Kitab Azərbaycanın kənd təsərrüfatının inkişafında və təşəkkül tapmasında misilsiz



Yüklə 7,66 Mb.
Pdf görüntüsü
səhifə64/77
tarix29.11.2016
ölçüsü7,66 Mb.
#453
1   ...   60   61   62   63   64   65   66   67   ...   77

Argentinanın kənd təsərrüfatı 

 

Ərazisi 2800,0 min km



2

, əhalisi 41,8 milyon nəfərdir. ÜDM 709,7 milyard 

ABŞ dolları təşkil edir, hər nəfərə 16 979 ABŞ dolları düşür. 

Argentina  materikd

ə və adalarda meridional istiqamətdə uzanmış dövlətdir. 

Relyefdə qərb sərhədi boyunca uzanan (Akonkaqua dağının yüksək nöqtəsi, 6960 

m)    yüksək  dağlar  (And  sisteminin  sahəsi)  və  şərq  sərhədi  düzənliklərlə 

(Pataqoniya yaylası, Laplat düzənliyi və Qran-Çako düzənliyi) seçilir. Ərazisinin 

geniş sahəsi və relyefin müxtəlifliyi sayəsində Argentina landşaftların geniş spektri 

i

lə  seçilir.  İqlimi  şimalda  tropikdən  cənubda  mülayimə  qədər  dəyişir.  Paytaxtı 



Buenos  – 

Ayres  (11,59  milyon  nəfər),  dövlət  quruluşu  –  federativ respublika, 

dövlətin başçısı – prezident, qanunverici orqan – iki palatalı Milli konqres (Senat 

və deputatlar Palatası), inzibati-ərazi bölgüsü – 23 əyalət və 1 federal dairə, rəsmi 

dili – ispan dilidir, pul vahidi pesodur. 

Argent


ina  iqtisadiyyatın  orta  səviyyəli  inkişafı  ilə  sənaye-aqrar  ölkəsidir. 

ÜDM-in12 

faizini kənd təsərrüfatı, 35,8 faizini sənaye, 53,7 faizini xidmət sahəsi 

təşkil edir. 

Bitkiçili

kdə  əsas  bitkisi buğdadır.  Burada  müxtəlif  yem  bitkiləri,  Paraqvay 

çayı,  günəbaxan,  zeytun istehsal edirlər.  Bağçılıq,  tərəvəzçilik  və  üzümçülük 

inkişaf etmişdir. Argentina inkişaf etmiş heyvandarlıq ölkəsidir. İribuynuzlu mal-

qaranın  və  qoyunların  sayı  daha çoxdur,  bundan  əlavə  burada  at  və  toyuq 

yetişdirirlər.  Argentina  balın  və  arıçılığın  digər  məhsullarının  istehsalına  görə 

aparıcı  yerlərdən  birindədir.  İxracın  yarıdan  çox  hissəsini  kənd  təsərrüfatı 

məhsulları təşkil edir, ilk növbədə ət, taxıl və un. Əsas xarici ticarət partnyorları 

Braziliya, Aİ ölkələri və ABŞ-dır. 

Argentina  Latın  Amerikası  ölkələri  arasında  daha  çox  inkişaf  etmiş 

ölkələrdən   biridir. Kənd təsərrüfatının inkişafı kənd təsərrüfatı maşınqayırmasının 

genişləndirilməsinə  şərait  yaratmışdır.  Kənd  təsərrüfatı  demək  olar  ki,  ərzaq  və 

sənaye  xammalında  olan  bütün  daxili  tələbatları  təmin  edir.  Təsərrüfatın  əsas 

sa

həsi  ət  sənayesi  müəssisələridir,  həmçinin  unüyüdən,  şərabçılıq  və  konserv 



sahələri  də  inkişaf  etmişdir.  Dənli  bitkilərin,  mal  ətinin,  yunun,  üzümün 

istehsalının  həcminə  görə  Latın  Amerikasında  birinci  yeri  tutur.  Ölkə  dünya 

bazarına  bir  çox  ərzaqların  və  kənd  təsərrüfatı  xammalının  ən  iri  ixracçısı  kimi 

qalır.  Son  illər  Argentinanın  kənd  təsərrüfatı  durğunluq  dövrünü  yaşayır,  bu  da 

xeyli  dərəcədə  əkinçilikdə  və  torpaq  istifadəsində  arxaik  sistemin  qorunub 

saxlanmasıdır.  Ölkəninəsas  kənd  təsərrüfatı  rayonu  Pamp  adlandırılan  çöllüklər 

zonasıdır. Məhz burada dənli bitkilərin , zeytunun və heyvandarlıq məhsullarının, 

xeyli hissəsi ixraca yönəldilən əmtəə istehsalında ixtisaslaşan, dünyada ən iri aqrar-

sənaye  komplekslərindən  biri  yaranmışdır.  İxracın  əsas  mal  mövqeləri  taxıl,  ət, 

yun,  şərab,  meyvə,  emal  sənayesinin  məhsullarından,idxalın  əsas  mal  mövqeləri 

maşınlar, avadanlıq, yanacaq və enerji stansiyaları üçün avadanlıqdan ibarətdir. 

Ölkənin  iqlim  şəraiti  onun  inkişafının  istiqamətlərini  müəyyən  edir. 

A

rgentinanın  müasir  kənd  təsərrüfatı  ənənəvi  olaraq  ölkənin  iqtisadiyyatında 



aparıcı mövqe tutur. Onun payına ÜDM-nin 12 faizi düşür. Təxminən 140 milyon 

hektar  ərazi  kənd  təsərrüfatı  təyinatlıdır,  lakin  onun  1/5  hissəsi  becərilir, qalan 



 

 



hissəsi  heyvanların  otarılması  üçün  istifadə  edilir.  Ölkə  əhalisinin  ərzaq 

məhsullarına olan tələbatını təmin edir və bununla yanaşı ərzaq məhsullarının iri 

ixracçısıdır. Daha fəal dənli və yağlı bitkilər istehsal edilir, onlar ölkənin icracının 

əsasını  təşkil  edir.  Son  on  ildə  Argentina  soyanın  istehsalına  və  ixracına  görə 

dünya  liderlərinin  ilk  üçlüyünə  daxildir.  Gen  mühəndisliyi  sayəsində  soya  bol 

məhsul  verir.  Argentinanın  kənd  təsərrüfatı  dənli  bitkilərin  becərilməsinə  böyük 

diqqət  yetirir,  onların  çox  hissəsi  ixrac  edilir.  Əkin  sahələrinin  böyük  hissəsində 

buğda becərilir. Buğda əsasən Pampda becərilir. Daha az sahələri arpa, çovdar və 

yulaf 

kimi bitkilər təşkil edir. Qida və yem qarğıdalısının ənənəvi sortları ölkənin 



bütün ərazisində uğurla istehsal edilir. İxracda dənlilərdən sonra ikinci yeri kətan 

və  günəbaxan  kimi  yağlı  bitkilər  təşkil  edir.  Hal-hazırda  Argentina texniki 

bitkilərin dünya ixracçılarının arasında lider mövqeyini saxlayır. 

Argentinanın  heyvandarlığına  təbii  şəraitin  sayəsində  ən  gözəl  otlaqlar 

məxsusdur.  İribuynuzlu mal-qaranın  ətlik  cinslərini  yetişdirən  əsas rayon Pamp 

hesab edilir, bura 

öz  çəmənləri  və  yemlik  otların  əkinlərilə  məşhurdur.  Geniş 

inkişaf etmiş heyvandarlıqla yanaşı emal sahələrini yüksək xammalla təchiz edir. 

Ət heyvandarlığından fərqli olaraq süd heyvandarlığı ölkənin iki əyalətində inkişaf 

etmişdir – Buenos-Ayres və Santa-Fedə. 

Qoyunçuluq  Argentinanın  ən  iri  istiqamətlərindən  biridir.  Qoyunların 

yet


işdirilməsilə  ölkənin hər yerində məşğul olurlar, lakin o daha çox Pataqoniyada 

və  Pampada  inkişaf  etmişdir.  Yunun  istehsalı  həcminə  görə  Argentina  dünyada 

Avstraliya və Yeni Zelandiyadan sonra üçüncü yerdədir. 

Argentina  Latın  Amerika  ölkələri  arasında  kənd  təsərrüfatının  nisbətən 

yüksək  səviyyəsilə,  kənd  təsərrüfatı  istehsalının  müxtəlif  strukturu  ilə  və  onun 

ÜDM-in 


dəyərində xüsusi çəkisilə (12 faiz) seçilir. 

Eyni  torpaqlarda  eyni  bitkilərin  uzun  müddət  becərilməsi  torpaqların 

məhsuldarlığının aşağı düşməsinə, otlaqların zəifləməsinə və eroziyanın artmasına 

gətirib  çıxarmışdır,  bu  da  torpaq  üçün  ən  ağır  haldır.  Argentinanın  bəzi 

rayonlarında  eroziya  o  qədər  yayılmışdır  ki,  artıq  torpaqların  bir  hissəsi  kənd 

təsərrüfatı  dövriyyəsindən  çıxarılmışdır.  Belə  hadisələr  bu  yerlərdən  kənd 

təsərrüfatı əhalisinin kütləvi  axınına səbəb  olur.  Ölkənin kənd təsərrüfatının əsas 

xarakteristikası  taxılın  və  ətin  əmtəə  istehsalında  ixtisaslaşmadır.  Bu  həm  xarici 

bazarın,  həm  də  bu  sahələrin  inkişafı  üçün  zəmin  yaratmış  təbii  mühitin  təsiri 

altında  əmələ  gəlmişdir.  Ölkənin  kənd  təsərrüfatında  aparıcı  rolu  heyvandarlıq 

oynayır.  Onun  əsas  sahəsi  əsasən  ət  istiqamətli  iribuynuzlu mal-qaranın 

yetişdirilməsidir.  Argentina  iribuynuzlu  mal-qaranın  sayına  görə  dünyada  birinci 

yerlərdən  birindədir.  İribuynuzlu mal-qaranın  yetişdirilməsinin  əsas  rayonu 

Pamp


dır.  Pampın  təbii  otlaqları  burada  onun  üçün  yaxşı  yem  bazası  yaradır. 

Yumşaq  və  rütubətli  iqlim  sayəsindəburanın  otlaqları  qida  maddələrinin  yüksək 

tərkibilə  seçilir.  Həmçinin  bu  rayonda  yemlik  otların  əsas  əkinləri  cəmləşmiş  və 

onların ən əsası qarayoncadır. 

Argentinanın  kənd  təsərrüfatında  əməyin  səmərəliliyi  aşağıdır,  xüsusilə  də 

süd  istehsalında.  Buna  görə  də  burada  süd  heyvandarlığı  böyük  rol  oynamır. 



 

 



Buenos–

Ayresin  ətrafında  və  Santa-Fe  əyalətinin  süd  heyvandarlığının  bir  neçə 

zonası yaranmışdır, çünki burada yaxşı və şirəli yemlər bitir.  

Argentinanın kənd təsərrüfatı bitkiçilikdə də əhəmiyyətli rol oynayır. Burada 

əsas  yeri  dənli  və  yağlı  bitkilər  kimi  ixrac  üçün  istehsal  edilən  ənənəvi  bitkilər 

tutur.  Dənli  bitkilərdən  əsas  yeri  buğdatutur, baxmayaraq ki,  onun  ixracına  görə 

Argentina  ABŞ,  Kanada,  Avstraliya  və  Fransadan  geridə  qalır.  Buğda  əsasən 

Pamp


da istehsal edilir, onun xaricində isə ona nadir hallarda rast gəlinir. İspanların 

ölkəyə gətirdiyi buğdadan fərqli olaraq, qarğıdalı yerli bitkidir və o burada praktiki 

olaraq hər  yerdə  yetişdirilir.  Argentinanın  kənd  təsərrüfatı qarğıdalını  həm  ərzaq 

qar


ğıdalısı  kimi,  həm  də  yemlik  qarğıdalı  kimi  yetişdirir.  Yulaf,  arpa  və  çovdar 

kimi  digər  dənli  bitkilərin  becərilməsi  ölkədə  həmçinin  böyük  əhəmiyyətə 

malikdir.  Bütün  bunların  sayəsində  Argentina  yem  taxılının  ən  iri  idxalçısıdır. 

Dənli bitkilərdən sonra məhsulun dəyərinə görə ikinci yerdə texniki bitkilərdir. Bu 

bitkilərin arasında günəbaxan və kətan kimi yağlı bitkilər fərqlənir. Bu bitkilərin 

ixracına görə Argentina dünyada ən qabaqcıl yerlərdən birindədir. 

Qida məhsullarının istehsalı ənənəvi olaraq iqtisadiyyatın əsas sahələrindən 

biridir (ÜDM-in 8 – 

9  faizi),  onun  nisbətən  yüksək  səviyyəsilə  Argentina  Latın 

Amerika


sı ölkələrinin arasında seçilir.  

Argentina soyanın istehsalına və ixracına görə Cənubi Amerikada ikinci və 

dünyada üçüncü yerdədir. Praktiki olaraq istehsal edilən soyanın 100 faizi transgen 

mənşəlidir.  Bundan  başqa,  soya  əkinləri  üçün  meşələrin  qırılması  ölkənin 

şimalında  meşəsizləşməyə  gətirib  çıxarmışdır.  Ölkənin  kənd  təsərrüfatında 

heyvandarlıq  aparıcı  rol  oynayır.  Ət  sənayesini  xammalla  təchiz  edən  maldarlıq 

xüsusilə  əhəmiyyətli  sektordur.  2010-cu  ildə  48  milyon  mal-qara mövcud idi 

(dünyada birinci yerlərdən biri), lakin son illər soyanın becərilməsi bu sahəni bir 

qədər azqiymətli torpaqlara keçirməyə məcbur olmuşdur. 

2009-


cu ildə süd istehsalı 10,1 milyon ton təşkil etmişdir və artmağa davam 

edir, bununla yanşı südün 20 faizi ixrac edilir. Lakin südçülük heyvandarları torpaq 

uğrunda  kənd  təsərrüfatı  bitkilərinin  istehsalçıları  ilə  rəqabət  aparmaq 

məcburiyyətindədir. Emal edilmiş südün təxminən 45 faizi pendir istehsalına gedir. 

Mal əti əhalinin qidalanması rasionunadaxildir. 2011-ci ildə 2,5 milyon ton 

ət istehsal edilmişdir (kəsilmiş çəkidə). Bununla yanaşı tərəvəzlərin və meyvələrin 

istehsalının böyük əhəmiyyəti var, onlar ixracın 3 faizini təşkil edir. Pataqoniyanın 

kənd  rayonlarında  alma  və  armud  istehsalı  üzrə  əhəmiyyətli  mərkəzlər  yerləşir, 

şimal-şərq  regionlarında  şəkər  çuğunduru,  sitrus  bitkiləri  və  tütün,  şərqdə 

heyvandarlıq inkişaf etdirilir. 

Ölkə əhalisi ərzaq məhsullarının istehlakına görə regionun digər ölkələrini, 

ətin istehlakına görə isə  inkişaf etmiş ölkələriüstələyir.  Argentina  ənənəvi olaraq 

taxıl  və  unun  dünya  istehsalçıları  və  ixracçılarının  arasında  aparıcı  ölkələrdən 

biridir, lakin qonşu Braziliyada ixracın ən iri bazarındakı dəyişikliklərdən asılıdır. 

Buğda üzrə əkin sahələri 4,2 – 6,8 milyon hektar təşkil edir. Məhsuldarlıq 

2,1  –  2,9 ton/ha-

dır. Buğdaistehsalı 9,5 – 16,3 milyon ton arasında dəyişir,ixracı 


 

 



4,3  –  11,8 milyon ton,ö

lkədaxili  istehlakı  isə  4,9  –  5,5 milyon tondur. Keçici 

ehtiyatlar 0,3 – 

1,5 milyon ton təşkil edir. 

Kənd  təsərrüfatı  istehsalında  qarğıdalının  xüsusi  əhəmiyyəti  var.  Əkin 

sahələri qarğıdalı üzrə 2,4 – 3,3 milyon hektar təşkil edir. Qarğıdalının hektardan 

m

əhsuldarlığı 5,5 – 8,0 ton,istehsalı 14, - 22,5 milyon ton, bunlardan 9,0 – 15,3 



milyon  ton  ixrac  edilir.  Ölkədaxili  istehlak  isə  4,1  –  7,5 milyon ton,keçici 

ehtiyatlar 0,2 – 

1,7 milyon ton təşkil edir. İdxalı isə cox azdır. 

Argentinanın  bitkiçiliyində  əhəmiyyətli  yeri  bağçılıq,  tərəvəzçilik  və 

üzümçülü

k tutur. Üzümün yığımına görə o dünya miqyasında seçilir, üzümlüklər 

əsasən  Andda  dağətəyi  quru  subtropik  rayonlardadır.  Argentinanın  iqlim  şəraiti 

müxtəlif  bağçılığın,çayarasında  və  ölkənin  qərbindəsubtropik  bitkilərin,  həm  də 

cənubi  Pampda  və  şimali  Pataqoniyada  meyvələrininkişafı  üçün  əlverişlidir. 

Tərəvəzçilik  iri  şəhərlərin  ətrafında  və  ilk  növbədə  Buenos-Ayres  yaxınlığında 

təbii təsərrüfatlardan və ayrı-ayrı tərəvəz növlərinin yetişdirilməsi üzrə onlar üçün 

daha əlverişli şəraiti olan rayonlardaixtisaslaşdırılmış təsərrüfatlaryaradılmışdır. 

Argentinanın  əhalisi  2002-ci  ildə  37,8  milyon  nəfər, 2003-cü  ildə  38,7 

milyon  nəfər,  2004-cü  ildə  39,1  milyon  nəfər,  2005-ci  ildə  39,5  milyon  nəfər, 

2006-

cı ildə 39,9 milyon nəfər, 2007-ci ildə 40,3 milyon nəfər, 2008-ci ildə 40,7 



milyon  nəfər,  2009-cu  ildə  40,9  milyon  nəfər,  2010-cu  ildə  41,3  milyon  nəfər, 

2011-


ci ildə 41,8 milyon nəfər təşkil etmişdir. 

ÜDM-


nin artım templəri 2002-ci ildə -10,9 faiz, 2003-cu ildə 9,0 faiz, 2004-

cü ildə 8,9 faiz, 2005-ci ildə 9,2 faiz, 2006-cı ildə 8,5 faiz, 2007-ci ildə 8,6 faiz, 

2008-

ci ildə 6,8 faiz, 2009-cu ildə 0,8 faiz, 2010-cu ildə 9,2 faiz, 2011-ci ildə 8,0 



faiz təşkil etmişdir.  

Real ÜDM-

in həcmi 2002-ci ildə 102,7 milyard ABŞ dolları,  2003-cü ildə 

129,5 milyard ABŞ dolları, 2004-cü ildə 153,0 milyard ABŞ dolları, 2005-ci ildə 

183,0 milyard ABŞ dolları, 2006-cı ildə 214,0 milyard ABŞ dolları, 2007-ci ildə 

262,1 mi


lyard ABŞ dolları, 2008-ci ildə 328,1 milyard ABŞ dolları, 2009-cu ildə 

310,4 milyard ABŞ dolları, 2010-cu ildə 370,0 milyard ABŞ dolları, 2011-ci ildə 

709,7 

milyard ABŞ dolları təşkil etmişdir.  



İşsizliyin  səviyyəsi  2002-ci  ildə  22,5  faiz,  2003-cü ildə  17,5 faiz, 2004-cü 

ildə 13,6 faiz, 2005-ci ildə 11,6 faiz, 2006-cı ildə 10,2 faiz, 2007-ci ildə 8,5 faiz, 

2008-

ci ildə 7,9 faiz, 2009-cu ildə 8,7 faiz, 2010-cu ildə 7,8 faiz, 2011-ci ildə 7,2 



faiz olmuşdur. 

Ərazisi 2,8 milyon km

2

, əhalisi 41,8 milyon nəfərdir. ÜDM 709,7 milyard 

ABŞ  dolları  təşkil  edir,  hər  nəfərə  16 979  ABŞ  dolları  düşür.  ÜDM-də  kənd 

təsərrüfatının  payı  12  faizdir.  Ölkə  48,0  milyon baş mal-qara mövcuddur. Süd 

istehsalı 14,0 milyon ton, ət istehsalı 2,5 milyon ton, buğda istehsalı 16,3 milyon 

ton, qarğıdalı istehsalı 3,3 milyon ton təşkil edir, ÜDM-in artım tempi 2010-cu 

ildə 8,0 faiz olmuşdur. Soya bitkisinin istehsal və ixracına görə dünyada üçüncü 

yeri, yağlı bitkilərin istehsalına görə dünyada ən qabaqcıl yerlərdən birini tutur. 

 

 



 

 



Argentinanın ümumi daxili məhsulu (ÜDM), 2000 – 2010-cu illər 

 

İl 



ÜDM, milyard 

ABŞ dolları 

Əhalinin hər nəfərinə 

ÜDM, ABŞ dolları 

Dünya ÜDM-

d

ə payı, % 

ÜDM-

nin artım 

templəri,% 

2000 


284 

7690 


0.88 

100 


2001 

269 


7211 

0.84 


94.7 

2002 


102 

2709 


0.31 

37.9 


2003 

130 


3421 

0.35 


127.5 

2004 


153 

3991 


0.36 

117.7 


2005 

183 


4731 

0.4 


119.6 

2006 


214 

5484 


0.43 

116.9 


2007 

262 


6655 

0.47 


122.4 

2008 


328 

8259 


0.54 

125.2 


2009 

309 


7713 

0.53 


94.2 

2010 


370 

9156 


0.59 

119.7 


 

 

Argentinanınkəndtəsərrüfatınınəlavədəyəri, 2000 – 2010-cu illər 



 

 

İl 



Kənd 

təsərrüfatı, 

milyard ABŞ 

dolları 

Dünya kənd 

təsərrüfatında 

payı, % 

Əlavə dəyərdə 

kənd 

təsərrüfatının 

payı, % 

Əhalinin hər 

nəfərinə kənd 

təsərrüfatı, 

ABŞ dolları 

Kənd 

təsərrüfatının 

artım templəri, 

2000 


13 

1.16 


4.9 

352 


100 

2001 


12 

1.08 


4.7 

322 


92.3 

2002 


10 

0.87 


10.3 

266 


83.3 

2003 


13 

1.01 


10.7 

342 


130 

2004 


15 

1.02 


10.6 

391 


115.4 

2005 


16 

1.05 


9.4 

414 


106.7 

2006 


17 

1.04 


8.6 

436 


106.3 

2007 


23 

1.17 


9.5 

584 


135.3 

2008 


30 

1.32 


10 

755 


130.4 

2009 


21 

0.95 


7.4 

524 


70 

2010 


34 

1.32 


10 

841 


161.9 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Argentinanın və qonşu-ölkələrin kənd təsərrüfatının əlavə dəyəri,  

milyard ABŞ dolları, 2000 – 2010-cu illər 

 

İl  Argentina  Çili  Braziliya  Boliviya  Paraqvay  Uruqvay  Cəmi 

2000 

13 


4.2 

31 


1.1 

1.2 


1.4 

51.9 


2001 

12 


3.3 

28 


1.1 

1.2 



46.6 

2002 


10 

3.5 


29 

0.88 



45.38 


2003 

13 


3.6 

35 


1.1 

1.1 


1.2 

55 


2004 

15 


4.1 

39 


1.2 

1.5 


1.5 

62.3 


2005 

16 


43 


1.1 

1.6 


1.5 

68.2 


2006 

17 


5.6 

51 


1.3 

1.9 


1.6 

78.4 


2007 

23 


5.9 

65 


1.3 

2.7 


2.1 

100 


2008 

30 


5.7 

83 


1.7 

2.9 



127.3 

2009 


21 

5.5 


84 

1.9 


2.8 

2.6 


117.8 

2010 


34 

6.3 


103 

3.9 



3.3 

152.5 


 

 

Argentinada və qonşu-ölkələrdə əhalinin hər nəfərinə kənd təsərrüfatı, 



 

ABŞ dolları, 2000 – 2010-cu illər 

 

İl 



Argentina 

Çili 

Braziliya  Boliviya  Paraqvay  Uruqvay 

2000 


352 

272 


178 

132 


225 

422 


2001 

322 


211 

158 


130 

183 


361 

2002 


266 

222 


162 

116 


158 

301 


2003 

342 


226 

193 


125 

194 


361 

2004 


391 

254 


212 

134 


259 

452 


2005 

414 


307 

231 


120 

271 


451 

2006 


436 

340 


271 

140 


316 

481 


2007 

584 


355 

342 


137 

441 


629 

2008 


755 

339 


433 

177 


642 

867 


2009 

524 


324 

435 


194 

442 


775 

2010 


841 

368 


528 

201 


604 

980 


 

Argentinanın və qonşu-ölkələrin kənd təsərrüfatının  

artım templərinin dinamikası, %, 2000 – 2010-cu illər 

 

İl  Argentina  Çili  Braziliya  Boliviya  Paraqvay  Uruqvay 

2000 

100 


102.4 

110.7 


100 

92.3 


100 

2001 


92.3 

78.6 


90.3 

100 


83.3 

85.7 


2002 

83.3 


106.1 

103.6 


90.9 

88 


83.3 

2003 


130 

102.9 


120.7 

110 


125 

120 


2004 

115.4 


113.9 

111.4 


109.1 

136.4 


125 

2005 


106.7 

122 


110.3 

91.7 


106.7 

100 


2006 

106.3 


112 

118.6 


118.2 

118.8 


106.7 

2007 


135.3 

105.4 


127.5 

100 


142.1 

131.3 


2008 

130.4 


96.6 

127.7 


130.8 

148.1 


138.1 

2009 


70 

96.5 


101.2 

111.8 


70 

89.7 


2010 

161.9 


114.5 

122.6 


105.3 

139.3 


126.9 

 

 



Argentinada və lider-ölkələrdə əhalinin hər nəfərinə  

kənd təsərrüfatı, ABŞ dolları, 2000 – 2010-cu illər 

 

İl  Argentina  Çin  Hindistan  ABŞ  İndoneziya  Braziliya 

2000 

352 


143 

96 


340 

122 


178 

2001 


322 

149 


97 

347 


116 

158 


2002 

266 


156 

90 


326 

137 


162 

2003 


342 

162 


104 

398 


162 

193 


2004 

391 


199 

112 


486 

165 


212 

2005 


414 

210 


128 

428 


167 

231 


2006 

436 


230 

139 


411 

204 


271 

2007 


584 

285 


174 

486 


254 

342 


2008 

755 


365 

181 


534 

315 


433 

2009 


524 

387 


188 

445 


350 

435 


2010 

841 


447 

247 


496 

454 


528 

 


Yüklə 7,66 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin