Nadġr abdullayev


Əməli yazılara aid nümunələr



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə18/22
tarix24.05.2020
ölçüsü2,09 Mb.
#31516
1   ...   14   15   16   17   18   19   20   21   22
Azf-277620


Əməli yazılara aid nümunələr. 
Ərizə. İdarə və ya təşkilat başçısına müəyyən bir xahiş üçün edilən rəsmi 
müraciətdir.  Ərizəçi  öz  müraciətində  idarə  və  ya  təşkilatdan  nəyi  xahiş  etdiyini 
müxtəsər  və  yığcam  şəkildə  göstərməlidir.  Ərizənin  sonunda  tarix  və  imza 
qoyulmalıdır. 
Nümunə:  
 
ADPU-nun  filologiya  fakültəsinnin  dekanı, 
professor  B.Xəlilova  401-ci  qrup  tələbəsi 
Məmmədova Dilarə Qasım qızından 
 
 
                                              Ə R İ Z Ə 
 
2013-cü  il  mayın  15-də  ailəmiz  yeni  mənzilə  köçəcəkdir.  Həmin  gün 
mənə icazə verməyinizi xahiş edirəm. 
 
                      İmza:                                      (D.Məmmədova)   
                                                                               19.05.2013 
“Kəpəz”  mebel  firmasının  direktoru  cənab               
A.M.Vəliyevə 
 
 

 
199 
Bakı  şəhəri,  Atatürk  küçəsi,  27-ci  evin  56-cı 
mənzilində  yaşayan  Kərimova  Aygün  Qədir 
qızından 
 
                                             Ə R İ Z Ə 
 
Məni mühasib vəzifəsinə keçirməyinizi xahiş edirəm. 
 
                     İmza:                                        (A.Q.Kərimov)      
                                                                             25.06.2013 
 
Arayış. İdarə, məktəb, ictimai təşkilat və s. tərəfindən müəyyən bir şəxsin 
kim  olduğunu  və  eləcə  də  digər  faktları  təsdiq  etmək  üçün  verilən  əməli  yazı 
növüdür.  Arayışda  aşağıdakılar  olmalıdır:  sol  tərəfin  üst  küncündə  idarənin 
ştampı,  ortada  sərlövhə,  məzmun,  arayışı  təsdiq  edən  idarə  rəhbərinin  imzası  və 
möhürü. 
 
Nümunə                         
                                              A R A Y I Ş 
 
Abdullayev Mehman Firudin oğlu Bakı şəhərində Azadlıq prospekti, 48-
ci evin 12-ci mənzilində yaşayır. 
Arayış Rabitə Nazirliyinə təqdim etmək üçündür. 
 
       3 saylı Mənzil İstismar  
       İdarəsinin  sədri                                                             İ.Q.İsmayılov 
 
 
 
 
 
 

 
200 
                                             A R A Y I Ş  
 
Məhərrəmov  Abbas  Həmid  oğlu  1984-cü  ilin  sentyabr  ayından  Səbail 
rayonundakı  49  saylı  məktəbdə  müəllim  işləyir.  O,  mənzil  növbəsində 
dayanmışdır. 
Arayış  Səbail  Rayon  İcra  Hakimiyyətinin  başçısına  təqdim  etmək 
üçündür. 
 
             Məktəbin direktoru:                             Z.T.Məmmədov 
Elan ( nümunə)  
                                         E L A N  
15 iyun 2013-cü ildə, saat 14
00
-da akt zalında fakültə elmi şurasının iclası 
olacaqdır. 
                                       G Ü N D Ə L İ K 
1.  2011-2012-ci tədris ilinin yekunları və qarşıda duran vəzifələr. 
2.  Cari məsələlər 
3.  Seçki 
                                                                                   Dekanlıq 
           
  Tərcümeyi-hal (nümunə) 
  
                                              Tərcümeyi-hal 
 
Mən, Qədirov Xəlil İslam oğlu, 1961-ci ildə Mingəçevir şəhərində anadan 
olmuşam. 1968-ci ildə şəhərdəki 4 saylı məktəbin I sinfinə daxil olub, 1978-ci ildə 
orta məktəbi bitirmişəm. Həmin ildə Azərbaycan Politexnik İnstitutunun I kursuna 
qəbul olunmuş, 1983-cü ildə inşaatçı ixtisası ilə ali təhsilimi başa vurmuşam. 
1983-1985-ci  illərdə  orduda  xidmət  etmişəm.  1995-ci  ildə  Bakı  şəhərinə 
köçmüşəm.  O  vaxtdan  indiyə  qədər  Bakı  evtikmə  kombinatında  iş  icraçısı 
işləyirəm. 

 
201 
Atam Qədirov Müslüm Oruc oğlu təqaüdçüdür. 
Anam Qədirova Gülövşə Rəcəb qızı həkim işləyir 
Evliyəm.  Həyat  yoldaşım  Qədirova  Məsmə  Əli  qızı  müəllimdir.  Oğlum 
Qədirov  Mahmud  Xəlil  oğlu  Azərbaycan  İqtisadiyyat  Universitetinin  IV  kurs 
tələbəsidir. Qızım Təranə Bakı Ali Pedaqoji Qızlar Universitetində oxuyur. 
 
                                             İmza:                  X.İ.Qədirov 
                                                                        16.02.2012 
Protokol 
İclaslarda,  konfranslarda  və  s.  kimi  ictimai  yerlərdə  müəyyən  hadisəni, 
faktı,  qəbul  olunmuş  qərarı  özündə  əks  etdirən  əməli  yazı  növüdür.  Protokol 
quruluşuna  görə  sadə  və  mürəkkəb  olur.  Sadə  protokol  geniş  müzakirə 
aparılmayan kiçik yığıncaqlarda yazılır. Bu,  əsasən, “eşidildi” və “qərara alındı” 
bölmələrindən ibarət olur. 
Mürəkkəb  protokollarda  “eşidildi”  və  “qərara  alındı”  sərlövhəsi  ilə 
verilmiş bölmələrin arasında çıxış edənlərin familiyası, hər çıxışın qısa məzmunu, 
məruzəçiyə  verilən  suallar, alınan cavablar  və s. qeyd  olunur. Bu  cür protokolda 
müzakirə  zamanı  irəli  sürülən  fikirlərin  ən  mühüm  məsələləri  qısa  şəkildə  öz 
əksini tapır. 
(nümunə)          P R O T O K O L (mürəkkəb forma) 
 
10  sentyabr  2012-ci  ildə  36  saylı    məktəbdə  valideyn  iclası  keçirildi. 
İştirak  etdi:  110  nəfər  valideyn,  12  sinif  rəhbəri,  məktəb  rəhbərliyi,  məktəb 
şurasının sədri H.Quliyev, 53 saylı  mənzil-istismar idarəsinin rəisi K.İbrahimov, 
sahə polis müvəkkili Q.Tahirov. 
         
         Sədr:                                P.Babaxanov 
        
         Katib:                              K.Verdiyeva 

 
202 
Gündəlik  məsələ:  Azərbaycan  Respublikasında  təhsil  islahatlarının   
həyata keçirilməsində valideynlərin vəzifələri. 
             Dinlənildi:                        Məsələ haqqında məktəb şurasının sədri H.Quliyev  
məruzə  etdi  (Məruzənin  mətni  protokola  əlavə 
olunur). 
            ÇıxıĢlar: 
1.  T.Mahmudov  -  valideyn  komitəsinin  sədri:  məruzədə  təhsil  islahat-
larının  mahiyyəti,  məzmunu,  əsas  istiqamətləri  ətraflı  şərh  edildi.  Bu  işdə 
valideynlərin  üzərinə  mühüm  vəzifələr  düşür.  Biz  uşaqların  ailədə  tərbiyəsi  ilə 
ciddi  məşğul  olmalı,  məktəb  ümumxalq  köməyinin  təşkilində  fəallıq  göstərməli, 
bunun  üçün bütün imkanlardan istifadə etməliyik. 
2. Z.Məmmədov –  məktəbin direktoru: islahat uzunmüddətli proqramdır. 
Müasir  dövrdə  təlim-tərbiyə  şagirdlərin  və  valideynlərin  tələbatına  müvafiq 
şəkildə  yerli  şərait  və  milli  xüsusiyyətlər  nəzərə  alınmaqla  qurulmalıdır.  Əhali 
arasında  pedaqoji  təbliğatı,    valideynlərin  maariflənməsi  işini  yüksəltmək  üçün 
müəllim və tərbiyəçilər ailələrlə ciddi iş aparmalıdırlar. 
3.  Q.Tahirov  –  polis  sahə  müvəkkili:  uşaqların  tərbiyəsində  valideynin 
rolu böyükdür. Buna görə də islahatın həyata keçirilməsində ailə ön plana çəkilir. 
Bu işdə məktəb, ictimaiyyət, mənzil istismar idarələri, əmək kollektivləri ailə ilə 
bağlı fəaliyyət göstərməlidirlər. 
 
                                         Q ə r a r : 
 
1.  Azərbaycan  Respublikasında  təhsil  islahatının  həyata  keçirilməsində 
valideynlərin fəaliyyəti ilə əlaqədar tədbirlər planı təsdiq edilsin. 
2.  Uşaqların  tərbiyəsində  ailənin  rolunun  yüksəldiyi  indiki  şəraitdə 
valideynlərin məsuliyyəti artırılsın. 
3.  Mənzil  istismar  kontoru,  polis  sahə  müvəkkilliyinin  əməkdaşları 
yaşayış yerlərində uşaq, yeniyetmə və gənclərin tərbiyəsi, onların asudə vaxtının 
səmərəli təşkili işində ailələrlə birgə tədbirlər həyata keçirsinlər. 

 
203 
4.  Ailələrlə  işin  canlandırılması,  valideynlərin  pedaqoji  cəhətdən 
maariflənməsi,  onlara  metodik  köməyin  gücləndirilməsi  pedaqoji  kollektivdən 
tələb edilsin. 
5.  Qərarla  əlaqədar  görülən  işlər  barədə  valideyn  komitəsinin  sədri 
T.Mahmudovun məlumatı dinlənilsin. 
6.  Qərarın  icrasına  nəzarət  məktəb  şurasına  (H.Quliyeva)  və  məktəb 
rəhbərliyinə (Z.Məmmədova) tapşırılsın.  
 
               S ə d r:              (imza)               R.Babaxanov 
               K a t i b:            (imza)               H.Hacıyeva 
 
Akt müəyyən bir faktı və hadisəni, məsələn, idarəni, müəssisəni və sairəni 
başqasına  təhvil  verdikdə  və  yaxud  aparılmış  yoxlamanın  nəticəsini  və  s.  dəqiq 
surətdə  təsvir  etmək  lazım  gəldikdə  tərtib  edilir.  Aktda  aşağıdakı  məsələlər  əks 
olunur: sərlövhə şəklində akt sözü, tərtib olunma tarixi, aktı tərtib edən şəxslərin 
ad  və  familiyası,  aktda  qeyd  olunan    hadisəyə  dair  faktik  məlumatlar,  nəticə  və 
aktı tərtib edənlərin imzası. 
AKT (nümunə) 
2011-ci  il  mart  ayının  15-də  pedaqoji  fakültədə  auditoriyaların  vəziyyəti 
yoxlanıldı. Yoxlama zamanı aşağıdakılar müəyyənləşdirildi:  
1. 137 və 139 №-li otaqlarda pəncərələr sınmışdır. 
2. 129 və 147 №-li auditoriyaların qapıları bağlanmır. 
3.  Auditoriyadakı bəzi stolların üstü yazılmışdır. 
Bu  nöqsanlar  həmin  auditoriyalarda  məşğələ  keçən  bəzi  tələbələrin 
intizamsızlığı,  təsərrüfat  işlərinə  baxanların  məsuliyyətsizliyi  nəticəsində  baş 
vermişdir.  Həmin  nöqsanların  üç  gün  ərzində  aradan  qaldırılması  üçün  fakültə 
dekanlığı və təsərrüfat işləri üzrə prorektor tədbir görsünlər: 
Aktı tərtib etdilər: 
1. (imza)                  İ.İsmayılov – fakültə həmkarlar ittifaqı  
                                                       komitəsinin sədri 

 
204 
2. (imza)                 G.Əliyeva – 403-cü qrupun təşkilatçısı 
3. (imza)                 H.İbrahimov – müəllim 
Akta tanış edildilər: 
1. (imza)                 C.Əzizov – fakültə dekanı 
2. (imza)                 F.Seyidov – təsərrüfat işləri üzrə prorektor 
 
Təliqə (məktub forması): müəyyən bir idarənin başqa bir idarəyə və yaxud 
vəzifəli bir şəxsə rəsmi xarakterdə müraciət etməsidir. Təliqənin  sol tərəfinin üst 
küncündə  idarənin  ştampı,  həmin  ştampda  isə  idarənin  adı,  ünvanı,  tarix  və 
göndərilmə nömrəsi qeyd olunur (nümunə). 
 T Ə L İ Q Ə 
Ağsu Xalq Təhsili şöbəsinin müdiri H.Əliyev cənablarına. 
Sizin  23  mart  2013-cÜ  il  tarixli  312  №-li  məktubunuza  cavab  olaraq 
bildiririk ki, ADPU-nun riyaziyyat fakültəsinin qiyabi şöbə üzrə IV kurs tələbəsi 
Quliyeva  Mahirə  Əsəd  qızı  xəstə  olduğu  üçün  qış  sessiyasında  iştirak  edə 
bilməmiş, təkrar IV kursda saxlanılmışdır. Hal-hazırda həmin kursda oxuyur. 
Quliyeva  Mahirə  Əsəd  qızı  yaxşı  oxumaqla  bərabər,  fakültənin  ictimai 
işlərində yaxından iştirak edir. 
Riyaziyyat fakültəsinin dekanı:                     (imza) S.Məcidov                      
 
                                                                               30.03.2013 
 
Qəbz.  İdarələrdən  və  ya  xüsusi  şəxslərdən  birinin  pul,  qiymətli  şey, 
müəyyən bir material, kitab və s. aldığını təsdiq edən sənəddir. Nümunə: 
Mən,  filologiya  fakültəsinin  V  kurs  tələbəsi    Alıyeva  Sənubər  Qurban 
qızı, tələbələrə paylamaq üçün universitetin nəşriyyat şöbəsindən 400 (dörd yüz) 
ədəd metodik vəsait aldım. 
                           
                                                   (imza)           S.Əliyeva  
                                                                      25.02.2013 

 
205 
 
Etibarnamə  (Vəkalətnamə).  Müəyyən  bir  idarə  tərəfindən  başqa  bir 
idarəyə təqdim olunmaq üçün xüsusi şəxslərə verilən sənəd. Belə vəkalətnamələr, 
adətən, xüsusi formada, mətbəədə çap olunur. Nümunə 
 
E T İ B A R N A M Ə 
(Vəkalətnamə) 
 
Mən, Qasımov Muxtar Məcid oğlu Şamaxı rayonunun Göylər kəndindən 
mənə  göndərilmiş  500  (beş  yüz)  manat  pulu  qrup  yoldaşım  Hüseynov  Kamil 
Nemət  oğluna  (şəxsiyyət  vərəqəsi_________№__________)  almaq  ixtiyarını 
verirəm. 
 
                                          (imza) V.Vəliyev    
                                                                12.02.2013 
Muxtar Qasımovun imzasını təsdiq edirəm 
Coğrafiya fakültəsinin dekanı:       (imza)       M.Z.Məmmədov      
                                                                 15.02.2013     
 
ADPU-nun pedaqoji fakültəsinin V kurs, 503-cü                         
qrup  tələbəsi  Bayramova  Ülkər  Xıdır  qızının  
“İbtidai  siniflərdə  qiraət  vərdişlərinin  inkişafı 
üzrə aparılan işlər” mövzusunda buraxılış işinə 
 
 
  R Ə Y  
(nümunə) 
 
İbtidai  təhsilin  qarşıya  qoyduğu  vəzifələrdən  biri  şagirdlərin  nitq,  o 
cümlədən  ifadəli  qiraət  vərdişlərini  inkişaf  etdirməkdir.  Bu  vəzifənin  həyata 
keçirilməsində    ibtidai  siniflərdə  tədris  olunan  Azərbaycan  dili  və  oxu  dərsləri 
mühüm  rol  oynayır.  Bu  fənlərin  tədrisində  şagirdlər  ədəbi  dilin  tələffüz 

 
206 
qaydalarını  və  intonasiya  normalarını  praktik  şəkildə  mənimsəyir,  danışıq  və 
oxularında həmin qaydalardan  istifadə etmək bacarığına yiyələnirlər. Bu iş hansı 
yollarla  aparılır?  Bu  məqsədlə  hansı  üsullardan  və  vasitələrdən  istifadə  olunur? 
Ü.Bayramova haqqında bəhs etdiyimiz buraxılış işində yuxarıdakı suallara cavab 
tapmağa çalışmış, bu işin öhdəsindən istənilən səviyyədə gələ bilmişdir. İş giriş, 
iki fəsil, nəticə və kitabiyyatdan ibarətdir. 
Girişdə ibtidai qiraətin ədəbi tələffüzlə əlaqədar məsələlərindən danışılır, 
mövcud vəziyyət təhlil olunur. 
Birinci  fəsildə  poeziya  dilində  orfoepik  normalar,  onların  ifadəli  oxuda 
canlılıq  və  ahəngdarlıq  yaratmaq  baxımından  əhəmiyyəti  və  s.  bədii  parçalar 
üzərində  izah  olunur,  aydınlaşdırılır,  oxu  dərslərində  orfoepik  bacarıqların 
yaradılması ilə əlaqədar aparılacaq işlərdən söhbət açılır. 
İkinci  fəsil  oxu  dərslərində  intonasiya  qaydalarının  öyrənilməsi 
məsələsinə  həsr  olunmuşdur.  Orada  məktəb  təcrübəsindən  konkret  nümunələr 
gətirilir. 
İşin sonunda verilən nəticədə deyilənlər ümumiləşdirilir. 
             Söylənilən  elmi  və  metodik  fikirlər,  mülahizələr,  konkret  məktəb 
təcrübəsinə əsaslanan nümunələr, ümumən, qənaətləndiricidir. Bunlar, hər şeydən 
əvvəl,  tələbənin  tədqiq  etdiyi  mövzunu  yaxşı  mənimsədiyini  göstərir.  Yüksək 
səviyyədə yerinə yetirilən bu buraxılış işi əla qiymətə layiqdir.   
 
    R ə y ç i:                                        prof.N.Abdullayev            
 
 
 
 
 
 
 
 

 
207 
 
VII  F Ə S Ġ L 
NĠTQĠN ETĠK MƏSƏLƏLƏRĠ 
 
Həzrət Əli:  İnsan dilinin altında gizlənir. Danışmayınca onun ağıllı və 
ağılsız olduğu bilinməyir. 
Dil  mədəniyyətinin  başlıca  müddəalarından    biri  də  danışığın  etikasıdır. 
Mənşəcə  latın  sözü  olan  etika  (ehtica)  termini  adı  altında  insanların  bir-birinə, 
cəmiyyətə,  cəmiyyətin  insanlara  münasibətini  tənzimləyən  mədəni,  nəzakətli 
danışıq,  əxlaq  normaları  nəzərdə  tutulur.  Bu  normalar  uzunmüddətli  tarixi  dövr 
ərzində  formalaşmışdır.  Etika  termini  ilk  dəfə    Aristotelin  “Nikomaxın  etikası”, 
“Böyük  etika”,  “Evlem  etikası”  əsərlərində  işlənmiş,  əməli  nəsihət  xarakterli 
fikirləri özündə ehtiva etmişdir. Aristotelin etikası ilk əxlaq nəzəriyyəsi olmuşdur. 
Bu  dahi  mütəfəkkirə  görə,  etikanın  vəzifəsi  insanı  mənasız  və  qeyri-təbii 
ehtiraslardan uzaqlaşdırmaq, ona cəsurluq və ədalətlilik keyfiyyətləri aşılamaqdır. 
Əxlaq  etikanın  tədqiqat  obyektidir.  Lap  qədim  dövrlərdən    başlayaraq 
etika  “insan  necə  hərəkət  etməlidir?”  sualına  cavab  axtarır,  əxlaqın  mənşəyi  və 
mahiyyəti  məsələləri  ilə  məşğul  olur.  Etikaya  görə,  əxlaq  cəmiyyətdə,  insanlar 
arasında qarşılıqlı münasibətləri tənzim etmək tələbatından doğmuşdur. O özünün 
funksiyalarını  yerinə  yetirərkən  ictimai  rəyə,  könüllülüyə  əsaslanır.  Etika 
dünyagörüşü  elmidir,  ictimai  münasibətlərin  tənzimlənməsi  və  təkmilləş-
dirilməsində  bilavasitə  iştirak  edir.  Etika  mövcud  adət  və  ənənələrə  tənqidi 
yanaşmaqla şəxsiyyətə cəmiyyətdə fəal əxlaqi mövqe tutmaq keyfiyyəti aşılayır. 
Mənəvi  aləmin  nə  dərəcədə  fərdi,  bənzərsiz  və  məhrəm  olduğu  bəllidir. 
Lakin bir insan mənəviyyatı fərdi olmaqla bərabər, həm də yurddaşları ilə nədəsə 
ortaqdır, yəni milli-etnik səciyyəlidir, toplum mənəviyyatı ilə ümumidir – xalqın 
tarixi inkişafı, özünüdərki boyu insan  psixologiyasının milli çalarları, etnik-etiket 
və mənəvi dəyərlər formalaşır, bunlar milli xarakteri təşkil edir. Xalqın yaratdığı 
bu etik qaydaların  insanların əlaqə və münasibətlərinin tənzim olunması, normal 
həyat  tərzinin  yaradılması  sahəsində  rolu  böyükdür.  Etik  normalar  xalqın  lap 

 
208 
qədimdən  yaratdığı  və  qoruyub  saxladığı  adət-ənənələrindən,  müsbət  əxlaqi 
keyfiyyətlərindən  yaranmış,  islami  dəyərlərdən  formalaşmışdır.  Ta  qədimdən 
yazıb-yaradan  ədiblər,  zəka  sahibləri,  dövrünün  tanınmış  ictimai  xadimləri, 
maarifçilər  və  başqaları  danışıq  etikası,  nəzakətli  hərəkət  və  nitq  barədə  dəyərli 
fikirlər  söyləmiş,  bu  normaları  gözləməyin  insanların  mədəniyyətinin  ümumi 
inkişaf səviyyəsinin yüksəldilməsinə, dil ünsiyyətinin keyfiyyətcə yaxşılaşmasına 
göstərdiyi müsbət təsiri dönə-dönə vurğulamışlar. Hələ erkən orta əsrlər dövründə 
Azərbaycanda  məktəblərdə  tarix,  ədəbiyyat,  məntiq,  ritorika  və  s.  kimi  dünyəvi, 
“Quran”,  “Təfsir”  (Quranın  açıqlanması),  “Hədis”  (peyğəmbər  (s)  sözləri  və 
onunla  bağlı  hekayə  və  rəvayətlər),  “Təcvid”  (Quranın  düzgün  oxunması), 
“Təftil”  (Quranın  mənasının  başa  düşülməsi)  və  ilahiyyat  elmlərinin  tədrisi 
prosesində  şəxsiyyətin  inkişafı, təhsili və təlimi, tərbiyəsi, o cümlədən də əxlaqi-
mənəvi  dəyərləri  ilə  bağlı  bu  gün  belə  aktual  olan  qiymətli  fikirlər,  məlumatlar 
verilmişdir. Həmin təhsil ocaqlarında Biruninin, Əbu Əli İbn Sinanın, Əbu Nəsr 
Farabinin, Sədi Şirazinin  əsərləri, daha sonralar Ruminin “Məsnəvi”si, Füzulinin 
“Divan”ı, “Kəlilə və Dimnə”, “Qabusnamə” kimi əxlaqi-mənəvi dəyərli əsərlərdə 
nəzakətli  danışıq  və  hərəkətlərdən  də  bəhs  olunmuşdur.”Dədə  Qorqud”  dastan-
larında  digər  dəyərlərlə  yanaşı,  insanların  mənəvi-əxlaqi,  etik-estetik  keyfiy-
yətlərinin  inkişafı  ilə  bağlı  söylənilən  fikirlər  bu  gün  də  böyük  əhəmiyyət  kəsb 
etməkdədir. Böyük mütəfəkkir N.Tusinin “Əxlaqi-Nasiri” əsərində bu baxımdam 
söylədiyi  aşağıdakı  fikirlər,  mülahizələr  xüsusilə  dəyərlidir,  ibrətamizdir:  “Çox 
danışmamalı,  başqasının  sözünü  yarımçıq  kəsməməli,  başqasının  nağıl  etdiyi 
hekayət  və  rəvayəti  bilirsə,  bunu  üzə  vurmamalı  və  onun  danışıb  qurtarmasına 
imkan yaratmalıdır. Başqasından soruşulana cavab verməməli, ümumidən edilən 
sualda  camaatı  qabaqlayıb  hövləki  irəli  düşməməlidir.  Biri  cavab  verməklə 
məşğul  isə,  daha  qabil  cavab  verməyə  qadir  olsa  da,  səbr  etməli,  o,  sözünü 
qurtardıqdan  sonra  öz  cavabını  verməlidir,  lakin  əvvəlkinə  tənə  etməməlidir. 
Onun yanında iki adam söhbət edirsə qarışmamalı, ondan gizlidirsə gizlin qulaq 
asmamalıdır; özləri müraciət etməsələr söhbətə qoşulmamalıdır. 

 
209 
Böyüklərlə  danışarkən  kinayə  işlətməməli,  nə  bərkdən,  nə  yavaşdan, 
mülayim  səslə  sözünü  deməlidir.  Danışdığı  məsələ  qəlizdirsə,  aydın  misallarla 
izah  etməyə  çalışmalıdır,  başqa  hallarda  qısa  və  yığcam  danışmalıdır.  Yabançı 
kəlmələr  işlətməməli,  qondarma  ibarələr  düzəltməməli,  ona  deyilənlərə  axıra 
qədər qulaq asmamış cavab verməməli, deyəcəyi fikri beynində bişirməmiş dilinə 
gətirməməli,  ehtiyac  olmadan  sözü  təkrar  etməməlidir;  ehtiyac  üzündən  təkrar 
lazım olduqda tərəddüd göstərməməlidir. Nəlayiq sözlər işlətməməli, dilini söyüşə 
öyrətməməli,  zərurət  üzündən  ayıb  kəlməyə  ehtiyac  yarandıqda  onu  obrazlı, 
məcazi  ibarələrlə  anlatmalı,  şux  və  zərif  ifadələrdən  qaçmamalı,  hər  məclisə 
münasib danışmağı bacarmalıdır. Söz vaxtı əl-qolunu işə salmamalı, qaş-gözünü 
oynatmamalıdır. Belə hərəkətləri yalnız danışılan  əhvalat tələb etdikdə nəzakətli 
və gözəl bir tərzdə göstərmək olar. 
Yalan,  doğru  üstündə  məclisdə  höcət  etməməli;  yalvar-yaxar  təsir 
etməyən  adama  yalvarmamalı,  münaqişə  və  mübahisədə  rəqibin  haqlı  olduğunu 
gördükdə üstünlüyü ona  verməlidir. 
Avam,  uşaq, arvad, divanə  və sərxoş adamların söhbətindən bacardıqca  
uzaq  gəzməlidir.  Başa  düşməyən  adama  incə  və  üstüörtülü  söz  deməməli, 
danəşıqda  nəzakətli  olmalı,  heç  kəsin  işini,  sözünü,  hərəkətini  pis  şəkildə  ona-
buna çatdırmamalı, qorxulu şayiələr yaymamalıdır”. 
Şifahi xalq ədəbiyyatı nümunələrində, klassik, eləcə də müasir yazıçıların 
əsərlərində,  maarifçilərin  tərtib  etdikləri  dərslik  və  vəsaitdə  Xaqani,  Nizami, 
Nəsimi,  Xətai,  Füzuli,  Vaqif,  M.F.Axundov,  S.Ə.Şirvani,  C.Məmmədquluzadə, 
M.Ə.Sabir, C.Cabbarlı, S.Vurğun və başqaların\ın əsərlərində N.Tusinin “Əxlaqi-
Nasiri”, A.Bakıxanovun “Nəsihətnamə”, Mir Mövsüm Nəvvabın “Nəsihətnamə”, 
M.T.Sidqinin  “Həkimanə  sözlər”,  M.S.Yusifzadənin  “Ata-baba  nəsihətləri”  kimi 
didaktik  yazılarda  danışıq  etikasına  dair  xalqın  təfəkkür  tərzindən,  etik  görüşlə-
rindən yaranan qiymətli fikirlər, mülahizələr, nümunələr olduqca çoxdur, onların 
əksəriyyəti təkrarolunmazdır, orijinaldır. Lakin çox təəssüf ki, onlar tədqiq olunub 
oxucuların,  xüsusilə  bu  sahə  ilə  məşğul  olanların  istifadəsinə  verilməmişdir. 
Həmin  nümunələr  əsasında  tarixən  işlənib  hansı  səbəbdənsə  arxaikləşən  ifadə-

 
210 
lərin,  nitq  etiketlərinin  bugünkü  baxımdan  yararlı  və  uyarlı  sayılanları  ortaya 
çıxarılsa, danışıqda işlədilsə, bu,  nitqin  etik  normalarının  zənginləşməsinə səbəb 
olardı. 
Nəzakətli danışıq, eləcə də onu tamamlayan hərəkətlər də başqa normalar 
kimi  müəyyən  sistemə  malikdir.  Bura  nitqin  müraciət,  dinləmə,  sualvermə, 
söhbətəqoşulma,  suala  cavabvermə,  şad  və  bəd  xəbəri  çatdırma  və  s.  qaydaları 
kimi  komponentlər  daxildir.  Nəzakətli  nitq,  hərəkət,  davranış  mədəniyyətimizin 
çox  mühüm  amillərindəndir.  Bu  hərəkətlər  şəxsiyyətlərarası  münasibətlərin 
tənzimlənməsi,  nizamlanması  və  inkişafında  həmişə  mühüm  əhəmiyyət  kəsb 
etmiş,  insanların  mədəniyyətinin  və  mənəviyyatının  ümumi  səviyyəsi    haqqında 
təsəvvür yaratmışdır. 
Müstəqillik  qazandığımız,  adamların  öz  ana  dilində  ünsiyyət  saxladığı 
indiki  dövrdə  nəzakətli  danışıq  qaydalarına    əməl  etmək  xüsusilə  vacib  sayılır. 
Vətənimizi,  ölkəmizi,  xalqımızı  sivil,  mədəni  bir  ölkə,  xalq  kimi  dünyaya 
tanıtmaqda digər amillərlə yanaşı, mədəni danışığın, yüksək nitq mədəniyyətinin 
də  rolu  böyükdür.  Bu  baxımdan  respublikamızın  prezidenti  İ.Əliyevin  çıxışları, 
nitqləri hamıya  nümunədir. İ.Əliyev  cənabları   Avropa  Şurası Parlament  Assam-
bleyasının 2004-cü il yay sessiyasının iclasında çıxış  etdikdən sonra Şuranın sədri 
Piter  Şuder  dinlədiyi  nitqlə  bağlı  demişdi:  “Cənab  Prezident,  olduqca  gözəl 
çıxışınıza görə sağ olun. Assambleya və Avropa Şurasına ünvanladığınız nəzakətli 
sözlərə görə sağ olun”. 
Adamlar həmişə, hər yerdə mədəni ünsiyyətinə, nəzakətli danışığına görə 
təqdir olunmuş, müsahibinin (və ya müsahiblərinin) nəzakətli sözləri, ifadələri ilə 
“mükafatlandırılmışlar”. 
Nitqin  etik  qaydalarından  danışılarkən  bu  məsələ  ilə  bağlı  olan,  onu 
tamamlayan  nəzakətli  hərəkətlər  barəsində  də  bəhs  açmağa  ehtiyac  duyulur. 
Nəzakətli  hərəkət,  rəftar,  davranış  mənəviyyatımızın  çox  mühüm  komponent-
lərindən  biridir.  İctimai-mədəni  irsimizin  nəsildən-nəslə  keçən,  qorunub  saxla-
nılan  davranış  normaları,  ənənələri  şəxsiyyətlərarası  münasibətlərin  tənzim 
olunmasında,  nizamlanmasında  və  inkişafında  həmişə  mühüm  əhəmiyyət  kəsb 

 
211 
etmiş, korrekt davranış xalqın mənəviyyatının ümumi səviyyəsi haqqında təsəvvür 
yaratmışdır. 
İnsanlar  nəzakətli  hərəkətləri  görmüş  və  əxz  etmişlər.  Bu  hərəkətlərlə 
(böyük  gələndə  ayağa  durmaq,  nəqliyyatda  və  digər  yerlərdə  böyüyə,  uşağa, 
qadına yer vermək, danışanı axıracan dinləmək, ictimai yerlərdə - məclisdə, süfrə 
başında,  yığıncaqlarda    özünü  aparmağı  bacarmaq,  ağsaqqalların,  valideynlərin 
yolunu  gözləmək,  böyüyün  üzünə  ağ  olmamaq,  əlilə,  xəstəyə,  şikəstə  kömək 
etmək,  salam  vermək  və  salam  almaq,  böyük  olan  yerdə  siqaret  çəkməmək, 
yayılıb  oturmamaq  və  s.  hər kəs başqalarına hörmət  etdiyini  nümayiş  etdirməyə 
çalışır.  
Adamların şüurluluğu və mədəni səviyyəsinin   yüksəldilməsi, şəxsiyyət-
lərarası  münasibətlərin  inkişaf  etdirilməsi,  insanın  əhvali-ruhiyyəsi,  bunun  əmək 
fəaliyyətinə  təsiri  və  s.  kimi  məsələlər  daima  cəmiyyətin,  dövlətin  diqqət 
mərkəzində  olmuşdur.  Ölkə  prezidenti  İ.Əliyevin  “Azərbaycan  Respublikası 
Prezidenti  yanında  Vətəndaşlara    Xidmət  və  Sosial  İnformasiyalar  üzrə  Dövlət 
Agentliyinin  yaradılması  və  dövlət  orqanaları  tərəfindən  vətəndaşlara  göstərilən 
xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2012-ci il iyulun 13-də 
imzaladığı  sərəncamda göstərilən xidmətlərin daha keyfiyyətli həyata keçirilməsi,  
vətəndaşlara  münasibətdə    etik  qaydalara,  nəzakətli  davranışa  əməl  edilməsi, 
vətəndaş məmnunluğunun təmin olunması, dövlət orqanları əməkdaşları üçün etik 
kursların  təşkili,  vətəndaşları  qarşılama,  dinləmə,  izahetmə  bacarığının    yaradıl-
ması  və  təkmilləşdirilməsi    məqsədilə  treninqlərin  həyata    keçirilməsinin  təşkili 
kimi məsələlər mənəviyyatımızın bu sahəsinin inkişaf etdirilməsi baxımından son 
dərəcə    mühüm  əhəmiyyət  kəsb  edir.  “Doğrudan  da,  hamı    bir-biri  ilə  nəzakətlə 
dolansa,  bir-birinə  qayğıkeşlik  göstərib  başqalarının  suallarına  diqqətlə  cavab 
versə,  məmnuniyyətlə  bir-birinə  hörmət  və  kömək  etsə,  xəstələri  və  qocaları 
çətinliklərdən qurtarmağa çalışsa, təsəvvür edin ki, yaşayış nə qədər asan və gözəl 
olar” (40, 32). 

 
212 
Müraciət  formalarından  düzgün  istifadə  olunması.  Azərbaycan  nitq 
etiketində bir çox müraciət  formaları vardır ki, onlardan yerində və düzgün isti-
fadə nitq mədəniyyəti baxımından mühüm əhəmiyyət kəsb edir.  
İnsanlara  müraciət  məqsədilə  işlədilən  sözlər  –  xitablar  dinləyənin 
diqqətini  cəlb  etmək,   onu  çağırmaq,   nəyəsə  sövq  etmək, nədənsə    çəkindirmək 
və  s.  məqsədi  daşıyır.  Qohumluq  əlaqələrinə,  yaşa,  cinsə,  ictimai  mövqeyinə, 
vəzifəyə və sairəyə görə ümumiyyətin qəbul etdiyi sözlər (bunlara vokativ sözlər 
deyilir) müraciət olunanları razı salır, onları hərəkət etməyə, fəaliyyət göstərməyə 
sövq edir. İnsanlara edilən müraciət formaları müxtəlifdir, rəngarəngdir. Bunların 
bir  qismi  qohumluq  münasibətini  bildirən  adlardır.  Məsələn,  ana,  anacan,  atam 
balası, atacan, qardaş, bacı, baba, anam-bacım, bala, bacıqızı, bacıoğlu, qardaş, 
oğlum,  qızım,  gəlinbacı,  xalagəlini,  qardaşoğlu,  xala,  xalaoğlu,  qaqaş,  bibi, 
bibiqızı,  dayı,  dayıcan,  dayıoğlu,  dayıqızı,  əmi,  əmioğlu,  əmiqızı,  əmican, 
Nərgizcan  və  s.  Bu  cözlərlə  həm  qohumlara,  həm  də  yadlara  müraciət  olunur. 
Müraciət bildirən baş sözlərə “ay” vokativ sözü də əlavə olunur: ay dayı, ay bacı, 
ay qız, ay ana və s. Bu müraciət formalarının bir çoxu adlarla da işlənir. Məsələn, 
Səfər dayı, Həqiqət xala, İslam əmi, Sənəm bacı, Nadir əmi və s.  
Müraciət  bildirən  sözlərin  digər  qismi  şəxsin  cəmiyyətdəki  mövqeyi, 
vəzifəsi,  peşəsi,  milli  və  yaş  mənsubiyyətini,  insanların  qarşılıqlı  əlaqə  və 
münasibətini  ifadə  edir.  Müəllim,  həkim,  sürücü,  satıcı,  mühəndis,  biznesmen, 
fermer, direktor, dekan, müdir, professor və s. belə sözlərdəndir. “Müəllim” sözü 
ünsiyyətdə geniş şəkildə işlənən  müraciət formasıdır. Bu söz iki şəkildə işlədilir: 
həm  ayrı,  həm  də  xüsusi  vokativ  sözlə  -  adlarla.  Təlim-tərbiyə  ilə  məşğul  olan 
adama,  həm  də  rəsmiyyət  və  hörmət  əlaməti  olaraq  digər  sənət  sahiblərinə 
(müəssisənin  direktoru,  nazirliyin  işçiləri,  hökumət  rəhbərləri  və  başqalarına) 
müraciət  zamanı  müəllim  sözü  şəxs  adı  ilə  işlədilir  (məsələn,  Aslan  müəllim, 
Sərvər müəllim, Həsən müəllim və s.). Müəllim sözünün əvvəlinə cənab, yoldaĢ 
kimi sözləri artırıb, cənab müəllim, yoldaş müəllim də demək olar. Bütün  bunlarla 
bərabər  müəllim  sözü  öz  ilkin  “təlim  edən,  öyrədən”  anlayışından  uzaqlaş-
mamalıdır. 

 
213 
Yeri  gəlmişkən  qeyd  edək  ki,  “müəllim”  müraciət  formasından  bəzən 
uyğun olmayan məqamlarda, yersiz istifadə olunur, işindən, peşəsindən və s. asılı 
olmayaraq  istənilən  adama  bu  adla  müraciət  edilir.  Məsələn,  ANS-in  “İç  xəbər” 
verilişlərində  demək  olar  ki,  hamıya  “müəllim”  deyə  müraciət  olunur.Sərnişin  
qatarında bələdçi işləyən Səfər adlı bir nəfərin mənzil problemi ilə bağlı məsələsi 
müzakirəyə  çıxarılmışdı.  Aparıcı  “Səfər  müəllim”  deyə  dəfələrlə  ona  müraciət 
edirdi.  Belə  uyğunsuz  müraciət  həmin  sözün  ehtiva  etdiyi  mənaya,  məzmuna, 
şübhəsiz ki, xələl gətirir, tamaşaçını, dinləyicini narazı salır. 
Həkim,  sürücü,  satıcı  kimi  sözlər  həm  ayrılıqda,  həm  də  ümumi  vikativ 
sözlərlə  (yoldaş,  vətəndaş,  cənab)    işlənir:  yoldaş  həkim,  cənab  həkim,  yoldaş 
sürücü, vətəndaş Elxan və s. 
Nazir,  mühəndis,  fermer,  direktor,  dekan  kimi  adlar  təklikdə  müraciət 
forması  kimi  işlədilmir.  Onlara  cənab,  yoldaş
1
  sözlərindən  biri  əlavə  olunur: 
cənab mühəndis,  yoldaş direktor, cənab nazir, cənab dekan və s. “Rəis” ayrılıqda 
müraciət forması kimi işlənir. 
Bəzən  fikir  adamları  arasında  “ustad”  müraciət  formasından  da  istifadə 
olunur. 
Dinləyicilərə  edilən  müraciət  formasının  əvvəlinə  əziz,  əzizim,  hörmətli, 
möhtərəm  sözlərini  də  əlavə  etmək  olar.  Məsələn,  hörmətli  Qabil,  möhtərəm 
İsmayıl müəllim, əziz tələbələr, əziz dinləyicilər, hörmətli xanımlar və s.  
Ünsiyyət prosesində yaşca böyük adamlara, tanış olmayanlara (bəzən də 
qohum  və  tanışlara),  vəzifə  sahiblərinə,  qadınlara  və  başqalarına  “siz”  deyə 
müraciət  olunur.  Bu  hörmət  və  ehtiram  formasını  bəziləri  rus  etiketinin  təsiri 
sayırlar. Halbuki “hələ XI əsrdə M.Kaşğari yazırdı ki, türklər özlərindən yaşca və 
vəzifəcə  kiçiklərə  sən,  böyüklərə  siz  deyirlər  (“Divan”,  I  c.,  “Daşkənd”  nəşri, 
s.326).  Azərbaycan  yazılı  abidələrində  də  bu  diferensiallaşmanın  tarix  boyu 
mövcudluğunu  təsdiqləyən  faktlar  istənilən  qədərdir.  Ona  görə  də  müasir  Azər-
baycan  etiketində  “siz”  müraciət  formasının  işlənməsi  heç  bir  təsirin  nəticəsi 
                                                 
1
  “Yoldaş” sözü hazırda müraciət etiketləri sırasından çıxmaqdadır. Onun əvəzində vəzifəli şəxslərə “cənab” deyə 
müraciət olunur. 

 
214 
deyil,  əksinə,  tam  milli  xüsusiyyətdir”  (17,  166).  Yuxarıda  qeyd  etdiyimiz  
situasiyalarda  “sən”  deyə  müraciət  olunması  bütün  hallarda  adamlar  tərəfindən 
onlara  qarşı  hörmətsizlik  və  nəzakətsizlik  kimi  qiymətləndirilir.  Rus  nitq 
etiketində “siz” ehtiram forması o qədər əhəmiyyət kəsb edir ki, çox zaman “sən” 
deyə  müraciət  edənlərə  cavab  belə  verilmir.  Rəhbər  işçi  əməkdaşlarla  təmas 
zamanı  “siz”  müraciət  formasını  işlətməlidir.  Həmçinin  o,  qadın  işçilərinə  adını 
bilirsə  xanım  əlavə  etməklə  (məsələn,  Sona  xanım,  Ayna  xanım  və  s.),  bilmirsə 
elə sadəcə olaraq, “xanım” deyə müraciət etsə, qarşı tərəf razı qalar. 
Özündən  yaşlı  adamlara  (bir  qədər  ağsaqqal  sayılan  adamlara)  adı  ilə 
müraciət  etmək  qəbahət  sayılır.  İctimai  yerlərdə  aşna,  lələ,  ay  arvad,  a  gədə, 
qağa,  canciyər  və  s.  kimi  müraciət  formalarının  işlənməsi  başqalarına  hörmət-
sizlik  kimi  qiymətləndirilməlidir.  Məhəmməd  Peyğəmbərin  kəlamlarının  birində 
göstərilir:  “Kim  birisini  öz  adı  ilə  deyil,  onun  xoşlamadığı  bir  adla  çağırırsa, 
mələklər  ona  lənət  oxuyur”.  Yazıçı,  publisist  Həsən  Mehdiyev  öz  xatirələrində 
yazırdı  ki,  “...  müsahibim  mənə  “qəqəni”  deyə  müraciət  etdi.  Bu  sözün    rayon 
yerində gədə-güdəyə, əl altında qalana deyildiyini bilirdim. Söz məni yaman bərk 
tutdu. Bir mülahizəyə görə özümü saxladım. Müsahib bunu hiss etdi, məndən üzr 
istədi”  (“Musavat”,  15  may  2001).  Bu  həyati  misal    müraciət  formasının  
ünsiyyətdə, qarşılıqlı münasibətlərdə  nə qədər  əhəmiyyətli rol oynadığına əyani 
bir sübutdur. 
Müəllimlər şagird və tələbələrə adından başqa oğlum, qızım, bala, əzizim 
kimi sözlərlə də müraciət edə bilərlər. Valideynlər öz uşaqlarına müraciət edərkən 
gülüm, əzizim, gözümün işığı, quzum, oğlum, sonam, ceyranım, evimin  yaraşığı, 
maralım,  bülbülüm,  canım-ciyərim,  şəkərim,  evim-eşiyim,  dilbərim,  qurban 
olduğum, ömrüm-günüm, qurban kəsim, başına dönüm, qadanı alım, qoçaq balam 
və s. kimi oxşama və əzizləmə mənalı söz və ifadələri işlətsələr, daha yaxşı olar. 
Əzizləyici  can  ünsürünün  isimlərə  qoşulması  yolu  ilə  müraciət  bildirən 
sözlər yaranır: məs.: anacan, xalacan, nənəcan, Orxancan və s.  
Qadınlara və kişilərə müraciət zamanı rəsmiyyət və hörmət əlaməti olaraq 
xanım, bəy, ağalar, xanımlar sözləri də işlədilir. Bu sözlərdən iki formada istifadə 

 
215 
olunur: a) təklikdə, sadəcə olaraq xanım, bəy formasında; b) adlardan sonra. Məs.: 
Leyla  xanım,  Rəşad  bəy  və  s.    Adamların  tez-tez  işlətdikləri  ağsaqqal,  oğlum, 
qızım, eloğlu, elli, dədə, elqızı, bibi, nənə, qohum kimi müraciət formaları nəzakət 
və hörmət baxımından məqbul sayılır. 
Son  zamanlar  ağa,  bəy,  əfəndim  müraciət  formalarının  işlənməsinə  də 
təsadüf  edilir.  Ağa  müxtəlif  mənbələrdə  mülkədar,  bəy,  zadəgan,  sahib,  böyük 
qardaş,  əmi,  ata,  yaşlı,  savadlı  adamlara  müraciət  forması  olaraq  kişilərə  aid 
edilmişdir.  Bəzən  mədəni  ailələrdə  bacılardan  böyüyünə  “ağa  bacı”  deyə 
müraciət olunma halı da mövcuddur. Tarixən hökmdar, başçı, hakim,  böyüklük 
mənasını ifadə edən bəy sözü, titulu türk dillərində bek, bəy, biy, bey şəkillərində, 
əsasən,  hakim  təbəqəyə  müraciət    forması  kimi  işlənmişdir.  Hazırda  bəy  forma-
sından  məsləkdaşlar  bir-birinə  müraciət    məqsədlilə  (çox  geniş  yayılmasa  da) 
istifadə edirlər. Nitqdə hörmət əlaməti olaraq cənab, cənablarına, zati-aliləri kimi 
yeni  müraciət  formaları  da  işlənilir.  Məsələn,  cənab  Şeyx,  cənab  səfir,  cənab 
hakim və s.  
Qeyd:  Nitq  mədəniyyəti  məsələləri  ilə  məşğul  olan  görkəmli  dilçi  alim 
H.Həsənov  cənab  və  cənablarına  müraciət  formasını  ünsiyyət  üçün  yararlı 
saymır.  “Cənab  və  cənablarına  sözünün  müraciət  forması  kimi  işlədilməsi 
xalqımızın  milli  müraciət  və  ənənəsinə  zidddir.  Bu,  təqlidçilik,  modabazlıq 
təsiridir,  ənənəvi,  milli  müraciət  formalarını  unutdurur,  onlara  kölgə  salır, 
ünsiyyət  mədəniyyətini  özgələşdirir”.  Amma  nə  etmək  olar?  Həsrət  müəllimin 
özünün  etiraf  etdiyi  kimi  bu  müraciət  forması  artıq  dəbdədir.  Xüsusən  rəsmi 
məqamlarda (daha çox yazılı nitqdə) geniş şəkildə işlənilir.  
Müraciətlərdən,  xitablardan  televiziya,  radio  verilişlərində  də  istifadə 
olunur  ki,  tamaşaçının,  dinləyicinin  diqqətini  cəmləşdirmək,  verilən  informasi-
yaya, göstərilən təsvirə, hadisəyə diqqətli olmaq məqsədini daşıyır. Ən əsası odur 
ki,  bu  xitablar  xoş,  lirik,  ürəkaçan  bir  əhvali-ruhiyyə  yaratmaq,  səfərbəretmə, 
ruhlandırma, qürur və fəxr məzmunu bildirmək üçün ən zəruri nitq elementləridir. 
Onlardan bəzilərini nümunə kimi göstərək: əziz dostlar, əziz və hörmətli televiziya 
tamaşaçıları, hörmətli radio dinləyiciləri, əziz analar, bacılar və s.  

 
216 
Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin