Nadġr abdullayev



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix24.05.2020
ölçüsü2,09 Mb.
#31516
1   2   3   4   5   6   7   8   9   10   ...   22
Azf-277620


Həyəcanlı  vurğu.  Nitqin  emosionallığını  artıran  vasitələrdən  biri  də 
həyəcanlı  (emfatik)  vurğudur.  “Məntiqi  vurğu  ilə  danışan  şəxsin  əvvəlcədən 
xüsusiləşmiş  halda  nəzərdə  tutduğu  məna  ifadə  olunur.  Həyəcanlı  vurğu  ilə  isə 
daha  çox  danışıq  prosesində  yaranan  duyğular,  hiss-həyəcan  ifadə  olunur”
1
.  Bu 
zaman sözün bir səsi – saiti, yaxud samiti daha gərgin, daha güclü və uzadılaraq 
                                                 
1
 Ə.Dəmirçizadə. Müasir Azərbaycan dili. Bakı, Marif, 1972, s.164. 

 
77 
tələffüz  edilir.  Dilçilikdə  həyəcanlı  vurğunun  iki  şəklindən    bəhs  olunur:  a) 
samitin həyəcanlı tələffüzü; b) saitin həyəcanlı deyilməsi. 
Sait-samit quruluşlu  sözlərdə sonda gələn samit və sait güclü (iki-üç qat 
şiddətli)  deyilməklə  həyəcanlı  vurğu  yaranır,  sözün  məna  sferasında  danışanın 
bəhs etdiyi əşya və ya hadisəyə münasibətinə uyğun dəyişmə baş verir. Məsələn; 
of, ay, uf və s. nidalar yazıldığı kimi tələffüz edildikdə həyəcan, hiss bildirir, lakin 
samitlər  qoşalaşdırıldıqda,  üçləşdirildikdə  əmələ  gələn,  dərk  edilən  məna  artıq 
sadəcə nida deyil, həyəcanlı vurğunun oyatdığı təəssüratdır. Bu daha dərin, güclü 
və  təsirlidir. Həmin  sözləri  ayrılıqda  və  cümlədə  həyəcanlı  vurğu  ilə  söyləməklə 
sözlərin  şifahi  nitqdə  nə  qədər  yeni-yeni  əlamətlər  qazandığının  şahidi  oluruq. 
Off, ayy, axx, uff və s. nidaların yaratdığı təsirə, məna çalarına diqqət edək: 
       
                                Of... zəhər qoxuyur onun havası (S.V.) 
 
Bu misrada of nidasının samiti həyəcanlı vurğu ilə deyildikdə (off), samit 
qoşalaşdığından sözdə yeni (sətiraltı) məna yaranır. 
Samit – sait – samit strukturlu sözlərin son samitinin həyəcanlı vurğu ilə 
tələffüzü geniş şəkildə işlənir. Məsələn; sus (suss), vur (vurr) və s. “Vur (vurr) ki, 
görüm vuran əlin var olsun. Qacarın başına dünya dar olsun” (S.Vurğun). 
Vay (vayy), vay (vayy) nə yaman müşkülə düşdü işim, allah! (Sabir). 
Müşahidələr göstərir ki, Azərbaycan dilində, əsasən, c, r, s, ş, y, z, v kimi 
samitlər daha çox belə effekt yaradır. Hətta ikihecalı sözlərdə də tələffüz zamanı 
həmin  sözlər  qoşalaşaraq  həyəcanlı  vurğunu  əmələ  gətirir.  Məsələn;  yavaş 
(yavvaş), qısa (qıssa), azar (azzar), gözəl (gözzəl), hamı (hammı), dərin (dərrin), 
qəşəng  (qəşşəng).  Çox  qəşəng  (qəşşəng),  dedim,  lap  ürəyimdən  tikan  çıxdı.  Çox 
gözəl (gözzəl) iş görmüşəm. Bu cümlələrdə qəĢəng sözündəki ş, gözəl sözündəki z 
səslərinin qoşa tələffüzü fikrin, mənanın daha dolğun, emosional ifadəsi üçün bir 
vasitəyə çevrilir.  
Hiss və həyəcan sait səsin uzadılaraq güclü deyilməsi ilə də ifadə olunur. 
Saitin  güclü,  uzun  tələffüzü  danışanın  hiss  və  duyğularını  aşkarlayır,  onun 

 
78 
münasibətini ortaya çıxarır. Məsələn; ba-baa, de-dee, da-daa, can-caan, Əli-Əlii, 
belə-beləə, bax-baax və s.  
1.  Ba (baa) oğlan, nəmənə? (Ə.S.) 
2.  Tfu (tfuu), sənun taxtına, ey çərxi-fələk,  
       Daşdan yaranmamış, ətdəndir ürək (S.V.) 
3.  Qasım, vay sənin halına can (caan) – can (caan). 
4.  Deməli  beləə...  Qeysərli  əsəbi-əsəbi  fısıldayıb  növbətçi  müəllimə 
müraciət etdi (V.Babanlı). 
5.  A – aa – az, bu virananın uşaqları hələ durmayıblarmı? (İ.Ş). 
Nitq  fasiləsi.  İntonasiyanın  digər    ünsürü  fasilədir.  Nitq  müəyyən 
dayanacağa  malikdir.  Tənəffüs  məqsədilə  danışıq  və  oxu  prosesində  edilən  bu 
dayanacaq  fasilə  (pauza)  adlanır.  Nitq  zamanı  zəruri  fizioloji  tələbatın  nəticəsi 
kimi  baş  verən  tənəffüs  –  fasilə  həm  danışanın,  həm  də  dinləyənin  nitq 
orqanlarının müəyyən sakitliyi, rahatlığıdır. 
Tələffüz  prosesində  nəfəs  və  səsin  düzgün  tənzim  edilməsi  mühüm 
şərtlərdəndir.  Xüsusən,  nəfəsalmaya  düzgün  əməl  olunmaması  nitq  zamanı 
darıxmaya,  təngnəfəsliyə,  diksiyanın  pozulmasına  və  s.  kimi  hallara  gətirib 
çıxarır.  Buna  yol  verməmək  üçün,  birinci  növbədə,  nitqdə  normal  fasiləyə  əməl 
olunmalıdır.  Nitq  fasiləsinin  təkcə  söyləyən  və  ya  oxuyan  üçün  deyil,  dinləyici 
üçün də böyük  əhəmiyyəti vardır. Dinləyici öz növbəsində danışan və oxuyanın 
etdiyi  fasilə  zamanı  eşitdiklərini  mənimsəyir,  “həzm”  edir,  sonrakı  fikri  tutmaq 
üçün diqqətini səfərbərliyə alır. 
Nitq prosesində normal tənəffüsün rolu böyükdür. Tənəffüs iki funksiyanı 
yerinə  yetirir:  o  həm  insan  həyatı  üçün  zəruri  şərt,  həm  də  nitqi  yaradan  başlıca 
vasitədir.  Həyat  üçün  lazım  olan  tənəffüs  aşağıdakı  ardıcıllığa  malikdir, 
nəfəsalma,  nəfəsvermə  və  fasilə.  Nəfəsalma  (ciyərlərin  oksigenlə  doldurulması) 
tənəffüsdə  ən  aktiv,  şüurdan  asılı  olmayan  prosesdir.  Bu  prosesdən  sonra 
hərəkətverici  əzələlərin  gərginliyi  azalır,  onlar  sakit  vəziyyət  alaraq,  növbəti 
nəfəsalmaya  qədər  bu  vəziyyətdə  qalırlar.  Həm  nəfəsalmaya,  həm  də 
nəfəsverməyə sərf olunan vaxt, təxminən, eynidir. Nəfəsvermədə ciyərlər heç bir  

 
79 
vaxt  havadan  tam  azad  olmur,  orada  ehtiyat  hava  qalır.  Həyat  üçün  zəruri  olan 
tənəffüsün  ritmik  hərəkəti  qeyri-şüuri,  reflektiv  formada  icra  edilir.  Nitq 
tənəffüsünün  isə  tamam  fərqli  xüsusiyyətləri  vardır.  Bu  tənəffüs  nitq  prosesi  ilə 
bağlıdır  və  ona  xidmət  edir.  Danışanın  məqsədindən,  daha  doğrusu,  nitqin 
məzmunundan  asılı  olaraq  tənəffüsün,  xüsusən  nəfəsvermənin  adi  ritmi  pozulur, 
nəfəsvermə  nəfəsalmadan  xeyli  uzun  sürür. Nəfəsvermə  və  nəfəsalma  arasındakı 
dövretmənin nəticəsində nitqdə uzun və qısa fasilələr əmələ gəlir. 
Nitq  fasiləsi  həm  məntiqi,  həm  də  psixoloji  funksiya    daşıyır.  Məntiqi 
fasilə  nitqi    məna  daşıyan  hissələrə  bölməklə,  onun  dəqiqliyini,  düzgünlüyünü, 
aydınlığını  təmin  edir.  Danışan  bu  fasilənin  köməkliyi  ilə  ifadə  edəcəyi  fikri 
dinləyicinin  diqqətinə  çatdırır,  bəzən  nitqdə  yaranan  dolaşıqlığı  aradan  qaldırır. 
Fasilə  cümlədə  vahid  məna  bütövlüyündə  birləşən  qrupları  həm  ayırır,  həm  də 
birləşdirir.  Buna  görə  də  ona  əlaqələndirici,  yaxud  birləşdirici  fasilə  də  deyilir. 
Məsələn;  Çalış, öhdəliyi vaxtında yerinə yetir. Burada  bölgü bildirən fasilə (çalış 
sözündən sonra) fikrin düzgün ifadə olunmasına xidmət edir. Yaxud Oxusan, əlaçı 
olarsan cümləsində məntiqi fasilə (oxusan sözündən sonra) cümlənin iki hissəsini 
(oxusan  və  əlaçı  olarsan)  vahid  bir  məna  bütövlüyündə  birləşdirir.  Fasilənin 
birləşdirmə  funksiyası  onun  ayırma  funksiyasından  üstündür.  O,  nitqə  axıcılıq 
verir, onun təbii oxunaqlığını təmin edir. Bu fasilənin köməyi ilə biz sözdən nitqin 
məntiqi cəhətdən daha canlı olan digər formasına – sözlərin birləşməsinə keçirik. 
Fasilə  bizim  üçün  fikrimizi  təshih  etmək,  səhvlərin  qarşısını  almaqdan  ötrü 
qoruyucu  rolunu  oynayır.  Fasiləsiz,  daha  doğrusu,  məntiqi  aydınlığa  malik 
olmayan  nitq  mənasızdır.  Davamlıq  baxımından  məntiqi  xarakterli  fasilələr 
müxtəlif  ölçüdə  -  adi  (normal),  bir  qədər  davamlı  və  adi  normadan  qısa  olur. 
Həmcins  üzvlər  arasındakı  fasilə  adi  ölçüdədir.  Abzaslarda,  cümlənin  sonunda, 
nöqtədən sonra, iki və çox nöqtədə, tire işarəsi qoyulan yerdə, mübtəda qrupu ilə 
xəbər qrupu arasında böyük fasilə edilir. Kiçik fasilə ən çox sintaqmalar (təqtilər) 
arasında  özünü  göstərir.  Sintaqmadan  bəhs  edən  prof.Y.Seyidov  yazır:  “Biz 
sintaqmanı belə düşünürük: sintaqma cümlə daxilində (nitqdə) bir-birinin ardınca 
gələn  və  bir  nəfəsvermə  ilə  ifadə  edilən  sözlər  qrupudur,  bəzən  də  bircə  sözdür. 

 
80 
Sintaqmalar    xüsusi  ritmik  vurğuya  malik olur və  bir-birindən    pauza  ilə  ayrılır” 
(53, s.70). 
Nitqdə  sintaqmanın  müxtəlif  qrupları  mövcuddur.  Bu  qruplara  söz 
birləşmələri,  frazeoloji  birləşmələr,  bir  məna  verən  nominativ  adlar,  mürəkkəb 
idarə,  müəssisə,  təşkilat  adları,  terminlər  və  s.  daxildir.  Onlar  bir  sözdən,  söz 
birləşməsindən,  bəzən  də  bir  cümlədən  ibarət  ola  bilir.  Sintaqma  cümlə  üzvü, 
mürəkkəb cümlənin bir hissəsi, xitab, ara sözü və s. olur. 
Sintaqmaların  sərhədində  fasilə  edildiyi  halda,  çox  zaman  durğu  işarəsi 
qoyulmur.  Bu  cəhət  ifadəli  oxu  və  əzbər  söyləmədə  xüsusilə  nəzərə  alınmalıdır. 
Belə halın bir neçəsini göstərək: 
1.  Mübtəda  qrupu  ilə  xəbər  qrupu  arasında  fasilə  edilir,  lakin  durğu 
işarəsi  qoyulmur.  Məsələn;  Birdən-birə  qopmuş  külək  /  gəmini  beşik  kimi 
yırğalamağa  başladı  (Q.Musayev);  Həyətlərdən,  evlərin  bacalarından  ağır-ağır 
qalxan tüstü topaları/ kəndin üzərində bahar buludları kimi asılı qalmışdı (F.E.). 
2. Qarşılaşdırma bildirən bağlayıcılar özündən sonra gələn sözlə müəyyən 
fasilə  ilə  ayrılır.  Məsələn;  Onlar  tez-tez  görüşürdülər  /  ancaq  söhbətləri  uzun 
çəkərdi (M.H.). 
3.  Səbəb  bildirən  çünki  bağlayıcısından  sonra  fasilə  edilir.  Məsələn;  Bu 
gün deyilsə, sabah gələcəklə,r çünki /  həyat özü bunu tələb edir (C.C.)  
4.  Bir  sıra  ədat  və  qoşmadan  sonra  da  fasilə  edilir:  a)  artıq  /  ədatından 
sonra. Məsələn;  Artıq / həyat məni tərk edir, nəfəsim boğulur (Ə.Məmmədxanlı); 
b) qüvvətləndirici hətta ədatından sonra. Məsələn; Hətta/ Rüstəm kişi bir balaca 
pərt  oldu  (İ.Şıxlı);  c)  bəri,  qabaq,  əvvəl,  sonra,  ötrü,  ilə  qoşmalarından  sonra. 
Məsələn;  O,  rəqsi  bitirdikdən  sonra  /  qonaqlar  tərəfindən  alqışlandı  (S.S.Axun-
dov). 
5.  Axırıncı  həmcins  üzvdən  sonra  Bu,  əsasən,  həmcins  mübtəda  və 
tamamlıqlara    aiddir). Məsələn;   Sevənlərin  sevincləri, həyəcanları, göz  yaşları  /  
ona anlaşılmaz, uzaq və dumanlı görünürdü. 

 
81 
6.  Müxtəsər    cümlədə  mübtəda  ilə  xəbər  arasında.  Əgər  sadə  geniş 
cümlədə mübtəda ilə xəbərdən biri mürəkkəb olarsa, onların arasında fasilə edilir. 
Məsələn; Əhməd / sinfin əlaçısıdır. Məktəb direktoru / danışdı.  
Durğu işarələri bəzi hallarda oxunmur:  
a)  cümlənin daxilində və  axırında gələn  xitablar  özündən  əvvəlki  sözlə 
birlikdə deyilir. Məsələn;  
Gəl,  qızım,  gedək  görüm  sənə  nə  çarə  edə  bilərəm  (S.S.Axundov);  Məni 
tanımırsınız, doktor? – dedi, - Vaxtilə mən sizi qəzetə vurmuşdum (C.C.). 
Birinci  cümlədə  qızım,  ikinci  cümlədə  isə  doktor  xitablarından  əvvəl 
qoyulmuş vergül işarəsində oxu zamanı fasilə edilmir. 
b)  ara və modal sözlər özündən qabaqkı sözlə birlikdə deyilir. Məsələn;  
Xanım,  bu  gələnlər,  deyəsən,  elə  dünənki  qonaqlardır  (C.Məmməd-
quluzadə). 
Mühazirəçi    (müəllim)  hər  hansı  bir  mətni,  bədii  parçanı  üzündən 
oxuyarkən və ya əzbər söyləyərkən sintaqmaların (təqtilərin) artasındakı fasilələri 
gözləməyi bacarmalıdır. Təqtiləri birnəfəsə oxuduqda dinləyici ifadə edilən fikri 
qavramaqda  çətinlik  çəkir.  Danışan  da  öz  növbəsində  boğulur,  təngnəfəs  olur. 
Sintaqmalar fikrin məntiqi ilə bağlıdır. Cümlə təqtilərə düzgün bölündükdən sonra 
oradakı  fikir,  məzmun  dinləyiciyə  asan  çata  bilər.  Hər  bir  təqtidən  sonra  edilən 
qısa və ya davamlı fasilə nitqdə, ifadəli oxuda xüsusi ritm yaradır. “Fasilə ilə bir-
birindən ayrılan təqtilər cümlənin tərkibində müəyyən bölgü, ritm, ahəng yaradır. 
Bütün  bunlar  dilin  musiqisini  təşkil  edir.  Ona  görə  də  düzgün  danışan  adamın 
nitqi  də  ahəngdar  çıxır,  dinləyicilərə  xoş  təsir  bağışlayır.  Belə  nitq  musiqi  kimi 
səslənir. Sanki şeir oxunur” (48, s.99). 
Aşağıdakı  nümunədə  təqtilər  arasındakı  fasilələr    işarələrlə  qeyd 
edilmşdir
1

                       Mən torpağam / məni atəş yandırmaz // 
                       Tərkibimdə kömürüm var, / külüm var // 
                       Mən baharam / çəmən-çəmən 
                                                 
1
 Qeyd. Sintaqmalar arasındakı bir xətt qısa, iki xətt isə davamlı fasiləni göstərir. 

 
82 
                       Çiçəyim var, / gülüm var // 
                       Mən küləyəm, /əsməsəm / 
                       Kim bilir ki, / mən varam?! // 
                       Mən buludam, / səhraları susuz görüb 
                       Ağlaram // 
                       Mən ürəyəm / döyünməsəm 
                       Ölərəm // 
                       Mən insanam / sadə insan əlinin 
                       Yaratdığı nemətlərlə öyünməsəm, / ölərəm // 
                        Mən işığam / qaranlığın qənimi // 
                        Mən insanam / daşıyaram qəlbimdə / 
              Dünyaların sevincini, / qəmini // 
              Mən insanam /vətənim var, / elim var // 
              Ən böyük həqiqəti - / 
              Azadlığı, / məhəbbəti , / nifrəti / 
               Söyləməyə qadir olan dilim var //. 
                                                                 (R.Rza) 
 
Əlbəttə,  fasilələrin  davamlığı  və  davamsızlığı  nisbi  anlayışdır.  Davamlı 
fasilələrin  müddət  ölçüsü  həmişə  və  bütün  hallarda  eyni  olmadığı  kimi,  qısa 
müddətli fasilələr də bu baxımdan müxtəlif müddət ölçülərinə malik olur. Onların 
bütün variantlarını burada göstərməyə nə imkan, nə də ehtiyac vardır. Buraya bir 
cəhəti  də  əlavə  etmək  lazımdır:  fasilələrin  uzun-qısalığı  danışanın  fərdi  xüsusiy-
yətlərindən də asılıdır. Danışanın söylədiyi  fikirdən, fərdin ehtiras-larından, nitqi 
üçün  seçdiyi  pafosdan,  emosiyadan  asılı  olaraq  etdiyi  davamlı  fasilənin  müddət 
ölçüsü  başqa  adamın  (danışanın)  həmin  fikri  ifadə  edərkən  eyni  halda  etdiyi 
fasilənin müddət ölçüsündən az və ya çox ola bilər. 
Fasilə  psixoloji  funksiya  da  daşıyır.  Bu  fasilə  dinləyicinin  diqqətini 
danışanın  mətndən  əlavə  nəzərdə  tutduğu  və  bilavasitə  sözlərlə  ifadə  etmək 
istəmədiyi cəhətə cəlb edir. Tutaq ki, düşmənlərin ağır cəza, işgəncə ilə öldürdüyü 

 
83 
bir  əsgər  haqqında  söhbət  gedir.  Danışan  bu  hadisəni  daha  təsirli  vermək  üçün 
psixoloji fasilədən belə istifadə edir. “Düşmənlər onu güllələmədilər... Onlar onu 
diri-diri  torpağa  basdırdılar”.  Burada  fasilə  (çox  nöqtələrin  yerində)  özündən 
sonra  gələn    fikri    qüvvətləndirir.  Dinləyici  əvvəlkindən  daha  dəhşətli  olan  bir 
hadisənin baş verəcəyini səbirsizliklə gözləyir. Psixoloji fasilə yazıda, adətən, çox 
nöqtə  ilə  göstərilir.  Bütün  hallarda  çox  nöqtədə  edilən  fasilə  psixoloji  fasilədir.  
Fasilə  mövzunun  mənasından,  danışanın  bəhs  etdiyi  məsələyə  münasibətdən 
doğmalı, bu zaman yaranan sükut nitqdən daha təsirli, daha məzmunlu olmalıdır. 
Nitqin  melodikliyi.  Nitq  zamanı  səs  gah  alçalır,  gah  da  yüksəlir.  Səsin 
müəyyən intervalda alçalıb qalxması musiqidə olduğu kimi, nitqdə də melodikliyi 
əmələ  gətirir.  Nitqin  bu  keyfiyyəti  hissi  halların  ifadəsi  kimi  meydana    çıxır. 
Həyatda temperamentsiz, hissiz adamların nitqi melodiklik baxımından zəif olur. 
İnsanın  emosional  həssaslığı  nə  qədər  çox  olarsa,  onun  nitqinin    melodik 
ifadəliliyi bir o qədər  zəngin olar. 
Cümləyə  məxsus  melodiya  məntiqi  və  psixoloji  olmaqla  iki  funksiyanı 
yerinə  yetirir.  Məntiqi  funksiyalı  cümlə  melodiyasında  melodik  dəyişikliyin 
hamısı bir cümlə daxilində baş verir, yəni cümlənin əvvəlində fikrin  inkişafı ilə 
əlaqədar  səs  tonu  yüksəlirsə,  cümlənin  sonuna  doğru  alçalmağa    başlayır.  Səs 
tonunun  qalxması  bütün  hallarda  nitqə  bütövlük  verir.  Əksinə,  səsin  alçalması 
nitqi müəyyən hissələrə bölür. Məsələn; Mən çox çalışdım, o yola gəlmədi. Birinci 
cümlədə  məntiqi  vurğu  çalışdım,  ikinci  cümlədə  isə  yola  gəlmədi  sözlərinin 
üzərinə  düşmüşdür.  Hər  iki  cümlə  müstəqildir  və  müəyyən  söz  qrupundan 
ibarətdir. Ayrı-ayrılıqda cümlələrin melodiyası  əvvəl yüksək  olduğu halda, sona 
doğru tədricən alçalır. 
Cümlədə  səs tonunun  qalxması  və enməsi  arasında  müəyyən  bir nöqtə - 
kulminasiya nöqtəsi olur ki, həmin nöqtə səs tonunun ən yüksək yoxuşunun başa 
çatdığını və enmənin başlandığını göstərir. Məsələn; Mərcan nənə onların motor 
gurultusunu seçməsə də, atdıqları bombanı səsindən tanıyırdı (M.Cəlal). Birinci 
cümlədə  məntiqi  vurğu  seçməsə  də,  ikinci  cümlədə  isə  tanıyırdı  xəbərinin 
üzərinə düşür. Əvvəlinci cümlənin xəbərində səs tonu ən yüksək nöqtəyə qalxır və 

 
84 
ikinci  cümlədə birdən-birə enən xətlə düşməyə başlayır. Bu cümlədə səsin yuxa-
rıdan aşağıya doğru enməsini çaya atılan daşla müqayisə etmək olar. Daş sudan 
keçib onun dibinə düşür, nitqin melodikliyi tələb edir ki, danışan və dinləyən bu 
“dibi” aydın hiss edə bilsin. 
Melodiya ilə durğu işarələri arasındakı münasibət fasilə ilə durğu işarələri 
arasındakı münasibətin demək olar ki, eynidir. Belə ki: 
1.  Vergül bütün hallarda nitq tonunun yüksəlməsini tələb edir. 
2.  Nöqtədə səs tonu aşağı enir. 
3.  Nöqtəli-vergülün  melodiyası  nöqtənin  melodiyasına  yaxındır.  Bu 
işarə qoyulan yerdə səs tonu bir qədər aşağı enir. 
4.  İki nöqtədə səsin tonu alçalır. 
5.  Tire  və  mötərizə  ilə  cümlənin  digər  üzvlərindən  ayrılan  sözlər  enən 
intonasiya  ilə  oxunur.  Bu  işarədən  sonra  gələn  söz  mötərizədən,  tiredən  əvvəlki 
sözün intonasiyasına uyğun şəkildə deyilir və oxunur. 
             Sual, nida işarəsi qoyulmuş cümlələr yüksək səs tonu ilə tələffüz olunur. 
Cümlə  melodiyası  psixoloji  funksiya  da  daşıyır.  Bu  melodiya  danışanın  
daxili  hisslərini  vermək  üçün  əsas  və  başlıca  vasitədir.  Melodiyanın  psixoloji 
funksiyası,  bir  növ,  onun  məntiqi  funksiyasını  tamamlayır.  Başqa  sözlə,  nitq 
prosesində insan ağlının səsi onun hisslərinin səsi ilə birləşir. 
 
                 Bəs bu gün o hanı. 
                 O hanı, hanı? 
                 Günəşin nidası tutur dünyanı. 
                 Çağırır: Hardasan? 
                 Bacı, hardasan? 
                 Çəmən yerindədir, çöl yerindədir. 
                 Dillən, hardasan? 
                 Oba yerindədir, el yerindədir 
                 Hörüklü gözəlim, bəs sən hardasan? 
                 Yenə də ürəklər bahar-bahardır, 

 
85 
                 Qəlbi bahar bacım, bu gün hardasan? 
                 Sənin zərrələrin hər yerdə vardır. 
                 Özün hardasan?        
                                                        (N.Xəzri) 
 
Bu  parçada  qəhrəmanın  faciəli  ölümündən  doğan  kədəri  daha  çox  ifadə 
edən sual cümlələri ekspressiv – sual melodiyası (hüzn və qəmgin bir melodiya), 
zəngin  səs  çaları  ilə  oxunmalıdır.  Burada  sual  intonasiyasından  daha  çox  nida 
melodiyası vardır. 
Psixoloji funksiyalı melodiya səsin qalxıb-enmə dərəcəsindən asılı olaraq 
müxtəlif keyfiyyət kəsb edir. Əgər səsin yüksəlməsi və alçalması arasında interval 
eyni  nisbətdədirsə,  belə  nitq  melodiklikdən  məhrumdur.  Bu  cür  danışıq  tərzi 
monoton  adlanır.  Monoton  nitqdə  səs  tonu  yeknəsəqdir.  Nekroloq  və  digər  bəd 
xəbərlər,  fəlakət, faciəvi hadisələr və s. aşağı tonla – monoton bir tərzdə oxunur. 
Monotonluq danışıq və oxu üçün yabançı bir haldır. Belə danışıq tərzi dinləyicini 
yorur, mətndəki əsas fikrin anlaşılmasına mane olur.  
Natiqlik  praktikasında  nitqin  melodiklik  baxımından  zənginliyi  xüsusi 
əhəmiyyət kəsb edir. Məhz belə keyfiyyətə malik olanlar söhbətlərində, mühazi-
rələrində, oxu prosesində dinləyicilərin marağını, diqqətini cəlb edə bilir, onların 
qəlbinə yol tapırlar. 
İfadəliliyin ən incə və mürəkkəb vasitələrindən biri də tembrdir. Tembr  
fransız  sözü  olub,  zınqırov  deməkdir.  Tembr  tələffüzdə  əlavə  səslərin  (oberton-
ların) köməkliyi ilə yaranır. Əlavə səslər əsas səsi qüvvətləndirir, ona xüsusi rəng 
verir. Tembr vasitəsilə biz müxtəlif musiqi alətlərinin (tar, kamança, piano, gitara, 
qarmon  və  s.)  səslərini  bir-birindən  fərqləndirir,  hər  hansı  bir  tanışı  üzünü 
görmədən  (məsələn,  telefon  vasitəsilə)  səsindən  tanıya  bilirik.  Tembr  danışanın 
əhval-ruhiyyəsindən,  onun  insan,  əşya  və  hadisələrə  münasibətindən  asılı  olaraq 
dəyişir.  Danışanın  fərdin  fiziki  göstəriciləri  və  səciyyəvi  psixoloji  xüsusiyyətləri 
də (xəstəliyi, sağlamlığı, bədbəxtliyi, xoşbəxtliyi və s.) səs tembrində “oxunur”. 

 
86 
Tembrin ifadəli oxuda xüsusi rolu vardır. Oxuda ən çətin məsələ hər hansı 
bir obrazın  danışıq tembrini  müəyyənləşdirməkdir.  Əsər  oxunarkən  (hətta  səssiz 
oxunarkən) qəhrəmanın səs tembri “eşidilir”, keçirdiyi psixoloji hallarla əlaqədar 
səs tembrinin dəyişməsi də hiss edilir. 
Sintaktik quruluĢların tələffüz qaydaları. Nitqimizi təşkil edən sözlər, 
birləşmələr  və  cümlələr  rəngarəng  intonasiya  çalarına,  deyiliş    tərzinə  malikdir. 
İntonasiyadan söhbət gedərkən, adətən,  sintaktik quruluşların, xüsusən cümlələrin 
deyilişi, tələffüzü nəzərdə tutulur.  
Dilimizin  səslənmə  tərzi,  intonasiya  çalarları  nitqin  sintaksisi,  sintaktik 
quruluşların  tələffüzü  ilə  daha  çox  bağlıdır.  Fikrimizi  konkretləşdirmək  üçün  
sintaktik quruluşların bəzisinin  intonasiyası haqda  bəhs açmağı lazım bildik. 
Nəqli  cümlənin  tələffüzü.  Nəqli  cümlənin  əvvəlində  səs  tonu  yüksəlir 
müəyyən  sözlərdən  sonra  çox  da  böyük  olmayan  fasilə  `  (kiçik  fasilə)  edilir, 
cümlənin  sonunda  səs  tonu  alçalır.  Bu  cümlələr  arasında  davamlı  fasilə  edilir. 
İgidlər  alaçıq  tikdilər.  //  İçini    pələng  dəriləri  ilə  bəzədilər.  //  Aşıq  çağırdılar. 
Məclis  qurdular (İ.Ə.). Bu nəqli cümlələr bir-birindən davamlı fasilə ilə ayrılır.  
Sual  cümlələrinin  tələffüzü.  Sual  cümlələrinə  məxsus  intonasiya  elə 
böyük əhəmiyyət kəsb edir ki, çox halda o, sual cümləsini yaradan  yeganə vasitə 
olur.  Bu  intonasiya  daha  çox  məntiqi  vurğu  ilə  əlaqədardır.  Sual  intonasiyası 
əsasında  formalaşan  sual  cümlələri  sözlərin  sırası  bəzən  dəyişilərək,  bəzən  də 
dəyişilməyərək  tələffüz  olunur.  Sözlərin  sırası  dəyişilmirsə,  sual  intonasiyası 
cümlədə  müəyyən  sözün    (məntiqi  vurğulu  sözün)  yüksək  tonla  deyilməsi  ilə 
özünü göstərir. Məsələn; Sən dünənki televiziya tamaşasına baxdın?  Bu cümlədə 
məntiqi  vurğunu  ayrı-ayrı  sözlər  üzərinə  keçirməklə  bir-birindən  üslubca  fərqli 
olan  bir  neçə  sual  cümləsi  düzəltmək  olur.  Bəzən  sual  cümlələrində  (Bu  digər 
cümlə tiplərində də belə olur) məntiqi vurğulu söz və ya söz birləşmələri xəbərin 
əvvəlinə  keçirilir.  Həmin  söz  yüksək  səs  tonu  ilə  deyilir  və  buradan  da  sual 
intonasiyası  yaranır.  Məsələn;  Sən  sabah  Qədirlə  görüşəcəksən?    Bu  cümləni 
soruşanın məqsədinə uyğun olaraq aşağıdakı şəkillərdə ifadə etmək olar:  

 
87 
Sən  sabah  Qədirlə  görüşəcəksən?  Sabah  Qədirlə  sən  görüşəcəksən?  Sən 
Qədirlə sabah görüşəcəksən? 
Sual  intonasiyası  ilə  yaranan  sual  cümlələrində  məntiqi  vurğunun  hansı 
sözün  üzərinə  düşməsindən  asılı  olmayaraq,  xəbər  həmişə  cümlənin  digər 
üzvlərinə nisbətən qüvvətli deyildir. Belə cümlələrdə xəbərin son hecası bir qədər  
uzadılaraq  tələffüz  olunur  ki,  bu  uzanma    heç  bir  formal  əlamət  olmadan  sual 
intonasiyasını yaradır. 
Sual  əvəzlikləri  ilə  əmələ  gələn  cümlələrində  sual  əvəzlikləri  cümlədəki 
yerindən asılı olmayaraq hər bir halda məntiqi vurğu qəbul edir. 
Kim bizim uğurlarımıza şübhə edə bilər? 
Bu  cümlədə  sual  bildirən  “kim”  sözü  məntiqi  vurğu  qəbul  etdiyi  üçün 
yüksək  intonasiya  ilə  deyilməlidir.  Əvvəlində  sual  əvəzliyi  gələn  belə  cümlənin 
sonuna doğru səs tonu alçalır. Məsələn;  
                      Nədir dinlədiyim bu xoş nəğmələr?  
                                                                   (S.Vurğun) 
 
Sual əvəzliyi cümlənin ortasında gəldikdə o yüksək intonasiya ilə tələffüz 
olunur.    Məsələn;  Kəndə  necə  gedib  çıxacaqsan?  Maşını  alana  qədər  kimdən 
çörək pulu istəyəcəksən? (İ.Ə.) və s. 
Sual əvəzliyi cümlənin sonunda gələrsə, həmin söz məntiqi vurğu altında 
yüksələn səs tonu ilə oxunacaqdır. Məsələn; 
                Axan sular, sən kiminsən? 
                 Mənə körpü salanın. 
                 Doğan günəş, sən kiminsən? 
                 Məndən işıq alanın. 
                 Sonsuz fəza, sən kiminsən? 
                 Məndə qanad salanın. 
                 Həyat, söylə, sən kiminsən? 
                           Mən həyatı öyrənənin, 
                           Bacaranın, alanın(C.C.) 

 
88 
Sual cümlələrinin başqa bir qismi sual şəkilçilərinin (-mı, -mi, -mu, -mü) 
köməkliyi  ilə  düzəlir.  Məsələn;  Hə,  buruq  xoşuna  gəldimi?  (M.M.)  ;  Məhəbbət 
öz-özlüyündə gözəl duyğu deyilmi? (İ.Ə.). 
Bu cümlələrin xəbərləri (gəldimi, deyilmi) sual ədatı ilə işlənmişdir. Sual 
ədatları əksərən cümlənin xəbəri ilə əlaqədar olur. Lakin bəzən məntiqi vurğudan 
asılı olaraq, başqa sözlərə də qoşula bilir. 
Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin