qeyd edək ki, 1920-ci ildəki
Gəncə üsyanının qan içərisində boğulmasından sonra Cəfər Axundov cəllad Həmid
Sultanova üsyançıların tapılıb məhv edilməsində əlindən gələn yardımı edib. Sonrakı
illərdə C.Axundov Azərneftdə mühəndis vəzifəsində çalışıb. Ancaq qədirbilməz
bolşeviklər kommunist partiyası qarşısındakı xidmətlərini unudaraq 1928-ci ildə onu
Elçin Kamal oğlu QASIMOV
184
“nərimanovçu” damğası ilə partiyadan qovublar. Cəfər Axundov 1931-ci ildə Gəncə
şəhərində vəfat edib və atasının sərdabəsində dəfn edilib. Allah atasına rəhmət
eləsin.
Həyatı haqqında məlimat verdikdən sonra qeyd etməliyik ki, Hacı Şeyx Həsən
Mollazadə Gəncəvi dövrünün dərin İlahiyyatcı alimi olmaqla yanaşı bir sıra qiymətli
tarixi əsərləri də qələmə almışdır. Mollazadə 10-a yaxın kitabın müəllifidir.
“Hidayətül-müslimin və yaxud Mizanül-ədyan” (Gəncə: Haqverdiyev və Əbilov
mətbəəsi, 1910, 116 səh.), “Əqaidül-islam və firuiddin” (Gəncə: Haqverdiyev və
Əbilov mətbəəsi, 1911, 118 səh.), “İbtidai-əqaidül-islam və firuiddin” (Gəncə: Haq-
verdiyev və Əbilov mətbəəsi, 1911, I hissə, 36 səh.), “Bəsirətül-islam. Müfəssəl
əqaidül-islam və firuiddin” (Gəncə: Haqverdiyev və Əbilov mətbəəsi, 1911, 120
səh.).
Yuxarıda adları çəkilmiş dini mövzuları əhatə edən kitablarıyla yanaşı Şeyx
Həsən Mollazadə həm Azərbaycan, həm də İslam tarıxını öyrənmək baxımından
qiymətli mənbə sayılacaq tarıxı kitablarında müəllifidir. 4 cildlik “Zübdətüt-təvarix.
Həzrəti Adəmdən zəmanəmizə qədər keçən vüquati-təvarixiyyeyi-came dörd cild
üzərinə yazılmış tarixi-ümumidir” (I cild, Tiflis: “Qeyrət” mətbəəsi, 1905, 261 səh.;
II cild, Gəncə: Əsgər Hacı Həsənzadə mətbəəsi, 1909, 128 səh.; III cild, I kitab,
Gəncə: Əbilov və Haqverdiyev mətbəəsi, 1913, 155 səh. IV cild, Gəncə: Əbilov və
Haqverdiyev mətbəəsi, 1912, I kitab, 100 səh., II kitab, 92 səh.; ), 2 cildlik “Müxtəsər
tarixi-islam. Tarix elmləri ümumudur və ayineyi-cəhannümadır” (Gəncə: Haq-
verdiyev, Rzayev və Əbilov mətbəəsi, 1908, I cild, 119 səh.), “Tarixi-ənbiyayi-üzam
əleyhüssəlam” (Gəncə: Əbilov və Haqverdiyev mətbəəsi, 1913, 60 səh.), adlı tarıxı
əsərləri hələdə tam şəkildə tədqiq edilməmişdir.
Bu görkəmli Azərbaycan tarixçisinin həyatını tədqiq edərkən onun dövrün başqa
bir alımı Şeyxülislam Məhəmmədhəsən Mövlazadə Şəkəvi ilə qarışdırıldığının
şahidi oluruq.
Belə ki, Azərbaycan dilində Quranı Kərimin tərcümə və təfsiri sayılacaq ilk
əsərlərdən olan "Kitabul-bəyan fi təfsiril-Quran" kitabının müəllifi, Qafqaz Müsəlmanları
Ruhanı idarəsinin tarixində ən qısa müddətlı Şeyxülislam, Məhəmmədhəsən İsmayıl oğlu
Mövlazadə Şəkəvi 1853 cü ildə Şəkinin "Gəncəlilər" məhəlləsində anadan olmuşdur. O,
əvvəlcə Şəki mollaxanasında, sonra Gəncə mədrəsəsində təhsil almış, bir müddət Gəncə
Cümə məscidində mollalıq etdikdən sonra İraqa getmiş və orada alı dını təhsil alaraq
vətənə qayıtmışdır. ( bax: 1, s. 33 ) Məhz Mövlazadənin Şəkidə "Gəncəlilər"
məhəlləsində doğulması və Gəncə də təhsil alması onun Mollazadə ilə bəzi mənbələrdə
səhf salınması səbəb olan amillərdən biridir.
Klassik Azərbaycan tarixçisi Hacı Şeyx Həsən Mollazadə Gəncəvi
185
Başqa bir mənbə Hacı Şeyx Həsən Mollazadə haqqında yazır: O, 1853 cü ildə
Nuxada anadan olmuş və Gəncə şəhərində ruhani təhsili almışdır. sonralar mollazadə
Cəbrayıl və Tiflis qəzalarında qazı, zaqafqazıya şiə ruhanı idarə heyətinin üzvü,
şeyxülislam və başqa vəzifələrdə calışmışdır. (bax: 5, s. 189.) Mənbədə qeyd olunan
ali ruhani vəzifələrdə, Hacı şeyx Həsən Mollazadə Gəncəvi yox, Şeyxülislam Hacı
Məhəmmədhəsən Mövlazadə işləmişdir. Bu fikri müəlliflərin göstərdikləri mənbə də
(Azərb. MDTA, f. 290, siyahı 240-8, iş 4151, v. 16-21: siyahı 990-10, iş 6128, v. 1-
6) təsdiq edir. Зünki qeyd olunan mənbədə Hacı Məhəmmədhəsən Mövlazadənin
həyatından bəhs olunur. ( 1, s. 40 )
İstedadlı alim, elminə böyük hörmət bəslədiyimiz Şahlar Şərifov özünün
Şeyxülislam Məhəmmədhəsən Mövlazadə Şəkəvi və onun "Kitabul-bəyan fi təfsiril
Quran" əsəri adlı dissertasiya işində, Məmmədov Ə., Xalıqov F. Şəki alım və ziyalılar
əsərinə istinad edərək 4 cildlik "Zübdətüt-təvarıx" əsərinin Şeyx Mövlazdəyə aid
olduğunu bildirir. Düzdür müəllif sonradan cox mükəmməl bir araşdırma edərək,
Şeyxülislam Məhəmmədhəsən Mövlazadə Şəkəvinin əsərlərini təqdim edərək qalan
deyilən kitabların müəllifinin Hacı Şeyx Həsən Mollazadə olduğunu vurğulayır.
Bu iki Azərbaycanlı alımin əsərlərinin qarışdırılması həm də onların soyadla-
rının biri-birinə cox oxşamasıyla da əlaqələndirilə bilər. Mollazadənin əsərlərini
Mövlazadənin ayağına yazanlar cox güman ki, müəlliflərin soyadlarını səhf
salmışlar. Necə ki Mövlazadə Şəkəviyə bəzi mənbələrdə "Şəkuyi" kimi rast gəlmək
olar. Buda ərəb hərflərində olan yazıların düzgün oxunmamasından irəli gəlir.
Bu qəbildən qarışıq fikirlər İsmayılovun "Şəki" kitabında və Ə.Abdullayevin
"Şəkinin şairləri" ("Ədəbiyyat və incəsənət" 1989, 11 dekabr) adlı məqaləsin də
təkrar olunmuşdur. Adları çəkilən mənbələrə əsasən müxbir G.Məmmədzadə də
Həsən Mollazadə haqqında bəhs etmişdir. O, "İslam" qəzetində çap etdirdiyi
"İlahiyyatçı alım" məqaləsində Axund Məhəmməhəsən İsmayıl oğlu Mövlazadə
Şəkəvidən bəhs edərkən Hacı Şeyx Həsən Mollazadəyə məxsus adları çəkilmiş
əsərləri də onun ayağına yazır. Mənbələrdən məlumdur ki, Hacı Məhəmmədhəsən
Mövlazadənin fars dilində 1529-2028-ci illərin təqvimini əks etdirən "Tətbiqul-
əyyam fil-əşhər vəl-əvam", Həsən Nəsruhdan tərcümə etdiyi və müsəlmanların
arasında məccani yayılmaq üçün Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına iki
cilddə çap olunmuş "Tərcümeyi-Töhfeyi-Nəsruhiyyə fi əhvali-məmalikil-kürətil-
ərziyyə və hiyə coğrafiyə ümumiyyətüd-düvəlül-aləm" iki cilddə "Kitabul-bəyan fi
təfsiril-Quran" və peyğəmbərlərin həyatı və fəaliyyətinə həsr edilmiş "Tarixi
müqəddəsi. Ənbiya əhvalatı" adlı əsərləri olmuşdur. Adları çəkilən diğər əsərlər Hacı
Şeyx Həsən Mollazadənin qələminin məhsuludur. (bax: 1, s. 40-41)
Elçin Kamal oğlu QASIMOV
186
Beləliklə uzun araşdırmadan sonra məlum olur ki, Azərbaycanın ictimai həya-
tında böyük xidmətləri olan bu iki görkəmli alimin özünə məxsus fəaliyyətləri, həyat
tərzi olmuşdur. Qarışıq fikrləri aydınlaşdıraraq deyə bilərik ki, Məhəmmədhəsən
Mövlazadə Şəkəvi çox qiymətli əsərlərin müəllifi olmaqla yanaşı qısa müddət də olsa
Şeyxülislam vəzifəsini icra etmişdir. Həyat və yaradıcılığını tədqiq etdiyimiz digər
görkəmli alim Hacı Şeyx Həsən Mollazadə Gəncəvi isə “Hidayətül-müslimin və
yaxud Mizanül-ədyan”, “Əqaidül-islam və firuiddin”, “İbtidai-əqaidül-islam və
firuiddin”, “Bəsirətül-islam. Müfəssəl əqaidül-islam və firuiddin”, "Zübdətüt-təva-
rix" (4 cilddə) və başqa cox qiymətli əsərlərin müəllifi olmaqla yanaşı, Gəncə
şəhərinin Axundu kimi də fəaliyyət göstərmişdir.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1. Şərifov Şahlar Şahbaz oğlu, Şeyxülislam Məhəmmədhəsən Mövlazadə Şəkəvi
və onun "Kitabul-bəyan fi təfsiril Quran" əsəri.
2. Hüseynli Rəsul, Azərbaycan ruhaniliyi (Xanlıqlar çağından sovet işğalınadək
olan dövrdə.) Bakı Kür, 2002
3. Oğuztoğrul TAHİRLİ 525-ci qəzet.- 2011.- 17 dekabr.- S.28.
4. Manaflı Həbibulla, Öyünc və Güvənc qaynağı, Bakı. Nurlan, 2007
5. Ə.N.Quliyev, İ.M.Həsənov, İ.V.Striqunov, "XIX əsrdə və XX əsrin əvvəllə-
rində Azərbaycan tarıx elminin inkişafı" Bakı 1960
6. Gülməmməd Məmmədzadə "İlahiyyatçı alım", İslam qəzeti 1990-ci il 20
dekabr.
7. M.İsmayılov "Şəki" , Bakı 1982
8. Xəlilov Aydın, Görkəmli İslam tarıxçısı, "İslam dünyası" qəzeti, 1993, 2 aprel
9. http://az.wikipedia.org/wiki_Mollazade
10. Məqalədə Gürcüstan Dövlət Mərkəzi Tarix Arxivinin materiallarından və
Hacı Şeyx Həsən Mollazadənin nəticəsi Rasim Axundov’un verdiyi məlumatlar dan
istifadə olunub.
11. Məmmədov Ə., Xalıqov F. Şəki alım və ziyalılar. Bakı BDU nəşri, 2002
Klassik Azərbaycan tarixçisi Hacı Şeyx Həsən Mollazadə Gəncəvi
187
XÜLASƏ
Məqalədə görkəmli Azərbaycan tarixçisi Hacı Şeyx Həsən Mollazadə Gəncəvi-
nin (1848-1919) həyat və yaradıcılığı haqqında təhlil aparılmışdır. Mollazadə dövrü-
nün qabaqcıl ziyalılarından olmuş və çox qiymətli əsərləri qələmə alaraq sağlığında
çap etdirə bilmişdir. Daha sonra Hacı Şeyx Həsən Mollazadənin həyat və yaradıcı-
lığından bəhs edərək onun dövrün başqa bir alimi Şeyxülislam Məhəmmədhəsən
Mövlazadə Şəkəvi ilə bəzi mənbələrdə qarışdırlması məsələsinə də aydınlıq gətiril-
mişdir.
RESUME
This article is about the life and creative work of one of the well known historian
Haji Sheikh Hasan Mollazadeh Ganjavi. He was born in 1848 and died in 1919. he
was famous for his works and was very popular in his time. He wrote a lot of
important works and could publish then durinq his life. Then moll brought some
clearness to his works which were mixed writh the works of another historian
Sheyxulislam Movlazadeh.
РЕЗЮМЕ
В статье праводится анализ жизни и творчество выдающегося
Азербайджанского историка Гаджи Щейх Гасан Моллазаде Генджеви (1848-
1919). Моллазаде был одним из передовых интеллигентов своего времени и
написав весьма ценные произведения сумел уже при жизни их опубликовать.
Далее, автор статьи говаря о жизни и творчестве Гаджи Щейх Гасан Моллазаде
внес некоторую ясность, связанную с именем другого видного ученого того же
времени Щейхулислам Мамедгасан Мовлазаде Щагави.
Beynəlxalq sənədlərdə din azadlığının əhatəsi məsələsi
189
Dostları ilə paylaş: |