Heyət n darə ed lm


 Psixodiaqnostik metodikaya olan t



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə41/54
tarix05.03.2017
ölçüsü4,61 Mb.
#10133
1   ...   37   38   39   40   41   42   43   44   ...   54

19.2. Psixodiaqnostik metodikaya olan tələblə

 

Sözün qısası, psixoloci    uyğunluq o zaman pozulur ki,   



sən başqa adamlara onlar haqqında əslində nə fikirləşdiyini deyirsən. 

V.Konetskiy. Komediyanın sonunun başlanğıcıı. 

 

Psixodiaqnostik metodikanın əsas tipləri.    Oxuculara təqdim olunan 

testlərin  praktiki  tipologiyası  üçün  əsas  qismində  V.V.Stolin  və 

A.Q.Şmelev tərəfindən təsvir edilmiş prinsip seçilib. O, testin əsasında 

duran metodik üsulların fərqlərinə əsaslanıb: 

1)

  Yerinə  yetirilməsində  sınaqdan  keçirilənin  verilən  tap-



ş

ırıqlara doğru cavab verməli olduğu obyektiv testlər. Bir qayda 

olaraq  bu  qabiliyyətlərin  (intellekt,  yaddaş,  diqqət  və  baş-

qalarının) qiymətləndirilməsinə yönəlmiş metodikalardır; 

2)

  Standartlaşdırılmış özünə hesabat vermələr: sorğu testləri, 



açıq sorğular və şkala sorğuları; 

3)

  proyektiv metodikalar; 



4)

  aparat metodikaları; 

5)

  dialoq metodikaları; 



          Metodikanın bu tiplərinə daha geniş şəkildə baxaq: 

1.

  Obyektiv testlər.    Daha çox intellekt testi istifadə olunur. 



onların  yerinə  yetirilməsi  zamanı  sınaqdan  keçrilən  məntiqi, 

hesab və məkan tapşırıqlarını həll etməlidir. Obyektiv testlərin 

çoxunda tapşırığın yerinə yetirilməsi müddəti məhduddur.   

2.

  Standartlaşdırılmış özünə hesabat vermələr.   



1) Test sorğular daha çox kadr işində istifadə olunur. Sorğular 

 

 

 



373 

(birölçülü və çoxölçülü/çoxfaktorlu) bir neçə psixoloji əlaməti birdən 

qiymətləndirməyə  imkan  verir.  Çoxölçülü  sorğularda  hər  bir  ölçülən 

ə

lamət  suallar  qrupu  (adətən,  yeddi  və  daha  çox)  ilə  təqdim  olunur. 



Çoxölçülü standartlaşdırılmış sorğulara misal olaraq məhşur MMPI və 

Kettelin 16 PF testini, SPI göstərmək olar. Məzmun etibarı ilə sorğular 

suallar  siyahısı  və  ya  verilmiş  variantlarla  sınaqdan  keçirilənin  onlara 

reaksiyası  (cavabları)  ilə    təsdiqləmələrdir  («stimul  vəziyyətləri»). 

Cavabların mümkün variantları: 

• «doğrudur» və ya «doğru deyil» (MMPI sorğusu); 

• «bəli», «bəzən», «xeyr» (16 PF sorğusu). 

2) Açıq sorğular anketlər, sualların siyahısı və ya işlənməsinin 

xüsusi forması-kontent-analiz (yəni, cavabların müəyyən standart kate-

qoriyalara aid edilməsi) nəzərdə tutulan başa çatdırılmamış təkliflərdir. 

Bu,  Qərbdə  professional  uğurun  proqnozlar  metodunun  ən  məş-

hurlarından  biri  olan  sınaqdan  keçrilənin  psixobioqrafiyasının  öyrənil-

məsinə  yönəlmiş  bioqrafik  sorğulardır.  Daha  geniş  yayılanı  «başa 

çatdırılmamış təkliflər» adını alanlardır. Onlarda sınaqdan keçirilənlərə 

frazaları ətraflı yazıb qurtarmağı təklif edirlər. Məsələn: 

•  Mənim işim hər şeydən əvvəl… 

•  Rəhbərlik tərəfindən firmanın əməkdaşlarında hər şeydən       

çox qiymətləndirlən keyfiyyət… 

3)  Şkala  texnikaları.  Bəzi  sorğularda  sınaqdan  keçirilənlərə 

özünü bir və ya bir neçə şkala üzrə qiymətləndirmək təklif olunur. 



 

 

SYS (subyektiv yoxlama səviyyəsi) metodikası. 

 

Yoxlama  lokusunun  (yerinin)  ölçülməsinə  yönəlib  (həyat  fəa-

liyyətinin  (iş,  ailə,  şəxslərarası  münasibət  və  b.)  müxtəlif  sferalarında 

öz üzərinə məsuliyyət götürməyə meyl). 



Testin təlimatı: 

aşağıda göstərilmiş 44 fikirin hər birini zəhmət 

olmasa,  -3-dən  +3-ə  qədər  olan  altı  ballıq  şkala  üzrə  qiymətləndirin. 

Burada «-3» qiymətləndirməsi o deməkdir ki, «qətiyyən razı deyiləm», 

«+3»  qiymətləndirməsi  isə  «tam  razıyam»  mənasına  gəlir.  Seçdiyiniz 

cavab variantını blankda qeyd edin: 



Sorğunun fraqmenti: 

1)  Xidmət  üzrə  irəli  çəkilmə  qabiliyyətdən  və  insanın 

səylərindən daha çox hadisələri uğurlu birləşməsindən asılıdır; 


 

374 


 

2)  Boşanmaların  böyük  əksəriyyəti  insanların  biri-birinə 

uyğunlaşmaq istəməməsindən baş verir; 

3)  Xəstəlik  qəziyyə  işidir,  əgər  qismətində  xəstələnmək  varsa, 

daha heç nə edə bilməzsən; 

 

Cavablar üçün SYS blankının fraqmenti:       

   

 

Say 

 

«Qətiyyə



razı 

deyiləm»

»

»



»

 

«Razı 



deyiləm» 

 

«Çox 



razı deyi-

lə 

«Çox 

razıyam» 

«

«



«

«

Razı-



yam»

»

»



»    

 

«Tamami-



lə razıyan 

-3 



-2 

-1 




-3 


-2 

-1 




-3 


-2 

-1 




-3 


-2 

-1 




-3 


-2 

-1 




 

stənilən ölçü vasitəsi kimi standartlaşdırılmış sorğuların güclü 

və    zəif tərəfləri var.   

Üstünlükləri: 

•  Qrup  təftişi  zamanı  istifadədə  rahatdır  (asanlıqla  tirajı  təyin 

olunur,  nəticələrin  doldurulma  üzrə  dəqiq  yazılı  təlimata, 

işlənməyə və təfsirə malkdir); asanlıqla kompüterləşdirilir; 

•  Xüsusi psixoloji təhsilə malik olmayan kadr bölməsinin əmək-

daşı testdən keçirməni apara bilər; 

•  Nəticələrin  işlənməsi  və  təfsiri  sadədir,  xeyli  dərəcədə  zaman 

sərfi  və  uzunçəkən  xüsusi  hazırlıq  tələb  etmir.  Çoxölçülü 

şə

xsiyyət  sorğuları  bir  qayda  olaraq,  sınaqdan  keçirilənin 



tam  psixoloji  portretini  əldə  etməyə  imkan  verir.  Bundan 

başqa, belə sorğuların şkalaları adətən, bu və ya digər dərə-

cədə  ixtisasın  bir  çoxunun  psixoqramması  ilə  maraqlı  bir 

surətdə  kəsişir.  Sonuncu    çoxölçülü  sorğuların  «test  bata-

reyalarına» tez-tez daxil olmasının əsas səbəbidir. 

Adətən,standartlaşdırılmış  sorğular  müxtəlif  sosial  demoqrafik 

xarakteristikalara malik şəxslər üçün statistik normalar yığımına malik 

olur.  Bu,  sınaqdan  keçirilənlərin  psixoloji  keyfiyyətlərini  maksimal 

dəqiqliklə qiymətləndirməyə imkan verir. 

Çatışmazlıqları: 

• Sorğu  testin  şkala  strukturunun  nəzərdə  tutduğundan 

daha çox sınaqdan keçirilənlər barədə informasiya vermir; 



 

 

 



375 

• Əgər  sınaqdan  keçirilənin  nəticəsi  orta  qiymət 

sərhədləri daxilindədirsə, dolğun təfsirlə problemlər əmələ gəlir. 

Bu  səbəbdən  Kettel  sorğusunun  16  şkalasının  yarısından  çoxu 

bəzən «işləmir»; 

• Çoxölçülü  şəxsiyyət  sorğuları  bir  neçə  yüz  sualı 

özündə  ehtiva  etdiyindən  keçirilməsinə  xeyli  vaxt  sərfiyyatı 

tələb edir; 

• Bəzi  standartlaşdırılmış  sorğuların  məşhurluğu  və 

populyarlığı onların qanuniliyinin aşağı düşməsinə gətirib çıxarıb. 

3.  Proyektiv  metodikalar.  Bu  metodikalar  sınaqdan  keçirilən 

təsəvvür  prosesində  işə  düşür.  Proyekt  testlərinin  təlimatı  insanı  veril-

miş stimul situasiyasında özünü «proyeksiya etməyi» və onun əsasında 

mətn, şəkil, hekayə, emosional vəziyyət və s. qismində bəzi fərdi məh-

sul  yaratmağa  imkan  verir.  Belə  hesab  olunur  ki,  belə  məhsul  özündə 

xarakterin  xüsusiyyətlərini  və  sınaqdan  keçirilənin  motivasiyalı-də-

yərlər sferasını daşıyır. 

Proyektiv  metodikanın  nəticələrinin  analiz  və  təfsiri  müəyyən 

təcrübə və hazırlıq tələb edir. 

Geniş  məlum  olan  və  kadr  işində  tez-tez  istifadə  olunan  Lyü-

ş

erin rənglər seçimi və mövcud olmayan heyvanın rəsmi kimi proyektiv 



testlər  var.  Onlar  şəxsin  psixoloji  xüsusiyyətləri  ilə  rəng  üstünlüyü 

(birinci  halda)  və  qrafik  özünütəsvirlə  (ikinci  halda)  aşkar  edilmiş 

ə

laqələrə əsaslanıb.   



Təlimatın  özünəməxsusluğu  və  proyektiv  testlərin  stimul  hal-

ları,  sınaqdan  keçirilənin  yaradıcılıq  əsaslarına  apelyasiya  belə  meto-

dikaları  onların  «test  batareyalarına»  daxil  edilməsi  bxımından  məq-

sədyönlü edir. Proyektiv metodikaların çoxu şəxsin motivasiya sferasını 

öyrənmək üçün istifadə olunur.   

4. Aparatura metodikaları. Sınaqdan keçirilənin fərdi psixoloji 

xüsusiyyətlərin  öyrənilməsi  üçün  xüsusi  aparaturalarının  istifadəsini 

nəzərdə  tutur.  Bir  qayda  olaraq,  aparat  metodikalarının  köməyi  ilə 

yüksək əsəb fəaliyyətinin xüsusiyyətləri (reaksiyanın sürəti, sinir siste-

minin  dinamik  xarakteristikası)  və  yüksək  psixi  funksiyalar  (yaddaşın 

xüsusiyyətləri,  diqqət,  qavrayış)  qiymətləndirilir.  Bu  parametrlər  ope-

ratorların və sürücülərin professional psixoloci seçimi zamanı xüsusi ilə 

vacibdir. 

Aparatura  metodikaları  ilə  müəyyən  oxşarlıqlara  komüter 

testləri malikdir. 


 

376 


 

5.  Dialoq  metodikaları.  Psixodiaqnost  və  sınaqdan  keçirilənin 

birbaşa  ünsiyyətini  nəzərdə  tutur.  Bu  texnikalar  yüksək  kommunikativ 

səriştəlilik  tələb  edir.  Diaqnostik  texnikanın  variantı  nəticələrin 

dəqiqləşdirildiyi və əvvələr yerinə yetirilmiş testlərin nəticələrinə görə 

irəli  sürülmüş  hipotezaların  yoxlanıldığı  psixoloji  müayinənin 

nəticələrinə  əsasən  söhbətdir.  Söhbətlə  bir  vaxtda  sınaqdan  keçirilənə 

etika baxımından mükəmməl formada qısa əks əlaqə təqdim oluna bilər.   

Psixoloji  testlərin  verbal  (şifahi)  və  qeyri  verbal  metodikaları-

nın ayrılmasına əsaslanmış təsnifatı mümkündür. Birinci tip metodikada 

stimul  vəziyyətin  verilərkən  aktiv  şəkildə  verbal  (şifahi)  aparatdan 

istifadə olunur. Qeyri- verbal aparatlarda onu şəkillər, səslər və b. əvəz 

edir. hesab oluunur ki, bu halda sınaqdan keçirilənin məna sferası onun 

anlayışında və cavabında minimal təhrifləri özünda cəmləşdirir. Bundan 

başqa  qeyri  verbal  testlər  daha  az  dərəcədə  mədəni  təsirlər  və 

sterotiplərə  məruz  qalır.  Bu  xaricdən  bizim  ölkəmizə  bir  sıra  qeyri 

verbal metodikaların, o cümlədən, M. Lyüşerin geniş yayılmış rənglərin 

seçimi testinin birbaşa keçməsinə əsas olub.   

Verbal  metodikalara  standartlaşdırılmış  və  şkala  testlərinin 

böyük əksəriyyətini aid etmək olar.   

Psixodiaqnostik metodikaların digər təsnifat variantı ierarxik sinif-

lərin, şəxsin öyrənilməsinə blok yanaşmada reallşadırılan    şəxsin psixoloji 

keyfiyyətlərinin səviyyələrinin ayrılmasına əsaslanıb (şəkil 19.1): 

• Yüksək əsəb fəaliyyətinin, temperamentin xüsusiyyətləri; 

• Yüksək  psixiki  funksiyaların  (yaddaşın,  təfəkkürün,  qav-

rayışın, diqqətin); 

•  Xarakteroloji  keyfiyyətlərin  (sosial-psixoloji  xarakteristikanın, 

yoxlama lokusunun, həyəcan səviyyəsinin və s.); 

• Motivasiyalı-dəyərlər xüsusiyyətlərinin. 

            Psixodiaqnostik  metodikaların  tətbiqi  qaydaları.  Təşkilatın-

sifarişçinin  kadr  xidmətində  kadr  konsultasiyasının  əsas  prinsiplərinə 

uyğun  olaraq işçi personalın  qiymətləndirilməsi  üçün hansı  psixodiaq-

nostik  metodikaların  seçiləcəyi  məsələsi  geniş  şəkildə  müzakirə  olun-

malıdır. Daha sonra konsultasiya prosesində psixodiaqnostik prosedur-

ların  istifadə  zərurətinə  qayıdaraq  öz  təkliflərini  müzakirə  etməkdir. 

Müzakirənin  özünü  maksimal  dərəcədə  açıq  şəkildə  qurmaq  arzuedi-

ləndir.  Bunun  üçün  prosedur  kompleksinin  tam  görüntüsündə  və  onun 

hər bir hissəsində ayrıca olaraq təfərrüatı ilə dayanmaq olar.   

lkin  baryerlərin  aradan  qaldırılmasının  ən  səmərəli  üsulla-



 

 

 



377 

rından  biri  əldə  edilmiş  nəticələrin  sonrakı  analizi  ilə  bir  neçə  və  ya 

bütün  təklif  olunan  prosedurların  nümayişidir.  Bundan  dərhal  sonra 

sifarişçinin  nümayəndələri  ilə  konsultasiya  prosesində  psixodiaqnostik 

prosedurların  tətbiqinin  etik  tərəfini  müzakirə  etməyin  nadir  imkanı 

meydana  çıxır.  Burada  konsultant  və  sifarişçinin  nümayəndələri 

arasında məsuliyyətin bölünməsini aydınlaşdırmaq lazımdır. Konsultant 

yoxlamanın nəticələrinin keyfiyyətinə və qiymətləndirilənlərin təhlükə-

sizliyinə  tam  cavab  verir.  Lakin  işin  keyfiyyətinə  görə  məsuliyyət  və 

yekun  nəticə  bölmənin  rəhbərlərinə  də  ötrülür.  Nəticənin  keyfiyyətinə 

nəzarət  üçün  o  yadda  saxlamalıdır  ki,  effektiv  diaqnostik  iş  yalnız 

aşağıdakı tələblər yerinə yetirildiyi halda mümkündür: 

1)  istifadə  edilən  testlər  barəsində  qanunilik,  mötəbərlilik,  ba-

rədə  məlumatlar  var,  sınaqdan  keçirilənlərin  nəzərdə  tutulan  kate-

qoriyaları üçün statistik normalar mövcuddur; 

2) metodik materiallar var (stimul materialları, blanklar, açarlar, 

testdən  keçirmənin  prosedurlarının  təsviri,  nəticələrin  işlənməsinin 

alqoritmi,  nəticələrin  təfsirinin  mətni  və  onların  əsasında  rəyin  tərtib 

olunması üzrə tövsiyələr); 

3)  metodikaların  istifadəsi  işçi  personalın,  maliyyə  və  zaman 

sərfiyyatının  seçim  (qiymətləndirmə)  meyarları  baxımından  əsaslan-

dırılıb; 

4)  verilmiş  test  və  onun istifadəsinin  məqsədyönlülüyü  barədə 

ekspert rəyi verə bilən ixtisaslı konsultantın varlığı; 

5) şəxsi informasiyanın məxfiliyi, o cümlədən prosedur olaraq 

(informasiyanın qorunması, ötrülməsi və istifadəsi qaydasının dəqiqləş-

dirildiyi  xüsusi  sənəd  yaradılır,  açara  məhdud  girişlə  ilkin  nəticələrin 

xüsusi kodlaşdırılması tətbiq olunur) təmin edilir. 

Mötəbər nəticələrin alınması, eləcə də professional etika düşün-

cəsi  üçün  lazım  olan  psixodiaqnostik  metodların  hərtərəfli  istifadəsi     

konsultantın  və  sifarişçinin  nümayəndələrinin  öz  işlərində  bir  sıra 

qaydalara əməl edəcəklərini nəzərdə tutur.   



 

Psixodiaqnostik testlərin istifadəsi qaydaları: 

 

•  Kadr  işində  yalnız  nəzəri  cəhətdən  yaxşı  əsaslandırılmış  və 

praktiki  cəhətdən  yoxlanılmış  metodikaları  tətbiq  etmək  la-

zımdır; 



 

378 


 

•  Testdən  keçirmənin  texnologiyasında  olduğu  kimi  sınaqdan 

keçirilən  barəsində  alınmış  diaqnostik  informasiya  haqda  da 

mütləq professional sirrə əməl etmək; 

•  Partnyor  əsasda  yoxlanılanla  münasibət  qurmaq.  Bu  o  demək-

dir ki, onların etimadından sui-istifadə etmək olmaz; diaqnostik 

informasiyadan  necə  istifadə  olunacağı  və  ona  kimin  girişinin 

olacağı  barədə  mütləq  xəbərdarlıq  etmək  lazımdır;  test  məlu-

matları  üzrə  sınaqdan  keçirilənin  informasiya  alması  üçün  şə-

rait yaratmaq lazımdır; 

•  Sınaqdan  keçirilən  tərəfdən  testin  nəticələri  haqda  sorğu  olar-

kən  onun  potensial  imkanlarını  xüsusi  vurğulayaraq  və  mənfi 

qiymətləndirmə  mühakimələrindən  qaçaraq  müsbət  şəkildə 

informasiya təqdim etmək; 

•  Yüksək professional ixtisas tələb edən psixodiaqnostik və ana-

litik  işə  xüsusi  təlim  keçməyən,  eləcə  də  professional  etikanın 

tələblərini pozan şəxsləri buraxmamaq. 

  Əlverişli  psixoloji  atmosfer  yaratmaq,  sınaqdan  keçiriləndə 

gərginliyi  azaltmaq  və  test  zamanı  yekunda  etibarlı  nəticənin  alınması 

üçün aşağıdakı əsas qaydalara əməl etmək lazımdır: 

• 

Sınaqdan keçirilənlə əvvəlcədən tarixi, yoxlamanın vaxtını ra-



zılaşdırmaq, onun nə qədər davam edəcəyi barədə mütləq məlumat 

vermək; 

• 

Testdən keçirmə lazımi sanitar-gigyenik normalara (bir sınaq-



dan keçirilən şəxsə düşən sahə 3 kvadrat metrdən az olmamalı, ha-

valandırma,  pəncərə,  xoş  interyer  və  s.  olmalı)  əməl  etməklə,  te-

lefon  və  digər  diqqət  yayındıran  məqamların  yoxluğu  ilə  ayrıca 

otaqda keçirmək lazımdır; 

• 

Testdən əvvəl sınaqdan keçirilənlə psixoloji ünsiyyət qurmaq, 



bir daha testdən keçmək üçün lazım olan vaxt barədə məlumat ver-

mək, sınaqdan keçirilənin tapşırıqların öhdəsindən gəlmək qəbiliy-

yətində  olmasına  əminliyini  ifadə  etmək,  alınmış  informasiyaların 

məxfi  olduğunu,  namizədin  potensialını  (o  cümlədən  gizli)  aşkar 

etməyə  imkan  verdiyini  və  təkcə  kadr  qərarının  qəbulu  üçün  əsas 

yox, həm də yeni iş yerində onun professional adaptasiyası zamanı 

kömək olduğunu bildirmək vacibdir; 

• 

Sınaqdan  keçirilənə  nəticənin  təfsiri  barədə  ətraflı  məlumat 



vermək  lazım  deyil,  bu  onların  mötəbərlilik  səviyyəsinə  təsir 

göstərə bilər və metodikanın devaldiziyasiyasına səbəb olacaq; 



 

 

 



379 

• 

Sınaqdan keçirilən barədə partnyor mövqeyi tutmaq lazımdır 



(«Biz  sizinlə  ümumi  iş  görürük,  biz  etibarlı  informasiyanın 

alınmasında  maraqlıyıq  və  buna  görə  sizə  minnətdar  olarıq»),  güc 

mövqeyi  ilə  qarşılıqlı  fəaliyyət  (« ndi  biz  sizin  barənizdə  hər  şeyi 

biləcəyik!») yolverilməzdir; 

• 

Psixodiaqnostik  yoxlama  zamanı  mehriban,  nəzakətli  olmaq 



və zəruruət olduğu halda köməyə gəlməyə hazır olduğunu nümayiş 

etdirmək lazımdır; 

• 

Test  zamanı  hər  iş  saatından  bir  10  dəqiqəlik  fasilə  nəzərdə 



tutmaq lazımdır; 

• 

Sınaqdan  keçirilən  tərəfindən  testin  nəticələrinə  maraq  gös-



tərilərkən  bu  informasiyanı  şifahi  konspekt  xarakterli  formada 

təqdim  etməyə  hazırlığı  ifadə  etmək  və  bunun  nə  vaxt  edilə 

biləcəyini bildirmək lazımdır; 

• 

Yoxlama  başa  çatarkən  sınaqdan  keçiriləni  gələcək  qarşılıqlı 



fəaliyyət  (müddət,forma  və  b.)  barədə  informasiyalandırmaq  və 

mütləq görülmüş işə görə təşəkkür etmək lazımdır. 

Sınaqdan keçirilənin testin yerinə yetirilməsi zamanı davranışı 

onun  fərdi  psixoloji  xüsusiyyətləri  barədə  əlavə  informasiya  mənbəyi 

ola bilər. 

 

19.3. Kadr psixodiaqnostikasına   

          irəli sürülən tələblə

 

Ovsunla qarı, ovsunla qoca 



yan tərəfdən üçü – sizinkilər yoxdur, 

Bubna Tuz, tabut şam ağacından 

Atıcıdan mənə cavab ver. 

 

L.Filatov. Atıcı Fedot haqqında.   

Psixodiaqnostik  işin  nəticələrinə  çoxsaylı  subyektiv  faktorlar 

ə

həmiyyətli dərəcədə təsir göstərir. Qrafik formada onlar şəkil 19.2-də 



göstərilib. 

 

 

 

 

 

 

380 


 

Şə

kil 19.2 

 

 

Göstərilmiş sxemə daha ətraflı baxaq: 



          Professional dünyagörüşü. Bu, diaqnostik işin nəticələrinə təsir 

göstərən subyektiv faktorların ilk qrupudur. Mütəxəssisini professional 

dünyagörüşü öz növbəsində diaqnostun aldığı təhsilin xüsusiyyətləri ilə 

təyin  olunur.  Baza  psixoloji  təhsilin  varlığı  tətbiqi  psixologiyanın 

metodoloji  əsaslarının  dərindən  başa  düşülməsini  və  ali  məktəblərdə 

təhsil  illərində  mənimsənilmiş  professional  normaları  və  deontoloji 

prinsipləri  göstərə  bilər.  Dəyərlər  sisteminə  və  mütəxəssisin  inamına 

professional mühit böyük təsir göstərir.   



Fərdi  psixoloji  xüsusiyyətlər.  Bu,  kadr  psixodiaqnostikasının 

işinə təsir göstərən subyektiv faktorların ikinci qrupudur. « nsan-insan» 

ixtisas  tipində  vacib  rolun  mütəxəssisin  şəxsiyyətinin  oynadığına  dair 

haqlı fikir mövcuddur.   

Kadr  konsultasiyası  mövqeyindən  bu  məsələyə  baxaraq  kon-

sultant-psixodiaqnostun  professional  effektivliyini  yüksəldən  bir  neçə 

fərdi-psixoloci keyfiyyəti qeyd etmək olar: 

1) Motivasiyalı-dəyərlər xüsusiyyətləri: 

•  Humanist istiqamət; 

• 

nsanlara göstərilmiş maraq; 



Кадр психодиагностикасы 

    Профессионал 

дцнйаэюрцшц 

 

•  Тящсил 



•  Тяърцбя 

•  Профессионал 

нормалар 

•  Профессионал 

мцщит 

•  Профессионал 



анлайышлар (дил) 

системи 


        Фярди-психолоjи             

        хцсусиййятляр 

•  Диагностун 

мотiвасийалы-дяйярляр 

хцсусиййяти 

•  Характеро-лоjи 

кейфиййятляр 

•  Габилиййят-ляр 

(йцксяк психолojи 

функсийалар) 

•  Tемпера-мент 

Профессионал рол 

 

•  Технолоjи 



тяcщизат 

•  Кадр 


технолоэийасында 

йер 


•  Диагностик 

тапшырыгларын 

сярщядляри кянарына 

чыхыш (щалцстц 

фяаллыг) 


 

 

 



381 

•  Sonrakı professional və şəxsi inkişafa istiqamətlənmə; 

•  Səlahiyyətin ifadə olunmuş motivinin yoxluğu. 

          2) Xarakteroloji keyfiyyətlər: 

•  Davamlı müsbət özünüqiymətləndirmə; 

•  Kommunikativ  keyfiyyətlərin  inkişafı  (ünsiyyətə  meyl,  müxtəlif 

kateqoriyadan olan insanlarla ünsiyyət yaratmaq və saxlamaq bacarığı, 

empatiyaya qabiliyyət, ətrafdakılarla konstruktiv partnyor münasibətlə-

rinin qurulmasına yönəlmə, rol repertuarının zənginliyi); 

•  Şəxsi məsuliyyətin yüksəldilmiş səviyyəsi; 

•  Psixoloji təzyiq barədə inadkarlıq; 

•  Emosional və ixtiyari özünə nəzarətin yüksək səviyyəsi; 

•  Qabaqcadan hasil olan qənaətin yoxluğu; 

•  Xeyirxahlıq. 

        3) Qabiliyyətlər: 

• 

nellektual  inkişafın  yüksək  səviyyəsi  (analizə  göstərilən  qa-



biliyyət və informasiyanın ümumiləşdirilməsi, intellektual çeviklik); 

• 

nformasiyanın defisiti (qıtlığı) şəraitində intellektual (diaqnostik) 



məsələlərin həlli bacarığı; 

•  Sərbəst diqqətin inkişafı; 

•  Verbal  inkişafın  yüksək  səviyyəsi  (öz  fikirlərini  savadlı  və 

anlaşılan şəkildə ifadə etmək, mətn tərtib etmək bacarığı). 

        4) Temperament, yüksəəsəb fəaliyyətinin xüsusiyyətləri:   

•  Psixi proseslərin sürəti-ortadan aşağı olmayan. 

Bundan  başqa,  psixodiaqnostika  üzrə  mütəxəssisdə  müəyyən 

şə

xsiyyət və həyat təcrübəsinin olması əhəmiyyətli hal daşıyır.   



Psixodiaqnostun  yuxarıda  sadalanan  keyfiyyətləri  «ideal» 

mütəxəssisi təsvir edir. Real həyatda uğurlu mütəxəssis bir çox hallarda 

eyni  şəxsiyyət  əlamətlərini  digərləri  ilə  nadir  uyğunlaşdırma  və  kom-

pensasiya hesabına professional fəaliyyətin fərdi üslubunu formalaşdırır.   

Lakin  belə  kompensasiyalarda  müəyyən  məhdudiyyətlər  var. 

Bununla  əlaqədar  olaraq  psixodiaqnost  ixtisasına  əks  psixoloji 

göstərişləri bir-bir saymaq lazımdır: 

• Aşağı salınmış özünü qiymətləndirmə; 

• Yetərsiz yüksək intellektual səviyyə; 

• Azaldılmış mədəni səviyyə; 

• Aqressivlik. 


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin