Nadġr abdullayev



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix24.05.2020
ölçüsü2,09 Mb.
#31516
1   ...   10   11   12   13   14   15   16   17   ...   22
Azf-277620


Adi  danıĢıq  üslubu.  Dil  ünsiyyətinin geniş  forması  bu  üslubda  aparılır. 
Adi  danışıq  üslubunun  özünəməxsus  xüsusiyyətləri  vardır.  Məsələn,  normativ 
üslubda mənimçün, bizdən ötrü, stəkan, bacarmaq kimi tələffüz olunan sözlər adi 
danışıq  üslubunda  məmcün,  bizzənötrü,  istəkan,  başarmaq  kimi  tələffüz  edilir. 
Ümumiyyətlə, adi danışıq dili şivəyə nisbətən ədəbi dilə yaxın olduğu kimi, onun 
tələffüz qaydaları da ədəbi dilin tələffüz qaydalarına yaxındır. Adi danışıq dili ilə 
ədəbi  dil  arasında  ümumi  cəhətlər  çoxdur.  Ədəbi  dil  ümumxalq  dili  (bura  adi 
danışıq dili   də daxildir)  əsasında    meydana gəlir,  yaşayır  və inkişaf  edir.  Onun 
başqa  normaları  kimi,  tələffüz  norması  da  müəyyənləşdirilərkən  adi  danışıq 
dilinin tələffüz şəkilləri üzərində seçmə əməliyyatı aparılır. Həmin şəkillər ədəbi 
dil baxımından saf-çürük edilib, dilin fonetik sisteminə uyğun,  tələffüzcə asan və 
ahəngdar,  orfoqrafik  qaydalara  yaxın  olan  variantlar  orfoepik  norma  kimi 
götürülür. Bir sıra söz və qrammatik formalar, məsələn, məndən, plandan, dovşan, 
alsa  idi,  anbar  və  s.  adi  danışıq  dilində  mənnən,  plannan,  d[o:]şan,  alseydi, 
ambar şəklində tələffüz olunur. Ədəbi dildə də bu tələffüz şəkilləri düzgün sayılır. 
Ona  görə  də  həmin  söz  və  qrammatik  formaların  adi  danışıq  dilində  uğradığı 
dəyişiklik, bu dəyişikliyə səbəb olan fonetik hadisə və qanunlar ədəbi  dil üçün də 
məqbul  hesab  edilir.  Lakin  bu  tələffüz  eyniyyətini  bütün  söz  və  qrammatik 
formalara  şamil  etmək  olmaz.  Adi  danışıq  dilinin  yerli  dialektlə  müştərək  olan 
bəzi  tələffüz    formalarına  ədəbi    dildə  yer  verilmir.  Həm  dialekt,  həm  də  adi 
danışıq dilində işlədilən istansiya, istəkan, nüksan, işdəmək, haçar, hasand və s. 
kimi  tələffüz    variantları    ədəbi  dil  üçün  xarakterik  deyildir.  Eləcə  də    dialekt 
xüsusiyyətli    tələffüz  tərzi  (məs.;  almeg,  nöş,  boba,  hancarı,  gəlcik,  xabar, 
simavər,  uniki  (on  iki)  və  s.  nə  adi  danışıq,  nə  də  ədəbi  dilə    aid    edilə  bilər. 
Beləliklə,    şivə,  adi  danışıq  dili  və  ədəbi  dilin  hər  birinin  özünəməxsus  tələffüz 
xüsusiyyətləri vardır ki, natiqlik praktikasında bunu nəzərdən qaçırmaq olmaz.  

 
151 
Orfoepik  qaydalar.  Tələffüz    zamanı  səslərin  bir-birinə  təsiri,  bu 
səbəbdən  səslə  hərf,  yazı  ilə  deyiliş  arasında  yaranan  fərqli  cəhətlər,  əsasən,  üç 
fonetik məqamla bağlı olur:  
1)  Sözün  daxilində  baş  verən  fonetik  dəyişmə.  Bu  özünü  aşağıdakı 
formalarda göstərir: 
a)  bir  səsin    yanaşı  gələn  digər  səsə  təsiri  nəticəsində    həmin  səslərdən 
birinin öz hərfi işarəsindən fərqli tələffüz olunması. Məsələn,  
yazılır – sünbül, mənbə, dəftər, nöqtə, səkkiz, məftil, avtobus, Səttar. 
deyilir – sümbül, məmbə, dəfdər, məfdil, nöktə, səkgiz, aftobus, Sətdar. 
b) müəyyən bir səs tələffüz olunmur. Bu hal qoşasaitli və samitli sözlərin 
deyilişində özünü göstərir. Məsələn,   
yazılır – müəllim, müasir,  attestat, qrammatika, keyfiyyət. 
deyilir – m(ə)llim, m(a)sir, a(t)estat, qra(m)atika, keyfi(y)ət. 
c)  tələffüz olunan səsin hərfi işarəsi olmur. Məsələn, ailə - a(y)ilə, dairə - 
da(y)irə, Nailə - Na(y)ilə və s. 
2) Söz sonunda səsin tələffüzü. Bu aşağıdakı şəkillərdə müşahidə olunur: 
a) sözün son səsi şəkilçinin ilk səsinin təsiri ilə dəyişilib başqasına keçir. 
Məs.; növbətçi - n[ö:]bə[ç]çi, uçdu - u[ş]du, gecdir - ge[j]dir, qaşıqsız - qaşı[x]sız, 
yanmış - ya[m]mış, kənddən – kən[t]dən, rusca - ru[ç]ça və s. 
b)  şəkilçinin  ilk  səsi  sözün  son  səsinin  təsiri  ilə  dəyişib  başqa  səslə 
tələffüz  olunur. Məsələn, məndən  –  mən[n]ən, Salmandan  -  Salman[n]an, qarlı  - 
qar[r]ı, qanlı - qan[n]ı, atlı -at[d]ı və s. 
3) Söz birləşmələrində ikinci sözün ilk səsinin təsiri ilə birinci sözün son 
səsi  dəyişilərək  tələffüz  olunur,  bəzi  hallarda  tələffüzdən  düşür.  Məsələn,  palıd 
kötüyü  -  palı[t]  kötüyü,  uşaq  kitabxanası  -  uşa[x]  kitabxanası,  oxumaq  həvəsi  - 
oxuma[x] həvəsi, dost köməyi – dos köməyi, kənd yumurtası – kən[t]  yumurtası 
və s. 
Saitlərlə bağlı orfoepik qaydalar 
 A saiti – uzun tələffüz olunur: 

 
152 
a)  ahəng  qanununa  tabe  olmayan  ərəb  və  fars  mənşəli  sözlərdə:  [a:]lim, 
z[a:]lım, n[a:]mus, k[a:]tib, əm[a:]nət, z[a:]bit və s. 
b)  eyni  və  müxtəlif  qoşasaitli  sözlərdə:  saat    -  s[a:]t,  inşaat  -  inş[a:]t, 
camaat - cam[a:]t,    müasir -  m[
ü
a:]sir, müavin  -  m[
ü
a:]vin, fəaliyyət - f[
ə
a:]liyyət 
və s. 
Qeyd:  sarı  (qoşma),  barı  (ədat),  narın  və  s.  kimi  sözlərdə  də  a  uzun 
tələffüz  olunur.  Söz  birləşmələri  və  mürəkkəb  sözlərdə  yanaşı  a  saitinin 
əvvəlincisi qısa deyilir: hava almaq, alma almaq, qərara almaq...  
U  saiti  –  uzun  tələffüz  olunur:  ərəb  və  fars  mənşəli  alınma  sözlərdə: 
ümumi - üm[u:]mi, Füzuli - Füz[u:]li, Səbuhi – Səb[u:]hi və s. 
Qısa  tələffüz  olunur:  qurultay  -  q[u.]rultay,  quruluş  -  qur[u.]luş,  burun  - 
b[u.]run və s. 
O  saiti – uzun tələffüz olunur: a) sözlərdə v  samitindən əvvəl gəldikdə: 
çovdar  -  ç[o:]dar,  novruz  -  n[o:]ruz,  dovşan  -  d[o:]şan  və  s.;  b)    o  saitinin qoşa 
işləndiyi sözlərdə: zooloq - z[o:]loq, zoopark - z[o:]park və s. 
Rus  dilindən  alınmış  sözlərin  vurğusuz  hecasında  a  kimi:  komanda  - 
k[a]manda, fonetika - f[a]netika və s. 
Ö saiti – uzun tələffüz olunur: 
 a)  sözlərdə v samitindən əvvəl gəldikdə:  mövsüm -  m[ö:]süm, kövrək - 
k[ö:]rək, novbə - n[ö:]bə və s. 
b)  əvvəllər  apostrofla  yazılan  ərəb  mənşəli  sözlərdə:  mötəbər  – 
m[ö:]təbər, növbə - n[ö:]bə, tövbə - t[ö:]bə, lövbər - l[ö:]bər və s. 
Ġ saiti – uzun tələffüz olunur:  
a) bəzi ərəb və fars mənşəli sözlərdə: əqidə - əq[i:]də, nizə - n[i:]zə, zinət - 
z[i:]nət və s. 
b) qoşa i saiti ilə yazılan sözlərdə: bədii – bəd[i:], təbii – təb[i:] və s. 
c)  fars  dilindən  alınmış  bi  ön  şəkilçili  sözlərdə:  b[i:]savad,  b[i:]xəbər, 
b[i:]çarə və s. 
Qısa tələffüz olunur: kitab - k[i.]tab, inqilab - inq[i.]lab, iştirak - işt[i.]rak, 
məktəb[i.]miz, ikisi - ik[i.]si və s. 

 
153 
Ə saiti – uzun tələffüz olunur:  
a)  qoşa  ə  ilə  yazılan  sözlər:  mənfəət  –  mənf[ə:]t,  təəccüb  -  t[ə:]ccüb, 
təəssüf - t[ə:]ssüf və s.  
b)  əvvəllər  apostrofla  yazılan  ərəb  mənşəli  sözlərdə:  dəvət  –  d[ə:]vət, 
məna - m[ə:]na, mədən - m[ə:]dən, tətil - t[ə:]til və s. 
E saiti - əvvəllər apostrofla yazılan sözlərdə: elan - [e:]lan, emal - [e:]mal, 
memar - m[e:]mar, nemət - n[e:]mət və s.  
I saiti – uzun tələffüz olunur:  
İntonasiya  ilə    düzələn  sual  cümlələrinin  xəbərlərində,  son  hecada: 
Kitabları ald[ı:]n?, İşdən qayıtd[ı:]n ? və s. 
Ü saiti – a) uzun tələffüz olunur: 
İntonasiya  vasitəsilə  düzələn  sual  cümlələrində:  Qonaqları    ötürd[ü:]n?, 
Kitabları götürd[ü:]n? və s. 
c) qısa tələffüz olunur: t[ü.]fəng, b[ü.]tün, m[ü.]rəkkəb, q[ü.]sur və s. 
 
SAMĠTLƏRĠN TƏLƏFFÜZÜNƏ AĠD  
ORFOEPĠK QAYDALAR 
 
Müəyyən  fonetik  məqam  və  şəraitdən  asılı  olaraq  samitlərin  cingil-
tiləşməsi,  karlaşması,  əvəzlənməsi  və  tələffüzdən  düşməsinin  ədəbi  dil 
baxımından məqbul sayılan bir sıra halları samit səslərin deyilişi ilə bağlı tələffüz 
normalarını yaradır. Bu normalara aşağıdakıları nümunə göstərək. 
Cingiltili samitlərin tələffüzü 
Bəzi  cingiltili  samitlər  müəyyən  fonetik  məqam  və  şəraitdə  öz 
məxrəcindən fərqli şəkildə karlaşaraq tələffüz olunur: 
1.  Çoxhecalı  (bəzən  və  təkhecalı)  sözlər  ayrılıqda  tələffüz  olunduqda, 
onlardan sonra samitlə başlanan şəkilçi və söz gəldikdə: 
b samiti - kita[b], kita[b]sız, kita[b] vərəqi 
d samiti - palı[d], palı[d]dan, palı[d] kötüyü 
c samiti – kərpi[c], kərpi[c]dən, kərpi[c] divar 

 
154 
g samiti - əhən[g], əhən[g]ləmək, əhən[g]çəkmək 
z samiti - nüfu[z], nüfu[z]dan düşmək, nüfu[z] qazanmaq 
q samiti - uşa[q], uşa[q]sız, uşa[q] paltarı
1
 
Qeyd: q samiti başqa fonetik məqamda da karlaşaraq tələffüz olunur:  
a)  söz  ortasında  kar  samitdən    əvvəl  gəldikdə:  nöqsan  -  nö[k`]san, 
iqtidar- i[k`]tidar, nöqtə - nö[k`]tə və s. 
b) təkhecalı və çoxhecalı alınma sözlərin  sonunda: şərq -  şər[k`], məşq – 
məş[k`], ittifaq - ittifa[k`], şəfəq – şəfə[k`] və s. 
c) söz ortasında işlənən qoşa q samitindən əvvəlincisi k` kimi (q samitinin 
kar qarşılığı kimi) tələffüz olunur. Məsələn, rəqqasə - rə/k`/qasə, şaqqa – şa/k`/qa, 
baqqal – ba/k`/qal və s. 
Kar samitlərin tələffüzü   
Kar samitlər cingiltililəşərək tələffüz olunur:  
1) Kar samitdən sonra  gələn t: dəf/t/ər, dəs/t/ə, məf/t/il, iş/t/irak, ix/t/iyar, 
tax/t/a, apos/t/rof, qals/t/uk və s. 
2) Söz ortasında qoşa işlənən t samitinin ikincisi: əlbət/t/ə, hət/t/a, Sət/t/ar 
və s. 
3) Kar samitdən sonra gələn k:  təş/k/il, əs/k/ər, seç/k/i, kəs/k/in, öt/k/ün 
və s. 
4) Ortasında qoşa k işlənən sözlərdə ikinci k: sək/k/iz, təşək/k/ür, Mək/k/ə 
və s. 
5)  f  samiti  söz  ortasında  kar  samitdən  sonra  gəldikdə:  məxfi  –  məx/v/i, 
lütfən – lüt/v/ən, lütfkar – lüt/v/kar və s. 
6) Alınma sözlərin bir qismində işlənən k samiti özündən sonra incə sait 
gəldikdə ke kimi (dil ortası, partlayan və kar vəziyyətdə) tələffüz olunur. Məsələn, 
an/k/et,  pa/k/et,  Qor/k/i,  ja/k/et,  //k/ino  və  s.  Həmin  samitdən  sonra  qalın  sait 
gəldikdə  k  dilarxası,  partlayan  və  kar  vəziyyətdə  deyilir.  Məsələn,  yarmar/k`/a, 
mi/k`/rob  və  s.  Bu  qəbildən  olan  sözlərdə  k  əvəzinə  q  və  ya  x  işlətmək  (qran 
/kran/,  qlub  (klub),  qanfet  (konfet/,  traxtor  /traktor/,  doxtor  /doktor/,  axtyor 
/aktyor/ kimi) tələffüz qüsuruna yol vermək deməkdir. 

 
155 
7)  k  samiti  ilə  bitən  sözlərdən  sonra  samitlə  başlanan  şəkilçi  və  ya  söz 
gəldikdə  həmin  səs  y  samitinin  kar  qarşılığı  ilə  (bu  səs    x`  işarəsi  ilə  göstərilir) 
deyilir. Məsələn, inəklər – inəx`lər, inək yağı – inə/x`/ yağı və s. 
8)  Ortasında  qoşa  p  samiti  işlənən  sözlərdə  ikinci  p  cingiltili    tələffüz 
edilir. Məsələn, ağap/p/aq, hop/p/anmaq, tap/p/ıltı və s. 
9) p samiti kar samitlə yanaşı gəldikdə cingiltili tələffüz olunur. Məsələn, 
res/b/ublika, eks/b/ort, as/b/irant və s. 
Samitlər əvəzlənərək tələffüz olunur 
c→j  dil-diş  samitindən  əvvəl  gəldikdə:  əcdad  -  ə/j/dad,  səcdə  -  sə/j/də, 
vicdan – vi/j/dan və s. 
ç→ş  ç  samiti  ilə  bitən  təkhecalı  sözlərdən  sonra  dil-diş  samiti  gəldikdə: 
qaçdı – qa/ş/dı, uçdu – u/ş/du, köçdü – kö/ş/dü, üç dəstə - ü/ş/ dəstə, heç zaman – 
he/ş/ zaman və s. 
g→y  əgər - ə/y/ər, məgər – mə/y/ər, Nigar – Ni/y/ar və s. 
n→m söz daxilində n-dən sonra b samiti gələrsə: sünbül – sü/m/bül, şənbə 
- şə/m/bə, tənbəl – tə/m/bəl, günbəz - gü/m/bəz və s. 
ğ→x  söz  ortasında  kar  samitdən  əvvəl  gəldikdə:  bağça  –  ba/x/ça, 
sağsağan – sa/x/sağan və s. 
k→k` söz daxilində qalın saitli hecada gəldikdə dilarxası, partlayan, kar k` 
səsi ilə tələffüz olunur: mi/k`/rob, yarmar/k`/a, tra/k`/tor və s. 
k→x`  k  samiti  ilə  bitən  sözdən  sonra  samitlə  başlayan  şəkilçi  və  söz 
gəldikdə: çörəkdən – çörə/x`/dən, çörək kəsmək – çörə/x`/ kəsmə/x`/ və s. 
q→k`  təkhecalı  və  çoxhecalı  alınma  sözlərin  sonunda:  aşıq  –  aşı/k`/, 
məxluq – məxlu/k`/, fərq – fər/k`/, xalq – xal/k`/ və s. 
Səslər tələffüzdən düşür 
1)  st,  şt  və  xt  səs  birləşmələri  ilə  bitən  sözlərin  sonunda  t  səsi  həmin 
sözlərdən  sonra  samitlə  başlanan  şəkilçi  və  ya  söz  gəldikdə  tələffüzdən  düşür. 
Məsələn,    dosluq  (dostluq),  dos  sözü  (dost  sözü),  güzəşsiz    (güzəştsiz),  güzəş 
getmək  (güzəşt  getmək),    xoşbəxdır  (xoşbəxtdır),  xoşbəx  tələbə  (xoşbəxt  tələbə) 
və s. 

 
156 
            2) Sözlərdə o və ö saitlərindən sonra v samiti gələrsə, v tələffüzdən düşür. 
Məsələn,  dovşan-do:şan,  dovğa-do:ğa,  çovdar-ço:dar,  növbə-nö:bə,  lövbər-lö:bər 
və s. 
Şəkilçilərin tələffüzü 
Bəzi  şəkilçilər  müəyyən  şərait  və  məqam  daxilində  yazılışından  fərqli 
tələffüz  olunur  ki,  bu  deyiliş  tərzi  orfoepik  norma  kimi  qəbul  edilir.  Şəkilçilərin 
orfoepik tələffüzünə aşağıdakıları göstərmək olar: 
1.  İsmin  çıxışlıq  hal  şəkilçisi  m,  n  samitləri  ilə  bitən  sözlərdən  sonra 
nan,  nən  şəklində  tələffüz  olinir.  Məsələn,  adamdan-adam/nan/,  atamdan- 
atam/nan/,  milyondan-milyon/nan/, birindən-birin/nən/, məndən-mən/nən/ və s. 
2.  Üçüncü şəxsin xəbər şəkilçisindəki r samiti tələffüzdən düşür. Həmin 
şəkilçi  -dı,  -di,  -du,  -dü  formasında  tələffüz  olunur.  Məsələn,  şagirddir  – 
şagird/di/, həkimdir – həkim/di/, yazmışdır – yazmış/dı/ və s. 
3.  a,  ə  saitləri  ilə  bitən    fellərə  saitlə  başlanan  şəkilçi  artırıldıqda  söz 
sonundakı açıq saitlər (a, ə saitləri) ahəng qanununa uyğun şəkildə müvafiq qapalı 
saitlərin  biri  ilə  əvəz  olunaraq  tələffüz  edilir.  Məsələn,  başlayır-başlıyır,  işləyir-
işliyir, gözləyir-gözlüyür, ovlayan-ovluyan və s. 
4.  II  şəxs  cəm  şəkilçisi  -sınız,  -siniz,  -sunuz,  -sünüz  bir  heca  ilə  -sız,  -
siz, -suz, -süz şəklində tələffüz olunur. Məsələn, gedirsiniz-gedir/siz/, görürsünüz-
görür/süz/, yorğunsunuz-yorğun/suz/ və s. 
5.  Sifət  düzəldən  -lı,  -li,  -lu,  -lü  şəkilçisi  qoşulduğu  sözün  son 
samitindən asılı olaraq -rı, -ri, -ru, -rü; -dı, -di, -du, -dü; -nı, -ni, -nu, -nü şəklində 
tələffüz olunur. Məsələn, ətli-ət/di/, unlu-un/nu/, dadlı-dad/dı/, qazlı-qaz/dı/, varlı-
var/rı/, ətirli-ətir/ri/, qüsurlu-qüsur/ru/ və s. 
6.  Cəm şəkilçisi –lar//-lər qoşulduğu sözün son samitindən asılı olaraq –
rar//-rər,  -dar//-dər,  -nar//-nər  şəklində  tələffüz  olunur.  Məsələn,  qərarlar  – 
qərar/rar/,  dəftərlər-dəftər/rər/,  qovunlar-qovun/nar/,  gəlinlər-gəlin/nər/,  işlər-
iş/dər/, atlar-at/dar/ və s. 

 
157 
7.  İndiki zaman III şəxsin cəmində işlənən fellərdə zaman şəkilçisi   -ıl, 
-il, -yul, -yül şəklində tələffüz olunur. Məsələn, alırlar-al[ıl]lar, gəlirlər-gəl[il]lər, 
oxuyurlart-oxu[yul]lar, görürlər-gör[ül]lər,  söyləyirlər-söyl [ü][yül]lər və s. 
8.  –ma//-mə şəkilçisindən sonra y ilə başlanan şəkilçi gəldikdə inkarlıq 
şəkilçisinin saiti söz kökünün ahənginə uyğun qapalı saitlə əvəz edilir. Məsələn, 
gəlməyim-gəlm/i/yim,  almayım-alm/ı/yım,  oxumayım-oxum/u/yum,  görməyim-
görm/ü/yüm və s. 
9.  Nəqli  keçmiş  zaman  şəkilçisindən  sonra  III  şəxs  xəbər  şəkilçisi 
gəldikdə  zaman  şəkilçisindəki  ş  samiti  tələffüz  olunmur.  Məsələn,  baxmışsan-
baxmısan, baxmışsınız-baxmısız, gəlmişsən-gəlmisən,  gəlmişsiniz-gəlmisiz, oxu-
muşsan-oxumusan, oxumuşsunuz-oxumusuz və s. 
10.  İdi,  imiş  hissəcikləri  saitlə  bitən  isim,  sifət  və  fellərə  qoşulduqda 
hissəciyin  əvvəlinci  saiti  düşür,  sözün  son  saiti  bitişdirici  y  samitinin  təsiri  ilə 
müvafiq qapalı saitə çevrilərək tələffü olunur. Məsələn, alsa idi - /alseydi/, gəlsə 
idi  -  /gəlseydi/,  görsə  imiş  -  /görseymiş/,  xına  imiş  -  /xıneymiş/,  nəvə  idi  - 
/nəveydi/,  dərə  imiş  -  /dəreymiş/,  ata  idi  -  /ateydi/,  ata  imiş  -  /ateymiş/,  acı  idi  - 
/aciydi/, quru imiş - /quriymiş/, xırda idi - /xırdeydi/, incə imiş - /inceymiş/ , alsa 
imiş - (alseymiş),  gəlsə imiş – (gəlseymiş) və s. 
 
              Bir uçsaydım bu çırpınan yelinən, 
              Bağlasaydım dağdan axan seliynən, 
              Ağlasaydım uzaq düşən elinən,  
              Bir görəydim ayrılığı kim saldı? 
                                               M.Şəhriyar 
 
11.  İlə qoşması samitlə bitən sözlərdə nan, nən,  saitlə bitən sözlərdə isə  
-ynan, -ynən şəklində işlədilir. 
Samitlə  bitən  sözlərdə:  müəllimlə-müəllimnən,  məktəblə-məktəbnən, 
qardaşımla-qardaşımnan və s. 

 
158 
Saitlə  bitən  sözlərdə:  küçə  ilə-küçeynən,  ana  ilə-aneynan,  sürü  ilə-
sürüynən, arzu ilə-arzuynan, nənə ilə-nəneynən və s. 
12.  Üçün  qoşması  ahəng  qanununa  tabe  olaraq  əvvəlinci  ü  saitinin 
düşməsi ilə dörd variantda –çın, -çin, -çun, -çün şəklində tələffüz edilir. Məsələn, 
anamız  üçün-/anamızçın/,  vətənimiz  üçün-/vətənimizçin/,  onun  üçün-/onunçun/, 
üzüm üçün-/üzümçün/ və s. Bu qoşma sonu a, ə saitləri ilə bitən sözlərdən sonra 
gəldikdə  həmin  saitlər  bitişdirici  y  samiti  qarşısında  e  qapalı  saitinə  çevrilərək 
tələffüz olunur. Məsələn, ana üçün-/aneyçün/, idarə üçün-/idareyçün/ və s.  
 
Mürəkkəb qısaltmaların (abreviaturlarin)  tələffüz qaydalari 
 
Baş  hərflərdən  ibarət  mürəkkəb  qısaltmalar  aşağıdakı  şəkildə  tələffüz 
olunur: 
a)  səslərin  adı  ilə  oxunanlar:  YAP  (Yeni  Azərbaycan  Partiyası),  ABŞ 
(Amerika  Birləşmiş  Ştatları),  AVCİYA  (Azərbaycan  Vətəndaş  Cəmiyyətinin 
İnkişafına Yardım Assosiasiyası), ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq 
Təşkilatı), AŞPA (Avropa Şurası Parlament Assambleyası) və s. 
b)  hərflərin  adları  ilə  oxunanlar:  MSK  (emseka),  (Mərkəzi  Seçki 
Komissiyası), MDB (emdebe), (Müstəqil Dövlətlər Birliyi), BMT (beemte) (Bir-
ləşmuiş Millətlər Təşkilatı) və s. 
c)  bütöv  şəkildə,  tərkibindəki  sözlərlə  oxunanlar,  DYP  (Dövlət  Yol 
Polisi), KİV (Kütləvi İnformasiya Vasitələri), QDİƏ (Qara Dəniz İqtisadi Əmək-
daşlığı),  AMEA  (Azərbaycan  Milli  Elmlər  Akademiyası),  ADPU  (Azərbaycan 
Dövlət Pedaqoji Universitetei) və s. 
ç)  İxtisarla  yazılan  ad  və  ata  adları  (N.Ə.Abdullayev,  Z.T.Məmmədov, 
T.İ.Tahirov və b.) bütöv oxunur. 
Alınma sözlərin tələffüzü 
Alınma  sözlərin  əksəriyyəti  mənbə  dillərin  məqbul  sayılan  orfoepik 
normaları  əsasında  tələffüz  olunur.  Yalnız  bir  qrup  alınma  sözün  tələffüzündə 
dilimizin orfoepik normaları əsas götürülür. 

 
159 
Yazı vasitəsilə danışığa daxil olan söz və terminləri mənbə və Azərbaycan 
dilində yazılış və tələffüzü baxımından aşağıdakı qruplara ayırmaq olar:  
1.  Azərbaycan  dilinin  fonetik  normalarına  uyğun  olub  rus  dilinin 
orfoepik normaları əsasında tələffüz olunanlar: 
a)  rus  dilində  tələffüzü  yazılışından  fərqlənməyən  sözlər:  bint,  traktor, 
rels, spektr, temp, pult, marşal, antrakt, inkubator, elektrik, orqan, matros, maqnit 
və s.  
b)  rus  və  Azərbaycan  dilində  yazılışı  fərqlənən  sözlər.  Rus  dilində: 
apparat,  kasseta,  massaj,  şosse,  vokzal,  kristall,  qektar,  qimn,  million,  qramm
Azərbaycan  dilində:  aparat,  balon,  kaset,  masaj,  şose,  vağzal,  kristal,  milyon, 
hektar,  himn,  ,  qram.  Bu  tipli  sözlər  mənbə  dildə  yazılışından  fərqli  tələffüz 
olunur. Azərbaycan dilində isə həmin sözləri yazılışı tələffüzünə uyğunlaşdırılmış, 
orfoepiyası ilə orfoqrafiyası arasındakı fərq aradan qaldırılmışdır. 
c)  həm  mənbə,  həm  də  Azərbaycan  dilində  yazılışı  ədəbi  tələffüzdən 
fərqlənən  sözlər.  Yazılır:  lokator,  komediya,  korroziya,  lokomotiv,  attestat; 
deyilir:    l(a)kator,  k(a)mediya,  k(a)(r)eziya,  l(a)k(a)m(a)tiv,  a(t)estat.  Bu  qrupa 
daxil  olan  sözlər  mənbə  dilin  orfoepik  və  orfoqrafik  normalarına  uyğun  şəkildə 
yazılır və tələffüz olunur. 
2. Dilimizin orfoepik  normalarına uyğunlaşdırılaraq tələffüz edilənlər: 
a) vurğusu dilimizə uyğunlaşdırılaraq deyilən sözlər. Rus dilində: la`mpa, 
su`mka,  se`ment,  ça`ynik,  şa`pka,  ko`fta,  va`nna,  kno`pka,  ma`rka  kimi  deyilən 
sözlər  Azərbaycan  dilində:  lampa`,  simka`,  seme`nt,  çayni`k,  şapka`,  kofta`, 
vanna`, knopka`, marka` kimi tələffüz olunur.  
Alınma sözlər aşağıdakı orfoepik qaydalar əsasında tələffüz olunur: 
Saitlərin tələffüzü ilə bağlı orfoepik qaydalar. 
1.  Alınma  sözlərin  böyük  bir  qrupunda  vurğusuz  hecadan  əvvəlki 
hecadakı  (və  ya  hecalardakı)  o  saiti  a  kimi  tələffüz  olunur.  Yazılır:  problem, 
proqram,  omonim,  ornament,  olimpiya,  orkestr,  mikroskop;  deyilir:  pr(a)blem, 
pr(a)qram, (a)monim, (a)rnament, (a)limpiya, (a)rkestr, mikr(a)skop. 

 
160 
Qeyd:  folklor,  roman,  Zolya,  Sokrat,  noyabr,  oktyabr,  Şopen, Mopassan, 
Flober, foto, fotoetüd, fotoalbom, fosfat, fokstrot və s. kimi bir qrup sözün deyilişi 
bu qaydaya tabe deyildir. 
2. Sözün vurğusuz hecasındakı i saiti bəzən qısa (zəif) tələffüz olunur.  
Yazılır: dirijabl, dirijor, seminar, orijinal, univermaq; 
Deyilir dir(i)jabl, dir(i)jor, sem(i)nar, or(i)jinal, un(i)vermaq. 
2.  Sait qoşalığı olan sözlər aşağıdakı çalarda tələffüz olunur:  
a) ai, ia, io, iu qoşalıqlı sözlərin tələffüzündə bu saitlər arasında y samiti 
artırılır  və  i  saiti  bir  qədər  qısa  tələffüz  olunur.  Məsələn,  yazılır:  divizion, 
simpozium, epidiaskop, artezian; deyilir: diviz(iyo)n, simpoz(iyu)m, epid(iya)skop, 
artez(iya)n.  
b)  ea,  eo  sait  birləşməli  sözlərdə  həmin  saitlərdən  birincisi  (e  saiti)  i  ilə 
əvəz  olunur,  qoşalıq  iyo,  iya  çalarında  tələffüz  edilir.  Məsələn,  yazılır:  teatr, 
okean,  realizm,  frazeologiya,  teorem;  deyilir:  t(iya)tr,  ok(iya)n,  r(iya)lizm, 
fraz(iya)logiya, t(iya)rem və s.  
c) ao, au, ua qoşalığı olan sözlər (raund, aktual, aorta, pauza, fauna və s. 
kimi sözlər), əsasən, yazıldığı kimi deyilir. 
Samitlərin tələffüzü ilə bağlı orfoepik qaydalar 
1. Sonu b,d, v samitləri ilə bitən sözlər ayrılıqda deyiləndə, onlardan sonra 
samitlə  başlanan  şəkilçi  və  ya  söz  gəldikdə  söz  sonundakı  cingiltili  samitlər 
karlaşaraq  tələffüz  olunur.  Məsələn,  mikro(b),  mikro(b)suz,  mikro(b)  düşmək; 
perspekti(v),  perspekti(v)lik,  perspekti(v)  plan;  zavo(d),  zavo(d)dan,  zavo(d) 
tikmək və s. 
2.  Söz  daxilində  kar    samitdən  əvvəl  gələn  v  samiti  karlaşaraq  tələffüz 
olunur. Məsələn, a(v)tomat, A(v)striya, a(v)tobus, e(v)feizm, o(v)çarka, e(v)kalipt 
və s. 
3.  k  samiti  qalın  hecalı  sözlərdə  dilarxası,  partlayan  kar  samit  kimi 
tələffüz olunur. Məsələn, (k)urort, a(k)tyor, (k)onfrans, mi(k)rob, (k)ran,  k başqa 
məqamda  –  incə  saitli  hecaların  sonunda  gəldikdə  də  həmin  tərzdə  (dilarxası, 

 
161 
partlayan,  kar)  tələffüz  edilir.  Məsələn,  akademi(k`),  elektri(k),  mi(k`)rob, 
fabri(k`) və s.  
4.  Vurğusu  qoşa  samitlərdən    sonra  vurulan  sözlərin  müəyyən  bir 
qrupunda  həmin  samitlərin  biri  tələffüzdən  düşür.  Yazılır:  akkord,  kollektiv, 
kommentariya,  attestat,  akkumlyator,  qrammatika,  korrektor;  deyilir:  a(k)ord, 
ka(l)ektiv,  ka(m)entariya,  a(t)estat,  a(k)umlyator,  qra(m)atika,  ka(r)ektor.  Bu 
qəbildən olan digər bir qrup sözdə qoşa samitlər uzun səs kəmiyyətində (bir samit 
yarım kəmiyyətində) tələffüz olunur. Yazılır: assimilyasiya, Hannibal, immunitet, 
perron, effekt; dedilir: a(s:)imilyasiya, Ha(n:)ibal, i(m:)unitet, pe(r:)on, e(f:)ekt.  
Vurğusu  qoşa  samitlərdən  əvvələ  düşən  sözlərdə  cüt  samitlər  uzun 
kəmiyyətdə (və ya yazıldığı kimi)  tələffüz olunur. Yazılır: dollar, novella, elleps, 
qamma, madonna, kassa, libretto, professor, propeller; deiyil: do(l:)ar, nove(l:)a, 
e(l:)epis, mado(n:)a, ka(s:)a, libre(t:)o, profe(s:)or, prope(l:)er.  
Alınma  sözlərin  bəzisində  vurğu  əvvəlinci,  bəzisində  orta,  bəzisində  isə 
sonuncu heca üzərində tələffüz olunur. Məsələn, a) vurğusu birinci hecaya düşən 
sözlər:  a`riya,  ka`ter,  bo`sman,  bu`nker,  ya`rmarka,  yu`mor,  ka`bel,  ka`ssir, 
ka`ter,  lu`pa,`o`rden,  o`pera  və  s.;  b)  vurğusu  orta  hecada  tələffüz  olunan 
Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin