Nadġr abdullayev


Atalar  sözü,  zərbi-məsəllər,  aforizmlər



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix24.05.2020
ölçüsü2,09 Mb.
#31516
1   ...   12   13   14   15   16   17   18   19   ...   22
Azf-277620


Atalar  sözü,  zərbi-məsəllər,  aforizmlər.  Xalq  zəkasının,  müdrikliyinin 
ümumiləşdirilmiş  bədii  ifadəsi  olan  atalar  sözü,  zərbi-məsəl  və  aforizmlərdən 
ünsiyyət  prosesində geniş istifadə olunur. Bu yığcam, müdrik, obrazlı ifadələr öz 
dərin mənaları ilə yanaşı, gözəl səslənməyə də  malikdir. Orada səslərin, xüsusən 
samit  səslərin    alliterasiyası,  saitlərin  assonansı  deyilişdə  ahəngdarlıq  yaradır  ki, 
bu  da  həmin  ifadələri  qulağayatımlı  edir,  ölçülü  nəzm  kimi  səslənməsinə  səbəb 
olur. Məsələn; uma-uma döndüm muma; asta vur, usta vur; kor-kor, gör-gör; qız 
yükü,  duz  yükü;  bala  dadı  bal  dadı;  pulu  pul,  minnəti  minnət və s.  Bu  qəbildən 
olan  atalar  sözü  və  məsəllər  nitqə  səslənmə  baxımından  xüsusi  effekt  verir, 
söylənilən fikri konkretləşdirir, onu daha mənalı edir. 
Natiqlik  praktikasında,  xüsusən  tərbiyəvi  mövzuda    aparılan  söhbətlərdə 
ibrətamiz  ifadələrdən  fikri  əsaslandırmaq,  dinləyəni  hər  hansı  bir  işin    icrasına 
sövq  etmək  və  ya  ondan  çəkindirmək,  düşündürmək,  deyilənləri  əsaslandırmaq, 
yekunlaşdırmaq  və  s.  məqsədlərlə  istifadə  olunur.  Düzgün,  yerinə  düşən  atalar 
sözü  və  məsəllər  söylənilən  fikrin,  bir  növ,  məntiqi  özəyi  olur.  Dinləyici  bu 
hikmətli  ifadələrin  köməkliyi  ilə  nə  vaxtsa  eşitdiyi  və  ya  oxuduğu  bir  əhvalatı 
xatırlaya  və bütövlükdə yaddaşında bərpa edə bilir. Adamlar bəzən hər hansı bir 
atalar sözünü əsas götürüb onun məzmununa uyğun mühakimələr söyləyirlər. Bu 
mənada atalar sözü, zərbi-məsəllər bir çox hallarda şagird və tələbə inşaları üçün 
mövzu  kimi  seçilir.  Məsələn;  Arzu  arzudan  doğur;  Torpaq  ovuclayan  qızıl 
ovuclayar; Dirilik birlikdədir; El sevəni aləm sevər; Vətənə gəldim, imana gəldim 
və s.  
Natiq  həyatın  müxtəlif  sahələrinə  aid  olan  bu  hikmətli  ifadələrdən 
nitqində yerində və məqsədəuyğun istifadə etməyi, onları mövzularla, izah olunan 
məsələlərlə uyğunlaşdırmağı bacarmalıdır. Atalar sözü və zərbi-məsəllər, aforizm-

 
174 
lər  yerində  deyiləndə  daha  təsirli  olur.  Gözəl  müəllim,  istedadlı  natiq  olan 
mərhum  yazıçımız  İ.Şıxlı  öz  danışığında,  mühazirələrində,  əsərlərində  xalqın 
yaratdığı bu zəngin ifadələrdən ustalıqla istifadə edirdi. Vətənin ağır günləri idi. 
Torpaqlarımız  bir-birinin  ardınca  işğal  olunurdu.  Belə  ağır  vaxtda  satqınlar, 
dönüklər  əl-qol  açmışdı,  meydan  sulayırdı.  Ermənilərdən  də  qorxulu  olan  belə-
lərini xalqa tanıtmaq lazım idi. Elə bu vaxt İ.Şıxlının dövrü mətbuatda kəsərli bir 
yazısı çap olundu. Yazıçı “sapı özümüzdən olan baltalar” məsəlini misal çəkərək 
satqınlar,  xainlərlə    bağlı  dolaşıq  fikirlərə  bir  aydınlıq  gətirdi.  Xalq  dost  və 
düşmənini tanıdı. Bu zərb-məsəl indi də yaramazları adlandırmaq üçün ən tutarlı 
ifadə kimi işlədilir. 
Gətirdiyimiz  nümunə  bir  daha  sübut  edir  ki,  hikmətli  ifadələr,  məsəllər, 
əhvalatlar  yerində,  vaxtında  deyiləndə  nitqi  zənginləşdirir,  onun  təsir  gücünü 
artırır. 
Ritorik  sual. Müasir Azərbaycan dilində sual cümləsinin elə bir forması 
işlədilir  ki,  bu  cümlələr  cavab  almaq  deyil,  nitqin  təsirini  artırmaq,  dinləyicini 
düşünməyə  sövq  etmək  məqsədi  daşıyır.  Bunlar  ritorik  sual  cümləsi  adlanır. 
Məsələn; 
                         Arzuya bax, sevgilim, tellərindən incəmi? 
                                                                          (M.Müşfiq) 
                                              Vətənim verdi mənə nanu-nəmək, 
                  Vətəni, məncə, unutmaq nə demək? 
                                                                   (A.Səhhət) 
Vətən və ana. Bu iki sözdən şirin və müqəddəs nə ola bilər? və s. 
Bu qəbildən olan sualların bir qismi (bədii suallar) dildə frazeoloji vahid 
kimi  sabitləşmişdir:  “Ağ  at  arpa  yeməz?”,  “Varlığa  nə  darlıq?”,  “Çay  nədir,  say 
nədir?”,  “Dəvəyə  çimdik  neylər?”  və  s.  Natiqlik  sənətində  bu  tipli  cümlələrdən 
dinləyicilərin diqqətini səfərbər etmək, müəyyən fikri qətiləşdirmək, məlum olanı 
bir  daha  təsdiqləmək  (məsələn,  Danışığında  qüsurlara  yol  verən    müəllim  öz 
şagirdlərini mədəni nitqə yiyələndirə bilərmi?; Özünə umac ova bilməyən, özgəyə 

 
175 
necə əriştə kəsə bilər? və s.) məqsədilə istifadə edilir. Mühazirəçi lazım bildikdə 
(sualın izahına ehtiyac duyulduqda) bu suallara özü cavab verə bilər. 
Nitqin  üslubi  rəngarəngliyinin  təmin  edilməsində  dilin  bədii  təsvir 
vasitələrinin  (metafora,  metonimiya,  sinekdoxa,  epitet,  müqayisə,  bənzətmə, 
mübaliğə,  tabu  sözlər  və  s.)  də  rolu  böyükdür.  Onlardan    bir  neçəsini  yığcam 
şəkildə şərh edirik.                                                                                      
METAFORA.  Metafora  yunan  sözü  olub  mənası  “məna  keçirilməsi” 
deməkdir.  Metafora  müxtəlif    əşyalar  arasında  əlaqə  -  (bənzətmə,  oxşarlıq, 
müqayisə) kimi dərk edib, onları eyni səs tərkibli sözlə adlandırmaqdır. Məsələn; 
canavarın  başlıca  xüsusiyyəti  güclü,  yırtıcı,  vəhşi,  dağıdıcı  olmasıdır.  Hər  hansı 
adamda  belə  xüsusiyyət  olarsa,  ona  “canavar”  deyilir  və  bu  sözlə  bağlı  dildə 
metafora yaranır. Yaxud, bic, hiyləgər adama “tülkü” deyilərsə, bu da metaforadır. 
Hal-hazırda  məşhur  səhnə  ustaları,  müğənni  və  başqalarının  “ulduz”  adlandırıl-
ması da metaforadır. Dilimizdə heyvan adlarından: pələng, aslan, canavar, tülkü, 
çaqqal,  ayı,  ilan,  qoyun,  quzu,  maral,  ceyran,  öküz,  eşşək,  qurbağa  və  s.;  quş 
adlarından  tərlan,  bülbül,  kəklik,  sona,  göyərçin,  bayquş;  həşərat  adlarından 
hörümçək, əqrəb və s. sözləri metaforik mənada işlənə bilir. Danışıq dilində insan-
lar  dəyərləndirilərkən  onlara  verilən  mənfi  və  müsbət  qiymətlər  müvafiq 
metaforalarla ifadə olunur. Müsbət xüsusiyyəti ifadə edəndə ceyran, maral, aslan, 
pələng, sona, bülbül, göyərçin,  mənfi xüsusiyyətləri göstərmək üçün tülkü, öküz, 
ilan, qurbağa və s. kimi metaforalar işlədilir. 
Metaforalar  əşya  və  hadisələrin  müəyyən  bənzəyiş  əlaqələri  əsasında 
yaranır. Dilçilik ədəbiyyatında bu oxşarlığın aşağıdakı formaları göstərilir: 
a)  zahiri  oxşarlıqla  əlaqədar  yaranan  metaforalar.  Bəzən  insana  aid 
cəhətlər adi oxşarlıq nəticəsində başqa əşyaların üzərinə keçirilir. Məsələn; qabın 
boğazı, ayaqqabının burnu, çayın qolu, südün üzü və s.  
b)  daxili  əlamətlərinə  görə  oxşarlıq  nəticəsində  əmələ  gələn  metaforalar. 
Məsələn; tülkü, maral, aslan, canavar, quzu, göyərçin, sona və s. Heyvan və quş 
adları insan üzərinə köçürüldükdə həmin sözlər metaforaya çevrilir. 

 
176 
c)  insana  və  ümumiyyətlə,  canlılara  məxsus  xassələr  əşyaların  üzərinə 
köçürüləndə metafora əmələ gəlir. Məsələn; ölüm gəzir, fikir doğur, işlər axsayır, 
ay doğur və s.  
Metafora,  adətən,  bədii  təsvir  vasitəsi  kimi  qiymətləndirilir  və  onun 
haqqında bu səpkidə  bəhs edilir. Eyni zamanda məcazın bu növündən emosional-
ekspressiv  xarakterli  nitqdə  təsirli  bir  vasitə  kimi    istifadə  olunur.  Qədim  Roma 
alimi  Kvinntilian metaforanı məcazın  ən yaxşı növü hesab etməklə onu “təbiətin 
vergisi”  kini  qiymətləndirmişdir:  “Metafora,  yaxud  məna  köçürməsi  nitqi 
gözəlləşdirməklə bərabər, adları olmayan əşyalara da ad verir” (22, s.16). 
Mədəni  nitqdə,  natiqlik  sənətində  metaforadan  istifadənin    əhəmiyyəti 
böyükdür. Natiq dərin və incə hissləri verə bilmək, dinləyicinin estetik zövqünü 
oxşamaq,  ona  qüvvətli  emosional  təsir  göstərmək  üçün  dilin  bu  ifadəlilik 
vasitəsini ustalıqla işlətməyi bacarmalıdır. 
METONİMİYA.  Daxili  və  xarici  əlaqələr  əsasında  mənanın  bir  sözdən 
başqa sözə keçirilməsi metonimiya adlanır. Məsələn, qabın içindəki əvəzinə qab 
sözü (Bir qab yedim);  əsər əvəzinə əsərin  müəllifinin adı (məs.; Mən Vurğunu 
əzbər bilirəm); adamlar əvəzinə məkan (kənd, məktəb, ölkə və s.) sözlər. (məs.; 
Kənd  yuxudan  yenicə  oyanırdı.    Məktəb  yarışda  birinci  yerə  çıxdı.  Bütün  ölkə 
ayağa qalxdı) və s. işlədilir. 
Metonimiyanın  metaforadan  fərqi  odur  ki,  birincidə  sözlərin  bənzərlik 
əlaqəsi,  sonuncuda  isə  semantik  tutumu  əsas  götürülür.  Metonimiya  dilin 
ifadəlilik imkanlarını artırır. 
SİNEKDOXA. Məcazın bu növündə eyni söz həm bütöv, həm də bütövün 
hissələrini bildirir. Sineqdoxanın daha geniş yayılmış forması sözün cəm əvəzinə 
təkdə    işlənməsidir.  Məsələn;  Tələbənin  (tələbələrin)  vəzifəsi  yaxşı  oxumaqdır. 
Kiçik  (kiçiklər)  böyüyün  (böyüklərin)  yanında  danışmaz;  İxtisasını  yaxşı  biləni 
(bilənləri) işə qəbul edirlər və s. Sinekdoxanın bir növündə şəxsi bildirmək üçün 
bədən üzvləri və ya paltar adı işlənir. Məs.: ağsaqqal, keçəl, ağbirçək, sarıköynək, 
çalpapaq, qırmızıpapaq və s. 

 
177 
Məcazi  mənası  sabitləşən  bu  sinekdoxalar  dildə  müstəqil  leksik  vahid 
kimi işlədilir. 
EPİTET.  Epitet  məcazi  mənada  işlənən  obrazlı,  bədii  təyindir.  Bu  söz 
yunanca  epithos  sözündən  olub  mənası  “əlavə”  deməkdir.  Burada  əşya  və 
hadisələrə məxsus əlamət oxşar olan başqa bir əşya və hadisəyə əlavə edilir. Məs.: 
çılpaq  ləpələr,  qoca  dünya,  qara  gözlü  gecə,  ala  gözlü  gündüzlər,  durna  gözlü 
bulaqlar, şən ləpələr, saqqallı uşaq, ipək telli, durna ğözlü, nazlı bahar, göy gözlü 
dəniz, şən ləpələr, yorğun bulud, mərmər sinə, xəncər kirpik və s.  
“Şimali Midiyanın lətif təbiəti bağçaların boyuna biçdiyi yaşıl və çiçəkli 
donu tikib bitirmək üzrə idi. Kəpəz dağından əsən külək fəzada nazlanan buludları 
Xanəgah  kəndinin  meşələrinə  doğru  sürdüyü  zaman  şam  ağacları  da  ağır-ağır 
başlarını  əyirdi.  Yağış  bir  saat  əvvəl  dayanmış,  buludların  suvardığı  çöllər, 
meşələr,  bağ-bağçalar  gülürdü.  Yasəmənlər  dağınıq  saçlarını  yaşıl  budaqların 
üstünə  sərib  qurudur,  xanəndə  bülbüllər  qızıl  gülün  yanağından  tərləri  silmək 
üçün  gül  budaqlarını  tərpədir,  lalələr  isə  piyaləsinin  qaldırıb  bahar  cəmiyyətinin  
şərəfinə içmək istəyirdi. Nərgizgülü şadlığından yaşlanmış gözlərini silərək bahar 
səhnəsinə  tamaşa  edir,  bənövşələr  başını  çiyinlərinə  qoyub  düşünür,  bəstəkar 
kəkliklər  isə  meşə  səyahətinə  çıxan  gənc  bir  şairi  qarşılamaq  üçün  salam 
musiqisini  çalırdı”  (M.S.Ordubadi).  Bu  nümunədəki  ifadəlilik,  ekspressivlik 
epitetlərin (eləcə də digər məcazların) vasitəsilə verilmişdir.  
Epitetlər  qüvvətli  bədii  təsvir  vasitələrindəndir.  Onlar  bədii  üslubun  hər 
hansı  bir  janrında  işlənərək  müxtəlif  xarakterli  əşya  və  hadisələrin  səciyyə-
ləndirilməsinə xidmət edir. Məsələn,  
 
Hər səhər, hər axşam, hər axşam, hər səhər 
Çox zaman sərsəri küləklər bixəbər 
Bir yığın dost kimi qapını döyərlər 
Küləklər, küləklər, bəstəkar küləklər 
Dünyanı dolaşan bəxtiyar küləklər. 
 

 
178 
M.Müşfiq  bu  misralarda  mənalı  və  təsirli  epitetlərin  köməyi  ilə  (sərsəri 
küləklər,  bixəbər  dost,  bəstəkar  küləklər,  bəxtiyar  küləklər)  bu  təbiət  hadisəsini, 
onun  xüsusiyyətlərini  obrazlı  şəkildə  səciyyələndirir,  küləklər  haqda  təəssüratı 
gücləndirir. 
 
MORFOLOGIYANIN ÜSLUBLA 
 BAĞLI MƏSƏLƏLƏRĠ 
 
Nitq hissələri dilimizin üslubi cəhətdən zənginləşməsində geniş imkanlara 
malikdir.  Onlar  cümlədə  həm  öz  morfoloji  funksiyasını  yerinə  yetirir,  həm  də 
nitqin  aydınlığını,  yığcamlığını,  səlisliyini,  təsirliliyini  təmin  edir.  Bu  baxımdan 
ismin  imkanları  daha  genişdir.  Bu  nitq  hissəsinin  yaratdığı  üslubi  çalarlıq  onun 
leksik  məna  növləri,  mənsubiyyət,  hal,  kəmiyyət,  xəbərlik  kateqoriyaları  üzrə 
dəyişməsində  özünü  göstərir.  Məsələn,  ismin  xəbərlik  kateqoriyasına  məxsus 
şəkilçinin ixtisarı nitqin həm yazılı, həm də şifahi formasında ahəngdarlıq yaradır, 
ağırlığı aradan qaldırır, onu qulağayatımlı edir. Məs.;  
 
Ata gözdür, oğul göz işığı.  
                                    (S.R.) 
Biz nəyik? 
İldırım! 
Torpaq! 
Su! 
Külək! 
Əsər yer üzünün nəsimi kimi.  
                                            (X.R.) 
 
İsmin çıxışlıq halı öz morfoloji əlıaməti ilə yanaşı,  nəticə məzmununu da 
ifalı edir: Səhərdən-axşama kimi bu taxtabəndlərin qabağında sağa-sola gəzişən, 

 
179 
gücü  çatan  işdən  can-başla  yapışan  bu  kimsəsiz  qadının  dərddən,  kədərdən 
saçları ağappaq ağarmışdı (Ə.V.).  
Eyni məzmun müxtəlif hallarla ifadə oluna bilir: Söhbət atamdan gedirdi. 
Söhbət atam barəsində idi. Söhbət atama aid idi. 
Nitqdə  yığcamlığı  yaratmaq  məqsədilə  sahib  əşyanı  bildirən  söz  (yiyəlik 
halında işlənən söz) ixtisara düşür, mənsubiyyət şəkilçili söz həm də sahib şəxsi 
əvəz edir: 
  Bu dil ağızımda anamın südü kimidir (G.Kamal). 
 
Eli tutub səsin yenə, 
A bəxtəvər ana bülbül!  
Bağçalıqdan kəsilməyir 
Xoş cəh-cəhin, sona bülbül. 
                                      (R.R.) 
 
Sifətin  üslubi  imkanları  digər  nitq  hissələri  ilə  müqayisədə  genişdir.  Bu 
nitq hissəsinə məxsus sözlər müxtəlif üslubi məqamlarla işlənərək nitqdə dəqiqlik, 
düzgünlük, ahəngdarlıq yaradır, həm də onu yığcam, obrazlı, təsirli edir. Bu işdə 
sinonim  sifətlərin  rolu  daha  böyükdür. Sinonim  cərgəni  təşkil edən  sifətlərin  hər 
birinin  nitqdə  işlənmə  məqamı  vardır  ki,  həmin  məqamda  hər  hansı  bir  sifət 
cərgədəki  digər  sifətlərə  nisbətən  fikrin  məzmununun  daha  aydın,  daha  dəqiq 
ifadə olunması, təsirinin artması baxımından yararlı sayılır. Məs.: zərif-xəfif, incə-
lətif; gözəl-göyçək-yaraşıqlı; bəd-pis-uğursuz və s.  
Sifətlər  məcazi  mənada  işləndikdə  üslubi  effekt  yaradır.  Məs.:  Ah,  zalım 
dünya  –  deyib  ah  çəkdi  (İ.Ə.);  Məşədi  yığıncaqdan  çıxarkən  köhnə  dostu  ilə 
görüşmək, onun əlini sıxmaq, ona təşəkkürünü bildirmək istəyirdi (M.N.). 
Sifətin  dərəcələri  nitqdə  üslubi  çalarlıq  yaratmaq  baxımından  zəngin 
imkanlara  malikdir.  Məs.:  çoxaltma  dərəcəsi  qrammatik  əlamətlərindən    əlavə 
başqa vasitələrlə - məsələn, aydan arı, sudan duru, lalədən də qırmızı; süddən ağ, 

 
180 
dağdan ağır  (kişi), qan kimi qıpqırmızı və s. sözlərlə, ifadələrlə işləndikdə daha 
təsirli üslubi effekt yaranır. 
Yaz yağışı tək dumduru, ana südü tək bakirə, tərtəmiz idi (M.S.O.).  
Əvəzliklərin məqsədəuyğun işlədilməsi də nitqdə üslubi çalarlıq yaradır. 
Nitqdə, adətən, üçüncü növ  təyini söz birləşməsindəki yiyəlik halda şəxs əvəzliyi 
ilə ifadə olunub sahiblik anlayışı bildirən birinci tərəf işlənmir: 
 
Sənsən ucalığım, sənsən qürurum, 
Mənim ayrılığım, görüşüm də sən. 
Gecədən süzülən ağappaq nurum, 
Gündüzdən boylanan günəşim də sən.  
                                                    (N.X.) 
 
QayıdıĢ  Ģəxs  əvəzliyi  ilə  ifadə  olunan  III  növ  təyini  söz  birləşməsində 
ikinci tərəf yiyəlik və ya adlıq halında olan şəxs əvəzliyi ilə işlənə, həm də həmin 
məzmunu tək ifadə edə bilir. 
Özünüz  söylədiniz  ki,  biz  qohumuq,  demək,  qohumlar  hər  şeyi 
üstələmişlər (M.İ.). 
Qoymaram, hər şeyi özüm düzəldəcəyəm (İ.Ş.). 
III  növ  təyini  söz  birləşməsində  hər  iki  tərəfin  işlənməsi,  yəni  birinci 
tərəfin  –  şəxs  əvəzliyinin    ixtisar  olunmaması,  məntiqi  vurğunun  tələbindən  irəli 
gəlib diqqətin məhz bu istiqamətdə yönəldilməsi ilə bağlı olur.  
Qoy bu sualların cavabını sənin anan versin (Y.H.) 
 
Öz əlimlə inci kimi sapa düzdüm 
Aylarını, illərini əbədiyyətin. 
                                                                    (S.V.) 
III növ təyini söz birləşməsində qayıdış əvəzliyi şəxs əvəzliyi ilə birlikdə 
işləndikdə, həmin əvəzlik (qayıdış əvəzliyi) üslubi effekt yaradır,  özündən əvvəl 
işlənən şəxs əvəzliyini daha çox nəzərə çarpdırmağa xidmət edir. 

 
181 
Gərək işimizi elə quraq ki, biz özümüz də vaxtlı-vaxtında “təmir” olunaq 
(Ə.M.). İnsanı başa düşəcək yeganə adam onun özüdür (E.).  
Şəxs  əvəzliyi  ikinci  şəxsin  təki  əvəzinə  cəminin  işlədilməsi  də  üslubi 
məqsəd daşıyır. 
“Müəllim,  mənim  sənə  böyük  hörmətim  var”    cümləsini  “Müəllim, 
mənim Sizə böyük hörmətim var” şəklində işlədilməsi üslubi tələbdən irəli gəlir. 
Fel  ilə    bağlı  bir  sıra  üslubi  məqamlar  da  vardır  ki,  nitq  praktikasında 
natiq  bu  incəliklərdən  yararlanmağı  bacarmalıdır.  Məs.;  felin  zamanları 
qrammatik  mənaları  ilə  yanaşı,  bəzən  üslubi  məqamlara  da  xidmət  edə  bilir.  Bu 
özünü  bir  zaman  formasının  başqa  zaman  forması  yerində  işlənməsi  şəklində 
göstərir. Məsələn, keçmiş zamanda olmuş hal-hərəkət qeyri-qəti gələcək zamana 
məxsus forma ilə verilir. 
Bir  gün  kişi  ova  çıxar,  orda  at  səksənər,  tərlan  havaya  qalxar,  kişinin 
ayağı  üzəngidə  qalar  (S.R.).  Yaxud  keçmiş  zamandakı  hal  və  hərəkət  indiki 
zamanı formasında ifadə olunur. 
Həmin  qış  gecəsi  Əbdül  qalın  yorğanının  altında  yatmaq  istəyir,  amma 
yata bilmir (E.). 
 Bəzən  icrası  gələcək  zamanda  yerinə  yetiriləcək  iş,  hal,  hərəkət  indiki 
zaman forması ilə işlədilir. 
Sərvər  -  Və  onun  əvəzində  qulluqçu  Sənəmi  alıram,  yazdınmı?! 
(Ü.Hacıbəyli). 
Felin şəxs şəkilçilərinin də müəyyən üslubi imkanları vardırş. Məsələn, I 
şəxsə aid hərəkət ikinci şəxsin təki formasında verilir.  
Mən nə edə bilərəm, əlbəttə, daha yaxşı oxumaq üçün gərək yataqxanada 
qalasan, həm vaxtın olsun, həm də yorulmayasan (Ş.Q.). 
Köməkçi  nitq  hissələrinin  –  qoşma,  bağlayıcı,  ədat  və  modal  sözlərin 
fikirdəki  incə  çalarların  ifadə  edilməsində,  ekspressivliyin  yaradılmasında 
müəyyən  üslubi  xüsusiyyətləri  vardır  ki,  natiqlik  sənətində  bunlara  diqqət 
yetirilməlidir.  Bu  baxımdan    qoşmaların  müəyyən  üslubi  çalarlıq  yaratmaq 
xüsusiyyətləri  daha  çox  nəzərə  çarpır.  Ayrı-ayrı  qruplar  üzrə  təsnif  olunan 

 
182 
qoşmaların  bir  çoxu həmin  təsnifatda  nəzərdə tutulmuş  mənalarla  yanaşı, nitqdə 
əlavə çalarlıq da yarada bilir. Məsələn, 
 Qədər qoşması: 
1.  Zaman hüdudu mənasını yaradır, 
Gecə yarsına qədər külək daha da gücləndi (G.H.) 
Tahir onu axıra qədər danışmağa qoymadı (M.H.) 
2.  Məkan hüdudu mənasını ifadə edir. 
Qızın  əynində  tünd-qırmızı  maldan  qolları  dirsəyə  qədər  don  var  idi 
(İ.Ə.); Qafar dayı onları darvazaya qədər yola salıb geri qayıtdı (M.H.). 
3.  Müqayisə mənasını yaradır.  
Mən hələ indiyə kimi o qədər güclü, məlahətli bir səs eşitməmişəm (İ.Ə.). 
Kimi qoşması 
1.  Məsafə məhdudluğunu göstərir: 
Qaraca qız Piri kişini bağın qapısına kimi ötürüb qayıtdı (S.S.A.). 
2.  Zaman məhdudiyyəti mənasını ifadə edir: 
Gülənbər həmin günün gecəsi səhərə kimi anasının yanında qaldı (Ə.M.). 
3.  Müqayisə mənasını daşıyır: 
Sazın sədaları dərələrdən sel kimi, təpələrdən yel kimi keçib ellərə yayıldı 
(F.E.);  Taxıl zəmiləri dəniz kimi dalğalanırdı (M.Ə.).  
Digər  qoşmalar  da  mətndə  məqsəddən  asılı  olaraq,  bir  çox  məqamlarda 
işlənib məna çalarları yarada bilir.  
Sözlərin  və  cümlələrin  mənasını  qüvvətləndirən  bir  nitq  hissəsi  kimi 
ədatların  da  nitqin  (xüsusən  şifahi  nitqin)  aydınlığı,  emosionallığı,  mənanın 
nəzərə  çarpdırılması  və  s.  baxımından  rolu  böyükdür.    “Ədatlar  nitqdə  ayrı-ayrı 
sözlərə,  söz  birləşmələrinə  və  bütün  cümləyə  müxtəlif  məna  çalarlıqları  verir: 
ifadənin  səlisləşməsinə,  fikrin  məntiqi  qurulmasına  kömək  edir.  Ədatlar  aid 
olduğu sözə və cümləyə dinləyicilərin diqqətini yönəldir, onların üzərinə məntiqi 
vurğu düşməsinə səbəb olur” (45, 449). 

 
183 
Ədatların  üslubi  imkanı  o  qədər  genişdir  ki,  hər  hansı  bir  ədat  mətndə 
müxtəlif  məna  çalarları  yarada  bilir.  Məsələn,  qüvvətləndirici  ki  ədatı  aşağıdakı 
mənaları yaradır. 
1.  Təkid mənası: 
                        Mən ki görməmişəm sevgini susan
                        Məhəbbət zirvədə bəslənən qarmış (N.K.) 
2.  Sual, təəccüb mənası: 
                         Ay bala, bir yerin ağrımır ki? (M.Cəlal) 
                         Bəs burada heç kəs yoxdur ki? (S.R.) 
3.  Hədələmə mənası: 
                              Görərik, səni elə tora salım ki... 
4.  Fikrin təsdiqi mənası: 
                             O ki, yaxşı adamdır, usta! (M.Cəlal) 
5. Təəssüf mənası: 
Namaz bura gələndə qiyamət qopmaz ki (Ə.Haqverdiyev). 
6. Sevinc, diqqət və s. emosional mənası:  
Ohoo, bəy dəstəsi ilə bizə  təşrif gətirir ki? (M.İ.) 
Axı ədatı. 
Axı  ədatı  sual  məzmununu  gücləndirməklə  bir  neçə  mənada  işlənərək 
üslubi çalarlıq yaradır. 
1.  Sual məqamında:  
Axı bizim nə günahımız var? (M.H.) 
2.  Etiraz, narazılıq məqamında: 
Bir də axı sən dediyin sözlər bizim işimiz deyil (M.Cəlal). 
3.  Təəssüf məqamında: 
Ay camaat, dəftərxanada qalan var axı! (M.Cəlal). 
4.  Məzəmmət, nəsihət, məsləhət məqamında: 
Axı sən dünyagörüşlü adamsan (S.R.). 
5.  Xəbərdarlıq məqamında: 
Axı necə olursa-olsun düşmən yenə düşməndir (Y.S.). 

 
184 
Axı mən tək gəlməmişəm. 
6.  Xahiş-yalvarma məqamında: 
Axı mən iş adamıyam (S.R.). 
Danışanın  (yazanın)  ifadə  olunan  fikrə  və  obyektiv  varlığa  münasibətini 
bildirən modal sözlər  də nitqə müxtəlif məna çalarları (inamsızlıq, razılıq, nara-
zılıq, təəssüf, şübhə, təəccüb, tərəddüd, kinayə və s.) verir, onun emosionallığını, 
ekspressivliyini artırır, fikrin ifadəsində yığcamlığı təmin edir. 
Deyilənlərə  görə,  o  türbədə  müqəddəs  bir  adam  basdırılmışdı  (İ.Ş.); 
Deyəsən,  uzaqdan  qaraltılar  görünür  (M.S.O.);  Doğrusu,  bu  sözləri  deyəndə 
rəhmətlik atamı xatırlayıram (M.H.); Zənnimcə, siz təqsirkarsınız (İ.Ş.); Nəhayət, 
o nisbətən yüngülləşdi, həyəcanı, narahatlığı azaldı (V.B.). 
Sintaksisin üslubi  ilə bağlı məsələlər 
Dilin  üsluibiyyatla  bağlı  olan  bölmələrindən  biri  də  sintaksisdir.  Elə  bir 
sintaktik vahid, quruluş yoxdur ki, nitqin üslubca zənginləşməsində bu və ya digər 
dərəcədə  iştirak  etməsin.  Bu  baxımdan  sadə  cümlənin  məqsəd  və  intonasiyaya 
görə növlərinin imkanları genişdir. Onlardan sual cümləsi nitqdə daha çox məna 
çalarları  kəsb  edir.  Məlumdur  ki,  sual  cümlələrindən  naməlum  bir  şey,  hadisə 
haqda nəyi isə öyrənmək və ya fikrin doğruluğunu müəyyənləşdirmək məqsədilə 
istifadə olunur: 
Yavrum, quzum, adın nədir? 
Gülbahar. 
Söylə sənin atan, anan varmı? 
Var.  (H.C.) 
Sual cümlələri məqsəddən asılı olaraq digər bir sıra mənalarda da işlənir 
ki,  bunlar  nitqə  rəngarənglik  gətirir,  onun  emosionallığını,  ekspressivliyini, 
ahəngdarlığını artırır, nitqi zənginləşdirir. Bu cümlələr  intizar, təəccüb, narazılıq, 
nigarançılıq  və s.  mənaları da  ifadə  edir. Məsələn; Yoxsa onların  başında  bir iş 
var?  (F.K.)  (intizar,  nigarançılıq);  Necə?  Mən  inqilabi  sayıqlığımı  itirmişəm? 
Kimsəyə  gərək  olmamaq?!  Sən  heç  bilirsən  bu  nə  deməkdir?  (B.V.)  (təəccüb, 
etiraz);  Zəhləsini  niyə  tökdün,  nə  istəyirdin  ondan?  (V.B.)  (etiraz);  Nə  istəyirsən 

 
185 
məndən?  Mən    acından  günorta  dururam,  qızıl  var  məndə,  ay  naxələf  oğlu 
naxələf?!  (E)  (narazılıq);  Al,  gör  bu  necədir?  (C.B.)  (təhrik);  Niyə  məni 
aldadırsan? (C.Ə.) (məzəmmət). 
Sual  cümlələri  ədatlarla  işləndikdə  burada  müxtəlif  məna  çalarlığı  ifadə 
olunur: 
Mənim  qəlbim  deyir  ki,  Hələ  bunlar  nədir  ki  (M.M.).  Axı  sənə  yazığım 
gəlir? (İ.Ş.);  

Bəs atan yoxdur? 

Həm var, həm də yoxdur, müəllim (Ə.H.) 
Modal sözlər də suala qətilik, şübhə, ehtimal, güman və s. kimi emosional 
çalarlıq verir. 
Deyəsən, sənin arzuladığın vaxt gəlib çatmışdı (P.M.); Yaxşı, bəs sənə nə 
düşüb bu cür canfəşanlıq edirsən? (A.); Doğrudan da, işin var sənin? (E.). 
Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin