Beləliklə, tədəbbür Qurannın düşüncə sistemində mühüm bir amil kimi
çıxış edir; burada əsas məqsəd irəli sürülən hər bir məsələ üzərində dərin dü-
şüncəyə dalmaq, atılacaq addımların və əməllərin aqibətini fikirləşməkdir.
Quran ayələri üzərində tədəbbür prisipal cəhətdən bir çeşməyə bənzəyir və
oradan həmişə saf su qaynayır. Əgər çeşmədən su kəsilərsə və ya azalarsa
onun səbəblərini axtarmaq lazım gələr ki, burada bizlərə tədəbbür yardımçı
olur.
ƏDƏBİYYAT
1. Qur’ani-Kərim. Azərbaycan dilinə tərcümə edənlər: Akad. Z.M. Bünyadov və
V.M.Məmmədəliyev. Bakı: “Olimp”. 1998. 552s
2. Müfrədatül-əlfazül-Qur’an. Rağib İsfəhani Hüseyn. Qum: Zəviyül-qürbi.
1412.
3. əl-Misbahül-münir fi qəribi-şərhül-kəbir. Qum: İntişarati-hicrət. 1373
4. Məcməül-bəhreyn. Tərihi Şeyx Fəxrəddin. Təhqiq: əs-Seyyid Əhməd əl-
Hüseyni. Tehran: Dəftəri-nəşri-islami. 1367
5. əl-Qamusül-Muhit. Firuzabadi Məcdəddin Məhəmməd ibn Yəqub. Beyrut:
Darül-kutub. Tarixsiz.
6. Qamusi-Quran. Qərəşi Seyyid Əliəkbər. Tehran: Darül-kibabül-islamiyyə.
1371
7. əl-Mizan fi təfsirül-Qur’an. Təbatəbai Məhəmməd Hüseyn. Qum: Dəftəri-
intişarati-islami. 1420.
8. Furuqül-lüğəviyyə. Əsgəri Əbu Hilal. Tərcome: Məhəmməd Ələvi Əqdəm.
Məşhəd: Astani-Qüdsi-Rəzəvi. 1363
Şüca Cavanpərəst
418
9. Kəşfül-əbrar. Meybodi Rəşidəddin. Tehran: Əmir Kəbir. 1367
10. Pəjuheşi piramuni-tədəbbür dər Quran. Nəqipur Vəliullah. Tehran: 1374
11. Mizanül-hikmət. Məhəmmədi Reyşəhri. Tehran: Darül-kibabül-islamiyyə.
1379
12. Upanişad. Tərcome: Məhəmməd Darəşkuh. Tehran: İntişarati-cavidan.1381
13. Avesta. Qozareş və pəjuheş: Cəlil Dustxah. Tehran: İntişarati-Morvarid.
1371
14. Biharül-ənvar. Məclisi Məhəmməd Bağır. Tehran: İntişarati-islamiyyə.
15. Zadül-məad fi hudai-xeyrül-übad. İbn Qəyyim Cüziyə. Beyrut: Muəsiseür-
risale.
16. Kənzül-məal fi sünənül-əqval və əfal. Hindi Əli Muqtəda ibn Hüsaməddin.
Beyrut. 1409
17. Rəveşi-təhqiqi-mouzuyi-Quran. Lisani Feşarəki və Hüseyn Muradi. Zəncan.
1385
Quranın düşüncə sistemində “tədəbbür” məfhumu
419
XÜLASƏ
Quranda düşüncə və təfəkkür aparıcı mövzulardan biridir və burada idrak
prosesinin inkişaf və təkamülündə mühüm yer tutan bir sıra məfhumlar diqqəti cəlb
edir. Məqalə Quranda “tədəbbür” məfhumunun düşüncə sistemində tutduğu yerin
müəyyənləşdirilməsinə həsr olunub. Bu məfhum təfəkkürün ayrılmaz parçası olaraq
dəyərləndirilir və “dərin düşüncəyə dalma” mənası bildirir. Tədəbbür nəticəsində
beyin (ağıl) və qəlb bir istiqamətə yönəlir, insan məsələnin mahiyyətini daha yaxşı
anlayır və müvafiq nəticə çıxarır.
SUMMARY
The concept of “tadabbur” (meditation) in the Quran and its relationship with the
knowledge system have been analyzed in this paper. This conception is inseparable
part of thinking, there it means deep meditation.
The result of meditation is a concentration of mind and heart in same direction.
Source of thinking is not only brain and reason, but also the soul.
Meditation provides an better understanding the essence of things.
РЕЗЮМЕ
В статье проанализировано понятие «тадаббур» (размышление) в Коране и
его связь с познавательной системой. Данное понятие является неотъемлемой
частью мышления и оно означает «медитации» и глубокое размышление.
В результате данной акции деятельность мозга (разума) и сердца
соединяется в одно русло. Тадаббур дает возможность для лучшего понимания
сущности вещей. Человек делает соответствующие выводы.
Çapa tövsiyə etdi: f.e.d.Nəsib Göyüşov
Dinin cəmiyyətdə yeri və rolu: dini ziddiyyətlər və onlarin sosial nəticələri
421
DİNİN CƏMİYYƏTDƏ YERİ VƏ ROLU:
DİNİ ZİDDİYYƏTLƏR VƏ ONLARIN SOSİAL NƏTİCƏLƏRİ
Vəsxanım Orucova
BDU-nun dosenti
Açar sözlər: din, dini şüur, dini fəaliyyət, dini ideologiya, dini psixologiya, dini
təşkilat, dini ziddiyyətlər
Ключевые слова: религия, религиозное сознание, религиозная деятель-
ность, религиозная идеология, религиозная психология, религиозная органи-
зация, религиозные противоречия
Keywords: religion, religious consciousness, the activities of the religious,
religious ideology, religious psychology, religious organization, religious differences
Bu gün dini sosial təsisat kimi öyrənmək, onun cəmiyyətdə yeri və rolunu,
yaranması, fəaliyyəti və inkişafının sosial təsisatlarla qarşılıqlı əlaqəsini araşdırmaq
xüsusi əhəmiyyət kəsb edir.
Dinin sosial mahiyyəti və təbiəti haqqında təlim onun sosioloji nəzəriyyəsinin
əsasını təşkil edir (3; 4; 5). Bu nəzəriyyədə dinin sosial (sosial köklər müəyyən-
edicidir), qnoseoloji və psixoloji köklərindən bəhs olunur. Dinin sosial köklərinin
tədqiqi onun yaranma səbəblərini dərk etməyə kömək edir. Qnoseoloji köklər
dərketmə prosesində insan şüurunda dini təsəvvürlərin formalaşmasını, psixoloji
köklər isə dini şüurun insan psixikası ilə əlaqəsini əks etdirir. Dinin strukturu dini
şüur, dini fəaliyyət, dini təşkilatlar kimi komponentləri ehtiva edir.
Q.Lenski dini insan taleyini idarə edən sistem kimi səciyyələndirmişdir.
Dinin insana və cəmiyyətə təsiri tarixən müxtəlif cür şərh edilmişdir. Alman
filosofu F.Nitsşe xristianlığı yəhudilərin Avropaya qarşı ortaya atdığı zərərli bir
ideologiya hesab etmiş və onu insanları kölə halına salmaq üçün istifadə edilən bir
vasitə saymışdır.
Dini şüur ictimai şüurun spesifik forması olub, dini ideologiya və psixologiyanı
əhatə edir. Dini şüurun hər iki səviyyəsi (ideologiya və psixologiya) bir-birinə qar-
şılıqlı təsir göstərir. Dini psixologiya müəyyənedici rol oynayır və o, dini ideolo-
giyaya emosionallıq və istiqamət verir. Dini şüur ictimai şüurun digər formalarından
Vəsxanım Orucova
422
fərqlənir, fəaliyyət və inkişafın bir sıra qanunauyğunluqları ilə səciyyələnir. Dini şüur
müstəqil olub cəmiyyətin maddi bazisinin inkişaf səviyyəsi ilə müəyyənləşir.
«Dindanlıq» fövqəltəbii qüvvəyə inanan və səcdə edən insanların və ya sosial
qrupun müəyyən əlamətlərinin məcmusunu ifadə edir. Dindarlığın dərəcəsi, səviyyəsi
və xarakterini müəyyənləşdirmək üçün dini şüur, dini davranış, dini münasibətlərin
müxtəlif göstəricilərindən istifadə edilir. Dindarlığın dərəcəsi dinin insana, sosial
qrupa təsirini, dindarlığın səviyyəsi müəyyən ərazidə dindar və dindar olmayan
əhalinin münasibətini, dindarlığın xarakteri isə bu və ya digər sosial qrupun dindarlıq
cəhətdən fərqini və spesifikliyini aydınlaşdırır. Sosioloji tədqiqatlar göstərir ki,
müxtəlif sosial qruplara məxsus əmək qabiliyyətli əhalinin dini fəaliyyətdə iştirakı
kənd əhalisi və İslamın geniş yayıldığı xalqlarda həmişə yüksək olmuşdur.
Teoloqlar dini təsəvvürlərin həqiqiliyini əsaslandırmağa səy göstərir, onları
təkcə idrakla deyil, həm də digər elmlərin göstəriciləri ilə üzvi şəkildə əlaqə-
ləndirməyə çalışırlar. Müasir teoloqların fikrincə, o adam şəxsiyyət hesab olunur ki,
o, insan ləyaqətini, onun cəmiyyətlə sağlam əlaqəsini müdafiə edir və möhkəmlədir.
Fövqəlmilli səmavi din olan xristianlıqda əsas ideya insanın günaha batması və nicat
tapmasıdır. Xristianlığın məqsədi dünyanı dəyişdirmək deyil, insan ruhunu xilas
etməkdir. Mənəvi həyatı maddi dünyadan, kilsə hakimiyyətini dünyəvi hakimiy-
yətdən ayırmaq ideyası ona məxsusdur.
Yeni ictimai şəraitdə teologiya öz yerini tapmağa, dini idealları müasir cəmiy-
yətin idealları ilə eyniləşdirməyə cəhd göstərir. Dini şüur dini fəaliyyətdə (ibadət və
ibadətdənkənar formada) təzahür edir. İbadət xüsusi hərəkət sistemidir ki, onun
vasitəsilə insanlar fövqəltəbii qüvvəyə təsir göstərməyə çalışırlar. İlahi qüvvəyə inam
ona səcdədən ayrılmazdır. Dini ibadət dini etiqadı həyata keçirmək səyidir. İbadət
bütün inkişaf etmiş dinlər üçün səciyyəvidir və onun müxtəlif formaları mövcuddur:
dini ayinlər, qurban kəsmə, dua oxuma, dini bayramlar.
Dini şüur dini obrazları və təsəvvürləri dini ideologiya səviyyəsində formalaş-
dırır, müdafiə edir və inkişaf etdirir.
İbadətdənkənar fəaliyyət mənəvi və praktik sahələrdə həyata keçirilir (dini ide-
yaların yaradılması, ilahiyyata dair əsərlər). Praktik dini fəaliyyət ilahiyyat dərs-
lərinin tədrisini, dini təşkilat və təsisatların idarəetmə fəaliyyətini, dini təbliğatı
nəzərdə tutur.
Hələ sovet dövründə dindarların dini tələbatını ödəmək üçün 20 min məbəd
fəaliyyət göstərirdi (pravoslav kilsələri, məscidlər və s.). Ruhani hazırlamaq üçün
dini birliklər 18 tədris müəssisəsinə (o cümlədən 6 pravoslav akademiyası və semi-
nariyası, 2 katolik seminariyası, müsəlman akademiyası və mədrəsə, həmçinin 10-а
Dinin cəmiyyətdə yeri və rolu: dini ziddiyyətlər və onlarin sosial nəticələri
423
yaxın kişi və qadın monastırı) malik idi. Dini təşkilatlar müxtəlif dövri nəşrlər
(«Jurnal Moskovskoy patriarxii», «Pravoslavnıy vestnik», «Bratskiy vestnik»,
«Musulmane Sovetskoqo Vostoka» və s.) buraxırdılar. Dini cəmiyyətlərə kilsə
binalarından pulsuz istifadə etmək imkanı verilmişdi.
Son illər Bibliya, Quran, ilahiyyata dair əsərlər, kilsə təqvimləri təkrar nəşr
olunmuşdur. Əgər sovet dövründə Azərbaycanda 17 məscid var idisə, 2000-ci ilin
əvvəlində onların sayı 1200 olmuşdur. Halbuki bu dövrdə 3,5 milyondan çox
müsəlmanın yaşadığı Fransada 1500 məscid fəaliyyət göstərirdi.
Türkiyədə dinin tədrisinə əsrimizin əvvəlində başlanmışdır. 90-cı illərin orta-
larında bu ölkədə türk vətəndaşlarının hesabına 5 mindən çox Qurani Kərim məktəbi
fəaliyyət göstərmiş və 387 orta dini məktəb Maarif nazirliyinə tabe idi.
Tarixən dini təsisatlarda baş verən dəyişikliklərlə əlaqədar din ictimailəşmişdir.
Vaxtı ilə dində təzahür edən böhran halları onun öz funksiyalarını məhdud-
laşdırması, yerini itirməsi, kilsənin dövlətdən ayrılması, kilsə əmlakının dövlət
xeyrinə müsadirə edilməsi ilə bağlı olmuşdur. Dünyada baş verən qlobal sosial
dəyişikliklər bu prosesləri şərtləndirmişdir.
SSRİ-nin süqutundan sonra Azərbaycanda dinə maraq artmışdır. Din xadimləri
hazırlayan mədrəsələr açılmış, dövlət universitetində ilahiyyat fakültəsi yaradılmış,
köhnə məscidlər bərpa edilmiş, yeniləri tikilmiş, məscid və dini ziyarətlərə
gedənlərin sayı artmışdır. Digər tərəfdən bu gün müsəlman dövlətləri ölkəmizdə
dinin nüfuzunu artırmağa cəhd etsələr də, din dövlətin siyasi həyatına ciddi təsir
göstərən amilə çevrilməmişdir.
Hazırda dünyada 1,5 milyarda yaxın insan islam dininə etiqad edir.
Dünyada «islam yönlü» 52 dövlət mövcuddur ki, onlardan beşi «şəriət
qanunları» ilə idarə olunur.
İslamın təsir gücünün müxtəlif olması müsəlman dünyasının mürəkkəb, ziddiy-
yətli siyasi və sosial-iqtisadi strukturu, bu ölkələrdə yaşayan xalqların sosial inkişaf
səviyyəsi ilə bağlıdır.
İslam ən böyük dinlərdən biri və sonuncu dünya dinidir. İslamın siyasiləş-
dirilməsi, onun siyasi və hərbi həyata daxil edilməsi Qərb alimlərini çox narahat edir.
Fransanın «Lepoint» qəzeti bu münasibətlə yazır: «İslamın davamlılığı Qərbi şok
vəziyyətinə salmışdır» (1, s. 24-25).
A.Benniqsen İslamı insan cəmiyyətini məhvə aparan antihumanist bir din
adlandırır və onun ictimai tərəqqi ilə bir yerə sıxmadığını qeyd edir (2, s. 62).
Tarixən dinin cəmiyyətə təsiri müxtəlif olmuşdur. Siyasi təsir nəticəsində yeni
dövlətlər yaranmış (Ərəb xilafəti, Osmanlı imperiyası və s.) və ya məhv olmuşlar
Vəsxanım Orucova
424
(Sasanilər və Bizans imperiyası). Dinin xalqların öz varlığını qorumasında da
müəyyən rolu olmuşdur. Belə ki, bəzi tədqiqatçılar yəhudilərin öz mövcudluğunu
qoruyub saxlamasını və müstəqil dövlət qurmasını iudaizmlə əlaqəlandirirlər.
Dinin iqtisadi təsirini cəmiyyət həmişə hiss etmişdir. İslamda zəkat müsəlman
Şərqində kapitalizmin inkişafına mane olmuş, sələmçiliyin pislənməsi bank işini lən-
gitmişdir. Məsələn, Pakistanın federal şəriət məhkəməsi faizi islam qayda-qanun-
larına zidd elan etmiş və iqtisadiyyatla bağlı 20-dən çox qanunu yararsız saymışdır.
Qeyri-protestantlar kapital toplamağı hərisliklə əlaqələndirirlərsə, protestantlar
bunu Allaha minnətdarlıq və möminlik üçün vacib sayırlar.
Dinin mənəvi təsiri böyükdür. Din zülm, nifaq, ədavət, yalan və böhtana qarşı
çıxmaqla insanlara xeyirxahlıq, humanistlik, səbr və dözüm təlqin edir, onları
yaxınlaşdırrmaq, əməkdaşlığa sövq etmək məqsədi güdür, insanlar arasında ünsiyyət
körpüsü, əmin-amanlıq yaradır. Yersiz ərazi iddialarının, milli ayrı-seçkiliyin artdığı,
münaqişə və toqquşmaların vüsət aldığı bir şəraitdə din xadimlərinin sülhə, barışığa
çağırışı böyük əhəmiyyət kəsb edir.
Tarixən din xalqın mədəniyyətini özündə əks etdirmiş, onun adət və ənənələrini,
əxlaqını formalaşdırmışdır. Onun mədəniyyətə, xalqın adət və ənənələrinə nüfuz
etməsi insanların dini ibadətlərdə fəal iştirakını şərtləndirmişdir. Tolerantlıq yalnız
hüquqi və əxlaqi normalar çərçivəsində cəmiyyət üçün səmərəli ola bilər.
Dinin qorunması və nəsildən-nəslə keçməsində ailə böyük rol oynayır. Müşahi-
dələr göstərir ki, dindarların əksəriyyəti ailədəki mövcud ənənəyə uyğun dindar
olurlar.
Təbii ki, əsrlərlə davam edən ehkamçılıq yeni nəsillərin düşüncəsi və mənəviy-
yatına öz təsirini göstərmişdir.
Dinin müxtəlif inkişaf mərhələlərində dini qrup və təşkilatların xarakteri və yeri
dəyişikliyə uğrayır. Belə qruplar birləşərək dini təşkilatlar (kilsə, sekta, denomi-
nasiya) əmələ gətirir.
Bu gün dini zəmində formalaşan beynəlxalq təşkilatlarla (İslam Əməkdaşlıq
Təşkilatı, İslam liqası, Ümumdünya Kilsə Şurası, Ümumdünya Buddist Qardaşlığı,
Ümumdünya Sionist təşkilatı və s.) yanaşı dini ideologiyaya əsaslanan siyasi parti-
yalar (islam, xristian, buddist və s.) da fəaliyyət göstərir. Müxtəlif institutlar dinin
siyasətə təsirini öyrənir.
Dinin cəmiyyətə təsirinin zəifləməsi nəticəsində dini səciyyə daşımayan qruplar
yaranır. Dini təşkilat şəriətin və ibadətin məzmunu ilə müəyyənləşir.
Kilsə dini etikanı və dini fəaliyyəti müəyyənləşdirən, vahid inam simvoluna
əsaslanan dini təşkilatdır. Sekta bu və ya digər kilsəyə və ya müəyyən dini istiqamətə
Dinin cəmiyyətdə yeri və rolu: dini ziddiyyətlər və onlarin sosial nəticələri
425
münasibətdə müxalifət kimi meydana gəlir. Sektada mənəvi təkmilləşməyə cəhd
göstərmək meyli güclüdür. Onun üzvləri bərabər olub, mövcud normalara ciddi əməl
edirlər. Denominasiya dini plüralizmin yayılması nəticəsində meydana gələn
təşkilatın müasir növüdür.
Din insanların təbii və ictimai qüvvələrin qarşısında acizliyini yüngülləşdirmək
məqsədilə meydana gəlmişdir. Din həm də dünyagörüşü funksiyasını yerinə yetirir.
Onun mahiyyəti gerçəkliyin fantastik inikasında, fövqəltəbii qüvvələrin və varlığın
real mövcudluğunu qəbul etməsində ifadəsini tapır. Nizamlayıcı funksiya insanların
davranışını tənzimləyən sərvət və normaların müəyyən sistemini yaradarkən təzahür
edir. Kommunikativ funksiya ibadət prosesində ünsiyyət zamanı həyata keçirilir.
Sekulyarlaşma problemi hazırda xüsusi əhəmiyyət kəsb edir. İlk dövrlərdə bu
termin kilsə və monastır mülkiyyətinin dövlət xeyrinə müsadirə edilməsini ifadə
edirdisə, hazırda o, insanın və cəmiyyətin dini təsirlərdən azad edilməsi prosesini əks
etdirir. Məhz bu proses nəticəsində kilsənin sərvət və normaların yeganə mənbəyi
olması məsələsi tədricən öz əhəmiyyətini itirir. Bu isə «dini plüralizm»in yaran-
masına səbəb olur. Sekulyarlaşma gizli və açıq formada təzahür edir. İctimai qrup və
fərdi şüurun sekulyarlaşması prosesində bir-birilə qarşılıqlı əlaqədə olan üç
istiqamətə diqqət yetirmək lazımdır:
1. Sekulyarlaşma (tənqidi) ənənəvi dinlərin (pravoslav, katolik, protestant,
islam) struktur elementlərində baş verən böhran hallarını səciyyələndirir. Dini şüurda
baş verən dəyişikliklər dini ideologiyanın təsirinin azalması ilə əlaqədardır. Bu
istiqamətin mühüm cəhəti şəriətin modernləşdirilməsidir.
2. İkinci istiqamət (pozitiv) ictimai və fərdi şüurda elmi-ateist dünyagörüşünün
elementlərinin qərarlaşması ilə səciyyələnir. Ateist dünyagörüşünün yaranması mü-
rəkkəb prosesdir. Dinlə əlaqənin pozulması heç də həmişə cəmiyyətin ateistləşməsinə
dəlalət etmir.
3. Üçüncü istiqamət (ateist) dini laqeydliyin artması ilə bağlıdır. O həm dinin,
həm də ateizmin problemlərinə etinasız münasibət bəsləyir, dini laqeydlik əhalinin
dindar hissəsinin dindən uzaqlaşmasına səbəb olur. Bu, keçən əsrin 20-30-cu illəri
üçün səciyyəvi olmuşdur. Laqeydlik əhalinin ateistləşməsi prosesini ləngidir, sekul-
yarlaşmanın inkişafına mane olur.
Etiqadın qeyri-ənənəvi formaları azad fikirliliklə bağlıdır. Bu təlimlər rəngarəng
olduğu üçün kosmopolit səciyyə daşıyır. Plüralizm özündə pozitiv və praqmatik
cəhətləri ehtiva edir. Bununla yanaşı plüralizm cəmiyyət həyatında xaos, qarşıdurma
və anarxiya da yarada bilər. Bu gün tolerantlıq müasir dövrün səciyyəvi cəhəti, sosial
ədalətin və siyasi azadlığın mühüm əlamətidir. Dini tolerantlıq nəticəsində qeyri-
Vəsxanım Orucova
426
ənənəvi dinlərin sosial funksiyası intensivləşmiş, emosional-psixoloji funksiyalarının
rolu güclənmişdir.
Bu gün vahabizmin dünyanın müxtəlif regionlarında, o cümlədən Qafqazda,
Azərbaycanda yayılması müəyyən narahatlıq doğurur, dövlət üçün təhlükə yaradır.
Cəmiyyətin həyat fəaliyyətinin bütün sahələrinin demokratikləşdirilməsi döv-
lətlə dini təşkilatlar arasındakı qarşılıqlı münasibətlərə də toxunmuşdur. Kilsənin
dövlətdən ayrılması (kilsənin siyasi hakimiyyətdən məhrum edilməsi) kilsənin
cəmiyyətdən ayrılmasını göstərmir. Kilsə və din müəyyən sosial funksiyalar yerinə
yetirən sosial təsisat kimi fəaliyyət göstərir. Dövlətlə kilsənin qarşılıqlı münasi-
bətlərinin demokratik cəhəti siyasi birliyə, bir-birinin işlərinə müdaxilə etməməyə,
ideoloji barışığa əsaslanır. Avqustin kilsə hakimiyyətini mahiyyətinə görə dünyəvi
hakimiyyətdən üstün saymış, onların bir-birinin işinə müdaxiləsini təhlükəli hesab
etmişdir. Dövlətin bu prinsiplərə riayət etməməsi «dövlət tərəfindən ateistləşmə»yə,
kilsə tərəfindən riayət olunmaması isə klerikalizmin inkişafına səbəb olur. Kleri-
kalizm sosial təsisat olan kilsənin ideologiyası və sosial-siyasi praktikasıdır. O, cə-
miyyətin siyasi və mənəvi həyatında dinin rolunu və kilsənin mövqeyini möhkəm-
ləndirməyə yönəlmişdir. Dövlət siyasətinə münasibətdə klerikalizm 2 müxtəlif
istiqamətə ayrılır. Birinci istiqamətə ekstremist əhval-ruhiyyəli dini biliklər aiddir ki,
onların tələbləri və fəaliyyəti ibadət haqqında qanunvericilikdən kənara çıxır. İkinci
istiqamətin inkişafı demokratiya və aşkarlığın, fikir plüralizminin inkişafı nəticəsində
mümkün olmuşdur.
Bu gün narahatlıq doğuran məsələlərdən biri dindən siyasi alət, terrorçuluq
vasitəsi kimi istifadə etmək, İslamı terrorçuluq vasitəsi kimi istifadə etmək, İslamı
terrorçuluqla eyniləşdirmək cəhdidir. Bu, İslam və Xristian dünyası arasında müna-
sibətləri gərginləşdirir, dinlərarası dialoqu çətinləşdirir və dini zəmində münaqişələri
artırır. Odur ki, belə neqativ hallara qarşı mübarizədə kollektiv səylərdən istifadə
olunmalıdır.
Din azadlığı istənilən dini qəbul etməyi və ona ibadət etməyi nəzərdə tutur.
Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunur ki, «heç kəs öz fikir və
əqidəsindən dönməyə məcbur edilə bilməz», «hər kəsin dinə münasibətini müstəqil
müəyyənləşdirmək», «hər hansı dinə tək və ya başqaları ilə birlikdə etiqad etmək»,
«dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var». Lakin «dini
etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır» (47-48-ci maddələr).
Dinin cəmiyyətdə yeri və rolu: dini ziddiyyətlər və onlarin sosial nəticələri
427
ƏDƏBİYYAT
1.
«Leopoint», 1989, №895, p. 24-25.
2.
Bennigsen A., Broup M. The Islamic thread to the Soviet State. London, 1983,
p. 62.
3.
Кравченко А.И. Основы социологии. М., 2006.
4.
Фролов С.С. Социология. М., 2002.
5.
Əfəndiyev M. Sosiologiya. Bakı, 2009.
6.
Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 2009.
7.
Абасов А. Социокультурные проблемы современности. Баку, 2006.
Vəsxanım Orucova
428
Dinin cəmiyyətdə yeri və rolu:
dini ziddiyyətlər və onların sosial nəticələri
XÜLASƏ
Məqalədə dinin cəmiyyətdə yeri və roluna, dini şüurun səviyyələri və dini
fəaliyyətin növlərinə diqqət yetirilmiş, dini ziddiyyətlərin təzahür formaları, onların
doğurduğu fəsadlar, dini münaqişələrin səbəbləri, dini tolerantlığın mahiyyəti
nəzərdən keçirilmişdir.
Dostları ilə paylaş: |