Kitab Azərbaycanın kənd təsərrüfatının inkişafında və təşəkkül tapmasında misilsiz



Yüklə 7.66 Mb.
PDF просмотр
səhifə9/77
tarix29.11.2016
ölçüsü7.66 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   77

Rusiyanın ASK innovasiyalar 

T

əqdim edilən proqnoz çərçivəsində  ən  azı  dörd  iri  ASK  innovativ  inkişafı 



sfera

sını qeyd etmək lazımdır: 

1.

 

Seleksiya-genetik; 



2.

 

İstehsal-texnoloji; 



3.

 

T



əşkilati-idarəetmə; 

4.

 



Sosial-ekoloji sfera. 

Müşahidə  olunan perspektivdə  Rusiya üçün hər  dörd  sfera  aktualdır.  Lakin, 

yaxın  onillikdə  əlverişsiz  şəraitə  davamlı,  xəstəliklərə  və  ziyanvericilərə  qarşı 

dayanıqlı  sort  və  hibridlərin tətbiq edilməsi üçün zəruri olan  seleksiya-genetik 

innovasiyalar

ın  xüsusi  əhəmiyyəti olacaq.  Heyvandarlıqda  ətlik mal-qaranın 

cinsl

ərinin, quşçuluqda yeni yüksək məhsuldar quşlarınyaradılması. Texnoloji sferada 



enejiy

ə qənaət edən texnologiyalar əsas olacaq. Sonra artıq təcrübədə tətbiq edilən və 

ya 

əlavə sınaq yoxlamasından sonra 2010-2030-cu illərdə geniş istifadə mərhələsinə 



keç

ə biləcək innovasiya işləmələri xarakteristikası təqdim edilmişdir. 

 

Əkinçilik, meliorasiya, su və meşə təsərrüfatı 

Artıq  bu  günRusiyanın    kənd təsərrüfatı  regionları  üçün  əkinçiliyin adaptiv-

landşaft  sistemlərinin  modeli  işlənilib  hazırlanmış,  onlar  torpaqların  becərilməsinə 

x

ərclərin 10-15 faiz azalması ilə yanaşı səmərəliliyinin 10-15 faiz artırılmasına şərait 



yaradır.  Aqrolandşaftların  məhsuldarlığına  eroziyaya  qarşı  komplekslərin  təsirinin 

ekoloji-iqtisadi qiym

ətləndirmə  metodikası,  torpaqların  işlənməsi  texnologiyalarının 

adaptasiyası  və  kənd təsərrüfatı  bitkilərinin  yetişdirilməsiüçün  onların  ehtiyat 

potensialı ilə idarəçilik metodları perspektiv hesab edilir. 

Proqnozlaşdırılan  dövrün  sonuna  əlverişli  şəraitdə  adaptiv-landşaft  əkinçilik 

növü  Rusiyanın  əkin sahələrinin 40-50 faizinə  yayıla  bilər. Dövlətin tənzimləyən 


12

 

 



rolunun 

artırılması  üçün  RASXN-da  münbit  torpaqların  qorunmasını  və  təkrar 

istehsalıni  təmin etməyə  şərait yaradan  kənd təsərrüfatına aqrokimyəvi xidmət 

edilm


əsinin konsepsiyası işlənilmişdir. 

Torpaqların  meliorasiyasının  effektivliyinin  artırılması  üçün  RF-nın  bütün 

k

ənd təsərrüfatına yararlı ərazisində aqro-ekoloji rayonlaşdırılması sistemi öz tətbiqini 



tapır;  hidromeliorativ  sistemlərin  istismarının  texnoloji  reqlamentlərinin praktiki 

istifad


əsi tövsiyə  edilir.  Ölkənin  bir  sıra  regionlarında  aqrolandşaftların  kompleks 

meliorasiyaüsulları  ilə  idarəetmənin  informasiya modelləri  və  texniki vasitələri 

müv

əfəqiyyətlə tətbiq edilir. Tarlaqoruyucu meşə salma  təcrübəsi bərpa edilir. Arid 



zonasında  20  milyon  hektar  sahədə  meşə  salmanın  yenidən  istehsalı  proqramı 

işlənilmişdir,  bu  da  məhsulun  taxıla  hesablanarkən  2  milyon  ton  artmasını  və  ya 2 

milyard rubl m

əbləğində əlavə gəliritəmin edir. Proqram 10 ilə hesablanmışdır (2001 

– 2010-cu ill

ər). Lakin şübhəsiz, o 2030-cu ilədək vaxtı uzadılmayacaqdır. 

 

Bitkiçilik v

ə bitkilərin mühafizəsi 

Bitkil


ərin genetik müxtəlifliyin və seleksiya  əlamətlərinin yeni mənbələrinin 

seçilm


əsinin qiymətləndirilməsi üçün dünya genetik ehtiyatların tədqiqatları praktiki 

əhəmiyyəti  olmuşdur.  Yalnız  “Kuban  toxumların  genetik  bankı”  VİR  filialında  237 

min toxum nümun

əsi  saxlanılır,  onların  xeyli  hissəsi  öyrənilmişdir  və  həm gələcək 

genetika t

ədqiqatları, həm də seleksiya təcrübəsi üçün istifadə edilə bilər. Ümumilikdə 

Rusiyanın Avropa genetik ehtiyatların informasiya infrastrukturuna (39 ölkə-iştirakçı) 

qoyuluşu nümunələrin 25 faizini təşkil edir. Gələcək 20 ildə Rusiyanın toxum bankı 

intensiv olaraq artacaq v

ə seleksiya işində istifadə ediləcək. 

Son ill

ərin  tətqiqatları  nəticəsində  1300 seleksiya dəyərli mənbələr 



ayrılmışdır,  onlardan  493-ü  dənli bitkilər üzrədir.  Yeni dəyərli  əlamətlərə  malik 

sortların  formalaşması  üçün  məqsədyönlü  seleksiya  işləri bitkilərin  xeyli  artımını, 

dayanıqlığını, istehsal olunan məhsulun keyfiyyətini vəd edir. 

Seleksiya, uzaqlaşdırlmış cütləşdirmə, gen və toxuma mühəndisliyinin orijinal 

metodları, biotexnologiya metodları, həmçinin seleksiya prosesinin ilkin mərhələsində 

nümun


ələrin  skan  edilmiş  təsvirinin  işlənilməsi üzrə  kompüter  proqramlarının 

say


əsində seleksiya işində innovasiya inkişafı gözlənilir. 

Yeni sortla

rın potensial imkanları ümidvericidir. Məsələn, “Aksinit” payızlıq 

buğdanın  bərk  sortları  63  s/ha  həcmində  məhsuldarlığa  malikdir. Sort xəstəliklərə 

dayanıqlıdır  və  şaxtaya  davamlıdır.  Qeyd etmək  lazımdır  ki,  təkcə  2003-cü ildə 

Seleksiya Nailiyy

ətlərinin Dövlət Reyestrinə  buğdanın  14  yeni  yüksəkməhsuldar 

yumşaq və 4 yazlıq bərk sortu daxil edilmişdir. 

Tritikale  üzr

ə  seliksiya-genetik tədqiqatlar  “Valentin”  sortunu  yaratmağa 

imkan yaratmışdır, bu sort şaxtaya yüksək davamlığı, xəstəliklərə dayanıqlığı və 100 

s/ha m


əhsuldarlığı ilə seçilir. Yarma və paxlalı bitkilərin seleksiyası üzrə işlər xüsusi 

əhəmiyyətə malikdir. Məsələn, “Aysberq”, “Kumir”, “Metelisa” düyü sortları üçillik 

müsabiq

ə sınaqları nəticəsində 100 s/ha-dan artıq  məhsuldarlıq vermişdir. 



13

 

 



Bunu

nla  yanaşı    seleksiya  fəaliyyətinin  elmi  potensialı  Rusiyada  qismən 

istifad

ə edilir. Səbəbi aşkardır: büdcə maliyyələşdirilməsinin olduqca aşağı səviyyəsi, 



ixtisaslaşmış personalın bir hissəsinin itirilməsi. Seleksiya nailiyyətlərinin təcrübəyə 

t

ətbiqi toxumçuluq və istehsal müəssisələrinin təşkilati və iqtisadi zəifliyilə ləngidilir. 



Bitkiçilik  üçün  yeni  texnologiyaların  işlənməsi sahəsində  aşağıdakıları  qeyd 

etm


ək lazımdır: 

1.

 



Çox

əməliyyatlı  kənd təsərrüfatı  maşınlarının  və  vasitələrin üstünlük təşkil 

ed

ən texnologiyalar, bu da torpaqların işlənməsinə, əkin sahələrinə qulluq edilməsinə 



v

ə məhsulun yığılmasına xərclərin minimumaendirilməsinə şərait yaradır; 

2.

 

Ehtiyatların  differensiyalaşdırılmış  istifadəsi və  aqrokosmik və  pozitiv 



zondlaşdırılmanın  (adaptasiya  edilmiş  bitkiçilik)  əsasında  aqrosistemlərin və 

aqrolandşaftların  məhsuldar və  mühit  yaradan  potensialın  yeni  idarəedilmə 

texnologiyalarının tətbiqi; 

3.

 



Üç 

əsas kriteriyalara – ehtiyatların qorunması, ekoloji təhlükəsizlik, iqtisadi 

m

əqsədəmüvafiqlik (rəqabət qabiliyyətinin  artırılması)  yaradan  hər bir bitkiçilik 



altsah

ələri və bitki növləri üçün zonal texnologiyalar işlənib hazırlanır; 

4.

 

Bitkil



ərin mühafizəsinin təmin edilməsi üçün  regionlarda fitosanitar 

v

əziyyətin monitorinqinin və proqnozunun müasir metodları işlənib hazırlanır. Kənd 



t

əsərrüfatı bitkilərininnöv müxtəlifliyinin və zərərli obyektlərin sayının dinamıkasının 

münt

əzən dəyişməsinin, onların müəyyən regionda meydana gəlməsinin dövriliyi və 



ekspansiyanın xüsusiyyətlərimonitorinqin keçirilməsinin əsasıdır;  

5.

 



Bitkil

ərin mühafizəsinin perspektiv istiqamətləri  –  bioloji vasitələrin 

(entomofaqlar, etnomopatogenl

ərin) istifadəsinin və  mühafizə  texnologiyalarının 

t

ətbiq edilməsi(o cümlədən ənənəvi kimyəvi  müdafiə vasitələrilə uyğunlaşmaqla). 



Son ill

ər aqrosenozların fitosanitar vəziyyətinin idarəedilmə sistemi 30 milyon 

ha-

dan  artıq  sahədə  519  preparatların  istifadəsilə  tətbiq edilir, onlardan 41-i bioloji 



m

ənşəlidir. 3,6 milyon ha sahədə  yalnız  üç  texnoloji  üsülların  tətbiq edilməsinin 

iqtisadi effekti ild

ə  3,6 milyard rublməbləğində  dənli bitklilkərin məhsulunun 

itkisind

ən qorumağa şərait yaratmışdır. 



Zootexnika v

ə baytar təbabəti 

İnnovativ  inkişafının  elmi təminatının  bu  seqmentində,  proqnozlaşdırılan 

dövrd

ə aktuallığı artacaq aşağıdakı istiqamətləri qeyd etmək lazımdır: 



-

 

K



ənd təsərrüfatı heyvanlarının mövcud olan cinslərin yaxşılaşdırılması və yeni 

cinsl


ərin, növlərin və xətlərin yaradılmasıl üçün heyvandarlıqda genetik nəzarətin və 

seleksiya prosesinin idar

əedilməsinin yeni metodlarının işlənməsi və tətbiq edilməsi. 

M

əsələn, iribuynuzlu mal-qaranın  yeni  qara-alabəzək növü olan “Moskovskiy”. 



Laktasiya dövründ

ə inəklərin sağımı  yüksək  yağlılığı və  zülallığı olan 5600 kq  süd 

t

əşkil edir. Moskva vilayətində bu tip mal-qaranın yayılması sayəsində 46 milyon rubl 



m

əbləğində əlavə illik gəlir əldə edilmişdir. Heyvanlar intensiv texnologiyaların tətbiq 

edilm

əsinə uyğunlaşdırılmışdır. 



Yerli  heyvandarlıq  və  quşçuluq  məhsullarının  rəqabətqabiliyyətini  artırmaq 

üçün  açağıdakı sahələrin nizamlanması istiqamətləri prioritet əhəmiyyətə malikdir: 



14

 

 



-

 

Heyvanların yüksək məhsuldarlıq potensialının həyata keçirilməsi prosesinin 



nizamlanması  metodların  tətbiq edilməsi və  onların  yemlənməsinin yeni effektiv 

metodlarının yaradılması. 

-

 

Heyvandarlıq  sahələrinin və  ölkənin müxtəlif  zonalarının  şəraitinin nəzərə 



alınması ilə yüksək effektiv müəssisələrin inkişaf proqramlarının proqnozlaşdırılması 

v

ə işlənib hazırlanması. 



-

 

Quşların  yeni rəqabətədavamlı  xətlərin və  krosların  yaradılması,  yemlərin 



konverva

siyasının  artırılması  metodlarının,  quşçuluq  məhsullarının  istehsalının  və 

emalın enejiyə qənaət edən texnologiyaların işlənib hazırlanması. 

-

 



əyyən  edilmiş  keyfiyyət parametrlərilə  yumurtanın  və  quş  ətinin yeni 

enerjiy

ə qənaət edən, ekoloji təhlükəsiz istehsal texnologiyaların işlənib hazırlanması. 



-

 

Fiziki-kimy



əvi biologiyanın, biotexnologiyanın və molekulyar immunologiya 

nailiyy


ətləri nəzərə  alınmaqla  heyvanların  daha  geniş  yayılmış  xəstəliklərinin 

diaqnostikası, terapiyası və profilaktikası üçün yeni nəsl bioloji preparatların işlənib 

hazırlanması. 

-

 



Heyvanların  baytarlıq-sanitar  rifahının,  keyfiyyətli və  ekoloji təhlükəsiz 

m

əhsulların  istehsalının  təmin edilməsi  üçün  mövcud  olan  texnologiyaların 



t

əkmilləşdirilməsi və yenilərinin işlənib hazırlanması. 

Qeyd etm

ək  lazımdır  ki,  mütəxəssislərin  hesablamalarına  görə  baytarlıq 

t

əbabəti vasitələrinin tətbiq edilməsi əlavə 5-7 milyard rubl tələb edir. 



 

İstehsalın mexanikləşdirilməsi, elektrikləşdirilməsi və 

avtomatlaşdırılması 

K

ənd təsərrüfatı texnikası ilə təmin olunma, hal-hazırda ölkənin sabit inkişafı 



konsepsiyasının həyata keçirilməsi, Rusiyanın ASK rəqabətqabiliyyətinin artırılması 

üçün 


əsas problemdir.  Buna  görə  də,  ASK digər problemlərinin xeyli hissəsinin 

h

əllikənd təsərrüfatı  sahəsində  elmi-tədqiqat və  layihə  işlərinin səviyyəsindən və 



maşın texnologiyalarının intensiv tətbiq edilməsindən asılıdır. 

V

əziyyətin  əsaslı  dəyişməsinin elmi təmin edilməsi üçün aşağıdakı 



istiqam

ətlər daha əhəmiyyətlidir: 

-

 

Beşınci nəslin enerji ilə dolğun texnikanın və ona müvafiq olan ölkənin ərzaq 



t

əhlükəsizliyini müəyyən edən kənd təsərrüfatı  məhsullarının  prioritet  növlərinin 

istehsalı üçün intensiv maşın texnologiyalarının işlənib hazırlanması; 

-

 



ASK-da müxt

əlif  enerji  ehtiyatlarının  birgə  istifadə  edilməsi  Proqramının 

işlənib  hazırlanması  və  həyata keçirilməsi, o cümlədən  istehsal yerlərinin 

desentralizasiya  olunmuş  istilik  sistemləri, kənd yerlərinin  enerji  şəbəkələrinin 

b

ərpası,  külək-günəş  və  külək-dizel  qurğularının  modelləşdirilməsi,  ağac  və  bitki 



tullantılarından  duru  və  qaz  tipli  yanacağın  istehsalı,  həmçinin  bioyanacağın  və  s. 

t

ətbiqi. 



K

ənd təsərrüfatı məhsullarının saxlanması və emalı 

15

 

 



Ümumi v

ə  xüsusi təyinatlı,  ekoloji  təhlükəsiz rəqabət qabiliyyətli  ərzaq 

m

əhsullarının istehsalı zamanı kənd təsərrüfatı xammalının saxlanılması və emalının 



texnoloji sisteml

ərinin yaradılmasıinnovasiya istiqamətlərinin ümumi məqsədidir. 

Bu m

əqsədə  nail olmaq üçün hər növ kənd təsərrüfatı  xammalı  üçün  yeni 



texnologiyalar  işlənib  hazırlanır.  Məsələn, yüksək plastik və  bioloji xüsusiyyətlərə 

malik, trans-izomerl

ərin  aşağı  səviyyəli tərkibli  marqarinin  yağ  əsaslarının  alınması 

üçün yerli texnologiya işlənib hazırlanmışdır. Bu texnologiyanın iqtisadi effektivliyi 

m

əhsulun hər tonuna əlavə olaraq 300 rubl gəlirin əldə edilməsidir. Kənd təsərrüfatı 



m

əhsullarının  saxlanması,  daşınması  və  emalı  prosesində  məhsulun qida dəyərinin 

itkil

ərinin minimuma endirən ehtiyatlara qənaət edən  sistemin  işlənməsi  böyük 



perspektivl

ərə malikdir. 

Əhalinin müxtəlif  yaş  kateqoriyaları  üçün  məhsulların  xüsusi  reseptlərin və 

onun istehsalı üçün texnoloji sxemlərin işlənib hazırlanmasına diqqət nəzərə çarpacaq 

d

ərəcədə artır. 



T

ənzimlənən istismar müddəti olan bioutilizasiya olunan kompozisiya 

materiallarının tətbiqi texnologiyası - ekoloji cəhətdən əhəmiyyətli işləmələrin biridir. 

Gözd


ən keçirilən  innovasiya  inkişafının  istiqamətləri, ilk növbədə  innovasiyalarla 

bağlı elmin və istehsalın dövlət dəstəyi hesabına tam və vaxtında maliyyələşdirilmə 

şərtilə təcrübədə həyata keçirilə bilər. Lakin,  idarəetmə orqanları,  elmi müəssisələr 

v

ə  istehsal təşkilatları  konkret  innovasiya  layihələri  hazırlayarkən yenilikləri 



müşahidə  edən, xüsusilə  də  kənd təsərrüfatı  kimi  mütəkkəb bir sahədə, riskləri 

obyektib qiym

ətləndirməlidir. 

Nanotexnologiyalar 

2008-ci ild

ə 

“Rosinformaqrotex” FQNU t



ərəfindən ASK-də 

nanotexnologiyaların istifadəsi üzrə elmi ixtiraların kataloqu nəşr edilmişdir. Bura 80 

elmi ixtira daxildir v

ə  onların  nəticələri  artıq  təcrübədə  tətbiq edilir və  ya  yaxıl 

g

ələcəkdə  istifadə  edilə  bilər.  5 nanotexnoloji sahə  ayrılmışdır:  biotexnologiya  (6 



layih

ə), bitkiçilik (25 layihə), heyvandarlıq (16 layihə), emal sənayesi (17 layihə) və 

k

ənd təsərrüfatı  maşınqayırması  və  texniki xidməti (16 layihə).  Dünyanın  inkişaf 



etmiş ölkələrində analoji tədqiqatların nəticələri barədə informasiya ilə tamamlanmış 

bu  materialların  təhlili hər istiqamətdə  daha perspektiv layihələrin 

əyyənləşdirməsinə 



şərait 

yaratmışdır. 

Biotexnologiyalar sah

əsində 


“Mikroinkapsullaşdırma” layihəsinə diqqə yetirək. Bu, xammalın emalı zamanı azad-

d

ənəvər  tozunun  alınması  texnologiyasıdır.  100  mm ölçüdə  alınan  zərrəciklər,  



mikrokapsullaşdırılmış  məhsulların  yüksək səviyyəli mənimsəməsini təmin edərək 

mumda tozlandırılır. Belə məhsullar heyvandarlıqda yem əlavələrin hazırlanmasında, 

baytarlıqda  preparatların  istehsalında  tətbiq edilir.  Yaxşı  nəticələr mikrogübrələrin, 

qida 


əlavələrin, dərmanların  istehsalında,  həmçinin  spirtin,  bitki  yağlarının  qeyri-

toksik 


əlavələrin və s.  istehsalı zamanı bitki xammalının istifadəsində əldə edilmişdir. 

Bitkiçilik sah

əsində  “Nanotozlar”  adı  ilə  birləşdirilən  bir  neşə  perspektiv 

texnologiyalar  işlənib  hazırlanmışdır,o  cümlədən ekoloji təmiz və  təhlükəsiz 

preparatların  sayəsində  bitkilərin fermentativ sistemlərinin  fəallaşdırılması  üçün 


16

 

 



“d

əmirin nanotozunun bioloji fəal  sintezi  texnologiyası”.  Bu  preparatlar  əlverişsiz 

şəraitə dayanıqlığı artırır, dənli bitkilərin məhsuldarlığının 15 faiz, yaşıl kütlənin 25 

faiz, kökümeyv

əlilərin 30 faiz  artırılmasına şərait yaradır. Hal-hazırda payızlıq buğda 

üçün  ayrılan  7,4  milyon  ha  sahəsində  onların  tətbiqinin iqtisadi effektivliyi 

preparatlara x

ərclənən 185 milyon rubl qarşısında 9,6 milyard rubl əlavə gəlir təşkil 

ed

əcək. 


Bu istiqam

ətə  bitkiçilikdə  və  heyvandarlıqda  əlverişsiz  şəraitə  davamalığın 

artırılması  üçün  istifadə  edilən  “Nanokristal  metalların  ultradispers  tozlarının” 

istehsalı  da  aiddir.“Taxılın  zülalı  üzrə  buğda  dənələrinin texnoloji xüsusiyyətlərin 

genotipik  markalaşdırlması”,  “Toxumların  səthində  nanoməsaməli  plyonkanın 

yaranması texnologiyası”, “Xəstəliklərin diaqnostikası və bitkilərin mühafizəsi üçün  

nanoelektron qurğular” tədqiqatlarıolduqca perspektiv hesab edilir. 

Heyvandarlıq  sahəsində  artıq  müxtəlif metodlar və  texnologiyalar  işlənib 

hazırlanmışdır  və  artıq  tətbiq  edilir:  biosid  metalların  nanoölçülü  hissəciklərinin,  

istifad


əsilə  heyvanların  vəziyyətinin,  onların  məhsuldar və  reproduktiv 

keyfiyy


ətlərinin  stimulyasiyası  və  nəzarəti üçün  immunofermentli təhlili, cavan 

heyvanların  xəstəliklərinin  profilaktikası,  cavan  mal-qara ilə  seleksiya-damazlıq 

işlərində genetik markerlər və digər texnologiyalar və s. 


II    F 

Ə S İ L 

 

Az

ərbaycanın kənd təsərrüfatı 

 

2.1. Ümumi m

əlumatlar 

 

Az

ərbaycan ən qədim əkinçilik mədəniyyətinə malik ölkədir. Torpaq-iqlim 



şəraitinin son dərəcə  müxtəlifliyi burada zəngin bitki örtüyünün inkişafına səbəb 

olmuşdur ki, bu da Azərbaycanın əsas bitkiçilik (o cümlədən taxılçılıq) məhsulları 

istehsalı mərkəzlərindən biri olduğunu deməyə əsas verir. 

Az

ərbaycan bitki örtüyünün müxtəlifliyinə  görə  dünyanın  ən zəngin 



ölk

ələrindən  biridir.  Qafqaz  florasında  olan  bitki  örtüyünün  70  faizi  burada 

yay

ılmışdır.  Ölkədə  4500-dən  artıq  bitki  növü,  həmçinin meyvə, giləmeyvə, 



t

ərəvəz və bostan bitkiləri vardır. 

Az

ərbaycan  ərazisində  buğda  bitkisinin  qədimdən becərilməsi  haqqında 



m

əlumata antik dövr müəlliflərinin, qədim salnaməçilərin əsərlərində və o dövrün 

tarixçi v

ə yazıçılarının: Herodotun, Teofrastın, Pliteyin, Polibinin və başqalarının 

əsərlərində rast gəlinir. 

Arxeoloqlar ölk

ənin müxtəlif  regionlarında,  o  cümlədən  Naxçıvan 

yaxınlığında  yerləşən qədim kültəpə  məskənlərində  eramızdan  əvvəl III-II 

minillikl

ərə  aid  olan  sıx sünbül  qalıqlarına  rast  gəlmişlər. Mingəçevirdə  tapılmış 

q

ədim anbarlarda olan kültəpədəki  bitki  qalıqlarının  analizlərinin nəticələrindən 



onun  eramızdan  əvvəl II əsrə  və  bizim  eranın  II  əsrinə  aid olan bərk  buğda 

sortlarına mənsub olduğunu müəyyənləşdirilmişdir. 

T

əqribən  bizim  eranın  III  əsrində  feodalizmin  formalaşması  və  təşəkkül 



tapması  ilə  Azərbaycanda məhsuldar qüvvələrin  güclü  inkişafına  təkan verdi. 

Tovuz v


ə  Ağstafa  rayonlarında  1947-ci ildə  aparılan  arxeoloji  qazıntılar 

n

əticəsində  tapılan  dərzdöyən, biçin və  torpaqbecərən alətlərin,  taxıl  bitkiləri 



toxumlarının  qalıqları  Azərbaycanda  əkinçiliyin o dövrdə  kifayət qədər  inkişaf 

etm


əsini bir daha təsdiqlədi. 

H

ələ  lap qədim dövrlərdən Azərbaycanda tərəvəzçilik və  bostançılıqla 



m

əşğul olmuşlar. Bizim eradan çox əvvəllər sarımsaq, noxud, kök, qarpız, qabaq 

v

ə  s. tərəvəz və  bostan bitkiləri mədəni halda becərilmiş,  əhalinin  əsas 



m

əşğuliyyətlərindən və  qida mənbələrindən  biri  olmuşdur.  Bu  növlərin bir çoxu 

Az

ərbaycan ərazisində mədəni hala keçmiş, sonradan dünyanın müxtəlif ölkələrinə 



yayılmışdır. 

Bitkiçiliyin  inkişafı  heyvandarlığın  da  inkişaf  etməsini təmin  etmişdir. 

Kurqanların,  mağaraların və digər abidələrin öyrənilməsi (3-2 min eradan əvvəl) 

bir daha t

əsdiq  etmişdir  ki,  Azərbaycanın  qədim sakinləri  heyvanların 

əhilləşdirilməsi və yetişdirilməsi ilə məşğul olmuşlar. Qobustan qayaüstü rəsmləri 

respublikanın  böyük  ərazisində  tapılan  daş,  gil,  tunc  və  s. heyvan heykəlləri bir 

daha sübut etmişdir ki, Azərbaycanda qədim heyvandarlıq inkişaf etmiş, insanlar 

bundan b

əhrələnərək öz yaşayışını təmin etmişdir. 

M

əhsuldarlığın  sonrakı  inkişafı  qədim  tayfaların  və  dövlətlərin (Manna 



eramızın I minilliyin əvvəli), Midiya (VII – VI əsr eradan əvvəl), Atropatena (IV – 

II 


əsr eradan əvvəl)  inkişafı  ilə  bilavasitə  əlaqədar  olmuşdur.  Tarixçi  Strabonun 

yazdığına görə Kür və Araz çayları arasında yerləşən ərazi mülayim iqliminə görə, 

torpaqların  həm çaylar vasitəsilə  suvarılması  nəticəsində  çəmənliyin üstünlük 

t

əşkil etməsi ilə əlaqədar bol heyvan yeminin olması maldarlığın geniş yayılmasına 



h

əm  ev  heyvanlarının,  həm də  vəhşi  heyvanların  artmasına  səbəb  olmuşdur. 

Az

ərbaycanın  torpağı,  təbii-iqlim  şəraiti mürəkkəb və  özünəməxsusdur. 



Respublikanın  ümumi  ərazisinin  yarıdan  çoxu  (58  faiz)  dağlıq  ərazilərin, qalan 

hiss


əsi (42 faiz) düzən və düzənliklərin payına düşür. 

Yer kür


əsindəki 11 iqlim tipindən 9-u və torpaq tiplərinin əksəriyyəri ölkə 

ərazisində cəmləşmişdir. Qurq, rütubətli, subtropik və kontinental iqlimlər özünü 

daha k

əskin büruzə verir. 



Ölk

ənin ərazisi 86,6 min km

2



əhalisi 9,3 milyon nəfərdir, hər km



2

-

ə 107,4 



n

əfər  düşür.  Ümumi  daxili  məhsul  istehsalı  (ÜDM)  2012-ci ildə  54,0 milyard 

manat, h

ər nəfərə düşən həcmi 5884,5 manat (7490,5 ABŞ dolları) təşkil etmişdir. 

Bu dövrd

ə  ölkə  rezidentləri tərəfindən cari qiymətlərlə  77,9 milyard 

manatlıq  məhsul  istehsal  edilmiş  və  xidmət xidmətlər göstərilmişdir  ki,  bu  da 

2011-ci ild

əkindən 4,5  milyard manat çoxdur. Məhsul istehsalına sərf edilmiş mal 

v

ə xidmətlərin dəyəri 23,9 milyard manat və ya məhsul istehsalının və xidmətlərin 



30,7 faizini t

əşkil etmişdir. Iqtisadiyyatın qeyri neft sektorunda əlavə dəyərin 9,7 

faiz  artımı  müşahidə  olunmuş,  onun  ÜDM-də  xüsusi çəkisi  əvvəlki ildəki 48,8 

faizd


ən yüksəlmiş,  neft-qaz  istehsalı  və  emalı  sahələrinin  payı  isə  47,3 faiz 

olm


uşdur. 

Respublikanın  ərazisi  Rusiya  Federasiyası,  İran,  Türkiyə, Gürcüstan və 

Erm

ənistanla  həmsərhəddir. Cənubdan  İranla  765  km  və  Türkiyə  ilə  15 km, 



Şimaldan  Rusiya  ilə  390  km,  Şimal-Qərbdən Gürcüstanla 480 km, qərbdən 

Erm


ənistanla 1007 km həmsərhəddir. 

İqlimi:  Orta  illik  temperatur  +12,1 

0

C, yanvarda orta temperatur + 2,9 



0

C, 


iyulda orta temperatur +26,2 

0

C, orta illik yağıntının miqdarı 605,8 mm-dir. 



Ümumi sah

əsi 8641,5 min hektar olan torpaq fondunun 4,9 milyon hektarı 

(56,9 faiz) dövl

ət, 2 051,4 min hektarı  (23,5  faiz)  bələdiyyə,  1671,0  min  hektarı 

(19,6 faiz) is

ə xüsusi mülkiyyətə aid olan torpaqlardır. 

Vahid torpaq fondunun ümumi sah

əsinin  1715,0 min hektarı əkin və dincə 

qoyulmuş, 161,1 min hektarı çoxillik əkmələr, 109,7 min hektarı biçənəklər, 259,0 

hektarı  həyətyanı,  2538,3  min  hektarı  örüş  və  otlar  altında  istifadə  edilir. Qalan 

1,04 milyon hektarı sahə meşə, 2,8 milyon hektarı isə sair sahələrdən ibarətdir. 

K

ənd təsərrüfatı  Azərbaycanın  ənənəvi istehsal sahəsidir. Burada tarixən 



üzümçülük, ip

əkçilik və  meyvəçilik sahələri  geniş  yayılmışdır.  Ölkə  ərazisinin 

böyük bir hiss

əsi  dağlıq  relyefə  malik  olduğundan  maldarlıq  burada  yaşayan 

insanların  həyatında  daimi  mühüm  rol  oynamışdır.  Maldarlığın  inkişafı  öz 

növb


əsində  kustar toxuculuq və  xalçaçılığın  inkişafını  şərtləndirmişdir.  Həmin 

dövrl


ərdə ölkədən  Avropaya və Şərqə yüksək keyfiyyətli xalça, şərablar, gön-dəri, 

ip

əkçilik məhsulları  və  s.  ixrac  edilmişdir.  Sürətli  inkişaf  dövrünü  yaşayan 



Az

ərbaycan tarix üçün kifayət qədər  qısa  sayıla  biləcək zamanda böyük tərəqqi 

yolu keçmiş, qazandığı sosial-iqtisadi nailiyyətlərlə və bu sahədə nümayiş etdirdiyi 


artım  tempinə  görə, nəinki regionda, həm də  dünya  coğrafiyasında  aparıcı 

dövl

ətlərdən birinə çevrilmişdir. 



Bu gün dinamik inkişaf edən Azərbaycan iqtisadiyyatı bütün parametrləri ilə 

yanaşı, həm də xalqın sosial rifahının, güzəranının daha da yaxşılaşdırılması, sosial 

probleml

ərin həlli, infrastrukturun təkmilləşdirilməsi istiqamətində  atılsn 

addımların real nəticələri ilə müşayiət olunmaqdadır. 

Az

ərbaycanın şanlı qəhrəmanlıq tarixini, bu tarixə qızıl hərflərlə daimi həkk 



olunmuş Heydər Əliyevsiz təsəvvür etmək qeyri-mümkündür. 

1969-cu il Az

ərbaycan KP MK-nin  iyul  plenumunun  çağırılması  və 

plenumda Heyd

ər  Əliyevin    Azərbaycan KP MK-nin birinci katibi seçilməsi 

deyil


ənlərin məntiqi başlanğıcı olmuşdur. 

Bu el


ə bir dövr idi ki, rəhbərdən insanların itirilmiş ümidlərini qaytarmaq, 

iqtisadiyyatın  bütün  sahələrində, o cümlədən kənd  təsərrüfatında  kök  salmış 

geriliy

ə  son  qoymaq,  istehsalın  inkişaf  yollarını  axtarıb  tapmaq tələb olunurdu. 



T

ənəzzüldən yeganə  çıxış  yolunu  bütövlükdə  Azərbaycanın  iqtisadiyyatını 

sağlamlaşdırmaqda,  kənd təsərrüfatını  inkişaf  etdirməkdə  görən Heydər  Əliyev 

aqrar sah

ənin vəziyyətini dərindən təhlil edib konkret vəzifələr müəyyən etdi. 

60-c


ı illərdə respublikanın iqtisadiyyatı və onun əsas sahələrindən biri olan 

k

ənd təsərrüfatı  uzun  sürən böhran və  tənəzzül vəziyyətində  idi. Kənd 



t

əsərrüfatının ümumi məhsulunun orta illik artım sürəti digər respublikalardan geri 

qalırdı. 1969-cu ildə 574 min ton taxıl, 299 min ton pambıq, 372 min ton tərəvəz, 

272 min ton üzüm, 52 min ton meyv

ə, 113 min ton kartof, 24,5 min ton tütün 

istehsal edilmişdir. Əsas kənd təsərrüfatı  bitkilərinin məhsuldarlığı getdikcə aşağı 

düşürdü.  Bu  ildə  hektardan orta hesabla 9,5 sentner dənli bitkilər, 15,1 sentner 

pambıq, 120 sentner tərəvəz, 43,6 sentner üzüm, 10,4 sentner meyvə, 18 sentner 

tütün, 79 sentner kartof istehsal olunmuşdur. İctimai heyvandarlıqda vəziyyət daha 

acınacaqlı  idi.  Kolxoz  və  sovxozlarda mal-qaranın  baş  sayı  ildən-ilə  azalır, 

m

əhsuldarlığı aşağı düşür, maya dəyəri artırdı. Respublikada 1969-cu ildə hər yüz 



in

ək və  camışdan  cəmi 49 buzov və  balaq, hər  yüz  doğar  qoyun  və  keçidən 43 

quzu v

ə çəpiş alınmışdı, hər inək və camışdan orta hesabla 677 kq süd sağılmış, 



h

ər qoyundan 1,6 kq yun qırxılmışdı. İttifaq üzrə bu rəqəm müvafiq olaraq 2253 kq 

v

ə  2,8  kq  idi.  Respublika  iqtisadiyyatının  inkişaf  etdirilməsində  buraxılan 



qüsurların  aradan  qaldırılması,  kadrların  tələbkarlığı  və  məsuliyyətini  artırmaq 

sah


əsində  qəti və  ciddi tədbirlər görüldü. 1970 –  1975-ci illərdə  Azərbaycanda  

k

ənd təsərrüfatı  istehsalının  artım  sürəti nəzərdə  tutulan 30 faiz və  ittifaqda orta 



hesabla 

əldə edilmiş 13 faiz əvəzinə 34 faizə çatdı. 

Onuncu beşillik (1976 – 1980) üçün mürəkkəb bir vəzifə - intensiv amillərin 

t

ətbiqinin  genişləndirilməsi və  məhsuldarlığın  yüksəldilməsi  hesabına  kənd 



t

əsərrüfatının  sürətli  inkişafına  nail  olmaq  vəzifəsi irəli sürüldü və  ittifaq 

r

əhbərliyinə  konkret təklif verildi. 1970-ci  ilin  iyulunda    Sovet  İKP  MK-nın  və 



SSRİ Nazirlər Sovetinin “Azərbaycan SSR-in kənd təsərrüfatını inkişaf etdirmək 

t

ədbirləri haqqında”, 1975-ci ilin iyulunda “Azərbaycan SSR-də kənd  təsərrüfatı 



istehsalını  daha  da  intensivləşdirmək tədbirləri  haqqında”  və  1979-cu ilin 

fevralında  “Azərbaycan SSR-də  kənd təsərrüfatı  istehsalının  daha  da 

ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında” 


q

ərarlar qəbul olundu. Göstərilən qərarların respublikada icrası nəticəsində 1981 – 



1985-ci ill

ərdə  kənd təsərrüfatının  ümumi məhsulu 2,5 dəfə  artdi,  taxılçılıqda 

istehsal 1,7 d

əfə artaraq 1240 min ton, tərəvəzçilikdə 2,4 dəfə artaraq 891,0 min 

ton, pambıqçılıqda 2,2  dəfə artaraq 707,0 min ton, tütünçülükdə 2,7 dəfə artaraq 

57,0  min  ton,  çayçılıqda  3,2  dəfə  artaraq 29,0 min ton, meyvəçilikdə  3,8 dəfə 

artaraq 317 min ton, üzümçülükd

ə  7,9 dəfə  artaraq 1829,2 min ton oldu. Kənd 

t

əsərrüfatının  bütün  sahələrində  olan irəliləyişlər Azərbaycan kəndinin sosial-



iqtisadi simasını kökündən dəyişdirdi, ölkə bütövlükdə aqrar-sənaye respublikasına 

çevrildi. 

Az

ərbaycanın xalq təsərrüfatının bütövlükdə dinamik inkişafını təmin edən, 



respublikada qurub yaratmaq 

əzmini hər  bir  adamın  həyat  normasına 

çevrilm

əsində, Azərbaycanı  qısa  bir  tarixi  dövr  ərzində  keçmiş  SSRİ  məkanında 



geri  qalmış  respublikadan birincilər  sırasına  çıxarmasında  Heydər  Əliyev 

bacarığının və tələbkarlığının əvəzolunmaz rolu olmuşdur. 

90-

cı illərin əvvəllərində Azərbaycan iqtisadiyyatı tam tənəzzülə uğramışdı. 



Bu t

ənəzzül kənd təsərrüfatına daha çox təsir etmişdi. İstehsal strukturu dağılmış, 

neç

ə nəslin zəhməti ilə yaradılmış potensial məhv olmaq həddinə gəlib çatmışdır. 



T

əkcə 1990 – 1995-ci illər ərzində kənd təsərrüfatı məhsullarının istehsalı 58 faiz 

azalmışdır. 

Respublikanın  kənd təsərrüfatını    böhran  vəziyyətdən  çıxarmaq  üçün 

mövcud olan böyük istehsal v

ə  iqtisadi potensialdan səmərəli istifadə  edilməsi, 

k

ənd təsərrüfatının  spesifik  xüsusiyyətlərini nəzərə  almaqla iqtisadi mexanizm 



t

əkmilləşdirilməli  idi.  Bunun  üçün  aqrar  islahatların  bazar  münasibətlərinə 

keçilm

əsi  əsas istiqamət götürülməklə,  köklü    islahatların  həyata keçirilməsi, 



müxt

əlif təsərrüfat  formalarının  təşkili  və  mülkiyyət münasibətlərinin 

t

əkmilləşdirilməsi, çevik qiymət, vergi və kredit siyasəti yeridilməsi, əkinçilik və 



heyvandarlığın  dünya  təcrübəsinin  nailiyyətləri və  elmi  əsaslarla  inkişaf 

etdirilm


əsi, idarəetmədə iqtisadi amillərə üstünlük verilməsi vacib idi. 

1994-


cü  ilin  martında  Prezidentin  sarayında  keçirilən  müşavirədə  Heydər 

Əliyev  demişdir:  “Bildiyiniz  kimi  respublikamız  ağır  iqtisadi-sosial böhran 

ərisindədir.  Respublikanın  iqtisadiyyatının  və  sosial həyatının  bütün  sahələrini 



bürüy

ən bu böhran təəsüf ki, ildən-ilə dərinləşir, ölkənin həyatına onun mənfi təsiri 

gücl

ənir. Mən respublikanın bu vəziyyətdə olması barədə öz fikirlərimi dəfələrlə 



demi

şəm, təkrara ehtiyac yoxdur. Ancaq qısaca bir daha qeyd etmək istəyirəm ki, 

respublikanın  böhran  vəziyyətində, müharibə  şəraitində  olması  müstəqil 

Az

ərbaycanı  həddindən ziyadə  ağır  vəziyyətə  salmışdır.  Bunlar  hamısı  əhalinin 



h

əyat tərzinə mənfi təsir edir və ümumiyyətlə, Respublikanın bu günü və gələcəyi 

üçün çox böyük ç

ətinliklər  yaradır.  Ancaq  eyni  zamanda  xalqımız,  ictimaiyyət 

bilm

əlidir ki, Azərbaycanın  daxili  imkanları  çox  böyükdür,  bütün  böhran 



v

əziyyətindən  çıxmaq  üçün  mümkünatlar  var.  Biz  bu  imkanların  hamısını  işə 

salmalı,  onlardan  səmərəli istifadə  etməli və  respublikamızı  bu  ağır  vəziyyətdən 

çıxarmalıyıq.” 

Heyd

ər  Əliyev  vəziyyətdən  çıxış  yolunun  birini  də  aqrar  islahatların, 



əmlakın özəlləşdirilməsində görürdü. 

Aqrar sah

ədə  islahatların  aparılmasına və  onun daha da dərinləşməsinə, 

mülkiyy


ət münasibətlərinin və  sahibkarlığın  formalaşdırılmasına  dair  yüzlərlə 

f

ərman, sərəncam, qanun, qərar və digər normativ-hüquqi sənədlər qəbul olundu, 



aqrar bölm

ədə yeni mülkiyyət münasinətlərinin formalaşdırılması və müxtəlif növ 

t

əsərrüfat subyektlərinin, eyni zamanda, aqrar bölmədə  dövlət himayəsinin 



istiqam

ətləri və aqrar bazarın dövlət tənzimlənməsinin hüquqi əsasları yaradıldı. 

1992 – 1995-ci ill

ərdə kənd təsərrüfatında ümumi məhsul istehsalının həcmi 

orta hesa

bla  aşağı  düşürdüsə,  artıq  1996-cı  ildən  başlayaraq  (1997-ci il istisna 

olmaqla)  bu göst

əricisi ilbəil  artmağa  başlamış,  1999  –  2001-ci illərdə  uyğun 

olaraq 7,0; 12,1; 11,1 faiz artmışdır. 

1   ...   5   6   7   8   9   10   11   12   ...   77


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə