Kitab Azərbaycanın kənd təsərrüfatının inkişafında və təşəkkül tapmasında misilsiz



Yüklə 7,66 Mb.
Pdf görüntüsü
səhifə63/77
tarix29.11.2016
ölçüsü7,66 Mb.
#453
1   ...   59   60   61   62   63   64   65   66   ...   77

Amerika Birl

əşmiş Ştatlarının kənd təsərrüfatı 

 

Ərazisi 9,4 milyon km

2



əhalisi 310,0 milyon nəfərdir,  1  km



2

-

ə  31 nəfər 



düşür. Ümumi daxili məhsul istehsalı 15040,0 milyard ABŞ dolları təşkil edir, hər 

n

əfərə 48 517 ABŞ dolları  məhsul istehsal edilir. 



Birl

əşmiş  Ştatların  hökumətinin kənd təsərrüfatı  siyasəti bütöv bir 

qanunvericilik  aktları  sistemi  ilə  müəyyən edilir.  Hər dörd ildən bir  Konqres 

müzakir


ə edərək əsas “Fermerlik haqqında Qanun”u qəbul edir. Buna əlavə olaraq, 

k

ənd təsərrüfatının  bir  çox  aspektləri, digər fəaliyyət sahələrini idarə  edən 



qanunvericilik aktlarının əlavə nəticələri kimi formalaşır. Məsələn, Vergi haqqında 

qanunlar  bu v

ə ya digər kənd təsərrüfatı sahələrinə fərdi vəsaitin cəlb edilməsinə 

şərait yaradır. 

 

ABŞ-da kənd təsərrüfatı  məhsulların  qiymətləri  tez-tez dəyişir. Bu  aşağı 



düşmənin  əsas səbəbi  məhsulların  həddindən  artıq  istehsal  olunmasıdır.  Buna 

əsaslanaraq, hökumət fermerləri  şumlanmış torpaq sahələrini  məhdudlaşdırmağa 

h

əvəsləndirir.  Bu  yanaşma,  öz  torpaqlarının  bir  hissəsini müvəqqəti olaraq 



şumlamasının  dayandırılmasına  razılaşan  fermerlər üçün xüsusi subsidiyalar 

n

əzərdə  tutan  Yeni  İstiqamətin  əsas  qanunvericilik  aktlarından  biri  olan,  Kənd 



T

əsərrüfatı İstehsalının Tənzim Edilməsi haqqında Qanununun 1993-cü ildə qəbul 

edilm

əsi ilə daxil edilmişdir. 



Hökum

ət subsidiyalar vasitəsilə müəyyən əsas məhsulların sabit qiymətlərini 

t

əmin edir.  Belə  sistemin  işləməsinə  bir misal: Konqres, məsələn, məhsulun 



qiym

ətini  təxmini qeyd etməkdən ötrü  bir  buşel  (1  buşel –  35,2  litr)  qarğıdalıya 

2.55 dollar  qiym

ət müəyyənləşdirir.  Əkinin məhdudlaşdırılmasına  razılıq  verən 

qarğıdalı istehsalçıları hökumətə icarəyə verilmiş bir buşel dənə görə, 2.55 dollar 

borc ala bil

ər. Onlar praktiki olaraq öz məhsulunu alınmış borc yerinə hökumətə 

girov qoyurlar. 

Əgər qarğıdalı qiymətdə 2.55 dollardan yüksək olarsa, fermerlər öz 

m

əhsulunu geri istəyə  bilər və  azad bazarda sataraq borcu qaytara bilər. Borcun 



m

əbləğindən  artıq  ödənilən  vəsait fermerə  qalır.  Əgər  qarğıdalıya  qiymət 2.55 

dollardan aşağı olarsa, fermerlər alınmış borca görə ödəmədən imtina edə bilərlər, 

bu halda heç bir c

ərimə tətbiq olunmur. Hökumət yalnız qarğıdalı məhsulunu öz 

mülkiyy


ətinə  çevirir və  məhsulu  ya  saxlayır  ya  da  zərərinə  satır.  Qiymətlərin 

sabitliyi üçün öd

ənilən subsidiya məbləğlərinin yuxarı həddinin hüdudu yoxdur. 

Fermerl


ərin gəlirlərinin artırılmasına birbaşa müdaxilə edilmə forması olan 

kompensasiya öd

ənişləri, borcun sabitləşdirilən qiymətlərindən daha əhəmiyyətli 

rol oynayır. Konqres  müxtəlif bitkilərə “planlı qiymətlər” müəyyənləşdirir. Yenə 

d

ə, güzəştlərin  alınması  üçün  fermerlər  öz  torpaqlarının  bir  hissəsini istifadədən 



çıxarmalıdı.  Əgər  fermerlərin məhsula görə  aldıqları  bazar  qiyməti  

planl


aşdırılandan aşağı olarsa, fərqi hökumət ödəyir. Kompensasiya ödənişləri bir 

il üçün 50 000 dollarla m

əhdudlaşdırılır. 

Qiym


ətlərin və  kompensasiya ödənişlərinin  dərəcəsinin təminatı  siyasəti 

yalnız    dənlilər,  ət-süd məhsulları  və  pambıq  kimi  əsas məhsullara  şamil  edilir. 

Qalan bir çox m

əhsullar dövlət subsidiyasına aid edilmir. 

Borcun v

ə  kreditlərin  alınmasını  fermerlər  həmişə  öz fəaliyyətlərinin  əsas 

problemi hesab edirdil

ər. Bu gün fermerlərin fərdi, kooperativ və dövlətin maliyyə 



2

 

 



 

 

m



ənbələrindən  kreditləşmə  şəbəkəsinə  çıxışları  var.  Bu  şəbəkənin  əsas tərkib 

hiss


əsi fermerlərin kreditləşdirilməsi üzrə  üç bank qrupundan  ibarət Federal 

sistemidir. Bank qruplarından hər birinə spesifik funksiyalar verilmişdir: daşınmaz 

əmlakın  əldə  edilməsinin kreditləşdirilməsi, kənd təsərrüfatı  avadanlığının 

alınmasının  və  ailə  fondunun kreditləşdirilməsi və  kooperativlərin 

kreditl

əşdirilməsi. Ölkə  12  zonaya  bölünmüşdür,  onların  hər birində,  yuxarıda 



qeyd edil

ən fəaliyyət  sferaların  kreditləşdirilməsi üçün federal bank fəaliyyət 

göst

ərir. Fermerlər üçün kredit mənbələrindən biri də Yerli Fermaların İşləri üzrə 



İdarədir, özlüyündə  əgər müraciət etmək üçün  yer  qalmayıbsa  bu  bir “kredit 

sığınacağıdır”. 

Bir sıra federal proqramlar torpaqların konservasiyasının stimullaşdırılması 

üçün n


əzərdə  tutulmuşdur.  Belə  proqramların  birinin  çərçivəsində, məsələn, 

torpağın  eroziyaya  uğraması  təhlükəsinin  azaldılması  üçün istifadə  edilməyən 

torpaqlar

ın  otlar və  paxlalılar  ilə  birlikdə  əkilməsi  zamanı  xərclərin bir hissəsini 

hökum

ət ödəyir.  



B

ənd və  irriqasiya  kanallarının  federal  sistemi  16  qərb  ştatın  fermerlərinə 

subsidiya qiym

ətləri ilə su təchizatını təmin edir. Subsidiyalı suvarılma pambığın 

ölk

ədə ümumi məhsulunun 18 faizinin, arpanın 14 faizinin, düyünün 12 faizinin və 



buğdanın 3 faizinin becəriməsinə imkan verir. 

K

ənd təsərrüfatı  üzrə  geniş  hökumət  proqramları  illər  ərzində  fermerlərə 



d

əstəyin möhkəm  əsasını  yaratmışdır. Kənd təsərrüfatı  ştatlarını  təmsil edən 

konqresmenl

ər və senatorlar, mütəmadi olaraq, fermerlərin müxtəlif maraqlarının 

öd

ənilməsinə  yönəldilmiş  proqramların  Senat  tərəfindən bəyənilməsinə  nail 



olurlar. Lakin, bu proqramlar b

əzən tənqidlərə də məruz qalırlar. Qismən də ona 

gör

ə ki, onların opponentlərinin iddialarına görə,  müxtəlif proqramlar tez-tez bir 



biri  il

ə  ziddiyyət təşkil  edir. Məsələn, hökumət bəzi fermerlərə  torpaqların  bir 

hiss

əsini  istehsalatdan  çıxarılmasına  ödəniş  edirlər və  eyni  zamanda  başqa 



torpaqların şumlanmasına və becərilməsinə vergi güzəştləri təqdim edirlər. 

Orta Q


ərbin bəzi rayonlarında şosse boyu plakatlar səyyahlara xatırladırlar 

ki, “Bir fermer 75 insanı doydurur”. Təbiətin səxavətliyinin, texnikanın, gübrələrin 

v

ə  kimyəvi  preparatların  bacarıqlı  istifadəsi,  Amerika fermerinə  bol və  ucuz 



m

əhsulun istehsalında faydası böyükdür. Soya paxlalılarının və qarğıdalının dünya 

istehsalının yarısı, pambığın, buğdanın, tütünün və bitki yağlarının isə 10-25 faizi 

is

ə ABŞ-ın payına düşür. 



ABŞ-ın  kənd təsərrüfatı  bütün  parametrlər üzrə  özü böyük bir biznesdir. 

H

ətta xüsusi bir termin də yaranıb – “aqrobiznes”, - Amerika iqtisadiyyatında kənd 



t

əsərrüfatı  istehsalı  nəhəng çəkiyə  malikdir.  Bu  termin  altında  fərdi  fermerdən 

tutmuş  kimyəvi  preparatların  istehsalçısı  -  multimilli konsernədək bütöv 

aqros


ənaye kompleksi  nəzərdə  tutulur. Aqrobiznesə  fermer kooperativləri, kənd 

bankları,  kənd təsərrüfatı  məhsullarının  nəqliyyatçıları,  istehlak  mallarının 

satıcıları, kənd təsərrüfatı avadanlıqlarının istehsalçıları, qida emalı sənayesi, ərzaq 

m

əhsulları dükanları və digər müəssisələr daxildir. 



Amerika fermerinin m

əhsulunun maya dəyərinin  aşağı  olmasından  həm 

yerli, h

əm də  xarici istehlakçılar  qazanırlar.  Digər  inkişaf  etmiş  xarici ölkələrin 



3

 

 



 

 

əhalisinə  nisbətən,  Amerikalılara  ərzaq məhsulları  daha  ucuz  başa gəlir. Hətta 



ABŞ-ın  əkin sahələrinin  üçdə  bir hissəsi,  xüsusi  olaraq  –  Avropaya, Asiyaya, 

Afrikaya, Latın Amerikasına ixrac üçün səpilir. 

Ümumiyy

ətlə  Amerika fermerlərinin  həyat səviyyəsi yüksəkdir. Fermer 



ail

əsinin gəliri, orta hesabla, şəhər ailəsinin gəlirinin dörddə üç hissəsini təşkil edir. 

Lakin, fermerl

ərin məişət xərclərinin aşağı olmasına görə, onların həyat səviyyəsi 

orta milli s

əviyyəyə yaxındır. 

Amerikada  k

ənd təsərrüfatının ən güclü tərəflərindən biri də fermerin yeni 

texnologiyalara h

əssaslığıdır.  Kompüterlər  –  uzun  müddətli  ixtiralar silsiləsində 

istehsal

ın  inkişaf  etdirilməsində  və  məhsulun maya dəyərinin  aşağı  düşməsində 

fermerl

ərə dayaq olan sadəcə ən yeni vasitədir. Lakin, fermerlər novator olduqları 



q

ədər də,  ənənəni  qoruyandırlar.  Onlara  dərin konservativ  və  ənənələrə  hörmət 

xasdır  və  bunun sayəsində  bütün surətli dəyişikliklər  zamanı  kənd  icmaları 

stabilliyi qoruyurlar. 

Bununla yanaşı Amerika kənd təsərrüfatının həm də enmə dövrünün inkişaf 

dövrü il


ə  əvəzlənməsini  yaşamalı  olurlar,  bəzi kənd təsərrüfatının  idarə  edilməsi 

metodları isə ətraf mühitin vəziyyəti və digər problemlər narahatlıq hissi törədir. 

K

ənd təsərrüfatı məhsullarının artıqlığı və qiymətlərin aşağı olması bir çox 



fermerl

ər üçün  gəlirin götürülməsində  çətinlik  yaradır.  Onların  əldə  etdikləri 

m

əhsulların  -  texnika, gübrə,  pestisidlərin  qiyməti isə  onların  məhsuldan  əldə 



etdikl

əri gəlirdən daha tez artır. Bankların kredit faizlərinin yüksəkliyi, həmçinin 

onların qayğılarını artırır. 

Amerikalı  fermer  yalnız  böyük  dəyişikliklər gözləyir. Hal-hazırda  dövlət, 

akademiyada, f

ərdi  laboratoriyalarda  aparılan  tədqiqatların  və  ixtiralara  dair 

proqramları son illər qarşıda duran tendensiyaların inkişafına ümid yaradır. Bir çox 

yenilikl


ər müzakirə  edilir. Məsələn:  “çevirməsiz”  metod,  bu metodla yeni 

s

əpiləcək toxumlar,  torpaq  qatının  kotanla  çevirilmədən bilavasitə, məhsulu 



yığılmış  il  tarlaya  səpilir.  “Çevirməsiz”  metod bir çox hallarda alaq otları  ilə 

mübariz


ədə  kimyəvi maddələrin istifadəsinə  əsaslanır  və  buna görə  də  pislənilir. 

Bununla bel

ə, o  torpaqların  eroziyaya  uğramasını,  əmək və  yanacaq xərclərinin 

azalmasına şərait yaradır, bu səbəbdən bir çox torpaq sahibləri bu metoda əl atır. 

B

əzi  digər yeniliklər,  yəni biologiya elminin nailiyyətlərini praktiki olaraq 



t

ətbiq etməklə biotexnologiyaya əsaslanır. Bəzi şirkətlər yeni müəyyənləşdirilmiş 

bitki v

ə  heyvanların  yeni növlərinin  yetişdirilməsi  ilə  gen mühəndisliyi 



metodlarının istifadəsində fəal iştirak edirlər. 

ABŞ  taxılın  ən iri netto-ixrac ilə  məşğuldur.  Bundan  əlavə,  ABŞ-ın  əkin 

sah

ələrinin üçdə  bir hissəsi xüsusi ilə  ixrac üçün səpilir. Kənd təsərrüfatı 



m

əhsullarının  idxalı  isə  daha  azdır,  bu  halda  da  sözü  gedən ticarət sahəsində 

müvafiq üstünlük t

əşkil edir. 

Ölk

ənin  geniş  sahəsinin və  təbiətin  bəxşeyişi  sayəsində  Amerikanın  kənd 



t

əsərrüfatı, dünyanın heç bir yerində olmadığı qədər, sərfəliliyi və müxtəlifliyi ilə 

seçilir.  Əsas  rolu  ölkənin fermerləri  oynayırlar.  Amerikalılara  ərzaq məhsulları 

daha ucuz başa gəlir, nəinki bir çox inkişaf etmiş xarici ölkələrin əhalisinə. Ona 

gör

ə  də  amerikalı  fermerlərin həyat səviyyəsi ümumilikdə  yüksəkdir. Becərilən 



4

 

 



 

 

torpaqlar, c



əmənliklər, otlaqlar ABŞ-ın ərazisinin ½ hissəsini əhatə edir. Ölkə çox 

yük  taxılçılıq  təsərrüfatına  malikdir  (taxıl  yığımına  görə  Çindən sonra ikinci 



yerd

ədir). 


Dünya bazarında ABŞ  qarğıdalı və buğdanın əsas ixracçısı kimi çıxış edir. 

ABŞ qarğıdalı istehsalçısı kimi liderliyi saxlayır, onun yığımının çox hissəsi 

mal-qara  üçün yem

ə  gedir,  qalanı  sənayedə, son zamanlar isə  şəkərin 

əvəzedicisinin  istehsalında  istifadə  edilir.  Qarğıdalını  demək olar ki, hər yerdə 

bec


ərirlər,  əkin sahəsi 28,6-35,0  milyon  hektardır.  Məhsuldarlıq  9-10 ton/ha 

hüdudlarında dəyişir. ABŞ-da 267,5 - 331,2 milyon ton qarğıdalı istehsal edilir, bu 

da qarğıdalının dünya üzrə yığımının ½ hissəsini təşkil edir. 44,5-61,9 milyon ton 

ixrac edilir, çox hiss

əsi isə, 230,7 – 261,7 milyon ton daxili istehlaka sərf edilir. 0,3 

– 0,5 milyon tona q

ədər idxal edilir. Keçici ehtiyatlar 33,1 – 45,5 milyon ton. 

Buğda üzrə əkin sahəsi 18,9 – 22,6 milyon hektar təşkil edir. Hər hektardan 

orta hesabla 3 ton m

əhsul alınır. Beləliklə, təqribən 49,2 - 68,0 milyon ton  istehsal 

edilir. Bununla bel

ə, orta hesabla bir hissəsi ixrac edilir (24,7 – 34,4 milyon ton), 

dig

ər hissəsi daxili istehlaka sərf edilir, bu da 28,6 – 34,3 milyon ton təşkil edir. 



3,0 – 3,5 milyon ton idxal edilir. Keçici ehtiyatlar 8,3 – 17,9 milyon ton 

arasında 

d

əyişir. 


Yağlı,  lifli,  şəkərli  bitkilər, meyvə  və  tərəvəzlər  əhəmiyyətli  rol  oynayır. 

K

ənd təsərrüfatı  istehsalı  həcminə  görə  ABŞ  bir  çox  ölkələri üstələyir.  ABŞ-ın 



k

ənd təsərrüfatı təkcə yerli əhalini əsas ərzaq məhsulları və xammalla, bəzi tropik 

qurşağında (qəhvə, kakao, banan kimi) becərilənlər istisna olmaqla, təmin etməklə, 

eyni zamanda   xeyli  iqtisadi 

artım  verir.  ABŞ  –  dünyada ixrac edilən  kənd 

t

əsərrüfatı    məhsullarının  15%-ni verməklə  birinci yerdədir.  ABŞ-dan kənd 



t

əsərrüfatı  məhsullarının  çıxarılması,  onların  ölkəyə  gətirəlməsini bir neçə  dəfə 

üst

ələyir. Eyni zamanda kənd təsərrüfatının payı ölkədə çox olmasına baxmayaraq 



durmadan azalır: hal-hazırda o heç 3%-i belə təşkil etmir. Kənd təsərrüfatı ilə 4%-

d

ək iqtisadi aktiv əhali məşğuldur. 



Hal-

hazırda kənd təsərrüfatı ilə məşğul olan bir nəfər 50 nəfəri lazımi ərzaq 

m

əhsulları ilə təmin edir. Məhsulun istehsalına görə, kənd təsərrüfatında hər nəfər 



m

əşğul  olan  insana görə  ABŞ,  nəzərə  çarpacaq dərəcədə, Qərbi  Avropanın daha 

inkişaf etmiş ölkələrini üstələyir, eyni zamanda bir hektardan götürülən məhsula, 

bir in


əkdən  sağılan  südün  miqdarına  və  digər təsərrüfatların  intensiv  inkişafına 

gör


ə onlardan geri qalır. 

ABŞ-ın  torpaq  fondunda  olan  770  milyon  hektara  yaxın  olan  ərazinin 

(Alyaska istisna olmaqla), 

əkinə yararlı torpaqlar 20 faizini, çəmən və otlaqlar – 50 

faizd

ən çox və mal-qaranın otarılmasına istifadə edilməyən meşələr – 15 faiz təşkil 



edir. 

Ətlik  üçün  yetişdirilən  iribuynuzlu mal-qaranın  yerləşdirilməsi  yem 

baza

sının  xarakteri  ilə  müəyyən edilir. Cavan  heyvanların  yetişdirilməsi üçün 



qüvv

əli yemlərə ehtiyac yoxdur, buna görə də onlar əsasən çox vaxt geniş ərazili  

otlaqlarda  c

əmləşir.  Böyüdülmüş  cavan  heyvanlar  gələcək kökəldilmə  üçün 

qüvv

əli yemlərlə təmin edilmiş rayonlara yerləşdirilir. 



5

 

 



 

 

Quşçuluq  çox  inkişaf  etdirilmişdir.  Broyler  istehsalatı  Amerikanın  kənd 



t

əsərrüfatının  ən çox sənayeləşdirilmiş  sahəsi olmaqla,  istehsalatın  və  kapitalın 

t

əmərküzü xüsusilə böyük olan yerlərdə təşkil edilir. 



ABŞ-ın  kənd təsərrüfatının  inkişafı  onun məhsullarına  qeyri-sabit tələbatı 

şəraitində keçir, bu da mütamadi olaraq istehsalın məhdudlaşdırılması tədbirlərinə 

g

ətirib  çıxarır.  Demək olar ki, məhsulun 90  faizini, məhsulun  satışından  olan 



g

əlirin  yarıdan  çox  hissəsini  əldə  edən  ixtisaslaşdırılmış  fermalar  istehsal  edir. 

İstehsalatın  təşkilinin  və  təsərrüfatın  idarə  edilməsinin  yeni forma və  metodları, 

ixtisaslaşdırılmanın  gücləndirilməsi,  rayonlararası  əlaqələrin  inkişafı,  ixracın 

artırılması  kənd təsərrüfatının  coğrafiyasında  əsaslı  dəyişikliklərə  gətirib  çıxarır. 

Onun b


əzi sahələrində  inkişaf  arealı  ixtisar  edilir,  onların  daha  çox  gəlir  əldə 

etm


əyə şərait yaradan ərazilərdə cəmləşməsi baş verir. Əsasən, qarğıdalı və yulafın 

yığımının qarğıdalı qurşağında, buğda qurşağında - buğdanın yığımının payı artır. 

Yeni 

ərazilərə  iribuynuzlu mal-qaranın  kökəldilməsi, soya və  kalış  əkin  sahələri 



inkişaf etdirilir.  

Ölk


ənin mövcud olmasının birinci günlərindən kənd təsərrüfatı Amerikanın 

iqtisadiyyatında və mədəniyyətində hakim mövqe tutmuşdur. Şübhəsiz, fermerlər 

h

ər bir cəmiyyətdə mühüm rol oynayır, insanları qida məhsulları ilə təmin edirlər. 



Lakin, Birl

əşmiş  Ştatlarda  kənd təsərrüfatı  xüsusilə  yüksək qiymətləndirilir. 

Özünün  mövcudluğunun  lap  əvvəllərindən ölkə  fermerlərdə  iqtisadi səxavətin 

nümun


əsini  –  zəhmətsevərliyi, təşəbbüskarlığı,  sərbəstliyi görürdü. Kənd 

t

əsərrüfatından uzaqlaşmış insanlar, bir çox hallarda torpağı, asan alınan və satılan 



əmtəə malı kimi istifadə edirdilər, bu da zənginləşməyə yeni bir yol açdı. 

Amerika fermeri, bir qayda olaraq, qida m

əhsullarını  olduqca 

müv


əffəqiyyətlə istehsal edirdi. 

B

əzən fermerin müvəffəqiyyəti onun əsas problemini törədirdi: kənd 



t

əsərrüfatı  sektoru  vaxtaşırı  qiymətləri  aşağı  salan,  həddindən  artıq  istehsaldan 

əziyyət çəkirdi. Onlar, son dərəcə əlverişli təbii şəraitdə işləyirlər. Amerikanın Orta 

Q

ərbin  torpaqları  dünyada  ən  münbit  torpaqların  siyahısına  daxildir.  Ölkənin 



böyük 

ərazisində  yağıntıların  miqdarı  –  mülayimdən çoxadək:  yağıntıların 

olmadığı halda çaylar və yeraltı sular genişmiqyaslı suvarmanı təmin edir. Böyük 

kapital  qoyuluşları  və  ixtisaslaşdırılmış  işçi  qüvvəsindən  geniş  istifadə  edilməsi 

Amerikanın  kənd təsərrüfatının  uğuruna  öz  töhfəsini verdi. Bu günün  fermeri 

kabina


sı  kondisionerlə  təchiz  edilmişdir  və  bahalı  surətli  kotanlı  traktoru, 

kultivatoru, taxılbiçən maşını idarə edən görmək olar. Biotexnologiyalar vasitəsilə 

x

əstəliklərdən və  quraqlıqdan  qorxmayan toxumlar yaratmağa  şərait  yaratmışlar. 



Gübr

ələr və  pestisidlər  geniş  istifadə  olunur. Fermerin  fəaliyyətinə  kompüterlər 

n

əzarət edir, bitkilərin ən yaxşı əkin yerlərinin müəyyən edilməsində və torpağın 



gübr

ələnməsində  kosmik texnologiyalardan  istifadə  edilir.  Eyni zamanda 

t

ədqiqatçılar mütamadi olaraq,  yeni qida məhsulları və onların yaradılmasının yeni 



metodlarını işləyib hazırlayırlar. 

XIX 


əsrin  sonlarında  fermer  qruplarının  siyasi  uğurlarının  qeyri-sabit 

olmasına baxmayaraq, XX əsrin birinci iki onilliyi Amerika kənd təsərrüfatı üçün 

çiç

əklənmə  dövrü oldu. Tələbatın  artmasına  görə,  kənd təsərrüfatı  məhsullarına 



6

 

 



 

 

qiym



ətlər yüksəlmiş,  torpağın  qiyməti artmışdı.  Texniki  tərəqqi  əməyin 

s

əmərəliliyinin artmasına imkan yaratmağa davam edirdi. ABŞ-ın Kənd Təsərrüfatı 



Nazirliyi 

yeni texnikanın məhsulun artırılmasına necə təsir etməyə qadir olduğunu 

nümayiş etdirmək üçün nümunəvi fermalar yaradırdı. 

Amerikalı  fermerlər, XXI əsrə, qismən olsa da, XX əsrdə  rast gəldilkləri 

probleml

ərlə  üzləşdilər.  Onlardan  ən  əsası  həddindən  artıq  istehsaldır  (təkrar 

istehsal). Ölk

ənin  mövcud  olması  anından  arasıkəsilməyən kənd təsərrüfatı 

texnikasının,  toxumların,  gübrələrin,  suvarmanın  və  ziyanvericilərlə  mübarizənin 

yaxşılaşdırılması fermerlərin işinin effektivliyini artırırdı.  

S

ənaye müəssisələri gəlirin  artırılmasını  istehsalatın  genişləndirilməsi  və 



istehsalın effektivləşdirilməsi ilə əldə etdikləri kimi, amerikalı fermerlər birləşir və 

böyüyürdül

ər. Faktiki olaraq Amerikanın kənd təsərrüfatı aqrosənayeyə çevrildi – 

bu termin ABŞ-ın müasir iqtisadiyyatında bir çox kənd təsərrüfatı müəssisələrinin 

miqyaslı,  korporativ xarakterini  əks etdirir. Aqrosənayeyə  müxtəlif fermer 

şirkətləri və  strukturları  daxildir  (kiçik ailə  şirkətlərindən  tutmuş  iri 

konqlomeratlara v

ə ya iri torpaq sahələri olan və ya fermerlərin istifadə etdikləri 

ərzaq və vəsaitlərini istehsal edən beynəlxalq şirkətlərə qədər).  

Əkin sahəsi  122  milyon  hektardır,  onlardan  taxıl  üçün  50 milyon hektar 

(müv

əqqəti ehtiyata 20 milyon hektara yaxın çıxarılıb). 



ABŞ  yeganə  ölkədir ki, harada dövlətin  əsas  məqsədi  istehsalı  artırmaq 

deyil,  saxlamaqdır,  əkin sahələrini  artırmaq  deyil,  ixtisara  salmaqdır,  əkin 

sah

ələrini ödəyərək ehtiyatda  saxlamaqdır.  Ümumi  taxıl  yığımı  ildə  400 milyon 



tona yaxındır. 

Adambaşına  taxıl  istehsalına  görə  absolyut dünya rekorduna malikdir  – 

adambaşına 1600 kq yaxın (Aİ və Rusiya – 500 kq yaxın).  

Soya v


ə soya zülalı istehsalı dünya istehsalının yarısını təşkil edir. 

S

trateji  yağ  və  zülallı  bitkinin  yığımı  65  milyon  ton  olmaqla, dünya 



isteh

salının 50 faizinə bərabərdir. 

ABŞ-ın soya və soya zülallı bitkilərin istehsalında tam liderliyi əldə saxlayır.  

Amerika  soyasının  60  milyon  tonu  taxılın  200-300  milyon  ton  yığımına 

b

ərabərdir. 



Kartof – sah

ə vahidindən qida enerjisinin maksimum çıxışını təmin edən, ən 

enerji effektivli bitkidir. 

Əkinə  yararlı  torpaq  sahələrinin 0,3  faizindən, orta 

m

əhsuldarlığı 360 s/ha olmaqla, 20 milyon ton kartof yığılır. 



Amerika  - 

ət və  süd məhsullarının  ən ucuz və  kütləvi  istehsalı  ölkəsidir. 

Əsasən qar örtüyünün olmaması  mal-qaranı ilboyu bordaqsız metodla saxlamağa 

imkan  yaradır,  baxmayaraq  ki,  Ştatlardan  soya  şrotunu  (yemin  ətə  çevrilməsini 

maksimum t

əmin edən, əsas zülal əlavəsidir) alan Avropadan fərqli olaraq ABŞ-ın 

heyvandarlığı yemlə böyük ehtiyatlarla təmin edilmişdir. 

ABŞ-da ət və ət məhsullarının illik istehlakı  - adambaşına 100 kq (Rusiyada 

30-dan bir q

ədər çox), bu da nəzərə çarpacaq dərəcədə fizioloji optimumu artırır. 

Artıq qalanlar isə müəyyən istiqamətlərə yönəldilir. 


7

 

 



 

 

Mal 



əti – 11 milyon ton (adambaşına istehlak 30 kq yaxın), donuz əti – 7,7 

milyon ton (adambaşına istehsak - 30 kq), quş əti - əsasən broyler və hind toyuğu – 

14,6 milyon ton. 

Quş  ətinin ixracı  tez  artır  –  bu gün xüsusən  tanınmış,  faktiki  olaraq  quş 

ətinin tullantısı olan dondurulmuş toyuq budlarıdır. 

Süd  sağımı  –  ildə  70  milyon  tondan  yuxarıdır, bu da əhalinin  adambaşına 

277 litr t

əşkil edir.  İstehsalatın  həcmi  yalnız  daxili tələbat və ixrac imkanları ilə 

m

əhdudlaşır. 



Sabit maliyy

ələşdirmə  ilə  bir neçə  onilliklərlə  yaradılmış  Amerika  kənd 

t

əsərrüfatı yüksək infrastruktura malikdir. 



K

ənd təsərrüfatı texnikasına gəldikdə isə, kredit sistemin yardımı nəticəsində 

t

əkcə yeni texnikanın alınmasını, həm də təsərrüfatda köhnə, işlək vəziyyətdə olan 



motov

əsaitin  mühüm  qalığı  ilə  texnikanın  yığılmasını  stimullaşdıraraq  aqrar 

sektorun 

əlavə  dayanıqlı  ehtiyatına  çevrilir.  Belə  ki, hətta fövqəladə  hallarda da 

(kapital  qoyuluşunun  olmaması,  kənd təsərrüfatı  texnikasının  daxil  olmasının 

dayandırılması və s.), vəsait bazası olmadıqda belə istehsal həcminin bir neçə illər 

ərzində dayanıqlığına yardım etməyə imkan verir. 

Ərazisi 9,4 milyon km

2



əhalisi 310,0 milyon nəfərdir. ÜDM  15040,0 

milyard ABŞ dolları təşkil edir, hər nəfərə 48 517 ABŞ dolları məhsul istehsal 

edilir. Əkin sahəsi 28,6 – 35,0 milyon hektardır. Məhsuldarlıq 9 – 10 ton/hektar 

hüdudunda d

əyişir. 267,5 – 331,2 milyon ton qarğıdalı istehsal edilir ki, bu da 

dünya i

stehsalının yarısını təşkil edir. 18,9 – 22,6 milyon hektarda buğda əkilir 

v

ə orta hesabla 49,2 – 68,0 milyon ton məhsul istehsal edilir. 60 milyon ton soya 

istehsal edilir ki,  bu da 200 – 

300 milyon ton taxıla bərabərdir. 20 milyon ton 

kartof, 11 milyon ton mal 

əti, 7,7 milyon ton donuz əti, 14,6 milyon ton quş əti 

istehsal edilir, süd istehsalı 70,0 milyon tona bərabərdir. 


Yüklə 7,66 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin