Sualvermə, söhbətəqoĢulma. İctimai yerlərdə natiqə, ya da hər hansı bir
adama söylənilən fikirlə bağlı veriləcək suallar münasiblik, lazımlıq, aidlik və s.
baxımından ölçülüb-biçilməli, götür-qoy edilməlidir. Bəsit suallar onun sahibinin
səviyyəsinin, dünyagörüşünün, bilik və məlumatının səthiliyini büruzə verir. Sualı
yenidən başqa cür təkrar etmək, deyilmiş və hamıya aydın olan məsələ barədə
sual vermək, mətləblə heç bir əlaqəsi olmayan bir şeyi soruşmaq məsləhət
görülmür. Rəsmi yerlərdə, verilişlərdə ənənəvi, bir növ qəliblənmuiş , çeynənmiş
suallar da dinləyiciləri təmin etmir. Televiziya verilişlərindəki söhbətlərin birində
aparıcı müsahibinə belə suallar verirdi: “Eldar müəllim, olduğunuz kimi olmaq
istəyirsiniz, yoxsa göründüyünüz kimi?”; “Siz nədən sevinir, nədən kədərlənir-
siniz?”; “Dördüncü babanızın adını bilirsinizmi?”; “Eldar müəllim, yüksəklikdən
qorxmursunuz ki?” və s. Bu cür məntiqsiz və mənasız suallara radio və televiziya
verilişlərində tez-tez təsadüf olunur.
Şübhəsiz ki, suallar (xüsusilə rəsmi yerlərdə, geniş auditoriyalarda, radio
və televiziya verilişlərində qoyulan suallar) ölçülüb-biçilməli, onların əhatəli,
düşündürücü, məntiqli, maraqlı olmasına diqqət yetirilməlidir.
Sualların verılməsində nəzakət qaydaları gözlənilməlidir. Məhəmməd
Peyğəmbərin kəlamlarından birində bu münasibətlə deyilir: “Qarşımızdakıların
söhbətlərini diqqət və ciddiyyətlə dinləməliyik.. əgər bir toplantıda olduqda
mövzunu düzgün və yaxşı anlamamışıqsa, qəlbə dəyməyən suallar verərək daha
çox izah edilməsini rica etməliyik”.
Hər hansı bir məsələni araşdırmaq, öyrənmək, müsahibi söhbətə, dialoqa
cəlb etmək məqsədilə belə ifadələri işlətmək daha münqasib olar: Zəhmət
olmazsa, deyin görüm; Zəhmət olmazsa, başa salın; Deyə bilməzsiniz ki... Sizin
fikrinizi bilmək olar?; Sizə zəhmət vermək istəyirəm; Sizə bir sual vermək olar?
və s. Suala cavab aldıqdan sonra müsahibə razılıq əlaməti olaraq belə ifadələr
işlədilə bilər: “Danışığınızdan məmnun oldum”. Çox sağ olun; Sizdən razı
qaldım; Təşəkkürümü bildirirəm; Minnətdaram və s. kimi ifadələr işlədilməlidir.
Söhbət, məlumat, mühazirə və s. müsahibi qənaətləndirmirsə, qarşı tərəfə
belə ifadələrlə müraciət etmək olar: Fikriniz aydın olmadı, xahiş edirəm, bir də
217
təkrar edin; Zəhmət olmasa, nümunə göstərin; Bu məsələyə sizin şəxsi
münasibətiniz necədir? Siz buna əminsinizmi?; Düşünmək lazımdır; Mən ayrı
yolu seçərdim; Siz bu təklifə necə baxırsınız?; Siz yəqin ki, bu barədə
maraqlanırsınız; Siz belə fikirləşmirsiniz ki?... Danışan sözünün axırında
dinləyicilərə razılıq əlaməti olaraq belə ifadələrdən istifadə edə bilər: “Diqqətinizə
görə təşəkkür edirəm”; “Sizi yordum, vaxtınızı aldım” və s.
Suallar xüsusi nəzakət və razılıqla qəbul edilməlidir. Bu, natiqin,
müəllimin, suala cavab verən digər şəxsin mimikasında əks olunmalıdır. Verilən
suala dərhal münasibət bildirilməlidir: “Sual yerində verilmişdir”. “Yaxşı sualdır”.
“Mən bu sualı gözləyirdim”. “Düşünülmüş sualdır” və s.
Sual bəsit və məsələyə dəxli olmayanda və ya düzgün qurulmadıqda: “Bu
nə sualdır?”. “Hələ sən onu da bilmirsən?”. “Belə də sual olar?”. “Vaxtımızı
alırsan”. “Sual verəndə yaxşı-yaxşı fikirləşmək lazımdır. “Mane olmayın, imkan
verin işləyək”. “Səni heç cür başa sala bilmərəm” kimi ifadələr işlətmək məsləhət
deyildir. Bunun əvəzində “Gərək bu sualı belə qoyaydın”. “Bəlkə, soruşmaq
istəyirsən?...”. “Bu sualı başqa şəkildə də vermək olar” və s. kimi ifadələrlə natiq
qüsurlu və ya düzgün qoyulmayan suallara müəyyən təshihlər aparmalı, sonra
onlara cavab verməlidir.
Fikrin istənilən səviyyədə çatıb-çatmadığını müəyyənləşdirmək məqsədilə
belə suallar verilə bilər. “Fikrimizi izah edə bildimmi?”. “Mənimlə razısanmı?”.
“Bu barədə siz nə deyə bilərsiniz?”. “Deyəsən, fikrimi sizə çatdıra bilmədim?” və
s. Ünsiyyət prosesində dinləyici hər hansı bir səbəbdən (başa düşmədiyini
soruşmaq, nəyisə əlavə etmək, məsələyə münasibət bildirmək və s.) söhbətə
qoşulmalı, müsahibinin danışığını kəsməli olur. Belə müdaxilə münasib
məqamlarda, həm də müəyyən nəzakət dairəsincə edilməli, “Bağışlayın”, “Üzr
istəyirəm”, “Sözünün arasında əzizlərin dursun”, “Sözünü oğlunun toyunda
kəsim” və s. kimi ifadələrlə söhbətə müdaxilə edən üzrxahlığını bildirməlidir.
Cavabvermə
İctimai yerlərdə, geniş auditoriyalarda natiqə, çıxış edən digərlərinə
ünvanlanan suallar diqqətlə dinlənilməli, sualın müqabilində “Sizi başa düşdüm”,
218
“Sualınız mənə aydındır”, “Aydındır”, “Çalışaram, məsələyə aydınlıq gətirəm”,
“Sualınıza görə təşəkkür edirəm”, “Bu çox yaxşı və gərəkli sualdır”, “Çox yerində
verilən bir sualdır” və s. kimi nəzakətli ifadələr işlədilməlidir. Cavabdan sonra
qarşı tərəfin razı qalıb-qalmaması soruşulsa daha yaxşı olar. Bu məqsədlə belə
ifadələr işlədilə bilər: “Razı qaldınızmı?”, “Cavabım sizi qane etdimi?”,
“Deyilənlərə etirazınız yoxdur ki?”, “Sizi razı sala bildimmi?”, “Deyilənlərlə
razısınızmı?”, “Razılaşmırınızsa nə üçün?”, “Bunu nə ilə izah edə bilərsiniz?”
və s.
Cavab verilərkən bəzən etik normalardan uzaqlaşma halları da olur. Tək-
tək olsa da kobud sözlər və ifadələr işlədilir: “Səni başa salmaq çətindir”,
“Vaxtımı alırsan”, “Ürəyimi çəkirsən”, “Sən belə şeyləri başa düşməzsən” və s.
Verilən sualın əvəzində “Zəhləmi tökmə”, “Başımı ağrıtma”, “Açıl başımdan”,
“Mane olma”, “Vaxtımı alma” və s. kimi ifadələri işlədən adamlara, xüsusən
müəllim və valideynlərə heç bir halda bəraət qazandırmaq olmaz. Cavab vermək
bacarığı insanın əsas keyfiyyətlərindən biridir. Cavab verən təkcə bilik və
məlumatını deyil, eyni zamanda, öz mədəni səviyyəsini də nümayiş etdirir.
Danışan söhbət boyu dinləyicilərin istək və arzularını gözlərindən oxumalı,
cavabları səmimiyyətlə qəbul etməli, bu zaman ifrat tərifə və ya məzəmmətə yol
verməməlidir. Natiq suallara aydın, lakonik və müvafiq emosional çalarda cavab
verməyi bacarmalıdır. İstər böyüklər, istərsə də kiçiklər cavablarda nəzakətli
sözlər, ifadələr eşitdikdə, müəyyən ölçüdə nəvaziş hiss etdikdə razı qalır,
məmnunluq duyurlar.
Nitqi dinləmə bacarığına yiyələnmək. “Başqasını dinləməyi bacarmaq
böyük məharət tələb edir. Səbrlə, təmkinlə həmsöhbətə qulaq asmaq, onu diqqətlə
dinləmək yüksək mədəniyyətin, nəzakətliliyin nəcib əxlaqın təzahürüdür” (31,
88). Bu keyfiyyət hər bir savadlı və mədəni adam, xüsusən natiq üçün olduqca
vacibdir. “Dinləyə bilmək bacarığı yaxşı danışmaq bacarığına bərabərdir”
(Ə.M.Bəhmənyar). Mustafa Kamal Atatürk analara müraciətlə deyirdi ki, ey ana,
istəsən ki, övladın əsl vətənmdaş olsun, ona təkcə danışmağı deyil, dinləməyi də
öyrət. Nitqi dinləmək bacarığına ictənilən səviyyədə sahib olmayan adamların
219
başqasına qulaq asmağa səbri çatmır, yersiz replikalarla müsahibinin sözünü
ağzında qoyur, başqaları ilə danışır, nə söylənilən fikri lazımi dərəcədə dərk edir,
nə də digərlərinə bunun üçün imkan yaradır. Bir türk zərbi-məsəlində deyilir ki,
qulaq asmaq lazım gələndə birinci, danışmaq lazım gələndə axırıncı ol. Nə qədər
yerinə düşən kəlamdır.
Təxmini statistikaya görə insan bir günlük vaxtının 30%-ni danışmağa,
45%-ni isə eşitməyə, dinləməyə sərf edir. Ünsiyyət zamanı ötürülən informasi-
yanın 60%-i eşitmə, dinləmə vərdişlərinin zəifliyi, mövzuun dinləyən üçün
maraqsız olması və s. səbəbindən ya yarımçıq, ya da dolaşıq bir şəkildə qavranılır.
Bunu nəzərə alıb düzgün danışmaqla yanaşı, nitqi qavrama vərdişlərinə də
yiyələnmək lazımdır. Amerikanın məşhur teleaparıcısı Larrı Kinq qeyd edirdi ki,
danışmaq qolf oynamaq və ya maşın sürmək kimidir. Bu sahədə nə qədər erkən və
müntəzəm iş aparılsa insan ona, eləcə də eşitmə qabiliyyətinə daha mükəmməl
şəkildə yiyələnə bilər.
Ünsiyyət prosesində dinləyici informasiyanı sadəcə olaraq qəbul
etməməli, o, mimikası, jesti, replikaları və s. ilə müsahibinə həmrəy olduğunu və
ya olmadığını, etirazını danışana anlatmalıdır. Bu cür əks-əlaqə nitqin təsirini
duymaq, lazım gələrsə onun istiqamətini dəyişmək, söhbəti qısaltmaq və ya
genişləndirmək və sairədə danışana kömək edir.
Müsahibin nitqi sona kimi səbrlə, təmkinlə dinlənilməlidir. Ona aşağıdakı
hallarda müdaxilə edilə bilər:
1. Danışan bəhs etdiyi məsələdən uzaqlaşdıqda. Belə hallarda çox zaman
dinləyicilər, “mətləbə gəl”, “əsas məsələdən danış” və s. kimi replikalarla danışanı
istiqamətləndirirlər.
2. Məlum olan əşya və hadisə barədə danışıldıqda.
3. Bəhs olunan məsələ ilə bağlı səhvə və ya dolaşıqlığa yol verildikdə.
4. Müsahibin nitqini qüvvətləndirmək, fikrini təsdiq və təqdir etməyə
ehtiyac dujyulduqda.
5. Hər hansı məsələ barədə uzun-uzadı danışıldıqda.
220
Müsahibin nitqinə müdaxilə bütün hallarda hörmət və nəzakət
çərçivəsindən kənara çıxmamalıdır. Dinləmə zamanı üz-gözünü turşutmaq, narazı
halda başını yelləmək və s. danışanı çaşdıra, fikrindən yayındıra bilər. Danışanın
nitqi bunun üçün əlverişli məqamlarda, daha çox müsahibin etdiyi davamlı
fasilələr zamanı kəsilə bilər. Nitqə hər hansı bir münasibətlə müdaxilə edildikdə
müsahibə “Bağışlayın”, “Üzr istəyirəm”, “İcazə verin”, “bir dəqiqə” və s. kimi
nəzakətli söz və ifadələrlə müraciət olunmalıdır. Müsahibin sözünü ağzında qoy-
maq, onun nitqini “Düz danışmırsan”, “Səhv edirsən”, “Gah nala, gah da mıxa
vurursan”, “Bir şeyi bilmirsən, danışma”, “Vaxtımızı alma”, “Bir az qısa elə”
və s. replikalarla kəsmək nəzakətsizlik sayılmalıdır. Dinləmə zamanı əsnəmək,
başqaları ilə söhbət etmək, tez-tez saata baxmaq, gözü yol çəkmək və s. kimi
hallar məqbul sayılmır. Nitqi dinləmə xüsusi qabiliyyətdir. İnsanda bu keyfiyyət
onun mədəni səviyyəsini müəyyənləşdirən əsas göstəricilərdəndir.
Şad və ya bəd xəbərin çatdırılması. Mütəxəssislər təsdiqləmişlər ki,
informasiyanın özü də dərəcəsinə görə ilk vaxtlar çox kəskin təsir göstərmək
gücündədir. Hansısa bir bəd xəbərin (çox zaman şad xəbərin də) təsirinə insanın
tab gətirməyib həlak olması (xalq arasında buna “ürəyi partladı”, “çartlayıb öldü”
də deyilir) halları çoxlarına bəllidir. İki yeniyetmə oğlunın dənizdə çimərkən
batması xəbərini eşidən ana huşunu itirmiş, bir daha özünə gəlməmişdi. Yaxud,
atasının ölüm xəbərini eşidən qız özünü dənizə atıb həlak etmişdir və s.
Adamlar başqasına əzizi, yaxın adamının ölüm xəbərini verərkən
“vəziyyəti ağırdır”, “özündə deyil”, “huşunu itirib”, “halı yaxşı deyil” və s. kimi
ifadələrlə müsahibini bu dəhşətli hadisəyə, bir növ, hazırlamağa çalışırlar. Bəzi
hallarda xəstə, əsəbləri zəif adamlardan belə xəbərlər gizli saxlanılır. Yadımdadır
ki, (N.Abdullayev) kəndimizdə Ceyran adlı bir qarının üç oğlu cəbhəyə getmiş, az
keçməmiş onların üçündən də qara kağız gəlmişdi. Bütün kənd bu dəhşətli xəbəri
anadan gizlətdi. Ana cəbhədən qayıdanların hamısından Hümməti, Heybəti,
Həmidi xəbər alırdı. Ananı ovundurmaq üçün hərə bir əhvalat uydurub onu yola
verirdi. Kənd bu minvalla ananı xeyli yaşatdı.
221
Bəd xəbərlərin münasib formada başqasına çatdırılması insanlara qay-
ğıdır, mərhəmətdir, onların dərdlərinə şərik olmaqdır. Bu, hər bir mədəni adamın
başlıca keyfiyyətlərindəndir.
Qəfildən alınan şad xəbərin, onun yaratdığı hissi halların, gərginliyin də
bəzən adamlar üçün ağır nəticələri olur. Uzun müddət itkin düşmüş oğlunun
intizarında olan anaya qəfildən oğlunun sağ olması, yaxud gəlib çıxması xəbərini
verməyin ana üçün hansı fəsadla qurtaracağını təsəvvür etmək çətin deyildir.
Adamlar sanki bunu nəzərə alaraq gətirdikləri şad xəbəri “Muştuluğumu ver”,
“Gözün aydın olsun”, “Sənə bir şad xəbər gətirmişəm” və s. ifadələrlə birdən-birə
deyil, tədricən sahibinə çatdırırlar.
Müsbət emosiyaların törətdiyi gərginliklər də bəzən ağır nəticə verən bilir.
Məsələn, Babilistan və Yunanıstan şəhərlərini darmadağın etmiş İran şahı Kserkis
öz şöhrətinin zirvəsinə çatarkən bərkdən güldüyü üçün ölmüşdür.
Pyer Bomerşenin atası oğlunun “Seviliya bərbəri”ni oxuyarkən gülmək-
dən, sevincindən dünyasını dəyişmişdir.
Rəy söyləmək, münasibət bildirmək, məsləhət vermək, mühakimə
yürütmək tərzi. İnsanlar istər yazılı, istərsə də şifahi formada başqasının fikrinə
münasibət bildirir, rəy söyləyirlər. Orta və ali məktəb praktikasında rəy söyləmək,
münasibət bildirmək məzmun və formasına görə müxtəlifdir, rəngarəngdir. Şagird
danışığına, oxusuna, yazılı işlərinə rəy vermək, ali məktəbdə tələbə nitqini
məzmun və forma baxımından qiymətləndirmək, yoxlama, kurs işi və sairəyə rəy
vermək, başqasının nitqinə münasibət bildirmək, istiqamət vermək və s. Bu iş ali
məktəb həyatında açıq dərsləri müzakirə etmək, elmi işlər, müdafiə olunacaq
əsərlər barədə fikir söyləmək və s. formalarda daha geniş bir şəkildə tətbiq
olunur. Həm şifahi, həm də yazılı formada verilən rəylər, söylənilən fikirlər
fəaliyyət və işin məzmunundan, keyfiyyətindən, iş görənin şəxsiyyətindən asılı
olmayaraq bütün hallarda dilin etik ölçülərinə uyğun olmalı, hissiyyata, mənliyə
toxunan fikir və ifadələrə yol verilməməlidir. İstər şifahi, istərsə də yazılı şəkildə
rəy verilərkən, münasibət bildirilərkən “İş yararsızdır”, “Tarixdən xəbəri yoxdur”,
“Hətta sözləri sətirdən-sətrə keçirə bilmir”, “Boş və mənasız fikirlərdir” və s.
222
kimi ifadəılərin işlədilməsi məsləhət görülmür. Həmin fikirləri başqa tərzdə,
məsələn: “Təfərrüata yol verilmişdir”; “Bəzi fikirlər aydın deyildir”; “Bu barədə
daha əsaslı faktlar gətirmək olardı”; “Bir qədər səthilik nəzərə çarpır”; “Bu
hissənin yenidən işlənilməsi məsləhətdir” və s. kimi ifadə etmək olar və lazımdır.
Bəzi müəllimlərin şagird və tələbələrin cavabları barədə söylədikləri “Sən
qanan şey deyil”, “Savadsızın birisən”, “Sən bunları başa düşməzsən”,
“Tupoysan”, “Dünyadan xəbərin yoxdur”, “Əhsən sənin başına”, “Qorxuram ki,
bu səndə alınmaya”, “Səndən heç nə çıxmayacaq” və s. kimi təhqiranə, neqativ
rəylərlə, replikalarla heç cür razılaşmaq olmaz. Belə ifadələr şagird, tələbə və
başqalarının şəxsiyyətini alçaldır, onu qəlbən incidir, təhqir edir, öz gücünə
inamını azaldır. Belələri cavab verməkdən, fikrini bildirməkdən çəkinir, əksər
hallarda susmağı üstün tuturlar.
Sorğular göstərmişdir ki, bu cür neqativ qiymətləndirmə (ustanovka)
nəticəsində adamların, xüsusən uşaq və gənclərin 90 faizində öz gücünə
inamsızlıq yaranır. Psixoanalitiklər təsdiqləmişdilər ki, istədiklərinə nail ola
bilməyənlərin – uğursuzların əksəriyyətinin şüurunda “açıq fraza” (“bu mənim
işim deyil”, “bacarmaram”, “əlimdən gəlməz” və s.) olur ki, onu valideynlər,
müəllimlər yaradırlar. Bu qəbildən olanlar hər hansı bir qərarı qəbul etmək
istədikdə həmin fraza ona təsir göstərir, mane olur. Bu baryeri dəf etmək az-az
adamlara nəsib olur. Görkəmli şairimiz N.Xəzrinin kiçik bir xatirəsi bu baxımdan
xarakterikdir. “Ədəbiyyata gəlməyim sevindirici olmayıb. Bunun kiçik bir
tarixçəsi var. Abdulla Şaiqin qardaşı müəllimim olub. Bizdən hansı sənətin sahibi
olacağımızı soruşdu və bunu yazılı şəkildə ona təqdim etdik. Mən şair olmaq
istədiyimi yazdım. Cavabları yığdı, sonra da başladı oxumağa. Uşaqların əksə-
riyyəti sürücü olmaq istədiyini yazmışdı. Mənim arzum isə gülüşlə qarşılandı.
Müəllim sinfin qarşısında: “Durun ayağa Sabir gəlir, Vurğun gəlir, bah Ələkbərin
oğlu şair olacaq” dedi. Bütün sinif başladı gülüşməyə. Mən də kitablarımı
götürüb getdim evə. Qalxdım evimizin damına, başladım ağlamağa. Bir neçə
gündən sonra divar qəzetində şeirim çıxdı. Gördüm, uşaqlar toplaşıb yenə gülü-
şür, hətta deyirlər ki, “Buna bax e, qafiyəsi də var. Özü yazmayıb, kimdənsə
223
oğurlayıb”. Bu hadisədən sonra da xeyli ağlamışdım. Amma bunun mənə çox
köməyi oldu. Özümə inam yarandı, onlarla prinsip aparmağa başladım. Öz-özümə
deyirdim ki, “mən şair olacağam”. Sonra şəhərə gəldim və Nurəddin Babayevin
köməkliyi ilə “Günəş” adlı şeirim “Azərbaycan pioneri” qəzetində çap olundu.
Bundan sonra uşaqlar dedilər ki, daha bunun qabağında durmaq olmaz. Mənim ilk
qazancım da məhz bu qəzetdən olub. Həmin şeirə görə, o vaxtın pulu ilə 4 manat
aldım”.
Müəllim özünün aqressiv replikası, mənfi rəyləri ilə zəif oxuyan, bəsit
düşünən şagirdin, tələbənin əl-qolunu sındırmamalıdır. Bunların əvəzində elə
ifadələr işlədilməli, qüsurlar elə bir tərzdə göstərilməli, nəzərə çarpdırılmalıdır ki,
(məsələn, “Cavabın pis deyil”, “İstəsən öyrənərsən”, “Bir az çox oxumaq,
çalışmaq lazımdır”, “Bilmədiyin şeyi danışma”, “Bir qədər ətraflı danışmağa
çalış”, “Fikirlərini ümumiləşdir”, “Konkret danışsan daha yaxşı olar” və s.) cavab
verən razı qalsın, öz gücünə inamı artsın, onda oxumağa, öyrənməyə, cavab
verməyə, mübahisəli məsələlərin izahatında iştirak etməyə səy yaransın. Belə bir
humanistliyin müqabilində şagird və ya tələbə daxilən razı qalır, müəllim onun
nəzərində yüksəlir, özünü borclu sayan şagirdin (həm də tələbənin) fəalliği nəzərə
çarpacaq dərəcədə artır. Sədi demişkən:
Kimin olsa əgər bir şirin dili
Tük ilə çəkər o dalınca fili.
Dərin zəka və yüksək mədəniyyət sahibləri başqaları barədə, onların
fəaliyyəti ilə bağlı danışanda, yazılı və ya şifahi formalarda rəy söyləyəndə
həmişə “yumşaq” sözlər, ifadələr işlətməyə çalışırlar. Bu yumşaqlıq heç də
qüsurların üstündən keçmək, liberallıq göstərmək, kiməsə yaramaq mənasında
başa düşülməməlidir. Burada qüsurlar, çatışmazlıqlar göstərilir, amma bir qədər
başqa tərzdə, haqqında danışılana humanist mövqedən, xeyirxah bir məqsədlə
müsahibi daha çox işlətməyə, oxumağa, çalışmağa sövq etmək, həvəsləndirmək
üçün münasib sözlər, ifadələr işlədilir. Milli qəhrəman, podpolkovnik Şirin
224
Mirzəyevlə bağlı televiziya verilişində döyüş dostları onun barəsində xatirələrini
danışırdılar. Onların hamısı qəhrəmanın bir məziyyətini - davranış və danışığını
xüsusilə vurğulayırdılar. O, səmimi, qayğıkeş, insanpərvər idi. Silahla davrana
bilməyən əsgərləri danlamazdı, öyrədərdi, hərəni bir dillə yola verərdi. Ona görə
də Şirin Mirzəyev hamının əzizi idi.
Şirin, nəzakətli danışmaq Allahın, peyğəmbərin buyruğudur. Həzrət Əli
Əleyhissalam buiyurur: “Qəzəblənməyin, simic olmayın, bərkdən salam verin,
şirin danışın”.
İnsan heç bir zaman başqasının uğursuzluğuna biganə qalmamalıdır.
Nəyəsə nail ola bilməmək, ədalətsizliklə qarşılaşmaq, xəstəliyə düçar olmaq və s.
nəticəsində insanlar çox zaman sarsılır, bədbinləşir, çıxış yolunu tapa bilmirlər.
Belə vəziyyətdə, kiçicik bir diqqət – ürəkdən təəssüflənmək, bir-iki təskinedici
söz, ifadə (məs.: “Onun fikrini çəkməyin, düzələr”, “Hər şey yaxşı olacaq”, “Siz
tezliklə sağalacaqsınız”, “Ümidinizi üzməyin”, “Sizin haqlı olduğunuzu həyat
özü göstərəcək” və s.) müsahibin keçirdiyi gərginliyin azalmasına, daxilən
sakitləşməsinə səbəb olur. Bəzən adamlar bir-biri ilə görüşdükdə “Nə yaman
qocalmısan?”, “Gözümə bir təhər dəyirsən”, “Niyə belə arıqlamısan?”,
“Xəstələnib eləməmisən ki?” kimi ifadələr işlədir və ya müsahibin xəstəliyi, onun
fəsadları barədə əhvalatlar danışılır ki, bunlar eşidənin durumuna mənfi təsir edir,
onun ovqatını korlayır. Bunun əvəzinə qohuma, dosta, tanışa rast gələrkən “Çox
yaxşısınız”, “Siz heç dəyişməmişsiniz”, “Siz həmişə olduğunuz kimi bu gün də
şən və gümrahsınız”, “Sizin xəstəliyiniz çox asan müalicə olunur”, “Sizin
xəstəliyiniz yüngüldür” və s. kimi ümidverici və təskinedici ifadələri işlətmək
daha yaxşı olar. Bu baxımdan da respublikamızın prezidenti mərhum H.Əliyevin
nitqləri nümunəvidir. Xalqın, millətin sevinci, dərdləri, problemləri ilə yaşayan,
daima onları düşünən dövlətimizin başçısı ümidverici və təskinedici ifadələri ilə
adamları yaşamağa, işləməyə, mübarizə aparmağa ruhlandırırdı. Məsələn,
qaçqınlarla görüş zamanı onun işlətdiyi “Allah onlara rəhmət eləsin”, “Onların
valideynlərinə, bacı-qardaşlarına, övladlarına Allah səbr versin”, “Allah sizə səbr
versin”, “Allah sizi hifz etsin”, “Bir daha deyirəm, əminəm ki, o şəhidlərin qanı
225
yerdə qalmayacaq”, “Sizin dərdiniz mənim dərdimdir”, “Mən həmişə sizinləyəm”,
“Sizin mıənəvi dayağınızam”, “Əmin ola bilərsiniz ki, bu ağır, dərdli günlər gəlib
keçəcək” və s. kimi ürəkdən gələn ifadələr cəlayi vətən olmuş insanların
dərdlərini yumşaldır, onları səfərbər edir, gələcəyə ümidini artırırdı.
Adamlar, ümumiyyətlə, hər hansı formada onlara əmr edilməsini o qədər
də xoşlamırlar. “Bu işi edin” və ya “Bu işi etməyin” əvəzinə “Bu barədə
fikirləşin”, “Bu iş, sizcə, bir nəticə verə bilərmi?” kimi ifadələr işlətmək daha
yaxşı olar. Nitq praktikasında müsahibə “Düzgün danışmırsan” kimi irad tutmaq
məsləhət görülmür. Bunun əvəziə “Yaxşı olar ki, bu haqda bir qədər düşünə idin”,
“Fikrini başqa şəkildə necə ifadə edə bilərsən?” və s. ifadələrdə qarşı tərəfə
müəyyən istiqamət vermək olar. Bütün hallarda hər hansı suala cavab verilməsi,
tapşırığın yerinə yetirilməsi üçün adamlara imkan yaratmaq lazımdır. Bu cür
yanaşma qüsurların islahı işini xeyli asanlaşdırır, insanda öz gücünə inam yaradır,
o özünün başqaları, ümumiyyətlə, cəmiyyət üçün əhəmiyyətini dərk edir.
Natiq mühakimə etmək, olanlara qiymət vermək bacarığına yiyələn-
məlidir. İnsan təfəkkürünə, məntiqinə, reallığa əsaslanan mühakimənin digər
sahələrdə olduğu kimi, dil ünsiyyətində, adamların qarşılıqlı münasibətində, bir-
birini anlaması və hər hansı bir fəaliyyətə cəlb olunmasında rolu olduqca
böyükdür.
Mühakimə yürütmək baxımından insanları ümumi şəkildə də olsa bir neçə
qrupa ayırmaq olar. Birinci qrupa daxil olanlar hər hansı məsələ barəsində öz qəti
fikrini bildirir, heç bir həll variantı ilə razılaşmırlar. “Bunun çarəsi yoxdur”, “Belə
işə girişmək ağılsızlıqdır”, “Millətdən bundan artıq nə gözləmək olar”, “Torpaq-
larımızı geri qaytarmaq qeyri-mümkündür”, “Tələbəni kitab oxumağa alışdırmaq
müşkül məsələdir” və s. Bu cür şablon, avtoritar xarakterli mühakimə dinləyicini
razı salmır, çox zaman konfliktə gətirib çıxarır.
Mühakimənin irrasional xarakterli digər formasında danışan hər hansı bir
məsələdə özünü haqlı sayır, təqsiri başqasında görür: “Siz günahkarsınız?”, “Sizə
görə biz geri qaldıq”, “Mən bu barədə sizi xəbərdar etmişdim”, “Sizi cəzalan-
dırmaq lazımdır” və s. Belə yanaşmanın problemin həlli üçün heç bir əhəmiyyəti
226
olmur. Bu nitq modelində məqsəd başqasını günahlandırmaq və öz qüsurunu
pərdələməkdir.
Başqa bir qrup insan danışarkən uğursuzluğa daha çox meyil edir və bəhs
olunan məsələ barədə belə ümumiləşmə aparır: “Mən bilirdim ki, heç nə
alınmayacaq”, “Mənimki həmişə gətirmir”, “Bunun başqa çarəsi yoxdur”, “Bunun
axırı görünmür”, “Mən bunun belə olacağına əvvəlcədən bilirdim” və s. Uğur-
suzluğu təlqin edən bu cür mühakimə, nitq modeli dinləyicilərdə ümidsizlik
yaradır, onları fəaliyyətsizliyə sövq edir, əhval-ruhiyyəyə mənfi təsir göstərir.
Əgər bu nitq modelini müəllim işlədirsə (“Sən bunları bilməzsən”, “Sənin başın
işləmir”, “Səndən heç nə olmayacaq” və s.) nəticə daha ağır olur. Öyrənən
ümidsizliyə qapılır, öz imkanına, gücünə inamını itirir, oxumaqdan, öyrənməkdən
birdəfəlik əl çəkir. Belə irrasional mühakimə kəskin, aftoritar tonla müşaiyət
edildikdə dinləyicidə (dinləyicilərdə) emosional gərginliyi daha da artırır.
Başqaları ilə ünsiyyətə girən hər hansı şəxs mühakimənin rasional formalarından,
uyarlı nitq modellərindən istifadə etməyə çalışmalıdır. “Mən istəyirəm”, “Mən
hesab edirəm”, “Mənə lazımdır”, “Bu mənim qəti fikrimdir”, “Ayrı cürə ola
bilməz” və s. kimi irrasional nitq modelləri əvəzinə, dinləyicini razı salan, onları
alternativ axtarmağa, öz fikir və rəyini bildirməyə sövq edən “Mən istərdim”,
“Mən şad olardım”, “Sizin rəyinizi bilmək istərdik”, “Özümüz fikirləşməli, bir yol
tapmalıyıq”, “Sizin fikrinizə şərikəm”, “Bu məsələdə özüm günahkaram, ona görə
də səhvimi özüm düzəltməliyəm”, “Belə də olur”, “İnanıram ki, yaxşı düşünsək,
hər şeyi yoluna qoya bilərik” və s. kimi modelləri işlətmək daha münasibdir,
məqsədəuyğundur.
Natiqin, mühazirəçinin mühakimələrinin auditoriyada konfliktə, emosio-
nal partlayışa gətiribb çıxarmaması üçün məsələnin konstruktiv həlli yolu axtarılıb
tapılmalıdır. Əgər belə bir emosional diskomfort yaranmışsa, bu zaman mühazi-
rəçi problemin həlli ilə bağlı auditoriyaya müraciət etməli, iştirakçıların fikrini
öyrənməlidir. Ola bilsin ki, dinləyicilər mühazirəçinin mühakimələri ilə razılaş-
masın. Lakin hər halda auditoriyadakı əvvəlki gərginlik azalır, dinləyici aqres-
sivliyi aradan qalxır.
|