dialoq müxtəlif əqidələrə, mədəniyyətlərə, siyasi görüşlərə, düşüncələrə mənsub
insanların bir araya gələrək, mədəni ölçülər səviyyəsində bir-biri ilə danışması,
müəyyən məsələlərin müzakirə edilməsi yoludur.
Dialoq, əsasən, iki şəraitdə aparılır:
a) ailədə, küçədə, bazarda, iş yerində, nəqliyyatda, məişət məclislərində,
çayxanalarda və s.;
b) ictimai yerlərdə, elmi konfranslarda, simpoziumlarda, iclaslarda, tədris
auditoriyalarında, radio və televiziya verilişlərində və s. Hər bir şəraitdə adamların
normal fikir mübadiləsi, bir-birini anlaması üçün müəyyən qaydalara, şərtlərə, etik
normalara əməl olunmalıdır. Bunlardan ən başlıcası ünsiyyətin səmimiliyidir. Bu
o deməkdir ki, birinci şəxs danışarkən digəri (və ya digərləri) onu axıra qədər
dinləməli, müsahibinə fikrini açıqlamağa imkan verməli, sonra söhbətə
qoşulmalıdır. Müsahibi mətləbdən uzaqlaşdığı, lüzumsuz məsələlərdən danışdığı,
təfərrüata yol verdiyi zaman dinləyən tərəf “İcazə verin”, “Üzr istəyirəm”, “Sizin
bu fikrinizə kiçicik bir düzəliş vermək istəyirəm”, “İcazə verin fikrinizə bir qədər
aydınlıq gətirim” və s. kimi replikalarla onun danışığına müdaxilə edə bilər.
Diskussiyada iştirak edənlər öz mövqeyini dəyişmək istəmədikdə belə deyilmə-
lidir: “Mən sənin fikirlərini qiymətləndirirəm. Lakin öz fikirlərimə daha çox
əminəm”. Danışan həmkarının fikirləri ilə razı olmaya bilər, lakin bununla belə
ortaq məxrəcə gəlmək üçün yolların axtarılmasından imtina etməməlidir. Fikirlər
qarşılıqlı anlama şəraitində, etik normalar çərçivəsində müzakirə edilməli,
problemin həlli yolu tapılmalıdır.
Dialoq “Qurani–Kərim”də öz əksini tapmışdır. Orada səmmiyyət dialoqun
vacib məqamlarından biri kimi qiymətləndirilir və göstərilir ki, fikri müxtəlif
insanlar arasında münasibətlər qarşılıqlı etimad əsasında qurulduqda səmərəli
nəticə verə bilər. “Qurani-Kərim” əhli-kitabla hikmət və gözəl öyüdlə mübahisə
etməyi tapşırır: “(Ya Rəsulum), insanları hikmətlə (Quranla, tutarlı dəlillərlə),
gözəl öyüd-nəsihət (möizə) ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə
(şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et”.
239
Rəsmi yerlərdə vacib məsələlərlə bağlı aparılan dialoqlarda tərəflər səbrli
və təmkinli olmalı, danışığın etik qaydalarına əməl etməlidirlər. Lakin bəzən belə
olmur. Tərəflər mümkün qədər daha çox danışmağa, haqq-nahaq müsahibini
susdurmağa, öz dediyini sübut etməyə çalışır, ucadan, qışqıra-qışqıra danışırlar.
Çox təəssüf ki, televiziya ekranında bəzən belə dialoqa tamaşa etməli oluruq. Belə
verilişlərin birində iqtidaryönlü partiyalardan birinin nümayəndəsi ilə
müxalifətdən olan partiyanın nümayəndəsi dialoqa cəlb olunmuşdu. Hər iki tərəf
aparıcının sualı ətrafında öz partiyasının mövqeyini izah etməyə çalışırdı.
Mübahisə qızışmışdı. Onların biri digərinə danışmaq üçün imkan vermirdi, hər
ikisi eyni zamanda danışırdı. Aparıcı onları sakitləşdirə bilmirdi. Tamaşaçılar bu
dialoqdan heç bir şey anlamadılar, yalnız təəssüfləndilər. Bu cür situasiyalarda
dialoqa girən tərəflər müsahibinin məqsədsiz, əhəmiyyətsiz hərəkətlərinin, qərəzli,
tendensiyalı fikirlərinin, uzun-uzadı danışığının qarşısını ehtiyatla və yüksək
təvazökarlıqla almaq bacarığına yiyələnməlidir. Dialoq nəsə öyrənmək, inkişaf
etmək, yeniləşmək məqsədlərini qarşıya qoymalıdır.
Diskussiya zamanı dialoqun tələb olunan qaydada səmərəli keçməsi üçün
aşağıdakılar nəzərə alınmalıdır:
1. Müzakirəyə çıxarılan məsələnin mahiyyəti düzgün anlaşılmalıdır.
2. Müzakirədə müdafiə olunacaq mövqe və ideyalar dəqiq müəyyən-
ləşdirilməlidir. Müzakirə olunan məsələdən yayınmaya yol verilməməlidir.
3. Diskussiyaya hazırlaşarkən bütün mümkün məlumat mənbələri (ilkin
mənbələr, statistik məlumatlar, ədəbiyyat və s.) nəzərdən keçirilməlidir.
4. Fikir ayrılığının yaranacağı gözlənilərsə tərəflər öz mövqeyinin
müdafiəsi üçün dəlillər, sübutlar hazırlamalıdır. Sübutlar məntiqi təfəkkürə
əsaslanmalı, inandırıcı olub qarşı tərəfi qane etməlidir. Dəqiq və aydın faktlar ən
yaxşı təkzib üsuludur. Əsaslandırma dəqiq faktlar üzərində qurulmalıdır.
5. Rəqib opponentini diqqətlə dinləməli, onun fikrinin doğru məqamları
ilə razılaşmalıdır.
6. Mövqeyinin səhv olduğu sübut edilmiş tərəf opponentinin haqlı
olduğunu etiraf etməyi bacarmalıdır.
240
7. Adamlar deyil, yalnız onların ideyaları tənqid olunmalıdır.
8. Tənqid zamanı emosiyaya qapılmamalı, qəzəblənməməli, təhqir və
istehzaya yol verilməməlidir.
9. Diskussiyanın məqsədi qalibi müəyyən etmək deyil, ümumi razılığa
nail olmaqdır.
10. Çıxışların sonunda yekun nəticələr qeyd edilməlidir.
İstər adi danışıq, istərsə də diskussiya prosesində normal nitq tonuna da
riayət olunmalıdır. Normal nitq tonu mədəni danışığın başlıca şərtlərindəndir.
Yerindən və məqamından asılı olaraq nitqin yüksək, adi və alçaq tonundan
istifadə olunur. Əgər söhbət auditoriya qarşısında gedirsə, natiq bir qədər yüksək
tonla danışmalıdır ki, fikrini eşidənlərə yaxşı çatdıra bilsin. Belə nitq tonu təbiidir,
dinləyiciləri tam şəkildə razı salır.Digər situasiyada – dəhlizdə, yeməkxanada,
ictimai nəqliyyat vasitələrində, mağazada, məclisdə və s. yerlərdə yüksək tonla
danışmaq, mübahisə etmək, ucadan gülmək ədəbsizlik və nəzakətsizlik kimi qəbul
olunur. Belə danışıq tərzi digərlərini əsəbiləşdirir, onların dincliyini, istirahətini
pozur.
Uşaqlar normal danışıq tonuna hələ kiçik yaşlarından alışmalıdırlar.
Valideyn onlarla mülayim bir tonda danışmalıdır. Tədris prosesində də şagird və
tələbələrlə ünsiyyətdə müəllim öz nitqinə xüsusi fikir verməli, müsahibini razı
salacaq bir tonda danışmağı bacarmalıdır. Natiqin danışıq tonu digərləri üçün
nümunə olmalıdır. Eşidənlər onun nitq tonunu imitasiya etməli, öz danışıqlarını
həmin səviyyəyə uyğunlaşdırmalıdırlar. Çox təəssüf ki, bəzən nitqin bu
keyfiyyətinə istənilən səviyyədə riayət olunmur. Şahidi olduğum bir əhvalat heç
vaxt yaddan çıxmır. Məktəbin dəhlizində bir müəllim valideynlə şikayət tərzində
ucadan söhbət edirdi. Onun qışqıra-qışqıra danışması yan-yörədəkilərin də
diqqətini cəlb etmişdi. Müəllim sözünü qurtardıqdan sonra valideyn narazı halda
dedi: “Niyə belə yüksəkdən danışırsınız? Axı siz müəllimsiniz? Biz belə danışsaq,
bəlkə də, dözərlər. Sizə isə o cür yüksəkdən danışmaq yaraşmaz”. Danışıq
zəminində baş verən narazılıq əksər hallarda nitq tonunun pozulması, həddindən
yüksək danışmaq, qışqırmaqla bağlı olur.
241
Dediklərimizdən aydın olur ki, nitqin normal tempi ictimai ünsiyyətdə
olduqca əhəmiyyətli bir məsələdir. Hər bir mədəni və savadlı adam, xüsusilə kütlə
ilə ünsiyyətdə olan natiq bu keyfiyyətə yüksək dərəcədə yiyələnməlidirlər.
Mədəni nitqin etiketləri
Adamlar onları əhatə edənlərlə ünsiyyətdə müxtəlif məqsədlərlə
əksəriyyətin işlətdiyi bir sıra ifadələrdən istifadə edirlər ki, onların böyük bir
qismini mədəni danışığın etiketləri təşkil edir. Etiket fransızca etiquette sözündən
olub mənası mərasim, təsrifat deməkdir. Vaxtilə monarx saraylarında, diplomatik
dairələrdə və s. davranış qaydaları etiket adlanırdı. Hal-hazırda hər hansı bir
cəmiyyətdə qəbul edilmiş davranış və nəzakət formalarına da etiket deyilir.
Xalqımızın milli təfəkkürünə, etnoqrafiyasına, ənənələrinə uyğun işlənilən bu
ifadələr, hazır nitq modelləri bütün hallarda adamları razı salır, onlarda xoş ovqat
yaradır, müsahibin fəaliyyətini istiqamətləndirir, qarşılıqlı anlaşmanı təmin edir.
Dilimiz belə ifadələrlə zəngindir. Adamların gündəlik nitq fəaliyyətində onların
dünyagörüşü, savad dərəcəsi, dilə şüurlu münasibətindən irəli gələn rəngarəng
ifadələr tez-tez işlədilir.
Müxtəlif nitq situasiyalarında, ünsiyyətin bütün formalarında(məsələn,
müraciət, görüşmə, ayrılma, yolasalma, təbrik, alqış, telefon danışığı və s.)
işlədilən belə söz, ifadə və cümlələrdən, formullardan bir neçəsini nümunə
göstərək.
1. Kömək etmək, qulluq göstərmək məqsədilə: İcazə verin kömək edim;
Siz əziyyət çəkməyin, bunu mən edərəm; Qulluğunda olum; Sizə kömək etmək
lazımdır?; Köməyə ehtiyacınız varmı?; Mən sizi eşidirəm; Cavab verməyə
tələsməyin, bir qədər fikirləşin; Sizi narahat edən nədir?; Sizə nə kömək edə
bilərəm?; Nə buyurursunuz? və s.
2. İş gördürmək, soruşmaq, üzrxahlıq etmək məqsədilə: İnciməyin,
sizə zəhmət verəcəyəm; əgər mümkünsə; zəhmət olmasa; Buyruq olmasın; vaxtınız
varsa; imkanınız olsa; Sizə əziyyət olacaq; Sizi yormayım; Rica edirəm danışın;
Lütfən söyləyin; Üzr istəyirəm; Əvvəlcədən minnətdarlığımı bildirirəm və s.
242
3. Məmnun olmaq məqamında: Razıyam; Etiraz etmirəm; Sizinlə
şərikəm; Xoşuma gəlir; Çox şadam; Minnətdaram; Məmnuniyyətlə; Xoşdur; baş
üstə; göz üstə; Arxayın olun; Sizi unutmaram; Sizinlə işləmək mənim üçün böyük
şərəfdir; Nə qədər bədənimdə canım var, sizin şəfqətinizi unutmayacağam; Allah
köməyin olsun; Tanrı sənə yar olsun.
4. Etiraz etmək, razılıq verməmək məqamında: Bu məni təmin etmir;
Etirazımı bildirirəm; Etiraz edirəm; Sizin fikrinizlə şərik deyiləm; Mən başqa cür
düşünürəm; Bağışlayın, bu məsələdə sizinlə razı deyiləm; Bu mənim xoşuma
gəlmir; Belə etməyin; Bu ürəyimcə deyil və s.
5. Təskinlik vermək, razı salmaq məqamında: Bir qədər ətraflı
düşünün; Əsəbiləşməyin; Darıxmayın; İcazə verin danışım; İmkan verin fikrimi
izah edim; Özünüzü ələ alın; Səbr edin; Bir qədər səbrli olun; Nə etmək olar,
qismət belə imiş və s.
6. İntizama dəvət, məzəmmət etmə: Sizdən bu hərəkəti gözləməzdim;
Belə hərəkət sizə yaraşmaz; Siz adınıza layiq hərəkət etməlisiniz; Danışığınıza
fikir verin; Allah xatirinə razı olun; Nəzakətli olun; Çalışın ki, başqaları sizdən
razı qalsın; Bir qədər səmimi olun, səhvinizi etiraf etməkdən çəkinməyin və s.
7. Qarşılama məqamında: Xoş gördük; Nə gözəl təsadüf; Xoş
gəlmişsiz; Lap vaxtında gəlmişsiniz; Həmişə siz gələsiniz; Göz üstə gəldin; Sizin
gəlişinizə şadam; Sizi arzulayırıq; Səni çoxdan gözləyirdim; Gələn qədəmləriniz
var olsun; Buyurun, buyurun əyləşin, qurbandı sənə və s.
8. Dəvət etmək məqsədilə: Xoş gəlmisiniz; Buyurun qonağımız olun;
Qal qurbanın olum; Qapımız həmişə üzünüzə açıqdır; Siz bizim üçün həmişə
əzizsiniz və s.
9. Vidalaşma məqamında: Sizi səbirsizliklə gözləyirik; Salamat qalın;
Zəhmət çəkdiniz; Sizə əziyyət verdik; Gecəniz xeyrə qalsın; Yuxunuz şirin olsun;
Allah amanında; Eviniz abad olsun; Həmişə şadlığa gələk; Sizləri bir daha
evimizdə görsək şad olarıq; İnşallah qismət olsa, biz yenə görüşərik; Allah
yolunuzu açıq eləsin, işinizi xeyrə calasın və s.
243
10. Görülən işin müqabilində razılıq, rəğbətləndirmə: Afərin; Əhsən;
Minnətdaram; Hər şey üçün minnətdaram; Təşəkkür edirəm; Sizə zəhmət verdim;
Sizə borcluyam; Zəhmət çəkmə; Narahat olma; Sağ olun; Qadan alım; Allah
sizdən razı olsun; Allah köməyin olsun; Sizin bu işdə gözəl səriştəniz var; Biz
bundan məmnun olduq; Sizin əl qabiliyyətinizə heyranam; Sizə qibtə edirəm; Çox
sağ olun; Afərin, mərhaba; Qismət olsa, əvəzini çıxaram; Allah səni dərd-bəladan
uzaq eləsin; Allah ürəyinizə görə versin; Allah sizi bizə çox görməsin; Qəm, kədər
sizdən uzaq olsun; Səni Allah saxlasın və s.
11. İcrası hər hansı bir səbəbdən mümkün olmayan işin müqabilində:
Çox sağ olun; Sizə zəhmət verdim; Əziyyət çəkdiniz; Nə etmək olar, siz
bacardığınızı etdiniz və s.
12. Arzu-istək və təbrik etmək məqamında: Yaxşı yol; Sağlıqla qalın;
Uğur olsun; Xoşbəxt olun; İşiniz avand olsun; Allah işinizə fərəc versin; Allah
sənə yar olsun; Ürəyincə ömür sürəsən; Min bir budaq olun; Var olasan;
Gözünüz aydın olsun; Yolunuz uğurlu olsun; Bayramınız mübarək; Ad gününüz
mübarək; Yeni dərs iliniz mübarək; Həmişə şənlikdə; Halal olsun; Xeyirli olsun;
Allah balalarını saxlasın; Allah köməyin olsun; Allah səni ümid yeri eləsin; Allah
imdadına çatsın; Ananın südü sənə halal olsun; Əlin-qolun var olsun; Üzün ağ,
başın uca olsun; Bərəkətli olsun; Göz dəyməsin; Ömrün uzun olsun; Allah
iltifatını artıq eləsin; İlahi, mərhəmətinə min şükür və s.
13. Hal-əhval
tutma
məqamında:
Əhvalınız necədir?; Necə
dolanırsınız?;Güzəranınız necədir?; Xanımınız necədir?; Həyat yoldaşınız
necədir?; Özünüzü necə hiss edirsiniz? və s.
14. Öyrənmək məqsədilə verilən suala cavab məqamında: Buyurun
soruşun; Lütfən buyurun; Sizə məmnuniyyətlə cavab verməyə hazıram; Bu mənim
üçün xoşdur; Bu mənim vəzifə borcumdur; Bu dəqiqə öyrənib sizə deyərəm; Bir
dəqiqə gözləyin, öyrənim; Cavabım sizi qane etdimi? Daha nəyi bilmək
istəyirsiniz?; Bağışlayın, bu barədə məlumatım azdır (yoxdur); Xeyr, tanımıram;
Yaxşı tanımıram; Xeyr, bilmirəm.
244
15. Əzizləmə, yalvarış məqsədilə: “Canım qurban”, “baş üstə”, “Göz
üstə yerin var”, “qurban olum”, “quzum”, “sonam”, “dilbərim”, “gözünü
yeyim”, “ağrın alım”, “canım qurban”, “başına dönüm” və s.
16. Danışmağa başlamaq məqamında: İcazənizlə fikrimi bildirim. Mənə
söz verdiyiniz üçün minnətdaram. Məni dinlədiyiniz üçün təşəkkür edirəm və s.
17. Deyilənlərlə razılaşmaq, mübahisədən imtina etmək məqamında:
Bu məsələyə hazır deyiləm. Sizin fikrinizə şərikəm. Məsələ mənə aydındır. Bu
barədə söhbət açmağa ehtiyac duymuram.
18. Məsləhət vermək məqamında: Bunları nəzərə alsanız yaxşı olar. Bu
sizin xeyrinizədir. Bu sizə başucalığı gətirər. Çalışın müsahibinizi axıra qədər
dinləyə biləsiniz və s.
19. Məsləhəti qəbul etmək məqamında: Dediklərinizlə razıyam. Bunlar
mənim xeyrimədir. Faydalı məsləhətiniz üçün çox sağ olun. Sizin bu xeyirxah
məsləhətinizi heç vaxt unutmaram. Sizin təklifinizi qəbul edirəm. Çalışacağam ki,
dediklərinizə əməl edim. Sizin üçün bu işi etməyə çox şad olardım və s.
20. Telefonla danışanda; Zəng edəndə: Alo, sabahınız (axşamınız, hər
vaxtınız) xeyir olsun. Bağışlayın, mən kiminlə danışıram? Sizi narahat edən
Kamilədir. Bilmək istəyirəm... Fikrimi sizə çatdıra bildimmi? Çox sağ olun.
Bağışlayın, vaxtınızı aldım. Deyəsən, sizi yordum. Təşəkkür edirəm. Minnətdaram.
Zəngə cavab verəndə: Alo, salam, eşidirəm sizi. Buyurun. Zəhmət olmasa
bir qədər ucadan danışın. Bağışlayın, zəng edən kimdir? Xoşdur. Bu saat
çağıraram. Mütləq yetirərəm. Arxayın olun! Sağ olun!
21. Süfrə etiketləri: “Bismillah”, “Bərəkətli olsun”, “Allah bol eləsin”,
“Afiyət olsun”, “Nuş olsun”, “Buyurun”, “Çox sağ olun”.
Şübhəsiz, mədəni nitqin etiketləri dediklərimizlə məhdudlaşmır. Dilimiz
bu baxımdan olduqca zəngindir.
Yuxarıda deyilənlərə yekun olaraq qeyd etməliyik ki, insanın etik, əxlaqi
baxışları qısa zaman daxilində yaranıb formalaşmır. Bu, uzun sürən bir proses
olub, ömrün bütün dövrlərini əhatə edir. Mədəni nitq, danışıq etikası, nəzakətli
hərəkətlər hələ ibtidai siniflərdən şagirdlərə öyrədilməlidir. Bəzi xarici ölkələrin
245
məktəblərində bu məqsədlə “Ünsiyyət mədəniyyəti” adlı xüsusi fənn tədris
olunur. Bizim məktəblərdə də bu sahədə bütün təhsil müddətində iş aparılmalı,
gələcəyin mühəndisi, həkimi, jurnalisti, hüquqşünası... öz fikrini düzgün, aydın,
məntiqi, yığcam, səlis, ahəngdar, təsirli bir şəkildə, ən başlıcası, etik qaydaları
gözləməklə ifadə etməyi bacarmalıdır. Bu baxımdan nitq mədəniyyətinin bütün
ali məktəblərdə ayrıca fənn kimi tədris edilməsi məqsədəuyğun sayılmalıdır. Bu,
ali təhsilli gənclərin həyata hazırlanmasının başlıca şərtlərindəndir.
Kütlələrin nitq mədəniyyətinə, nəzakətli davranışa yiyələnməsinə təsir
göstərməkdə radio-televiziya verilişlərinin imkanları daha genişdir. Bu verilişlər
mədəni nitqin mənimsədilməsində nümunə rolunu oynamalıdır. Dinlə-yicilər
diktorların, aparıcıların, verilişə dəvət olunan ziyalıların etik normalara uyğun
səslənən nitqini dinləyərək onun məziyyətlərini mənimsəyər, eşitdiklərini öz nitq
təcrübəsinə tətbiq edər, lazımi məqamda işlədə bilirlər. Mətbuatda “Nitq
mədəniyyəti”, “Nitq mədəniyyəti və mətbuat dili”, “Mədəni danışığa yiyələnək”,
“Danışıq etikası”, “Biz düzmü danışırıq?” və s. mövzularda söhbətlərin,
müzakirələrin aparılması, buraya görkəmli filoloqların, yazıçıların, pedaqoqların,
səhnə ustalarının və başqalarının dəvət olunub onların mülahizə və təkliflərinin
nəzərə alınması bu sahədəki qüsurların aradan qaldırılmasında faydalı ola bilər.
Biz tək-tək fərdlərin, ziyalıların, o cümlədən vəzifə sahiblərinin deyil,
bütövlükdə cəmiyyətin etik mədəniyyətinin yüksəldilməsinə nail olmalıyıq.
Nəzakət qaydalarının gözlənilməsi insanların cəmiyyətdə qarşılıqlı anlaşmasının,
müsbət əhvali-ruhiyyə yaradılmasının ən mühüm şərtlərindəndir.
246
VII F Ə S Ġ L
NATĠQĠN NĠTQ MƏDƏNĠYYƏTĠ BARƏDƏ
BƏZĠ TÖVSĠYƏLƏR
Nitq mədəniyyəti dilin qrammatik qaydaları əsasında danışmaq, fikri
məntiqi, aydın, yığcam, parlaq, təsirli ifadə edə bilmək üçün münasib sözlər
seçmək və onlardan cümlələr qurmaq, sözlərin tələffüzündə orfoepik normaları
gözləmək, dilin üslubi imkanlarından, rəngarəng ifadəlilik vasitələrindən
bacarıqla istifadə edə bilməkdir.
Natiqin bu keyfiyyətə - yüksək nitq mədəniyyətinə yiyələnməsi vacibdir,
zəruridir. Nitq natiqin ümumi mədəni səviyyəsinin başlıca göstəricilərindəndir.
Auditoriya qarşısında çıxış edənin dərin biliyə, geniş məlumata sahib olması heç
də kifayət deyil, həmin bilik və məlumatı dinləyiciyə çatdırmaq da lazımdır.
Bunun üçün başlıca vasitə sadə, aydın, zəngin, orijinal, təsirli nitqdir. Natiqin
məruzəsi, mühazirəsi, çıxışı, nitqi, şərhi, izahı, suallara verdiyi cavablar və hətta
adi danışığı öz kamilliyi, düzgünlüyü, emosionallığı, estetik gözəlliyi və s.
baxımından başqalarından seçilməlidir. Eşidənlər onun danışığına maraq
göstərməli, ondan xüsusi zövq almalıdırlar. Maarifimizin, məktəbimizin tarixində
dərin məzmunlu, təsirli çıxışları ilə dinləyicilərin rəğbətini qazanmış natiqlər
(müəllimlər) çox olmuşdur. Natiqlik sənətinin tarixindən danışılarkən vaxtilə ali
məktəblərimizdə fəaliyyət göstərən B.Çobanzadə, Əli Sultanlı, M.Rəfili,
Ə.Dəmirçizadə, Ş.Qurbanov, İ.Şıxlı, Xəlil Rza Ulutürk, B.Nəbiyev, X.Məmmə-
dov, Əhəd Əhmədov və başqalarının adı çəkilir, hörmətlə yad edilirlər. Onlar
həqiqətən, gözəl müəllim, məharətli natiq idilər. M.Rəfilinin mühazirə oxuduğu
auditoriyanın qapıları taybatay açıq olardı. Adamlar dəhlizə toplaşıb, onun aydın,
qəti və inamlı nitqini dinləyər, faydalanardılar. M.Rəfilini bircə kərə dinləyənlər
onun mühazirəsini uzun müddət unuda bilmirdilər.
Azərbaycan natiqlik məktəbinin görkəmli nümayəndələrindən biri də
Xəlil Rza Ulutürk olmuşdur. O, istedadlı alim, gözəl şair olmaqla yanaşı, həm də
məşhur söz ustası idi. Xəlil Rza Ulutürk bir müddət ali məktəbdə Azərbaycan
247
ədəbiyyatından mühazirələr oxumuşdu. Tələbələr bu mühazirələri xüsusi maraqla
dinləyirdilər. Sonrakı illərdə Xəlil Rza Ulutürk özünün daha geniş audito-
riyalarda, meydanlardakı odlu çıxışları, yüksək temperamentli zəngin və parlaq
nitqləri ilə xalqın azadlıq və müstəqillik uğrundakı mübarizəsinə güclü təkan
vermişdir. Çox təəssüf olsun ki, belə adamların danışıq tərzi, natiqlik məharəti
barədə hələ indiyə kimi müəyyən bir vəsait hazırlanıb nəşr olunmamışdır. Bu
vəsait yenicə fəaliyyətə başlayan cavan natiqlərə və bu sənətə yiyələnmək
arzusunda olan digərlərinə böyük fayda verə bilər.
Yaxşı nitqin məziyyətlərindən biri onun rabitəli olmasıdır. Bu o deməkdir
ki, mövzudakı fikirlər müəyyən ardıcıllıqla şərh olunmalı, onların arasında
məntiqi bağlılıq gözlənilməlidir. İkinci fikir birinci, üçüncü ikinci, dördüncü
üçüncüdən doğmalı, onu davam etdirməli, tamamlamalı, genişləndirməli və
dəqiqləşdirməlidir. Hər bir mövzuda dinləyiciyə çatdırılmalı bir əsas fikir, ideya
olur. Digər fikirlər həmin fikrin, ideyanın bitkin bir şəkildə ifadə olunmasına
xidmət edir. Bu cəhəti nəzərə almayan mühazirəçi daha çox ikinci dərəcəli
məsələni şərh edir, lazım olmayan təfərrüata yol verir ki, bunun nəticəsində də
fikir istənilən səviyyədə dinləyiciyə çata bilmir. Bəzən danışan bir fikri
tamamlamadan başqa bir məsələnin şərhinə keçir. Fikir qırılır, deyilənlər tam
şəkildə qavranılmır, diqqət zəifləyir, maraq azalır, ünsiyyət pozulur. Belə bir hala
yol verməmək üçün natiq nitqin elementlərini yaxşı bilməli, onlara riayət etməyi
bacarmalıdır. Bunlar aşağıdakılardır:
1. Məzmun. Bu əsas element sayılır. Natiqin biliyi və söz ehtiyatı nitqin
bu elementi ilə müəyyənləşir.
2. Təbiilik. Özünə inam dinləyicilərin nitq təcrübəsinə uyğun danışmaq,
sərbəst hərəkət (əl, qol, baş hərəkəti).
3. Aydınlıq. Prioritet element fikrin dəqiq verilməsi, bir qədər ucadan
danışmaq, aydın diksiya. Normal temp. Bir dəqiqədə 100-150, orta hesabla 125
söz işlətmək. Xüsusi termin, abreviaturların, xarici sözlərin izahı, dinləyicilərin
diqqətini səfərbər etmək, nitqi anlamağı asanlaşdırmaq məqsədilə müvafiq
intonasiya çalarlarından istifadə.
248
4. İfadə edənin səsində və sifətində emosional rənglərin, çalarların nəzərə
çarpması.
5. Natiqin eşidənlər ilə görmə kontaktı.
6. Jest. Artıq jestə yol verilməməli, jestlər məna ilə sinxron olmalı, sözü,
fikri tamamlanmalı, nəzərə çarpdırılmalıdır.
7. Kompozisiya. Mövzunun əsas məqsədini bilmək, suallara konkret
cavab vermək.
8. Yığcamlıq. Geniş fikri az sözlə ifadə etmək.
9. Tüfeyli sözlərə yol verməmək.
10. Səsin yüksəkliyi. Bu yüksəklik arxa cərgələrdə oturanların eşidə
biləcəyi bir ölçüdə olmalıdır. Natiq özü üçün rahat bir tərzdə deyil, eşidənin qəbul
edə biləcəyi bir formada danışmalıdır.
Natiq dildən məharətlə istifadə edə bilmək üçün münasib söz seçməyi,
sözün mənasına fikir verməyi, onu düzgün səsləndirməyi bacarmalı, işlətdiyi
sözlər ifadə edəcəyi fikrə uyğun olmalıdır. Xalq şairimiz B.Vahabzadə haqlı
olaraq yazır ki, fikrə görə söz tapılır, sözə görə fikir yox!
Nitq praktikasında mənaya, məzmuna üstünlük vermək ona görə vacib
sayılır ki, sözlərin düzgün tələffüzü, intonasiyası da məzmundan asılı olur. Adi
işlər haqqında sadə, böyük işlər haqqında əzəmətli, orta səviyyəli işlər barədə orta
mövqeli bir üslubla danışmaq nitqə gözəllik verir.
Mühazirəçi faktların təhrif olunmasına, rəqəmlərin şişirdilməsinə, reallığa
əsaslanmayan subyektiv fikirlərə, mülahizələrə yol verməməlidir. Gətirdiyi
faktlar, dəlillər, sübutlar dinləyicini inandırmalı, onu fəaliyyətə sövq etməlidir.
Mühazirəçinin nitqi bütün hallarda canlı olmalıdır. O, danışdığı hadisəyə,
əhvalata, əşyaya və sairəyə münasibətini bildirməli, lazım gələrsə bu işdə öz
həyat təcrübəsi, müşahidələri, xatirələri, təəssüratlarından da istifadə etməlidir.
Lakin bu məsələdə ifrata yol verilməməlidir.
Səsin tonu, danışığın intonasiyası, diksiya, sözlərin düzgün tələffüzü
natiqlik fəaliyyətində mühüm əhəmiyyət kəsb edir. Natiqin səsi auditoriyanın hər
yerində eşidilməlidir. Həddindən artıq yüksək və ya alçaq tonla danışmaq natiqlik
249
sənətində normal hal sayılmır. Yüksək tonla danışmaq, çığırmaq dinləyicini yorur,
onun əhval-ruhiyyəsinə mənfi təsir edir. Eləcə də aşağı tonla danışmaq, intonasiya
ölüvaylığı məzmunun dinləyiciyə lazımi səviyyədə çata bilməsini çətinləşdirir.
Nitq prosesində sözlərin düzgün tələffüz olunmasına da fikir verilməlidir. Təsəv-
vür etmək çətin deyildir ki, mühazirəsinə ciddi bir şəkildə hazırlaşan, auditoriyada
inamla danışan natiq (müəllim) İngiltərə sözünü İngiltə`rə, pedaqoq sözünü
peda`qoq, Pifaqor sözünü Pifa`qor, kamera sözünü kame`ra kimi qüsurlu şəkildə
tələffüz edir. Bir sözün tələffüzündəki naqislik hər şeyi korlayır, auditoriyada
gülüşmə, səs-küy baş verir. Mühazirəçinin nitqi sona çatmır. Çatsa da bu istənilən
effekti yarada bilmir.
Mühazirəçinin müvəffəqiyyətinin bir şərti də auditoriyanı daima diqqət
mərkəzində saxlaya bilməsidir. Bunun üçün, hər şeydən əvvəl, dinləyicilərin sayı,
marağı və qavrama səviyyəsi natiqə (müəllimə) aydın olmalıdır. O, kimlərin qar-
şısında çıxış edəcəyini, dinləyicilərinin orta və ya yüksək səviyyədə olduğunu
əvvəlcədən müəyyənləşdirməli, nitqini auditoriyaya uyğun qurmağa çalışmalıdır.
Əgər auditoriya orta səviyyəlidirsə, mühazirə bir qədər q ısa olmalı, faktlara, mi-
sallara, nümunələrə daha çox yer verilməlidir. Natiq, həmçinin, məsələnin şərhi
üçün lazım olan vaxt bölgüsü, mövzunun yerli şəraitlə, dinləyiciləri maraq-
landıran məsələlərlə əlaqələndirmək imkanları, auditoriyanın verə biləcəyi
reaksiya, qarşıya çıxacaq çətinliklər və s. haqqında əvvəlcədən aydın təsəvvürə
malik olmalıdır.
Natiq mühazirə prosesində dinləyicilərin “nəbzini tutmalı”, bütün psixi
proseslərini izləməli, deyilənlərin necə “həzm olunduğunu” müəyyənləş-
dirməlidir. Auditoriya qarşısında çıxış edən, dinləyənin mimika, jest və digər
hərəkətləri ilə fikrini oxumalı, emosional əhvali-ruhiyyəsini, istəyini, nəyi
xoşlayıb, nəyi xoşlamadığını və s. təyin etməyi, dinləyicinin qəlbini ələ almağı,
onda hiss-həyəcan yaratmağı bacarmalıdır. Empatiya adlanan bu keyfiyyət
natiqlik fəaliyyətində çox böyük əhəmiyyət kəsb edir. Belə müşahidə mühazirə
prosesində müəyyən taktiki gedişlər etmək baxımından (söhbəti bir qədər
qısaltmaq, maraqlı nümunələr, həyati faktlar gətirmək, diqqəti səfərbəredici
250
suallar vermək və s.) faydalıdır. Yüksək səviyyəli yığıncaqda çıxış edənlərdən
biri olduqca maraqsız danışırdı. Özündən əvvəl deyilənləri bir də təkrar edir,
mövzu ilə əlaqəsi olmayan məsələlərə toxunur, dolaşıq cümlələr, qəliz terminlər
işlədirdi. Auditoriyada böyük səs-küy vardı. İclasa sədrlik edən “natiq”i saxladı və
dedi ki, danışarkən diqqətin zalda olsun. Hiss etdin ki, dediklərin eşidənlər üçün
maraqsızdır, sən dərhal nitqini bitirməlisən. Siseron “Три практата об оратор-
ском искусстве” adlı əsərində dinləyiciyə münasibətə görə natiqin qarşısına üç
vəzifə qoyur: a) auditoriyanı ələ almaq, diqqəti özünə cəlb edə bilmək; b) diqqəti
söhbətin məzmununa, oradakı məsələnin mahiyyətinə yönəldə bilmək; c) dinlə-
yicilərə təsir etmək, həyəcanlandırmaq, onlarda qəzəb, kədər, mərhəmət, nifrət və
s. hisslərini oyatmaq (65, 155).
Mühazirənin keyfiyyətini aşağı salan səbəblərdən biri də mətnin üzündən
oxunmasıdır. Belə mühazirə quru, təsirsiz və cansıxıcı olur. Mühazirəçi sanki heç
bir fikri fəaliyyət göstərmir. Bu cür mühazirə oxuyanlar dinləyicilərin əhval-
ruhiyyəsini izləyə bilmir, auditoriya nəzarətdən kənarda qalır. Ali məktəb
praktikasında təsadüf olunan başqa bir mühazirə forması ilə - materialı sözbəsöz
diktə edib tələbələrə yazdırmaqla da heç cür razılaşmaq olmaz. Bu, mühazirəyə
zəif hazırlaşan müəllimin bilərəkdən vaxt itirməsidir. Belə məşğələ formasında
tələbənin sadəcə olaraq əli hərəkət edir, düşüncəsi isə işləmir. Mühazirə
prosesində yalnız zəruri hallarda: müəyyən istiqamət götürmək, fikrin ardıcıllığını
gözləmək, sitatları, dəqiq faktları və s. vermək məqsədilə yazılı mətnə baxmaq
olar.
Mühazirəçi dinləyicilərin fikri fəallığına daima diqqət yetirməlidir. Onun
hər bir sözü, fikri dinləyicinin şüuruna çata biləcək qədər aydın, sadə, başa
düşülən və eyni zamanda maraqlı olmalıdır. Bəzən hay-küylü, təmtəraqlı, ucadan
danışanlara, çıxış edənlərə təsadüf olunur. Belə nitq bütün hallarla elə bir real
nəticə vermir. Dinləyicilər belələrinə sadəcə olaraq, tamaşa edirlər,məzmun
diqqətdən yayınır. Söz yox ki, dinləyicilərlə təmasda olan hər kəs onlara təsir
etmək, diqqəti özünə yönəltmək məqsədilə dilin ifadəlilik vasitələrindən istifadə
etməlidir. Ancaq bu müəyyən ölçüdə olmalı, diqqəti məzmundan yayındırma-
251
malıdır. Mühazirəçi diqqəti cəlb etmək, onun yayınmasına yol verməmək
məqsədilə söhbətin gedişində bəzi priyomlardan istifadə edə bilər.Bu məqsədlə
auditoriyaya belə müraciət etmək olar: “Bu barədə sizin fikriniz necədir?”,
“Fikrim sizə çatırmı?”, “Bu fikirlə (və ya mənimlə) razısınızmı?”, “Buna oxşar
ayrı bir fakt göstərə bilərsinizmi?” və s. Məktəb praktikasında çox zaman müəllim
diqqəti tarım saxlamaq məqsədilə şərhinin münasib yerində auditoriyaya sualla
müraciət edib nəzərdə tutduğu tələbədən cavab verməyi tələb edir. Belə suallar
bəzən bütün auditoriyaya aid olur. Auditoriyanı, necə deyərlər, silkələmək, diqqəti
itiləmək məqsədilə problem suallar qoyulur. Dİnləyicilər cavab vermək üçün
fikirləşməli olurlar. Bir neçə cavab dinlənilir, təhlil olunur, sonra mühazirəçi
deyilənləri dürüstləşdirir.
Dinləyicilərin fikri fəallığını yaratmaq məqsədilə natiq çox zaman
səfərbəredici suallar qoyur, özü də cavab verir. Deyilənlərdən heç də belə bir
nəticə çıxarmamalıdır ki, mühazirə və ya digər məşğələ növü başdan-başa sual-
cavaba çevrilməlidir. Əlbəttə, belə olmamalıdır. Lakin hər halda auditoriyada
natiqin birbaşa danışması, monoloji nitqi dinləyicinin diqqətini cəlb etmək
baxımından istənilən faydanı verə bilməz.
Mədəni nitqin məziyyətlərindən biri də onun təmizliyidir. Mühazirəçinin
danışığında qondarma söz və ifadələrə, süni pafosa yol verilməməlidir. O,
nitqində tüfeyli, loru, jarqon, yerli dialektə məxsus sözləri işlətməkdən
çəkinməlidir. Natiqin nitqi onu dinləyənlər üçün nümunə, etalon olmalıdır.
Natiqlik məharətinə birtərəfli yanaşmaq, onu təkcə danışanın dil quruluşu ilə
məhdudlaşdırmaq heç də düzgün olmaz. Öz nitqini ədəbi dilin normaları əsasında
qurmağı bacaran natiq yalnız o zaman uğur qazana bilər ki, onun şərh etdikləri
aydın, dürüst və dəqiq olsun, irəli sürülən fikirlər, mülahizələr faktlara, sübutlara
əsaslansın, əşya, hadisə, mahiyyət elmi cəhətdən dərin və hərtərəfli təhlil edilsin,
danışıqda uzun və dolaşıq cümlələrə, mənası çətin anlaşılan söz və terminlərə yol
verilməsin, işlədilməsi zəruri sayılan terminlərin mənası aydınlaşdırılsın.
Natiqlik məharəti, nümunəvi danışıq qabiliyyəti öz-özünə yaranmır, belə bir
keyfiyyətə yiyələnmə gərgin əmək, öz üzərində müəyyən sistemlə, müntəzəm və
252
ardıcıl şəkildə işləmək tələb edir. Bunun üçün natiq, hər şeydən əvvəl,
mükəmməl nəzəri biliyə malik olmalı, tədris etdiyi fənni, oxuduğu mühazirənin
mövzusunu dərindən bilməlidir. Natiq müntəzəm olaraq bədii, elmi-kütləvi,
publisistik və s. üslubda yazılan əsərləri, qəzet və jurnalları mütaliə etməli, yazıçı,
alim və digər yaradıcı adamların dilinə diqqət verməli, oradakı natiqlik sənəti
baxımından səciyyəvi olan sərrast sözləri, parlaq ifadələri, canlı sözün gücünü
artıran digər vasitələri (frazeoloji, idiomatik ifadələri, zərb-məsəlləri, atalar sözü,
aforizmləri, lətifələri və s.) əxz etməli, onları nitqində işlətməyə səy göstərməlidir.
Natiq yeri gəldikdə öz həyat təcrübəsinə də müraciət etməli, oradan gətir-
diyi nümunələrə, dəlillərə əsaslanıb fikir və mülahizələrini söyləməlidir.
“Mühazirə üçün ən geniş, ən faydalı ədəbiyyat – həyatın özü və
insanlardır. Hər bir mühazirəçi isə həyat kitabını oxuya bilməli və bütün mühazi-
rələrində ondan geniş istifadə etməlidir” (23, s.92).
Düzgün, səlis, mənalı, rəvan və gözəl danışıq bacarığının yaradılması
işində natiqin öz nitqi üzərində müşahidə aparması, onu təhlil edərək qüsurlarını
və məziyyətlərini müəyyənləşdirə bilməsi olduqca faydalıdır. Yalnız bu yolla
nitqə nəzarət edə bilmək kimi natiqlik sənətində çox mühüm əhəmiyyət daşıyan
keyfiyyət yaranır, inkişaf edir. Nitq prosesində özünənəzarət iki şəkildə həyata
keçirilir. Birincidə danışan öz nitqini nəzarətdə saxlayır, onun ədəbi dil normaları
əsasında qurulmasına, məzmunun əhatə olunmasına, fikrin ardıcıllığına, münasib
sözlərin, ifadələrin işlənməsinə, cümlələrin qurulmasına diqqət yetirir, nitqdəki
çatışmazlıqları mümkün olduqca proses ərzində aradan qaldırmağa çalışır. Nitqdə
nəzarətin ikinci tərəfini müsahibi dinləmək, anlamaq təşkil edir. Danışan
müsahibin nitqini anlamaq üçün diqqətini səfərbərliyə alır, eşitdiklərini daxili
nitqində təhlil edib mənimsəyir, lazım gələrsə cavab verməyə hazırlaşır.
Yeri gəlmişkən mühazirəçinin daxili nitqi haqda da bir neçə kəlmə
deməyi lazım bilirik. Burada danışan ünsiyyəti öz-özü ilə aparır, səsini ancaq özü
eşidir, özü dinləyir. İnsan bu prosesdə öz-özünə sevinir, təsəlli tapır, peşman olur,
qəmlənir və s. Natiq hər hansı bir hadisəni, məsələni başqasına danışmazdan
əvvəl, necə deyərlər, öz-özünə danışır, nəyi necə, harada deyəcəyini götür-qoy
253
edir, müəyyən qərara gəlir. Heç təsadüfi deyildir ki, bu cür daxili nitq süzgəcindən
keçməyən fikirlər, mülahizələr haqda dinləyici bəzən ”yaxşı-yaxşı düşün, sonra
danış”, “sözü ağzında bişir sonra çıxar” və ifadələrlə etirazını bildirir.
Daxili nitqdə natiq qarşısında fikrən dinləyicisini görür, onunla gizli
dialoqa girir, onun mümkün iradları və təriflərini sanki əvvəlcədən duyur,
mühazirəyə hazırlaşarkən bunları nəzərə alır.
Natiq danışığını bitirdikdən sonra da öz daxili nitqinə qayıdır. O, ani
olaraq danışdıqlarını xatırlayır, hansı məsələnin, hadisənin şərhində dinləyiciləri
qane etdiyini, nitqinə necə başladığını, səthiliyə, məlum olanların təkrarən
deyilməsinə yol verdiyini, müvafiq sözlər, ifadələrdən istifadə edə bildiyini,
cümlələri qurmağı bacardığını, sözləri düzgün tələffüz etdiyini, söhbətin sonunda
ümumiləşdirmə aparıb, nəticəyə gələ bildiyini, nitqinin intonasiyasını, müraciət
məqsədilə işlətdiyi sözləri və sairəni fikrən öz-özünə təhlil yolu ilə müəyyən-
ləşdirir, danışığına, nitqinə qiymət verir.
Mühazirə, giriş, məzmun və sonluqdan (nəticədən) ibarət olur. Bunlar
məna, həcm və məqsədinə görə fərqlənir. Söhbətin giriş hissəsi fikir və dil
sadəliyi, ahəng və intonasiyası, mövzunun dinləyiciyə çatdırılması baxımından
cəlbedici olmalıdır. Yığcam və cəlbedici giriş verməklə bütün dinləyicilərin
diqqətini əsas məsələyə yönəltmək olar. Mərhum professor A.Abdullayev elmi
əsərlərin, dissertasiyaların müzakirəsi zamanı giriş hissəsinin üzərində xüsusi
dayanardı. O, əsərin girişini “Koroğlu” operasının uvertürasına oxşadar və deyərdi
ki, uvertüra səslənəndə adam sanki operanı bütövlükdə dinləyir, oradakı hadisə-
lər, qəhrəmanlıq səhnələri bir an göz önünə gəlir, tamaşaya maraq və həvəs artır.
Giriş hissəsində şərh olunacaq məsələnin əsas mahiyyəti, əhəmiyyəti, başlıca
müddəaları, aktuallığı göstərilməli, təhlil olunmalıdır.
Mühazirənin nəticə hissəsində deyilənlərə xülasə verilir, onlar yekun-
laşdırılır, ümumiləşdirmələr aparılır, nəticə çıxarılır, təkliflər söylənilir, əməli
vəzifələr göstərilir. Bu zaman natiq xüsusilə ehtiyatlı olmalı, özündən əvvəl söy-
lənilən fikirlərə hörmətlə yanaşmalı, onlara obyektiv münasibət bildirməli, kon-
kret faktlara, sübutlara, təhlillərə əsaslanmalı, “Bunları ilk dəfə olaraq mən
254
demişəm”, “Bu barədə hamıdan əvvəl mən yazmışam”, “Bu sahədəki fikirlər
bəsitdir, boş cəfəngiyatdır” və s. kimi ifadələrə yol verməməlidir. Natiq bütün
hallarda təvazökar olmalı, qulaq asanlar onun səmimiliyindən razı qalmalıdırlar.
Mühazirə prosesində auditoriyanı “silkələmək”, diqqəti “itiləmək” məqsə-
dilə suallar verilir ki, belə suallar fikir, təcrübə, müşahidə mübadiləsinin stimul-
laşdırılmasında mühüm əhəmiyyətə malikdir. Dinləyicini düşünməyə, qoyulmuş
problemi təhlil etməyə sövq edən bu cür “açıq” suallardan (cavabı birmənalı
olmayan suallardan) bir neçəsini nümunə göstərək:
1. Hipotetik (fərziyyəyə əsaslanan, təxmini) suallar. Məs.: “Əgər belə
bir vəziyyətə düşsəydiniz, siz nə edərdiniz?”. Bu cür suallar əqli prosesi fəal-
laşdırır. Dinləyici bu və ya digər situasiyanı təsəvvür edir, müvafiq çıxış yolunu
müəyyənləşdirir.
2. DüĢünməyə təhrik edən suallar - Məs.: “Belə bir problemlə qarşı-
laşsaydınız, onun həllinə necə kömək edə bilərdiniz?”.
3. Həvəsləndirici suallar – Məs.: “Hadisə nə ilə qurtara bilərdi?”,
“Sonra nə oldu?”. Belə suallara dinləyici şəxsi təcrübələri əsasında cavab tapmağa
çalışır.
4. Rəy söyləmək məqsədini qarĢıya qoyan suallar – Məs.: “Bu haqda
sizin fikriniz?, “Deyilənlərlə razısınızmı?”. Belə suallar dinləyicilərin söylənilən
fikrə maraq və diqqətini artırır.
5. Yoxlama xarakterli suallar – Məs.: “Siz niyə belə düşünürsünüz?”,
“Məsələni başqa cür həll etmək olmazmı?”, “Siz səhv etmirsinizmi?”.
Bu suallar dinləyiciləri dərindən düşünməyə və öz fikrini bir daha götür-
qoy etməyə,diskussiyaya təhrik edir, onlar belə bir idrak fəaliyyəti nəticəsində
aldıqları bilik və məlumatlar uzun müddət yadda saxlayır, yeri gəldikdə istifadə
edirlər. Hələ qədim Çində bu məqam (dinləyicilərin tədqiqat xarakterli xüsusi
təşkil olunmuş idrak fəaliyyəti) məşhur filosof Konfisi tərəfindən belə ifadə
olunmuşdur: “Qulaq asıram – unuduram, görürəm – yadda saxlayıram, özüm
edirəm – anlayıram (dərk edirəm)”. Mühazirənin passiv dinlənməsi ona gətirib
çıxarır ki, alınan biliklər tez bir vaxtda unudulur. Lap yaxşı ənənəvi mühazirəni
255
dinləyən üç saatdan sonra materialın 70%-ni, üç gündən sonra isə 10%-ni bərpa
edə bilir.
Deyilənlərdən bu nəticəyə gəlirik ki, natiq öz mühazirə, çıxış və
söhbətlərində öyrədən və öyrənənin qarşılıqlı fəaliyyətinə, əks əlaqəsinə əsaslanan
interaktiv şərhetmə metodlarına daha geniş yer verməli, eşidilənlərdə marağın
yaranmasına nail olmalıdır.
Hər bir şəxs gözəl danışığa, yüksək nitq mədəniyyətinə sahib ola bilər.
Lakin burada təkcə arzu kifayət deyildir. Bu cür çətin işin öhdəsindən gəlmək
möhkəm iradə, böyük həvəs, müvafik bilik və bacarıqlar tələb edir. Gözəl səslə,
fikrə müvafiq intonasiya seçməklə, normativ tələffüzlə danışmaq üçün hər bir
şəxsin keçdiyi yol idmançının keçdiyi inkişafın dinamikası ilə müqayisə edilə
bilər. Bu və ya başqa şəxs hər iki halda yeni keyfiyyət qazanır, lakin bu
keyfiyyətlərin bir-birinə heç bir oxşarlığı yoxdur. Yaxşı idmançı pis natiq ola
bildiyi kimi, yaxşı natiq də pis idmançı ola bilər. Oxşarlıq ancaq onların seçdiyi
inkişaf yolunun xüsusiyyətlərindəndir. Mahir idmançının keçdiyi həyat yolunu
xatırlayaq. Məlumdur ki, idmançının böyük müvəffəqiyyətlər əldə etmək üçün
lap kiçik yaşlardan məşqə başlamağı vacib hesab edilir. İllər keçdikcə həmin
məşqlərin forma və məzmunu dəyişə bilər, ancaq fasilələrə yol verilə bilməz.
Məşqçilər öz xatirələrində şagirdləri necə yetişdirdiklərindən bəhs edərkən bəzən
ayrı-ayrı günlərdə əldə edilən nailiyyətləri belə qeyd edirlər. Tədricən qazanılmış
belə nailiyyətlərin toplusundan mahir idmançı meydana çıxır. Mahir natiq də belə
yaranır. O, kiçik yaşlarından öz səsinin, tələffüzünün məşqinə başlayır. Tədricən
nitqini təkmilləşdirir, yeni keyfiyyətlər əldə edir., nəhayət, mahir natiqə çevrilir.
Mahir idmançı bir-iki ildə yaranmadığı kimi, mahir natiq də birdən-birə yetişmir.
Mahir idmançı olmaq üçün məşqsiz keçinmək mümkün olmadığı kimi, mahir
natiq olmaq üçün də müntəzəm şəkildə məşqin aparılması lazımdır. Bütün bu
xüsusiyyətlərinə görə idmançı ilə natiqin keçdiyi inkişaf yollarının xüsusiyyət-
lərini tutuşdurmaq olar. Belə bir əməliyyatı icra etsək, zahirən tamamilə bir-
birinə oxşayan həmin keyfiyyətlərin yaranması üçün keçilən yolun inkişaf
dinamikası əksər hallarda bir-birinin eyni olacaqdır. Hər iki keyfiyyət fasiləsiz
256
aparılan məşq nəticəsində əldə edilir. Nitq qüsurları olan adamın tələffüzünü
təshih etmək üçün aparılan məşqlərin fəqərə sütununu, yaxud da əyri ağacı
cilalamaq, düzəltmək üçün aparılan məşqlərə nə qədər bənzədiyini (metodik
baxımdan) təsəvvür etmək çətin deyil. Müsiqiçilər məşq yolu ilə təkcə mahir
pianoçu, ya da tarçı hazırlamırlar, onlar həmin yolla xanəndənin də səsini
cilalayır, onun mahir ifaçı kimi yetişməsinə nail olurlar.
Buraya qədər biz “mahir natiq” ifadəsini tez-tez işlətdik. Natiqlik
sənətində gözəl danışıq qabiliyyətinə yiyələnmək, şifahi və yazılı nitq texnikasını
mənimsəmək həmişə qarşıda duran vəzifələrdən biri olmuşdur. Bununla belə,
natiqlərin də hamısı bu mühüm vəzifənin öhdəsindən günün tələbləri səviyyəsində
gələ bilməmişdir. Onların nitqi, xüsusən şifahi nitqi çox zaman qüsurlu olmuşdur.
Nitq mədəniyyəti üzrə aparılan işlərdə ciddi dönüş yaradılmalıdır. Belə
dönüş ancaq müasir təlim texnikasından, xüsusən elektro-akustik texnikadan
bacarıqla istifadə etməklə yarana bilər.
Müasir texniki vasitələr natiqin öz nitqini dinləyə bilmək imkanlarını
xeyli genişləndirmişdir. Natiq öz mühazirəsini, məruzəsini, nitqini, müəyyən bir
bədii parçanın ifadəli oxusunu və s. maqnitofon lentinə köçürüb istədiyi qədər
təkrar-təkrar dinləyə, sözlərin tələffüzünə, cümlələrin düzgün qurulmasına,
intonasiyasına və sairəyə nitq mədəniyyəti baxımından qiymət verə bilər. Radio
və televiziya verilişləri etalon səviyyəli nitqi, ifadəli oxunu, ədəbi tələffüzü
dinləmək üçün əvəzsiz vasitələrdir. “...ədəbi dilin orfoepiya normalarına, eləcə də
digər normalarına, ədəbi tələffüzə televiziya verilişləri qədər qayğı və
tələbkarlıqla yanaşan ikinci bir şifahi nitq tribunası təsəvvür etmək çətindir.
Teleekran ədəbi dilin, onun normalarının, o cümlədən ədəbi tələffüz və vurğu
qaydalarının təbliğatçısı, yayıcısı və öyrədicisidir” (45, 30). Natiqlik məharətini
təkmilləşdirmək arzusunda olan hər bir kəs bu verilişləri, xüsusilə məşhur aktyor,
diktor, söz ustası, maarif, mədəniyyət, elm adamları və b. çıxışlarını dinləməli,
danışanların öz nitqlərini necə qurmalarına, fikrin dəqiq ifadəsi üçün hansı sözləri
işlətmələrinə, yığcam, qısa, aydın, mənalı danışmalarına, dilin ifadəlilik vasitə-
257
lərindən istifadə edə bilmək bacarığına və s. diqqət verməli, lazım gələrsə, qeydlər
aparmalıdır.
Ulu öndərimiz H.Əliyev cənablarının çıxışları bu baxımdan ən yaxşı
nümunədir. Onun nitqlərində natiqlik sənəti özünün ən yüksək zirvələrinə ucala
bilmişdir. H.Əliyevin ağıllara, düşüncələrə asanlıqla yol tapa bilən çıxışları,
nitqləri, məruzələri adamları vətəndaşlıq həmrəyliyinə, mənəvi-siyasi birliyə, milli
dövlətçiliyimizin möhkəmləndirilməsinə, suverenliyimizin qorunub saxlanılma-
sına səsləyir, vətən övladlarını ana yurda məhəbbət ruhunda tərbiyə edir.
Natiq nitqinin ədəbi dil normalarının gözlənilməsi baxımından lazımi
səviyyəyə qaldırılması məqsədilə aşağıdakı tədbirlərin həyata keçirilməsi tövsiyə
olunur:
1. Natiqlik sənəti, onun təkmilləşdirilməsi məqsədilə xüsusi kurslar
yaratmaq, həmin kurslara natiqlik sənətinin mütəxəssisləri – tanınmış natiq,
diktor, söz ustaları, aktyorlar, müəllimlər və başqaları cəlb etmək.
2. Radio və televiziya vasitəsilə “Mühazirəçiyə kömək” verilişi təşkil
etmək, orada natiqlik məharəti, nitq mədəniyyəti ilə bağlı söhbətlər aparmaq,
seminarlar, dəyirmi masalar, konfranslar təşkil etmək, müəyyən ixtisas və sənət
sahiblərinin: yazıçıların, dilçi alimlərin, jurnalistlərin, mətbuat, radio və televi-
ziyanın yaradıcı əməkdaşlarının, teatr, mədəniyyət xadimlərinin çıxışlarını,
söhbətlərini vermək, canlı nitqdən nümunələr, etalonlar səsləndirmək. Bunun
üçün birinci növbədə kütləvi informasiya sahəsində çalışan mütəxəssislərin -
xüsusilə diktor və aparıcıların dil hazırlığının yüksəldilməsi, onun qloballaşma
dövrünün tələblərinə uyğunlaşdırılmasını təmin etmək
3. Nitq mədəniyyəti ilə bağlı müasir tələblərə cavab verə bilən dərslik,
dərs vəsaiti hazırlamaq. Nitq mədəniyyəti haqqında natiqlərin, müəllimlərin, eləcə
də tələbələrin əlində sanballı bir vəsait, demək olar ki, yoxdur. Mövcud olanlarda
da natiqlik sənəti, mədəni nitqin daha çox ümumi məsələlərindən bəhs olunur.
İkinci bir tərəfdən, onlar birbaşa və ya dolayı yolla tərcümədir, oradakı şərhlər,
mülahizələr dilimizin təbiəti ilə istənilən dərəcədə bağlana bilmir. Nitq mədəniy-
yəti hal-hazırda ali məktəblərin bir çoxunda ayrıca fənn kimi tədris olunur. Lakin
258
həmin fənnin dərsliyi yoxdur. Natiqlik sənəti, ölkəmizdə bu sənətin yaranması və
tarixi inkişaf mərhələləri, nəzəri qaynaqları, nitq mədəniyyəti, mədəni və savadlı
nitqə yiyələnməyin vacibliyi və s. haqqında ədəbiyyat, dərslik və digər vəsait bu
sahə ilə məşğul olanlara, natiqlərə, müəllimlərə, tələbələrə və b. böyük fayda verə
bilər.
4. Nitq mədəniyyəti, natiqlik məharəti ilə bağlı respublika miqyasında
yığıncaqlar, konfranslar keçirmək. Orada nitq mədəniyyətinin aktual məsələləri
geniş şəkildə müzakirə etmək.
5. Bugünkü tələbə sabahın müəllimi, həkimi, mühəndisi, alimi, xalq
təsərrüfatının müxtəlif sahələri üzrə mütəxəssisidir. Respublika prezidenti
İ.Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun
istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət proqramı”nın təsdiq
edilməsi haqqında sərəncamından irəli gələn tələblər nitq mədəniyyəti fənninin
bütün ali məktəblərdə ayrıca fənn kimi tədris olunmasını vacib bir məsələ kimi
qarşıya qoyur. Ali məktəbdə oxuyan, təhsil alan gənc ana dilinə sevgi və hörmət
ruhunda tərbiyə olunmalı, ədəbi dilin normalarını mənimsəməli, onlara ciddi
şəkildə riayət etməyi bacarmalı, başqa sözlə, o, ixtisası ilə yanaşı, həm də söz
ustası, natiq kimi yetişməlidir.
|