Ekspert rəyi . Psixoloji diaqnostikanın yekun nəticəsi qiymətləndirilən
işçinin xüsusiyyətlərinin təsviri olan ekspert rəyidir. Onun sonrakı
istifdəsinə əhəmiyyətli dərəcədə təsir göstərən iki aspekti ayırmaq olar.
Onlardan birincisi məzmun xarakteri daşıyır və nəticələrin təsvirinin
parametrləri ilə əlaqədardır. kincisi nəticələrin təqdimatının forması
(şəkli) ilə əlaqədardır. Bu aspektlərə daha təfərrüatı ilə baxaq.
1. Təsvir parametri. Kadr psixodiaqnostikasına texnoloci ya-
naşma reallaşdırılarkən mühüm əhəmiyyətə malikdir: əməkdaşın (na-
mizədin) qiymətləndirilməsinin həyata keçirildiyi meyarlar sisteminin
tərkib və məzmunu; diaqnostika nəticələrinin ifadə edilməsinin struk-
turu; təsvir üçün istifadə olunan terminalogiya.
Ekspert rəyinin kadr qərarlarının qəbulu üçün əsas qismində
təşkilatın adminstrasiyası tərəfindən istifadə edilə bilməsindən ötəri o,
psixoqrammaya daxil edilmiş məzmun üzrə siyahılaşdırılmış xüsu-
siyyətlərlə (keyfiyyətlərlə) müşayiət olunan meyarlarda təqdim olun-
malıdır. Lakin psixodiaqnostikada tətbiq edilən standartlaşdırılmış
metodikalar məzmunu praktiki olaraq heç vaxt tamamilə praktiki və-
zifə çərçivəsində qiymətləndirilməsi (ölçülməsi) tələb olunan xüsu-
siyyət və keyfiyyətin məzmunu ilə üst-üstə düşməyən şkala üzrə bal
şə
klində nəticələrin alınmasını nəzərdə tutur. Beləliklə, burada ən
vacib məsələ psixodiaqnostik testlər şkalasının dilinin aralıq nəticə-
lərinin əsasında yekun ekspert rəyi qurulan meyarlar dilinə «tərcü-
məsidir». Təsvir edilmiş tərcümə prosesi həm metodika seçimində, həm
də «test batareyasının» tərtibatında diqqətə alınmalıdır.
Göstərilən çətinliklərin aradan qaldırılmasına aşağıdakı ya-
naşmalar da mümkündür:
1)
«çıxışda» strukturda olan yekun nəticələr, zəruri meyarların
terminləri və psixoloji keyfiyyətlərin alınması ilə «girişdə» diaqnostik
363
metodikaların
aralıq
nəticələri
ilə
yüklənən
mütəxəssis-
psixodiaqnostun «qara qutu» qismində istifadəsi. Bu halda konsultanta
lazımdır: a) çox yüksək ixtisas; b) həmkarlar seçiminin həyata
keçirilməsi üçün professional fəaliyyəti yaxşı bilməsi;
2)
riyazi statistika (korrelyasion və reqqresion) aparatı tətbiq
edilməklə yekunda aralıq nəticələrin (test məlumatlarının) yenidən
hesablanmasının formal mexanizminin hazırlanması. Bu cür yanaşma
vaxtın minimal sərfiyyatı zamanı qiymətləndirmə nəticələri barədə
informasiyanın böyük həcmini emal etməyə imkan verir, lakin ciddi və
davamlı tədqiqat işi, yoxlama üçün məlumatların işlənib hazırlanmasına
və böyük həcminə xeyli xərc tələb edir. Göstərilən yanaşma çox saylı
təftişlərlə eyni məsələlərin çoxqatlı həllinə zərurət yaranarkən əlveriş-
lidir və ölkəmizdə 90-cı illərin ortalarından başlayaraq daxili işlər
orqanlarına namizədlərin professional seçimi zamanı uğurla reallaş-
dırılır.
2. Bu gün kadr konsultasiyası praktikası formalaşıb ki, onun da
çərçivəsində kadr qərarlarının qəbulu baxımından əlverişli olan diaq-
nostika nəticələrinin təqdim olunmasının dörd əsas növündən istifadə
olunur:
1) q iymə tlə ndirmə meyarları üzrə balların hesablanması.
Keyfiyyətlərin ifadə dərəcəsi-qiymətləndirmə meyarları barədə informa-
siya verir. Belə məlumatların təqdim olunmasının ən geniş yayılmış
forması qrafik və ya cədvəl formasında göstərilmiş keyfiyyət «profili»dir.
Qiymətləndirmə meyarları üzrə ballar şəklində testdən keçirmənin nəti-
cələri adminstrasiya nümayəndələrinin yalnız qiymətləndirmə meyarları
dəqiq və birmənalı anlaması halında onlar tərəfindən effektiv şəkildə is-
tifadə oluna bilər. Nəticələr bu formada təqdim olunarkən zərurət yarandığı
hallarda böyük seçimdən ayrı-ayrı respondentlərin göstərdikləri nəticələri,
xüsusən də böyük miqdarda qiymətləndirmə meyarları olarkən, cəld
müqayisə etmək çətinliyi meydana çıxır.
Müsbət məqam isə yoxlanılanların böyük miqdarı üzrə informa-
siyaların statistik analizi metodunun sonrakı istifadəsinin sadəliyidir.
2) təsnifatlandırmanın nəticələri (reytinq, siyahıda tutduğu
yer). nteqral (kompleks) bal əsasında müxtəlif insanların göstərdikləri
nəticələrin müqayisə edilməsi yolu ilə əldə olunur. Nəticələrin təqdim
olunmasının bu üsulu verilmiş qrupdan digər qiymətləndirilənlərlə
münasibətdə şəxsin vəziyyətini daha aydın şəkildə təqdim edir. O, möv-
cud olanlardan ən yaxşısını seçməyə imkan verir. Lakin ayrı-ayrı şəxs-
364
lərin fərdi spesifik xüsusiyyətləri gizli qalır, onun fəaliyyətinin fərdi
üslubunun analiz mümkünlüyü minimallaşır. Bundan başqa vahid
inteqral balının istifadə zərurəti onun hesablanması zamanı aşağıdakı
texniki problemləri yaradır:
a) ümumi qiymətləndirməyə məzmun üzrə heç bir müxtəlif
olan göstəricilərdən «əmanətin» müəyyənləşdirilməsi;
b) əsas göstəricilərin bu və ya digər diapazon şkalasının
inteqral balına təsir dərəcəsinin müəyyənləşdirilməsi.
Yekunda kadr konsultantı tərəfindən yanlışlıqlar ehtimalı əhə-
miyyətli dərəcədə yüksəlir və kadr konsultantının ixtisaslaşmasının
daha yüksək tələblərinin göstərilməsi ilə əlaqədar olan son nəticəyə
onun cavabdehliyi artır.
3) kateqoriyalaşdırmanın nəticələri (bu və ya qrupa, sinifə aid
edilmə). Nəticələrin təqdim olunmasının bu üsulu diaqnozun elementar
variantda («xəstədir»-»sağlamdır»; «yaralıdır»-»yararsızdır») təqdim
olunmasını nəzərdə tutur. Bu və ya digər formada hazır qərar olur ki, bu
da diaqnostika nəticələrinin istifadəsini asanlaşdırır və maksimal
dərəcədə ekspertin məsuliyyətini artırır, eləcə də müxtəlif göstəricilərin
inteqrasiya olunması problemini aradan qaldırır. Əsas problemlərdən
biri isə qrupun dərəcələrə ayrılması üçün sərhədlərin seçimidir. Bundan
başqa, kateqoriyalaşdırma nəticələri aralıq («həmsərhəd») sahədə olan
insanlar qrupuna yanlış aid edilmə ehtimalı mövcud olur.
Real konsultasiya praktikasında kadr konsultantı-diaqnost,
yalnız ona sifarişçi tərəfindən mütləq inam və müvafiq səlahiyyətlər
göndərilərkən, eləcə də «diaqnozun qoyulması» prosesini qaydaya sa-
lan normativ sənədlər olduqda belə rəy vermək hüququnu alır. Belə ya-
naşmanın reallaşmasına nümnə olaraq, professional fəaliyyətin mü-
rəkkəb növləri üçün ətraflı surətdə patopsixoloji əks göstərişləri təsvir
edən idarə əmrlərinin olduğu güc idarələrinə professional seçim sis-
temini göstərmək olar. Belə tendensiya son illərdə kredit təşkilatları
(banklar, sığorta şirkətləri, fondlar) sırasına aid edilən bir sıra iri yerli
kommersiya strukturlarında da müşahidə olunur.
4) Məzmunlu təsvir (rəy, portret, xarakteristika). Konsultant
üçün daha çətin iş şəxsin keyfiyyətli təsvirində əlində olan psixo-
diaqnostika məlumatlarını sintez etməyin tələb olunmasıdır. Bu halda
qiymətləndiriləndən hər birinin tam «psixoloci portretinin» alınması
gözlənilir. Bu şəkildə təqdim olunan nəticələrdə rəy birbaşa məzmunlu
analiz və əldə olunmş məlumatların təsviri əsasında verildiyindən tex-
365
niki yanlışlıqlar ehtimalı azdır. Bununla yanaşı göstərilən üsul xeyli
dərəcədə zaman resursları (nəticələrin təqdim olunmasının digər
formaları ilə müqayisədə) tələb edir. Digər problem isə diaqnostikanın
nəticələrindən istifadə edən şəxsə təqdim olunan informasiyanın
subyektiv qəbulu ola bilər. Bir qayda olaraq, bu halda nəticənin qəbulu
və anlaşılması üçün lazım olan zaman xeyli artır, eləcə də müxtəlif
şə
xslərin öz aralarında göstərdikləri nəticələrin müqayisə edilməsi
prosesi mürəkkəbləşir. nformasiya bu üsulla təqdim olunan zaman
analizin formal metodlarının tətbiqi mümkün deyil.
Psixodiaqnostikanın ə sas anlayış ları
Psixodiaqnostikada diaqnostika işinin mahiyyətinin başa
düşülməsi, tapşırıqların savadlı şəkildə qoyulması və psixoloqun fəaliy-
yətinin nəticələrinə nəzarət üçün lazım olan bir sıra baza anlayışları,
təsəvvürlər var.
Psixoloji test
(ing. dilində test-yoxlama, sınaq, yoxlamadan
keçirmə)-insanın bir və ya bir neçə psixoloji keyfiyyətinin, xarakteris-
tikasının aşkar edilməsi, öyrənilməsi və ölçülməsi üçün xüsusi olaraq
yaradılmış prosedurdur. Bu prosedurun vacib şərti stimul halının (tap-
ş
ırığın məzmunu, onların təqdim olunma ardıcıllığı, blank forması və
başqaları) dəyişməz strukturudur. Sınaqdan keçirilənlərin hamısı üçün
test həmişə bir qaydada olmalıdır. Məhz bu şərt müxtəlif insanların
davranış reaksiyasını (xüsusiyyətini) ölçməyə və müqayisə etməyə
imkan verir.
«Test batareyası»-kadr qərarlarının qəbulu baxımından sınaq-
dan keçirilənlər barəsində lazımi informasiyaların toplanması üçün
hazırlanmış psixoloji testlər yığımıdır. «Test batareyası» gedişində
fəaliyyətin psixoloji analizinin həyata keçirildiyi və professional uğurla
ə
laqədar olan professionalların fərdi psixololoji keyfiyyətlərinin
ayrıldığı ilkin professioqrafik tədqiqat əsasında yaradılır. Testlərin
yerinə yetirilməsinin ümumi davamiyyəti üç saatdan az olmamalıdır.
Psixoloj ə lamə tlə r
-ümumiləşdirilmiş üsulları xarakterizə edən
insanın davamlı özəllikləri, vəziyyətin mövcud tipinə müvafiq olaraq
onun davranışının strategiyasıdır. Psixodiaqnostik metodikalarda əla-
mətlər test şkalalarına transformasiya edilir. Sınaqdan keçirilənin test
ş
kalası üzrə göstərdiyi nəticə onda öyrənilən əlamətinin ifadə dərəcəsini
göstərir.
366
Test ş kalası
-subyektin psixoloji xüsusiyyətlərinin say tərkibi ilə
ölçülməsi üçün vasitədir. Test şkalası üzrə göstərici sınaqdan keçiri-
lənin ölçülən psixoloji keyfiyyətinin ifadə dərəcəsi barədə məlumat
verir. Testlərdə çox vaxt rast gəlinir: «stentlər» şkalası (1-dən 10-a
qədər qiymətləndirmə diapazonunu ehtiva edir, Kettel 16PF sorğusunda
istifadə olunur), T şkalası (özündə1-dən 100-ə qədər qiymətləndirmə
diapazonunu ehtiva edir, Minnesot çoxfaktorlu şəxs sorğusunda
(MMPI) istifadə olunur). Testdə birdən bir neçə yüzə qədər şkala ola
bilər. Elə MMPI-də onların sayı iki yüzdən çoxdur.
Test norması
-statistik analizin nəticəsi və eyni sosial-demo-
qrafik göstəricilərə (cins, yaş, təhsil, region və s.) malik sınaqdan ke-
çənlərin seçimi üçün verilmiş psixoloji testə görə göstəricilərin xarak-
teristikasının ayrılmasıdır. Test norması iki əsas parametrə malikdir:
Götürülmüş orta hədd
Xor = X1+ X2+…Xi
N
Burada Xi-normanın hesablanmasının həyata keçrildiyi
seçimdən sınaqdan keçirilən i-nin testi üzrə nəticədir; N-seçimdə
sınaqdan keçənlərin sayıdır.
Orta kvadrat kənara çıxma:
S =
)
1
(|
)
1
(
−
−
∑
N
Xor
X
b
Burada Xi-normanın hesablanmasının həyata keçirildiyi
seçimdən sınaqdan keçirilən i-nin testi üzrə nəticədir; Xor-götürülmüş
orta hədd; N-seçimdə sınaqdan keçənlərin sayıdır.
Qeyd etmək lazımdır ki, həqiqi normanın alınması üçün N kifayət
qədər böyük olmalıdır. Axı nəzərdə tutulur ki, biz verilmiş normanı eyni
sosial-demoqrafik xarakteristikaya malik bütün şəxslər arasında yayırıq
(ümumi birgəlik adlandırılan). Bu o deməkdir ki, nəticələrin ehtimalı
funksiyası «normal bölgü» adlandırılan hal olmalıdır.
Xor-götürülmüş orta hədd və S- orta kvadrat kənara çıxma,
sınaqdan keçirilən A-nın göstərdiyi nəticələrin qiymətləndirilməsi üçün
aşağıdakı şəkildə istifadə olunur:
1)
Əgər A< (Xor-S), onda belə hesab edilir ki, sınaqdan
keçirilən verilmiş şkala (test) üzrə aşağı nəticə nümayiş etdirir;
2)
Əgər A> (Xor+S), onda nəticə yüksək hesab olunur;
3)
Əgər (Xor+S) >A>(Xor-S), onda bu orta nəticədir.
367
Qeyd edək ki, yuxarıda sadalanan test şkalalarının növləri
(«stentlər» şkalası və T şkalası) praktiki istifadə üçün əlverişli olan
standartlaşmanın nəticələri (şkala miqyasının xətti dəyişdirilməsi)
şə
klindədir.
Beləliklə, («stentlər» şkalası üçün həmişə Xor=5,5; S=2-dir. T
ş
kalası üçün ballar Xor=50; S=10-dur. IQ şkalası üçün Xor=100; S=15-dir.
Xor və S-lə əlaqədar maraqlı xüsusiyyət mövcuddur. Belə
aydın olur ki, nəticələrin normal bölgüsü halında orta səviyyənin
göstəriciləri (Xor+S>A>Xor-S) sınaqdan keçənlərin 68,26%-nə bərabər
olur. Yüksək və aşağı nəticələrin hər biri isə müvafiq olaraq sınaqdan
keçənlərin 15,8%-nə bərabər olur. Real psixodiaqnostik praktikada
orta nəticə bir qayda olaraq dolğun təfsir edilməməlidir. Test yaradı-
cıları yüksək və aşağı göstəricilərə uyğun olaraq nəticələrin təsvirini
işləyib hazırlayırlar.
Qanunilik
- verilmiş metodikanın nəyi və nə dərəcədə yaxşı
ölçdüyünə dair informasiya verən testin kompleks xarakteristikasıdır.
Emprik meyarlarla (ekspert qiymətləndirmələri, fəaliyyətin effektivliyi,
digər metodikaların oxşar göstəriciləri və s.-lə) testin göstəricilərinin
(şkalalarının) korrelyasiyasının (müqayisə edilən anlayışların bir-birilə
münasibəti, bir-birindən asılılığı) hesablanması yolu ilə müəyyən olun
bilər. Qanunilik istənilən psixodiaqnostik metodikanın ən vacib
parametrlərindən biridir. Əgər test «qanuni deyilsə» ondan istifadə
etmək olmaz. Qanuniliyin bir neçə yarımnövü mövcuddur.
Proqnostik qanunilik
- verilmiş testin nəticələrinə görə sınaqdan
keçirilən proqnozların keyfiyyətini qiymətləndirməyə imkan verən test
xarakteristikasıdır.
Dolğ un qanunilik
- psixi keyfiyyətlərin ölçülən sahəsinin xüsu-
siyyətləri baxımından metodikanın məzmun və tamlığını qiymətlən-
dirməyə imkan verən test xarakteristikasıdır.
Mötə bə rlilik
- verilmiş testin köməyi ilə fərdi psixoloji əlamətlərin
ölçülməsinin dəqiqliyini əks etdirən xarakteristikadır. Məlumdur ki, testdən
keçirmənin nəticələrinə bir çox faktorlar təsir göstərir: emosional gərgin-
liyin yüksəlməsi, yorğunluq, şəraitin xüsusiyyətləri və diaqnostun şəxsi,
sınaqdan keçənin motivasiyası. Nəticələrin atılmasına (doğru hesablan-
mamasına) səbəb olan faktorları şərti olaraq iki qrupa bölmək olar: 1) diaq-
nostik prosedurların səbatsızlıq faktorları; 2) ölçülən əlamətlərin zamanla
qeyri stabilliyi faktorları.
368
Testin dəqiqliyinin qiymətləndirilməsi üçün mötəbərliliyin iki nö-
vündən istifadə olunur: mötəbərlilik- uzlaşma və mötəbərlilik-davamlılıq.
1)
Mötəbərlilik- uzlaşma- ölçülən əlamətlərə nisbətən meto-
dikanın daxili eynilik səviyyəsini xarakterizə edən metodika
göstəricisidir. Sorğu bəndlərinin iki qrupa ayrılması və testin
(şkalanın) ümumi göstəriciləri ilə korrelyasiyanın hesablanması
yolu ilə müəyyən edilir. Demək olar ki, mötəbərlilik-uzlaşma
mövcud əlamətlərin aşkar edilməsi planında sorğu bəndlərinin
nə dərəcədə yaxşı və uyğun «işlədiklərini» göstərir.
2)
Mötəbərlilik-davamlılıq (və ya yenidən testdən keçirmə
mötəbərliliyi)- testin nəticələrinin zamanla davamlılığının gös-
təricisidir. ki həftəlik fasilə ilə eyni bir qrupun göstərdiyi
nəticələrin korrelyasiyası əmsalı kimi hesablanır.
Normal bölgü
-dəyişənlərin (nəticənin ehtimalı funksiyası) böl-
güsünün nəzəri formasıdır. Dəyişənlərin bir çox naməlum faktorların
təsiri altında dəyişməsi zamanı müşahidə olunur.
Normal bölgü Muavr tənliyi ilə təsvir olunur:
S
Xor
Xi
2
)
(
−
F(x) =
П
S
2
Burada Xi test üzrə nəticədir; f(x)-nəticənin ehtimalıdır; S-orta
kvadrat kənara çıxmadır; Xor-orta hesabdır.
f(x) qrafikinin şəkli belədir:
Korrelyasiyon analiz
- dəyişənlər (göstəricilər) arasında qarşılıqlı
ə
laqənin öyrənilməsi üçün istifadə olunan riyazi statistika metodlarının
yığımıdır. Psixodiaqnostikada testlərin mötəbərliliyi və qanuniliyi
məsələləri həll edilərkən istifadə olunur. Korrelyasiyon analiz prosedurları
Хор-S Хор Хор-S
f(x)
x
369
öyrənilən dəyişənlərlə əlaqədar əhəmiyyətlilik dərəcəsini (başqa sözlə
deyilsə, dəyişənlər arasında qarşılıqlı əlaqələrin olması haqda hipoteza irəli
sürülərkən yanlışlıqlar ehtimalı), eləcə də bir dəyişənin digərinə təsirinin
ölçü və istiqamətini qiymətləndirməyə imkan verir. Korrelyasiyon analiz
zamanı korrelyasiyanın əmsalları-dəyişənlərin təsirinin ölçü və isti-
qamətinin miqdar göstəriciləri hesablanır.
Faktor analizi
-dəyişənlər massivində gizli qanunauyğunluq-
ların aşkar edilməsinə yönəlmiş riyazi statistika metodları kompleksdir.
Öyrənilən hadisənin ölçülən göstəricilərinin məcmusundan həmin
hadisənin strukturu barədə hipoteza irəli sürmək imkanı verən ümu-
miləşdirilmiş faktorlara keçmək imkanı verir. Faktor analizi metodu 16
PF P sorğusunun yaradılması zamanı istifadə olunub.
Kettel də g müxtəlif testlərinin köməyi ilə intellektin ölçülməsi
zamanı meydana çıxan inteqral faktorunu ayırarkən bundan istifadə
edib (Ç. Spirmen 1936).
Mürə kkə b professional fə aliyyə t
-bu elə bir işdir ki, eyni vaxtda
aşağıda göstərilən xüsusiyyətlərin üçündən daha çoxunun olduğu halda
xarakterizə oluna bilər: 1) funksional vəzifələrin effektiv yerinə ye-
tirilməsi üçün xüsusi professional hazırlıq zərurəti ilə, 2) professional
tapşırıqların müxtəlifliyi və mürəkkəbliyi ilə, 3) professional məsə-
lələrin həlli zamanı tez-tez meydana çıxan qeyri müəyyən vəziyyətlə və
professional məqsədlərə çatmağın çoxlu sayda üsullarından ən
yaxşısının seçimi üsulu ilə, 4) əməyin yüksək psixi gərginlik səviyyəsi
ilə, 5) professional nəticənin əldə olunması üçün sərt müvəqqəti məh-
dudiyyətlərlə, 6) professional funksiya yerinə yetirilərkən profes-
sionalın həyatı üçün risq və təhlükə ilə əlaqədar olan və nəticə etibarı
ilə professional məsələlərin həlli prosesində təbii instinktlərin sosial
olaraq şərtləndirilmiş hərəkət tərzinin bölünməsi hesabına iş vəziy-
yətinin mövcudluğu ilə, 7) professional fəaliyyətin nəticələrinə görə
yüksəldilmiş sosial məsuliyyətlə (işin yerinə yetirilməsi prosesində
«səhv etmək hüququnun» yoxluğu alındı).
Müasir mürəkkəb ixtisasın ən geniş yayılmış nümunələri
kommersiya təşkilatının baş menecer, satış xidməti üzrə mütəxəssis,
müştərilərlə (sifarişçilərlə) iş üzrə mütəxəssis işidir.
Mürəkkəb professional fəaliyyət mütəxəssisin psixoloci
keyfiyyətlərinə yüksəldilmiş tələbləri nəzərdə tutur. Psixodiaqnostika
metodlarının istifadəsi ilə psixoloci seçim mürəkkəb ixtisas üçün uğurlu
namizədlərin zəruri mərhələsidir.
Şə xs konsepsiyası test. Adətən, psixodiaqnostik test şəxsin
strukturu barədə müəllif təsəvvürlərinin əsasında qurulur. O, meto-
370
dikanı işləyib hazırlayan şəxs kimi insanın psixoloji xüsusiyyətlərini
təsvir və izah edir, testin şkala strukturunun və təfsirini müəyyən edir.
Psixodiaqnostik tədqiqat zamanı sınaqdan keçirilən barədə
informasiyanın toplanması və sistemləşdirilməsi diaqnostun şüurunda
təsəvvür olunan şəxsin subyektiv modeli əsasında baş verir. Bu
modelin tərkibi metodikanın seçilməsinə, tədqiqatın nəticələrinə görə
rəyin strukturuna və diaqnostik informasiyanın əks olunması üsuluna
təsir göstərir.
Müasir psixologiyada şəxsin öyrənilməsi və analizinə bir neçə
geniş yayılmış yanaşma mövcuddur:
1.
Konstitusional yanaşma. Onun əsasında insanın psixoloci
xüsusiyyətlərinin onun quruluş tipi (bədənin quruluşu, tempe-
rament) ilə, yəni anadangəlmə genetik şərtləndirilmiş para-
metrlərlə əlaqədar olması haqda təsəvvürlər durur. Bu yanaşma
çərçivəsində psixodiaqnostik vasitə antropometrik parametr-
lərlə psixoloci əlamətlər arasında əlaqələrin aşkar edilməsi əsa-
sında qurulur. Beləliklə hər bir, konstitutsional tip şəxsiyyətin
xarakteristikalarının yığımına uyğun olaraq qoyulur.
2.
Faktor yanaşması. Riyazi statistika metodlarının istifa-
dəsilə şəxsin öyrənilməsi və analizinə əsaslanıb (faktor analizi).
Bununla yanaşı dildə mövcud olan şəxsiyyət xarakteristikaları
son nəticədə sorğuların şkalaları kimi özünü göstərən qruplarda
(faktorlar) birləşirlər. Bu yanaşma çərçivəsində Rusiyada
məşhur olan R.Kettelin 16 PF testi işlənib hazırlanıb.
3.
Blok yanaşması. Şəxsiyyətin tərkib hissələri olan ayrı-ayrı
blokların aşkar edilməsi və ayrılmasını nəzərdə tutur (şəkil
19.1).
Şə kil 19.1
Шяхсиййятин истигамяти
Характер
Йцксяк психи функсийалар
Темперамент
371
Ə
səb psixi proseslərin genetik verilmiş göstəricilərilə (intensiv-
liklə, sürətlə, templə, ritmlə, dözümlülüklə) əlaqədar olan temperament
bloku, üzərində digər blokların «qurulduğu» fundamentdir. Onun
üzərində yüksək psixi funksiyalar bloku-şəxsiyyətin sosiallaşması pro-
sesində formalaşan mürəkkəb psixi proseslər sistemi yerləşir. Buraya
yaddaş, diqqət, qavrayış, təfəkkür daxildir. Daha sonra əldə edilən təc-
rübə ilə əlaqədar olan və davranışın sabit formaları və şəxslər arası qar-
ş
ılıqlı fəaliyyətlə şəxsiyyətin sosiallaşması gedişində möhkəmlənən xa-
rakter bloku gəlir. Ən yüksəkdə isə şəxsiyyətin istiqamət bloku yer alır.
Bəzən onu motivasiya olunmuş dəyərlər adlandırırlar. Professional uğur
proqnozu baxımından daha çox informasiya əhəmiyyətinə yuxarı blok-
lar- şəxsiyyətin istiqaməti, xarakter, yüksək psixi funksiyalar malikdir.
Müəlliflərin fikrincə, blok yanaşması daha əlverişlidir və
psixodiaqnostik vasitələrin istifadəsilə şəxsiyyətin analizi, psixoloji
seçim meyarları sisteminin işlənib hazırlanması üçün texniki cəhətdən
ə
saslandırılıb.
4. Motivasiyalı-dinamik yanaş ma. Bu yanaşma müasir psixo-
logiyada olduqca məşhurdur. Onun əsasında şəxsiyyətin istənilən
ifadəsinə tələblərin (motivlərin) ierarxik təşkil olunmuş səviyyələri
nəzərə alınmaqla baxılmasının mümkünlüyünə dair tezis durur.
Bundan başqa hər hansı dinamik törəmədə (münasibət, motiv, tələbat və
başqaları) şəxsiyyət vəhdətinin xüsusiyyətləri meydana çıxır. Motiva-
siyalı-dinamik yanaşmanı təsvir edən nümunə qismində A.Maslounun
özünüaktuallaşdırma konsepsiyasını gətirmək olar ki, həmin kon-
sepsiyaya əsasən daha yüksək səviyyədə olan tələbat (məhəbbətə tələbat,
sosial statusa tələbat, özünüaktuallaşdırmağa tələbat) yalnız insan baza
tələbatını təmin edəndən dərhal sonra, yəni fizioloci komfort (rahatlıq) və
təhlükəsizlik hissi yaranan kimi meydana çıxır.
Şə
xsiyyətin öyrənilməsinin digər metodları da mövcuddur.
Məsələn, L.N.Sobçik tərəfindən tətbiq edilmiş «aparıcı tendensiya»
anlayışını göstərmək olar, bu anlayışa görə fikrə, hisslərə, insanların
davranışına transformasiya olunan, dərk edilən dünyada informasiyanın
qəbulu, emalı, yenidən hasil edilməsinin fərdi-ümumiləşdirilmiş təs-
virlər üslubu sosiallaşma gedişində formalaşan genetik ötrüləndən ən
yüksək həddə qədər şəxsiyətin bütün səviyyələrini əhatə edir. Psixo-
diaqnostikanın nəticələrinin analizinin gedişində şəxsiyyətin bir və ya
bir neçə aparıcı tendensiyasının aşkar edilməsi insan davranışını daha
372
dəqiq proqnozlaşdırmağa və motivasiyalı-dəyərlər prioritetini anlamağa
imkan verir.
E.A.Klimov tərəfindən əməyin yerli psixologiyasına gətirilmiş
«fəaliyətin fərdi üslubu» anlayışı bu və ya digər fəaliyyətin yerinə
yetirilməsinin psixoloji vasitələrinin, üsul, metod və vasitələrinin
davamlı fərdi- spesifik sistemi kimi fəaliyyətin fərdi üslubunu (FFÜ)
müəyyən edir. FFÜ əsəb sisteminin müxtəlif fərdi-tipoloji xüsusiyyət-
lərinə, qabiliyyətin fərqli strukturuna, tempreramentə, xarakterə malik
insanların eyni bir işin müxtəlif üsullarla yerinə yetirilməsi zamanı
bərabər effektə nail olmasına imkan verir, bununla yanaşı uğurun əldə
edilməsinə mane olan fərdi xüsusiyyətləri kompensasiya edir.
Dostları ilə paylaş: |