Nadġr abdullayev



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə22/22
tarix24.05.2020
ölçüsü2,09 Mb.
#31516
1   ...   14   15   16   17   18   19   20   21   22
Azf-277620


TERMĠNLƏR LÜĞƏTĠ 
 
bəlağət          -  gözəl,  aydın  danışma  qabiliyyəti,  natiqlik  haqqında  elm, 
danışıq  etikası    -  insanların  bir-biri  ilə  münasibətlərini         
tənzim edən danışıq normaları. 
daxili nitq    -   səslənməyən, danışanın özü ilə əlaqələnən, səssiz, lal nitq. 
dialoq          -    (yunanca dialoqos) – iki adamın nitqi. 
diskussiya  -  latın  mənşəli  “diskussiya”  (diskussio)  sözü  olub         
“araşdırmaq”,  “təhlil  etmək”,  “tədqiqat  aparmaq” 
deməkdir. 
evfemizm        -  yaxşı  danışmaq,  hər  hansı  bir  sərt  mənanı  yumşaltmaq, 
münasib olmayan söz və ifadə əvəzinə yumşaq, nəzakətli 
söz  və  ifadələr  işlətmək.  Məs.:  “Məni  başa  düşmədiniz” 
əvəzinə  “Deyəsən,  fikrimi  sizə  çatdıra  bilmədim”  və  s. 
“yox”  əvəzinə  “xeyr”,  “düz  deyil”  əvəzinə  “həqiqətə 
uyğun deyildir” işlətmək və s.  
evfuizm      -     həddindən artıq dəbdəbəli, təmtəraqlı nitq. 
emosional  rəng  –  danışanın  hissləri  və  iradəsi  ilə  bağlı  olub  sözlərə, 
ifadələrə əlavə olunan məna çaları, incə məna fərqi. 
etiket    -                ritual  (fransız)  (etiquette)  nitq  etikası  –  qəbul  olunmuş 
danışıq formaları. 
elmi-bəlağət-natiqlik – fikri gözəl, səlis ifadə etmək haqqında elm 
elmi-bəyan  -    ritorika,  bəlağər  elmi;  elmi  nitq  mədəniyyəti  –  elmi   
əsərlərin,  mətnin,  danışığın  dinləyici  və  oxucuya  zehni 
və estetik təsiri. 
genetik  nitq  -  əl  və  bədən  hərəkəti  vasitəsilə  yaranan  ünsiyyət, 
kommunikativ aktın bir hissəsi. 
fəsahət -              gözəl, aydın danışıq qabiliyyəti 
xitabət -              natiqlik sənətindən bəhs edən bir şöbə 

 
260 
nitq  aktı  -          müəyyən  məqsədlə  danışan  və  dinləyənin    ünsiyyəti         
şəklində nitq parçası 
nitqin  emosionallığı  –  nitqin  dinləyicinin  emosiyalarına  təsir  etməklə  
onda müəyyən hisslər oyada bilməsi qabiliyyəti 
nitq  parçası  -      daxili  formaya  malik  olan,  struktur-semantik  cəhətdən 
vəhdət təşkil edən nitq parçası. Məsələn, cümlə, abzas 
nitqin sürəti –  müəyyən zaman ərzində nitqin sürəti. Yavaş, adi, sürətli 
nitq.  Bütün  hallarda  sözlərin  tam  və  aydın  tələffüzü 
başlıca göstəricidir. 
nitq texnikası – üç cəhət nəzərdə tutulur: tənəffüs, səs və tələffüz. 
nitq  təqtisi  –      ifadənin  ritmik  –  intonasiya  vasitəsilə  ayrıla  bilən  ən    
kiçik mənalı hissəsi. 
intellektual nitq – informasiyanın verilməsi məqsədilə məntiqə əsaslanan 
nitq. 
interpretasiya – izahetmə 
inversiya  -              ifadəliliyi  yaratmaq,  üslubi  effekti  artırmaq  məqsədilə 
cümlənin qəbul olunmuş işlək sırasının pozulması 
iyerarxiya  -                nitq  etiketində  yaş  və  vəzifə  üstünlüyü.  Məs.:  yaş  və    
vəzifəcə  özündən  böyüklərə  “sən”  əvəzinə  “siz”  deyə 
mürqaciət olunması 
jarqon     -           hər hansı bir məqsədlə fikrin başqalarından gizlədilməsi 
üçün adamların yaratdıqları uydurma süni dil 
kommunikasiya – ünsiyyət, ümumi, şərikli ünsiyyət 
məam -                 məna, üslubiyyat, ritorika. 
orfoepiya  -              dilçiliyin  ədəbi  tələffüzü  öyrənən  və  müəyyənləşdirən   
bölməsi 
polemika  -                      yunan  mənşəli  söz  (polemikos)  olub  hər  hansı  bir 
sahədə  (siyasət,  din,  fəlsəfə,  incəsənət  və  s.)  söz  və 
fikir çəkişməsi 

 
261 
poliloq  -              (yunanca polu – çox, loqos – nitq) – söhbətdə iştirak 
edən çox adamın nitqi, mükaliməsi 
replika -              dialoq iştirakçılarının hər birinin qısa nitqi 
ritor -                 (yunanca thetor), orator, Qədim Yunanıstan və Romada 
natiq mənasını verən söz 
ritorika  -              natiqlik  elmi,  sənəti  haqqında  nəzəriyyə,  fəsahətli  və 
bəlağətli nitq, bəyan 
ritorik  fiqurlar  -  anafora,  antiteza,  inversiya,  ritorik  sual,  təkrar,  ritorik 
xitab, epifora və s. 
spontan -            təbii nitq, təşkil olunmamış, bədahətən  
süxəndan -         söz ustası, gözəl danışan 
suxənvər -          dil vahidlərinin köməyi ilə müəyyən məlumatı bildirmə, 
xəbər vermə 
ziyalı  nitqi  -            yazıçılar,  müəllimlər,  aktyorlar,  radio  və  televiziya 
işçiləri,  jurnalistlər  və  bədii  qiraət  ustalarının  nitqi, 
danışığı 
Ģəhri-bəyan –     izah, aydınlaşdırma, anlaşma, açıq söyləmə 
tavtologiya  -              (uyunanca  tavto  –  həmin,  özü,  loqos  –  soz)  cümlədə 
eyni  və  mənaca  yaxın  olan  sözlərin  təkrarlanmasından 
yaranan artıqlıq. Məs.: atəşkəsi kəsmək, geyimi geymək, 
tamaşaya tamaşa etmək, başlamağa başlamaq və s. 
 
 
 
 
 
 
 
 
 

 
262 
Söz haqqında atalar sözləri 
 
Abır istəsən çox demə, sağlamlıq istəsən çox yemə. 
Adam var ki, dindirərsən can deyər. 
Adam var ki, dindirməsən yaxşıdır. 
Allaha doğru sözdən qiymətli bir qədəqə yoxdur. 
Ayaq büdrəməsi dil büdrəməsindən yaxşıdır. 
Bir ağızdan çıxan söz yüz ağıza yayılır. 
Dadlı söz dost qazandırar, acı söz düşmən. 
Dadlı söz can arzusu, dadsiz söz baş ağrısı. 
 Damcı daşa dəyər, söz başa. 
Danışmaq gümüş olsa, danışmamaq qızıldır. 
Danışan dağı aşar, danışmayan yolu çaşar. 
Doğru söz acı olar. 
Doğru söz qılıncdan itidir. 
Doğru danışanın atı yüyürək olar. 
Dil var bal gətirir, dil var bəla. 
Dil gətirəni el gətirər. 
Insan ölər, söz qalar. 
Iki dinlə bir söylə. 
Dil ürəyin açarıdır. 
Kişi sözü üzə deyər. 
Sözü ağzında bişir, sonra çıxar. 
Qaba söz, qaba hərəkətdən pisdir. 
Sözü at, yiyəsi götürər. 
Sözü bişir, sonra düşür. 
Söz bir olsa dağ yerindən oynayar. 
Söz böyüyün, su kiçiyin. 
Sözün doğrusunu zarafatda deyərlər. 
Sözünü bilməyən ağız başa toxmaq vurdurar. 

 
263 
Sözünü bilməyənə aşağı başda da yer yoxdur. 
Söz danışıqdan keçər. 
Söz həyatın bəzəyidir. 
Söz çeynəyən çox, söz deyən az. 
Söz götürənin, yer oturanındır. 
Söz insanın vuran əlidir. 
Söz qılıncdan da itidir. 
Söz var gələr keçər, söz var dələr keçər. 
Söz var ki, dağa çıxarar, söz var ki, dağdan endirər. 
Söz həyatın bəzəyidir. 
Söz odur ki, haqqa vara. 
Söz sözün dayağıdır. 
Sözü məqamında deyərlər. 
Söz vaxtına çəkər. 
Söz sözü çəkər, arşın bezi. 
Sözü bişir, sonra düşür. 
Sözün zahiri zərif, batini lətif olmalıdır. 
Sözün yaxşısı baldan şirindir. 
Söyləyən olma, dinləyən ol. 
Yer var danışarlar, yer var sözü udarlar. 
Sözü sğöylə alana, qulağında qalana. 
Söz var iş bitirər, söz var baş itirər. 
Söz var el içində, söz var ev içində. 
Sözü sözdən alarlar. 
Sözün qədəmi yeyin olar. 
Söz həm məlhəmdir, həm də yara. 
Ürəkdən çıxan söz ürəyə gedər. 
 
 
 

 
264 
Dil, nitq, söz haqqında görkəmli Ģəxsiyyətlərin 
 fikirlərindən seçmələr 
 
Müxtəlif  səciyyəli  insanların  ürəyinə  nüfuz  etməyi  bacarmayan,  onları 
həyəcana  gətirən  və  ya  sakitləşdirməyin  səbəblərini  bilməyənlər  öz  nitqləri  ilə 
arzu etdikləri məqsədə çata bilməzlər (Siseron). 
 
Ədibin  əsası  sözdür.  Gözəl  söz  söyləməsini  bilən  şərəfə  çatar  (Ədib 
Əhməd Yüknəki). 
Ürək bulud, sözüm inci, könülsə bir dərya 
Dilim bu gövhərə çarçı, zəmanə isə bəha 
                                            Əbül-Üla Gəncəvi 
 
Dilim qılınc, oxum isə səhər vaxtı çəkdiyim ah, 
Sındıraram səflərini olsa da yüz eylə ləşkər. 
                                          Mücirəddin Beyləqani 
 
Sözün  kəsər  və  kəskinliyi  qılıncA  sirayət  edərək  onu  itiləşdirmiş, 
materialını saflaşdırmışdır (Xətib Təbrizi). 
 
İztirab çəkən könüllər sözdən aram tutur. 
                                           Qətran Təbrizi 
 
Bəzən dil sıyrılmış qılınca bənzər, 
Ayıq ol, başını bədəndən üzər. 
                                           Xəqani 
 
Sözün qanadları var, quş kimi incə-incə, 
Dünyada söz olmasa, nəyə gərək düşüncə? 
                                                 Nizami 

 
265 
Artıq söz danışma, başı ağrıdar, 
Hər deyilən sözə çıxma özündən, 
Ötən bülbül olma məclisdə gəl sən. 
                                    Marağalı Əvhədi 
 
Bu babda gərçi paz çoxdur, 
Söz qapusu xatirə açuqdur. 
Liykən qüləlüm muna qənaət, 
Ta rəf olə işvəyi-şəfaət. 
                                   Məsihi 
 
Bənd olmuşam şirin-şirin sözünə, 
Sözləri qənd, ağızları piyalə, 
Tutilər lal olur şirin dilindən. 
                                     Vaqif 
 
Acı sözdən öz dilini dişlərsən. 
                                    Saib Təbrizi 
 
Dilin qanunlarına itaətkarlıqla tabe olun və birdəfəlik möhkəm bilin ki, bu 
qanunlar sizin üçün müqəddəsdir (Bialo). 
 
Uşaq ana dilini öyrənərkən yalnız şərti səsləri öyrənmir. O, eyni zamanda 
ana dilinin doğma döşündən mənəvi həyat və qüvvət içir. Ana dili, təbiəti ona heç 
bir  təbiətçinin  izah  edə  bilmədiyi  bir  şəkildə  izah  edir;  o,  uşağı  onu  əhatə  edən 
adamların  xarakteri  ilə,  içərisində  yaşadığı  cəmiyyətlə,  onun  tarixi  ilə  heç  bir 
tarixçinin tanış edə bilməyəcəyi bir tərzdə tanış edir; o, uşağı xalq poeziyasına heç 
bir  bədiiyyatçının  edə  bilməyəcəyi  bir  tərzdə  daxil  edir;  nəhayət,  o,  elə  məntiqi 
anlayışlar  və  fəlsəfi  görüşlər  verir  ki,  əlbəttə,  bunu  heç  bir  filosof  uşağa  verə 
bilməz (K.D.Uşinski). 

 
266 
İnsanlar nəyi hiss edir və başa düşürlərsə, onu ifadə edirlər, onlar yalnız 
özləri yaxşı başa düşmədiklərini ifadə etməkdə söz tapa bilmirlər (V.Q.Belinski). 
 
Nəyi dumanlı təsəvvür edirsənsə, onu dumanlı da ifadə edirsən. İfadələrin 
qeyri-dəqiqliyi  və  dolaşıqlığı  yalnız  fuikirlərin  dolaşıqlığını  tədsiq  edir 
(N.Q.Çernışevski). 
 
İnsanın şərəfinin bir dəlili də nitqidir (H.B.Zərdabi). 
 
Danışdığı sözün qiymətini bilə, 
Məcazi danışa, məcazi gülə 
Kəlməsindən ləl, lövhər süzülə 
Tamam sözü müəmmalı gərəkdir. 
                                Aşıq Ələsgər 
 
Cəbhədə  qılınca,  məclisdə  gözəl  nitqə  malik  olanlar  qəhrəmandır 
(M.S.Ordubadi). 
 
Gəlib gedər yaxşılar da, yaman da 
Qu tükündə, saman üstə yatan da 
Aşıq Alı, nə qazandın cahanda, 
Səndən qalan qatar-qatar söz oldu. 
                                           Aşıq Alı 
 
Nahaq söz od vurar qəlbə, fəqət haq söz keçər daşdan 
Ucuz söz qan qaraldar ki, küsərsən dostla sirdaşdan. 
                                                               S.Vurğun 
 
Dil könüllər fəth edən 
Böyük insan gücüdür. 

 
267 
Dili qiymətdən salar 
Ucuz söz, hiylə, böhtan, 
Elə saxla dilini, 
Nə dil səndən utansın, 
Nə sən dildən utan. 
                      R.Rza 
 
 Söz qiymətli daşlar kimidir. Bu daşları yaxşı yonub cilalandırıb ən şərəfli 
sarayların mərmər divarlarını bəzəmək üçün işlədirlər (M.İbrahimov).                        
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
   
 
 
 
 
 
 

 
268 
ƏDƏBĠYYAT 
Azərbaycan dilində 
 
           1. 
Abdullayev 
A.S. 
Azərbaycan 
dilinin 
tədrisi 
tarixinə 
dair. 
“Azərtədrisnəşr”, Bakı, 1958. 
           2. Abdullayev A.S. Müəllimin nitq mədəniyyəti. Bakı, “Maarif”, 1960. 
           3.  Abdullayev  A.S.  Nitq  mədəniyyəti  və  natiqlik  sənəti.  Bakı,  “Maarif”, 
1981. 
           4.  Abdullayev  N.Ə.  Ədəbi  tələffüz  təliminin  metodikası.  Bakı,  “Maarif”, 
1966. 
           5. Abdullayev N.Ə. Orfoepiya və orfoqrafiya təlimi məsələləri. Bakı, 1985. 
           6.  Abdullayev  N.Ə.,  Məmmədov  Z.T.  Nitq  mədəniyyəti  məsələləri.  Bakı, 
1998. 
           7.  Abdullayev  N.Ə.,  Məmmədov  Z.T.  Müəllimin  nitq  mədəniyyəti.  Bakı, 
2002. 
           8. Abdullayev N.Ə., Məmmədov Z.T. Orfoqrafiya- orfoepiya lüğəti. Bakı, 
2004. 
           9. Azərbaycan dilinin müxtəsər orfoepiya lüğəti. Bakı, 2012. 
           10. Abdullayev N.Ə., Tahirov Q.İ. Düzgün yazı təliminin bəzi məsələləri. 
Bakı, 2004. 
           11. Abdullazadə N., Xalıqov F. Azərbaycan dili. Bakı, 2006. 
           12. Adilov M.N. və b. İzahlı dilçilik terminləri. Bakı, “Maarif”, 1989. 
           13. Axundov A. Ümumi dilçilik. Bakı, 1973. 
           14. Ağayev F. Azərbaycan dilinin intonasiyası. Bakı, 1978. 
           15. Azərbaycan dilinin orfoepiya sözlüyü. Bakı, “Elm”, 1982. 
           16. Azərbaycan dilinin izahlı lüğəti, III cild, Bakı, “Elm”, 1983. 
           17. Azərbaycan nitq mədəniyyəti problemləri. Bakı, 1988. 
           18. Dəmirçizadə Ə.A. Azərbaycan dili orfoepiyasının əsasları. Bakı, 1969. 
           19. Dəmirçizadə Ə.A. Müasir Azərbaycan dili. Bakı, “Maarif”, 1984. 

 
269 
           20.  Əfəndizadə  Ə.R.  Azərbaycan    ədəbi  tələffüzü  haqqında.  “Azərbaycan 
dili  və  ədəbiyyat  tədrisi”  (metodik  məqalələr  toplusu),  IV  buraxılış, 
Bakı, 1955. 
21. Əfəndizadə  Ə.  Azərbaycan  dili  orfoqrafiyası  təliminin  elmi  əsasları. 
“Maarif”, 1968. 
22. Əfəndizadə Ə.R. Tələffüzün müxtəlif üslubları haqqında. “Azərbaycan 
dili və ədəbiyyat tədrisi” (metodik məqalələr toplusu), II buraxılış, Bakı, 
1966. 
23.  Əfəndizadə Ə. Orfoqrafiya-orfoepiya-qrammatika lüğəti. Bakı, 1983. 
24.  Əfəndiyeva  T.  Azərbaycan  dilinin  bədii  ifadə  vasitələri.  Bakı,  “Elm”, 
1973. 
25.  Əhmədov  Ş.  Mühazirəçilik  məharəti, natiqlik  sənəti.  Bakı,  “Gənclik”, 
1985. 
26.  Əhmədov Ş. Mühqazirəçinin nitqi. Bakı, 1975. 
           27.  Əhmədov  B.  Sadə  cümlənin  tədrisi  prosesində  nitq  inkiçafı  üzrə 
aparılan işlər. Bakı, “Azərtədrisnəşr”, 1964. 
28. Əhmədov Ə. Azərbaycan dili tədrisinin bəzi məsələləri. Bakı, 2007. 
29.  Əliyev V. Heydər Əliyevin dil siyasəti. Bakı, 2003. 
           30. Əliyev K. Natiqlik sənəti. Bakı, 1994. 
           31. Əliyev K. Nitq mədəniyyəti və üslubiyyatın əsasları. Bakı, 2001. 
           32. Əliyeva S. Azərbaycanda məhkəmə sənədlərinin dili (avtoreferat), Bakı, 
2002. 
33. Əsgərov M. Bədii qiraət, Bakı, 1973. 
34.Xəlilov H. Diplomatiya mədəniyyəti və natiqlik sənətinin kateqoriyaları. 
Bakı, 1994. 
           35. Xudiyev N. Zamanın axarı ilə. Bakı, 2004. 
36.Heydər Əliyev dil haqqında və Heydər Əliyevin dili. Bakı, “Elm”, 1998. 
37. Həsənov H. Nitq mədədəniyyəti və üslibiyyatın əsasları. Bakı, 1999. 
           38.  Hüseynov  R.  Erkən  orta  əsrlər  dövründə  Azərbaycanda  məktəb  və 
pedaqoji fikrin inkişafı (avtoreferat), Bakı, 2007. 

 
270 
            39. Kəlbəliyev Ə.  Azərbaycan dili dərslərində şagirdlərin nitq etiketlərin-
dən düzgün istifadə bacarığının aşılanması imkanları. Bakı, 2002. 
            40. Quliyev S., Hüseynov T. Gəncliyin davranış və nəzarət dəyərləri. Bakı, 
1997. 
             41. Qurbanov A.M. Müasir Azərbaycan ədəbi dili. Bakı, “Maarif”, 1985.ğ             
42. Qurbanov A.M. Müasir Azərbaycan ədəbi dili. Bakı, 2003. 
              43.  Məmmədov İ. Ekran, efir və dilimiz. Bakı, 1989. 
              44. Məmmədov N., Axundov A. Dilçiliyə giriş. Bakı, 1966. 
              45. Məhərrəmli Q.  Televiziya dili (avtoreferat), Bakı, 2004. 
              46. Müasir Azərbaycan dili, II hissə, Bakı, 1980. 
              47. Muradov B. Nitq mədənityyəti. Bakı, 2007.               
              48.  Mustafayeva Q. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 2010. 
              49. Nəsrəddin T. “Əxlaqi-Nasiri”. Bakı, 1989. 
              50. Nitq mədəniyyəti məsələləri. Bakı, 1969 
              51. Şirəliyev M.Ş. Müasir Azərbaycan dili orfoepiyasının əsasları. “Elm”, 
1970. 
              52. Stanislavski. Mənim səhnə həyatım. Bakı, 1963. 
              53.  Seyidov  Y.  Azərbaycan  ədəbi  dilində  söz  birləşmələri.  Bakı, 
“Maarif”, 1966. 
              54. Səməd Vurğun. Əsərləri, V cild, Bakı, 1972. 
              55. Rüstəmov F. Pedaqogika tarixi., Bakı, 2010. 
 
                                                      Rus dilində 
              56. Актульные проблемы культуры речи. М., «Hаука», 1970. 
              57. Артумов В.А. Kультура рeчи. М., «Знание», 1966. 
              58.  Бенджамен  Спок.  Разговор  с  матерью.  Изд-во  «Политическая 
литература», М., 1991. 
              59.  Дейл  Карнеги.  Как  завоевать  друзей  и  оказывать  влияние  на 
людей. Баку, «Ишыг», 1992 

 
271 
             60. Мунсик. Способы передачи логического ударения в письменном 
речи. Русский язык в школе. М., 1972, № 4. 
             61. Об ораторском искусстве. М., 1958. 
             62. Проблемы культуры речи. М., 1970. 
             63. Пустовалов П.С., Санкевич М.Р. Устная речь. М., 1987. 
             64. Цицерон. Три такта об ораторском искаусстве. М., 1972. 
             65. Щерба Л.И. Избранные работы по русскому языку. М., 1957. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
272 
MÜNDƏRĠCAT 
 
GiriĢ  
I  fəsil. NĠTQ MƏDƏNĠYYƏTĠNĠN TƏDQĠQĠ,  
            ĠNKĠġAFI VƏ TƏBLĠĞĠ HAQQINDA  
 
II fəsil. MƏDƏNĠ NĠTQƏ VERĠLƏN BAġLICA  
             TƏLƏBLƏR 
 
Nitqin aydınlığı 
Nitqin yığcamlığı 
Nitqin təmizliyi 
Nitqin düzgünlüyü 
Nitqin zənginliyi 
Nitqin sadəliyi 
Nitqin orijinallığı 
Nitqin münasibliyi 
Nitqin rabitəliliyi 
 
III fəsil.  NĠTQĠN ĠFADƏLĠLĠYĠ 
Nitqin intonasiyası 
Vurğu. Söz vurğusu 
Məntiqi vurğu 
Nitq fasiləsi 
Nitqin melodikliyi 
Sintaktik quruluşların tələffüz qaydaları 
 
IV fəsil. NĠTQĠN NÖVLƏRĠ  VƏ FORMALARI             
1. 
Dil və nitq 
2. 
Dialoji nitq 
3. 
Monoloji nitq 
4. 
Mühazirə 
5. 
Məruzə 
6. 
Çıxış 
7. 
İctimai-siyasi nitq 
8. 
Məhkəmə natiqliyi 
9. 
Akademik natiqlik 
10. 
İctimai-məişət natiqliyi 
 

 
273 
V fəsil. ƏDƏBĠ DĠL, ONUN NORMALARI 
1. Fonetik  normalar 
2. Leksik normalar 
3. Qrammatik normalar 
4. Orfoqrafiya qaydaları 
5. Orfoepik qaydalar 
 
VI fəsil. NĠTQĠN ÜSLUBLARI  
1. Fonetikanin üslubla bağlı məsələləri  
2. Morfologiyanın üslubla bağlı məsələləri 
3. Sintaksisin üslubla bağlı məsələləri 
4 Funksional üslublar 
 
VII fəsil. NĠTQĠN ETĠK MƏSƏLƏLƏRĠ  
Müraciət formalarından düzgün istifadə olunması 
Sualetmə. Söhbətəqoşulma 
Cavabvermə 
Nitqi dinləmək. Nitqdinləmə bacarığına yiyələnmək 
Şad və ya  bəd xəbərin çatdırılması  
Rəy söyləmək, münasibət bildirmək, məsləhət vermək,  
 mühakimə yürütmək tərzi  
Nitqin etik qaydalarına əməl etmək 
Təvazökarlıq mədəni nitqin başlıca şərtlərindəndir 
Diskussiya mədəniyyəti 
Mədəni nitqin etiketləri 
 
VIII fəsil. NATĠQĠN NĠTQ MƏDƏNĠYYƏTĠ  
                  BARƏDƏ BƏZĠ TÖVSĠYƏLƏR 
 
Terminlər lüğəti 
Ədəbiyyat 
 
 
 
 
 
 
 

 
274 
Nadir Əziz oğlu Abdullayev. 1935-ci ildə Göyçay rayonunun Qazaman 
kəndində anadan olmuşdur. Göyçay Pedaqoji Texnikumunu (1950-54), Azərbay-
can  Dövlət  Pedaqoji  İnstitutunun  (indiki  ADPU)  tarix-filologiya  fakültəsini 
(1954-59)  bitirmişdir.  1965-ci  ildə  institutun  Azərbaycan  dili  və  onun  tədrisi 
metodikası  kafedrasında  müəllimlik  fəaliyyətinə  başlamış,  hal-hazırda  həmin 
kafedrada professor vəzifəsində çalışır. “Əməkdar müəllim”dir. 
N.Abdullayev ictimai fəaliyyətlə də məşğuldur. Azərbaycanda Miqrant və 
Məcburi  Köçkünlərin  Hüquqlarının  Müdafiəsi    İctimai  Birliyinin  sədri,  “Голос 
Карабаха” qəzetinin (rus və ingilis dilində) təsisçisidir. 
N.Abdullayev  Azərbaycan  dili,  onun  tədrisinə  dair  yazmış  olduğu  elmi-
metodik  və  publisistik    məqalənin,  bir  çox  dərslik,  dərs  vəsaitinin  müəllifidir. 
Onun nəşr etdirdiyi  dərslik və dərs vəsaiti  aşağıdakılardır: 
1.  Orfoepiya  təliminin  metodikasına  dair  göstəriĢlər  (1974); 
Morfologiya  tədrisində  ədəbi  tələffüz  üzrə  aparılan  iĢlər  (1974);    Ədəbi 
tələffüz  və  informasiyanın  mənimsədilməsində  texniki  vasitələrdən  istifadə 
(1977);  Orfoepik  çalıĢmalar  (1980);  Ədəbi  tələffüz  təliminin  metodikası 
(1986); Mühazirəçinin nitq mədəniyyəti (1988); Azərbaycan dili və ədəbiyyat 
tədrisində texniki vasitələrdən istifadə (H.Balıyevlı birgə) (1988); Azərbaycan 
dili  təlimində  ifadəli  nitq  üzrə  aparılan  iĢlər  (Z.Məmmədovla  birgə)  (1996); 
Ədəbi  tələffüz  üzrə  çalıĢmalar  (1998);    Linqvistik  təhlil  nümunələri 
(C.Cəfərovla  birlikdə)  (1999);  Qrammatik  təhlil  nümunələri  (C.Cəfərovla 
birlikdə)  (2000);  Azərbaycan  dili  fənni  üzrə  testlər  (2000);  Düzgün  yazı 
təliminin bəzi məsələləri (2003); Müəllimin nitq mədəniyyəti (Z.Məmmədovla 
birgə)  (2003);  Orfoqrafiya-orfoepiya  lüğəti  (Z.Məmmədovla  birgə)  (2003); 
Azərbaycan dilinin morfologiyası (C.Cəfərovla birgə) (2004); Orfoqrafiya və 
orfoepiya təlimi məsələləri (2008); Азербайджанские язык (A.Abdullayev və 
M.Əsgərovla  birgə)  (2008);  Nitq  mədəniyyətinin  əsasları  (Z.Məmmədovla 
birgə) (2008); Azərbaycan dili, IX sinif, dərslik (V.Qurbanovla birgə) (2009); 
Butalı  xalça  (hekayələr  toplusu)  (2011);  Azərbaycan  dilinin  müxtəsər 
orfoepiya lüğəti (2013). 

 
275 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
276 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
277 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin