Nadġr abdullayev


Nida  cümləsinin  tələffüzü



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix24.05.2020
ölçüsü2,09 Mb.
#31516
1   ...   4   5   6   7   8   9   10   11   ...   22
Azf-277620


Nida  cümləsinin  tələffüzü.  İntonasiya  təkcə  səs  tonunun  qalxması  və 
enməsi ilə deyil, səsin müxtəlif rənglər, çalarlar üzrə dəyişməsi ilə də xarakterizə 
olunur.  Səsdəki  bu  cür  rəngarəngliyin  toplusu  nida  intonasiyasını  əmələ  gətirir. 
Danışan  nida  cümləsi  vasitəsilə  inam,  inamsızlıq,  həsrət,  qorxu,  qeyz,  nifrət, 
həvəs,  arzu,  vahimə,  kin,  rəhm,  qəm,  kədər,  etinasızlıq  və  s.  kimi  hissi  halları 
ifadə edir. Belə bir emosional keyfiyyət nida cümləsini başqa cümlə növlərindən 
fərqləndirən başlıca cəhətdir. 
Nida  intonasiyası  nitqə  gözəl  ahəng,  bəzən  də  tamamilə  yeni  məzmun 
gətirir.  Eyni  bir  cümləni  və  ya  ifadəni  intonasiyanın  köməyi  ilə  müxtəlif 
məzmunda  işlədə bilirik. Fərqli  intonasiya ilə söylənmiş eyni cümlə və ya ifadə 
dinləyiciyə  də  müxtəlif  təsir  bağışlayır.  Məsələn;  “Siz  gedin”  cümləsi 
intonasiyadan  asılı  olaraq  müxtəlif  mənalarda  söylənilə  bilər.  Həmin  cümlə 
nəzakət  və  nəvaziş,  çox  alçaq  intonasiya  və  səs  tembri  ilə  söylənilərsə, dinləyici 
bundan razı qalar. Əksinə, bu cümlə uca və kəskin intonasiya ilə tələffüz edilərsə, 
müraciət edilən özünü təhqir olunmuş hesab edə bilər. Burada üçüncü, dördüncü, 
beşinci və s. hallar da  mümkündür.  
Nida cümlələri aşağıdakı üsullarla yaranır: 
1.  Bu  cümlələrin  bəzilərində    heç  bir  formal  əlamət  iştirak  etmədən 
yalnız  intonasiya  vasitəsilə  düzəlir.  Məsələn,  Sülh  müharibəyə  qalib  gələcək! 
Azad edək Qarabağı! və s.  
2.  Nida  cümlələrinin  ikinci  qrupunda  xəbər  felin  əmr  formasında  olur. 
Bu  qəbildən  olan  nida  cümlələrində  həm  formal  əlamət  (əmr  formasında  olan  
fellərin  cümlədə  iştirakı),  həm  də  intonasiya  (cümlənin  adi  intonasiyadan  uca 

 
89 
söylənməsi)  iştirak  edir.  Məsələn;  Yaşasın  xalqımızın  suverenliyi!:  Məhv  olsun 
vətənimizin düşmənləri!; Gələcəyin layiqli qurucularını tərbiyə edək! və s.  
3.  Nida  cümlələrin    böyük  bir  qismi  nida  sözlərinin  iştirakı  ilə  düzəlir. 
Belə  sözlərin  hər  biri  ifadə  edilən  məzmununa  uyğun  intonasiya  ilə  tələffüz 
olunur.  Məsələn;  1.  Vay-vay  nə  pis  iş  olubdur?  (N.Vəzirov)  (həyəcan,  qorxu, 
təlaş  və  s.);  2.  Qorxdum,  ay  aman,  yarıldı  bağrım!  (imdad,  yalvarış  və  s.);  3. 
Heyf  sənə  oğlum,  heyf  sənə  Rəşid,  of!...  (N.Vəzirov)  (təəssüf,  peşmançılıq  və 
s.);  4.  Dedi:  Əhsən  sənə,  o  qara  qarğa!  Nə  nəzakətlə  qonmusan  budağa! 
(A.Səhhət) (tərifləmə, rəğbətləndirmə). 
4.  Nida  cümləsinin  bir  tipi  qarışıq  intonasiya,  yəni,  həm  sual,  həm  də 
nida  intonasiya ilə ifadə olunur. Məsələn;  
Deyəsən,  mənimki  də  bura  qədər  imiş.  Öldürməyə  aparır,  yoxsa  düz 
dünyanı  niyə  dolanır?  Nə?!  Öldürmək  ?!  Axı  niyə?!    Nə  pis  iş  tutmuşam  ki?! 
Yəni əlin məni, bircə bacını öldürməyə qalxırmı, ay qardaş?! (İ.Ş.) 
Qarışıq intonasiyalı nida cümlələrində sual sözləri  və sual şəkilçiləri ola 
bilir.  Lakin  bu  əlamətlər  həmin  nida    cümləsinin  iki    intonasiyalılığına  səbəb 
olsa da, onu nida cümlələrinin cərgəsindən çıxarmır. Çünki belə cümlələr başqa-
sından cavab almaq üçün söylənilmir. 
5.  Nida cümlələrinin bir qrupunda xəbər, adətən, felin vacib forması ilə 
ifadə  olunur. Bu  qəbildən  olan nida  cümlələri,  əsasən, çağırış  məzmunlu olur  və 
yüksək intonasiya ilə söylənilir. Məsələn; Hamı xalqımızın rifahı üçün çalışmalı!; 
Məhsulu  itkisiz  yığmalı  və  vaxtında  təhvil  verməli!;    Vətən  torpağı  işğalçılardan 
azad edilməli! və s.  
Həmcins  üzvlərin  tələffüzü.  Həmcins  üzvlərin  də  özünəməxsus 
intonasiya  çalarları  vardır.  Aralarında  bağlayıcı  olmayan  həmcins  üzvlər  sonun-
cudan başqa, sadalama intonasiyası ilə söylənilir. Belə həmcins üzvlər arasındakı 
fasilə eyni olur. Sonuncu həmcins üzvdən qabaq nisbətən az fasilə edilir və səsin 
tembri dəyişir, yüksəlir. Bu söz bir növ sadalanmanın qurtarmağını xəbər verirmiş 
kimi, ucadan  və güclü vurğu ilə tələffüz edilir. Məsələn; 
 

 
90 
 
                     Mən öz qardaşıma mehman gələndə, 
                     Bir qələm, bir dəftər, bir can gətirdim. 
                     Dağların döşünü toplar dələndə 
                     Ləkəsiz, boyasız vicdan gətirdim.  
                                                                                 (
Ə.Tudə) 
 
İkinci  və  dördüncü  misralardakı  həmcins  üzvlər  (qələm,  dəftər,  can, 
ləkəsiz,  boyasız)  sadalayıcı  intonasiya  ilə  bağlanmışdır.  Axırıncı  həmcins  üzvlər 
(can, boyasız) əvvəlkilərə nisbətən yüksək səs tonu ilə tələffüz olunur. 
Cümlədə həmcins üzvə tabe söz olarsa, həmin söz həmcins üzvlə birlikdə, 
bir nitq taktında tələffüz edilir. Məsələn;  
 
              Sevdalı axşamlar, xoşbəxt səhərlər, 
              Yüz nağıl olacaq min xatiratla. 
                                                               (S.Vurğun) 
 
Birinci misradakı axĢamlar,  səhərlər  həmcins üzvlərlə sevdalı,  xoĢbəxt 
tabe sözlər arasında heç bir fasilə edilmir,  bir nitq taktı ilə deyilir.  
Lakin,  amma,  ancaq bağlayıcıları ilə bağlanan həmcins üzvlər qarşılaş-
dırma  –  ziddiyyət  intonasiya  ilə  oxunur.  Bu  bağlayıcıların  işləndiyi  cümlədə 
bağlayıcıya  qədər  və  bağlayıcıdan  sonrakı  hissə  fərqli  intonasiya  ilə  tələffüz 
olunur. 
 O, danışmaq istəyirdi, lakin kimdənsə ehtiyat edirdi. 
 Sadalayıcı intonasiya dinləyicinin hissinə təsir etmək, sadalanan  əşya və 
hadisələrə diqqəti daha çox yönəltmək məqsədini daşıyır. 
Bir neçə kəlmə də həmcins üzvlərin ekspressivlik mənası haqqında. Bir 
çox  hallarda  bağlayıcısız  bağlanan  həmcins  üzvlü  cümlələrdə  həmcins  üzvlərin 
deyilişi xüsusi ekspressivlik kəsb edir.    
                           

 
91 
                            Şirvan, Gəncəbasar, Qarabağ, Muğan, 
                            Məndən işıq alır bütün gündoğan. 
                                                                      (S.Vurğun) 
 
Bu nümunədəki həmcins üzvlər  (Şirvan, Gəncəbasar, Qarabağ,  Muğan)  
bir  qədər  iti  templə  oxunur.  Həmcins  üzvlər  arasında  fasilə  nisbətən  qısa  olur. 
Onlar    daha  çox    nəzərə  çarpacaq  aksentlə  deyilir.  Bütün  bunlar  şeirin  oxusu 
zamanı müəyyən dinamiklik yaradır. 
ÜmumiləĢdirici  sözün  iştirak  etdiyi  həmcins  üzvlü  cümlələrdə  həmcins 
üzvlərdən  əvvəl  gələn  ümumiləşdirici  söz  xəbərdarlıq  intonasiyası,  yüksək  səs 
tonunda tələffüz olunur. Ümumiləşdirici sözdən sonra aydın fasilə edilir. Bu fasilə 
nitqdə, bir növ gözləmə xarakteri kəsb edir. Ümumiləşdirici sözdən sonra səs tonu  
bir  qədər  aşağı  enir,  həmcins  üzvlər  sadalayıcı  intonasiya  ilə  oxunur. 
Ümumiləşdirici söz məntiqi vurğu ilə deyilir. Həmcins üzvlərdə isə bu vurğu bir 
qədər zəif hiss olunur. 
Hər yer – dağlar, dərələr, meşələr qarla örtülmüşdü. 
Ümumiləşdirici  söz  həmcins  üzvlərdən  sonra  gəlirsə,  həmcins  üzvlərdən 
sonuncu digərlərinə nisbətən aşağı səs tonu ilə deyilir və ondan sonra fasilə edilir. 
Ümumiləşdirici söz, səsin birdən güclənməsi ilə tələffüz olunur. 
Çalan, çağıran, oxuyan, oynayan – hər kəs bacardığını əsirgəmirdi (Ə.V.) 
Xitabların  tələffüzü.  Ünsiyyət  zamanı  kommunikativ  əlaqəni  yaradan 
başlıca vasitələrdən biri xitablardır. Xitablar adi danışıqda, məruzə, mühazirələrdə 
və  s.  çox  işlənən  sözlərdir.  Danışan  xitab  vasitəsilə  müəyyən  hədəfə  özünün 
məhəbbət, mərhəmət, kin, qəzəb və s. hisslərini ifadə edir. 
Müasir Azərbaycan dilində xitabların aşağıdakı intonasiya xüsusiyyətləri 
vardır: 
1.  Cümlənin  əvvəlində  gələn  xitablar  çağırış  mənası  kəsb  edir,  qüvvətli 
vurğu ilə deyilir. Belə xitablar cümlənin digər üzvlərindən böyük fasilə ilə ayrılır. 
Yazıda onlardan sonra çox vaxt nida işarəsi qoyulur. Məsələn;  
 

 
92 
                Ey ürək, ucalsın hər zaman səsin, 
                Bir ürək susdumu, bir ömür bitər. 
                                                              ( N.X.) 
                Şair! Nə incədir rübabın sənin (S.V.) 
 
                Bahar! Bahar! Ey günəşin sevdalı qızı! 
                Yay aləmə şəfəq rəngli gur saçlarını. 
                                                             (S.Vurğun) 
 
2.  Xitablar  cümlənin  ortasında  gəldikdə  daha  çox  adresata  münasibət 
mənası  kəsb  edir,  yüksək  səs  tonu  ilə  bir  qədər  iti  tələffüz  olunur.  Yazıda  belə 
xitabların hər iki tərəfində vergül işarəsi qoyulur: 
 
                Söylə bir, şairim, bahar gələndə 
                Neçin pərişanlıq dillənir səndə? 
                                                     (S.Vurğun) 
                Hava yaman sazaqlı,  
                Günəş səndən uzaqdı, 
                Sənə boylandı, baxdı, 
                Yumul, bənövşəm, yumul! 
                                               (N.Kəsəmənli) 
 
3.  Cümlənin sonunda işlənən xitabdan əvvəl fasilə edilmir. Səs tonu bir 
qədər alçalır, xitab enən intonasiya ilə deyilir. Məsələn; 
  
                Baxışın ananın mərd baxışı tək, 
                Min yol ağ saçından öpmüşəm, Vətən! 
                Sən odda yananda yaz yağışı tək, 
                Sinənə göz yaşı səpmişəm, Vətən! 
                                                             (Ə.Tudə) 

 
93 
 
Ara  sözlərin  deyiliĢi.  Ara  sözlər  xitablar  kimi  cümlə  üzvlərindən 
müəyyən fasilə ilə ayrılır. Bu fasilənin müddəti, əsasən, xitablarda edilən fasiləyə 
bərabər  olur.  Xitablarla  ara  sözlərin  intonasiyasında  müəyyən  fərqli  cəhətlər  də 
vardır. Xitablar danışanın arzusundan asılı olaraq bir qədər yüksək intonasiya ilə 
tələffüz  olunur.  Ucadan  söylənilən  xitabın  intonasiya  əyrisi  çox  yüksək  olur. 
Xitablara  məxsus  olan  bu  xüsusiyyət  ara  sözlərə  eyni  ilə  aid  edilə  bilməz. 
Doğrudur,  ara  sözlər  də  danışanın  arzusundan  asılı  olaraq  alçaq  və  yüksək 
intonasiya  ilə  söylənilə  bilər.  Lakin  ucadan  söylənilən  ara  sözlərin  intonasiya 
əyrisi eyni səs yüksəkliyində deyilən xitabların intonasiya  əyrisindən xeyli aşağı 
olur. Bunu aşağıdakı cümlələrin müqayisəsi daha aydın göstərir. 
1.  Əlbəttə, o bunları yaxşı başa düşürdü. 
2.  Vətənin düşmənləri, niyyətinizdən əl çəkin!  
Bu  cümlələrdə  xitab  ara  sözünə  nisbətən  bir  qədər  yüksək  səs  tonu  ilə 
tələffüz olunur. Ara sözlərin hər növünün özünəməxsus az-çox fərqlənən tələffüz 
çaları vardır. Məsələn; yəqinlik bildirən ara sözlərlə müqayisədə təəssüf bildirən 
ara  sözlər  bir  qədər  elastik  söylənilməklə  nidaların  intonasiyasına  yaxınlaşır. 
Yəqinlik ifadə edən ara sözlər isə daha çox xitablara uyğun tələffüz olunur. 
Ara  cümlələr  intonasiya  və  fasiləyə  görə  cümləni  üç  hissəyə  bölür:  ara 
cümləyə  qədər  olan  hissə,  ara  cümlə  və  ara  cümlədən  sonrakı  hissə.  Cümlənin 
hissələri arasına  girmiş ara cümlədən əvvəl və sonra müəyyən fasilə  edilir. Ara 
cümlə əsas cümlənin intonasiyasından fərqli söylənilir. Bu cümlənin intonasiyası 
danışanın  fərdi  münasibətindən  asılı olaraq  yüksək və alçaq ola  bilər.  Lakin  hər 
iki  halda  ara  cümlə  tələffüzünə  görə  əsas  cümlənin  intonasiyasından  fərqlənir.  
Burada  səs  tona  qismən  alçalır.  Ara  söz,  eləcə  də  ara  cümlələr  nisbətən  sürətlə 
tələffüz  olunur.  Şifahi  nitqdə  ara  cümlələr  əsas  cümlədən  yalnız  bu  yolla  ayrılır. 
Uzun  ayrılıqdan  sonra  Rəşadı  qucaqlayan  Həqiqət  (Rəşad  onun  kiçik  oğludur) 
sevincindən ağladı. 
Əlavələrin  tələffüzü.  Əlavələr  cümlə  üzvlərindən  yüksək  intonasiya  və 
xüsusi səs tembri ilə fərqlənir. Məsələn;  

 
94 
1.  O,  Fərhadla  Əhmədi  götürüb  kəşfiyyata  –  evin,  həyətin  necə 
qorunmasını yoxlamağa getdi (M.İ.). 
2.  Abşerondan  –  ölkəmizin  ən  zəngin  neft  mərkəzindən,  dünyanın  hər 
tərəfinə neft məhsulları göndərilir.  
Bu  cümlələrdə  evin,  həyətin  necə  qorunmasını  yoxlamağa,  ölkəmizin  ən 
zəngin  neft  mərkəzindən    söz  birləşmələri  fərqli  intonasiya  ilə  tələffüz  olunur. 
Əlavələr danışanın məqsədindən asılı olaraq yüksək, həm də adi intonasiya, alçaq 
səs  tonu  ilə  deyilir.    Əlavələr  hər  iki  halda,  yəni  həm  yüksək,  həm  də  alçaq 
intonasiya ilə söyləndikdə cümlədəki başqa üzvlərdən intonasiyaca ayrılır, yüksək 
avazlanmada  ifadə  edilən  fikri  qüvvətləndirdiyi  kimi,  alçaq  intonasiya  da  eyni 
rolu ifadə edir.  
Mürəkkəb  cümlələrin  tələffüzü.  Tabesiz  mürəkkəb  cümlələrin  deyi-
liĢi. Tabesiz  mürəkkəb  cümlələrin  bir qismində onu əmələ gətirən sadə cümlələr 
yalnız intonasiya ilə bir-birinə bağlanır. Başqa sözlə, tabesiz mürəkkəb cümlənin 
müəyyən  tipində  (bağlayıcısız  tabesiz  mürəkkəb  cümlələrdə)  məna  əlaqələrini 
(zaman,  ardıcıllıq,  ziddiyyət,  səbəb,  nəticə  və  s.)  yaradan  yeganə  vasitə  intona-
siyadır. 
Bağlayıcısız tabesiz mürəkkəb cümlənin deyilişində intonasiyanın bir çox 
növlərindən:  sadalayıcı,  xəbərdarlıqlı,  aydınlaşdırma,  ziddiyyət-qarşılaşdırma, 
səbəb-nəticədən istifadə olunur. 
Sadalayıcı  intonasiyanın  tərkib  hissələri  zaman  və  ardıcıllıq    əlaqələri 
əsasında bağlanan tabesiz mürəkkəb cümlələrin deyilişində özünü göstərir. Bu, bir 
növ həmcins üzvlər arasındakı intonasiyanı xatırladır. Həmcins üzvlərdə əşyalar, 
keyfiyyət,  hərəkət  və  s.  söz  və  söz  birləşmələri  vasitəsilə  sadalanırsa,  mürəkkəb 
cümlələrdə  hadisələr  bütöv  cümlələrlə  sadalanır.  Tabesiz    mürəkkəb  cümlələrdə 
sadə cümlələrin ifadə etdiyi hadisələrin bir-birinə yaxınlığı, bağlılığı dərəcəsindən 
asılı  olaraq  onların  deyilişi  də  müəyyən  edilir.  Əgər  mürəkkəb  cümlədəki  təsvir 
olunan  hadisələr  bir-biri  ilə  bağlı  şəkildədirsə,  onu  əmələ  gətirən    sadə  cümlələr 
arasında  qısa  fasilə  edilir.  Axırıncı  cümlədən  başqa,  hər  bir  sadə  cümlənin 
sonunda səs tonu yüksəlir, axırıncı cümlədə isə bir qədər aşağı düşür. Belə tabesiz 

 
95 
mürəkkəb  cümlələrdə  sadə  cümlələr  bir-birindən  vergül  işarəsi  ilə  ayrılır.  Məs.; 
Xoruzlar banlayır, şəfəqlər qızarır, səhər açılırdı (M.İ.). Bu sadə cümlələri həm 
müstəqil  cümlə,  həm  də  mürəkkəb  cümlənin  tərkib  hissəsi  kimi  oxumaq  olar. 
Sadə cümlələri ayrılıqda işlətdikdə hər cümlənin sonuna doğru səs tonu alçalır və 
davamlı  fasilə  edilir.  Bunlar  mürəkkəb  cümlənin  tərkib  hissəsi  kimi  işləndikdə 
cümlələrin  sonuna  doğru  səs  tonu  yüksəlir,  axırıncıdan  başqa,  digər  cümlələr 
arasında  fasilə  nisbətən  azalır,  sadə  cümlələrin  birində  məntiqi  vurğu  altında 
deyilən söz bütün ifadənin məntiqi mərkəzi olur. 
Tabesiz mürəkkəb cümləni əmələ gətirən sadə cümlələrdə  təsvir olunan 
hadisələr bir-biri ilə o qədər də bağlı olmazsa, belə tabesiz mürəkkəb cümlələrdə 
tərkiblərdən  birincisinin  sonunda  səs  tonu  bir  qədər  enir  (nöqtədə  olduğu  qədər) 
və nisbətən geniş fasilə edilir. Yazıda belə fasilə nöqtəli vergüllə göstərilir. 
Hər tərəfdə sakitlik hökm sürürdü, kənd  dərin sükut içində yatırdı; sükutu 
yalnız kənddən bir qədər kənarda işləyən traktorun səsi pozurdu. 
Aydınlaşdırma    əlaqəli  bağlayıcısız  tabesiz  mürəkkəb  cümlələrdə  birinci 
cümlənin sonunda səs tonu alçalır, bir qədər geniş fasilə edilir. Danışan və oxuyan 
ikinci cümlənin əvvəlində tələffüz edilməyən bağlayıcını fikrən düşünür, fasilə ilə 
onun yerini doldurur. 
Kamal  mədəndəki  müşavirəyə  açıq  alınla  gedirdi;    planı  dolduran  iki 
briqadadan biri  onunku  idi  (M.İ.).    Bu  cümlədə    qoşa nöqtədə  edilən  fasilə  belə 
ki, ona görə ki sözlərinin  yerində işlənmişdir. 
Cümlələr  arasında  fikir  ziddiyyəti,  qarşılaşdırma,  müqayisə  olduqda, 
ikinci  cümlə  birinci  cümlənin  nəticəsi  kimi  meydana  çıxır.  Birinci  cümlə  səs 
tonunun  yüksəldilməsi  və  axırıncı  sözdən  sonra  birdən-birə  fasilə  edilməsi  ilə 
tələffüz olunur. İkinci hissədə səs tonu xeyli aşağı enir. Məsələn;  
Firuzə çox söz dedi, onlardan heç biri Həsənin yadında qalmadı (M.İ.).              
Tabeli  mürəkkəb  cümlənin  də  özünəməxsus  intonasiyası,  deyim  tərzi 
vardır. Bu, budaq cümlənin yerindən asılı olaraq müxtəlif şəkildə özünü göstərir. 

 
96 
1.  Budaq  cümlə  baş  cümlədən  sonra  gəlirsə,  baş  cümlənin  sonunda  səs 
tonu  bir  qədər  yüksəlir,  ondan  sonra  müəyyən  fasilə  edilir,  budaq  cümlə  isə 
alçalan tonla, nəqli cümlə tonu ilə ifadə olunur. 
Pristavın  xanımı  qonaqlara  təklif  etdi  ki,  buyursunlar,  çayın  kənarında 
əyləşib çəməndə çay içsinlər (C.M.). Bu nümunədə budaq cümlə baş cümləni həm 
məna, həm də intonasiyaca tamamlayır. Cümlənin bütövlükdə intonasiyası budaq 
cümlənin sonunda tamamlanmış olur. 
2.  Budaq  cümlə  baş  cümlədən  əvvəl  gəlirsə,  budaq  cümlə  yüksələn,  baş 
cümlə isə bir qədər alçalan səs tonu  ilə deyilir. Bu tipli cümlələrdə budaq cümlə 
ilə baş cümlə arasında davamlı fasilə edilir.  
Kim ki, camaata xor baxır, elə bil öz əliylə öz gözlərini bağlayır (M.İ.).  
3.  Budaq  cümlə  baş  cümlənin  içərisində  gələrsə,  baş  cümlənin  birinci 
hissəsi  bir  qədər  yüksək,  budaq  cümlə  isə  nəzərə  çarpacaq  yüksək  tonla  tələffüz 
olunur. Baş cümlənin qalan hissəsi alçalan səs tonu ilə deyilir.  Bu tipli cümlələrin 
tələffüzündə budaq cümlə baş cümlədən həm əvvəl, həm də sonra davamlı fasilə 
ilə ayrılır. O şəhər ki, bu əhvalat orda vaqe olub., Araz çayına yavuq şəhərlərdən 
biridir (C.M.). 
 
           NĠTQĠ TAMAMLAYAN ĠFADƏLĠ 
HƏRƏKƏTLƏR 
 
Nitq ifadəli hərəkətlərlə müşayiət olunur. Bu hərəkətlər (jestlər, mimikalar 
pozalar  və  digər  hərəkətlər)  ya  sözlə  ifadə  olunan  məna  tutumunu  artırır,  ifadə-
liliyi gücləndirir ya da həmin mənaya ekspressivlik verir, onu daha təsirli edir. Bu 
sahədə  mimikanın  rolu  böyükdür.  Mimika  yunanca  mimikos  –  təqlid  mənasında 
işlənib  üz  əzələlərinin  ifadəli  hərəkətləri  anlamını  bildirir  Mimika  insan  hiss-
lərinin,  əhvali-ruhiyyəsinin  təzahür  formalarından  biridir.  O,  sözün  təsir  gücünü 
artırır, onun mənasının qavranılmasına kömək edir.  Jest insan bədəninin  - qolun, 
əlin,  başın  və  s.  mənalı  hərəkəti  olmaqla    qeyri-verbal  ünsiyyətdə  bədən  dili  ilə 
ifadə  olunan  mənanı  müşayiət  edir,  tamamlayır,  onun  təsir  gücünü,  emosional-

 
97 
lığını artırır. Danışıq zamanı müxtəlif bədən hərəkətləri (qaşı oynatmaq (təəccüb, 
maraq),  baş  tərpətmək  (razılıq,  narazılıq,  peşmançılıq,  kinayə  və  s.),  barmaqları 
silkələmək (hədələmək, tapşırmaq, məsuliyyəti artırmaq), bığlarının ucunu ağzına 
alıb çeynəmək (qəzəb, kin), üz-gözünü turşutmaq (narazı olmaq), boğaz çəkmək 
(yalvarmaq,  yola  gətirmək),  əli  sinəsinə  və  gözü  üstünə  qoymaq  (razılıq)  və  s. 
vasitəsilə  müəyyən  məna  və  ya  fikir  ifadə  olunur.  Bu  cür  jest,  mimika,  danışıq 
prosesində edilən kəskin və sürətli hərəkətlər söylənilən fikrə uyğun olanda lazımi 
effekt  yarada  bilir.  “Adətən,  natiq  sözlərin  köməyini  hiss  etməyəndə  jestlərdən, 
mimikadan,  duruşdan,  baxışın  istiqamətindən,  hətta  həmsöhbətlərin  arasındakı 
məsafədən  də  istifadə  etməklə  də  ünsiyyətdə  ola  bilir.  Bu  cür    mənalı  ünsiyyət, 
xüsusi  ilə  emosional  vəziyyət,  hisslər  və  əhvalların  ötürülməsi  ilə  əlaqədar  olan 
şərait üçün xarakterikdir” (30, səh.72). Deyilənlərə görə, karol Ferdinand Neapoli-
tanski    1821-ci  ildə  onu  ölkədən  qaçmağa  məcbur  etmiş  iğtişaşlardan  sonra  öz 
şəhərinə qayıdanda sarayın qarşısındakı meydana toplanmış şəhər camaatına nitq 
ilə müraciət etmək istəyir. Lakin balkonda ayaq üstündə xeyli dayandıqdan sonra 
kral  başa  düşür  ki,  təlatümə  gəlmiş  kütlənin  hay-küyü,  hətta  kralın    yanındakı 
əyanları  belə  onu  eşitməsinə  imkan  verməyəcək.  Onda  Ferdinand  bir  kəlmə  də 
deməyib  öz  təbəələrinə  əsl  cənublu  kimi,  əl-qol  hərəkətləri  ilə  müraciət  edir. 
Əllərinin  hərəkəti  və  mimikası  ilə  onları  çağırır,  danlayır,  xəbərdar  edir, 
bağışlayacağına  söz  verir...  Şəhərlilər  sakitləşir,  “nitq”ə  diqqətlə  fikir  verir  və 
nəhayət, onun simasında öz  adamlarını, əl-qol hərəkətləri edən neapollunu qəbul 
edib onu alqışlayırlar. 
Bu nümunə ifadəli hərəkətlərin ünsiyyətdə kəsb etdiyi rolu əyani şəkildə 
sübut  edir.  Lakin  danışıq,  oxu  zamanı  nitqi  tamamlayan  bu  əlavə  vasitələrdən 
həddindən  artıq  istifadə  etmək  o  qədər  də  məqsədəuyğun  sayılmır.  Danışanın 
həddindən  artıq  əl-qol  atması,  üz-gözünü  turşutması,  əllərini  bir-birinə  vurması, 
dodağını çeynəməsi, ağzını marçıldatması, burnunu, bığını, boynunu sığallaması, 
danışarkən tez-tez o tərəf,  bu tərəfə hərəkət etməsi və s. fikrin həmin hərəkətlər 
istiqamətində  yayınmasına,  dinləyicilərin  ümumi  bir  narahatlıq  və  narazılığına 
səbəb  olur,  bəzən  də  gülüş  yaradır.  Nitq  praktikasında  natiqin  belə  hallara  yol 

 
98 
verməsi dözülməzdir. Natiq digər sahələrdə olduğu kimi, ifadəli hərəkətlərində də 
müəyyən  ölçüləri  gözləməli,  təbii  və  cazibəli  duruşu,  jesti,  mimikası  ilə 
işgüzarlığını,  hazırlığını,  sadəliyi  və  səmimiyyətini  nümayiş  etdirməli,  nitqinin 
ifadəliliyini  artırmalı,  dinləyicilərin  düşüncə  və  hisslərinə  təsir  göstərməklə 
söylədiklərinin daha yaxşı mənimsənilməsinə nail olmalıdır. 
Nitq hərəkətlərindən istifadə həm də milli xarakter daşıyır. Bu məsələdən 
danışarkən  Ə.Kəlbəliyev  göstərir  ki,  danışığın  icra  tərzində  müxtəlif  xalqlar 
arasında  müəyyən  fərqlər  özünü  göstərir.  Məsələn,  italiyalı  danışıq  zamanı  əl-
qolunu  çox  işlətdiyi  halda,  amerikalılar  həmişə  gülümsünür,  yaponiyalı  isə 
danışarkən  öz  müsahibinin  gözünə  qətiyyən  baxmır,  yerə  baxır.  Buna  görə  də 
etiketlərdən istifadə edərkən ünsiyyətdə olduğun adamın milli mənsubiyyəti, milli 
ənənələri nəzərə alınmalıdır (39, 9). 
Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin