Professional rol. Bu, psixodiaqnostikanın nəticələrinə təsir göstərən
382
subyektiv faktorların üçüncü qrupudur. Professional rol texnoloji
təchizat səviyyəsi, yəni psixodiaqnostik vasitələrə malik olma səviyyəsi
və informasiyanın effektiv kadr işi üçün lazım olan təqdimatda onların
imkanları ilə təyin olunur.
ş
in müxtəlif növlərinə olan əlavə tapşırıqlar və zaman sər-
fiyyatı diaqnostik iş yanaşmasına və onun kontekstinin anlaşılmasına
təsir göstərir. Əgər psixodiaqnost öz əsas işini təşkilatın konsultasiya
müşayiəti ilə uyğunlaşdırırsa, onda seçim meyarlarının daha mahir,
dərin reallaşması üçün lazım olan şərtlər yaranır.
Kadr psixodiaqnostikası üzrə mütəxəssisin bütövlükdə pro-
fessional aktivlik səviyyəsi geniş əhəmiyyətə malikdir. Onun «halüstü»
aktivliyi (yəni, vəziyyətin kompleks görüntüsü ilə uyğun olaraq məh-
dud tapşırıqların çərçivəsindən çıxmaq cəhdi) təkcə psixodiaqnostika-
nın kontekstini genişləndirmir, həm də kadr işinin yeni mümkün
istiqamətlərinin formalaşması üçün lazımi şərtlər yaradır.
Kadr xidməti rəhbərlərinin və işçi personalın qiymətləndiril-
məsi üzrə mütəxəssislərin sorğusu psixodiaqnost vəzifəsinə namizədin
seçimi zamanı nəzərə alınmasının əhəmiyyəti olan bir sıra parametrləri
ayırmaq imkanı verib.
Psixodiaqnost və zifə sinə namizə din seçimi zamanı
irə li sürülə n tə lə blə r
1. Daha yaxşı təhsil baza psixologiyasıdır. Bir qayda olaraq
hazırlığın yüksək keyfiyyyəti daha çox universitetləri və pedoqoji ali
məktəblərin psixologiya fakültələrinin məzunlarında rast gəlinir. Psi-
xoloji ixtisaslaşma böyük əhəmiyyət kəsb edir. Fərdi-psixoloji diaqnos-
tikaya daha yaxşı tibbi psixologiya, ümumi psixologiya və əməyin psi-
xologiyası kafedralarının məzunları malik olur. Sosial- psixoloji
diaqnostikanın keçirilməsinin daha çox təcrübəsinə sosial psixologiya
kafedrası üzrə ixtisaslaşanlar malik olur.
2. Praktik diaqnostik iş təcrübəsi və konkret metodikalar biliyi
vacibdir. Kadr psixodiaqnostunun professional aktivinə məsələlərin
geniş spektrini həll eməyə və sınaqdan keçrilən haqda kompleks məlu-
matlar almağa imkan verən testlər daxil olmalıdır. ş təcrübəsi və bir
neçə şəxsiyyət sorğularına (KOT, Raven matrisası, Veksler testi), pro-
yektiv metodikalara («ev-ağac-insan», Lyüşerin testi, «mövcud ol-
mayan heyvanın» rəsmi, təsviri appersepsiya testi) sərbəst malik olma
arzuediləndir. Praktiki diaqnostik iş təcrübəsinin bir ildən az olmaması
383
yaxşı olardı.
3. Psixodiaqnostun professional hazırlıq dərəcəsinin aşkar
edilməsi üçün psixodiaqnostik yoxlamanın nəticələrinə görə Rəy
strukturu barədə məsələdən istifadə etmək olar. Rəy konkret məsələyə
(sənət seçimi, kadr ehtiyatlarına daxil edilmə və b.) yönəlməli və
sınaqdan keçirilənlərin professional yararlığı (rəhbər vəzifələrin və b.-
nın tələblərinə uyğun olaraq) barədə qərarın qəbul edilməsinə imkan
verən struktura malik olmalıdır.
4. Psixodiaqnostun yekun məhsulu haqda bəzi məlumatları
psixodiaqnostlar tərəfindən əvvəl yazılmış rəy nümunələri ilə tanış
olaraq əldə etmək olar. Bununla yanaşı aşağıdakılara da diqqət yetirmək
lazımdır:
• Rəyin həcmi (adətən mükəmməl psixoloji portret maşında
yazılmış mətnin 1,5-2 səhifəsini tutur);
• Ədəbi üslub və savadlılıq dərəcəsi;
• Testin nəticələrini başa düşülən dillə ifadə etmək bacarığı
(xüsusi terminlərin həddən artıq istifadəsi olmadan);
• Test tapşırıqları ilə materialın müvafiq strukturu və ifadə
forması;
• Nəticələrin və tövsiyələrin mövcudluğu;
• Məxfi informasiyaları ifadə edərkən etik və deontoloji
prinsiplərə əməl olunması.
5. xtisaslı psixodiaqnost konkret tapşırıq altında test batare-
yalarının formalaşdırılmasına görə lazımi bilik və təcrübəyə malik olur.
Bununla yanaşı təkcə seçim və ya qiymətləndirmə meyarlarının meto-
dikalarının müvafiq şkala strukturları yox, həm də test təqdim edil-
məsinin ümumi davamiyyəti və qaydası nəzərə alınır.
6. Diaqnostik təcrübəyə malik psixoloq rəyin diaqnostik pro-
sedurası, işlənmə və yazılması ilə əlaqədar zaman sərfiyyatını bilir.
7. Psixodiaqnostika üzrə mütəxəssisin tətbiq etdiyi metodikalar
professional tələblərə (qanuni, mötəbər olmalı və sınaqdan keçrilənlərin
sosial demoqrafik xarakteristikalarına uyğun normalara malik ol-
malıdır) uyğun gəlməlidir.
XÜLASƏ
1. Kadr psixodiaqnostikası işçinin professional uğuru, əmək
prosesində inkişaf və şəxslərarası effektiv qarşılıqlı əlaqə baxımından
ə
həmiyyət daşıyan keyfiyyətlərinin öyrənilməsinə yönəlib.
384
2. Şəxsin fərdi-psixoloci xüsusiyətləri dinamikdir, həyat
prosesində və sistem fəaliyyətində dəyişəndir. Bu səbəbdən onların
öyrənilməsi və analizi sonrakı inkişaf üçün şəxsin potensialının açıl-
ması mövqeyindən qurulmalıdır.
3. Psixoqramma-professional əhəmiyyətli nəticənin əldə
olunması prosesində işçinin effektivliyinə təsir göstərən onun psixoloji
professional vacib keyfiyyətlərinin siyahısıdır.
4. Kadr konsultasiyası çərçivəsində kadr qərarlarının qəbulu
baxımından əlverişli olan diaqnostik nəticələrin təqdim olunmasının
dörd əsas növündən istifadə olunur: 1) qiymətləndirmə meyarları üzrə
balların hesablanması, 2) sınaqdan keçirilənlərin təsnifatlandırılması
(reytinq, siyahıda yer), 3) kateqoriyalaşdırma (sınaqdan keçrilənin bu
və ya digər qrupa və ya sinifə aid edilməsi), 4) şəxsin xüsusiyyətlərin
dolğun təsviri (rəy, portret, xarakteristika).
5. Müasir psixologiyada psixodiaqnostik tədqiqat üçün əsas
olan şəxsin öyrənilməsi və analizinə bir neçə daha geniş yayılmış
yanaşmalar mövcuddur: konstitusional, blok və motivasiyalı-dinamik.
6. Kadr psixodiaqnostikasına olan tələblərin strukturunda
ayrılır: professional dünyagörüşü, fərdi-psixoloji xüsusiyyətlər və
texniki təchizat.
YOXLAMA SUALLARI
1.
«Kadr psixodiaqnostikası» terminini siz necə başa düşürsünüz?
2.
Professioqrafik mərhələnin nəticələri nədir?
3.
Meyarlı və texnoloji mərhələlərin əsas fərqlərini sadalayın.
4.
Müəyyən professional fəaliyyətə insanın qabiliyyətinin öyrənil-
məsi və ölçülməsinə yönəlmiş psixoloji gösitəricilər hansı metodikalara
uyğun olmalıdır?
5.
Psixodiaqnostik tədqiqat üçün əsas olan şəxsin öyrənilməsi və
analizinə daha geniş yayılmış yanaşmaların xarakteristikasını verin.
6.
Psixodiaqnostik metodikaların əsas tiplərini xarakterizə edin.
7.
Kadr psixodiaqnostunun professional fəaliyyətinin icraçısına əsas
psixoloji əks göstərişləri sadalayın.
385
VII. KADR MENECMENT N N KONFL KTO-
LOJ Ə SASLARI
Fə sil 20. Konflikt inkiş af vasitə si kimi
Ş
tıklarla hər şey etmək olar, lakin onların üstündə oturmaq olmaz.
Napoleon
Küləyi idarə etmək olarmı?
Külək yaxşıdır, yoxsa pis?
Yel kiçik küləkdir, ya külək böyük yeldir?
Külək faydalıdırmı?
Küləyi konstruktiv və destruktiv hissələrə bölmək olarmı? Eyni
külək bir vaxtda həm konstruktiv, həm də destruktiv ola bilərmi?
Tayfun dəhşətli küləkdir, ya külək daim tayfunu müşayiət edən
haldır?
Küləklə fəaliyyətin inkişafını təmin etmək olarmı?
Ümumiyyətlə əgər külək insanın da yaşadığı təbii hava
mühitinin təbii vəziyyətidirsə, onda küləyin cilovlanması baha başa
gəlmirmi (bizdə təbiətin artıqlaması ilə istila edilməsinin acı təcrübəsi)?
Belə bir mənzərə təsəvvür edin: küləkli dənizdə biri-birinə qarşılıqla
təsir göstərən bir neçə yelkənli gəmini qovur. Biz öz gəmimizdə dayanıb
çətinliklə fırtınaya müqavimət göstərərək digər gəmiləri də idarə edə bi-
lərikmi? Ümumiyyətlə kimsə qarşılıqlı təsirlə digər gəmiləri onların kapi-
tanlarının və komandalarının razılığı olmadan idarə edə bilərmi? Əgər razılıq
varsa, onda biz danışırıqmı qarşılıqlı təsiri yaxud küləyi idarə edirik?
Yox, əgər küləyi idarə etmək mümkün deyilsə, onda nəyi idarə
etmək olar?
•
Müvafiq geyimə malik olmaq;
•
Küləkdən qorxmamaq üçün möhkəm olmaq;
•
Təbiətin qanunları, o cümlədən küləyin formalaşması və onla-
rın fəaliyyət qanunları nəzərə alınmaqla tikilmiş möhkəm evə malik
olmaq;
•
Hansı qanunların universal olduğunu, hansılarının bu və ya
digər xüsusiyyətlərdən asılı olduğunu anlamaq (küləklər isti səhrada,
günəşli çimərlikdə dənizdə, şaxtalı Arktikada qışda nələrdə oxşardır,
nələrdə fərqlidir);
•
Külək barədə mümkün olan hər şeyi bilmək;
386
•
Küləyi izləyən və vaxtında lazımi məlumatları verən xidmət
yaratmaq.
ndi isə «külək» sözünü «konflikt» sözü ilə əvəz edin və
özünüzə eyni sualları verin.
20.1. Konfliktologiyaya tarixi səyahət
Ə
n yaxşısı hamı bir yerə toplaşsalar bir birinə tapmaca söyləsələr və
yaxud sadəcə boş boşuna danışsalar. Nələr demirlər! Haradan elə
şeyləri götururlər! Necə də qorxuya sala bilirlər!
N.V.Qoqol. Dünən xutorda Dikankanın yanında
Konfliktin adi izahını bir çox kitablarda, məsələn rus dilinin
izahlı lüğətində tapmaq olar və həmin lüğətdə konflikt-vuruşma, mü-
bahisə, dalaşma kimi izah olunur. Professional yanaşma belə adi yanaş-
manın yenidən mənasını açmağı tələb edir.
«Konfliktin sosiologiyası»-alman filosof və sosioloqu Q.Zimmel
(1858-1918) öz işlərindən birini belə adlandırmışdı. Müasir sosial psixo-
logiya və sosiologiyada «konfliktologiyaya» anlayışı tədqiqatın xüsusi
sahəsinin göstərilməsi üçün toplu termin kimi istifadə olunur.
Konfliktin tədqiq edilməsinə maraq dərəcəsi-XIX əsrin sonu XX
ə
srin əvvəllərində (Zimmel) konfliktin vacibliyi və müsbət dəyərlərinin
tanınmasından tutmuş bir tərəfdən ona sosial analitiklər tərəfdən minimal
diqqətə, digər tərəfdən konfliktlər haqda hazırda xüsusi fənn- konfliktolo-
giyaya yaratmaq cəhdlərinə qədər əhəmiyyətli dərəcədə dəyişib.
XX əsrin 20-ci illərində konflikt probleminə azalan maraq 40-cı
illərdən etibarən yenidən artdı. Konfliktlər nəzəriyyəsinin yenidən
yaranması cəhdini T. Parsonsun adı ilə bağlayırlar.
Konflikt problemini müxtəlif elmi məktəblər-sosial darvinizm,
psixoanaliz, model psixologiyası, simvolik interaksionizm, qavarma,
riyazi modelləşdirmə və s. çərçivəsində öyrənirlər.
L.Kozerin pozitiv funksional konflikt, R.Darendorfun cəmiy-
yətin konflikt modeli, K.Bouldinqin konfliktin ümumi nəzəriyyəsi
konsepsiyaları daha çox məhşurdur.
Konfliktlərin permanentliyi (daimilik) artıq ötən əsrdə geniş şə-
kildə tanınmağa başlandı. Q.Spenserə görə konflikt qaçılmazdır və cə-
miyyətin inkişafını stimullaşdırır. Q.Zimmelə görə isə konflikt müba-
rizə edən və eyni zamanda qarşılıqlı əlaqədə olan tərəfləri birləşdirən
fikir ayrılıqlarının formalarından biridir. K. Marks harmoniyanın ilkin
şə
rti kimi cəmiyyətin parçalanmasına gətirən prinsipial qlobal konflikt
ə
sasında qurulmuş sinfi mübarizə nəzəriyyəsi kimi inkişaf etdirdi.
387
Konfliktin müsbət rolu Zimmelə görə dinamiklik və uyğunlaşmanın
stimullaşdırılmasındadır.
Konflikt fənn olaraq modelinin iki bazasının qəbul olunduğu
politologiyada da öyrənilir: liberal və ya plüralist, elitar və ya avtoritar.
Plüralist (liberal) modelə görə cəmiyyət müxtəlif maraqlar qrupun-
dan ibarət olduğundan konfliktlər hər yerdədir, qaçılmazdır. Məhşur ameri-
kalı sosioloq R. Park (1864-1944) konflikti qrşılıqlı əlaqənin əsas növü
adlandırmışdı. Alman sosioloqu R.Darendorfa görə konflikt özündə yaradı-
cı mahiyyət və çağırışı cəmləşdirir və bazarla, aşkarlıqla, açıqlıqla yanaşı
insan azadlığının mövcudluğunun şərtidir. Konfliktlər öz-özlüyündə rifah
kimi yox, bütövlükdə cəmiyyətin strukturunun islah edilməsi gedişində
ziddiyyətlərin rəf edilməsinin qaçılmaz üsulu kimi qəbul olunur. Konflikt-
lərin çoxluğu birinin olmasından daha yaxşıdır. Konfliktin müasir sosiolo-
giyası, konfliktlərin çoxluğunun parçalanmaya gətirib çıxaran onlardan
birinin inkişaf mümkünlüyünü azaltdığını qəbul edir. Müxtəlif istiqamətli
çoxlu toqquşma parçalanmanın bir istiqamətli olma təhlükəsini azaldır,
konflikt potensialının əhəmiyyətli hissəsi-ümumi narazılıq enercisi-çoxsay-
lı lokal toqquşmalarda sərf olunur və qarşılıqlı məhv edilir. R.Darendorfa
görə konfliktlərin yatırılması onların kəskinləşməsinə gətirib çıxarır.
Konflikt müharibə ilə qurtarmır. Konfliktin hərbi mərhələsinin
ardınca inkişafında daim tərəqqi olan siyasi mərhələ gəlir. Təsadüfi
deyil ki, M. Dyüverce siyasəti digər vasitələrlə və digər formalarda
davam edən müharibə kimi müəyyənləşdirmişdi. Konfliktlərin qaydaya
salınmasında digər vasitə və formaların mahiyyəti destruktiv təsirin
minimuma gətirilməsidir.
Politologiyada öyrənilən konfliktlərin avtoritar (elitar) modeli
konfliktlərə ayrı-ayrı qruplar arasından daha çox elita və kütlə arasında
ə
ks olunan ziddiyyət kimi baxır. Bu modelə uyğun olaraq mübarizə,
hakimiyyət kiçik bir qrup insanın əlində cəmləşəndə meydana çıxır.
Konfliktin bu modeli inqilabi vəziyyətin Lenin nəzəriyyəsi ilə oxşardır.
Lakin konseptual olaraq bu iki yanaşma biri-birinə ziddir.
Elitar modeldə əsas olan stabilliyin qorunması naminə yuxa-
rıların tənqididir. Bu səbəbdən onu bəzən mühafizəkar adlandırırlar.
Lenin nəzəriyyəsinin təyinatı hakimiyyətin ələ keçirilməsinin əlverişli
şə
raitinə əsaslanıb.
Konfliktlik problemi Z.Freydi, K.Yunqu, E.Bern idə maraqlandırıb.
Lakin psixologiyada müstəqil termin kimi konflikt sosiologiyadan və digər
elmlərdən (məsələn riyaziyyatda) gec əmələ gəlib.
388
Son illər psixoloqların artıq bu anlayışın müxtəlif izahını
verdikləri çoxsaylı nəzəri işlər və emprik tədqiqatlar dərc olunub.
Konfliktin müəyyənləşdirilməsinə yanaşmaların oxşar olmamasına
baxmayaraq, onlarda aydın şəkildə bir əhəmiyyətli xüsusiyyət ayrılır:
• Ziddiyyətin olması, bütün hallarda maraqlar, dəyərlər, məq-
sədlər, motivlər, subyektlərin rolları arasında fərq;
• Əks təsir, konfliktin subyektlərinin mübarizəyə qalxması,
rəqibə zərər vurmağa cəhd;
• Konfliktli qarşılıqlı təsirin fon xarakteristikası kimi biri-birinə
münasibətdə mənfi emosiya və hiss.
Konfliktlər nəzəriyyəsinin əsas məzmununu aşağıdakı kate-
qoriyalar təşkil edir: konfliktin anlayışı və strukturu, onun dinamikası,
inkişaf mərhələləri, funksiyası və tipologiyası.
Bu gün tarix çərçivəsində baxılan və konfliktin tədqiqatında
istifadə edilən, lakin aralarında praktiki olaraq əlaqə olmayan riya-
ziyyatı, psixologiyanı, sosiologiyanı, fəlsəfəni, politologiyanı, hüququ,
hərbi elmləri, incəsənəti, pedaqogikanı, sosial biologiyanı və digər
bəzilərini (psixiatriya, iqtisadiyyat kimilərini) sistemə birləşdirmək
zərurəti yaranır. Onun yaradılması nəinki təkcə mümkün deyil, əksinə
konfliktin yalnız mövcud elmlərdən biri ilə öyrənilməsi mütləq onun
barəsində bütöv təsəvvürlərin, konfliktin mövcud əlamətlərinin
bəzilərinin itməsinə gətirib çıxardığından olduqca vacibdir. Axı biz
həyatda konfliktlərin ayrı-ayrı psixoloci, hüquqi, fəlsəfi, sosioloci və
digər aspektləri ilə yox, bütöv real konfliktlə qarşılaşırıq.
20.2. Konflikt nə dir?
Kim ki bilmir hara gedir, o yerə düşməyəndə çox təcüblənəcək.
Mark Tven
Anlayış problemi Belə hesab olunur ki, konfliktin
qarşısını almaq, onu dayandırmaq nəinki
mümkün ola bilər, əksinə hətta lazımdır. Ən yax-
ş
ısı konfliktlər olmadan idarə etməkdir-təsadüfi deyil ki, V. Zigert və
L.Lanqın olduqca məhşur kitabı belə adlandırılıb (daim tövsiyə olunan
konfliktologiya ədəbiyyatının siyahısında dərc olunan). Lakin əgər siz
alman psixoloqlarının bu işini diqqətlə oxusanız, onda məhz orada bunu
aşkar edərsiniz. Onlar iddia edir ki, konflikt heç də nəsə mütləq pis hal
389
deyil. Pis, mənfi və destruktiv hal konfliktli vəziyyətdə davranış ola
bilər
32
.
Artırılmış konfliktlik atmosferi haqda dövlət qulluqçuları və
kommersiya banklarının idarəçiləri, məşğulluq xidmətinin işçiləri və
işsiz mütəxəssislər, qocalar və gənclər də danışır. Mətbuat və televiziya
cəmiyyətə RF subyektlərinin real imkanları, Russiya vətəndaşları və
onların maraqlarının reallaşmasının arzuedilən formaları arasında
ziddiyətləri xatırladır. Siyasətçilər dağıdıcı ümumrusiya konfliktlərinin
həlli üzrə təxirəsalınmaz tədbirlər təklif edirlər. Menecerlər isə çox vaxt
daha aktual olaraq konfliktli vəziyyətlərdə iş texnologiyalarına sahib
olmağı hesab edirlər. Və hamı konflikti idarə etmək istəyir.
Ancaq onların tənzimlənməsi sualı, konfliktli vəziyyətlərdə iş
formasının
seçimi,
onun
rəf
edilməsi
üzrə
fəaliyyətin
optimallaşdırılması məsələsi qoyulanda aşağıdakı anlayışların özlərinin
mahiyyətinin başa düşülməsi problemi meydana çıxır: «konfliktdən
çıxış» və «ondan qaçmaq», «proflaktika», «yoluna qoyma», «tənzim-
ləmə», «icazə», «qərar» və «rəf etmə».
Seçimin çətinliyi mütləq vahid nəzəri yanaşmaların, konfliktdə
subyektin uğurunun bir mərhələdə digərində olan uğurdan birbaşa
asılılığının olmaması ilə dərinləşir.
Çoxdankı vərdiş də yanlışlıqlara yol açır və ya daha dəqiq
desək, ənənə konflikti destruktiv və konstruktiv hissələrə bölür. Bəs
ə
vvəcədən necə bilmək olar ki, o hansındandır?
Yanaş manın seçilmə si problemi Konflikt anlayışına iki
yanaşmanı fərqləndirmək
lazımdır.
1. Konflikt-ziddiyyət…, uyuşmazlıq…, qarşıdurma üzündən
toqquşma…, ziddiyyət…, əks təsirlərin mübarizəsi…(şəxslərin, güc-
lərin, mövqelərin, baxışların) -müxtəlif müəlliflərdə dəqiqliklə xülasə
edilmiş fikirlərdir.
«Konfliktolgiya» adlı ktabının giriş sözündə V. .Andreyev belə
deyir: «…özünü müdafiə etməyi, konfliktli vəziyyətlərdən, mübahi-
sədən qalib çıxmağı bacarmadan, danışıqlar aparmağı bacarmadan in-
sanın bu dünyada davam gətirməsi, sağ qalması sadəcə olaraq mümkün
deyil».
32
Zigert V., Lanq L. Münaqişəsiz rəhbər. – M.: qtisadiyyat, 1990. – S.193
390
Belə yanaşma üzündən V. . Andreyev müəyyənləşdirir:
• Konflikt problemin həllində iştirakçılardan hər biri üçün
ə
həmiyyət kəsb edən iştirakçılırın ziddiyyətlərinin mübarizə-
sinin güclü birşəkildə kəskinləşməsi prosesidir.
• Konfliktin antoqonist xarakteri kimi digər modellərin xarak-
terik əlamətlərini hesab etmək olar;
• Konflikt əks maraqların, fikirlərin və səylərin toqquşmasıdır;
• Sosial konflikt tabe etmə, iradəni zorla qəbul etdirmək, rəqibin
uzaqlaşdırılması və hətta məhv edilməsi yolu ilə mükafat əldə
etmək cəhdidir. Rəqabətdən konflikt dəqiq istiqamət, insi-
dentlərin mövcudluğu,mübarizənin sərt aparılması ilə fərqlənir;
• Konflikt biri-birini inkar edən maraq və mövqelərin nəticəsi
kimi açıq qarşıdurmadır.
Birinci yanaşmanın tərəfdarları konflikti mənfi hal kimi təsvir
edirlər. Onlar konflikti destruktiv (dağıdıcı) və konstruktiv tərəflərə bö-
lürlər (onlardan çoxu belə hesab edir ki, konstruktiv azlıq, konflikt de-
mək olar ki, həmişə pisdir və ən azı konfliktsiz bir yerdə yaşamadan
daha pisdir). Bu yanaşma çərçivəsinə iş texnologiyasının böyük əksə-
riyyəti «konfliktin idarə edilməsi», «konfliktli vəziyyətin idarə edil-
məsi» adlandırılan manipulyasiya etmə üzrə tövsiyələr verir. Belə idarə
etmənin başlıca məqsədi özün üçün maksimal mənfəətlə konfliktin ləğv
edilməsidir.
2. Konflikt onda iştirak edən müxtəlif subyektlərə verilmiş
(maraqlara, dəyərlərə, fəaliyyətə görə) münasibətlər…, qarşılıqlı
fəaliyyətin inkişaf sistemidir.
kinci yanaşmanın tərəfdarları belə hesab edir ki, destruktiv
nəticələrinə baxmayaraq, konflikt qarşılıqlı fəaliyyət göstərən insanların
mövcudluğunun, təşkilatın inkişaf vasitəsinin, istənilən cəmiyyətin
mövcudluğunun təbii şərtidir, özü də ümumilikdə o, konfliktlərin, on-
ların informasiya və sosial blokadasının ləğv edilməsinin nəticəsi kimi
uzunmüddətli aralıqda o qədərdə dağıdıcı deyil. Belə yanaşma həmişə
riyazi olaraq oyun nəzəriyyəsidir (oyunların tədqiqinə edilən cəhd-
lərdən əmələ gələn tarixi səbəblər üzündən bu cür adlandırılan yanaşma
konflikt şəraitində optimal qərarların qəbulunun riyazi modelidir və hər
iki termin-»oyun» və «konflikt» eyni anlayışı ifadə edirlər və mahiyyət
etibarı ilə «riyazi sinonimlərdir»). O, konfliktin müasir sosiologiyası
(A.Q.Zdravomıslyev, E. .Stepanov, T. .Sulimova), sosial psixologiya
(A.Y.Ançupov, N.V.Qrişina, A. .Dontsov, Y. M. Cukov, L.A.Petrovskaya),
391
təşkilatı inkişaf nəzəriyyəsi və əlbəttə ki, konfliktin ümumi nəzəriyyəsi
üçün də xarakterikdir. Belə yanaşma zamanı bütün sadalanan fənnlər öz
aralarında tam nisbət yaradır (əsas təyinatlar, postulatlar), bu da elmi
ciddiliyi, tamlığı və mütanasibliyi qoruyaraq, bəzi nəticələrin nəzəri
mühakimə üçün digərlərinə tətbiq etməyə imkan verir. Bu nisbət, əgər
nəzərə alınsa ki, oyunlar nəzəriyyəsi hələ XVIII və XIX əsrdə bu gun
konfliktlərlə məşğul olan elmlərin böyük əksəriyyətindən əvvəl inkişaf
etmişdi (riyazi fənn kimi onun yaranmsı, ehtimal nəzəriyyəsinin başlanğıcı
olaraq qəbul edilən Paskalın 1654-cü il iyulun 29-da Fermə yazdığı
məktuba aid edilir), onda oyunlar nəzəriyyəsinə görə konfliktin müəyyən
edilməsi birinci yanaşmanın bütün nəzəri modelləri ilə ziddiyyət təşkil edir.
kinci yanaşma nəzəri olaraq konfliktin öztənzimlənən mexanizm
kimi inkişafına əsaslanaraq konfliktin idarə edilməsinin və qarşılıqlı təsirin
optimallaşdırılmasının qeyri-mümkünlüyünü nəzərdə tutur. «Qərar», «həll
etmə» və digər belə terminlərin əvəzinə, konfliktin ləğv olunmadığına
ş
übhə ilə yanaşan, lakin onun təşkilatda, ilk növbədə professional dərə-
cələrə ayırmanı (differensasiya), cəmiyyətdə isə əsasında sosial və təşkilati
stabillik duran sosial startifikasiyanı gücləndirirərək inkişafı təmin edən
«rəf etmə» termini istifadə olunur. O, digər sferalarda, digər sosial ölçü-
lərdə daha az dağıdıcı olan digər konfliktlərə transformasiya edilir. Belə ya-
naşma konfliktin başlanğıc mərhələlərində siyasi və adminstrativ manipul-
yasiyanın (hamısını yox) mümkünlüyünü və hətta konstruktivliyini inkar
etmir, lakin ilk növbədə subyektlərin qarşılıqlı əlaqəsinin informasiya
dolğunluğuna və onun sonuncu mərhələsinə keçid mümkünlüyünü təmin
edən lazımi risqə əsaslanır.
Son illər ümumi tendensiya belədir: sosial psixologiyanın
nəzəriyyəçiləri və praktikləri daha çox müəyyən qədər psixoloci mani-
pulyasiyaya, konfliktin destruktiv hallarının psixoloci yumşalmasına
istiqaməti saxlamaqla ikinci yanaşmaya meyl edirlər. Verilmiş bu
seçimdə birinci yanaşmanın subyekt-obyekt olaraq, ikinci yanaşmada
isə subyekt-subyekt olaraq qarşılıqlı münasibətlərin qurulması baza
halında çıxış edir.
kinci yanaşmaya məhz təşkilati proseslərdə gedən konflikto-
logiyaya və modelləşməyə, firmanın özünün və menecerlərinin gələcək
uğurunun təmin olunmasına əsaslanaraq praktiki siyasi texnoloqlar və
təşkilat konsultantları da meyl edir. Onlar «ənənəvi» texnikaları (o
cümlədən təşkilatda ictimai fikirin öyrənilməsini) işçi heyətin
konfliktoloji tədqiqi ilə əvəz edirlər. Yanaşma təkcə real yox, ilk növ-
392
bədə potensial (xüsusən də öz professional, karyera, sosial üstünlük-
lərini müəyyən etməyən, təşkilati olaraq aktiv olmayanlar arasında)
tərəfdarlar və əleyhdarlar qrupunu və onlarla işin daha qəbul edilən
formalarını ayırmağa imkan verir.
Menecerin iki yanaşmadan birini seçməsi konfliktli vəziyyət-
lərdə fəaliyyət üzrə struktur bölmələrin ilk seçiminin, iş formasının və
öz komandasında tövsiyələrin nəticəsi kimi onlar tərəfindən seçilməsini
müəyyənləşdirir.
Elə buradan da bu gün uzunmüddətli uğur və perspektivə
yönəlmiş idarə etmə başlanmalıdır.
Dostları ilə paylaş: |