Orfoqrafiya qaydaları
Saitlərin yazılışı
1. O saiti alınma sözlərin vurğusuz hecasında a və ya o ilə deyilməsindən
asılı olmayaraq o ilə yazılır: avtomat, biologiya, velosiped, ensiklopediya,
kollektiv, kombinat, laborant, obyekt, poeziya, poema, poçtalyon, problem,
professor, solist, motor, polkovnik.
2. Ü saitli alınma sözlər ü ilə də yazılır: alüminium, bülleten, büro, jüri.
3. Aşağıdakı sözlər ədəbi tələffüzə uyğun olaraq iki heca ilə yazılır: qəbir,
qədir, eyib, ətir, zehin, isim, nəsil, ömür, səbir, sətir, sinif, fəsil, şəkil, heyif, meyil,
əsil, şeir...
Samitlərin yazılışı
1. Birinci hecasındakı samiti həm n, həm də m ilə deyilən sözlər n ilə
yazılır: anbar, qənbər, zənbil, günbəz, sünbül, şənbə...
2. Əslində sonu qoşasamitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə
yazılır: ekspres, kilovat, kiloqram, konqres, metal, mühüm, proses, sərhəd,
hüsnxət.
Sözün müxtəlif yerlərindəki qoşa sait və samitlərin yazılışı
3. Qoşa saitlə deyilən sözlər qoşa saitlə də yazılır: maaş, saat, camaat,
bədii, əmtəə...
4. Təkhecalı sözlərin sonunda qoşa samitin hər ikisi yazılır: vatt, zənn,
zidd, küll, rədd, sirr, fənn, xətt, haqq, hiss... Bu sözlərə samitlə başlanan şəkilçi
əlavə olunduqda söz kökündəki qoşa samitdən biri düşür: sir-daş, fən-lər, xət-siz,
haq-sız...
5.İki sait arasında gələn qoşa samitlər olduğu kimi yazılır: ballada, kassa,
şassi, vassal, kapella, klassik, libretto, operetta, nəqqaş, səyyar, kəmiyyət...
Qeyd. Qruppa, antenna, tonna, apparat, parallel sözləri və -ma hecası ilə
qurtaran sözlər aşağıdakı kimi yazılır: qrup, antena, ton, aparat, paralel, diaqram,
proqram, stenoqram, teleqram...
130
Şəkilçilərin yazılışı
Sözdüzəldici şəkilçilər aşağıdakı kimi yazılır:
Bir cür yazılan Ģəkilçilər:
1) –i və ya –vi şəkilçisi: daxili, tarixi, həyati, cənubi, şimali, dairəvi,
kimyəvi, kütləvi, Gəncəvi...
2) –vari şəkilçisi: buynuzvari, qalxanvari, yüngülvari, üzükvari.
Ġki cür yazılan Ģəkilçilər: kar samitlə bitənlərdə -qan, -kən; cingiltili
samitlə bitənlərdə -gan, -gən şəkilçiləri: yapışqan, çalışqan, döyüşkən, sürüşkən,
burulğan, deyingən...
Dörd cür yazılan Ģəkilçilər:
1) –ki, -kı, -ku, -kü şəkilçisi: axşamkı, bildirki, səhərki, onunku,
gündüzkü, bugünkü...
2) sifət və isim düzəldən –ı, -i, -u, -ü şəkilçisi: badımcanı, darçını, narıncı,
dərbəndi, çərkəzi, novruzu, gümüşü...
3) fel köklərindən isim və sifət düzəldən şəkilçilər: sonu kar samitlə
bitənlərdə:
a) –kı, -qı, -kü, -qu: bıçqı, seçki, pusqu, sürtkü...
b) –kin, -qın, -kün, -qun: bitkin, satqın, ötkün, tutqun...
4) –stan Ģəkilçisi samitlə bitən sözlərə qoşularkən samitlər arasına sait
artırılır: Dağıstan, Türkmənistan, Monqolustan, Türküstan..
Qeyd. Saitlə bitənlərdə -stan yazılır.
Mürəkkəb sözlərin yazılışı
1. Bir vurğu ilə deyilən mürəkkəb sözlər bitişik yazılır: arabir, balacaboy,
beşillik, beşmərtəbə, qalxanabənzər, qanunvericilik, dilucu, günəbaxan, gülərüz,
özbaşınalıq, soyuqqanlı, ümumbəşəri, ucdantutma, bugünkü, ilbəil, günbəgün,
qaçaqaç, Bülbüloğlu, Həsənoğlu, Çərkəzqızı, Əliağa...
2. Tərkibindəki sözlərin səciyyəsindən asılı olaraq aşağıdakı hallarda
defisdən istifadə edilir:
a) qoşa sözlərdə: adda-budda, az-maz, qara-qura, kağız-kuğuz, qarma-
qarışıq, qonaq-qara, dedi-qodu, əzik-üzük, sür-sümük, top-top, aşıq-aşıq...
131
b) tərkibində qeyri, əks, külli, anti, eks, vitse, kontr, ober, super sözləri
işləndikdə: qeyri-adi, qeyri-iradi, əks-inqilab, əks-hücum, külli-ixtiyar, vitse-
admiral, kontr-admiral, ober-leytenant, super-market...
c) izafət tərkiblərində: tərzi-hərəkət, nöqteyi-nəzər, həddi-buluğ,
tərcümeyi-hal...
ç) tərkibində mənaca bir-birinə yaxın və ya zidd sözlər işləndikdə: ab-
hava, alış-veriş, ölüm-itim, kafe-restoran, kilovat-saat, cənub-qərb, şimal-şərq, az-
çox, elə-belə, gec-tez, ağıllı-kamallı, ucsuz-bucaqsız, pis-yaxşı, fabrik-zavod, iki-
üç, gedər-gəlməz, yazar-yazmaz, bitməz-tükənməz, dinməz-söyləməz...
Köməkçi sözlərin yazılışı
1. Ġdi, imiĢ, ikən köməkçi sözləri adlardan (isim, sifət, say, əvəzlik) və
saitlə qurtaran fellərdən sonra ayrı, samitlə bitən fellərdən sonra həm ayrı, həm də
ilk saiti buraxılaraq, şəkilçiləşmiş variantlarda bitişik yazılır: ata idi, ata imiş, ata
ikən, uşaq idi, uşaq imiş, uşaq ikən, gəlməli idi, gəlməli imiş, gəlməli ikən,
gəlmişdi, gəlirkən, gəlmiş imiş...
2. Qoşmalar iki cür yazılır:
a) birhecalı qoşmalar (-can, -cən, -dək, -tək) aid olduqları sözə bitişik
yazılır: dağacan, evəcən, küçəyədək, quştək....
b) ikihecalı qoşmalar (qədər, kimi, ötrü, təki, üçün, ilə) aid olduqları
sözdən ayrı yazılır: evə qədər, adam kimi, ondan ötrü, sənin təki, şagird üçün.
Qeyd: İlə qoşması samitlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq –
la, -lə şəklində bitişik yazıla bilər.
3. Mənşəcə mürəkkəb olan aşağıdakı bağlayıcılar bitişik yazılır: yainki,
yaxud, nəinki, habelə, halbuki, həmçinin, hərgah, hərçənd, çünki.
4. Ədatlar sözlərdən ayrı yazılır: di get, gör ha, dedim də, sən ki, daha
gözəl, lap pis, ən yaxşı.
-mı, -mi, -mu, -mü və sana/sənə ədatları istisnadır. Onlar aid olduqları
sözlərə bitişik yazılır: Qəşəngdirmi? Kitabdırmı?, Oxudumu? A kos-kosa gəlsənə,
torbanı doldursana? ...
132
Qeyd: -mı, -mi, -mu, -mü sual ədatı da/də ədatından ayrı yazılır: Sən də
mi gedirsən? O yenə də mi danışacaq? ...
5. Eyni nidanın təkrarından əmələ gələn nidalar defislə yazılır: bəh-bəh,
vay-vay, pəh-pəh, uy-uy, ha-ha-ha....
6. Müxtəlif sözlərdən əmələ gələn nidalar ayrı yazılır: ay aman, ay
haray...
Birinci hərfi böyük yazılan sözlər
1. Xüsusi isimlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır:
Səməd Vurğun, Üzeyir bəy Əbdülhəsən oğlu Hacıbəyli, Uzun Həsən, Süleyman
Rüstəm, Süleyman Sani, Bəxtiyar Vahabzadə, İsgəndərlər, Mehdi Hüseynzadələr,
Nizamilər, Hacı Qaralar ...
2. Bədii əsərlərdə heyvanlar və cansız əşyalar surət kimi işlədildikdə
onların adlarının birinci hərfi böyük yazılır: Qırat, Alapaça, Bozdar, Məstan...
3. Tarixi hadisələrin, dövlətlərin, sülalələrin, nomenklatur terminlə işlənən
yer adlarının, eləcə də qədim yazılı abidələrin və s. adlarının birinci sözünün
birinci hərfi böyük yazılır: Vətən müharibəsi, Yeddiillik müharibə, Versal sülhü,
Dəmir dövrü, Orxon-Yenisey abidələri, Sasanilər dövrü, Səfəvilər sülaləsi, Xəzər
dənizi, Azadlıq meydanı, Şuşa qalası...
Belə mürəkkəb adlara fərqləndirici söz əlavə olunduqda onun da birinci
hərfi böyük yazılır: Orta Paleolit dövrü, Son Paleolit dövrü...
4. Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının
tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası,
Naxçıvan Muxtar Respublikası, Bakı Şəhər İcra Hakimiyyəti....
5. Yüksək dövlət vəzifələri (Azərbaycan Respublikasının Prezidenti,
Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Milli Məcli-
sinin Sədri), fəxri adlar, habelə nazirlik, komitə, birlik, cəmiyyət, qurum,
akademiya, universitet, texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi
günlərin və s. adlarının tərkibindəki bütün sözlərin (yardımçı sözlərdən başqa)
birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Milli Məclisi, Azərbay-
can Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər
133
Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu,
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Heydər Əliyev adına
Bakı Beynəlxalq Aeroportu, Azərbaycan Dövlət Nəşriyyatı, Beynəlxalq Qadınlar
Günü...
6. Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal,
kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran, düşərgə, yeməkxana, mağaza və
s. adları dırnaqla və böyük hərflə yazılır: “İstiqlal” ordeni, “Azərbaycan
Bayrağı” ordeni, “Dəli Kür” romanı, “Yeddi gözəl” baleti, “Uzaq sahillərdə”
filmi, “Azərbaycan” qəzeti, “Cücələrim” kafesi, “Bahar” mağazası, “Badamlı”,
“İstisu” mineral suları...
Qeyd: Dırnaqda yazılan belə adlara artırılan şəkilçi dırnaqdan kənarda
yazılır: “Xalq qəzeti”nin bugünkü nömrəsi, “Yeddi gözəl”in ilk tamaşası.
7. Mirzə, hacı, şeyx, seyid, şah, soltan, ağa, bəy, bəyim, xan, xanlm və s.
sözlər rütbə, ləqəb və titul bildirib sözlərdən əvvəl gəldikdə böyük, sözlərdən
sonra gəldikdə isə kiçik hərflə yazılır: Mirzə Fətəli, Hacı Qara, Şeyx Nəsrullah,
Seyid Əzim, Şah İsmayıl, Soltan Mahmud, Abbas mirzə, Abbasqulu ağa, Fətəli
xan, Heyran xanım...
İxtisarlar (abreviaturlar)
1. İxtisarlar üç cür yazılır:
a) tam ixtisarlar aid olduqları sözlərə (xüsusi və ya ümumi isimlərə)
uyğun olaraq böyük və ya kiçik hərflə yazılır: AR (Azərbaycan Respublikası),
BMT (Birləşmiş Millətlər Təşkilatı), MM (Milli Məclis), m. (metr), c. (cild)...
b) yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq, böyük və kiçik
hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akad. (akademik),
prof. (professor), Azərkitab (Azərbaycan kitabı), teletamaşa (televiziya
tamaşası)...
c) sözün orta hissəsinin düşməsi ilə yaranan ixtisarlar defislə yazılır: d-r
(doktor), z-d (zavod)...
2. İxtisarlara əlavə edilən şəkilçilər onların son hecasına uyğun olaraq
yazılır: MEA-dan, BMT-yə, MDB-nin ...
134
Sözün sətirdən-sətrə keçirilməsi
1.Sözlər yeni sətrə bütöv hecalarla keçirilir: məs.; qa-pı, qu-zu, dost-luq,
yay-laq, kə-ləm, sə-rin, çə-mən...
2. Sözün (a-da, a-na, a-çıq, a-cı, ə-ziz, ə-kin, ə-la, e-lan, e-tiraz, i-şıq, ü-
züm, ü-tü tipli sözlərin) bircə saitdən ibarət olan ilk hecasını sətrin sonunda
qoymaq olmaz.
3. İki və çoxhecalı sözlərin (bədi-i, vaqi-ə, əmtə-ə, iddi-a, mətbə-ə,
müddə-a, nəş-ə, təbi-i, cüz-i, şü-a tipli sözlərin) bircə saitdən ibarət hecasını yeni
sətrə keçirmək olmaz.
4. Tərkibində eynicinsli qoşa samit olan sözlərin saitdən əvvəlki iki
samitini nə sətrin sonunda qoymaq olar, nə də o biri sətrə keçirmək olar. Bu
sözləri yeni sətrə keçirərkən hər samit hecalardan birinə qoşulur.
Keçirmək olmaz: Keçirmək olar:
a-ddım, add-ım ad-dım
do-qquz, doqq-uz doq-quz
sə-kkiz, səkk-iz sək-kiz
rə-ssam, rəss-am rəs-sam
xa-mmal, xamm-al xam-mal
Rəqəmlə yazılan saylardan sonra gəlib, defislə ayrılan sıra say şəkilçisinin
ixtisarını (-cı, -ci, -cu, -cü) və hal şəkilçisini rəqəmdən ayırıb yeni sətrə keçirmək
olmaz; məs.: 1956-cı, 1958-ci, 9-cu, 4-cü, 5-ə, 6-ya, 3-də.
Qaçaqaç, tutatut, kəsəkəs tipli sözlərdə a (ə) bitişdirici birinci sözün son
samitinə qoşulub, heca təşkil edərək ya sətrin sonunda qala bilər, ya da yeni sətrə
keçirilə bilər.
Keçirmək olmaz: Keçirmək olar:
qaç-aqaç qaça-qaç, qa-çaqaç
tut-atut tuta-tut, tu-tatut
kəs-əkəs kəsə-kəs, kə-səkəs
Diaqram, monoqram kimi sözlərdə qram hissəciyindəki q samitini
özündən əvvəlki saitə qoşub, sətrin sonunda qoymaq olmaz:
135
Keçirmək olmaz: Keçirmək olar:
diaq-ram dia-qram
monoq-ram mono-qram
steneq-ram steno-qram
proq-ram pro-qram
teleq-ram tele-qram
Sentyabr, oktyabr, noyabr, dekabr tipli ikihecalı sözləri aşağıdakı şəkildə
sətirdən-sətrə keçirmək olar: sen-tyabr, ok-tyabr, no-yabr, de-kabr.
Düzgün yazı bacarığına yiyələnməyin başlıca şərtlərindən biri durğu
işarələrinin məqama uyğun işlədə bilməkdir. Durğu işarələri düzgün oxuyub
yazmaqda, fikri başqasına dəqiq çatdırmaqda, ümumiyyətlə, nitq mədəniyyətində
müstəsna əhəmiyyət kəsb edir. Bu işarələr yazılı nitqin təsir gücünü artırır, onun
məzmununa aydınlıq, dürüstlük və dəqiqlik gətirir. Durğu işarələri o zaman böyük
əhəmiyyət kəsb edir ki, bütün yazanlar və oxuyanlar hər bir durğu işarəsinin
mənasını, vəzifəsini eyni dərəcədə başa düşsünlər, durğu işarələrinin işlənməsinə
dair vahid, dəqiq qaydalara əsaslanmış olsunlar. Durğu işarələrinin bir qismi
(nöqtə, defis, dırnaq kimi) orfoqrafik, digər qismi (vergül, nöqtəli vergül, sual,
nida kimi) sintaktik funksiya daşıyır. Bu işarələr təkcə yazıdakı müxtəlif
qrammatik bağlanmaları, ayrılmaları göstərməyə deyil, həm də yazılı nitqdə
nəzərdə tutulan fikir rəngarəngliyini, hissi halları, psixoloji vəziyyətləri nəzərə
çarpdırmaq vəzifəsini də yerinə yetirir. Sual, nida, çox nöqtə, mötərizə, dırnaq
kimi işarələrdən sözlərin, ifadələrin və cümlələrin üslubi, emosional-estetik
çalarlarını nəzərə çarpdırmaq məqsədilə istifadə olunur. Bu işarələrin işlənmə
məqamları rəngarəngdir. İmkanın məhdudluğu üzündən onlar haqda bir qədər
yığcam danışmaqla kifayətlənirik.
NÖQTƏ
Bu işarə aşağıdakı hallarda qoyulur:
1) Nəqli cümlənin sonunda. Məs.; 1. Xalqımın Nizami, Füzuli, Sabir,
Vurğun kimi poeziya duhaları vardır. 2. Nəbi Xəzri lirik şairdir.
2) Yarımçıq nəqli cümlələrdən sonra. Məs.;
136
- Maşınınız harada qalıb?
- Kəndin girəcəyində.
- Sən haralısan?
- Qaramanlı.
3) Ad və ata adlarının qısaltma formalarından sonra. Məs.;
1. Qəsəbəmizin mərkəzindəki parka H.Əliyevin adı verildi. 2. N.Abdul-
layev təcrübəli müəllimdir.
4. Və ilaxır və sair, və başqa sözləri ixtisarla yazıldıqda. Məs..;
M.F.Axundov, F.Köçərli, Ə.Nazim, M.Arif, M.C.Cəfərov və b. görkəmli
tənqidçi - ədəbiyyatşünaslar olmuşlar.
5. Əsərlərindən misal gətirilən müəllifin adı ixtisarla veriləndə. Məs.;
Gərək ya Hacı Səmədağanın əlinə baxam, ya da gedib polis qulluğuna daxil olam
(Ə.H.).
VERGÜL
Aşağıdakı hallarda qoyulur.
I. Cümlənin həmcins üzvləri arasında. Məs.;
1. Hanı mənim arxam, qolum-qanadım,
Hörmətim, izzətim, şöhrətim, adım?!
Qardaş bərabəri gözəl arvadım
Söyləyin, durnalar, gözüm yoldadı.
(Ə.Cəmil)
2. Gecəyədək yedilər, uiçdilər, danışdılar, güldülər (S.Qədirzadə).
II. Tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında. Məs.;
Əlimi uzadıb qar dənəsinin altına tutdum, astaca gəlib ovucumun içinə
düşdü (S.Behrəngi).
III. Tabeli mürəkkəb cümlənin tərkib hissələri arasında. Məs.;
Deyirlər ki, bir zaman isti ilə buxar əl-ələ verib dünyaya böyük bir zəlzələ
salmışdı (N.Gəncəvidən). Ovçu Piri qəribə ovçunun əhvalatını klubun qabağına
137
toplaşan kəndlilərə yenicə nağıl edib qurtarmışdır ki, çadırda S.Vurğunun
“Ceyran” şeirini oxudular (İ.Əfəndiyev).
IV. O, bu əvəzliklərindən sonra
O, bu əvəzlikləri ilə ifadə olunan mübtəda isim, sifət, sayla ifadə olunan
cümlə üzvündən əvvəl gələrsə ondan (mübtədadan) sonra vergül qoyulur. Məs.;
1. O, ağacın yanına gələr, budaqları əyib salxım gülləri iyləyər, dayanıb
ağacın gözəlliyinə tamaşa edərdi (İ.Əfəndiyev).
2. Bu, ilk və son ayrılıq oldu (M.Cəlal).
V. Ara sözlərdə:
a) ara söz cümlənin əvvəlində gəldikdə ondan sonra. Məs.; 1. Əlbəttə,
hər gülü yox, xoşuma gələn gülləri dərərdim (M.Cəlal); 2. Bəlkə, səadətin rəngi
mavidir? (N.Xəzri).
b) cümlənin ortasında gələn ara sözün hər iki tərəfində. Məs.; Onlardan
biri, nəhayət, ağır addımlarla qadının buz heykəlinə doğru gedir (Ə.Məmməd-
xanlı).
c) cümlənin sonunda gələn ara sözdən əvvəl. Məs.; Yazda əkdiyim şaftalı
ağacı quruyur, deyəsən.
VI. Hətta, ələlxüsus, habelə, baxmayaraq sözləri ilə xüsusiləĢən cümlə
üzvündən əvvəl. Məs.;
1. Bütün ölkələrin xalqları, o cümlədən də Azərbaycan xalqı terrorizmi
pisləyir və ona qarşı mübarizə aparır. 2. Göyün üzünə ulduzların səpələnməsinə
baxmayaraq, çayın vadisi qaranlıq idi (İ.Şıxlı).
VII. Xitablarda vergül:
a) cümlənin əvvəlində gələn xitabdan sonra. Məs.; “Ay ana, bircə saat
dincəl, ayaqların yoruldu, haldan düşdün” (“Min bir gecə”).
A qardaşlar, iş başına!
Biz də bir iş görəlimm!
(Ə.Cavad)
138
b ) cümlənin ortasında gələn xitabdan əvvəl və sonra. Məs.;
- Adətimizdir, bala, səfərə çıxanın dalınca su atarlar (G.H.).
c) xitab cümlənin sonunda gəldikdə ondan əvvəl vergül qoyulur. Məs.;
Səhər çağı
Göy meşədən
Dərdim səni, ağ çiçək.
(N.Xəzri)
VIII. Nidalarda vergül
Alçaq tonla deyilən cümlələrdə nidadan sonra. Məs.;
1. Əfsus, qocaldım ağacım düşdü əlimdən,
Səd heyf cavanlıq.
(Sabir)
3. Bir adam olsaydı, ax, keçən günləri geri qaytaraydı (Ə.Haqverdiyev).
NÖQTƏLĠ VERGÜL
Aşağıdakı hallarda nöqtəli vergüldən istifadə olunur:
a) tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında. Məs.;
Qarqar çayının həzin şırıltısı, Gülpərinin palazlara, xalçalara endirdiyi
toqqaların taqqıltısı ətrafa yayılırdı; hələ naxırçıların hay-harayı da bu səslərə
qarışanda bu bir tərəkəmə toyunu xatırladardı (Ə.Haqverdiyev).
D E F Ġ S
a) mürəkkəb sözlərin tərəfləri arasında. Məs.; dadlı-dadlı, dost-aşna,
qohum-qardaş, yavaş-yavaş və s.
b) mürəkkəb qısaltmalarla şəkilçi arasında. Məs.; ADPU-nun, ABŞ-ın,
NATO-ya və s.
c) sıra saylar rəqəmlə yazıldıqda. Məs.; 5-ci, 10-cu, 4-cü və s.
ç) izafət tərkiblərində. Məs.; nöqteyi-nəzər, tərzi-hərəkət, tərcümeyi-hal.
T Ġ R E
1) Cümlə üzvünün əlavəsindən əvvəl. Məs.;
139
1. Xan çıxdı və gördü ki, qapını döyən xanın öz kəndlisi – İtqapan
kəndinin əhli Novruzəlidir (C.Məmmədquluzadə).
2. Üç duyğu – qorxu, sevinc və utancaqlıq üçü də birdən Dilbərə hücum
etdi (C.C.).
2) Müqayisə edilən obyektləri daha qabarıq nəzərə çarpdırmaq üçün
onların (qarşılaşdırılan sözlərin) arasında . Məs.;
Sən günəş – mən səndən nur alan Ayam,
Sən bir səs – mən isə əks-sədayam!
Zirvəsən – zirvəyə qalxan cığıram.
(N.Xəzri)
3) Ümumiləşdirici söz həmcins üzvlərdən əvvəl gələrsə, ondan sonra tire
qoyulur. Məs.;
Dostlar hər şeydən – həyatdan, ailədən, dostluqdan, məhəbbətdən,
dünyanın işlərindən danışdılar.
4) Ümumiləşdirici söz həmcins üzvlərdən sonra gələrsə, ondan əvvəl tire
qoyulur. Məs.; O, vəziyyətə də, yorğunluğa da, yurdsuzluğa da – bunların
hamısına dözərdi (S.Qədirzadə).
5) Məntiqi vurğulu sözü nəzərə çarpdırmaq, ayırmaq üçün həmin sözdən
sonra tire qoyulur.
Vətən - əcdadımızın mədfənidir.
Vətən – övladımızın məskənidir.
(A.Səhhət)
6) Dialoqlarda cümlələrin əvvəlində tire qoyulur.
- Yoldaşım, yatmışmısan?
- Yox bir sözün varsa, buyur.
- On manat qərz istərəm...
- Yox, yox, bərabər, yatmışam (Sabir)
140
7) Müəllif sözü vasitəsiz nitqdən tire ilə ayrılır. Məs.;
- Oğul, - dedi – gecə isti su atanda bismillah deyərlər (T.Mahmud).
Dostları ilə paylaş: |