Nadġr abdullayev


vurğusu, surəti onun tempi



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix24.05.2020
ölçüsü2,09 Mb.
#31516
1   2   3   4   5   6   7   8   9   ...   22
Azf-277620


vurğusu, surəti onun tempi, istiqaməti onun melodiyası, dayanacağı isə fasilədir
Vurğu,  fasilə,  temp,  melodiya  nitqin  xarici  komponentləridir.  Bu  xarici  kompo-
nentlər  səslənməni  yaradır.  Bu  ünsürlər  –  nitqin  texniki  cəhətləri  nitq  mədəniy-
yətinin  əsas  bölmələrindən  biri  olub,  danışıq  və    oxuda  ifadəliliyin  yaranmasına 
xidmət edir. 
Vurğu. Vurğu intonasiyanın əsas ünsürlərindəndir. Dilçilik ədəbiyyatında 
onun  üç  növündən  –  söz  vurğusu,  məntiqi  vurğu  və  həyəcanlı  vurğudan  bəhs 
olunur. 
Söz vurğusu.  Söz vurğusu nitqdə,  əsasən,   iki vəzifəni  yerinə  yetirir: 
a)  sözlərdə  forma  gözəlliyi  yaradır;  b)  yeni  məna  əmələ  gətirir.  Bunlardan 
birincisi fonetik, ikincisi fonosemantik vəzifədir. Vurğu öz yerində deyiləndə söz 
tam,  dəqiq,  səlis,  təbii,  ürəyəyatan  formasını,  ən  optimal  fonetik  şəklini  alır.  əks 
halda, sözlər bayağılaşır, öz axarından uzaqlaşır, süni deyim yaranır, məna anlaşıl-
mır.  Şifahi  nitq  üzərində  müşahidələr  göstərir  ki,  vurğu  səhv  vurulanda  həm 
sözlərin, həm də bütövlükdə cümlələrin mənası dolaşır. Məsələn: də`ymə düşər – 
dəymədüşə`r, di`mdik –dimdi`k, gö`rməmiş – görməmi`ş, bağla` - ba`ğla, yağsa` - 
ya`ğsa, qı`zdır – qızdı`r, gülü`n –gü`lün, sa`bah – saba`h və s. kimi omonimləşmiş 
sözlər  yalnız  vurğu  vasitəsi  ilə  fərqlənir.  Sözlərdə  vurğunun  qüsurlu  tələffüzü 
nitqin  gözəlliyinə  xələl  gətirir,  onun    təbii  gücünü  azaldır,  nəzərdə  tutulan  fikir 
ideya, məqsəd dinləyiciyə istənilən səviyyəyə çata bilmir. 
Kəlmələrin  deyilişində  vurğunun    qüsurlu  tələffüzü  ilə  bağlı  yaranan 
qeyri-adilik  dərhal  nəzərə  çarpır.  Bu,  nitqin  təsirini  azaldır,  eşidənlərin  diqqətini 
söhbətin məzmunundan  yayındırır, nəzərdə tutulan fikir, ideya, məqsəd dinləyi-
ciyə  istənilən  səviyyədə  çata  bilmir.  Yaxşı  yuyulmuş  pəncərə  şüşəsi  diqqəti 
çəkmir, yalnız işıq buraxır. Bu həm də yaxşı natiqə də aiddir. Təbiidir ki, dinləyi-
cilər  onun  danışıq  tərzini  hiss  etmirlər.  Onlar  yalnız  eşitdiklərinin  məzmununa 
diqqət yetirirlər. Lirik əsərlərin tədrisi ilə bağlı dissertasiya müdafiə olunurdu. Hər 
şey  öz  qaydasında  idi.  Nəzərə  çarpan  yeganə  qüsur  dissertantın  lirika  sözünü 
qüsurlu şəkildə - liri`ka (vurğunun ikinci hecada tələffüz olunması) kimi deməsi 
idi. Bu söz mövzu ilə bağlı dəfələrlə qarşıya çıxır, dissertant onu bir qayda olaraq 

 
66 
hər dəfə qüsurlu tələffüz edirdi. Müdafiə şurasının üzvləri yerbəyerdən etirazlarını 
bildirsələr  də,  belə  tələffüz  tərzinə  alışmış  dissertant  səhvini  düzəldə  bilmədi. 
Təkcə  bir  sözün  qüsurlu  tələffüzü  dissertantın  mədəni  səviyyəsi  və  müdafiə 
olunan əsərlə bağlı təəssüratı pozdu.  
Azərbaycan dilinə məxsus sözlərdə vurğu dilin təbiətinə görə (iltisaqiliyin 
bir  əlaməti  kimi)  əsasən  son  heca  üzərin  düşür.  Dilimizə  məxsus  sözlərin 
tələffüzündə  (bəzi  şivə,  tələffüz  tərzi  nəzərə  alınmazsa,  məsələn,  o`xu,  da`ha, 
bü`tün, a`rzu, g`ünorta, cə`mi, təsa`düfi, şu`ra, ha`lbuki, i`sim, si`fət, ə`dat və s. 
kimi  tələffüz  forması)  vurğunun  deyilişi  ilə  bağlı  qüsura,  ümumən,  yol  verilmir. 
Bu  sahədə  ədəbi  tələffüzdən  uzaqlaşma  halları  daha  çox  alınma  sözlərin, 
terminlərin  deyilişində  özünü  göstərir.  Məsələn,  liri`ka,  marke`t,  dono`r, 
texniku`m,  ope`ra,  orde`n,  kafe`dra,  marşa`l,  de`fis,  abza`s,  paraqra`f,  sinoni`m, 
psixolo`ji,  be`nzin, ma`nevr,  Pa`ris,  ofi`s,  firma`,  sı`ğorta,  komple`ks,  peda`qoq, 
Pifa`qor, Li`tva, sammi`t, sü`jet, kame`ra, yarmarka` və s. 
Sözlərdə  vurğunun  düzgün  tələffüzü  mühazirəçi,  müəllim,  söz  sənəti  ilə 
məşğul  olan  adamlar  üçün  daha  vacibdir.  Hər  hansı  bir  alınma  sözün,  terminin 
deyilişində  yol  verilən  qüsurlar  mühazirəçinin  (müəllimin)  nitqinə  xələl  gətirir, 
onun effektini azaldır. 
Vurğunun düzgün tələffüzü alınma sözlərin deyilişində xüsusi əhəmiyyət 
kəsb edir. İşlətdiyimiz alınmalar vurğunun yerinə görə üç qrupa bölünür: 
a)  vurğusu birinci hecada olan sözlər; 
b)  vurğusu orta hecada olan sözlər; 
c)  vurğusu son hecada olan sözlər; 
Vurğusu  birinci  hecada  olan  alınma  sözlərə  aşağıdakıları  nümunə 
göstərmək olar: 
a`lfa,    A`msterdam,  a`riya,  A`siya,  a`mpula,  Be`lçika,  bo`sman,  bi`rja, 
bu`blik,  bu`nker,  di`ksiya,  di`ktor,  do`llar,  e`pos,  e`ra,  fa`brik,  fe`ldşer,  fo`rma, 
fi`niş,  f`irma,  fo`lklor,  xu`tor,  ka`fedra,  ka`torqa,  ka`ter,  kli`nika,  ko`deks, 
ko`mpas,  ku`bok,  le`ksika,  la`kmus,  la`zer,  ma`ksimum,  ma`mont,  ma`rşal, 
ma`uzer,  no`rma,  No`bel,  no`ta,  o`çerk,  o`pera,  o`rden,  o`rder,  pa`lma,  pa`sport, 

 
67 
pa`sta, pa`uza, po`vest, pri`nsip, si`los, si`ntaksis, ta`bel, ta`ktika, te`nnis, te`rmin, 
te`rmos, te`xnikum, ti`tul və s. 
Alınma sözlərin müəyyən bir qrupunda vurğu orta hecada tələffüz olunur. 
Məsələn:  akva`rium,  aku`stika,  alümi`nium,  Ame`rika,  anali`tik,  balla`da, 
batare`ya,  dia`metr,  dikta`tor,  ekzo`tika,  kalkulya`tor,  kata`loq,  kinemato`qraf, 
kommu`na, konstitu`siya, lotore`ya, malyari`ya, mano`metr, meta`fora, nota`rius, 
omo`nim,  orna`ment,  parla`ment,  posta`ment,  rea`ksiya,  rema`rka,  simme`triya, 
sino`nim və s.  
Vurğusu  son  hecaya  düşən  sözlər:  delfi`n,  def`is,  Litva`,  bomba`, 
mane`vr, pedaqo`q, benzi`n, Saxali`n, Pari`s, İsve`ç, foye`, Moskva` və s. 
Belə  bir  cəhəti  də  qeyd  edək  ki,  vurğusu  birinci  hecada  olan  ikihecalı, 
ortada deyilən  üçhecalı bəzi alınmalarda vurğunun bir heca sona keçirilərək tələf-
füz  olunması  da  müşahidə  edilir.  Məsələn;  yolka`  -  (yo`lka),  kubi`k  –  (ku`bik), 
mamo`nt – (ma`mont), sentne`r – (se`ntner), titu`l – (ti`tul), kato`qra – (ka`toqra), 
fini`ş – (fi`niş), folklo`r – (fo`lklor), palma` - (pa`lma), metafo`ra – (meta`fora), 
omoni`m  –  (omo`nim)  və  s.  Bəllidir  ki,  belə  sözlərin  vurğusu  öz  yerində  -  söz 
əvvəli  və  ya  sözortası  hecasında  olmalıdır.  Lakin  bununla  yanaşı  bəzi  alınma 
sözlərin vurğu baxımından  dilimizə uyğunlaşması prosesi gedir. Düşünmək olar 
ki,  gələcəkdə  belə  kəlmələrdən  bəzisinin  vurğusunun  son  hecaya  keçməsi 
ümumiləşə, həmin sözlər Azərbaycan dilinin vurğu qanununa tabe ola bilər. Lakin 
hələlik  bu  iki  variantdan  biri  –  mənbə  dilin  tələffüz  şəkli  əsas  tutulmalıdır. 
Məsələn;  ti`tul,  si`los,  fi`niş  və  s.  Bəzən  ikili  tələffüzdə  bir  variant  digərinə  
nisbətən  daha  geniş  işlənir.  Belə  vəziyyətdə  dilimizin  fonetik  sisteminə 
uyğunlaşan  variant  ədəbi  tələffüzdə  əsas  tutulur.  Məsələn;  lampa`,  sumka`, 
knopka`, Lado`qa, kukla`, vanna`, bomba`, kofta`, pipetka` kimi sözlər dilimizin 
tələffüz ahənginə uyğun işlədilir. 
Mürəkkəb sözlərin vurğusu daha geniş araşdırmalar tələb edir. Bu sözləri 
əmələ gətirən birinci söz müstəqil vurğusunu itirir, hər iki tərəf üçün ümumi olan 
vurğu    ikinci  sözün  üzərində  tələffüz  olunur.  Azərbaycan  dilində  mürəkkəb 
sözlərin əksəriyyəti bu qanuna tabe olur. Məsələn; alagö`z, qaraqa`ş, boyunbağı`, 

 
68 
qayınana`,  ağcaqayı`n,  ayaqqabı`,  pambıqtəmizləmə`,  Həsənoğlu`,  yadelli`, 
bərabərhüquqlu`,  səsvermə`  və  s.  Belə  sözlərin  bəzisində  vurğu  tərkibin  birinci 
tərəfinin  üzərinə  düşür.  Məsələn;  Gö`yçay,  Qara`bağ,  A`ğsu,  A`ğdaş,  A`ğdam, 
sü`bçağı, dünya`görüşü, i`ldönümü və s.  
Birinci  tərəfi  saitlə  bitib,  ikinci  tərəfi  saitlə  başlanan  mürəkkəb  xüsusi 
isimlərdə vurğu ikinci tərəfin üzərinə düşür. Belə tərkibdə birinci tərəfin son saiti 
ixtisarla  olunur,  tərkib  qovuşmuş  bir  söz  kimi  deyilir.  Məsələn;  Molla  Abbas  – 
Mollabba`s,  Mirzə  Ələkbər  –  Mirzələkbə`r,  Əli  Əsgər  –  Ələsgə`r,  Əli  ağa  – 
Əlağa` və b.  
Mürəkkəb  birləşmələrin  bir  qismində  tərəflər  öz  vurğusunu  saxlayır,  iki 
vurğulu söz kimi tələffüz olunur. Bu hal özünü göstərir: 
1. Samitlə bitən sözə saitlə başlanan söz qoşulduqda. Məsələn; stolarxası, 
sututumu, ağızdolusu və s.  
2.  Biri  ləqəb,  digəri  insan  adları  bildirən  sözlər.  Məsələn;  Mirzə  Fətəli, 
Şah İsmayıl, Molla Nəsrəddin, Nizami Gəncəvi və b. 
3. Mənaca yaxın sözlərin təkrarı ilə yaranan mürəkkəb sözlərdə. Məsələn; 
dava-dərman, oğul-uşaq və s.  
4.  Müxtəlif  mənalı  sözlərdən  əmələ  gələn  mürəkkəb  sözlərdə.  Məsələn; 
alış-veriş, gecə-gündüz, dərə-təpə, ağız-burun və s.  
5. Eyni sözün təkrarı ilə əmələ gələn mürəkkəb sözlərdə. Məsələn; aşıq-
aşıq, daş-daş, top-top və s. 
Tərkibində qeyri sözü  olan sifətlərdə söz vurğusu qeyrı sözünün üzərinə 
düşür. Məsələn; qe`yri-adi, qe`yri-qanuni, qe`yri-kafi, qe`yri-rəsmi və s.  
Mürəkkəb  sual  və  qeyri-müəyyən  əvəzliklər    qovuşuq  halında  bir  vurğu 
ilə deyilir. Məsələn; nə vaxt? , nə zaman?, nə cür?, heç kim, heç kəs, heç biri, hər 
kəs və s.  
Ədəbi  tələffüzdən  uzaqlaşma  bəzən  mürəkkəb  sözlərin  də  deyilişində 
özünü göstərir. Bu bir-birinə əks olan iki vəziyyətdə müşahidə olunur 
1.Birləşdirici  vurğuya  malik  olan  mürəkkəb  sözlərdə  vurğu  düzgün 
olmayaraq  ikinci  tərəfin  üzərində  deyilir:  Gö`yçay,  A`ğdaş,  A`ğsu,  i`ldönümü, 

 
69 
cansağlığı  əvəzinə  Göyça`y,  Ağda`ş,  Ağsu`,  ildönümü`,  cansağlığı`  tələffüz 
olunur. 
2.  Mürəkkəb  sözü  təşkil  edən  birləşmənin  ikinci  tərəfində  deyilməli 
olan  vurğu  birinci  tərəfdə  tələffüz  edilir.  Məsələn;    be`şillik,  sə`svermə, 
ə`lyazması, ila`nbalığı, aya`qqabı, ya`delli, bərabə`rhüquqlu və s. 
Vurğu  ilə  bağlı  qüsurlar  nitqin  ümumi  ahənginə,  intonasiyasına  hiss 
ediləcək  dərəcədə  naqislik  gətirir,  onun  təsir  gücünü  müəyyən  qədər  zəiflədir. 
Danışıq  və  oxuda  intonasiya  qaydalarına  yerli-yerində  əməl  olunub,  amma  bir 
sözün  vurğusu  düzgün,  vərdiş  etdiyimiz  şəkildə  tələffüz  edilmirsə,  belə  nitq 
dinləyicini, şübhəsiz ki, qane edə bilməz. Bu baxımdan söz vurğusu avazlaşmanın 
ən vacib ünsürü hesab edilməlidir. 
Mühazirəçi alınma söz və terminləri düzgün tələffüz etməyi bacarmalıdır. 
Xüsusən  natiqin  sözləri      kafe`dra,  sü`jet,  nəzə`riyyə,  şu`ra,  mü`xtəlif,  sı`ğorta 
kimi  tələffüz etməsi ilə heç cür razılaşmaq olmaz. Bu sahədə qüsura yol vermə-
mək  üçün  danışan  diktorlar,  nümunəvi  nitqi  olan  digər  adamları  dinləməli, 
alınmaların  deyilişinə  diqqət  verməli,  çətin  tələffüz  olunan  terminləri  qeyd  edib 
üzərində  vurğu  işarəsi  qoymalıdır.  Bunun  digər  yolu  mövcud  sorğu  kitabça-
larından istifadə etməkdir. Bu məqsədlə aşağıdakı vasitələrdən faydalanmaq olar. 
1. Azərbaycan dilinin orfoepiya sözlüyü, “Elm” nəşriyyatı, 1983. 
2.  Ə.Əfəndizadə.  Orfoqrafiya-orfoepiya  –  qrammatika  lüğəti.  “Maarıf”, 
1983. 
3. Vurğu lüğəti. Bakı, “Elm”, 1993. 
4.  N.Abdullayev  və  Z.Məmmədov.    Orfoqrafiya-orfoepiya  lüğəti.  Bakı, 
2003. 
5. Azərbaycan dilinin müxtəsər orfoepiya lüğəti. Bakı, 2013. 
Məntiqi  vurğu.  Cümlənin    ayrı-ayrı  hissələri,  cümlə  üzvləri  kommu-
nikativ yüklənmə əsasında düzülür. Cümləni təşkil edən sözlərin hecaları vurğuya 
görə fərqləndiyi  kimi, cümlədəki müəyyən bir söz – kommunikativ yüklü söz də 
başqalarına nisbətən fərqli deyilir. Həmin söz danışanın məqsədini dinləyən və ya 
oxuyanın diqqətinə çatdıran bir fonetik vahid kimi çıxış edir. Bu cür  kəlmə və ya 

 
70 
söz  birləşmələrinin  digərlərinə  nisbətən  güclü  deyilişi,  nəzərə  çarpdırılması 
məntiqi  vurğunun  vasitəsilə  olur.  Məntiqi  vurğu  cümlədə  hər  dəfə  yeni  söz 
üzərində düşəndə xüsusi məna çaları əmələ gəlir. 
Məntiqi  vurğuya  riayət  etməyin  natiqin  ifadəli  oxusu,  danışığı,  mühazirə 
və söhbətlərində  praktik əhəmiyyəti böyükdür. Natiq bu vurğu vasitəsilə oxuduğu 
hər  hansı  bir  mətndə,  eləcə  də  ifadə  etdiyi  fikirdə  müəyyən  sferanı,  bir  tərəfi  - 
fikrin  ən  əhəmiyyətli  komponentini  ayırıb  xüsusi  tonla  dinləyiciyə  çatdırmağa 
çalışır. Məsələn; S.Rüstəmin “Təbrizim” şeirinin bir bəndinə nəzər salaq. 
 
                          Sənin çiçəyinə, gülünə qurban, 
                          Mənə qardaş deyən dilinə qurban. 
                          Vətəninə qurban, elinə qurban, 
                          Baxdıqca hüsnünə doymayır gözüm, 
                          Təbrizim, Təbrizim, gözəl Təbrizim. 
 
Bu  şeir  parçasının  bütün  sözlərini  eyni  tonla,  eyni  vurğu  ilə  oxumaq 
ifadəliliyi  təhrif  etmək,  şeirin  bədiiliyini    söndürməkdir.  Çünki  qurban  ifadəsi 
təkrar olunduğuna görə ondan əvvəlki kəlmə xüsusi vurğu ilə deyiləndə misranın 
bədiiliyi  artır,  məna  dinləyiciyə  daha  dəqiq  çatır,  eşidənin  hissi  coşur,  ürəyi 
riqqətə gəlir. Buna görə də həmin şeirdə fərqləndirilən sözləri nəzərə çarpacaq bir 
şəkildə tələffüz etmək və mənanı dinləyiciyə dəqiq çatdırmaq lazımdır ki, bu  da 
məntiqi vurğu vasitəsilə mümkün olur. Əgər birinci sətirdəki sənin, qurban, ikinci 
sətirdəki  mənə,  deyən  və  s.  sözləri  növbə  ilə  məntiqi  vurğu  altında  desək,  onda 
şeir  əvvəlki  təbiiliyini,  gözəlliyini  tam  itirər,  bu  bədii  parça  adi  söz  yığımı 
səviyyəsinə enər. 
Məntiqi  vurğu  nitqdə  məna  dəqiqliyi,  məqsədin  anlaşılması,  danışanın 
çatdırmaq istədiyi fikir deməkdir. Məsələn,  Bakıda sentyabrda havalar həmiĢə 
sakit  keçir. Burada hər bir sözü məntiqi vurğu altında tələffüz etməklə cümlənin 
müxtəlif  kəlmələrini mənaca başqalarından fərqləndirib,  diqqəti ona cəlb etmək 
olar. Belə  məqamlarda  hər bir  söz  mənalı  vahid  kimi  ümumi  cümlə  sintaqmında 

 
71 
seçilir,  danışan  onu  dinləyənə  öz  səs  tonu  ilə  bir  növ  göstərir,  işarə  edir,  həmin 
kəlmə başqaları fonunda ayrılır, seçilir, mənası da qabarıqlaşır. 
Bakıda sentyabr ayında havalar həmişə sakit keçir. 
Burada sentyabrda havaların başqa yerdə yox, məhz Bakıda həmişə sakit 
keçdiyi məntiqi vurğu ilə söylənir və bu söz o birilərə nisbətən güclü deyilir. Bir 
növ “Bakıda” sözü fəallaşıb danışanın demək istədiyini dinləyənə çatdırır, qalan 
sözlər  adi  kəmiyyətdə  tələffüz  edilir.  Həmin    cümlədəki  digər  sözləri  də 
məqsədimizə  müvafiq  şəkildə  məntiqi  vurğu  altında  tələffüz  etsək,  bu  cümlələr 
ifadə  etdiyi  fikri  çalarına  görə  bir-birindən  fərqlənəcəkdir.  Rabitəli  mətnin  
oxusunda (eləcə də danışıq zamanı) hansı sözün və ya birləşmənin məntiqi vurğu 
ilə deyilməli olduğunu məna, məzmun, məqsəd diktə  edir. Başqa sözlə, məzmun 
özünəmüvafiq  ifadə  formasını,  tərzini  sözlərin  məntiqi  vurğu  ilə  deyilməsində 
tapır. 
Məntiqi vurğulu söz bütün hallarda güclü səslə deyilməyə də bilər. Məna 
yükünü daşıyan sözlər, söz birləşmələri aşağı səslə tələffüz edilib cümlədəki digər 
sözlərdən fərqləndirilir. Bu haqda Deyl Karnegi yazır: “Siz gözlənilmədən səsinizi 
aşağı salmaqla, yaxud qaldırmaqla ona nail ola bilərsiniz ki, sizin seçiminizə görə 
istənilən  söz,  yaxud  ifadə  sizin  bağınızdakı  başqa  bitkilər  mühitində  yaşıl  dəfnə 
ağacının  seçildiyi  kimi,  mətndə  də  fərqləndirilsin.  Demək  olar  ki,  bütün  yaxşı 
natiqlər bu cür hərəkət edirlər” (59, 64). 
Məntiqi  vurğunun  müəyyənləşdirilməsi  üçün  bir  sıra  qaydalar  (ölçülər) 
vardır  ki,  həmin  qaydalara  müvafiq  gələn  sözlər  istər  ayrıca  götürülmüş 
cümlələrdə, istərsə də rabitəli mətndə həmişə məntiqi vurğu ilə tələffüz olunur. Bu 
qaydalar, əsasən, aşağıdakılardır: 
1.  Müqayisə edilən sözlər vurğulu olur. Məsələn; 
1) Taxıl zəmiləri dəniz kimi dalğalanırdı (M.Ə.). 
2) Burda süd kimidir dağların qarı,  
         Sallanır qayadan buz salxımları. 
                                         (
S.Vurğun)  

 
72 
Bu  nümunələrdəki  “taxıl,  “dəniz”  (birinci  cümlədə),  “süd”  və  “qar” 
(ikinci cümlədə) sözləri məntiqi vurğu ilə deyilir. 
3)  Qarşılaşdırılan zidd mənalı sözlər: 
Əgər    fikirlər,  adamlar,  əşyalar,  hadisələr,  onların  əlamətləri və  s.  qarşı-
qarşıya qoyulursa, bu qarşılaşdırmada iştirak edən sözlər məntiqi vurğu ilə deyilir 
və  nəzərə  çarpdırılır.  Qarşılaşdırılan  sözlər  əksər  hallarda  zidd  mənalı  olur. 
Məsələn; 
               Mən yaşıd qardaşam 
               Qocayla,  
               Gənclə. 
               Sirli bir aləməm 
               Bütün aləmdə. 
               Nifrət məhəbbətlə 
               Kədər sevinclə 
               Baş-başa 
               Uyuyur 
               Mənim sinəmdə. 
                            (Nəbi Xəzri) 
 
Bu cümlələrdəki zidd mənaları ifadə edən sözlər (qocayla – gənclə, nifrət 
– məhəbbətlə, kədər – sevinclə) məntiqi vurğu ilə tələffüz olunur. Qarşılaşdırılan 
sözlər arasında müəyyən qədər fasilə edilir. 
4)  Məntiqi vurğunun düzgün müəyyənləşdirilməsində əldə tutulan yeganə 
qayda  varsa  o  da  “yeni  məfhum”  qaydasıdır.  Bu  qaydaya  əsasən  nitqdə  əvvəlki 
cümlədəki əşya, şəxs və ya hadisəni bildirən söz, sonra gələn cümlənin mənasında 
müəyyən rol oynayırsa, həmin söz məntiqi vurğu ilə deyilir. Məsələn; Məni anam 
tərbiyə  edib  böyütmüşdü.  Anam  müəllim  işləmişdir.  Birinci  cümlədə  məntiqi 
vurğu  anam  sözünün  üzərinə  düşür.  İkinci  cümlədə  isə  anam  sözü  birinci 
cümlədə  qeyd  edildiyindən  məntiqi  vurğu  qəbul  etmir.  Burada  yeni  məlumatı 
bildirən müəllim sözü məntiqi vurğu ilə tələffüz olunur. 

 
73 
            Başqa  bir  misal:  Tbilisinin  Şeytanbazar  adlanan  məhəlləsində  6  sinifli 
ibtidai bir məktəb açılmışdı. Kiçik Abdulla da bu məktəbdə oxuyurdu. O, bədəncə 
zəif,  arıq  bir  oğlan  idi.  Məktəbdə  də,  küçədə  də  həmişə  dalğın  və  qüssəli 
görünərdi (Ədəbi qiraət kitabından).  
            Bu  mətnin birinci cümləsində vurğu məktəb, ikinci cümləsində Abdulla, 
üçüncü cümləsində isə zəif, arıq, dalğın, qüssəli sözlərinin üzərinə düşür. İkinci 
və  üçüncü  cümlədə  “məktəb”  sözü  yeni  məfhumu  ifadə  etmədiyi  üçün  vurğusuz 
tələffüz olunur. 
 Yeni  məfhumu  ifadə  edən  söz  bir  neçə  dəfə  təkrar  edilərsə,  birincidən 
başqa  digərləri  özünün  əvvəlki  əhəmiyyətini  itirir  və  vurğusuz  deyilir.  Məsələn; 
Tələbəni  əvvəldən  tanıyırdım.  Bilirdim  ki,  babat  oxuyandır,  necə  olsa  məndən 
qiymət alacaq. Biletdəki suallara tələbə cavab verəndə mən yuxudan ayılan kimi 
oldum. Gördüm ki, tələbə bütün suallara düzgün cavab verir. Bu cavablar babat 
oxuyan tələbənin cavabına oxşayır (M.Cəlal). 
Bu  nümunədə  yenə  eyni  qayda  üzrə  birinci  cümlədən  başqa,  digər 
cümlələrdə “tələbə”  sözü vurğusuz deyilir, vurğu başqa  sözlərin üzərinə keçir. 
4. Həmcins üzvlü cümlələrdə həmcins üzvlərin hər biri ayrıca vurğu qəbul 
edir.  Belə  cümlələrə  xas  olan  sadalayıcı  intonasiya  sona  doğru  tədricən  güclənir 
və  axırıncı  həmcins  üzv  digərlərinə  nisbətən  daha  qüvvətli  vurğu  ilə  tələffüz 
olunur. Məsələn; 
 
                               Olmuşmu səninlə mən kimi aləmdə 
                               Ey Şeyx Nizami, ey Nizami dağılan,  
                               Ey Gəncədə izzü-ehtişamı dağılan; 
                              Beyti, evi, məktəbi, kalamı dağılam?!”  
                        
5.  Ümumiləşdirici  sözlər  istər  həmcins  üzvdən  əvvəl,  istərsə  də  sonra 
gəlsin,  hər  iki  halda  ümumiləşən  həmcins  üzvlərə  nisbətən  qüvvətli  vurğu  ilə 
deyilir. Məsələn; 
 

 
74 
                     Mənim arzum budur: - kolxoz bağında, 
                     Xaçbulaq üstündə, Kür qırağında, 
                     Göyçayın, Qubanın dərələrində 
                    Bu doğma yurdumun hər bir yerində  
                   Versin gül bağçalar adından soraq. 
                                                                         ( 
Ə.Kürçaylı)     
 
6.  Məntiqi  vurğulu  sözün  müəyyənləşdirilməsində  həm  şifahi,  həm  də 
yazılı  nitq  üçün  ümumi  olan  üsul  və  vasitələr  vardır.    Bu  vasitələrdən  biri 
müəyyən sözün şüurlu olaraq təkrar edilməsidir. Müəllif priyomlarından biri olan 
bu cür təkrar vasitəsilə məntiqi vurğunun ifadə etdiyi emosionallıq xüsusilə nəzərə 
çarpdırılır. 
 
                                  Könlümün sevgili məhbubi mənim 
                                  Vətənimdir, vətənimdir, vətənim... 
                                                                         (A.Səhhət) 
 
7.  Kəskin  etiraz  məqamında  məntiqi  vurğu  etiraz  bildirən  sözün  üzərinə 
düşür. 
“Yox,  o,  diribaş  və  bacarıqlı  qızdır.  Yox,  ola  bilməz  ki,  Anjelika....”   
(“Uzaq sahillərdə”). 
8.  Cümlədə  daha  çox  parlaqlıq,  emosionallıq  ifadə  edən  sözlər  vurğulu 
olur. 
- Bakı bizim olacaqdır. Bakı qızıl Bakı olacaqdır! (Qılman Musayev). 
Göstərdiyimiz  nümunədə  qızıl  sözü  xüsusi  vurğu  ilə  cümlədəki  digər 
sözlərdən seçilir.  
9.  Nidalar  müxtəlif  hiss  və  həyəcanla  bağlı  olmaqla  danışanın  ətraf 
mühitə, cisim və hadisələrə olan emosional münasibətini ifadə edir. Nidalar inam, 
heyrət, təəccüb, şübhə, istehza, nifrət, qorxu, vahimə,  dəhşət, qəzəb, kin, sevinc, 

 
75 
mərhəmət, qəm, kədər, qüssə və s. hissi halları ifadə edə bilmək kimi keyfiyyətə 
yalnız  o zaman tam şəkildə malik ola bilər ki, onlar qüvvətli vurğu ilə deyilsin. 
                         
                        Ah, o doğrudanmı atacaq məni... 
                        Yox , canım, oynatmaz sevən sevəni, 
                        Nə qədər olsa da qadındır...   
                        Aman!        
                                                              (S.Vurğun) 
 
Əgər bu parçadakı “ah”, “aman” nidaları vurğusuz, digər sözlər kimi adi 
qaydada  oxunsa,  o  zaman  şairin  vermək  istədiyi  ifadəlilik  sönük  çıxar, 
qəhrəmanın keçirdiyi hissi hallar oxucu tərəfindən istənilən dərəcədə anlaşılmaz. 
10.  Tərz-hərəkət zərfləri çox vaxt məntiqi vurğu altında deyilir. 
Dəniz ... ləpəsiz görünürdü (H.Mehdi) 
Araz sakit axırdı (M.İbrahimov) 
Müsahibim Firuzəyə diqqətlə baxırdı (C.Cabbarlı)  
11.  Xitablar məntiqi vurğulu olur:  
 
Əs, ey külək, bağır, ey bərri-biaman, ləpələn, 
Atıl cahana sən, ey ildırım, alış, parla! 
Gurulla maqi-səmavi, gurla, çatla, dağıl! 
Sən, ey günəş, yağışın yağdır, ey bulud ağla!  
 
Bu parçadakı  ey külək, bərri-biaman, ey ildırım, maqi-səmavi, ey günəş, 
ey  bulud  kimi  müraciət  bildirən  ifadələr  xüsusi  nəzərə  çarpacaq  bir  avazla, 
yüksələn səs tonu, emosional bir çalarlıqla ifadə olunur. 
12.  Sual  cümlələrindəki  sual  əvəzlikləri  və  ədatları  ilə  işlənən  sözlər 
vurğulu olur. Məsələn; 
1) Axırıncı günlər harada yaşayırdın? 
2) – Qızım, yavrum! Adın nədir? 

 
76 
    - Gülbahar 
    - Pəki, sənin anan, baban varmı? 
    - Var.                        (H.Cavid) 
3) Cənab Mirzə, sizin həqqi-zəhmətiniz nə qədər olacaq? (C.Cabbarlı). 
             4) Sən bu gün məktəbəmi gedəcəksən? 
5) İnsan dünyada xoşbəxtlik üçün yaşamırmı? 
13. Xüsusiləşmələr məntiqi vurğu ilə oxunur. 
Kəndin adamları, xüsusən gəncləri  zirək və  gözüaçıqdırlar.  
13.  Da//də  bağlayıcıları  ilə    işlənən  sözlər  məntiqi  vurğu  ilə  tələffüz 
olunur. Məsələn; 
Mən  atama  da,  anama  da  hörmət  edirəm,  çünki  onların  təcrübəsi 
mənimkindən çoxdur (M.İ.). 
15.  Qüvvətləndirici  və  məhdudlaşdırıcı  ədatlardan  (ancaq,  hətta,  yalnız, 
bircə, təkcə, məhz və s.) sonra gələn sözlər və ifadələr  məntiqi vurğu ilə deyilir. 
Məsələn;  
                           Övladi-vətən qoy hələ avarə dolansın, 
                           Çirkabi-səfalətlə əli, başı bulansın 
                           Dul övrət isə sailə olsun, oda yansın, 
                           Ancaq mənim avazeyi-şənim  ucalsın. 
                                                                     (M.Ə.Sabir) 
 
Göründüyü  kimi,  ədəbi  tələffüzün  məntiqi  vurğu  ilə  bağlı  məsələləri 
çoxdur. Lakin imkanın məhdudluğunu nəzərə alıb dediklərimizlə kifayətlənirik. 
Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin